Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təsis ediləcək medalla kimlərin təltif olunacağı açıqlanıb
Layihə Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamına əsasən həyata keçirilən tədbirlər çərçivəsində reallaşıb.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yeni zirvə fəth olunub – VİDEO – FOTO
Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Media Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth olunub.
Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, Qusar rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarında dəniz səviyyəsindən 3740 metr hündürlükdə yerləşən zirvəyə “Cümhuriyyətin 100 illik zirvəsi” adı verilib.
Ekspedisiya peşəkar alpinistlər və layihədə iştirak edən qurumların nümayəndələrindən ibarət olub.
Zirvədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş məlumat lövhəsi bərkidilib.
Layihə Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamına əsasən həyata keçirilən tədbirlər çərçivəsində reallaşıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təsis ediləcək medalla kimlərin təltif olunacağı açıqlanıb
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təsis ediləcək medalla kimlərin təltif olunacağı açıqlanıb Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə medal təsis olunur.
25 Aprel , 2018 11:22
Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə medal təsis olunur. “Report”un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik olunacaq. Dəyişikliklə, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiiyi (1918-2018)” yubiley medalı təsis ediləcək. Bu medalla Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif olunacaqlar. Medal döşün sol tərəfinə, digər orden və medalları olduqda, ondan sonra taxılır. Medal bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, səkkizguşəli dalğavari kontorlu, diametri 40 mm olan, üzərində ikitərəfli hamar şualı səkkizguşəli ulduz yerləşdirilən lövhədən ibarətdir. Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.