Azrbaycan xalq cümhuriyyti haqqında mlumat
Azərbaycan Xalq Cümhuriyyətinin üçüncü hökumət kabineti
Azərbaycan Xalq Cümhuriyyəti
ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi. 13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu.
Ermənistana güzəşt edilən İrəvan quberniyasının (29 may 1918-ci ildə güzəşt edilmişdir) ərazisi 8913,17 km² (ərazisi – Yeni-Bəyazid qəzası, İrəvan qəzasının 3/5-i, Eçmiədzin qəzasının ¼-i, Aleksandropol qəzasının ¼-i daxil idi ; əhalisi 321 min nəfər olmuşdur ki, bunun da erməni , 80 min azər-türkü , 5 min yezidi kürd və 6 min digər millətlər) təşkil edirdi. Edilən güzəştdən sonra ermənilər Azərbaycanın Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilənin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etdilər. Lakin 1918-1920-ci illərdə İrəvan quberniyasından başqa əraziləri ələ keçirə bilməyən ermənilər 1920-ci il aprelin 28-də, Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə etməyə nail oldular.
30 may 1918 – Azərbaycan Cümhuriyyətinin yaranması haqqında dünya dövlətlərinə radioteleqramlar göndərilib. Dünyanın aparıcı dövlətlərinin xarici işlər nazirlikləri Azərbaycanda müstəqil respublikanın yaradılması haqqında informasiya aldılar. Radioteleqramlar İstanbula, Berlinə, Vyanaya, Parisə, Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Moskvaya, Stokholma, Tokioya və digər paytaxtlara göndərilmişdi
Bakı şəhəri Stepan Şaumyanın başçılığı altında Bolşevik Bakı Soveti və Daşnak silahlı dəstələrinin nəzarətində olduğu üçün, Azərbaycan höküməti müvəqqəti olaraq Gəncə şəhərində yerləşmişdir.
4 iyun 1918 – Batumda aparılan danışıqların yekunu olaraq Xalq Cümhuriyyəti ilə Osmanlı arasında “Sülh və dostluq haqqında” müqavilə imzalanıb. Müqaviləni Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Rəsulzadə və xarici işlər naziri M.Hacınski , Osmanlı tərəfdən ədliyyə naziri Xəlil bəy və Qafqaz cəbhəsinin komandanı Vahib paşa imzalamışdı. Bu müqavilə ilə Xalq Cümhuriyyəti birinci olaraq Osmanlı tərəfindən tanınıb. Müqavilədə Osmanlı dövləti Xalq Cümhuriyyətinə hərbi yardım göstərmək barədə öhdəlik götürüb
17 iyun 1918 – Gəncədə ilk iclasını keçirən Azərbaycan Milli Şurası ölkədə yaranmış ağır vəziyyəti nəzərə alaraq öz fəaliyyətini dayandırmaq və yeni parlament (Müəssislər Məclisi) çağırılanadək bütün hakimiyyəti (qanunvericilik və icra) Nazirlər Şurasına vermək barədə qərar qəbul edib. Bu Nuru paşanın tələbi idi. Həmin gün Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurası istefa verib və onun rəhbərliyi ilə ikinci hökumət qurulub
24 iyun 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Hökumətin qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Cümhuriyyətin müvəqqəti rəmzi elan edilib. Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı isə dövlət rəmzi olaraq 1918-ci ilin noyabrın 9-da qəbul edildi.
26 iyun 1918 – Cümhuriyyətin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin – əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri ilə birlikdə (“Qafqaz İslam Ordusu”) Nuru paşanın komandanlığı altında “Bakı Kommunası”nın qoşunları ilə qızğın döyüşlər aparırdı. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra, avqustun 1-də verildi. Nazirlik özü isə 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edildilər.
27 iyun 1918 – Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Göyçay yaxınlığındakı döyüşdə “Bakı Soveti”nin qoşunlarını məğlub edib. Bu zəfərdən sonra Qafqaz İslam Ordusunun hissələri daşnak-bolşevik qoşunlarının hücumlarını dayandıraraq əks-hücuma keçməyə başlayıblar
27 iyun 1918 – Cümhuriyyətin hökuməti “Dövlət dili haqqında” qərar qəbul edib. Azərbaycan (türk) dili Cümhuriyyət ərazisində dövlət dili elan olunub
2 iyul 1918 – Cümhuriyyətin Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verib. Bununla Azərbaycan polis orqanlarının əsası qoyulub.
10 iyul 1918 – Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik “Bakı Soveti”nin qoşunlarını məğlub ediblər. Kürdəmir qəsəbəsi işğalçılardan azad olunub. Bu qələbədən sonra Qafqaz İslam Ordusunun daşnak-bolşevik qüvvələri üzərinə geniş əks-hücumu başlanıb. İyulun 14-də azərbaycanlı-türk qoşun hissələri strateji əhəmiyyətli Kərar dəmir yolu stansiyasını ələ keçiriblər
15 iyul 1918 – Cümhuriyyətin hökuməti azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıb. Komissiya 1918-ci ilin mart qırğınları ilə yanaşı, XX əsrin əvvəlindən ermənilərin azərbaycanlılara qarşı törətdikləri digər qətliamlar haqqında çoxsaylı materiallar toplamış, Cümhuriyyət hökumətinin qərarı ilə 31 mart “Soyqırımı günü” elan edilmişdi. Azərbaycanın sovetləşməsindən sonra bu tarix gizlədildi
20 iyul 1918 – Cümhuriyyətin və türk (Osmanlı) qüvvələrinin Nuru paşanın komandanlığı altındakı birgə Qafqaz İslam Ordusu daşnak-bolşevik “Bakı Kommunası” qoşunlarına daha bir zərbə endirərək Şamaxı şəhərini azad ediblər. Bu arada türk qoşunları cənubdan (indiki Neftçala rayonu ərazisi) Bakı istiqamətinə irəliləməyə başlamışdı
6 sentyabr 1918 – Azərbaycan Cümhuriyyətinin nümayəndə heyəti İstanbulda Osmanlı dövlətinin rəhbərliyi ilə görüşüb.Milli Şuranın sədri M.Rəsulzadə, “Müsavat” fraksiyasının üzvü X.Xasməmmədov və general S.Səfikürdskinin daxil olduğu heyət Osmanlının yeni sultanı VI Mehmet Vahdettin tərəfindən qəbul edilib. Bu, Cümhuriyyətin rəsmi heyətinin ilk xarici səfəri idi. Osmanlı hərbi rəhbərliyinin (Ənvər paşa) də iştirak etdiyi görüşdə Cümhuriyyətə hərbi yardım və Bakının azad olunması məsələsi əsas mövzu olub. Bu görüşdən sonra Bakının azad olunması barədə həlledici hücum barədə qərar verildi
1918-ci il sentyabrın 15-də baş verən ağır döyüşlərdən sonra, Azərbaycan Demokratik Respublikasının milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Osmanlı Türk İslam Ordusunun hissələri Bakını bolşevik, erməni-daşnak və ingilis hərbi dəstələrindən azad etmışdir və müstəqil Azərbaycan hökuməti Bakıya köçmüşdür.
28 may 1919 – Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşərək Xalq Cümhuriyyətinin tanınmasını xahiş edib. Antitürk və ermənipərəst mövqeyi ilə seçilən Vilson bu xahişi rədd edib
16 iyun 1919 – Azərbaycanla Gürcüstan arasında hərbi müttəfiqlik paktı imzalanıb. Razılaşmaya əsasən, Azərbaycan gürcü tərəfə neft verməklə əvəzində silah və texnika almağa başladı. Hərbi pakta görə, tərəflər Rusiyanın hərbi təcavüzünə qarşı bir-birinə dəstək verməli idilər. Lakin 1920-ci ilin aprelində bolşevik Rusiyasının Azərbaycana hücumu zamanı Gürcüstan bu öhdəliyə deyil, özünün müstəqilliyinin tanınması barədə ruslarla separat danışıqlara üstünlük verdi.
Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsi |
Azərbaycan Cümhuriyyətinin ərazisi haqqında ilk dəfə İstiqlal bəyannaməsində bəhs edilmişdi. Həmin sənəddə göstərilirdi ki, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan tamhüquqlu müstəqil dövlətdir, Lakin yenicə yaranmış Cənubi Qafqaz respublikalarının əraziləri və sərhədlərinin konkretləşdirilməsi ciddi problemlərlə qarşılaşdı. Azərbaycan və Erməni Milli Şuraları arasında sərhəd məsələləri üzrə danışıqların nəticəsi Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli iclasında müzakirə edildi. Səs çoxluğu ilə İrəvan Ermənistan Respublikasına güzəşt edildi və onun paytaxtı kimi tanındı. Həmin qərar qəbul olunarkən hər iki respublikanın gələcəkdə konfederasiya şəklində birləşəcəyi, Ermənistanın Qarabağın dağlıq hissəsinə olan əsassız iddiadan əl çəkəcəyi və başqa məsələlər nəzərə alınmışdı. Lakin tarix bu addımın yanlış olduğunu göstərdi. Ermənilər həmin güzəştlərdən istifadə edərək, yeni-yeni ərazi iddiaları irəli sürdülər. İrəvan quberniyasında, Qarayazıda olan Azərbaycan hərbi hissələrinin 24 saat müddətində oradan çıxarılması haqqında ultimatum verdilər, azərbaycanlılara qarşı yeni soyqırımları həyata keçirməyə başladılar və bununla, həmin əraziləri zor gücünə ələ keçirməyə cəhd göstərdilər.
Ərazisi
Azərbaycanla Gürcüstan arasında da sərhəd mübahisələri vardı. Gürcüstan hökuməti keçmiş Tiflis quberniyasına daxil edilmiş Azərbaycan torpaqlarını – Borçalı, Qarayazı və Sığnax mahallarını Azərbaycana qaytarmaqdan boyun qaçırdı. Gürcü silahlı qüvələri alman hərbi dəstələri ilə birləşərək, 1918-ci il iyunun əvvəllərində Borçalıya daxil oldular. Ayın 14-də Azərbaycanın Xarici Işlər Nazirliyi azərbaycanlıların məskunlaşdığı Borçalıya və digər ərazilərə birləşmiş gürcü-alman hərbi qüvvələrinin yeridilməsinə qarşı nota verdi, sərhəd məsələsinin siyasi yolla həll olunmasını təklif etdi. Gürcüstan hökuməti buna razılıq vermədi. Cənubi Qafqaz respublikaları arasındakı ərazi mübahisələri daha kəskin şəkil almağa başladı. Buna görə də həmin problemin beynəlxalq İstanbul konfransında müzakirə edilməsi qərara alındı. 1918-ci ilin noyabrında Əlimərdan bey Topçubaşovun Antanta dövlətlərinin İstanbuldakı nümayəndələrinə göndərdiyi xüsusi memorandumda Azərbaycanın ərazisi müəyyənləşdirilirdi. Bu məsələ daha geniş şəkildə-Paris sülh konfransındakı Azərbaycan sülh nümayəndəliyinin tələblərində də əks olunmuşdu. Həmin sənədə əsasən, Azərbaycan Xalq Cümhuriyyəti aşağıdakı əraziləri əhatə edirdi: Bakı quberniyası (Bakı dairəsi ilə birlikdə Bakı qəzası, Cavad qəzası, Göyçay qəzası, Şamaxı qəzası, Quba qəzası, Lənkəran qəzası); Yelizavetpol (Gəncə) quberniyası (Yelizavetpol, yəni Gəncə qəzası, Cavanşir qəzası, Nuxa qəzası, Ərəş qəzası, Şuşa qəzası, Qaryagin, yəni Cəbrayıl qəzası, Zəngəzur qəzası, Qazax qəzası (bu ərazinin üçdə birini təşkil edən dağlıq hissəsi Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi kimi qalırdı)); İrəvan quberniyası (Naxçıvan qəzası, Şərur-Dərələyəz qəzası, Sürməli qəzası, habelə Yeni Bəyazid qəzası, Eçmiədzin ve Aleksandropol qəzalarının bir hissəsi); Tiflis quberniyası (Borçalı qəzası, Tiflis ve Sığnax qəzalarının bir hissəsi); Zaqatala mahalı; Dağıstan vilayəti (Kürə ve Samur nahiyələrini əhate eden ərazinin bir hissəsi, habele Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla, Qaytaq-Tabasaran qəzasının bir hissəsi). Bundan başqa, Azərbaycan Cümhuriyyəti Tiflis quberniyasındakı Axalsıx qəzasının Batum, xüsusən Qars əyalətlərini də öz ərazisinə daxil etməyə xüsusi əhəmiyyət verirdi.
Lakin ərazi məsələlərini dinc yolla həll etmək mümkün olmadı. Birinci dünya müharibəsində məğlub olan Osmanlı imperiyası hərbi qüvvələrini Cənubi Qafqazdan çıxaran kimi ermənilər daha da fəallaşdılar, ərazi iddiası ilə 1918-ci ilin sonunda Gürcüstanla aparılan müharibə nəticəsində Borçalı mahalında Lorini və onun ətraflarını zəbt etdilər. Ermənistan Azerbaycanın tarixi torpaqlarına olan iddialarını həyata keçirmək üçün Qarabağ, Zəngəzur, Naxçıvan və digər ərazilərdə soyqırımlarını daha da genişləndirdi. Naxçıvanda bu siyasətin qarşısını almaq üçün 1918-ci ilin noyabrında Araz Türk Cümhuriyyəti yaradıldı və bu Cümhuriyyət sonra Cənub-Qərbi Qafqaz Demokratik Cümhuriyyəti ilə birləşdirildi. Cənubi Qafqaz dövlətləri arasındakı ərazi mübahisələrini müzakirə etmək üçün, nəhayət, 1919-cu il aprelin 25-də Tiflisdə konfrans çağırıldı. Lakin konkret nəticə verməyən Tiflis konfransı da iyunda işini dayandırdı.
Son dərəcə mürəkkəb beynəlxalq və daxili vəziyyətə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti ərazi və sərhəd məsələlərinə həyati əhəmiyyət verirdi. Cümhuriyyət Hökuməti Cənubi Qafqazdakı bütün tarixi Azərbaycan torpaqlarını öz nəzarəti altında saxlamağa çalışırdı. 1920-ci ilin ünvan – təqvimində Xarici İşlər Nazirliyinin təqdim etdiyi xəritə və məlumatlar əsasında Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən cədvəl nəşr olunmuşdu.
Göründüyü kimi, Cümhuriyyətin ərazisi 113,9 min kv. km-ə bərabər idi (o cümlədən, mübahisəsiz ərazi 97,3 min kv. km; mübahisəli ərazi 16,6 min kv. km).Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı qısa dövr ərzində ərazisini və sərhədlərini qorumaq sahəsində mühüm işlər gördü. Lakin Aprel işğalı (1920) və Azerbaycan Xalq Cümhuriyyətinin devrilməsindən sonra Sovet Rusiyasının yeritdiyi ayrıseçkilik siyasəti nəticəsində Azərbaycan əraziləri daha da azaldıldı. Yeni yaradılan Azərbaycan Sovet Sosialist Respublikasının sərhədləri 86,6 min kv. km müəyyən edildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin 27,2 min kv. km-i Azərbaycan xalqının əlindən alındı.
Görkəmli dövlət xadimləri
- Məhəmməd Əmin Rəsulzadə
- Əlimərdan bəy Topçubaşov
- Fətəli xan Xoyski
- Nəsib bəy Yusifbəyli
- Əhməd bəy Pepinov
- Camo bəy Hacınski
- Xudadad bəy Məlikaslanov
- Əkbər ağa Şeyxülislamov
- Məmməd Yusif Cəfərov
- Xosrov bəy Sultanov
- Xəlil bəy Xasməmmədov
İstiqlal Bəyannaməsi
- İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq demokratik parlamentli müstəqil Azərbaycan dövlətinin yaradılmasını xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:
- Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
- Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
- Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
- Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, dinindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarının hüquqlarının təminatçısıdır.
- Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
- Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
Azərbaycan hökumətinin tərkibi
I kabinə: 28.05.1918 – 17.06.1918
Nazirlər Şurasının sədri və daxili işlər naziri – F.Xoyski (bitərəf).
Hərbi nazir – X.SuItanov (müsavat).
Xarici işlər naziri – M.H.Hacınski (müsavat).
Maliyyə və xalq maarifi naziri – N.Yusifbəyli (müsavat).
Ədliyyə naziri – X.Xasməmmədov (müsavat).
Ticarət və sənaye naziri – M.Y.Cəfərov (bitərəf, sonra -müsavat).
Əkinçilik və əmək naziri – Ə.Şeyxülislamzadə (Hümmət).
Yollar, poçt və teleqraf naziri – X.Məlikaslanov (bitərəf).
Dövlət müfəttişi – C.Hacınski (sosialist).
II kabinə: 17.06.1918-07.12.1918
Nazirlər Şurasının sədri və ədliyyə naziri – F.Xoyski (bitərəf).
Xarici işlər naziri – M.Hacınski (müsavat).
Xalq maarifi və dini etiqad naziri – N.Yusifbəyli (müsavat).
Daxili işlər naziri – B.Cavanşir (bitərəf).
Əkinçilik naziri – X.Sultanov (müsavat).
Səhiyyə və sosial təminat naziri – X.Rəfibəyli (bitərəf).
Yollar naziri – X.Məlikaslanov (bitərəf).
Ticarət və sənaye naziri – A.Aşurov (bitərəf).
Maliyyə naziri – Ə.Əmircanov (bitərəf).
Portfelsiz nazir – Ə.M.Topçubaşov (bitərəf).
Portfelsiz nazir – M.Rəfiyev (müsavat).
Portfelsiz nazir – X.Xasməmmədov (müsavat).
06.10.1918 tarixli kabinədaxili dəyişikliklərdən sonra
Nazirlər Şurasının sədri – F.Xoyski (bitərəf).
Ticarət, sənaye və daxili işlər naziri – B.CavanĢir (bitərəf).
Xarici işlər naziri – Ə.M.Topcubaşov (bitərəf).
Maliyyə naziri – M.H.Hacınski (müsavat).
Xalq maarifi naziri – N.Yusifbəyli (müsavat).
Yollar naziri – X.Xasməmmədov (bitərəf)
Əkinçilik naziri – X.Sultanov (müsavat).
Xalq səhiyyəsi naziri – X.Rəfibəyli (bitərəf)
Poçt-teleqraf naziri – A.Aşurov (bitərəf)
Sosial təminat və dini etiqad naziri – M.Rəfiyev (müsavat)
Hərbi işlər üzrə müvəkkil – G.Ziyadxan (bitərəf)
Dövlət müfəttişi – Ə.Əmircanov (bitərəf).
III kabinə: 24.12.1918 -14.03.1919
Nazirlər Şurasının sədri və xarici işlər naziri – F.Xoyski (bitərəf).
Daxili işlər naziri – X.Xasməmmədov (müsavat )
Maliyyə naziri Ġ.Protasov (Slavyan-Rus Cəmiyyəti)
Yollar naziri – X.Məlikaslanov (bitərəf)
Ədliyyə naziri – T.Makinski (?)
Maarif və dini etiqad naziri – N.Yusifbəyli (müsavat)
Poçt-teleqraf və əmək naziri – A.Səfikürdski (sosialist)
Hərbi nazir – S.Mehmandarov (bitərəf)
Sosial təminat naziri – R.Xoyski (bitərəf)
Xalq səhiyyəsi naziri – Y.Gindes (Slavyan-Rus cəmiyyəti)
Ticarət və sənaye naziri – M.Əsədullayev (bitərəf)
Dövlət müfəttişi – M.H.Hacınski (16.01.1919 tarixindən – Ə.Həsənov)
Ərzaq naziri – K.Lizqar (Slavyan-Rus cəmiyyəti)
Əkinçilik naziri – X.Sultanov (müsavat)
IV kabinə: 14.03.1919-26.12.1919
Nazirlər Şurasının sədri və daxili işlər naziri – N.Yusifbəyli (bitərəf)
Maliyyə naziri – Ə.Həsənov (bitərəf)
Ticarət və sənaye naziri – A.Əminov (bitərəf)
Xarici işlər naziri – M.Y.Cəfərov (müsavat)
Yollar naziri – X.Məlikaslanov (bitərəf)
Poçt-teleqraf naziri – C.Hacınski (sosialist)
Hərbi nazir – S.Mehmandarov (bitərəf)
Sosial-təminat naziri – V.Klenevski (Slavyan-Rus cəmiyyəti)
Səhiyyə naziri – Abram Dastakov (daşnaksütun)
Maarif və dini etiqad naziri – R.Kaplanov (əhrar)
Əkinçilik naziri – A.QardaĢov (əhrar)
Portfelsiz nazir – X.Amaspür (daşnaksütun)
Dövlət müfəttişi – N.Nərimanbəyli (müsavat)
Ədliyyə və əmək naziri – A.Səfikürdski (sosialist)
Sonralar daxili işlər naziri – X.Xasməmmədov (müsavat)
V kabinə: 24.12.1919 – 01.04.1920
Nazirlər Şurasının sədri – N.Yusifbəyli (müsavat)
Xarici işlər naziri – F.Xoyski – (bitərəf)
Hərbi nazir – S.Mehmandarov (bitərəf)
Daxili işlər naziri – M.H.Hacınski (18.02.1920-dən sonra M.Vəkilov) (birincisi əvvəl müsavat, sonra kommunist M.Vəkilov – müsavat)
Ədliyyə naziri – X.Xasməmmədov (müsavat)
Maliyyə naziri – R.Kaplanov (əhrar)
Maarif və dini etiqad naziri – H.Şaxtaxtinski (05.03.1920-dən sonraŞahsuvarov, hər ikisi – ittihad)
Əmək və əkinçilik naziri – Ə.C.Pepinov (sosialist)
Yollar naziri, eyni zamanda ticarət, sənaye və ərzaq üzrə müvəqqəti nazir – X.Məlikaslanov (18.02.1920-dən sonra ticarət, sənaye və ərzaq naziri – M.H.Hacınski)
Poçt-teleqraf naziri – C.Hacınski (sosialist)
İctimai təminat və səhiyyə naziri – M.Rəfiyev (müsavat)
Dövlət müfəttişi – H.Məmmədbəyov (ittihad).
İslahatları
Azərbaycan Demokratik Respublikası rəhbəri Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə ruhani idarələrini müsəlman məmurlarına həvalə etməklə Tiflis şəhərindəki ruhani idarələrinin bazasında Bakıda vahid, müsəlman ruhani idarəsinin yaradılması qərara alındı.
Azərbaycan Demokratik Respublikası hökuməti müsəlmanlar üçün Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına nail oldu. 1918-ci il dekabrın 11-də çar hökuməti orqanlarının təyin etdiyi Qafqaz Şeyxülislamı M.Ə.Pişnamazzadə vəzifəsindən istefa verdi. Azərbaycan Demokratik Cümhuriyyəti sosial təminat və dini etiqad naziri Musa bəy Rəfiyevin sərəncamı ilə 48 yaşlı axund Ağa Əlizadə Qafqaz müsəlmanlarının birgə ruhani idarəsinin sədri, Şeyxülislam təyin edildi. Yeni Şeyxülislam məzhəb ayrıseçkiliyini rədd edən, mütərrəqi fikirli, milli heysiyyəti güclü olan, parlamentin işinə kömək edən bir şəxs idi.
İlk dəfə Azərbaycan Demokratik Respublikasının suverenliyinin elan edildiyi binaya vurulan lövhə, TiflisMolla Ağa Əlizadə Azərbaycanda ilk Demokratik Respublikanın yaranmasını ürəkdən alqışlayan din xadimlərindən idi. Azərbaycan Demokratik Respublikası yaranmasının birinci ildönümü münasibətilə o demişdir:
“Azadlığı yalnız müstəqil yaşamaq yolu ilə qorumaq və müdafiə etmək olar. Öz əqidəsini və fikrini şövqlə söyləmək və öz bəşəri iradəsini ifadə etmək yalnız müstəqil ölkədə mümkündür. Asılı olmayan tədris ocaqlarında — orta və ali məktəblərdə ölkənin camaatının faydalana biləcəyi bütün biliklərə yiyələnmiş şüurlu adamlar yetişər. Allah-təalanın buyruqlarını yalnız ölkənin istiqlaliyyəti şəraitində müvəffəqiyyətlə intişara yetirmək olar. İstiqlal hər bir tayfaya və hər bir şəxsiyyətə lazımdır”.
Bu zaman Azərbaycan Demokratik Cümhuriyyəti vicdan azadlığını təmin etmək sahəsində ilk addımlarını atırdı.
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan milli şurasının müstəqillik haqqında qətnaməsində qeyd edilirdi ki, vətəndaşların hüququ, siyasi, dini azadlıqları təmin edilir, müstəqil Azərbayacan dövləti qeyri dini, demokratik quruluşa malik olan ölkədir. Qətnamədə deyilirdi:
“Azərbaycan Demokratik Respublikası milliyyətindən, dinindən, ictimai vəziyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşları öz hüdudları daxilində vətəndaşlıq və siyasi hüquqlarla təmin edir”.
1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan parlamenti öz işinə başladı. Parlamentin iclaslarında heç bir dini ayin (dua oxunması və s.) icra edilmədi. Bütün dinlərdən olan deputatlar bərabər hüquqlu nümayəndə səlahiyyətinə malik idilər. Dinə münasibətindən asılı olmayaraq bütün vətəndaşlar Azərbaycan Demokratik Respublikasının bərabər hüquqlu əhalisini təmsil edirdilər. Milli mənlik duyğusunun güclənməsi ilə başlanan dirçəliş ümummilli vicdanı oyatmaya bilməzdi.
Göründüyü kimi, Azərbaycan Demokratik Respublikasının Milli Şurası, sonra isə Parlamenti və Hökuməti mövcud olduğu qısa müddət ərzində iqtisadi, ictimai-siyasi və sosial həyatın müxtəlif sahələrinə aid çoxlu tale yüklü islahatlar həyata keçirmiş, müstəqil Azərbaycan dövlətinin formalaşıb möhkəmlənməsi üçün misilsiz işlər görmüşdür. İqtisadi, siyasi-ictimai və sosial münasibətlər sahələrində vətəndaşların hüquqlarının təmin edilməsinə yönəldilmiş qərar və tədbirlərin tərkibində əhalinin vicdan azadlığı məsələləri xüsusi yer tuturdu.
Azərbaycan Demokratik Respublikası hökuməti və parlamenti vicdan azadlığı haqqında ayrıca dekret və ya qərar qəbul etməyə imkan tapmasa da, onun bu problemə ən demokratik mövqeyi aydın idi. Azərbaycan Demokratik Respublikasının uğurları və faciələri, tarixi dərsləri, dini etiqad və vicdan azadlığı sahəsində təcrübəsi bu günümüz üçün çox marağlıdır.
27 aprel 1920 – Bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil olub. Bu vaxt Xalq Cümhuriyyətinin ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri ilə döyüşdə idi, azsaylı sərhəd qoşunları isə rus ordusuna müqavimət göstərə bilməmişdi. Bolşevik rəhbərliyi – Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə Xalq Cümhuriyyətinin parlamentinə ultimatum verib. Vəziyyəti real dəyərləndirən parlament gərgin müzakirələrdən sonra ultimatumla razılaşıb və axşam saat 23.45-də hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul edilib. Parlamentin qərarında Azərbaycanın istiqlalının və ərazi bütövlüyünün qorunması, Milli Ordunun saxlanılması, siyasi partiyalara fəaliyyət azadlığı, Cümhuriyyətin dövlət xadimlərinə təqiblərin olmaması barədə şərtlər yer almışdı. Lakin bolşeviklər bu şərtlərin heç birini saya salmadı.
Bundan sonra Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı.
Təhsil islahatları
Böyük mesenat Hacı Zeynalabdin Tağıyevin milləti üçün açdığı işıqlı yolu Azərbaycan Demokratik Respublikası (ADR) hökuməti davam etdirdi. Cümhuriyyət parlamenti xalq maarifinin inkişafına çox mühüm təkan verən ilk tədbirlərdən birini – 1918-ci il 27 iyun tarixli qərarı qəbul etdi. Qərara əsasən Azərbaycan-türk dili dövlət dili elan edildi. Lakin ana dilini mükəmməl bilən ixtisaslı kadrların olmaması qərarın həyata keçirilməsini çətinləşdirirdi. Buna görə də inzibati idarə orqanlarında, məhkəmə işində və başqa sahələrdə Azərbaycan dilini bilən ixtisaslı kadrlar hazırlanana qədər müvəqqəti olaraq rus dilindən istifadəyə yol verilirdi. Cümhuriyyət hökuməti milli kadrların yetişdirilməsinə, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. Hacı Zeynalabdin Tağıyev təhsil, maarif, mədəniyyət, mətbuatla bağlı həyata keçirilən bütün tədbirlərdə iştirak edir, son qəpiyini də əsirgəmirdi.
Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. Azərbaycan dilini bilməyən şagirdlər üçün üçüncü və dördüncü siniflərdə Azərbaycan dili intensiv şəkildə tədris olunurdu ki, 2 ildən sonra həmin şagirdlər artıq ana dilində təhsillərini davam etdirə bilsinlər.
Xalq təhsilini milli möhkəm zəmin üzərində yenidən qurmaq üçün ixtisaslı müəllim kadrlarına və dərs vəsaitinə böyük ehtiyac var idi. O dövrdə ölkədəki mövcud müəllim kadrları ilə bu işin öhdəsindən gəlmək mümkün deyildi. Bu vəzifəni yerinə yetirmək üçün başlıca yol Türkiyədən müəllim dəvət etmək və qısamüddətli kurslarda Azərbaycan dilində savadlı olan şəxslərdən müəllim kadrları hazırlamaq idi. 1918-ci il iyulun 23-də Azərbaycan hökuməti ölkənin tədris müəssisələri üçün Türkiyədən müəllim kadrları dəvət etmək və dərs vəsaiti tədarükü haqqında xüsusi qərar qəbul etdi. Türkiyə həyatı ilə yaxından tanış olan Əhməd bəy Ağayevin bu məqsədlə İstanbula ezam edilməsi Xalq Maarifi Nazirliyinə tövsiyə olundu. Millətinin hər dərdinə qalan Hacı yenə də xeyir işin başında oldu. Cümhuriyyət qurucuları həm onun təcrübəsindən, həm də maddi dəstəyindən yararlandılar.
Tədris müəssisələrinin milliləşdirilməsinin və genişləndirilməsinin daha uğurla həyata keçirilməsi üçün 1919-cu ilin yayında ibtidai və orta məktəblərin aşağı siniflərini müvafiq milli kadrlarla təmin etmək məqsədilə qısamüddətli pedaqoji kurslar təşkil olunur. Hökumətin qərarına görə bu məqsədlə Xalq Maarifi Nazirliyinin sərəncamına 2 milyon 390 min manat vəsait ayrılır. Bakı, Gəncə və Nuxada kişi və qadın, Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada kişi pedaqoji kursları açılır. Hər kursda ən azı 50 nəfər müdavim təhsil alır. Kursları bitirənlərin demək olar ki, hamısına məktəblərdə müəllim yeri verilirdi. Cümhuriyyət hökuməti dərs vəsaitlərinin hazırlanması və nəşrinə də ciddi diqqət yetirirdi. Bunun üçün Maarif Nazirilyinin xüsusi komissiyası təşkil edilmişdi. 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Türk çələngi”, “Tarixi-təbii”, “Rəhbər cəbr” dərslikləri nəşr olunurdu. Dərsliklərin hazırlanmasında Azərbaycan maarf və ədəbiyyatının görkəmli nümayəndələri Firidun bəy Köçərli, Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Camo bəy Cəbrayılbəyli, Səməd ağa Ağamalıoğlu, Fərhad Ağazadə, Ağa bəy İsrafilbəyov, Abdulla bəy Əfəndizadə və başqaları fəal iştirak edirdilər. Azərbaycan parlamentinin 1919-cu il 18 sentyabr tarixli qərarı ilə türk dilində yeni kitablar almaq üçün Xalq Maarfi Nazirliyinin sərəncamına 1 milyon manat vəsait ayrılır.
Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq 1919-cu ilin əvəllərində ölkədə dövlət hesabına 637 ibtidai məktəb və 23 orta ixtisas təhsilli məktəb fəaliyyət göstərirdi. Orta məktəblər arasında 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 müqəddəs Nina qız tədris müəssisəsi, politexnik məktəb və kommersiya məktəbi var idi. 1919-cu ilin əvvəllərində Bakı qadın müəllimlər seminariyası kişi müəllimlər seminariyasına çevrildi. Atalar-analar artıq heç nədən çəkinmədən qızlarını məktəbə göndərirdilər. Hökumət xalqın milli ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayan muzeylərin, digər maarif və sənət ocaqlarının açılması sahəsində də mühüm tədbirlər həyata keçirirdi.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Tərkibi
Parlamentin sədri – Əli Mərdan bəy Topçubaşov
Sədrin I müavini – Məmməd Yüsif Cəfərov
Sədrin Müavini – Sultan Məcid Qənizadə (Qəniyev)
Parlamentin baş katibi – Bağır bəy Rzayev
Katiblər – Mehdi bəy Hacınski, Bayram Niyazi Kiçikxanlı
I. Müsavat və Birtərəflər fraksiyası
- Məhəmməd Əmin Rəsulzadə
- Həsən bəy Ağayev
- Nəsib bəy Yusifbəyli
- Xəlil bəy Xasməmmədov
- Məhəmməd Həsən Hacınski
- Abbasqulu Kazımzadə
- Musa bəy Rəfizadə
- Cavad bəy Məlikyeqanlı
- Mehdi bəy Hacınski
- Mehdi bəy Hacıbababəyov
- Rəhim bəy Vəkilov
- Şəfi bəy Rüstəmbəyli
- Hacı Səlim Axundzadə
- Mustafa Mahmudov
- Asəf bəy Şıxəlibəyov
- Abuzər bəy Rzayev
- Əhməd Həmdi Qaraağazadə
- Ağa Əminov
- Nəriman bəy Nərimanbəyli
- Mirzə Sadıx Axundzadə
- Müseyib bəy Axıcanov
- Mustafa Vəkilov
- Məmməd Bağır Şıxzamanov
- Məmməd Əli Rəsulzadə
- Murtuza Axundov
- Rza bəy Axundov
- Məmməd Rza Vəkilov
- Cəlil bəy Sultanov
- Əşrəf Tağıyev
- Məmməd Yusif Cəfərov
- Mirzə Əsədullayev
- Yusif Əhmədzadə
- Baxış bəy Rüstəmbəyov
- Fətəli Xan Xoyski
- Ağa bəy Səfərəliyev
- Əsədulla Əhmədov
- Ağa Aşurov
- Qulamhüseyin bəy Kazımbəyov
II. İttihad fraksiyası
- Qara bəy Qarabəyli
- Mir Yaqub Mehdiyev
- Qazı Əhməd bəy Məmmədov
- Cəmil bəy Ləmbəranski
- Bəhram bəy Vəzirov
- Sultan Məcid Qənizadə
- Həmdulla əfəndi Əfəndizadə
- Zeynal bəy Vəzirov
- Heybətqulu bəy Məmmədbəyli
- Əli bəy Zizikski
- Qra bəy Əliverdilər
- Əsəd bəy Əmirov
- İsgəndər bəy Axundov
III. Əhrar fraksiyası
- Aslan bəy Qardaşov
- Hacı molla Əhməd Nuruzadə
- Muxtar əfəndi Əfəndizadə
- Qərib Kərimoğlu
- Bayram Niyazi Kiçikxanlı
IV. Sosialistlər fraksiyası
- Səməd ağa Ağamalıoğlıu
- Əli Heydər Qarayev
- Qasım bəy Camalbəyov
- Hacı Kərim Sanılı
- Əhməd bəy Pepinov
- Camo bəy Hacınski
- Rza bəy Qaraşarlı
- Aslan bəy Səfikürdlü
- İbrahim Əbilzadə
- Bağır Rzayev
- Vladislav Bakradza
- Əkbər Şeyxulislamzadə
- İbrahim İsmayılzadə
V. Bitərəflər
- Bəhram bəy Axundov
- Behbud bəy Cavanşir
- Əbdüləli bəy Əmircanov
VI. Müstəqillər
- Əli Mərdan bəy Topçubaşov
- Səməd bəy Mehmandarov
- Xudadat bəy Məlikaslanov
- Bababəy Qəbulzadə
- Abdulla bəy Əfəndizadə
VIII. Slavyan – Rus İttifaqı fraksiyası
- Viktor Klanevski
- Basili Kravcenko
- Cerqey Remizov
- Fyodor Kotılevski
IX. Milli azlıqlar fraksiyası
- Lorens Kun
- Moisey Quxman
- Stanislav Vonsovic
- Vasil Kujim
X. Erməni fraksiyası
- Arşak Paronyan
- Yervan Taqionosov
- İsaq Xocayev
- Stepen Toqionosov
- Georgi Şahnazarov
XI. Daşnaksütyun fraksiyası
- Arşak Malxazyan
- Xoren Amaslür
- Poqos Cubarlı
- Abqar Papyan
- Aleksandr Ter-Azeryan
- Bogdan Balayans
Azrbaycan xalq cümhuriyyti haqqında mlumat
Müsəlman sosial-demokrat menşevik partiyası “Hümmət”
Əkbər Ağa Şeyxülislamov
Hökumət və onun tərkibi
Hökumət Azərbaycan Xalq Cümhuriyyətinin ali icra hakimiyyəti orqanı idi. Parlament qarşısında məsuliyyət daşıyırdı. Azərbaycan Milli Şurasının fəaliyyət göstərmədiyi dövrdə qanunvericilik fəaliyyətini də yerinə yetirmişdir. Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinin 6-cı maddəsində göstərilirdi ki,”Məclisi-Məbusan toplanıncaya qədər Azərbaycan idarəsinin başında “Şurayi-Milli və Şurayi-Milliyə qarşı məsul Hökuməti-müvəqqəti durur. Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi Milli Şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər naziri vəzifələrini tutdu.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il mayın 30-da radioqram vasitəsilə Azərbaycanın öz istiqlaliyyətini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə rəsmi bəyanatlar göndərdi. Həmin radioqramda yeni yaradılmış Hökumətin müvəqqəti olaraq Yelizavetpolda (Gəncə) yerləşdiyi bildirilirdi.
Azərbaycan Milli Şurası və Hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. İyunun 17-də Milli Şuranın ikinci iclasında Fətəli xan Xoyski Tiflisdə təşkil etdiyi Hökumətin fəaliyyəti barədə qısaca məlumat verərək Şura üzvlərindən onun Hökumətinin istefasını qəbul etməyi xahiş etdi. Uzun müzakirədən sonra iclas Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin yeni yaradılacaq Azərbaycan Müvəqqəti Hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul etdi. Altı aydan gec olmayaraq Müəssislər Məclisinin çağırılması qərara alındı. Hökumət qalan məsələlərdə bütün səlahiyyətlərindən istifadə etməkdə sərbəst idi.
Azərbaycan Milli Şurası iyunun 17-də Fətəli xan Xoyskinin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabinəsinin tərkibini təsdiq etdi. Nazirlər Şurası və ayrı-ayrı nazirliklərin idarə aparatı yaradıldı. İyunun 27-də Azərbaycan dili dövlət dili elan olundu. Avqustun 28-də tədris müəssisələrinin milliləşdirilməsi haqqında qərar qəbul edildi.
1918-ci il sentyabrın 15-də Azərbaycan və türk hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik qüvvələrindən azad etdi. Sentyabrın 17-də isə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıya köçdü. 1918-ci il oktyabrın 6-da Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci Hökumətdə dəyişikliklər edildi və vəzifələr yenidən bölüşdürüldü. Müəssislər Məclisinin çağırılması işinin təşkili üçün Nazirlər Şurasının sədri, daxili işlər və xalq maarifi nazirlərindən ibarət komissiya yaradıldı. 1918 il noyabrın 9-da Azərbaycan Hökuməti Fətəli xan Xoyskinin təqdimatı ilə ölkənin üçrəngli bayrağını təsdiq etdi.
1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclası keçirildi. Parlamentin rəhbər orqanları seçildikdən sonra Hökumətin fəaliyyəti barədə məruzə üçün söz Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sədri Fətəli xan Xoyskiyə verildi. O, öz Hökumətinin çox mürəkkəb tarixi şəraitdə gördüyü işlər barədə geniş hesabat verdi. Fətəli xan Xoyski öz Hökumətinin istefasını qəbul etməyi yeni yaranmış Parlamentdən xahiş etdi. Parlament ikinci Hökumətin istefasını qəbul etdi. Yeni – üçüncü Hökumət kabinəsinin təşkili və ona rəhbərlik yenə də Fətəli xan Xoyskiyə tapşırıldı. Dekabrın 26-da Fətəli xan Xoyski üçüncü hökumət kabinəsinin proqramı və tərkibi barədə Parlamentdə çıxış etdi. Müzakirələrdən sonra Parlament Fətəli xan Xoyski Hökumətinə etimad göstərdi. 1919-cu ilin yanvar-fevral aylarında keçirilən Parlament iclaslarında Fətəli xan Xoyski Hökuməti kəskin surətdə tənqid edildi və haqsız tənqidlərlə barışmayan Fətəli xan Xoyski Hökumətin istefası barədə Parlamentə məktub göndərdi. Parlamentin fevralın 25-də keçirilmiş iclasında Xoyski Hökumətinin istefası qəbul olundu və yeni Hökumətin təşkilinə qədər onlardan öz fəaliyyətlərini davam etdirmək xahiş olundu. Yeni – dördüncü hökumət kabinəsinin təşkili Nəsib bəy Yusifbəyliyə tapşırıldı. 1919-cu il aprelin 14-də o, yeni yaratdığı kabinənin üzvlərini Parlamentə təqdim etdi. Nəsib bəy Yusifbəyli təşkil etdiyi Hökumətdə Nazirlər Şurasının sədri və daxili işlər naziri vəzifələrini tutdu.
Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi Hökumət öz fəaliyyəti dövründə xaricdən Denikin ordusu, daxildən isə bolşeviklərin Azərbaycana qarşı törətdikləri təhlükələrlə üzləşmişdi. Bununla əlaqədar olaraq 1919-cu il iyunun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə 5 nəfərdən ibarət Dövlət Müdafiə Komitəsi yaradıldı. Komitənin tərkibinə Nazirlər Şurasının sədri, hərbi, yollar, xarici işlə r və ədliyyə nazirləri daxil edildilər. 1919-cu il dekabrın 22-də özünün ikinci, Cümhuriyyətin isə sayca beşinci hökumət kabinəsini təşkil edən Nəsib bəy Yusifbəyli həmin Hökumətə 1920-ci il martın axırına qədər başçılıq etdi. 1920-ci il martın sonunda Sovet Rusiyası tərəfindən xarici təhlükənin artdığı və işğal üçün zəmin hazırlayan daxili qüvvələrin fəallaşdığı şəraitdə Nəsib bəy Yusifbəyli Hökuməti istefa verməli oldu. Yeni Hökumətin təşkili Məmməd Həsən Hacınskiyə tapşırıldı. Onun Parlamentdəki fraksiyalarla apardığı danışıqlar müsbət nəticə vermədi.
Yaranmış əlverişli şəraitdən istifadə edən Sovet Rusiyasının 11-ci Qırmızı ordusu beynəlxalq hüquq normalarını kobudcasına pozaraq və qabaqcadan hazırlanmış hərbi müdaxilə planına uyğun olaraq 1920-ci il aprelin 27-də Azərbaycanın sərhədlərini keçərək, Bakıya doğru hərəkət etdi. Sovet qoşunlarının hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin fəaliyyətinə son qoyuldu.
Azərbaycan hökümətinin tərkibi
Nazirlər Şurasının sədri və daxili işlər naziri – Fətəli xan Xoyski (bitərəf).
Hərbi nazir – Xosrov Paşa bəy Sultanov (müsavat).
Xarici işlər naziri – Məmmədhəsən Hacınski (müsavat).
Maliyyə və xalq maarifi naziri – Nəsib bəy Yusifbəyli (müsavat).
Ədliyyə naziri – Xəlil bəy Xasməmmədov (müsavat).
Ticarət və sənaye naziri – Məmmədyusif Cəfərov (bitərəf, sonra -müsavat).
Əkinçilik və əmək naziri – Əkbər ağa Şeyxülislamov (Hümmət).
Yollar, poçt və teleqraf naziri – Xudadat bəy Məlikaslanov (bitərəf).
Dövlət müfəttişi – Camo bəy Hacınski (sosialist).
Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabineti
17 iyun 1918 -7 dekabr1918
Nazirlər Şurasının sədri və ədliyyə naziri – Fətəli xan Xoyski (bitərəf).
Xarici işlər naziri (eyni zamanda, müvəqqəti olaraq, dövlət nəzarəti naziri) – Məmmədhəsən Hacınski (müsavat).
Xalq maarifi və dini etiqad naziri – Nəsib bəy Yusifbəyli (müsavat).
Daxili işlər naziri – Behbud xan Cavanşir (bitərəf).
Əkinçilik naziri – Xosrov Paşa bəy Sultanov (müsavat).
Səhiyyə və sosial təminat naziri – Xudadat bəy Rəfibəyli (bitərəf).
Yollar naziri (eyni zamanda, müvəqqəti olaraq, poçt və teleqraf naziri) – Xudadat bəy Məlikaslanov (bitərəf).
Ticarət və sənaye naziri – Ağa Aşurov (bitərəf).
Maliyyə naziri – Əbdüləli bəy Əmircanov (bitərəf).
Portfelsiz nazir – Əlimərdan bəy Topçubaşov (bitərəf).
Portfelsiz nazir – Musa bəy Rəfiyev (müsavat).
Portfelsiz nazir – Xəlil bəy Xasməmmədov (müsavat).
1918 il sentyabrın 17-də Cümhuriyyət hökuməti Gəncədən Bakıya köçdükdən sonra, oktyabrın 6-da ikinci hökumət kabinetində dəyişikliklər edildi:
Nazirlər Şurasının sədri – Fətəli xan Xoyski (bitərəf).
Ticarət, sənaye və daxili işlər naziri – Behbud xan Cavanşir (bitərəf).
Xarici işlər naziri – Əlimərdan bəy Topcubaşov (bitərəf).
Maliyyə naziri – Məmmədhəsən Hacınski (müsavat).
Xalq maarifi naziri – Nəsib bəyYusifbəyli (müsavat).
Yollar naziri – Xudadat bəy Məlikaslanov (bitərəf)
Əkinçilik və dövlət əmlakı naziri – Xosrov Paşa bəy Sultanov (müsavat).
Xalq səhiyyəsi naziri – Xudadat bəy Rəfibəyli (bitərəf)
Poçt-teleqraf naziri – Ağa Aşurov (bitərəf)
Sosial təminat və dini etiqad naziri – Musa bəy Rəfiyev (müsavat)
Hərbi işlər üzrə müvəkkil – İsmayıl xan Ziyadxanov (bitərəf)
Dövlət nəzarəti naziri – Əbdüləli bəy Əmircanov (bitərəf).
Azərbaycan Xalq Cümhuriyyətinin üçüncü hökumət kabineti
26 dekabr 1918 – 14 aprel 1919
Nazirlər Şurasının sədri və xarici işlər naziri – Fətəli xan Xoyski (bitərəf).
Daxili işlər naziri – Xəlil bəy Xasməmmədov (müsavat)
Maliyyə naziri – İ. Protasov (Slavyan-Rus Cəmiyyəti)
Yollar naziri – Xudadat bəy Məlikaslanov (bitərəf)
Ədliyyə naziri – Teymur bəy Makinski (?)
Maarif və dini etiqad naziri – Nəsib bəy Yusifbəyli (müsavat)
Poçt-teleqraf və əmək naziri – Aslan bəy Səfikürdski (sosialist)
Hərbi nazir – Səməd bəy Mehmandarov (bitərəf)
Sosial təminat naziri – Rüstəm xan Xoyski (bitərəf)
Xalq səhiyyəsi naziri – Yevsey Gindes (Slavyan-Rus cəmiyyəti)
Ticarət və sənaye naziri – Mirzə Əsədullayev (bitərəf)
Dövlət nəzarəti naziri – Məmmədhəsən Hacınski (16.01.1919 tarixindən – Əlağa Həsənov)
Ərzaq naziri – Konstantin Lizqar (Slavyan-Rus cəmiyyəti)
Əkinçilik və dövlət əmlakı naziri – Xosrov Paşa bəy Sultanov (müsavat)
Azərbaycan Xalq Cümhuriyyətinin dördüncü hökumət kabineti
14 aprel 1919 – 22 dekabr 1919
Nazirlər Şurasının sədri və daxili işlər naziri – Nəsib bəy Yusifbəyli (bitərəf)
Maliyyə naziri – Əlağa Həsənov (bitərəf)
Ticarət və sənaye naziri – Ağa Əminov (bitərəf)
Xarici işlər naziri – Məmmədyusif Cəfərov (müsavat)
Yollar naziri – Xudadat bəy Məlikaslanov (bitərəf)
Poçt-teleqraf naziri – Camo bəy Hacınski (sosialist)
Hərbi nazir – Səməd bəy Mehmandarov (bitərəf)
Sosial-təminat naziri – Viktor Klenevski (Slavyan-Rus cəmiyyəti)
Səhiyyə naziri – A.Dastakov (?)
Maarif və dini etiqad naziri – Rəşid xan Qaplanov (əhrar)
Əkinçilik və dövlət əmlakı naziri – Aslan bəy Qardaşov (əhrar)
Portfelsiz nazir – X.Amaspür (daşnaksütun)
Dövlət nəzarəti naziri – Nəriman bəy Nərimanbəyli (müsavat)
Ədliyyə və əmək naziri – Aslan bəy Səfikürdski (sosialist)
Daxili işlər naziri (1919, oktyabr) – Məmmədhəsən Hacınski (müsavat)
Azərbaycan Xalq Cümhuriyyətinin beşinci hökumət kabineti
22 dekabr 1919 – 30 mart 1920
Nazirlər Şurasının sədri – Nasib bey Yusifbəyli (müsavat)
Xarici işlər naziri – Fətəli xan Xoyski – (bitərəf)
Hərbi nazir – Səməd bəy Mehmandarov (bitərəf)
Daxili işlər naziri – Məmmədhəsən Hacınski (müsavat)
Ədliyyə naziri – Xəlil bəy Xasməmmədov (müsavat)
Maliyyə naziri – Rəşid xan Qaplanov (əhrar)
Maarif və dini etiqad naziri – Həmid bəy Şahtaxtinski (ittihad)
Əmək və əkinçilik naziri – Əhməd bəy Pepinov (sosialist)
Yollar naziri (eyni zamanda, müvəqqəti olaraq, ticarət, sənaye və ərzaq naziri) – Xudadat bəy Məlikaslanov (bitərəf)
Poçt-teleqraf naziri – Camo bəy Hacınski (sosialist)
İctimai təminat və səhiyyə naziri – Musa bəy Rəfiyev (müsavat)
Dövlət nəzarəti naziri – Heybətqulu bəy Məmmədbəyov (ittihad)
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Həmin tarix Respublika günü kimi təntənə ilə qeyd edilir.
1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi baş verdi. Ona görə də Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini-Zaqafqaziya parlamentini yaratdılar. Seymdə Müsəlman Fraksiyasının Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Müsəlman fraksiyası və ya müsəlman şurası, əslində, Zaqafqaziya müsəlman parlamenti funksiyasını yerinə yetirirdi.
Dövlət dumalarında olduğu kimi, Zaqafqaziya Seyminin də ən ardıcıl üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin kəskin milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin və Zaqafqaziya Cümhuriyyətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.
İstiqlal bəyannaməsinin elan olunması. Tiflis 1918, 28 may
1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının (Zaqafqaziya müsəlman parlamentinin) üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində Azərbaycanın tarixində ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. M. Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacinski, Əli Əskər bəy Mahmudbəyov, Asian bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İSTİQLAL BƏYANNAMƏSİNİ qəbul etdilər.
İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin tərkibini də təsdiq etdi. İlk Müvəqqəti hökumət bu tərkibdə idi: Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər naziri; Xosrov Paşa bəy Sultanov – hərbi nazir; Məmməd Həsən Hacınski – xarici işlər naziri; Nəsib bəy Yusifbəyli – maliyyə naziri və xalq maarifi naziri; Xəlil bəy Xasməmmədov – ədliyyə naziri; Məmməd Yusif Cəfərov – ticarət və sənaye naziri; Əkbər Ağa Şeyxülislamov – əkinçilik naziri və əmək naziri; Xudadat bəy Məlik- Aslanov – yollar naziri və poçt-teleqraf naziri; Camo bəy Hacınski – dövlət nəzarətçisi.
Beləliklə, Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, о cümlədən 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: birinci dövr – 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Altı aya qədər davam edən bu müddət ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdi. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal Bəyannaməsini qəbul etmişdir. Azərbaycan Milli Şurasının о zaman çox mürəkkəb və həlledici bir tarixi məqamda Tiflisdə – Qafqaz canişininin iqamətgahında elan etdiyi İstiqlal Bəyannaməsi Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır. Milli Şura dövründə Azərbaycan Parlamentinin təsis toplantısı ilə birlikdə cəmi 10 iclası keçirilmişdir. İlk iclas – 1918-ci il mayın 27-də Tiflisdə, son iclas – 1918-ci il noyabrın 19-da Bakıda keçirilmişdir. Mayın 27-də Azərbaycan Milli Şurası təsis olunmuş, iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağırılmaq şərti ilə bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti hökumətə vermişdi. Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa etmişdir. Noyabrın 19-da Azərbaycan Milli Şurası həmin il dekabrın 3-də Müəssislər Məclisinin – geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında qanun qəbul etdi və öz fəaliyyətini dayandırdı. Beləliklə, Azərbaycan Parlamenti öz fəaliyyətinin bu dövründə, daha doğrusu, Milli Şura dövründə Tiflisdə, Gəncədə və Bakıda fəaliyyət göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində ikinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək – cəmi 17 ay davam etmişdir. İlk iclas – 1918-ci il dekabrın 7-də, son iclas -1920-ci il aprelin 27-də keçirilmişdir. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdur. Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti İstiqlal Bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun – qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi.
Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan Parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və ordu quruculuğu məsələlərinə yönəltmişdi. Parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində Parlament üzvləri, bir qayda olaraq, həmrəylik və yekdillik nümayiş etdirirdilər.
Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət Hökuməti və Parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin һәr yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerlərində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı. Bu baxımdan Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və Hökuməti ölkənin başı üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq məqsədilə gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük iş aparırdı. Bununla bağlı olaraq Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də Parlamentin sədri Ə.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Görkəmli dövlət xadimi Ə.Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olsa da, XI Qızıl Ordunun Şimali Azərbaycanı işğal etməsi ilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı.
Paris sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti.Paris,1919.
Azərbaycan Parlamentinin və Cümhuriyyət Hökumətinin daim böyük diqqət yetirdiyi problemlərdən biri də yaxın qonşularla münasibətlər və sərhəd məsələləri olmuşdur. Aparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan hökumətinin böyük ərazi iddiaları üzündən Azərbaycan-Ermənistan münasibətlərini normal məcraya yönəltmək mümkün olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu İranla da bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər Parlamentdə təsdiq olunmuşdur.
Cümhuriyyət dövründə Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalaşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə, ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) olmuşdur.
Xarici ölkələrə təhsil almağa göndərilən gənclər
Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası var idi. Parlamentin fəaliyyəti xüsusi olaraq bir məqsəd üçün hazırlanmış nizamnamə – «Azərbaycan Parlamentinin nakazı (təlimatı)» əsasında idarə olunurdu.
Sovet Rusiyasının hərbi müdaxiləsi və XI Qızıl Ordu hissələrinin qanlı hərbi əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiyanın tərkibinə qatılsa da, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə, Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.
Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından heç də geri qalmırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolu misilsizdir. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.
Xudaferin.eu
Comments are closed, but trackbacks and pingbacks are open.