Press "Enter" to skip to content

Azərbaycan Milli Elmlər Akademiyası

– Sonda göstərilən elmi ədəbiyyat və mənbələr məqalənin içərisində kodlaşdırılmalıdır;

“Azərbaycan xalçaları” jurnalının 22-ci sayı işıq üzü görüb (FOTO)

“Azərbaycan xalçaları” jurnalının 22-ci sayı nəşr olunub. “Azərbaycan xalçaları” jurnalı 22-ci sayından etibarən “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunur.

“Azər-İlmə” Xalçaçılıq Mərkəzindən Trend-ə verilən məlumata görə, sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb.

Jurnalda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti geniş şəkildə işıqlandırılıb. Publisist İlham Tumasın Füzuli filialının fəaliyyətindən bəhs edən “Dörd xalçadan başlayan həyat” reportajı, Şəmkir rayonundakı tədris-hazırlıq kurslarından, DOMOTEX xalça satış-sərgisinin gündəliyi, HALI jurnalı ilə əməkdaşlıqdan bəhs edən yazılar, yeni toxunmuş xalçaların fotoşəkilləri təqdim edilib.

T.ü.f.d, prof. Vidadi Muradovun və yazıçı-publisist Malik Məmmədovun “Qaracəmirli kəndi: tarixi və xalçaları”, akademik İsmayıl Hacıyevin (AMEA-nın Naxçıvan Bölməsi) “Naxçıvan qalalarının öyrənilməsi tariximizin mühüm mənbəyi kimi”, Ayşat Maqomedovanın (Dağıstan) “Dağıstan xalçaları”, Bəxtiyar Tuncayın (AMEA-nın Folklor İnstitutu) “Xalça və sikkələr üzərində runik işarələr”, t.ü.f.d. Səbuhi Əhmədovun (AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi) “İslam mədəniyyəti muzeylərində orta əsr Azərbaycan silahları”, Hacı Abdullanın (AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantı) “Zəngəzur bölgəsi: qədim dövrlərdən XX əsrin əvvəllərinədək”, f.ü.f.d. Şakir Albalıyevin (AMEA Folklor İnstitutu) “Azərbaycan folklorunda güləbətin motivi və onun mifik semantikası”, Gulzadə Abdulovanın (AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi) “Azərbaycanın qadın geyim bəzəkləri” və s. kimi müxtəlif mövzularda məqalələr dərc olunub.

Azərbaycan Milli Elmlər Akademiyası

“Azərbaycan xalçaları” elmi-publisistik jurnalı məqalə qəbulu elan edir

“Azər-ilmə” Xalçaçılıq Mərkəzinin və AMEA Rəyasət Heyətinin təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalı 33-cü nömrəsi üçün tarix, etnoqrafiya, arxeologiya, sənətşünaslıq, mifologiya, folklor, iqtisadiyyat və digər mövzularda Azərbaycan, ingilis və rus dillərində elmi, elmi-publisistik məqalələrin qəbulunu elan edir.

Məqalələrin yazılışına dair tələblər:

– Məqalələr çap şəklində, elektron daşıyıcıda və e-mail vasitəsilə (xalchashunasliq@gmail.com) qəbul olunur;

– Məqalələrin həcmi mövzunun əhatə dairəsindən asılı olaraq dəyişir;

– Elmi məqalələrdə müəllifin adı, soyadı, iş yeri, elmi dərəcəsi və e-mail ünvanı göstərilməli, ingilis və rus dillərində xülasələr, açar sözlər, UOT kod verilməlidir;

– Xülasə 150, açar sözlər 10 sözü keçməməlidir;

– Şəkillər (jpg) yüksək keyfiyyətli, qrafik və cədvəllər düzgün tərtibatlı olmalıdır;

– Sonda göstərilən elmi ədəbiyyat və mənbələr məqalənin içərisində kodlaşdırılmalıdır;

– Məqalələr, xülasə və açar sözlər “Winword” proqramında, “Times New Roman” şrifti, ara məsafəsi 1,5 olmaqla, 14 punto ölçüsündə yazılmalıdır;

– Elmi dərəcəsi olmayan müəlliflərin məqalələri iki elmi rəylə birlikdə təqdim olunmalıdır;

– Yalnız elmi və üslubi cəhətdən ciddi redaktə olunmuş, ədəbiyyat siyahısı yoxlanılmış məqalələr qəbul olunur.

Məqalələrin dərc edilməsi üçün ödəniş tələb olunmur.

Məqalələrin qəbulu fevralın 20-dək davam edəcək.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2., “Azər-ilmə” Xalçaçılıq Mərkəzi

Tel: (+994 12) 465 17 52 (114)

“Azərbaycan xalçaları” jurnalının 32-ci sayı işıq üzü görüb FOTOLAR

“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 32-ci sayı işıq üzü görüb. Xalçaçılıq Mərkəzindən SİA-ya bildirilib ki, sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin gündəliyi, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr yer alıb.

Jurnalın bu sayında akademik İsa Həbibbəylinin “Nəsimi sənətinin qüdrəti”, t.e.d., prof. Vidadi Muradovun “Cimi və cimililər”, t.ü.f.d. Pərvin Gözəlovun “Xanlıqlar dövrünə aid bayraqlarda atəşpərəstlik elementləri”, t.ü.f.d., dos. Gülzadə Abdulovanın “Milli geyimlərdə, aksesuarlarda xalça elementləri və onların semantikası”, fil.ü.f.d Çinarə Rzayevanın “Azərbaycan və özbək folklorunda ortaq atalar sözlərinə müqayisəli baxış”, fil.ü.f.d., prof. Səhər Orucovanın “Türk xalqlarında Novruz bayramı adətləri”, t.ü.f.d., dos. Səbuhi Əhmədovun “Polşa muzeylərində orta əsr Azərbaycan silahları”, Eldar Mehdiyevin və p.ü.f.d. Azər Cəlilovun “Atabəy-Eldənizlər dövlətinin hərbi sistemi” və s. kimi materiallar yer alıb.

Jurnalın baş redaktoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektorunun müdiri, Əməkdar incəsənət xadimi, tarix elmləri doktoru, professor Vidadi Muradovdur.

Похожие статьи

  • Azərbaycan xalçaları jurnalı 2019

    Azərbaycan xalçaları” jurnalının növbəti sayı nəşr olunub “Azərbaycan xalçaları” elmi-bədii jurnalının beşinci sayı nəşr olunub. Modern.az xəbər verir…

  • Azerbaycan xalcaları jurnalı

    Azerbaycan xalcaları jurnalı “Azər-İlmə” Xalçaçılıq Mərkəzindən Trend-ə verilən məlumata görə, sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan…

  • Azərbaycan jurnalı

    Azərbaycan jurnalı WhatsApp: (+994) 70-390-39-93 Azerbaycan Jurnali – Wikipedia Azərbaycan — Azərbaycanda nəşr olunan ədəbiyyat jurnalı. Azərbaycan…

  • Azərbaycan xalçaları

    Azərxalça-ya abunə olun Azərbaycanda xalçaçılığın çox qədim tarixi var. Arxeoloji materiallar və yazılı mənbələr əcdadlarımızın hələ eramızdan əvvəl də…

  • Azərbaycan prokurorluğu jurnalı.

    Almaniyada Milli Təhlükəsizlik Şurasının yaradılması uğursuzluqla nəticələnib Prokurorluq qanunla nəzərdə tutulmuş hallarda və qaydada: Facebook Страница…

Comments are closed, but trackbacks and pingbacks are open.