Press "Enter" to skip to content

Azərbaycan Xalq Cümhuriyyəti

Yaxın Şərqdə ilk demokratik, ilk parlamentli respublika
(1918-ci il may – 1920-ci il aprel)

Bəşəriyyət tarixinin ən dəhşətli və ən qanlı hərbi-feodal müstəmləkə rejimi olan Çar Rusiyası da Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv edə bilmədi. Əsarət altına salınmış türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik ənənələrini məhv etmək siyasəti yeridən Rusiya imperiyası Cənubi Qafqazı bu siyasətin ən dəhşətli qanlı qırğın meydanına çevirmişdi. Bu qəddar siyasətin son məqsədi Cənubi Qafqazı Azərbaycanın türk-müsəlman əhalisindən “təmizləmək”, bundan sonra İran və Türkiyəni aradan qaldırıb rahatca isti dənizlərə çıxmaq, bununla da Rusiyanın tarixi arzusuna – Hindistana yetişmək niyyətinə nail olmaq idi. Buna görə də Azərbaycan Çar Rusiyasının milli-müstəmləkəçilik siyasətinin ən dəhşətli sınaq meydanı olmuşdur. Belə bir şəraitdə bütün Rusiya imperiyası ərazisində məhz qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan çarizmin qəddar milli-müstəmləkə rejiminə qarşı milli müqavimət hərəkatının əsas mərkəzinə çevrildi. İdarə olunmağa deyil, idarə etməyə vərdiş etmiş Azərbaycan xalqı özünün qabaqcıl ziyalılarının başçılığı altında bütün Rusiyanın türk-müsəlman xalqlarının milli azadlıq hərəkatının önünə keçdi.

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN YARANMASINDAN 102 İL ÖTÜR

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən Cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir. Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.

Şərhlər

Amin 2020-05-28 11:55:19

Bu millətin qurucu lideri Məmmədemin Rəsulzadədir.Bu başı papaqlı kişilər bütün dövlət atributlarını özlərində təəcəssüm etdirmişlər.

Amin 2020-05-28 09:27:35

Ulu babalarımız bizə bunu qoyub getmişlər. Bəs biz gələcəyimizə nə qoyub gedəcəyik? İşğal olunmuş vətənimi?

Rasim 2020-05-28 06:22:29

Yazılanların hamısı düzdür, yalnız bir mesele tehrif olunur; AXC-nin dünyevi olması heç bir senedde öz eksini tapmayıb, bele söhbet o zaman yox idi. Dünyevilik meselesini qaldıran kommunistler olmuşlar. Düzdür, AXC dini dövlet yaratmağı nezerde tutmurdu. Amma dünyevilik meselesi o vaxt müzakire mövzusu olmayıb.

t.ədalət 2020-05-28 00:59:16

Rusiya nə qədər mane olsa da gec-tez Demokratik Cümhuriyyətin qurucularının abidələri Azərbaycanın küçə və meydanlarını bəzəyəcək!

Azərbaycan Xalq Cümhuriyyəti

Yaxın Şərqdə ilk demokratik, ilk parlamentli respublika
(1918-ci il may – 1920-ci il aprel)

Bəşəriyyət tarixinin ən dəhşətli və ən qanlı hərbi-feodal müstəmləkə rejimi olan Çar Rusiyası da Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv edə bilmədi. Əsarət altına salınmış türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik ənənələrini məhv etmək siyasəti yeridən Rusiya imperiyası Cənubi Qafqazı bu siyasətin ən dəhşətli qanlı qırğın meydanına çevirmişdi. Bu qəddar siyasətin son məqsədi Cənubi Qafqazı Azərbaycanın türk-müsəlman əhalisindən “təmizləmək”, bundan sonra İran və Türkiyəni aradan qaldırıb rahatca isti dənizlərə çıxmaq, bununla da Rusiyanın tarixi arzusuna – Hindistana yetişmək niyyətinə nail olmaq idi. Buna görə də Azərbaycan Çar Rusiyasının milli-müstəmləkəçilik siyasətinin ən dəhşətli sınaq meydanı olmuşdur. Belə bir şəraitdə bütün Rusiya imperiyası ərazisində məhz qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan çarizmin qəddar milli-müstəmləkə rejiminə qarşı milli müqavimət hərəkatının əsas mərkəzinə çevrildi. İdarə olunmağa deyil, idarə etməyə vərdiş etmiş Azərbaycan xalqı özünün qabaqcıl ziyalılarının başçılığı altında bütün Rusiyanın türk-müsəlman xalqlarının milli azadlıq hərəkatının önünə keçdi.

1918-ci il mayın 27-də həmin ziyalıların keçirdiyi iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. M.Ə.Rəsulzadə Milli Şuranın sədri oldu.
Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi.
Həmin iclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əli Əskər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İSTİQLAL BƏYANNAMƏSİNİ qəbul etdilər.
İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi.
Ermənistana güzəşt edilən İrəvan quberniyasının ərazisi 8913,17 km² təşkil edirdi. Edilən güzəştdən sonra ermənilər Azərbaycanın Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilənin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etdilər. Lakin 1918-1920-ci illərdə İrəvan quberniyasından başqa əraziləri ələ keçirə bilməyən ermənilər 1920-ci il aprelin 28-də, Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə etməyə nail oldular.
30 may 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında dünya dövlətlərinə radioteleqramlar göndərilib. Dünyanın aparıcı dövlətlərinin xarici işlər nazirlikləri Azərbaycanda müstəqil respublikanın yaradılması haqqında informasiya aldılar. Radioteleqramlar İstanbula, Berlinə, Vyanaya, Parisə, Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Moskvaya, Stokholma, Tokioya və digər paytaxtlara göndərilmişdi
Bakı şəhəri S. Şaumyanın başçılığı altında Bolşevik Bakı Soveti və Daşnak silahlı dəstələrinin nəzarətində olduğu üçün Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində yerləşmişdir.
4 iyun 1918 – Batumda aparılan danışıqların yekunu olaraq Xalq Cümhuriyyəti ilə Osmanlı arasında “Sülh və dostluq haqqında” müqavilə imzalanmışdır. Müqaviləni Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Rəsulzadə və xarici işlər naziri M.Hacınski, Osmanlı tərəfdən Ədliyyə naziri Xəlil bəy və Qafqaz cəbhəsinin komandanı Vahib paşa imzalamışdı. Bu müqavilə ilə Xalq Cümhuriyyəti birinci olaraq Osmanlı tərəfindən tanınıb. Müqavilədə Osmanlı dövləti Xalq Cümhuriyyətinə hərbi yardım göstərmək barədə öhdəlik götürmüşdür.
17 iyun 1918 – Gəncədə ilk iclasını keçirən Azərbaycan Milli Şurası ölkədə yaranmış ağır vəziyyəti nəzərə alaraq öz fəaliyyətini dayandırmaq və yeni parlament (Müəssislər Məclisi) çağırılanadək bütün hakimiyyəti (qanunvericilik və icra) Nazirlər Şurasına vermək barədə qərar qəbul edib. Bu Nuru paşanın tələbi idi. Həmin gün Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurası istefa verib və onun rəhbərliyi ilə ikinci hökumət quruldu.
24 iyun 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Hökumətin qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Cümhuriyyətin müvəqqəti rəmzi elan edilib. Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı isə dövlət rəmzi olaraq 1918-ci ilin noyabrında qəbul edildi.
26 iyun 1918 – Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin – əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri ilə birlikdə (“Qafqaz İslam Ordusu”) Nuru paşanın komandanlığı altında “Bakı Kommunası”nın qoşunları ilə qızğın döyüşlər aparırdı. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra, avqustun 1-də verildi. Nazirlik özü isə 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edildilər.
27 iyun 1918 – Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Göyçay yaxınlığındakı döyüşdə “Bakı Soveti”nin qoşunlarını məğlub edib. Bu zəfərdən sonra Qafqaz İslam Ordusunun hissələri daşnak-bolşevik qoşunlarının hücumlarını dayandıraraq əks-hücuma keçməyə başlayıblar.
27 iyun 1918 – Xalq Cümhuriyyətinin hökuməti “Dövlət dili haqqında” qərar qəbul edib. Azərbaycan (türk) dili Cümhuriyyət ərazisində dövlət dili elan olunub.
2 iyul 1918 – Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verib. Bununla Azərbaycan polis orqanlarının əsası qoyulub.
10 iyul 1918 – Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik “Bakı Soveti”nin qoşunlarını məğlub ediblər. Kürdəmir qəsəbəsi işğalçılardan azad olunub. Bu qələbədən sonra Qafqaz İslam Ordusunun daşnak-bolşevik qüvvələri üzərinə geniş əks-hücumu başlanıb. İyulun 14-də azərbaycanlı-türk qoşun hissələri strateji əhəmiyyətli Kərar dəmir yolu stansiyasını ələ keçiriblər.
15 iyul 1918 – Xalq Cümhuriyyəti hökuməti azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıb. Komissiya 1918-ci ilin mart qırğınları ilə yanaşı, XX əsrin əvvəlindən ermənilərin azərbaycanlılara qarşı törətdikləri digər qətliamlar haqqında çoxsaylı materiallar toplamış, Cümhuriyyət hökumətinin qərarı ilə 31 mart “Soyqırımı günü” elan edilmişdi. Azərbaycanın sovetləşməsindən sonra bu tarix gizlədildi.
20 iyul 1918 – Xalq Cümhuriyyəti və türk (Osmanlı) qüvvələrinin Nuru paşanın komandanlığı altındakı birgə Qafqaz İslam Ordusu daşnak-bolşevik “Bakı Kommunası” qoşunlarına daha bir zərbə endirərək Şamaxı şəhərini azad ediblər. Bu arada türk qoşunları cənubdan (indiki Neftçala rayonu ərazisi) Bakı istiqamətinə irəliləməyə başlamışdı.
6 sentyabr 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti İstanbulda Osmanlı dövlətinin rəhbərliyi ilə görüşüb. Milli Şuranın sədri M.Rəsulzadə, “Müsavat” fraksiyasının üzvü X.Xasməmmədov və general S.Səfikürdskinin daxil olduğu heyət Osmanlının yeni sultanı VI Mehmet Vahdettin tərəfindən qəbul edilib. Bu, Xalq Cümhuriyyətinin rəsmi heyətinin ilk xarici səfəri idi. Osmanlı hərbi rəhbərliyinin (Ənvər paşa) də iştirak etdiyi görüşdə Xalq Cümhuriyyətinə hərbi yardım və Bakının azad olunması məsələsi əsas mövzu olub. Bu görüşdən sonra Bakının azad olunması barədə həlledici hücum barədə qərar verildi.
1918-ci il sentyabrın 15-də baş verən ağır döyüşlərdən sonra, Azərbaycan Demokratik Respublikasının milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Osmanlı Türk İslam Ordusunun hissələri Bakını bolşevik, erməni-daşnak və ingilis hərbi dəstələrindən azad etmışdir və müstəqil Azərbaycan hökuməti Bakıya köçmüşdür.
28 may 1919 – Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşərək Xalq Cümhuriyyətinin tanınmasını xahiş edib. Antitürk və ermənipərəst mövqeyi ilə seçilən Vilson bu xahişi rədd etmişdir.
16 iyun 1919 – Azərbaycanla Gürcüstan arasında hərbi müttəfiqlik paktı imzalanıb. Razılaşmaya əsasən, Azərbaycan gürcü tərəfə neft verməklə əvəzində silah və texnika almağa başladı. Hərbi pakta görə, tərəflər Rusiyanın hərbi təcavüzünə qarşı bir-birinə dəstək verməli idilər. Lakin 1920-ci ilin aprelində bolşevik Rusiyasının Azərbaycana hücumu zamanı Gürcüstan bu öhdəliyə deyil, özünün müstəqilliyinin tanınması barədə ruslarla separat danışıqlara üstünlük verdi.

Azərbaycan xalq cümhuriyyəti iqtisadiyyatı

You are using an outdated browser.

  • NAZİRLİK
  • XƏBƏRLƏR
  • SOSİAL MEDİA
  • Virtual bələdçi
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Haqqımızda

Today, our catalogue contains:

Menyu Menyu

Menyu

Xidmətlər Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlər

Məktəbəqədər təhsil İntellektual, fiziki, mənəvi inkişafa xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesidir.

Ümumi təhsil Təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir.

Məktəbdənkənar təhsil Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılmasını təmin edən təhsil növüdür.

Peşə təhsili Zəruri əmək bacarıqlarına yiyələnməni təmin edən prioritet fəaliyyət sahəsidir.

Orta ixtisas təhsili Ümumi orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir.

Ali təhsil Tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir.

Xüsusi təhsil Xüsusi təhsil – sağlamlıq imkanları məhdud şəxslərə dövlət proqramları əsasında bilik, bacarıq və özünəxidmət vərdişlərini aşılamaqla, onların cəmiyyətə inteqrasiyasını, o cümlədən əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin edir.

Sənədlər Normativ sənədlər və təlimatlar
Layihələr Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələr
Tədqiqatlar Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədqiqatlar
Hesabatlar İllərə dair hesabatlar
Atributlar Atributların istifadəsinə dair təlimatlar

  • Ümumi məlumat
  • Məktəbəqədər təhsil müəssisələrinin siyahısı
  • Ümumi məlumat
  • Ümumi təhsil müəssisələrinin siyahısı
  • Elektron dərs resursları
  • Yeni dərs ili üçün nümunəvi cədvəllər
  • COVID-19 pandemiyası zamanı məktəblərdə davranış qaydaları
  • Olimpiada və müsabiqələr
  • Onlayn kalkulyator
  • DİQ müsahibə nəticələri
  • Ümumi məlumat
  • Məktəbdənkənar təhsil müəssisələrinin siyahısı
  • Ümumi məlumat
  • Peşə liseyləri
  • Peşə məktəbləri
  • İxtisaslar
  • Peşə təhsil mərkəzləri
  • Ümumi məlumat
  • Orta ixtisas təhsili müəssisələrinin siyahısı
  • Hesabat formaları
  • Ümumi məlumat
  • Ali təhsil müəssiələri
  • Tələbə köçürülməsi
  • Xaricdə təhsil
  • Tələbə Kredit Fondu
  • Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi
  • Tanınan diplomların sahibləri barədə məlumat bazası
  • Hesabat formaları
  • Ümumi məlumat
  • İnternat məktəbləri
  • “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi
  • “STEAM” layihəsi
  • “Rəqəmsal bacarıqlar” layihəsi
  • “Peşə təmayüllü siniflərin təşkili” layihəsi
  • “Məktəblinin dostu” layihəsi
  • SABAH qrupları layihəsi
  • “Study in Azerbaijan” layihəsi
  • English –>
  • Русский –>

Təhsil millətin gələcəyidir!

HEYDƏR ƏLİYEV

  • Ana səhifə
  • Rəhbər vəzifəli şəxslər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin
rəhbər vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbulu cədvəli

Vəzifəsi Soyadı, adı və atasının adı Qəbul günü və saatı
B.e. Ç.a. Ç. C.a. C.
Nazir Əmrullayev Emin Eldar oğlu (Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarında qeydiyyatda olan sakinlər və müvəqqəti məskunlaşmış məcburi köçkünlər) –> (Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonunda qeydiyyatda olan sakinlər) –> 30 mart 2023-cü il, Göygöl rayonu
(Gəncə, Naftalan, Daşkəsən, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarında qeydiyyatda olan sakinlər)
Vəzifəsi Soyadı, adı və atasının adı Qəbul günü və saatı
B.e. Ç.a. Ç. C.a. C.
Nazir müavini Qurbanov Firudin İsa oğlu 15:00-17:00
Nazir müavini İsayev İdris Balakişi oğlu 16:00-18:00
Nazir müavini Həsənli Həsən Həbib oğlu 16:00-18:00
Vəzifəsi Soyadı, adı və atasının adı Qəbul günü və saatı
B.e. Ç.a. Ç. C.a. C.
Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Əhmədov Tural Teymur oğlu 14:00-15:00
Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Yaqublu Vəfa Misir qızı 16:00-18:00
Audit şöbəsinin müdiri Məmmədov Vaqif Vidadi oğlu 14:00-15:00
Maliyyə şöbəsinin müdiri Orucov Rauf Davud oğlu 14:00-15:00
Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir S.İ.E Piriyev Yaqub Maksim oğlu 15:00-17:00
Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Əliyev Elnur Ələddin oğlu 11:00-13:00
Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Əliyev Elnur Qəzənfər oğlu 14:00-16:00
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Uşaqların Müdafiəsi İdarəsi Hacıyeva Məlahət Arif qızı 11:00-13:00
İnsan resursları şöbəsinin müdiri Bağırov Eşqi Cəfər oğlu 10:00-12:00
Hüquq şöbəsinin müdiri Mahmudov Səbuhi Şahin oğlu 11:00-13:00
Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Rüstəmov Elvin Tərlan oğlu 11:00-13:00
Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri Kərimzadə Kənan Şakir oğlu 16:00-18:00
Daxili nəzarət şöbəsinin müdiri Mahmudov İlqar Akif oğlu 14:00-16:00
Məxfi və dövlət nümunəli sənədlərə iş sektorunun müdiri S.İ.E. Süleymanov Rəvan Tahir oğlu 15:00-16:00
Vəzifəsi Soyadı, adı və atasının adı Qəbul günü və saatı
B.e. Ç.a. Ç. C.a. C.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Əzizov Rüfət Eyvaz oğlu 16:00-18:00
İnsan Resursları Mərkəzinin direktoru İsmayılbəyli Nurlan Fariz oğlu 15:00-18:00
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Kərəmov Ceyhun Camal oğlu 11:00-13:00
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Səttarova Ülkər Eldar qızı 15:00-17:00
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Mirzalıyev Valeh Taleh oğlu 16:00-18:00
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Paşayev Araz Nadir oğlu 11:00-13:00
Vəzifəsi və əhatə etdiyi bölgələr Soyadı, adı və atasının adı Qəbul günü və saatı
B.e. Ç.a. Ç. C.a. C.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Vəliyeva Mehriban Hidayət qızı 10:00-12:00
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri (Sumqayıt, Abşeron, Xızı) Abdullayeva İlhamə Sarif qızı 15:00-17:00
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı) Əliyev Rövşən Mirzə oğlu (həvalə) 10:00-12:00 10:00-12:00
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri (Gəncə, Naftalan, Daşkəsən, Goranboy, Göygöl, Samux) Qədiməliyev Anar Yusif oğlu 15:00-17:00
Qarabağ Regional Təhsil İdarəsinin müdiri (Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər) Əbdulov Gündüz Əliş oğlu 10:00-12:00
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz) Hacıyev Arslan Alik oğlu 14:30-16:30
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri (Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran) Hacıyev Rüfət Malik oğlu 15:00-17:00 15:00-17:00
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı) Nəcəfov Elxan Tarqulu oğlu 15:00-18:00
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab) Kərimov Elçin Vaqif oğlu 15:00-17:00
Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri (Beyləqan, İmişli, Saatlı, Sabirabad) Musayev Rəşad Qərib oğlu 10:00-13:00 10:00-13:00
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki, Zaqatala) Mehtiyev Bəhruz Yusif oğlu 15:00-18:00
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan) Bədəlov Fuad Əyyub oğlu (həvalə) 15:00-17:00 15:00-17:00
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri (Şirvan, Biləsuvar, Hacıqabul, Neftçala, Salyan) Mənsimli Sənan Famil oğlu 15:00-18:00

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.