Azrbaycan xalq musiqisinin sasları
Tariyel Məmmədov
Ü.Hacıbəylinin virtual muzeyi
Azərbaycanda musiqi quruculuğunun banisi, dahi bəstəkar, görkəmli musiqi xadimi, publisist, dramaturq, maarifçi, müəllim, alim Üzeyir Hacıbəylinin qələminə məxsus «Azərbaycan xalq musiqisinin əsasları» kitabı klassik ensiklopedik traktatlara əsaslanan nadir elmi tədqiqat əsəri olub, XX əsrin musiqili-ədəbi abidəsi kimi qiymətlidir.
Müəllif ilk dəfə olaraq, öz elmi tədqiqatında Şərq və Qərbin çoxəsrlik musiqi nəzəri fikir təcrübəsinə istinad edərək, Azərbaycan xalq musiqisinin lad sisteminin təsnifatını vermişdir.
Ü.Hacıbəylinin misilsiz xidməti ondan ibarətdir ki, Azərbaycan musiqisinin yazılışı zamanı o, qərbi-avropanın bərabər temperasiyalı notasiyasından istifadə edərək, mahiyyət etibarilə:
a) ənənəvi folklor nümunələrinin – muğamların, xalq mahnılarının, rəqslərin və s. qorunub saxlanmasına;
b) yeni professional musiqi janrlarının – opera, balet, simfonik muğamlar, kamera əsərlərinin yaranmasına;
c) Azərbaycan musiqi elminin – etnomusiqişünaslığın formalaşmasına;
ç) Azərbaycan musiqisinin təbliği və dünya birliyinin mədəniyyət təbəqələrinə daxil olmasına şərait yaratmışdır;
d) Azərbaycan musiqisinə keçmişin mənəvi dəyərlərinin təsiri sayə- sində onun bədii ifadə vasitələrinin zənginləşməsini və nəticədə bütün sərhədləri aşıb keçən bu incəsənətin maksimum orijinallığını sübut etmişdir.
“Azərbaycan xalq musiqisinin əsasları” əsəri ilk dəfə 1945-ci ildə rus dilində çap olunmuşdur. İlk nəşrin redaktoru Üzeyir Hacıbəylinin ən çox dəyər verdiyi, sevimli tələbələrindən biri, görkəmli pianoçu və pedaqoq Kövkəb xanım Səfərəliyeva idi.
1950-ci ildə, Üzeyir bəyin vəfatından sonra “Azərbaycan xalq musiqisinin əsasları” əsərinin azərbaycan dilinə çevrilməsi və nəşrinin hazırlanması Ü.Hacıbəylinin digər bir tələbəsi, nəzəriyyə sahəsində bilavasitə onun yolunu davam etdirən Məmmədsaleh İsmayılova və bəstəkar Soltan Hacıbəyova həvalə olunur.
1952, 1957 və 1965-ci illərdə də “Azərbaycan xalq musiqisinin əsasları” təkrarən çap olunmuşdur.
1985-ci ildə isə Üzeyir Hacıbəylinin 100 illik yubileyinin beynəlxalq miqyasda qeyd olunması ilə əlaqədar “Azərbaycan xalq musiqisinin əsasları” azərbaycan, rus və ingilis dillərində işıq üzü görmüşdür. Sayca dördüncü olan bu nəşrin redaktoru musiqişünas-alim, Üzeyir bəyin tələbəsi Əminə Eldarova idi.
Ü.Hacıbəylinin «Azərbaycan xalq musiqisinin əsasları» əsəri 1945-1985-ci illər ərzində bir neçə dəfə işıq üzü görsə də, hal-hazırda təqdim olunan kitabın yeni nəşri əvvəlkilərdən bir sıra cəhətlərilə fərqlənir. Belə ki, ilk dəfə olaraq, kitab latın qrafikasında çap edilir, not materialları da kompüterdə yenidən yığılmışdır. Nəşrin daha bir yeniliyi metodik tövsiyələrin əlavə olunmasından ibarətdir. Burada verilən şifahi ənənəli musiqi irsindən və bəstəkar yaradıcılığından nümunələr, testlər və biblioqrafik məlumat «Azərbaycan xalq musiqisinin əsasları» fənninin tədrisi üçün zəruri vəsaitdir və Azərbaycan ladlarının daha dərindən mənimsənilməsinə xidmət edir.
Professor Fərhad Bədəlbəylinin təşəbbüsü ilə hazırlanan bu layihənin ən əsas yeniliyi ondan ibarətdir ki, burada ilk dəfə olaraq, Ü.Hacıbəylinin «Azərbaycan xalq musiqisinin əsasları» kitabı elektron formatda təqdim olunur ki, bu da müasir tələblərə cavab verən bir cəhət kimi diqqətəlayiqdir. Bu baxımdan Ü.Hacıbəylinin «Azərbaycan xalq musiqisinin əsasları» dərsliyini informasiya sisteminin müəyyən təbəqəsinə – elektron nəşrlərə aid etmək olar. Elektron kitab müstəqil tamamlanmış nəşr kimi, çap orijinalına uyğun olaraq, bütün məlumatları özündə saxlayır (səhifələr üzrə bölmələr, fəsillər, not nümunələrinin nömrələnməsi və s.) və elektron məhsulu kimi geniş spektrdə istifadə imkanları yaradır.
Tariyel Məmmədov
Azərbaycan musiqi tarixinin korifeyi – Xan Şuşinski
Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır, unutmur. İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət və ehtiramla yad olunur. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, milli musiqi xəzinəmizin zənginləşməsində misilsiz xidmətləri olan Xan Şuşinski də belə sənətkarlardandır.
1901-ci il avqustun 20-də Şuşa şəhərində dünyaya göz açan sənətkar adını milli musiqi tariximizə böyük həriflərlə yazdırmağı bacarıb.
«Xan” ləqəbinin tarixçəsinə görə İsfəndiyar ustadı — Segah İslam kimi tanınan İslam Abdullayevlə birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur və onlar təbrizli Əbülhəsən xanın ifasında „Kürdü Şahnaz“ı dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra Segah İslam gözlənilmədən üzünü İsfəndiyara tutaraq: „Bəlkə sən də bizim üçün “Kürdü Şahnaz”ı oxuyasan?” — deyir. İsfəndiyar 12-13 yaşından başlayaraq saatlarla Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını dinləyib, onların ifasının ən incə məqamlarını belə olduğu kimi təqlid etməyə çalışsa da, birdən-birə, özü də Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir, lakin ustadının sözünü yerə salmır. „Kürdü Şahnaz”ı İsfəndiyar elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın adının birinci hissəsini ixtisara salıb, heyrətlə “Əsl xan elə bu imiş ki!” — deyir. Vəcdə gələn İslam Abdullayev isə „Bu gündən sənin adın oldu Xan Şuşinski”, – deyərək ona ustad xeyir-duasını verir.
Xan Şuşinski 1920-ci illərdə Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. O, muğamların mahir bilicisi və ifaçısı idi. Xanın repertuarında “Mahur-Hindi”, „Bayatı-Qacar”, “Qatar” muğamları, „Qarabağ şikəstəsi”, “Arazbarı”, „Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onları yeni çalarlarla zənginləşdirib.
Görkəmli xanəndənin bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, „Şuşanın dağları”, “Ay gözəl”, „Məndən gen gəzmə”, “Al yanağında”, „Dağlarda çiçək”, “Gözəl yarım”, „Ölürəm, a Ceyran bala” mahnılarının müəllifi əslində Xan Şuşinskidir. “Şuşanın dağları” mahnısının musiqisi ilə yanaşı, sözləri də onundur.
Xan Şuşinskinin öz mahnıları da var. Çox zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” mahnılarının müəllifi Xan Şuşinskidir. “Şuşanın dağları” mahnısının musiqisi ilə yanaşı sözləri də Xana məxsusdur. Mahnılarının, demək olar, hamısı bədahətən yaranıb.
Simfonik orkestrin müşayiəti ilə ilk dəfə simfonik muğamlarda solo hissəni Xan oxuyub. Musiqi tariximizdə ilk duet də böyük sənətkarın adı ilə bağlıdır. Şövkət Ələkbərova ilə Xan Şuşinskinin ifasında lentə alınan “Yaylıq” adlı bu duet indi də maraqla dinlənilir.
Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də mahnılarını Xan Şuşinskinin ifasında dinləməkdən xüsusi zövq alırmış, xüsusən də “Qaragöz” mahnısını.
Görkəmli xanəndə 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Muğam studiyası” yaradaraq gənc xanəndələrə muğamın sirlərini öyrədib. O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib, muğam ifaçılarının yeni nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərib.
İsfəndiyar Cavanşirov gənclikdə ona verilən “Xan” adının məsuliyyətini ömrünün sonunadək daşıyıb, Azərbaycan musiqisinin həqiqi Xanı olub.
Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə „Qaragöz”ü dinləməkdən zövq alırmış.
Görkəmli xanəndə 1979-cu il martın 18-də vəfat edib.
Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb.
Qərinələr, əsrlər ötəcək, ancaq Xan əminin sənətinə olan sevgi heç vaxt azalmayacaq. Ona görə ki, bu sevginin mayasında, ruhunda Azərbaycanın heç vaxt təravətini itirməyən əbədi və əzəli muğamları dayanır. Onun yaratdığı ölməz sənət əsərləri Azərbaycan musiqisinin ən dəyərli inciləri kimi əsrlərboyu yaşayacaq, öz müəllifini hər zaman yaşadacaq, onu unudulmağa qoymayacaq.
Azərbaycan musiqi tarixinin əvəzolunmaz korifeyi Xan Şuşinskinin səsinin yadigarı kimi günümüzə onun cəmi 240 dəqiqəlik lent yazısı gəlib çatıb.
Comments are closed, but trackbacks and pingbacks are open.