Azərbaycan xalçaları” jurnalının 26-cı nömrəsi işıq üzü görüb FOTOLAR
Jurnalda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Naxçıvan şəhərinin İslam mədəniyyəti paytaxtı elan edilməsi ilə bağlı silsilə yazılar, həmçinin Əhməd Quliyevin (AMEA-nın A.A.Bakıxanıv adına Tarix İnstitutu) “Səfəvi dövrü Azərbaycan xalçaları ingilisdilli tarixşünaslıqda”, Fizzə Quliyevanın (AMEA-nın Naxçıvan bölməsi) “Naxçıvan xalçalarında buta naxışının inkişaf xüsusiyyətləri”, Şahin Ağayevin (AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu) “Şah Səfi dövründə ipək ticarətinin inkişafına zəmin yaradan amillər”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Mir-Bağırzadənin (AMEA-nın Memarlıq və İncəsənət İnstitutu) ”İpək Şərq xalçaları və onların rəmzi məzmunlu naxışları”, tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyevanın (AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi) “Azərbaycan xalçalarındakı ərəb qrafikalı yazılar ulu tariximizdir”, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun (“Qəsr” İctimai Birliyi) “Azərbaycanın İrəvan və Naxçıvan xanlıqlarına məxsus bayraqlarda şir simvolu”, tarix üzrə fəlsəfə doktoru Sara Hacıyevanın (AMEA-nın Naxçıvan bölməsi) “Şəbəkəçilik sənəti haqqında”, tarix üzrə fəlsəfə doktoru Mərziyə İsgəndərovanın (AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu) “Rusiya-Qacar müqavilələrinin Azərbaycan xalqının taleyində həlledici rolu (diplomatik aktların tarixi-analitik aspekti)”, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayevanın (AMEA-nın Naxçıvan bölməsi) “Azərbaycan xalçaları şifahi xalq ədəbiyyatında”, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcovanın “Qobustanın qayaüstü incəsənəti”, Ajap Bayriyevanın (Türkmənistan) “Türkmən tikmələrində xalça ornamentlərinin təkamülü”, tarix üzrə filologiya doktoru Zeynəb Quliyevanın “Naxçıvanın qədim əkinçi-maldar tayfalarının mədəniyyəti” və s. kimi məqalələri yer alıb.
“Azərbaycan xalçaları” jurnalının növbəti sayı nəşr olunub
Bakı. 23 yanvar. REPORT.AZ/ “Azərbaycan xalçaları” jurnalının 21-ci sayı nəşr olunub. “Report”un məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalın bu sayında sənətşünaslıq, tarix, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb. Jurnalda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti geniş işıqlandırılıb. Cəmiyyətin Füzuli filialının açılışı haqqında rəsmi xronika, regionlarda təşkil olunan xalçaçılıq üzrə tədris-hazırlıq kursları haqqında məlumat, həmçinin əməkdar jurnalist Ləman Əliəşrəfqızının filialın fəaliyyətindən bəhs edən “Güllə səsi hana səsinə qarışan Horadiz” adlı reportaj yazısı təqdim edilib. E.Nadiradze və N.Axalkatsinin (Gürcüstan) “Gürcüstan Milli Muzeyində Azərbaycan xalçaları”, M.Aksoyun (Türkiyə) “Türk və fars halı-kilimlerinin temel özelliği”, N.Musalının “Səfəvilər dövründə Ərdəbildə xəttatlıq və kitab sənəti”, P.Panavolinin (Kanada) “Xovlu Şahsevən xalçası”, O.Məmmədovun “Baharlıların tarixi keçmişi və bu günü”, L.Əliəşrəfqızının “Şeyx Babı Yəqub türbəsi və yaxud kitabdan yox, kitabədən tanıdığımız adam”, X.Əsədovanın “80 illik ənənə”, N.Polosmakın (Rusiya) “Yundan toxunmuş tarix” və s. kimi müxtəlif mövzularda məqalələr dərc olunub. Jurnalın baş redaktoru əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.
“Azərbaycan xalçaları” jurnalının 26-cı nömrəsi işıq üzü görüb FOTOLAR
“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 26-cı nömrəsi işıq üzü görüb. Mərkəzin mətbuat xidmətindən SİA-ya bildirilib ki, sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb.
Jurnalda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Naxçıvan şəhərinin İslam mədəniyyəti paytaxtı elan edilməsi ilə bağlı silsilə yazılar, həmçinin Əhməd Quliyevin (AMEA-nın A.A.Bakıxanıv adına Tarix İnstitutu) “Səfəvi dövrü Azərbaycan xalçaları ingilisdilli tarixşünaslıqda”, Fizzə Quliyevanın (AMEA-nın Naxçıvan bölməsi) “Naxçıvan xalçalarında buta naxışının inkişaf xüsusiyyətləri”, Şahin Ağayevin (AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu) “Şah Səfi dövründə ipək ticarətinin inkişafına zəmin yaradan amillər”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Mir-Bağırzadənin (AMEA-nın Memarlıq və İncəsənət İnstitutu) ”İpək Şərq xalçaları və onların rəmzi məzmunlu naxışları”, tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyevanın (AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi) “Azərbaycan xalçalarındakı ərəb qrafikalı yazılar ulu tariximizdir”, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun (“Qəsr” İctimai Birliyi) “Azərbaycanın İrəvan və Naxçıvan xanlıqlarına məxsus bayraqlarda şir simvolu”, tarix üzrə fəlsəfə doktoru Sara Hacıyevanın (AMEA-nın Naxçıvan bölməsi) “Şəbəkəçilik sənəti haqqında”, tarix üzrə fəlsəfə doktoru Mərziyə İsgəndərovanın (AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu) “Rusiya-Qacar müqavilələrinin Azərbaycan xalqının taleyində həlledici rolu (diplomatik aktların tarixi-analitik aspekti)”, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayevanın (AMEA-nın Naxçıvan bölməsi) “Azərbaycan xalçaları şifahi xalq ədəbiyyatında”, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcovanın “Qobustanın qayaüstü incəsənəti”, Ajap Bayriyevanın (Türkmənistan) “Türkmən tikmələrində xalça ornamentlərinin təkamülü”, tarix üzrə filologiya doktoru Zeynəb Quliyevanın “Naxçıvanın qədim əkinçi-maldar tayfalarının mədəniyyəti” və s. kimi məqalələri yer alıb.
Jurnalın baş redaktoru Əməkdar İncəsənət Xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.
Comments are closed, but trackbacks and pingbacks are open.