Press "Enter" to skip to content

YENİ AZƏRBAYCAN PARTİYASI

9. Prof. Dr. Arshi Khan ‐ Department of Political Science, Aligarh Muslim University, INDIA‐ “Revisiting the Azeri Democratic Republic in its effort for security, dignity and sovereignty”

Azərbaycan xalq cümhuriyyətinin yaranması

Ana səhifə > Xəbərlər > Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi – pdf

Bu il iyunun 28-də Gəncə şəhərində “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda üçgünlük beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdikləri konfransda Azərbaycandan olan iştirakçılardan savayı 20 ölkədən (Rusiya, Pakistan, Hindistan, Gürcüstan, Misir, Özbəkistan, Şimali Kipr, Ukrayna, Belarus, Moldova, Polşa, Albaniya, Qazaxıstan və sair) ümumilikdə 40-a yaxın tarixçi-alim də iştirak etmişdi. Konfransda hansı mövzularda məruzələr olması ilə bağlı verilən cədvəldən geniş məlumat əldə edə və «Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi» mövzusunda beynəlxalq elmi konfransın materialları toplusunun elektron variantını yükləyə bilərsiniz.

1. Akademik Yaqub MAHMUDOV – DÖVLƏTÇİLİK TARİXİMİZİN PARLAQ SƏHİFƏSİ və ya OD İÇİNDƏ DİRÇƏLİŞ!

2. Akademik Yaqub MAHMUDOV – 1918‐ci İLDƏ AZƏRBAYCAN TORPAĞINDA ERMƏNİ DÖVLƏTİ NECƏ YARADILDI və ya İRƏVAN VƏ ƏTRAFINDAKI AZƏRBAYCAN TORPAQLARI ERMƏNİLƏRƏ HANSI ŞƏRTLƏRLƏ VERİLMİŞDİ?

3. Kult.e.d., prof. Abdullayev Çingiz – Alman‐Azərbaycan Cəmiyyətinin sədri, Bakı Slavyan Universiteti ‐ “Almaniyada Cümhuriyyət arzusu”

4. T.ü.f.d. Abışov Vaqif – AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, aparıcı elmi işçi – “Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun mühacirət tarixşünaslığında əksi”

5. T.ü.e.d. Ağasiyev İkram ‐ AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun « Dərbənd tarixi « bölməsinin müdiri, Bakı, Azərbaycan Respublikası – « Kuban Xalq Respublikasının Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqələri (1918‐1920)”

6. Д.ф. по истории, доц. Ахундова Нигяр – ведущий научный сотрудник им.А.А.Бакиханова Института истории Академии наук Азербайджанской Республики, г.Баку – “Культура и духовные ценности – составная часть Азербайджанской Национальной Государственности”

7. Д.ф. по истории Алиев Камиль – Махачкала/Дагестан – “Полковник князь Нух‐Бек Шамхал Тарковский”. Яркая, выдающаяся личность в истории Союза объединенных горцев Кавказа и Горской Республики”

8. Д.и.н. Алиева Севиндж – Зав.отделом «История азербайджано‐российских отношений» Института Истории им.А.А.Бакиханова НАНА – Азербайджанская Народная Республика и государственные образования Северного Кавказа в 1918‐1920‐е годы

9. Prof. Dr. Arshi Khan ‐ Department of Political Science, Aligarh Muslim University, INDIA‐ “Revisiting the Azeri Democratic Republic in its effort for security, dignity and sovereignty”

10. T.ü.f.d. Babayeva Saidə – Gəncə Dövlət Univesiteti Azərbaycan tarixi kafedrası – “Azərbaycan xalqının çar Rusiyasının milli‐ayrıseçkilik siyasətinə qarşı mübarizəsi (1900‐1918)”

11. T.ü.e.d. Bağırova İradə – «Qafqaz tarixi” şöbəsinin müdiri – “1918‐1920‐ci illərdə Azərbaycanda ilk demokratiya təcrübəsi”

12. Prof. Bayramov Azad – Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə şəhəri ‐ “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin başlıca istiqamətləri”

13. Bayramova Rəxşəndə – Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru – “Quba qəzasında ictimai‐siyasi vəziyyət (1918‐1919‐cu illər)”

14. T.ü.f.d., dosent Bəhramov Cəbi ‐ Bakı nefti və Azərbaycan Xalq Cümhuriyyətinin siyasi taleyi

15. T.ü.f.d. Bəkirova Ellada ‐ Tarix İnstitutu, Təhsil şöbəsinin müdiri‐Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti və tarix elminin inkişafı ilə bağlı tədbirlər

16. Dr. Büyükbaş Nihat ‐ Atatürk Araştırma Merkezi Başkan Yrd. ‐ 20.Yüzyılın ilk milli Türk Devleti. Bağımsızlığının 100. yılında Azerbaycan Halk Cumhuriyeti

17. Болдырев Юрий (г. Волгоград); Какагасанов Гаджикурбан (г. Махачкала); Хапчаев Салех (г. Черкесск); Назарова Ольга (г. Волгоград) – “Азербайджанская Народная Республика (АНР) – 28 мая 1918г., Горская «независимая» республика (18 мая 1918г.): история дружественных взаимоотношений. (к 100 – летию их образования)”

18. T.ü.f.d., dos. Budaqova Sahibə – Azərbaycan Milli Elmlər Akademiyası «Azərbaycan tarixi coğrafiyası» şöbəsinin aparıcı elmi işçisi – “Paris Sülh Konfransında Azərbaycanın ərazisi və əhalisi məsələləri”

19. Camalova Nigar ‐ AMEA‐nın A.A.Bakıxanov adına Tarix institutu, kiçik elmi işçi – “Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin azərbaycanlıların soyqırımının qarşısını almaq üçün gördüyü tədbirlər”

20. Doktorant Cəbrayılova Günəş ‐ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı şəhəri – “Azərbaycan Xalq Cümhuriyyəti və Bakı memarlığı”

21. Assoc. Prof. Чмеловска Данута ‐ Тюрколог, Университет Варшавы ‐ Участие польских Татаров в строительстве национальной Армии Азербайджанской Народной Республики в 1918‐ 1920 гг..

22. Д.и.н. Джавахишвили Николай ‐ профессор Тбилисского государственного университета имени Иванэ Джавахишвили – “Страницы из истории политического сотрудничества Кавказских эмигрантов (1921‐1941 гг.)”

23. Д.и.н., проф. Джафаров Гидаят, Джафарова Диана – “Некоторые вопросы укрепления государственности Азербайджанской Народной Республики”

24. Д.и.н., проф. Доного Хаджи Мурад – “Пребывание Турецких войск в Дагестане (1918 г.) в воспоминаниях современников и на страницах газет”

25. Dr. Əbdul Vahid əs‐Seyyid Aişə ‐ Tanta Universiteti, Misir ‐ Azərbaycan Xalq Cümhuriyyəti (Müstəqillik‐Kimlik)

26. T.e.d., professor Əliyev Qabil ‐ Bakı Dövlət Universiteti ‐ Yaqub Mahmudov və Azərbaycan Xalq Cümhuriyyəti tarixi

27. Dos. Əkbərov Rahib – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru ‐ “Azərbaycan Milli Şurasının 29 may 1918‐ci il tarixli 3 saylı iclas Protokolunun siyasi‐hüququ mahiyyətinə dair”

28. Fəl.ü.e.d., professor Əhmədli Rafail – “XX əsrin əvvəllərində Azərbaycanda ictimai ‐ siyasi hərəkat və onun nəticələri”

29. T.ü.f.d., dosent Əliyev İbrahim – Azərbaycan Turizm və Menecment Universiteti – “Azərbaycan Xalq Cümhuriyyəti və müasir dövlətçilik tariximizin bəzi problemləri”

30. T.ü.f.d. Əliyeva Fəridə – “Azərbaycan Xalq Cümhüriyyətinin süqutundan sonra işğalçı orduya qarşı dirəniş (RQVA materialları əsasında)”

31. T.ü.f.d Əliyeva İradə ‐ Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı saxtakarlıq faktları

32. T.ü.f.d., dos. Əmirbəyova Nərminə – AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Ümumi tarix” şöbəsinin aparıcı elmi işçisi. – “AXC dövrundə Milli Ordunun yaranmasına xarici ölkələrin münasibətləri”

33. Əmirova Yaqut – AMEA Tarix institunun böyük elmi işçisi – “Aprel işğalından sonra Azərbaycan mühacirlərinin Türkiyədə fəaliyyəti”

34. T.ü.f.d. Əsədova Rəna ‐ AMEA Tarix İnstitutu, Bakı şəhəri ‐ AXC dövründə Qarabağda dinc əhalinin təhlükəsizliyi məsələsi

35. Əzimova Aygün ‐ AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu ‐Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində siyasi qüvvələrin fəaliyyətində Bakı mədənləri məsələsi

36. T.ü.e.d., prof. Fazil Şahin – “AXC hakimiyyəti dövründə Quba qəzasında bolşevik‐daşnak dəstələrinə qarşı silahlı mübarizəyə dair”

37. T.ü.f.d., dos. Gözəlova Solmaz ‐ Azərbaycan Dövlət İqtisad Universitetinin «Beynəlxalq münasibətlər» kafedrasının dosenti – “AXC‐nin siyasi həyatında neft amili və müasir Azərbaycan Respublikasının enerji siyasəti”

38. Hacılar Aytən ‐ İ.Cavaxişvili adına Tiflis Dövlət Universitetinin Avropa Araşdırmaları İnstitutunun doktorantı – “1918‐1919‐cu İllərdə Tiflis və Borçalı qəzalarında yerli özünüidarəetmə orqanlarına seçkilərdə azərbaycanlıların iştirakı: Dünyada demokratik yolla seçilmiş ilk müsəlman qadın deputat ‐ Pərixanım Sofiyeva”

39. T.ü.f.d. Hacıyev Asəf – Bakı Dövlət Universiteti – “Qax rayonunun demoqrafik vəziyyəti”

40. Həmzəyev Nagif – Türkiyə Cümhuriyyəti Firat Universitetinin doktorantı – “Ermenistan (Ararat) Cumhuriyeti’nin Azerbeycan Politikasi”

41. T.ü.f.d., dos. Həsənov Hacı, t.ü.f.d. Qafarova Zeynəb– A.A.Bakıxanov adına Tarix İnstitutu – “AXC‐nin Aqrar Qanun Layihəsi haqqında”

42. T.ü.f.d. Hüseynova Leyla – AMEA A.A.Bakıxanov ad. Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin aparıcı elmi işçisi – “Heydər Əliyev irsində Azərbaycan Cümhuriyyəti tarixi məsələləri”

43. Д.и.н., проф. Хабутдинов Айдар – Казанский филиал Российского государственного университета правосудия, профессор Казанского (Приволжского) Федерального университета, РФ, Республик Татарстан, г. Казань; Д.и.н. Имашева Марина ‐ доцент Казанского (Приволжского) Федерального университета, РФ, Республик Татарстан, г. Казань. – “Модели автономии и государственности у российских мусульманских поли‐ тиков в начале ХХ века”

44. Д.ф. по истории Халилов Аслан – Диссертант Института истории НАН Азербайджана – “Военно‐политический союз большевиков и армян и геноцид против Азербайджанцев до и после апреля 1920 года”

45. T.e.d., professor İsgəndərov Anar ‐ Bakı Dövlət Universitetinin kafedra müdiri ‐ Müsəlman Şərqində ilk respublika– Azərbaycan Xalq Cümhuriyyəti

46. T.ü.f.d. İsmayılov Kamran – Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnistitutunun aparıcı elmi işçisi – “1918‐1920‐ci illərdə Azərbaycanda demokratik dövlət quruculuğu təcrübəsindən”

47. İsmayılova Gültəkin ‐ AMEA Fəlsəfə İnstitutu, Sosial psixologiya şöbəsi, kiçik elmi işçi – “Azərbaycan Xalq Cumhurriyyəti və azadlıq psixologiyası”

48. Fil.ü.f.d. İsmayılzadə Gülbəniz – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, Bakı, Azərbaycan – “Türkçülük, islamçılıq və müasirlik ideolojisistemi Azərbaycan dövlətçiliyinin əsas amillərindən biri kimi”

49. Doç. Dr. Kafkasyalı Muhammet Savaş ‐ Stratejik Düşünce Enstitüsü Başkanı, Türkiye – “Azerbaycan Demokratik Cumhuriyeti’nden Azerbaycan Cumhuriyeti’ne Modern Uluslararası Sistem ve Ulus‐Devlet”

50. Д.ф. по истории Кафар‐заде Ламия – ведущий научный сотрудник Института Истории им. А.А.Бакиханова НАНА, г. Баку ‐ “АДР – 100: историческое значение распоряжения президента Азербайджанской Республики об объявлении 2018 года годом АДР”

51. Д.ф.по истории Керимова Тамилла – Институт Истории им. А.А.Бакиханова НАНА, г.Баку, ведущий научный сотрудник – “100 студентов Азербайджанской Демократической Республики: История и современность”

52. T.ü.f.d. Kərimov Zəfər – AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun ”Azərbaycanın tarixi demoqrafiyası” şöbəsinin aparıcı elmi işçisi – “Denikin ordusunun Azərbaycanın Xəzərətrafı ərazilərini işğal etmək təhdidləri”

53. T.ü.f.d, dosent Kərimzadə Pərvin ‐ Gəncə Dövlət Universiteti ‐ XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin ilk mərkəzi Gəncədə ictimai‐siyasi vəziyyət

54. T.ü.f.d., dos. Qafarov Vasif – AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi – “1918‐ci ilin 17 iyun böhranı haqqında”

55. Qasımlı Bahar AMEA A.A.Bakıxnov adına Tarix İnstitutunun böyük laborantı – “Azərbaycan Xalq Cümhuriyyəti tarixi Heydər Əliyev irsində”

56. T.ü.e.d. Qasımov Ədalət, t.ü.f.d. Leyla Hüseynova – “Heydər Əliyev irsində Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin qiymətləndirilməsi məsələləri”

57. Д.ф.по истории Максвелл Нигяр – “Новые факты о деятельности представителей Британского военного и политического истаблишмента, работающего на Южном Кавказе в 1918‐1919 гг.”

58. Мамедова Назиля – Старший преподаватель БГУ – “Фатали Хан Хойский ‐ один из основателей Азербайджанской Демократической Республики”

59. Dr. Mehmood Ul Hassan Khan – “Azerbaijan Democratic Republic & Genocides”

60. F.ü.f.d., dos. Mədətli Eynulla – AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini – “M.Ə.Rəsulzadənin məqalələrində Azərbaycan termininə qarşı İranın iddialarına cavab”

61. T.ü.f.d. Məhərrəmova Sona – Sumqayıt Dövlət Universiteti – “Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti demokratiyanın nümunəsi kimi”

62. Prof. Məxluf Macidə – Ayn Şəms Universiteti, Misir – “Osmanlı dövlətinin Azərbaycan Xalq Cümhuriyyəti (1918‐1920) ilə münasibətləri”

63. F.ü.f.d. Məmmədova Aytək – AMEA‐nın Fəlsəfə İnstitutu, Bakı aparıcı elmi işçisi – “Türk Dünyasının elmi‐mədəni mühiti və Azərbaycan Xalq Cümhuriyyəti”

64. T.ü.f.d., dos. Məmmədzadə Natiq – “1920‐ci ilin Gəncə üsyanı və Azərbaycanda antibolşevik hərəkatı (Fransanın arxiv sənədləri əsasında)”

65. Dr. Muço Entela – “Arnavutluk‐Azerbaycan Dostluk, Bilimsel Kültürel” Derneğin Başkanı – “Müslüman ve Türk toplumlarda ilk Demokratik ve Laik devleti”

66. III dərəcəli hüquqşünas Musayev Təbriz – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru –“Azərbaycan Xalq Cümhuriyyəti dövründə prokurorluq orqanlarının təşəkkülü və fəaliyyət istiqamətləri”

67. К.и.н., доцент Мусхаджиев Саид‐Хасан – федеральное государственное бюджетное образовательное учреждение высшего образования «Майкопский государственный технологический университет»; д‐р филос. наук, профессор Овсянникова Татьяна Анатольевна – федеральное государственное бюджетное образовательное учреждение высшего образования «Майкопский государственный технологический университет», Республика Адыгея, г.Майкоп – “Русская революция и Азербайджанская Народная Республика: столетний юбилей и политика памяти (сравнительный анализ)»

68. T.ü.f.d. Mustafa Nazim – “Diplomatik nümayəndə Əbdürrəhim bəy Haqverdiyevə qarşı Ermənistan hökumətinin həyata keçirdiyi cinayətin təfsilatı”

69. T.ü.e.d., prof. Mustafazadə Tofiq – AMEA A.A. Bakıxanov adına Tarix İnstititunun “Ümumi tarix” şöbəsinin müdiri, Əməkdar elm xadimi – “Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda xarici və daxili amillərin rolu”

70. T.ü.f.d. dos. Nəcəfli Güntəkin ‐ AMEA, A.Bakıxanov adına Tarix İnstitutunun “Qarabağ tarixi” şöbəsinin müdiri; t.ü.f.d. Nigar Eyvazova, AMEA, A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi – “Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair yeni arxiv sənədləri”

71. Nərimanoğlu Hacı – Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri, Bakı şəhəri – “Zəngəzur bölgəsi Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918‐1920)”

72. Д.ф. по истории, доц. Нифталиев Ильгар – заведующий отдела «История Азербайджана советского периода» Института истории им. А.А.Бакиханова – “Армянский мятеж в Карабахе в марте 1920 года в исторических документах”

73. К.и.н. Нурбетова Гульнар ‐ Международный казахско‐турецкий университет имени Х.А.Ясави, ассоциированный профессор – “Геополитическое положение на южном кавказке накануне образования АДР”

74. Orucova Aynur – AMEA Tarix İnstitutu, magistr – “Qafqaz İslam Ordusunun çağdaş vətən tarixşünaslığı”

75. Dr. Piriyeva Sevil ‐ Ankara Universiteti Dil‐Tarix, Coğrafya fakulteti, Ankara – “Azərbaycan Xalq Cümhuriyyəti Dönəmində Axıska bölgəsində ictimai‐siyasi vəziyyət, Azərbaycanın Axıska türklərinə yardımı (1918‐1920)”

76. К.и.н. Пивовар Сергей – профессор кафедры новейшей истории Украины Киевского национального университета имени Тараса Шевченко – “Азербайджан в контексте империалистической политики России (ХVІІІ – ХХ вв.)”

77. Д.и.н., проф. Раджабов Кахрамон ‐ Зав.отделом Института истории Академии Республики Узбекистан, г. Ташкент; Амонова Феруза ‐ Докторант Бухарского государственного университета, Республика Узбекистан, г. Бухара – “Азербайджанская Народная Республика и Туркистон Мухторияти – феноменальное явление в истории государственности тюркских народов”

78. T.ü.f.d. Rəhmanzadə Şamil – Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işçisi – “Cümhuriyyət dövrü Azərbaycan ictimai‐siyasi şüurunda Zaqatala məsələsi”

79. T.ü.f.d. Rüstəmova Aypara ‐ AMEA A.A.Bakıxanov ad. Tarix İnstitutunun “Azərbaycan‐Rusiya əlaqələri tarixi” şöbəsinin aparıcı elmi işçisi – “Azərbaycan Xalq Cümhuriyyətinin dil və əlifba islahatları”

80. T.ü.f.d. Rüstəmov Rəşad – AMEA‐nın Bakıxanov adına Tarix İnstitutu – “Azərbaycan Xalq Cümhuriyyətinə aparan yol”

81. К.и.н. Султанбеков Рабадан Магомедович – доцент кафедры истории ДГПУ г. Махачкала, республика Дагестан, Россия; Д.и.н. Алиева Севиндж – зав. отделом «История азербайджано‐российских отношений» Института истории им. А.А.Бакиханова НАН Азербайджана – “Освещение истории Горской Республики в Дагестанской истори‐ ческой литературе советского периода”

82. Д.ф. по истории Тагиев Фуад – Институт истории им.А.А.Бакиханова НАН Азербайджана ‐ «Особые» люди

83. Türkmen Zekeriya – “Bakü Yollarında: Kafkas İslam Ordusu’nun Gence’den Bakü’ye Harekatı Kapsamında I. ve II. Bakü Taarruzu ve Bakü Şehrinin Kurtarılmasına Dair Bir Değerlendirme”

84. Doctor of historical sciences, prof. Uljaeva Shohistahon – Head of the Department of History of Uzbekistan and Political Disciplines of the Tashkent Chemical Technology Institute, Uzbekistan – “AZERBAIJAN NATIONAL MOVEMENT AND ITS PLATFORM”

85. Valehoğlu‐Hacıyev Fəxri – Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin I katibi – “Tiflisin 1905‐1919‐cu illər gürcüdilli və rusdilli mətbuatında Ə.Topçubaşovun siyasi‐ictimai fəaliyyətinə dair”

86. Vəlizadə Tural – BDU‐nun Tarix fakültəsinin doktorantı – “Mart soyqırımı arxiv sənədlərində (Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.Klugenin məruzəsi əsasında)”

87. Prof. Dr. Yel Selma – “100. Yılında Enver Paşa ve Azerbaycan Halk Cumhuriyeti’nin Kuruluşundakı Bakü İslam Ordusu Kömegi”

88. Prof. Dr. Yılmaz Hakan ‐ Akademik Tarih ve Düşünce Dergisi Editörü ‐ “Arşiv Belgeleri Işığında Azerbaycan Halk Cumhuriyyeti ile Osmanlı Devleti Arasında İmzalanan ilk Dostluk Anlaşması”

89. К.и.н. Зуб (Руденко) Наталия ‐ Институт востоковедения им. А.Е. Крымского НАН Украины г. Киев, Украина – “Деятельность уроженцев Азербайджана в Киеве периода АДР”

Jurnalı yükləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz.

YENİ AZƏRBAYCAN PARTİYASI

-Hikmət müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalayıb. Ümumiyyətlə, Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə yeri və rolu nədən ibarətdir? -1918-ci ildə Azərbaycan xalqının ictimai, siyasi, mədəni düşüncəsinin məhsulu olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yarandı. AXC Azərbaycanın beş minillik dövlətçilik tarixində xüsusi bir həlqədir. 1813-cü və 1828-ci illərdə baş tutan işğal faktından sonra Azərbaycan xalqı öz müstəqilliyini itirmişdi. Çar Rusiyasının tərkibində müstəmləkə olmaqla çoxsaylı aşınma və repressiyalara məruz qalmışdı. Bu mərhələdə, həmçinin Azərbaycanda elmin, təhsilin, müstəqil iqtisadi siyasətin inkişafı üçün hər hansı bir şərait olmamış, hətta xalqımızın qarşısına müxtəlif maneələr çıxarılmışdı. Belə olan halda, təqribən 90 il sonra yeni əsrin çağırışlarına – yeni dövrün tələblərinə uyğun olaraq yeni bir dövlət qurmaq zərurəti meydana çıxmışdı. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdı. Şübhəsiz ki, AXC-nin yaradılması Azərbaycan dövlətçilik tarixinin xüsusi bir səhifəsidir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev qeyd edib ki, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycanda yaranması xalqımızın o dövrdə – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır: “O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”. Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əsasları xeyli öncədən qoyulmuşdu. Belə ki, Cümhuriyyətin yaranmasını təmin edəcək ciddi intellektual, fəlsəfi, sosial və siyasi əsaslar XIX əsrin ortalarından başlayaraq formalaşdırılmışdı. Azərbaycan ictimai-mədəni və intellektual mühitində mühüm yer tutan maarifçilik hərəkatını bu kontekstdə xüsusi olaraq qeyd etməliyik. Abbasqulu ağa Bakıxanov, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyov, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və digər maarifçi mütəfəkkirlər o dövrdə Çar Rusiyasının ictimai-mədəni mühitində fəal mövqedən çıxış edərək yeni dövlətçiliyin yaranması üçün mədəni, ictimai və siyasi əsaslar formalaşdırırdılar. Əlbəttə ki, o dövrün fədakar maarifpərvər insanları olmasaydı, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ideyası və məqsədinin gerçəkləşməsi də xeyli çətin olardı. Bu dövrdə Çar Rusiyası daxilində mövcud olan ictimai-siyasi mühit və proseslərin dinamikası bu siyasi coğrafiyada xalqların milli özünüdərk və özünəqayıdış amalı ilə hərəkət etməsini şərtləndirirdi. Bu tarixi mərhələni Azərbaycan xalqının tarixində passionar təkan mərhələsi kimi xarakterizə etmək olar. Əlbəttə, bu, təkcə Azərbaycan xalqının ictimai-siyasi münasibətlərə fəal cəlb edilməsi ilə bağlı deyildi, Çar Rusiyası daxilində yaşayan çoxsaylı xalqlarda passionarlıq özünü göstərirdi. Burada daha çox iki proses müşahidə edilirdi: birincisi, dini özünüdərk və özünəqayıdış, ikincisi isə, milli özünüdərk və özünəqayıdış. Dini özünüdərk və özünəqayıdışdan bəhs edərkən qeyd etmək lazımdır ki, bu dövrdə yaranan ictimai və siyasi təşkilatlar dini həmrəyliyi, özünüdərki və mənafeyini başlıca prinsip və tezis kimi irəli sürürdülər. Azərbaycanda yaranan Müsavat Partiyası da ilkin mərhələdə Çar Rusiyasında yaşayan müsəlmanların hüquqlarının qorunması məsələsini fəaliyyət prinsipi kimi müəyyənləşdirmişdi. Bundan sonra ictimai-siyasi proseslər inkişaf etdikcə Velikorus şovinizminin təsiri və təzyiqi ilə yeni əks-təsir platforması formalaşmağa başladı. Yəni milli özünüdərk və özünəqayıdış prosesi çərçivəsində xalqların ictimai və siyasi fəallığının fonunda milliyyətçilik ideyaları özünü göstərməyə başladı. Təsadüfi deyil ki, elə bu mərhələdə türkçülük, islamçılıq və müasirlik fəlsəfəsinə söykənən cərəyanlar intişar tapdı. Bütün bunlar 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin ideya əsaslarını formalaşdırdı. 1917-ci ildə Çar Rusiyasında baş vermiş inqilabdan sonra formalaşmış yeni situasiyanın fonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün ictimai-siyasi əsaslar yarandı. Çar Rusiyasında baş verən hadisələr nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə, Zaqafqaziya Parlamentini yaratdılar. Zaqafqaziya Seymində Müsəlman Fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası faktiki olaraq Zaqafqaziya Müsəlman Şurası, daha doğrusu, Zaqafqaziya Müsəlman Parlamenti funksiyasını yerinə yetirirdi. Zaqafqaziya Seyminin ən aktiv üzvləri olan Azərbaycan nümayəndələri 1918-ci il aprelin 9-da Zaqafqaziya Seyminin – Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Bununla belə, istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin ziddiyyətlərin ortaya çıxması Zaqafqaziya Seymini dağıtdı və mayın 25-də gürcü nümayəndələr, mayın 27-də Seymin Müsəlman Fraksiyası Seymdən ayrıldıqlarını bəyan etdilər. Zaqafqaziya Müsəlman Şurasının ayrıca iclasında isə Azərbaycanın müstəqilliyinin elan edilməsinə qərar verildi. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi və Fətəli xan Xoyski Azərbaycanın müstəqilliyini elan etdi. Nəhayət, 28 May 1918-ci il tarixində Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyuldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncamında qeyd edilmişdir ki, yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi: “Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü”. -Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş qərarların önəmini necə qiymətləndirirsiniz? Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti ilə müstəqil dövlətçiliyimizin hüquqi, siyasi, ideoloji, mədəni və tarixi əsasları müəyyənləşdirildi. Cəmi 23 ay yaşayan Cümhuriyyət dövlət quruculuğu sahəsində mühüm qərarları ilə yadda qaldı, parlamentarizm ənənələri formalaşdırıldı, idarəetmənin hüquqi əsasları yaradıldı. Prezident İlham Əliyevin yuxarıda bəhs olunan Sərəncamında diqqətə çatdırılıb ki, mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini bərabərsizliyi ortadan qaldırdı: “Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı”. Maraqlı bir nüansı diqqətə çatdırmaq lazımdır. Belə ki, həmin dövrdə qəbul edilən qərarlardan biri İrəvanın ermənilərə güzəştə gedilməsi oldu. Əslində, bu qərar 1903-1905-ci illərdən başlayaraq 1918-ci ilə qədər davam edən ermənilərin azərbaycanlılara qarşı terror və soyqırımı aktlarından xilas olmaq cəhdi idi. Cümhuriyyətin qurucuları düşünürdülər ki, bununla erməni problemindən qurtulacaqlar və hərbi-siyasi konfliktlər başa çatacaq. Amma bu, özünü doğrultmadı, hətta müəyyən mərhələlərdə biz erməni məsələsinin daha da kəskinləşdiyini müşahidə etdik. -Olduqca mürəkkəb bir tarixi dönəmdə və geosiyasi şəraitdə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti, beynəlxalq əlaqələri barədə nə deyə bilərsiniz? -Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yeri və rolundan bəhs edərkən onun beynəlxalq əlaqələrinə, xarici siyasətinə də ayrıca nəzər yetirmək lazımdır. Məlumdur ki, indi islamofobiya kimi təzahür olunan meyillər o dövrdə də özünü göstərirdi, türk-müsəlman dövlətlərinə qarşı çıxış edən, bu ölkələrin güclənməsini istəməyən Qərb ölkələri diktə edən tərəf kimi AXC də daxil olmaqla türk-müsəlman siyasi coğrafiyasında güclü, müstəqil dövlətin fəaliyyət göstərməsini istəmirdilər. Belə bir şəraitdə Cümhuriyyətin qurucuları və dövlət xadimləri, diplomatlarımız çox böyük fədakarlıq göstərərək AXC-nin beynəlxalq müstəvidə tanınması uğrunda gərgin fəaliyyət göstərdilər və uğurlu nəticələrin əldə olunmasını təmin edə bildilər. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı. Parlament sədrinin uzunmüddətli səyləri və fəaliyyətinin nəticəsi kimi, Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olundu. Bu prosesdə Paris Sülh Konfransı və orada qəbul olunan qərarlar da mühüm rol oynadı. Çox təəssüf ki, 1920-ci il aprel ayının 28-də AXC yenidən rus-bolşevik işğalı nəticəsində öz müstəqilliyini itirdi. Ancaq buna baxmayaraq, bu dövlət Azərbaycanın dövlətçilik tarixində öz rolunu oynamaqla növbəti siyasi proseslər üçün mühüm zəmin və siyasi-hüquqi miras yaratdı. – Bəs AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolunun daim xatırlanması və təbliğ olunmasının əhəmiyyəti nədən ibarətdir? Azərbaycan dövlətçiliyini, milli maraqlarımızı hər şeydən üstün tutan böyük dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirirdi. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan edib. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması Ümummilli liderin adı ilə bağlıdır. Bundan başqa, Ordu Günü, Respublika Günü və bu kimi digər tarixlərin məhz Cümhuriyyət dövrü əsasında müəyyənləşdirilməsi də ayrıca qeyd edilməlidir. Bunlar özlüyündə milli yaddaşın bərpası, milli özünüdərkin təşviqi olmaqla yanaşı, həm də Cümhuriyyət dəyərlərinə, onun qurucularına olan dəyərin, hörmət və ehtiramın nümunəsidir. Qeyd etdiyimiz kimi, Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətini məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməsi ölkəmizin beynəlxalq ictimaiyyətə tanıdılması baxımından da müstəsna əhəmiyyətə malikdir. Çünki bununla dünya ictimaiyyəti görür və dərk edir ki, Azərbaycanın zəngin dövlətçilik tarixi və ənənələri var, müasir müstəqil Azərbaycan zəngin dövlətçilik ənənələri əsasında formalaşıb. Ona görə də AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz tutulur. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar bunu aşkar şəkildə ifadə edir. Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyi, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncamları bu qəbildən olan nümunələr sırasında xüsusi olaraq qeyd edilməlidir. Onu da qeyd etmək lazımdır ki, bu gün Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan beynəlxalq müstəvidə öz müstəqil siyasəti və zəngin dövlətçilik ənənələri ilə təmsil olunur. Ümummilli lider Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin siyasəti nəticəsində hazırda beynəlxalq arenada özünə layiqli yer tutan Azərbaycan həm Cümhuriyyət dəyərlərini yaşadır, həm də öz müstəqil siyasəti ilə fərqlənir. Bütün bunların fonunda iki başlıca nüans özünü göstərir: birincisi, hər kəs aydın dərk edir ki, Azərbaycan dövlət qurmağı və onu müstəqil şəkildə, məharətlə idarə etməyi bacarır. İkincisi isə, istər həyata keçirilən müstəqil siyasət, istərsə də dövlətçilik ənənələrinin yaşadılması Azərbaycan cəmiyyətində fərdlərin özlərini dövlətlə identifikasiya etməsini şərtləndirir. Prezident İlham Əliyevin bəhs olunan Sərəncamında bütün bu məsələlər öz əksini tapıb. Sərəncamda qeyd edilib: “Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı”. Doğrudan da, hər bir xalqın əldə etdiyi nailiyyətlər həm də onun milli və tarixi yaddaşı ilə əsaslandırılır. Xalqımızın milli yaddaşında min illərlə ölçülən dövlətçilik şüuru hakimdir. Bu ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi də tarixi mirasımıza sahib çıxmaqdan, onu yaşatmaqdan keçir. AXC-nin 100 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncam da məhz bu məqsədə xidmət edir.

Bu səhifəni göndər

Adınız
E-poçt
Mesajınız

DTX-da “Azərbaycan Xalq Cümhuriyyəti – Şərqin ilk demokratik dövlətidir” mövzusunda konfrans keçirilib – FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə konfrans keçirilib.

DTX-nin İctimai əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, tədbirdə Azərbaycanın Milli qəhrəmanları, təhlükəsizlik orqanlarının veteranları, Dövlət Təhlükəsizliyi Xidmətinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məsul əməkdaşları, Azərbaycan Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının və AMEA Qafqazşünaslıq İnstitutunun alimləri, DTX-nin Heydər Əliyev adına Akademiyasının professor-müəllim heyəti və kursantları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, dahi rəhbərin abidəsi önünə əklil qoyublar.

Akademiyanın akt zalında davam edən konfrans Prezident İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamının bir daha oxunması ilə başlanıb.

Sonra Ulu Öndərin, Azərbaycan Xalq Cümhuriyyətinin, müasir Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Konfransda çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində beynəlxalq aləmdə və regionda baş verən proseslərdən danışaraq bildiriblər ki, müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, ümumbəşəri təşəkkülə, mədəniyyətə və tərəqqiyə əvəzsiz töhfələr vermiş xalqımızın çoxəsrlik və zəngin tarixinin ən şanlı və parlaq səhifələrindəndir.

Tədbirdə Azərbaycan Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyinə qarşı daşnak hökumətinin cinayətkar fəaliyyəti. 1919-1920-ci illər”, AMEA Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Qasım Hacıyev “Azərbaycan Xalq Cümhuriyyətinin əleyhinə daşnak-bolşevik qüvvələrinin dağıdıcı fəaliyyəti və Xalq Cümhuriyyətinin qurucularına erməni terrorçu təşkilatlarının törətdikləri sui-qəsdlər”, DTX-nin Heydər Əliyev adına Akademiyasının məsul əməkdaşı, filologiya üzrə elmlər doktoru, professor Cəlal Qasımov “Azərbaycan Xalq Cümhuriyyətinin ilk təhlükəsizlik orqanları: tarix və müasirlik” mövzularında məruzələri dinlənilib. Natiqlər ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində müstəqillik, xarici siyasət, müdafiə, təhlükəsizlik və dövlət quruculuğunun digər həyati əhəmiyyətli sahələrində uğurla həyata keçirdiyi misilsiz işlər, eləcə də gənc respublikaya qarşı mənfur düşmənlər tərəfindən bütün istiqamətlərdə aparılan aramsız terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətləri barədə ilk dəfə ictimaiyyət üçün səsləndirilən faktlar əsasında geniş məruzələr ediblər.

Diqqətə çatdırılıb ki, xalqımızın qədim və zəngin dövlətçilik ənənələrinin yaşadılmasına, tarixi irs-varislik prinsiplərinə hər zaman böyük önəm verən ulu öndər Heydər Əliyevin minilliklərin burulğanından şərəflə keçərək günümüzə yetişən mədəni-mənəvi dəyərlərə, azərbaycançılıq məfkurəsinə, müstəqillik ideallarına dərindən bağlılığı sayəsində milli yaddaşda xüsusi yeri olan Azərbaycan Xalq Cümhuriyyəti dövrü özünün əsl qiymətini alıb.

Məhz müasir Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin dühası, dərin zəkası, qətiyyəti və əvəzsiz xidmətləri nəticəsində respublikamız müstəqilliyinin daimi və dönməzliyinə nail olub, beynəlxalq hüququn bərabərhüquqlu subyekti kimi dünyada özünün layiqli yerini tutmuş, üçrəngli bayrağı əbədi olaraq yüksəklərə ucalıb.

Məruzəçilər qeyd ediblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi və regionun lideri olan müstəqil Azərbaycan Ümummilli Liderimizin siyasi xəttinin layiqli davamçısı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün bütün sahələrdə xariqələr yaradır, yeni tərəqqi zirvələrini inamla fəth edir. Doğma Vətənimiz yeniləşmə və müasirləşmə mərhələsində günbəgün inkişaf edərək daha da qüdrətlənir. Dövlətimizin başçısı İlham Əliyevin dövlət müstəqilliyinin əbədiliyi naminə əzmkar və uğurlu fəaliyyəti, o cümlədən xalq-iqtidar vəhdəti və vətəndaş həmrəyliyi, davamlı iqtisadi yüksəliş və təhlükəsizlik, ölkənin ərazi bütövlüyünün bərpası və ordu quruculuğu, beynəlxalq nüfuzunun artırılması və digər sahələrdə əldə edilən möhtəşəm nailiyyətlər hər bir vətənpərvər soydaşımız tərəfindən hədsiz iftixar və sonsuz rəğbətlə qarşılanır.

Çıxış edən natiqlər əminliklə qeyd ediblər ki, düşmən tapdağı altındakı əzəli və tarixi torpaqlarımız Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti sayəsində tezliklə geri qaytarılacaq, Azərbaycanın əbədiyyən yüksələn və bir daha enməyəcək dövlət bayrağı Şuşada və Xankəndidə, Qarabağın işğal olunmuş bütün rayonlarında qürurla dalğalanacaq.

Tədbirin bədii hissəsi Azərbaycanın müstəqillik tarixinə həsr olunmuş video-kompozisiyanın nümayişi ilə başlanıb, DTX-nin əməkdaşlarının, onların övladlarının ifa və təqdimatlarında Xidmətin Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən yüksək səviyyədə hazırlanmış konsert proqramı ilə davam etdirilib.

Konsertdə müstəqilliyi, azərbaycançılığı, dövlətçiliyi və vətənpərvərliyi tərənnüm edən mahnılar, rəqslər və musiqili improvizasiyalar tədbir iştirakçılarında xoş təəssürat yaradaraq alqışlarla qarşılanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.