Azərbaycan xalq cümhuriyyəti
Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı və Ümummilli liderin hakimiyyətdə olduğu 1993-2003-cü illər Azərbaycan tarixinə dərin islahatlar dövrü kimi daxil oldu.
Azərbaycan Xalq Cümhuriyyəti və təhsil
Hələ qədim zamanlarda Azərbaycan böyük ipək yolunun üstündə yerləşdiyinə görə mədəni, iqtisadi və siyasi əlaqələr yurdu kimi tanınmışdır. Buraya gələn əcnəbi səyyahlar buranı qədim və abad, öz gözəl memarlıq abidələri, kitabxanaları, məscidləri ilə diqqəti cəlb edən məskən kimi qiymətləndirmişlər.
Şifahi xalq ədəbiyyatımızda xalqımıza xas olan elm, mədəniyyət, yadadıcılıq, müdriklik geniş tərzdə öz əksini tapmışdır. Belə ki, hələ 1300 ildən əvvəl bizə dədə – babalardan miras qalmış “Kitabi-Dədə Qorqud” dastanı bizim xalqın mənəvi qidası olmaqla yanaşı, milli mənliyimizin, milli ruhumuzun mübarizə yollarını öyrənməkdə yardımçımız olub.
Ölkəmizin maarif və təhsil sahəsində dünya elmlərinin öyrənilməsində, dini dəyərlərimizin təbliq edilməsində, məscid, mollaxana və mədrəsələrin əvəzolunmaz yolu olmuşdur. Belə ki, uşaqlar oxuyub yazmağı öyrənməklə yanaşı dünyəvi elmlər haqda da məlumatlar almışlar.
Təhsilin inkişafında bu sahəyə mərkəzləşmiş rəhbərlik ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlanmışdır. O dövrdə Rusiya imperiyasının parcalanması nəticəsində Zaqafqaziya höküməti- Zaqafqaziya Komissarlığı fəaliyyətə başlanmışdır. Sonradan isə Qafqazda yeni bir dövlət orqanı- Zaqafqaziya Seymi yaradılmışdır. Onu da qeyd edək ki, Zaqafqaziya Komissarlığı 1917-ci ilin noyabr ayından 1918-ci ilin martına kimi fəaliyyət göstərmişdir. Zaqafqaziya Seymi isə 1918-ci ilin 23 fevralından 18 mayına kimi fəaliyyət göstərmişdir. Qeyd etmək yerinə düşərdi ki, bu dövrdə 1918-ci ilin mayın 27-də Tiflisdə yaradılmış Milli Şuranın üzvü olan Nəsib bəy Yusifbəyli Fətəli Xan Xoyskinin təşkil etdiyi Hökümət Kabinetində eyni zamanda xalq maarifi və dini etiqad naziri vəzifəsini icra edib. Təsadüfi deyildir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Nəsib bəy Yusifbəyli “Müstəqil Azərbaycan” ideyasının banisi və onu gercəkləşdirən dövlət və siyasi xadimlərindən biri kimi cağdaş milli dövlətcilik tarixinə daxil olmuşdur. O, həm də XX əsr Azərbaycan təhsil, elm və mədəniyyəti tarixinə şanlı səhifələr yazmış gələcək nəsillərə nümunə olan və böyük maarifci və əsl milli ziyalı kimi tanınmışdır. O, milli hökümətə 1 ilə yaxın rəhbərlik etmişdir. Bu dövrdə onun adı Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan Bəy Tofcubaşov, Həsənbəy Ağayev kimi məşhur ziyalı dövlət xadimləri ilə yanaşı çəkilmişdir.
Həmin dövrdə Azərbaycan xalqının formalaşması və bir millət kimi ayağa qalxması üçün tarixi şərait yaranmışdır. Neft və başqa sənaye sahələrində kapitalist münasibətləri sürətlə inkişaf edir, böyük nailiyyətlər əldə edilirdi. Milli sahibkarlığın meydana gəlməsi və güclənməsi ölkədəki müstəmləkəçilik qanunlarını xeyli zəiflədirdi. Eyni zamanda maarif və mədəniyyətin inkişaf səviyyəsi də xeyli aşağı idi. Odur ki, xalqın gələcəyini düşünən, yetişməkdə olan böyük ziyalı nəslin mütərəqqi fikirli nümayəndələri bu geriliyi aradan qaldırmaq üçün elmə, təhsilə və ana dilinin tədrisinə diqqət, böyük önəm verirdilər. Azərbaycanın milli dirçəlişi uğrunda aparılan mübarizənin önündə gedən ziyalıların biri də N.Nərimanov olmuşdur. O, deyirdi:- “ Bir millət özünü tanımayınca hüququnu düşünməz. Tanımaq üçün də milli dil, milli məktəb, milli mətbuat lazımdır. Bunların da meydana gəlməsi və tərəqqisi bizim üçün hüriyyətə bağlıdır”. Nəriman Nərimanov bütün həyatını bu çətin, lakin, şərəfli işə həsr edərək öz vətəndaşlıq borcunu yerinə yetirmişdir. Xalqın maariflənməsində, vətənpərvərlik duyğuları ilə yaşayıb yaradan, xalqını və vətənini ürəkdən sevən, bütün ömrünü onun tərəqqisinə həsr edən maarifci- pedaqoq Nəriman Nərimanov maarif və məktəbin inkişafı uğrunda çalışmağı hər bir vətəndaşın ən vacib və şərəfli işi sayırdı. O vətənə xidmət etməyi əsas, vacib əxlaqi keyfiyət sayırdı. O, deyirdi ki, hər bir şəxsin ləyaqəti onun vətənə xidməti ilə ölcülməlidir. Əsl vətənpərvərliyi əmək fəaliyyətində görən Nəriman Nərimanov deyirdi ki, başqasının zəhməti ilə yaşayanlar üçün millət, insaniyyət, vətən boş şeydir. “Biz Qafqaza nə şüarla gedirik” adlı məqaləsində də xalqı, bəşəriyyəti səadətə cıxaran bir-birinə yaxın qardaş, yoldaş edən əxlaqi sifətlərin əmələ gəlməsində əməyin roluna əsas yer verirdi. O, məktəblərin qarşısında gənclərin həyata, əməyə hazırlamaq vəzifəsini qoruyurdu. Əməyin tərbiyəvi rolu insanlarda dostluq, doğruçuluq, səmimilik, təvazökarlıq, sadəlik, vətənpərvərlik kimi əxlaqi keyfiyyətlərin formalaşmasında əsas amildir.
Azərbaycanda XX əsrin əvvəllərində islam dini hökmran idi. Məktəblərdə dinin tədrisi və məktəb binalarında dini mərasimlərin icrası qadağan edildi. Nəriman Nərimanov dini məsələlərlə əlaqədar əhəmiyyətli fikirlər söyləmişdir. O, Şərq xalqlarının adət ənənələrini, məişətini, dini təsəvvürlərini yaxşı bilirdi. Odur ki, yaşadığı tarixi şəraiti, mühiti adət və ənənələri, dini təsəvvürləri nəzərə alırdı. O, xalqın dini hiss və təsəvvürlərinə münasibətə çox ehtiyatla yanaşırdı. O, vaxtı ilə kilsənin dövlətdən və məktəbin kilsədən ayrılmasına dair maddəni proqramdan çıxarmalı olmuşdur. Bunu xatırlayan N.Nərimanov deyirdi ki, müsəlmanlar hələ ruhanilərin təsiri altında olduqlarından onlar müstəqil düşünməyi bacarmırlar, hər şeyi Quran və şəriət ehkamları ilə müqayisə edir bəşəriyyət qanunlarının məhdud dairəsindən kənara çıxa bilmirlər. Bəla burasındadır ki, müsəlman kütləsinin şüurunda mənəvi bir inqilab hələ olmamışdır. Qərb ölkələrindən kilsə ilə dövlət arasında gedən uzun müddətli mübarizələr nəticəsində kilsə dövlətə tabe olmuş, mülki qanunların əsasında xristian təlimi deyil, dövrün tələbləri durduğu halda Şərqdə belə bir mübarizə olmamışdır. N.Nərimanovun hər iki çıxışı xalq arasında kilsənin dövlətdən və məktəbin kilsədən ayrılmasına dair dekretin düzgün başa düşülməsinə və yerli tatar, müəlman, qırğız və kalmık uşaqlarının məktəbə cəlb edilməsində böyük əhəmiyyət kəsb etmiş, işin təşkilinə kömək etmişdir.
N.Nərimanov təkçə Həştərxanda deyil, Zaqafqaziyada da kilsənin dövlətdən və məktəbdən ayrılması haqda dekreti həyata keçirərkən yerli şəraiti nəzərə almaq əsas şərt sayılırdı. Belə ki, Qafqazda hakimiyyəti ələ almaq üçün yerli şəraiti, xalqın vəziyyətini, əhalinin müxtəlif partiyalara münasibətində buraxılmış nöqsanları ətraflı təhlil edən Nəriman Nərimanov əhalinin əxlaqı və məişəti ilə bərabər dini görüşləri ilə də razılaşmağı, hesablaşmağı çox vacib hesab edirdi.
N.Nərimanovun pedaqoji irsində əsas yerlərdən birini müəllim, onun şəxsiyyəti, müəllim kadrların hazırlığı məsələləri tutur. Onun təlimin məzmunu və üsullarına dair dəyərli fikirləri vardır. O, bir tərəfdən köhnə məktəblərin, “zavallı uşaqların”, gələcək millət balalarının zehinlərini korlayan, “orta əsrlərdən qalma” üsul və dərs keçən mollaxanaları, digər tərəfdən isə dövlət məktəblərinin ruslaşdırma siyasətini kəskin tənqid və ifşa edirdi. Onun pedaqoji fikirlərinin əsasını təlimin ana dilində aparılması ideyasıdır. “Millətin dilini bilmədən, onun dərdinə dəva etmək çətindir”,- deyən N.Nərimanov müəllimi həkimlə müqayisə edir və göstərir ki, həkim xəstəliyə görə dərman verdiyi kimi, müəllim də tələbə görə bilik verməlidir. O, deyirdi ki, -“ Nəxoşun ruhunu təmizləməkdənsə, onun qanını təmizləyin, insanın dili onun qanıdır. Qan təmiz olanda ürək yaxşı işlədiyi kimi dilin də saf olması millətin tərəqqisinə səbəb olur”.
N.Nərimanov məktəblərdə ana dilinin tədrisini ciddi şəkildə yaxşılaşmasını tələb edirdi. O, deyirdi ki, bunsuz xalqın tərəqqisi, maariflənməsi, vətən üçün zəmanəsinə uyğun bacarıqlı və məlumatlı şəxslərin hazırlanması mümkün deyil.
Azərbaycanın qabaqcıl fikirli maarifciləri olan Həsən bəy Zərdabi, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, F.Köçərli, Nəcəf bəy Vəzirov, S.M.Qənizadə, Ü.Hacıbəyov, S.S.Axundov, Rəşid bəy Əfəndiyev,I M.Mahmudbəyov, F.Ağazadə və başqaları kimi N.Nərimanov da məktəblərdə təlim tərbiyə işlərini müvəffəqiyyətlə həyata keçirilməsində müəllimin roluna aid maraqlı fikirlər söyləmişdir.
Dövrünün görkəmli müəllimi və maarif xadimi olan N.Nərimanov Azərbaycan məktəb və pedaqoji fikir tarixində mühüm və şərəfli yer tutur. O, Azərbaycanın milli dirçəlişi uğrunda həyatını çətin və şərfli işə sərf etmişdir.
1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğunda fəal iştirak edən, milliyyətcə Şimali Qafqazda yaşayan qumuq türklərindən olan Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası hökümətlərində müxtəlif nazir vəzifələrində çalışan və sonradan Bakıda yaşayan Rəşid xan Qaplanov 4-cü Hökümət Kabinetində xalq maarifi və dini etiqad naziri vəzifəsinə təyin olunandan sonra rəhbərliyi ilə Azərbaycanın bir çox şəhərlərində və Bakıda yeni məktəblər fəaliyyətə başlayıb. Onun başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti höküməti təhsil sahəsində uğurlu addımlar atıb. Belə ki, o işlədiyi dövrdə 100 nəfər Azərbaycanlı gəncin xaricdə ali təhsil almağa getməsini təşkil etmiş, ümumi təhsilin məzmunu sahəsində islahatlar üzrə Hökümət Kamissiyası yaratmışdır. Bu dövrdə əlifba islahatı sahəsində Dövlət Komissiyası fəaliyyətə başlamış, Bakı Dövlət Universitetinin acılmasında fəal iştirak etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən xaricə ali təhsil almağa gedən 100 nəfər Azərbaycanlı gəncin taleyini araşdırarkən məlum olmuşdur ki, N.Nərimanovun Azərbaycanın bu seçilmiş oğullarına – həm fəxrlə, həmdə ürək ağrısı ilə olan münasibəti üzə çıxır. Belə ki, hələ 1919-cu ildə Həştərxanda olarkən “Azərbaycan” qəzetinin səhifələrində həmin tələbələr haqqında verilən xəbərləri izləmiş, təhsillə bağlı uzaqgörənliklə qəbul edilmiş bu qərar onu sevindirmişdir.
Ona görə də N.Nərimanov müstəqil Azərbaycanın gələcəyi naminə böyük ümidlərlə xaricə, Avropanın ali məktəblərinə üz tutan gənclərin Aprel işğalından sonrakı taleyinə biganə qalmamışdır. O tələbələrin maddi cəhətdən cətinlik çəkdiklərini Azərbaycan Xalq Maarifi Komissarlğına göndərdikləri məktubdan öyrənmiş və onlara yardım üçün yüz min marka göndərilməsini təcili olaraq Xalq Xarici işlər və Xalq Maarifi Komissarlığına tapşırmışdır. O, bunu həyata keçirməyi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin keçmiş deputatı Bəhram Axundova həvalə etmişdir. 1919- cu ildə Rəsulzadənin təklifi və parlamentin qərarı ilə tələbələrin işi üzrə Bəhram Axundovu Avropa şəhərlərinə – Almaniya, İtaliya, Fransa və Türkiyənin ali məktəblərinə ezam olunmasında N.Nərimanovun məqsədi olmuşdur. Belə ki, o, bu yolla Azərbaycan Xalq Cümhuriyyəti dövrundə parlament üzvü olmuş bu ziyalı, dəyərli insanın həyatını onu gözləyən təhlükədən qorumaq üçün etmişdir. N.Nərimanov 1919-cu ildə Həştərxan Quberniya Xalq Maarif şöbəsinin müdiri işlərkən qısa müddətli pedaqoji kurslar təşkil etməklə yüzlərlə müəllim hazırlamışdır. O, müəllim kadrları hazırlamaqla yanaşı, onların qarşısında mühüm vəzifələr qoymuşdur. Yazdığı əsərlərində də insan şəxsiyyətinin təşəkkülündə tərbiyənin rolunu yüksək qiymətləndirir, maarifin demokratikləşdirilməsini insanların ümumi, bərabər inkişafına maneə olan mövcud quruluşun ictimai – siyasi həyat şəraitinin dəyişdirilməsi ideyasını təbliğ edir, xalqın mənəvi-əxlaqi kamilliyini cəmiyyətin inkişafı üçün mühüm amil, yeganə qurtuluş yolu sayırdı.
N.Nərimanov 1918-cü ilin aprelin 26-da Bakıda Xalq Komissarları Sovetinin tərkibinə daxil edilmiş və şəhər təsərrüfatı komissarı vəzifəsinə təyin edilmişdir. 1918-ci ilin iyununda xəstələndiyi üçün o, Bakı kommunasının tapşırığı ilə Həştərxana göndərilmişdir. Onun müalicəsi başa catanda artıq Bakı kommunası devrilmişdir. Odur ki, Həştərxanda qalıb fəaliyyətini davam etdirirdi.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 2,3,4-cü Hökümət Kabinetlərində maarif nazirinin müavini, 5-ci Hökümət Kabinetində ( 24.XII .1919-01.IV.1920) isə maarif və dini etiqad naziri kimi Azərbaycanın milli təhsil salnaməsinə şanlı səhifələr yazan Həmid bəy Şaxtaxtinski ali təhsil almaq üçün Odessanın Novorossiyski Universitetinə daxil olmuşdur. Burada o hüquq fakultəsində təhsil alarkən institutda azərbaycanlı tələbələrin təşkil etdiyi “Azərbaycan Həmyerliləri” təşkilatında fəaliyyət göstərib. Hansı ki, bu təşkilatda Nəsib bəy Yusifbəyli, N.Nərimanov, Xosrov bəy Sultanov və basqaları da fəaliyyət göstərmişlər.
Qeyd etdiyimiz kimi Azərbaycan Xalq Cümhuriyyətinin böyük nümunələrindən biri olan Nəsib bəy Yusifbəylinin təklifi ilə Azərbaycanın milli pulu dövriyyəyə buraxılıb, Azərbaycan Müəllimlərinin III qurultayı keçirilmişdir.
MilLi hökümətin Tiflisdən Gəncəyə gəlişinin ilk günlərindən milli təhsil siyasəti və quruculuğuna fəal yanaşan maarif naziri Nəsib bəy Yusifbəylinin başçılığı ilə Xalq Maarifi və Dini Etiqad Nazirliyinin sturukturu təsdiq edilir və ölkədəki bütün maarif və mədəniyyət ocaqları, məktəblər onun tabeciliyinə verilir. Nəsib bəy Yusifbəylinin maarif sahəsindəki xidmətlərindən biri də yüksək vəzifələrə azərbaycanlıları çəkməsi olub. Hələ 1919-cu ilin avqustunda azərbaycanlıların six yaşadıqları Şuşa, Gəncə, Cavanşır, Zəngəzur qəzalarının xalq maarifi müfəttişliyində çalışan rus və elməni rəhbər maarif işçiləri vəzifələrindən azad edilib, əvəzində onların yerinə milli kadrlar təyin olunub.
Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə hazırlanıb həyata keçirilən qərarlar Azərbaycanda ümumtəhsil müəssisələrində təhsilin ana dilində aparılmasını təmin etdi ki, bununla da milli maarifcilərimizin yüz illərlə arzuladıqları ideya həyata keçirildi. Azərbaycan türkçəsi Dövlət dili statusu qazandı və təlim tərbiyə, təhsil ana dilimizdə keçirilməyə başladı.
Bu dövrdə 23 dövlət orta təhsil müəssisəsi, 4 qadın və 6 kişi gimnaziyası, 3 müəllimlər seminariyası, 3 “Müqəddəs Nina” qız məktəbi, 5 realnı məktəbi, politexnik və kommersiya məktəbləri fəaliyyət göstərib. Bakı Qadın Seminariyası Kişi Seminariyasına çevirilərək burada təhsil alanlar üçün pansion açılıb. 1918-1919-cu illərdə Gəncə müəllimlər seminariyası milliləşdirilib. Zaqatala Ağdam və Şuşada, Nuxada darülmüəllimin müəssisələri, Bakıda isə darülmüəllimin və darülmüəllimat- yəni qadın və kişi müəllimləri hazırlayan müəssisələr fəaliyyətə başlayıb. Eyni zamanda elmi-pedaqoji kadrları hazırlamaq üçün ali və orta ixtisas məktəbləri acılır, dərsliklər cap olunur. Belə ki, “Türk qiraəti”, “Türk əlifbası və ilk qiraət”, “Yeni məktəb”, “Taze elmül-hesab”, “Ədəbiyyat dərsləri”, “Hesab məsələləri məcmuəsi”, “Milli qiraət”, “Müntəxəbat” və b. dərsliklər nəşr olunub.
Aprel çevrilişindən sonra parlamentin son iclasından gələn Nəsib bəy Yusifbəyli son görüşündə ailəsinə : “Fələk məni çox yüksəltdi. Fəqət mən dünyanın ən bədbəxt insanıyam”- demişdir. Doğurdan da 1918-ci ilin qanlı mart hadisələrindən sonra Azərbaycan Xalq Cümhuriyyətinin liderlərini, ziyalılarını bir-bir aradan götürməyə başladılar, hansı ki, Parlamentin son iclasında təhvil-təslim zamanı bolşeviklərdən xüsusi razlılıq alınmışdır ki, “Sabiq dövlət xadimləri, hökümət üzvləri və millət vəkillərindən hər kəs siyasi cinayətdə ittiham edilməyəcək”. Lakin, bu yalan oldu. Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən olan Nəsib bəy Yusifbəyli Yevlax-Kürdəmir yolunda qətlə yetirildi.
Qeyd etdiyimiz kimi, Tiflisdəki Zaqafqaziya Universitetinin Bakıya köçürülməsi haqda Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü Hökümət kabinetinin proqramında nəzərdə tutulmuşdur. O zaman nazir müavini Həmid bəy Şaxtaxtinskinin rəhbərliyi ilə Tiflis hökuməti ilə mütəmadi danışıqlar aparılırdı. Həmid bəy Şaxtaxtiniski bu məsələ ilə bağlı Tiflisə gəlir və rus universitetinin Bakıya köçürülməsi üçün yaxşı binalar, maddi təminat olduğunu vəd edir. Tiflisdəki rəhbərlik buna razı olsa da burada da ermənilərin qeyri-konstruktiv mövqeyi universitetin Bakıya köçürülməsinə mane oldu. Ona görə də Cümhuriyyət höküməti Bakıda müstəqil universitet yaratmaq təşəbbüsünü həyata keçirməyi qərara aldı. Odur ki, Zaqafqaziya Universitetinin rektoru olan Vasili İvanovic Razumovkinin A.X.C. Höküməti Bakıya dəvət etdi. 1919-cu ilin aprelin sonunda Vaseli İvanovic Razumovki Bakıya gəlir və xalq maarif naziri Rəşid xan Qaplanov və onun müavini Həmid bəy Şaxtaxtinski ilə görüşür. O, Bakıda universitetin təsis edilməsini öz üzərinə götürdü və 1919-cu ilin mayında Xalq Maarifi Nazirliyi yanında Universitet Komissiyası haqqında əsasnamə və komissiyanın tərkibi təsdiq olundu. Hələ Komissiyanın 1-ci iclasında maarif naziri Rəşid xan Qaplanov çıxış edərək Azərbaycan hökümətinin bu barədə qəti qərarını Komissiyanın üzvlərinə catdırdı. Onu da qeyd edək ki, həmin Komissiyaya geniş hüquqlar verildi. Belə ki, Komissiya üzvləri hökümət başçısına kimi müraciət edə bilərdilər. Artıq 1919-cu ilin iyununda Universitet Komissiyasının ştatları da təsdiq olundu, işcilərin maasşları müəyyən edildi. Belə ki, Komissiya qanun layihələrini hazırlayıb Azərbaycan hökumətinə təhvil verdi. Hökumət bu layihələri bəyənərək parlamentə təhvil verdi. Parlamentdə qızğın müzakirələr başlandı. Nəhayət, 1919-cu ilin avqust ayında universitetin təsis olunması gündəliyə salındı. İclasa sədrlik edən tanınmış ziyalı, böyük maarifçi Sultanməcid Qənizadə qanun layihələrinin müzakirə olunmasını təklif etdi. İclasın katibi Katib Mehdi bəy Hacınski idi. O, layihələrin sənədləri ilə Parlamentin üzvlərini tanış edəndən sonra “İttihad” fraksiyasının rəhbəri Qara bəy Qarabəyov parlamentə tələb edərək universitetdə tədrisin rus dilində aparılacağnı, qanun layihələrinin müzakirəsini dayandırmağı və onun yenidən Komissiyaya qaytarılmasını təklif edir, məsələnin səsə qoyulmasını tələb edir. Təklif səs çoxluğu ilə qəbul edilir və bu məsələ gündəlikdən çıxarılır. Artıq 1919-1920-ci dərs ilinin əvvəlində açılması planlaşdırılan bu məsələ və Universitet Komissiyasının gördüyü işlər təhlükə altına düşür. Təsiscilər dərk edirdilər ki, bu məsələ indi, yəni dərs ilinin əvvəlinə kimi həll olunmasa vaxt uzanacaq və universitetin acılması məsələsi baş tutmaya bilər. Ona görə də maarif naziri Rəşid xan Qaplanov bu məsələyə münasibətini belə bildirdi: – “Layihəyi bərayi-tədqiq (araşdırılması üçün) fraksiyaçılara göndərsək, vaxt qeyb olacaq. Əmin olun ki, darülfünün bu sənə ( il) acılmayacağı kimi, gələcək sənə (il) də acılmayacaq . ”
Ölkədə ki, siyasi vəziyyət get-gedə çətinləşir, ingilis qoşunları artıq avqustda Azərbaycandan getmişdir. Şimaldan təhlükə Azərbaycan üçün “Damokl qılıncı” kimi asılmışdı. Ona görə universitetin acılması məsələsi təcili olaraq mütləq həll edilməli idi, çünki, indi bu həll olunmasa qanun layihəsi arxivlərə göndəriləcəkdir. Sonradan bu məsələni gündəmə gətirmək isə müşkül məsələ idi. Odur ki, bu məsələnin təcili həlli milli dövlətçiliyimizin, elm, təhsil və mədəniyyətimizin tərəqqisi üçün zəruri olan əhəmiyyətini dərk edən Parlament üzvləri – dövlət və maarif xadimləri, siyasi xadimlər, Bakıda bu universitetin təsis edilməsi üçün əllərindən gələnləri edir. Qanun layihələrini yenidən iclasın gündəliyinə qaytarılması üçün qərarlarını qəti etiraz şəklində bildirdilər. İclasda böyük hörmət sahibi olan və tərəfdarları coxluq təşkil edən Məhəmməd Əmin Rəsulzadə 1-ci olaraq söz alır və milli təhsilimizin gələcəyi üçün vacib olan çox faydalı tarixi çıxış edir. Sonra maarif naziri Rəşid xan Qaplanov cıxış edir. Bakıda bu universitetin acılmasının ümumilli, ümumdövlət və ümumbəşəri əhəmiyyətini əsaslandıran maraqlı çıxışlarla Səməd ağa Ağamalı oğlu, Mustafa Məmmədov və başqaları 4 saatdan çox davam edən iclasda böyük qanun layihələrinin yenidən baxılması üçün gündəliyə qaytarılmasına nail oldular. Parlament Qanun layihələrinin müzakirəsinə başlamaq haqda qərarı qəbul etməli oldu. Belə ki, Vasili İvanovic Razumovski sonralar bu tarixi hadisəni həmin məsələnin müsbət həlli üçün vətənpərvərlik, fədakarlıq, qətiyyət göstərən ziyalılarımızı “universitetin və maarifin həqiqi dostları” adlandırırdı. O, bir çoxlarını- Məmməd əmin Rəsulzadəni, Nəsib bəy Yusifbəylini, Fətəli xan Xoyskini, Həsən bəy Ağayevi, Rəşid xan Qaplanovu, Səməd ağa Ağamalı oğlunu və başqa maarif fədailərinin gərgin əməyini xüsusi ilə qeyd edirdi. Doğurdan da onun fikrinə görə “Universitet və maarifin həqiqi dostları” universitetin təsis edilməsini dünyəvi dövlətin milli müstəqilliyinin əsas atributlarından biri kimi qiymətləndirirdi. Həmin Parlamentdəki çıxışının sonunda maarif naziri Rəşid bəy Qaplanov uzaqgörənliklə demişdir ki, elm məbədinə dərəcəyi-hörmətlə, camelərə, məscidlərə girərkən ayaqqabılarımızı çıxaran kimi, bu elm məbədinə də girərkən mülahizəti-şəxsiyə (şəxsi mülahizələri), siyasiyyə və firqə nizayilərini (siyasi maraqları) unudaraq girməliyik. Əminəm ki, bu darülfununa istiqbali-milliyətimizi (millətin xoşbəxt gələciyini) təmin edici bir məbəd, elm nəzəri ilə baxacayıq. Yeri gəlmişkən onu da qeyd edək ki, Rəşid xan Qaplanov maliyyə naziri təyin olunanda da dövriyyədəki milli pullarımızın qiymətdən düşməməsi və devalvasiyaya uğramaması üçün də səy göstərmişdir. O da aprel çevrilişindən sonra represiyalara məruz qalmışdır.
Qeyd etdiyimiz kimi 1919-cu ilin 20 avqustunda Bakıda keçirilən Azərbaycan müəllimlərinin III qurultayına maarif nazirinin müavini Həmid bəy Şaxtaxtinski rəhbərlik etmişdir. Xalq Maarifi Nazirliyinə qurultayın təqdim etdiyi təkliflərə əsasən məktəb islahatı – ümumi təhsilin məzmunca milliləşdirilməsi nəzərdə tutulmuş, proqramla dərslik islahatı üzrə Dövlət Proqramını hazırlamaq məqsədi ilə Hökümət Komissiyası yaradılmışdır. 1919-cu ilin 7-noyabrında yaradılmış Hökümət Komissiyasına Xalq Maarifi Nazirliyi yanında Həmid bəy Şaxtaxtiniski sədrlik etmişdir. Komissiyanın yeni məzmunlu milli dərsliklərin hazırlanması işi müsbət nəticələr versə də bu Aprel işğalından sonra Azərbaycan Xalq Cümhuriyyətinin süqutu nəticəsində həmin proqram axıradək reallaşdırılmamış sona yetdi. Lakin Bakı Dövlət Universitetinin yaradılmasında xüsusi xidmətlər göstərən Həmid bəy Şaxtaxtinski sonralar universitetdə rus dili və ədəbiyyatdan dərs demiş, prorektor kimi tədrisin təşkilində fəal əmək sərf etmişdir. Represiyalara məruz qalanlardan da biri olmuşdur. Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılmasında, həmin müəssisələrdə tədbirlərin səmərəli keçirilməsində Azərbaycan Xalq Demokratik Respublikası Nazirlər Şurasının sədri, 4-cü Hökümət Kabinetində Xalq maarifi və dini etiqad nazirinin müavini olan Nurməhəmməd bəy Şahsuvarovun da böyük xidmətləri olmuşdur. Belə ki “Ittihad” partiyasının üzvü olan Nurməhəmməd bəy Şahsuvarov Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin 2-ci hökümət kabinetində Xalq Maarifi və Dini Etiqad naziri təyin olunandan 25 gün sonra- martın 30-da bütün Kabinet istefa verib. Sonralar Məhəmməd bəy Şahsuvarov da represiyalara məruz qalanlardan biri olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə düşmən mütərəqqi fikirli ziyalıların, dövlət xadimlərinin, elm və mədəniyyət sahəsində fəal çalışanların gizli kütləvi siyahıya alınmasını aparırdı. Belə ki, qeyd etdiyimiz kimi Cümhuriyyətin liderlərindən olan Nəsib bəy Yusifbəyli qətlə yetirilmiş, İsmayıl xan Ziyadxanov Gəncədə öldürülmüşdür. Xudadat bəy Rəfibəyov Nargin adasında güllələndi. Həsən bəy Ağayev məslək dostları ilə birlikdə Tiflisə getməyə məcbur olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan olunan bu qədim şəhərdə – Tiflisdə onları bu dəfə acı tale gözləyirdi. 1920-ci ilin iyunun 19 da Fətəli xan Xoyski namərd gülləsinin qurbanı oldu. Aradan 1 ay keçəndən sonra isə iyulun 19-da hələ də sabahki günə ümid ilə, inamla baxan Həsən bəy Ağayev muzdlu qatil tərəfindən vuruldu. N.Nərimanov isə erməni tərəfindən zəhərlənib öldürüldü. Lakin, həyat davam etdi. Azərbaycan Xalq Cümhuriyyətinin səpdiyi toxumlar cücərdi, məhsulunu verdi. Aradan 70 – il keçəndən sonra Azərbaycan yenidən öz milli müstəqilliyinə qovuşdu. Bu dəfə həmişəlik və əbədi olaraq 1991-ci ilin 18-oktyabrında Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında ölkəmizin taleyində əvəzsiz rol oynayan çox böyük bir sənəd qəbul edildi. “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı” min illər boyu xalqımızın qəlbində və əməllərində yaşayan azadlıq ideyalarının məntiqi nəticəsidir. Bu sahədə həyatı əhəmiyyəti olan bir çox addımlar atıldı, müstəqilliyimizə balta çalmaq, Azərbaycanı parçalamaq, dövlətçiliyimizə zərbə vurmaq istəyən daxili və xarici düşmənlərə layiqli cavablar verildi. İndi hamı tam əmindir ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir. Bu gün Azərbaycan dünyanın bir çox iri dövlətləri ilə təhsil, elm və mədəniyyət sahəsində dostluq, əməkdaşlıq edir. Bu gün respublikamız tolerant bir ölkəyə çevrilmişdir. Respublikamız təhsil, mədəni-maarif, səhiyyə, elm, ictimai-siyasi cəhətdən və digər sahələrdə bir çox ölkələri geridə qoymuşdur. Bu gün ölkəmizdə beynəlxalq səviyyəli təhsil layihələri, müxtəlif mövzularda elmi praktik konfransların keçirilməsinə ev sahibliyi edir. A.X.C – nin əkdiyi toxumlar öz faydasını verməklə Azərbaycanı müstəqil, daim inkişafda olan bir ölkə səviyyəsinə çatdırmışdır.
Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə illər, əsrlər boyu milli müstəqillik uğrunda mübarizə aparmış, hər bir qeyrətli vətən övladlarına, maarif fədailərinə, eləcə də onlardan biri olan həyatın ən mürəkkəb anlarında “rus ordusunun Azərbaycandan çıxarılmasına yalvarıram” – deyə fəryad edən Həsən bəy Ağayevin müqəddəs ruhuna dərin ehtiramın canlı təzahürü – Bakıda Azərbaycan Xalq Cümhuriyyətinə abidənin ucaldılmasıdır.
Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etmişdir.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ TƏHSİL (Yubiley ərəfəsində)
Azərbaycan Xalq Cümhuriyyəti və təhsil
28 May – Respublika Günüdür!
Əsas xəbər, Azərbaycan, Təbriklər
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitututunda Azərbaycan Xalq Cü .
Biologiya və tibb elmləri
Azərbaycan Xalq Cümhuriyyəti – Şərqdə ilk parlamentli respublika
Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafında müstəsna xid .
Azərbaycan KP MK Rəyasət Heyətinin ilk sədri sədri – Mirzə Davud Bağır oğlu .
Tarix, Unutsaq, unudularıq.
Xalq Cümhuriyyəti parlamentinin ən gənc deputatı
AZƏRBAYCANIN GÜRCÜSTANDAKI İLK DİPLOMATİK NÜMAYƏNDƏSİ
Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür
Azərbaycan xalq cümhuriyyəti
AZƏRBAYCAN TARİXİ
Azərbaycan dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biridir. Ölkəmizin ərazisində Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma mağaralarında, habelə başqa yaşayış məskənlərində aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış qədim insanın – Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir.
Təqribən 5 min illik dövlətçilik tarixinə malik Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə sahib olan xalqlarındandır. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl yaranmağa başlamışdır.
Eramızdan əvvəl I minillikdə – eramızın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Atropatena və Albaniya kimi güclü dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.
Həmin dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş yox idi. Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş – Tanrıçılıqla yanaşı zərdüştlük, atəşpərəstlik, günəşə, aya, ulduzlara, torpağa, suya sitayiş olunurdu. Ölkənin şimalında – Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində xristianlıq yayılmışdır.
Orta əsrlər
Eramızın əvvəllərində – III əsrdə Azərbaycan Sasani imperiyasının, VII əsrdə isə Ərəb xilafətinin tərkibinə daxil edilmişdir.
VII əsrdə islam dininin qəbul olunması Azərbaycanın tarixi müqəddəratında və xalqımızın taleyində əsaslı hadisə oldu. İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi. Türk və digər etnoslar arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu.
IX əsrin ortalarından Azərbaycanda yeni siyasi dirçəliş başlandı: Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Eldənizlər dövlətləri yarandı. Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin İntibah dövrü başlanırdı. 600 ilə qədər davam edən Sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin yaranması, islam dininin bütün ölkə ərazisində əsas təkallahlı dinə çevrilməsi Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı.
XV-XVIII əsrlərdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar dövlətləri bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu.
Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində Ağqoyunlu dövləti bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. XV əsrin sonu – XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi. Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti – Səfəvi dövləti meydana gəldi. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycan dili dövlət dili elan olundu. Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli dövlətlərindən birinə çevrildi.
Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736-1747) keçmiş Səfəvi dövlətinin sərhədlərini daha da genişləndirdi. Nadir şah 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı ələ keçirdi. Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı.
Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili dövlət süquta uğradı. XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə – xanlıqlara parçalandı. Həmin dövrü dövlətçilik tariximizdə tənəzzül dövrü kimi qiymətləndirirlər.
XVIII əsrin sonunda türk sülaləsi olan Qacarlar İranda hakimiyyətə gəldilər. Qacarlar Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar. Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Çar Rusiyası arasında uzun sürən müharibələr dövrü başlandı. Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi.
Gülüstan və Türkmənçay müqavilələrindən sonrakı dövr
Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Çar Rusiyasına, Cənubi Azərbaycan isə Qacarların idarə etdiyi İrana daxil edildi.
Həmin dövrdən etibarən Azərbaycan torpaqlarına, xüsusən Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köçürülməyə başlandı. Təkcə 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən isə 90 min erməni Azərbaycana köçürüldü. Təsadüfi deyil ki, 1978-ci ildə indiki Tərtər rayonunun Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən İranın Marağa bölgəsindən Qarabağa köçürülməsinin 150 illiyi ilə əlaqədar “Marağa-150” abidəsi inşa edilib.
1988-ci ildə bu abidə ermənilər tərəfindən qəsdən dağıdılıb. Çünki bu abidə ermənilərin tarixi Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi.
Çar Rusiyası 1836-cı ildə müstəqil Alban xristian kilsəsini ləğv etdi və onu erməni Qriqorian kilsəsinin tabeçiliyinə verdi. Bununla da Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı.
Azərbaycan Xalq Cümhuriyyəti
1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşmüşdür. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan tarixinin parlaq səhifəsidir.
Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən İstiqlaliyyət Bəyannaməsində deyilirdi: Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan tam hüquqlu müstəqil bir dövlətdir. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir. Qısa bir vaxt ərzində Azərbaycanın dövlət bayrağı, himni və gerbi qəbul olundu, Azərbaycan dili dövlət dili elan edildi. Dövlət və ordu quruculuğu, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində bir çox önəmli, taleyüklü addımlar atıldı. Şərqdə ilk dəfə və əksər Avropa ölkələrindən əvvəl Azərbaycanda qadınlara seçki hüququ verilmişdir.
1920-ci il yanvarın 11-də Paris sülh konfransında Azərbaycan müstəqil dövlət kimi tanındı. Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 114 min km2 (mübahisəli ərazilər nəzərə alınmadan), əhalisi 2,8 milyon nəfərdən çox idi.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dən Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu zamanı 5 Hökumət fəaliyyət göstərmişdir. Bunlardan ilk ikisində Fətəli Xan Xoyski (1875-1920), sonrakı üçündə isə Nəsib bəy Yusifbəyli (1881-1920) Nazirlər Şurasının sədri (Baş nazir) olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1918-ci il 7 dekabr 1920-ci il 27 aprel tarixlərində fəaliyyət göstərmiş və bu müddətdə 145 iclas keçirilmişdir. Əlimərdan bəy Topçubaşov (1863-1934) Parlamentin Sədri olmuşdur.
Azərbaycan Sovet hakimiyyəti illərində
1920-ci ilin aprelin 28-də bolşevik hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Həmin gün Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan olundu. Sovet İttifaqı dövründə Zəngəzurun, Göyçənin, Naxçıvanın bir hissəsinin və digər rayonların Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 114 min kv.km-ə bərabər olan ərazimizin 86,6 min kv.km-ə qədər azaldılması ilə nəticələndi. Bundan başqa, 1923-cü il iyulun 7-də bolşevik liderlərin təşəbbüsü ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.
Azərbaycanda Sovet hakimiyyətinə qarşı müqavimət və etirazlar qanlı repressiyalarla cavablandırıldı.
Təkcə 1937-ci ildə 29 min adam repressiyaya məruz qaldı. Bu dövrdə Azərbaycan xalqı özünün Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz, Əli Nəzmi, Tağı Şahbazi və başqaları kimi onlarla mütəfəkkirlərini itirdi.
İkinci Dünya Müharibəsi illərində (1939-1945) Bakı nefti Sovet İttifaqının faşizm üzərində qələbəsinin təmin olunmasında mühüm rol oynadı. Azərbaycanlılardan ibarət diviziyaların Qafqazdan Berlinədək şanlı döyüş yolu keçməsi Azərbaycan xalqının igidliyini və fədakarlığını bir daha sübut etdi.
1948-1953-cü illərdə azərbaycanlıların öz ulu vətənləri olan Qərbi Azərbaycandan (Ermənistan SSR adlanan ərazidən) kütləvi surətdə sürgün olunmasının yeni mərhələsi başlandı. SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarı əsasında Ermənistanın 24 rayonundan və İrəvan şəhərindən 100 min nəfərdən çox azərbaycanlı deportasya edilmişdir.
Sovet hakimiyyəti illərində Azərbaycanın sürətli inkişafının və İttifaq miqyasında qabaqcıl respublikaya çevrilməsinin təməli 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi ilə qoyuldu.
Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə iqtisadiyyatın bütün sahələrində mühüm irəliləyişlər əldə edildi, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrıldı, minlərlə azərbaycanlı təhsil müəssisələrinə ali təhsil almağa göndərildi. 1970-1985-ci illərdə ölkədə 213 iri sənaye müəssisəsi işə salındı, Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunmağa başladı. Görülən böyük işlər nəticəsində Azərbaycan SSRİ məkanında qabaqcıl sənaye, kənd təsərrüfatı və mədəniyyət respublikasına çevrildi.
1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini yenidən qazanaraq, özünü Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri bərpa edildi. Azərbaycan Respublikası çox mürəkkəb şəraitdə fəaliyyət göstərməyə başladı. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi, hakimiyyət uğrunda daxili çəkişmələr, iqtisadiyyatın çökməsi ölkəni xeyli zəiflətdi. AXC-Müsavat cütlüyünün səriştəsiz idarəetməsi hətta Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoydu. Dərin siyasi, iqtisadi, hərbi böhran keçirən Azərbaycanda xalqın təkidli tələbi əsasında 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizin qurtuluşunda həlledici dönüş baş verdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu tarix o zamandan Milli Qurtuluş günü kimi qeyd olunur. 1993-cü il oktyabrın 3-də isə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı və Ümummilli liderin hakimiyyətdə olduğu 1993-2003-cü illər Azərbaycan tarixinə dərin islahatlar dövrü kimi daxil oldu.
2003-cü ildən Ümummilli lider Heydər Əliyevin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq, respublikamızda irimiqyaslı, transmilli layihələr, iqtisadi islahatlar ardıcıl olaraq həyata keçirilir, ölkənin dinamik inkişafı, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür, mürəkkəb tarixi şəraitdə dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları ilə qarşılıqlı hörmətə əsaslanan əlaqələr uğurla inkişaf etdirilir, dövlətimizin beynəlxalq münasibətlər sistemində yeri və rolu güclənir. Keçirilən bütün seçkilərdə Prezident İlham Əliyevin seçicilərinin böyük əksəriyyətinin etimadını qazanması Azərbaycanda xalq-iqtidar birliyinin bariz nümunəsidir.
VERGİLƏR
Yüz iki il bundan əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən – Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.
Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.
Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.
Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Xalqımız Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü bu il də milli bayram kimi qeyd edir.
Похожие статьи
-
Azərbaycan Xalq Cümhuriyyəti – DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİNİN DAVAMI KİMİ 27 iyun 1918 – Xalq Cümhuriyyətinin hökuməti “Dövlət dili haqqında” qərar qəbul edib….
-
Azərbaycan xalq cümhuriyyəti dövründə iqtisadiyyat
Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı Hazırda isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə…
-
Azərbaycan xalq cümhuriyyəti dövründə hökümətin daxili siyasəti
Azərbaycan xalq cümhuriYYƏTİ DÖVRÜNDƏ DÖVLƏt-din münasiBƏTLƏRİ Ceyhun MƏMMƏdov M.B.Məmmədzadə yazırdı ki, “Qadınlar sair vətəndaşlarla bərabər vətəni və…
-
Azərbaycan xalq cümhuriyyəti 1 cild
Azərbaycan Demokratik Respublikası Bir sözlə, son illər ərzində bütün istiqamətlər üzrə inkişaf, tərəqqi var. Sosial infrastrukturun inkişafı ilə bağlı…
-
Azərbaycan xalqının cümhuriyyəti dövründə elm və təhsil
Azərbaycan Xalq Cümhuriyyəti dövründə altı tələbə tibbi təhsil almaq üçün Almaniya və Fransaya göndərilib Ali təhsil almaq üçün xarici ölkələrə tələbə…
Comments are closed, but trackbacks and pingbacks are open.