Azərbaycan xalq cümhuriyyəti haqqında məqalələr
Ceyhun AĞABƏYOV,
28. 04.2018
Azərbaycan Xalq Cümhuriyyəti – 100 il
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma günüdür. 1918-ci ilin 28 mayında elan olunan Şərqin ilk demokratik respublikasının yaranmasından 100 il ötür.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:
“Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;
Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir; Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;
Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;
Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır;
Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur”.
M.Ə.Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumda Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib. Mustafa Mahmudovun katib olduğu iclasa Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman bəy Nərimanbəyli (bolşevik Nəriman Nərimanov deyil — red.), Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə qatılıblar.
Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibini də təsdiqlənib. İlk hökumətin tərkibi belə idi:
Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər naziri
Xosrov Paşa bəy Sultanov – hərbi nazir
Məmmədhəsən Hacınski – xarici işlər naziri
Nəsib bəy Yusifbəylı – maliyyə və xalq maarif naziri
Xəlil bəy Xasməmmədov – ədliyyə naziri
Məmmədyusif Cəfərov – ticarət və sənaye naziri
Əkbər Ağa Şeyxülislamov – əkinçilik və əmək naziri
Xudadat bəy Məlik-Aslanov – yollar və poçt-teleqraf naziri
Camo bəy Hacınski – dövlət nəzarətçisi
AXC elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.
1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı olub. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi söyləyib.
Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Ə.Topçubaşov Paris sülh konfransında olduğundan, parlamentə H.Ağayev rəhbərlik edib. Parlamentin ilk iclasındaca F.X.Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən F.X.Xoyskiyə tapşırılıb.
AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may – 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il — 27 aprel 1920-ci il) aiddir.
Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edib. Parlamentdə 11 komissiya olub.
AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb. Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.
Qeyd edək ki, AXC-nin müstəqilliyi ilk olaraq 1918-ci il iyunun 4-də Osmanlı imperiyası tərəfindən rəsmən tanınıb. Hazırda AXC-nin yaranması tarixi Azərbaycanın milli bayramı – Respublika Günü kimi qeyd edlir. Bu tarix ölkəmizdə qeyri-iş günü elan olunub. Azərbaycan prezidentinin sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb.
Prezident İlham Əliyev bu ilin 16 mayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Sərəncam imzalayıb. Sərəncamda 100 illik yubileyin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi üçün Nazirlər Kabinetinə tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb, Milli Məclisə xüsusi iclasın keçirilməsi tövsiyə edilib.
Azərbaycan xalq cümhuriyyəti haqqında məqalələr
15.01.2021 / 16:30 – Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
15.01.2021 / 16:24 – Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? – RƏSMİ
15.01.2021 / 16:21 – Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
15.01.2021 / 16:14 – “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər – AÇIQLAMA
15.01.2021 / 13:37 – Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
15.01.2021 / 13:28 – Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər – VİDEO
15.01.2021 / 13:12 – İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə – FOTO
15.01.2021 / 13:06 – İlham Əliyev Şuşaya tikilən yol haqqında: “Qələbəyə aparan yoldur” – VİDEO
15.01.2021 / 13:01 – Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” – VİDEO
15.01.2021 / 12:56 – Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı -VİDEO
15.01.2021 / 11:51 – Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı – VİDEO
17.09.2018 / 09:15 – Dəri sağlamlığı üçün 4 qida
21.06.2018 / 11:00 – ETİRAFLAR:-“Oyuncaqsız uşaq valideynə nifrət edər?”
25.09.2020 / 14:00 – Doğuşdan sonra necə qidalanmalı?
07.06.2020 / 10:15 – Fıstıqlı dondurma (foto-resept)
26.01.2020 / 09:15 – Düzgün duruş üçün 4 idman hərəkəti
12.06.2018 / 11:00 – Saç dəbi: Qırmızı ombre
09.07.2019 / 18:25 – Qurani-Kərimdə yaxşılıq və xeyirxahlıq
03.03.2019 / 14:00 – Soyuq duşun faydaları
18.05.2020 / 14:00 – Almadan gecə dəriyə qulluq kremi hazırlayın
09.02.2020 / 15:30 – Rəsmlərini dünya mənzərələri ilə tamamlayır
22.11.2019 / 15:30 – 1 saata portret çəkir
24.06.2020 / 15:30 – Karantində özünə ad günü keçirdi
04.05.2018 / 11:00 – Qüsursuz dərinin sirri
21.08.2020 / 17:00 – Onurğa sağlamlığı üçün boyun və çiyin məşqləri
07.09.2020 / 17:00 – Arıqladan üzüm yarpağı çayı
15.07.2020 / 14:00 – Körpənin yuxuya rahat getməsi üçün tövsiyələr
25.02.2020 / 12:15 – Tez qocalmağa səbəb olan 5 vərdiş
20.07.2020 / 19:30 – Heteroxromiya nədir?
04.01.2020 / 17:30 – Sel qurbanı Venesiya
22.09.2020 / 14:00 – Uşaqları yemək yeməyən valideynlərə tövsiyələr
- Bütöv Azərbaycan
- Redaktordan
- Qadin.Net LIFE
- Təqdimat
- Etiraflar
- Müsabiqələr
- “Kitabsevərlər”
- Qadin.TV
- Tanınmışlar
- Qadın və təshil
- Qadın və hüquq
- Qadın və din
- Qadın və texnologiya
- Şəxsi inkişaf
- Pəhriz
- Arıqlama sirləri
- Kökəlmə sirləri
- Fitness
- Sellulit
- Şəxsi təcrübə
- Hamiləliyə hazırlıq
- Hamiləlik təqvimi
- Doğum hekayələri
- Doğumdan sonra
- Körpə və ona qulluq
- Uşaqlar və tərbiyyə
- “Ev məktəbi”
- Gözəllik xəbərləri
- Üzə qulluq
- Bədənə qulluq
- Saçlara qulluq
- Kosmetologiya
- Makiyaj
- Manikür və pedikür
- Estetik gözəllik
- Gözəllik məhsulları
- Ulduzların sirləri
- Salat və qəlyanaltılar
- Duru yeməklər
- Quru yeməklər
- Duzlu xəmir işləri
- Şirin xəmir işləri
- Kompot və kokteyllər
- Peçenyelər
- Tortlar
- Uşaq yeməkləri
- Şef master
- Konserv məhsulları
- Müxtəlif
- Kişi psixologiyası
- Qadın psixologiyası
- Psixoloji məsləhətlər
- Cinsi münasibətlər
- Eşq və məhəbbət
- Xəyanət
- Düşüncə dərsi
- Gəlin-qayınana
- Testlər
- Sağlamlıq xəbərləri
- Düzgün qidalanma
- Xalq təbabəti
- Masaj
- Menstruasiya
- Qadın xəstəlikləri
- Uşaq xəstəlikləri
- Adət ənənələr
- Ədəbi guşə
- Mütləq bilməlisiniz!
- Praktik məsləhətlər
- Yuxu yozmaları
- Evim – interyer
- Hobbi
- Səyahət
- Avtomobil
- Ordan-burdan
- Digər
Sayt Google Chrome, Mozilla Firefox, Safari, Opera və Yandex brauzerləri ilə tam dəstəklənir.
Məlumatlardan istifadə etdikdə istinad mütləqdir!
© 2009-2023, Qadin.NET. Bütün hüquqları qorunur!
Qoç bürcü
21 mart – 20 aprel
Həyat yoldaşı və ya sevgilinizin bəzi sıxıntıları sizi də kədərləndirmiş ola sa, bu həftə onun rahatlanması ilə sizlərə də bir yüngülləşmə gələcək. Özünüzü ortaya qoymaq və hadisələri başlatmaq üçün olduqca istəkli olun və keçmişdəki mənfi şeyləri yaddan çıxarın getsin. Bəxtinizi bu həftə doğru yönləndirməsəniz həyatınızı dəyişdirmək məcburiyyətində qala bilərsiniz.
Köhnə sevgililərlə əlaqədar mövzuların yenidən gündəmə gəlmə şansı var. Bu əlaqələrin davam edib etməməsi sizdən asılı olacaq.
Buğa bürcü
21 mart – 20 aprel
Gözlənilməyən bir işə girmək ya da gözləmədiyiniz birinin sizinlə bağlantı qurması ya da bir hekayəyə başlamağınız mümkün ola bilər.
Ala bilmədiyiniz bir pulunuz ya da ödəmələriniz varsa, burada şanslı irəliləyişlər ola bilər. Eqolarınızın qırılması və həyata baxışınızın dəyişməsi vacib olan bir həftə içindəsiniz.
Sizə edilən açıqlamalardan bəzən şübhəli qala bilər və narahat ola bilərsiniz. Bəzi şok edici mənfi şeylər yaşayırsınızsa bunun üçün geriyə baxıb keçmişdəki səhvlərindən nəticə çıxartmağı yoxlayın.
Əkizlər bürcü
21 mart – 20 aprel
Lakin yaxşı xəbər, planetimiz Merkurinin irəli hərəkətlərinə keçmiş olmasıdır. İşlər bir az yoluna düşməyə başlayır. Yeni başlanğıclar sizi xoşbəxt edə bilər. Maddi mövzularla əlaqədar olduqca aktiv bir həftə içindəsiniz.
Mövcud olan bir maddiyyat sıxıntısı ilə bağlı risk ala bilərsiniz. Sevgi həyatınızda mövcud olan bəzi problemlərin öhdəsindən həftənin ortalarında gələ bilərsiniz. Köhnə sevgilərdən aldığınız addımlar hədəflərinizə uyğun olmaya bilər.
Bu səbəbdən də bu nöqtədə lazımsız vərdişlərinizi geridə qoymalısınız.
Xərçəng bürcü
21 mart – 20 aprel
Haq və haqsızlıq mübahisələrinizi sakit və səssiz bir şəkildə etməli, hadisələri nəticəyə çatdırmalısınız. İş layihəlriniz və uğurunuzu ölçən bir hadisələrin içindəsinizsə bu həftə uğurlu bir nəticə ala bilərsiniz. Gözləmədiyiniz sürpriz dəstəklərlə bunu taclandıra bilərsiniz. Sizi mənfi təəccübləndirəcək şeylər olubsa, bu həftə ruhi gücünüzü toplaya biləcəksiniz.
Duyğusal gözləndirələrinizin yoluna düşməsi və sevgi məsələlərində gözlədiyiniz yerlərə yaxınlaşa bilərsiniz. Bu vəziyyət sizi həyata qarşı motivasiya edəcək. Keçmiş hadisələrin gündəmə gəlməsi yoluna qodyğunuz vəziyyətə yenidən zərər verməməsi üçün diqqətli olmalısınız.
Şir bürcü
21 mart – 20 aprel
Bu həftə, yaxşı tərəfləriniz və pozitiv enerjinizin yerində olması sizi sosial çevrənizin içində olduqda populyar bir hala gətirəcək. Lakin, sevgi məsələlərində qarşısınızdaki insan keçmişə ilişib qalıbsa, sizi bu mənada narahat edən bəzi fikirləri ola bilər. Bunları anlayışla qarşılayıb yolunuza davam edin və üzüntülərə qapılmayıb.
Alacağınız sürpriz xəbərlərlə özünüzü çox şanslı hiss etmiş olacaqsınız.
Qız bürcü
21 mart – 20 aprel
İçindən heç bir şey etmək istəmirsən və ya qolun qırıldığını hiss edə bilərsən. İnsanların sənin haqqında düşüncələri fərqli ola bilər və bu vəziyyətdən narahat ola bilərsən.
Avtoritar fiqurlarla ünsiyyətinizə xüsusi diqqət yetirməlisiniz. İnanılmaz ifadələr altında heç gözləmədiyiniz nəticələrlə üzləşə bilərsiniz. Gizli məsələləri açmaq istəyə bilərsiniz. Ancaq insanların yanaşmalarına qarşı daha dominant və tənqidi bir üslub nümayiş etdirməli ola bilərsiniz.
Sizi bu nöqtəyə cəlb edə biləcək məsələlərdən uzaq olmalı və daha çox layihələrdə iştirak etməlisiniz. Xüsusilə çərşənbə və cümə axşamı günləri həm pul, həm də sevgi münasibətlərində əhəmiyyətli bir müvəffəqiyyətə nasil ola bilərsiniz. Yeni başlanğıclarınız üçün şərtləri itələməməyə çalışın. Münasibətlərinizlə bağlı ani bitişlərə və ya əksinə, başlanğıclarına açıq ola bilərsiniz.
Tərəzi bürcü
21 mart – 20 aprel
Bu sizi qorxutmamalıdır, amma keçmiş problemlərdən dərs almaqla fərqli bir davranış sizə daha güclü bir münasibət gətirəcəkdir. Həm də bu effekt sizə orijinal və yeni sürpriz biznes layihələri gətirəcəkdir. Daşınmaz əmlak və maliyyə qoyuluşları ilə bağlı məsələlərin aktivləşəcəyi bir həftə ola bilər.
Əqrəb bürcü
21 mart – 20 aprel
Keçmiş münasibətlərinizin arzuolunmaz görünüşü sizə bir daha obsesyonlarınızı xatırlata bilər. Obsesyonlarınızla hərəkət etməməyi və bu hadisəni arxa plana keçirmək istəyəcəksiniz. Bəlkə də bu hadisələri ətrafınızdan gizlətməyə və bir müddət gizli saxlamağa meyllənə bilərsiniz. Maliyyə ilə bağlı məsələlərinizdə bir az daha araşdırmalısınız.
Oxatan bürcü
21 mart – 20 aprel
Bu həftəyə sürətli başlayan kimi, sosial mühitdə populyarlığınız artacaqdır. Ünsiyyətdəki problemlər kiçik balans problemlərinə səbəb ola bilər. Bəzi həqiqətləri görməkdən bezmiş olsan da, sən artıq buna öyrəşmişsən. Rəqabət problemlərini şəxsi ambisiyanızla birləşdirməmək üçün diqqətli olmalısınız.
Oğlaq bürcü
21 mart – 20 aprel
Bu cür vəziyyətlərdə çox diqqətli olmalısınız. Keçmiş münasibətlərlə əlaqəli mövzuların tətbiqi həyatla bağlı baxışlarınızı dəyişdirməyə imkan verəcəkdir. Keçmişlə bağlı bu məlumatla ya tamamlamağa ya da davam etdirməyə qərar verə bilərsiniz. Hər bir halda, düzgün qərarı verəcəksiniz.
Dolça bürcü
21 mart – 20 aprel
Köhnə münasibətləriniz yenidən gündəmə gələ bilər. Həftənin ortalarından başlayaraq ev və ailə həyatınızla bağlı bəzi məsələlər gündəmdə ola bilər. Ailəniz üzvlərindən aldığınız maliyyə dəstəyi ilə problemlərinizə həll yolu tapacaqsınız. Həftənin sonuna yaxın sevgi həyatınızdakı bəzi problemlər sizi qərarsızlığa sala bilər. Şərtlərin yaxşılaşmasını gözləməlisiniz.
Balıqlar bürcü
21 mart – 20 aprel
Evlisinizsə, evliliklə bağlı məsələlər daha vacib ola bilər. Münasibətlərdə aydın olmayan məsələlər həllini tapmış olacaq. Heç bir münasibətiniz yoxdursa, həyatınıza yeni bir münasibət daxil ola bilər. Keçmişdə yaşadığınız bir sevgi hekayəsi bu günlərdə sizi yenidən yoxlaya bilər və siz də şərtləri öz xeyrinizə həll edibqarşı tərəfə təqdim edə bilərsiniz.
Əvvəllər yaşadığınız bir maliyyə probleminiz varsa, keçmiş tərəfdaşla bu vəziyyəti həll etmək üçün ilk addımları ata bilərsiniz. Bəzi şeylər bu həftə daha çox məna qazanacaq.
Azərbaycan Xalq Cümhuriyyəti və təhsil
Azərbaycan Xalq Cümhuriyyəti və ya Azərbaycan Demokratik Respublikası (özünüadlandırma: Azərbaycan Cümhuriyyəti və ya Azərbaycan Respublikası) — Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası kimi tarix səhifələrinə düşüb. Paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 min kv. km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Respublikası yaradıldı. AXC Hökuməti, həmçinin, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanı da ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Respublikasının “siyasi mərkəzi” kimi tanımağa məcbur oldu. Beləliklə, Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. km-ni əhatə edirdi. AXC-nin əhalisi 3,3 milyondan çox idi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə – 23 aylıq bir müddətdə hökumət tərəfindən görülən işlər, yaradılan nazirlik və müəyyən qurumlar böyük önəm kəsb edib. Azərbaycan Xalq Cümhuriyyəti ilk qərarlarından biri Xalq Maarifi Nazirliyinin yaradılması haqqındadır: Cümhuriyyəti dövründə ölkənin təhsil və mədəni-maarif müəssisələri şəbəkəsinin fəaliyyətinə rəhbərlik edən dövlət orqanı idi. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının tapsırığı ilə Fətəli xan Xoyskinin yaratdığı Müvəqqəti Hökumət kabinəsi tərəfindən təsis edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1-3-cü kabinələrində maarif naziri Nəsib bəy Yusifbəyli idi. N.Yusifbəylinin təşkil etdiyi 4-cü Hökumət kabinəsində bu vəzifəyə Rəşid bəy Qaplanov, 5-ci Hökumət kabinəsində isə əvvəlcə Həmid bəy Şahtaxtinski, sonra isə Nurməmməd bəy Şahsuvarov təyin olunmuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən xalqın maarifləndirilməsinə birinci dərəcəli əhəmiyyət verirdi.
XMN öz fəaliyyətinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədərki dövrdə xalq maarifinin vəziyyətinin öyrənilməsi və bu sahədə həyata keçiriləcək vəzifələrin müəyyənləşdirilməsi ilə başladı. Nazirlik xalq təhsilini sürətlə inkişaf etdirmək məqsədilə islahatlar keçirmək üçün qısa müddət ərzində təkliflər hazırlayıb Hökumətə təqdim edir. Xalq məktəbləri və tədris dairələrinin direktoru vəzifələri ləğv olunaraq, məktəb və təhsil işinin idarəolunması XMN-nin və xalq məktəbləri təlimatçılarının sərəncamına verilir.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra – iyunun 30-da Hökumətin qərarı ilə XMN-nə nazirliyin ştat cədvəlini müəyyənləşdirmək və Əsasnaməsini hazırlayıb Hökumətə təqdim etmək tapşırıldı. 1918-ci il avqustun 2-də xalq maarifi naziri tərəfindən hazırlanmış Əsasnamə baxılmaq və təsdiq üçün Hökumətə təqdim olundu.
Əsasnaməyə görə, XMN-nin ştatı nazirdən, nazir müavinindən, naziryanı şuradan, məktəbləri idarə etmək üçün ali və orta təhsil, ixtisas təhsili sahələri üzrə üç şöbədən ibarət təsdiq olundu.
Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri də Hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi idi. Azərbaycan Hökuməti ilk günlərdən başlayaraq, milli kadrların hazırlanması, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Nazirliyin təhsil sahəsində həyata keçirdiyi ilk və ən mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi oldu.
Azərbaycan Cümhuriyyəti Hökumətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan dilinin tədrisi isə məcburi surətdə həyata keçirilməli, ali, ibtidai və orta tədris müəssisələrində isə dərslər dövlət dilində aparılmalı idi. Azərbaycan dilini bilməyən şagirdlər üçün 3-cü və 4-cü siniflərdə Azərbaycan dili şöbələri açılmalı və burada Azərbaycan dili elə intensiv tədris olunmalı idi ki, iki ildən sonra həmin şagirdlər artıq bu dildə təhsillərini davam etdirə bilsinlər.
Xalq maarifi naziri N.Yusifbəyli 1918-ci il dekabrın 31-də Azərbaycan qubernatorlarına göndərdiyi məktubda göstərirdi ki, Azərbaycan Xalq Cümhuriyyətində maarif sahəsində qarşıda çox böyük və çətin vəzifələr durur. Nazirlik yeni məktəblər, müəllim kursları açmaqla, təhsil sahəsində ölkəni mümkün qədər qısa müddətdə lazımi səviyyəyə qaldırmaq üçün bütün qüvvələri səfərbərliyə aldı. Məktubda qeyd edilirdi ki, indiki zamanda yalnız yüksək maarifə malik olan xalq tərəqqi edə bilər.
Cümhuriyyət Hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 23 orta ixtisas təhsili məktəbi və 637 ibtidai məktəb fəaliyyət göstərirdi.
Müəllimlər seminariyaları istisna olmaqla, 1919 və 1920-ci tədris ilində Azərbaycanın orta məktəblərində 9611 şagird təhsil alırdı ki, onların da 3115 nəfəri azərbaycanlı idi. Xalq təhsilini milli zəmin üzərində yenidən qurmaq üçün ixtisaslı müəllim kadrlarına və dərs vəsaitlərinə böyük ehtiyac var idi. O dövrdə Azərbaycanda mövcud müəllim kadrları və dərs vəsaiti heç də kifayət qədər deyildi. Vəziyyətdən başlıca çıxış yolu Türkiyədən müəllim kadrları dəvət etmək və dərs vəsaitləri gətirmək, habelə qısamüddətli kurslarda Azərbaycan dilini bilən savadlı şəxslərdən müəllim kadrları hazırlamaq idi. XMN məktəbləri dərs vəsaitləri ilə təmin etmək məqsədilə xüsusi komissiya yaratmışdı. Həmin komissiyanın fəaliyyətinə o dövrün görkəmli pedaqoqları Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Cəmo Cəbrayılbəyli, Səməd bəy Acalov, Fərhad Ağazadə, Abdulla bəy Əfəndizadə və b. cəlb edilmişdilər.
1919-cu il sentyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə xalq məktəbləri üçün Türkiyədən dərs kitabları almaq məqsədilə Xalq Maarifi Nazirliyinə bir milyon manat vəsait ayrılmışdı.
Azərbaycan Cümhuriyyəti Hökumətinin və Xalq Maarifı Nazirliyinin təhsil sahəsində qarşısında duran ən ümdə vəzifələrdən biri də ölkədə ali təhsilin təşkili və ali təhsilli kadrların hazırlanması idi. Cümhuriyyət Hökumətinin fəaliyyət göstərdiyi qısa müddətdə Azərbaycanda üç ali təhsil ocağının – Bakı Dövlət Universitetinin, Əkinçilik İnstitutunun və Dövlət Konservatoriyasının təsis edilməsi barədə məsələ qaldırılmışdı. Onlardan yalnız birini – Bakı Dövlət Universitetinin açılmasını reallaşdırmaq mümkün oldu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1919-cu il sentyabrın 1-də “Bakı Dövlət Universitetinin təsisi haqqında” qanun qəbul etdi. 1919-cu il noyabrın 15-də Bakı Dövlət Universitetinin auditoriyalarında ilk mühazirələr oxundu. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarı əsasında XMN-nin xətti ilə 100 nəfər azərbaycanlı gənc dövlət hesabına xarici ölkələrin ali məktəblərində təhsil almağa göndərildi.
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin xalq maarifi sahəsində həyata keçirdiyi mühüm tədbirlərdən biri də ibtidai təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi idi. Təkcə 1919-cu ildə Azərbaycanda dövlət hesabına 15 ali ibtidai məktəb fəaliyyət göstərirdi. Cümhuriyyət Hökumətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də yaşlıların savadlandırılması idi. Bu məqsədlə 1919-cu il sentyabrın 15-dən Bakı, Gəncə, Şuşa, Nuxa (Şəki), Zaqatala və Qazaxda yaşlılar üçün Azərbaycan dilini öyrədən xüsusi kurslar, 1919-cu ilin noyabrından isə Bakıda azərbaycanlı fəhlələr üçün texniki axşam kursları açıldı. Bu kurslarda 200 nəfərə yaxın azərbaycanlı fəhlə peşə təhsilini artırırdı. Xalq Maarifi Nazirliyi bu kursların işinə yaxından kömək göstərirdi. Azərbaycan Cümhuriyyəti Xalq Maarifi Nazirliyi ölkədə maarifin inkişafi üçün geniş tədbirlər planı hazırlamış, həmin plan Azərbaycan Hökuməti tərəfindən bəyənilmiş və onun həyata keçirilməsinə razılıq verilmişdi. Lakin aprel işğalı (1920) bu planların gerçəkləşdirilməsini yarımçıq qoydu. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin cəmi 23 aylıq fəaliyyəti dövründə təhsil sahəsində həyata keçirdiyi tədbirlər sonralar Azərbaycanda xalq maarifinin təşkili və inkişafına mühüm kömək göstərdi.
QEYD: Məqalənin hazırlanmasında “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”ndan və Əzizə Nəzərlinin “Azərbaycan Respublikasında xalq təhsili (1918-1920)” monoqrafiyasının materiallarından istifadə edilib.
Ceyhun AĞABƏYOV,
28. 04.2018
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ TƏHSİL (Yubiley ərəfəsində)
Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür
Digər bölmələr, Tarix
Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafında müstəsna xid .
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitututunda Azərbaycan Xalq Cü .
Biologiya və tibb elmləri
Azərbaycan Xalq Cümhuriyyəti – Şərqdə ilk parlamentli respublika
AzMİU-da beynəlxalq konfrans işinə başlayıb
Digər ali məktəblər
28 May – Respublika Günüdür!
Əsas xəbər, Azərbaycan, Təbriklər
Azərbaycan, Prezident, Milli Məclis
General Əbdülhəmid bəy Qaytabaşı
Tiflis, Borçalı, Tarix
Azərbaycan Xalq Cümhuriyyəti və təhsil
Похожие статьи
-
Azərbaycan xalq cümhuriyyəti dövrünün iqtisadiyyatı
Azərbaycan Xalq Cümhuriyyəti Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və…
-
Azərbaycan xalq cümhuriyyəti iqtisadiyyatı
Azərbaycan Xalq Cümhuriyyəti Yaxın Şərqdə ilk demokratik, ilk parlamentli respublika (1918-ci il may – 1920-ci il aprel) Bəşəriyyət tarixinin ən dəhşətli…
-
Azərbaycan xalq cümhuriyyəti dövründə hökümətin daxili siyasəti
Azərbaycan xalq cümhuriYYƏTİ DÖVRÜNDƏ DÖVLƏt-din münasiBƏTLƏRİ Ceyhun MƏMMƏdov M.B.Məmmədzadə yazırdı ki, “Qadınlar sair vətəndaşlarla bərabər vətəni və…
-
Azərbaycan xalq cümhuriyyəti 1 cild
Azərbaycan Demokratik Respublikası Bir sözlə, son illər ərzində bütün istiqamətlər üzrə inkişaf, tərəqqi var. Sosial infrastrukturun inkişafı ilə bağlı…
-
Azərbaycan xalq cümhuriyyəti dövründə iqtisadiyyat
Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı Hazırda isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə…
Comments are closed, but trackbacks and pingbacks are open.