Press "Enter" to skip to content

Azərbaycan xanlıqları: Quba xanlığı

Fətəli xan Əfşar 1759-cu ildə Qarabağ xanlığını asılı vəziyyətə saldıqdan sonra Azərbaycanın daxili işləri ilə məşğul olmağa başladı. 1761-ci ildə İsfahan və Şirazı ələ keçirən Kərim xan Zənd güclü qoşun toplayaraq Urmiya xanlığı üzərinə basqın etdi. 1761-ci ilin yayında Fətəli xan Əfşar Uçan düzündəki Qaraçəmən yaxınlığında düşmənin qoşunlarını ağır məğlubiyyətə uğratdı. Ancaq özünə həddən artıq güvənərək məkrli düşməni saya salmayan Azərbaycan döyüşçüləri zəndləri sonadək təqib edib bütün qüvvələrini məhv etmədilər. Nəticədə fəlakət baş verdi. Bütün qüvvələrini toplayaraq hücuma keçən Kərim xan Zənd Təbriz şəhərini ələ keçirərək şəhərdə qırğın törətdi.

Azərbaycan xanlıqlarının yaranması. Urmiya xanlığı. (40-cı dərs)

Subscribe to our mailing list and get interesting stuff and updates to your email inbox.

Thank you for subscribing.

Something went wrong.

We respect your privacy and take protecting it seriously

XVIII əsrin ortalarında Nadir şah Əfşarın yaratdığı imperatorluğun dağılması vətənimizdə siyasi parçalanmaya gətirib çıxardı. Siyasi parçalanma şəraitində ölkəmizin ayrı-ayrı bölgələri arasında iqtisadi əlaqələrin zəifləməsi və bəzi hallaarda pozulması nəticəsində Azərbaycanda müstəqil və yarımmüstəqil olan xanlıqlar meydana çıxmağa başladı. Azərbaycanın Arazdan cənubdakı torpaqlarında Təbriz, Urmiya, Xoy, Ərdəbil, Qaradağ, Sərab, Marağa, Maku, şimalda isə Qarabağ, Şəki, Şamaxı, Gəncə, Bakı, Dərbənd, Quba, Lənkəran, İrəvan, Naxçıvan xanlıqları, həmçinin, İlisu, Qəbələ, Ərəş, Qazax, Şəmşəddil sultanlıqları, Şəmşəddildən şimal-qərbdə isə Car-Balakən camaatlığı meydana gəldi.

Urmiya xanlığı. Azərbaycan torpaqlarını birləşdirmək cəhdi.

1747-ci ildə Nadir şahın öldürülməsindən sonra “Adil şah“ adı ilə taxta çıxan qardaşı oğlu Əliqulu xan mərkəzi hakimiyyəti möhkəmləndirə bilmədi. 1748-ci ildə onu əvəz edən Şahrux Mirzənin hakimiyyəti isə daha az sürdü. Azərbaycanda ali hakimiyyət uğrunda türksoylu əfşarlarla fars kökənli zəndlər arasında gedən siyasi savaşa daha bir türk köklü qacarlar da qoşulmağa hazır vəziyyətdə idi. Nadir şahın əmisi oğlu Fətəli xan Əfşar Azərbaycan uğrunda mübarizəyə qoşularaq 1747-ci ildə Urmiya xanlığının əsasını qoydu. Xanlığın mərkəzi əvvəlcə Urmiya, sonra isə Təbriz şəhəri olmuşdur. Fətəli xan Təbriz, Xoy, Qaradağ, Marağa, Sərab xanlıqlarını tabe edərək Ərdəbil və Maku xanlıqlarını çıxmaqla, bütün Cənubi Azərbaycan torpaqlarını birləşdirməyə nail olmuşdu. 1751-ci ildə İrəvan xanlığını tabe etmək cəhdi boşa çıxmış, ancaq 1759-cu ildə Qarabağ hakimi Pənahəli xanı özündən asılı vəziyyətə salaraq oğlu İbrahimxəlil ağanı girov götürmüşdü. Bütöv Azərbaycan uğrunda savaş apardığını aydın dərk etsə də, Fətəli xan Əfşar birləşdirdiyi ərazilərdə tam möhkəm idarəetmə sistemi yaratmadan keçmiş Əfşar imperatorluğu uğrunda mübarizəyə qoşulmağa məcbur oldu. Bu yolda onun əsas rəqibləri isə zəndlər və qacarlar idi. Zəndlərin başçısı Kərim xan Səfəvi nəslindən olan azyaşlı bir uşağı III İsmayıl adı ilə taxta çıxararaq özünü onun qəyyumu elan etmişdi. Fətəli xan 1752-ci ildə Kərim xan Zəndin Azərbaycana işğalçılıq yürüşünün qarşısını alaraq əvvəlcə onu Miyanə, daha sonra isə Qəmşə döyüşlərində ağır məğlubiyyətə uğratdı. Kərim xan Fars vilayətinə qaçmaqla canını güclə qurtardı. Mərkəzi hakimiyyət uğrunda mübarizə aparan Məhəmmədhəsən xan Qacar 1757-ci ildə Azərbaycana yürüş edərək Urmiya şəhərini və Fətəli xan Əfşarın xəzinəsini ələ keçirəndən sonra Kərim xan üzərinə yüyürərək onu da ağır məğlubiyyətə uğratdı.

Fətəli xan Əfşar 1759-cu ildə Qarabağ xanlığını asılı vəziyyətə saldıqdan sonra Azərbaycanın daxili işləri ilə məşğul olmağa başladı. 1761-ci ildə İsfahan və Şirazı ələ keçirən Kərim xan Zənd güclü qoşun toplayaraq Urmiya xanlığı üzərinə basqın etdi. 1761-ci ilin yayında Fətəli xan Əfşar Uçan düzündəki Qaraçəmən yaxınlığında düşmənin qoşunlarını ağır məğlubiyyətə uğratdı. Ancaq özünə həddən artıq güvənərək məkrli düşməni saya salmayan Azərbaycan döyüşçüləri zəndləri sonadək təqib edib bütün qüvvələrini məhv etmədilər. Nəticədə fəlakət baş verdi. Bütün qüvvələrini toplayaraq hücuma keçən Kərim xan Zənd Təbriz şəhərini ələ keçirərək şəhərdə qırğın törətdi.

Kərim xan Zənd Fətəli xan Əfşarın bütün düşmənlərini bir cəbhədə birləşdirmək üçün hərəkətə keçdi. Kərim xanın tələsinə düşərək ona yardım göstərənlər içərisində çox təəssüf ki, qarabağlı Pənahəli xan, qaradağlı Kazım xan, xoylu Şahbaz xan, naxçıvanlı Hacı xan Kəngərli və başqaları da var idi. Müttəfiqlər 9 aylıq mühasirədən sonra 1763-cü ildə Urmiya şəhərini tutdular,Fətəli xanın xəzinəsi Kərim xanın əlinə keçdi. Kərim xan Fətəli xanın uzaq qohumlarından olan Rüstəm bəyi Urmiya xanı təyin edərək bütün Azərbaycan xanlarını qələbəni qeyd etmək üçün “Şiraz qonaqlığı“na apardı. Qəmşəyə çatanda isə Fətəli xan Əfşarı qətlə yetirdi. Kərim xan Zənd qonaqlıq adı ilə girov götürdüyü xanları öz xanlıqlarından uzaqda – Şirazda saxlamaqla xanlıqları zəiflədib, gələcəkdə ələ keçirmək istəyirdi. Ancaq “Şiraz qonaqlığı“ istənilən nəticəni vermədi.

  • Taglar
  • Azərbaycan xanlıqları
  • cənub xanlıqları
  • Urmiya xanlığı
  • Xanlıqlar

Azərbaycan xanlıqları: Quba xanlığı

XVIII əsrə Azərbaycan dövlətçilik tarixində Quba xanlığı əsas yer tutur. “Azərbaycan tarixi” kitabında göstərilir ki, XVIII əsrin ortalarında Quba xanlığı Hüseynəli xan (1722-1758) idarə edirdi. Onun iqamətgahı əvvəlcə Xudat, sonra isə Quba olmuşdur. Burada zərbxana və silah emalatxanaları vardı. Hüsenəli xanın dövründə Salyan, Axtıpara, Altıpara, Doqquzpara Quba xanlığına birləşdirildi. 1770-ci ildə Azərbaycana olmuş S.Qmelinin verdiyi məlumata görə, Qulqan, Şabran, Rüdbar və digər qonşu ölkələr Quba xanlığının himayəsində olmuşlar. Xarici siyasət baxımından, o, Rusiya ilə əlaqə saxlayırdı.

Quba xanlığı əlverişli coğrafi mövqedə yerləşirdi. Münbit torpağı, səfalı iqlimi burada əkinçiliyi, bağçılığı və maldarlığı inkişaf etdirməyə imkan verirdi. Hüseynəli xanın oğlu Fətəli xanın dövründə (1758-1789) Quba xanlığının mövqeyi daha da möhkəmləndi. Fətəli xan öz dövrünün görkəmli dövlət xadimi idi. A.Bakıxanov yazırdı: “. Fətəli xan tədbirli, mərhəmətli, əzmində sabitqədəm, məmləkəti idarə etmək işlərində mahir bir adam idi”. XIX əsrin rus burjua tarixçisi P.Q.Butkov onu geniş ağıla malik, igid, bacarıqlı, düşüncəli və yorulmaq bilməyən bir şəxs kimi səciyyələndirir. Fətəli xan Quba xanlığını möhkəmləndirməyə çalışırdı. O, mahal naiblərinin hakimiyyətini məhdudlaşdırdı, vergi toplanmasını nizama salaraq xəziənin gəlirinin artmasını təmin etdi. Muzdlu qoşunun sayını artırdı. S.Q.Qmelinin məlumatına görə, Quba xanlığının xeyli qoşunu və topu vardı. Kiçik topların bir hissəsi arabalarda yerləşdirilmişdi. Xanlığın paytaxtı Quba cinahlarda qüllələri olan qala divarları ilə əhatə olunmuşdu. Hüseynəli xanın vaxtında da burada möhtəşəm bir saray tikilmişdi. Fətəli xan öz sərhədlərini möhkəmləndirmək üçün Muğandan cəngavər şahsevənlərin bir hissəsini xanlığın ərazisinə köçürdü, vergi islahatı keçirdi. Əvvəllər vergilər mahalları idarə edən naiblər tərəfindən toplanırdı. Fətəli xan bu qaydanı ləğv etdi, vergilərin toplanmasını, bəzi mükəlləfiyyətlərin icrasını xan yasavullarına tapşırdı.

Fətəli xan qonşu xanlıqların torpaqlarını ilhaq etmək yolu ilə öz ərazisini genişləndirməyə çalışırdı. Başqa xanların səylərindən fərqli olaraq, onun cəhdləri daha geniş miqyas aldı və şimal-şərqi Azərbaycan torpaqlarının birləşməsi ilə nəticələndi. Bu da böyük mütərəqqi əhəmiyyətə malik idi.

XVIII əsrin əvvəlində Salyan Quba xanlığından asılı vəziyyətdə idi. Nadir şah xanlığı zəiflətmək məqsədilə onu Qubadan ayırmışdı. Şahın naibləri Salyana hakim təyin edilmişdilər. Nadirin ölümündən sonra Salyanın idarəsi müvəqqəti olaraq İbrahim xan Rübdəriyə verildi. İbrahim xan Rübdərinin idarə üsulundan narazı olan Salyan feodalları Quba xanlığı ilə gizli əlaqə yaratdılar və Rübdərinin hakimiyyətdən götürülüb başqası ilə əvəz olunmasını xahiş etdi, öz qədim irsi hüquqlarından istifadə edərək, silah gücünə İbrahim xan Rübdərini Salyandan çıxardı, xanlığın ərazisini Qubaya birləşdirdi. Salyan Quba xanlığının ayrılmaz bir hissəsinə, mühüm siyasi dayağına, həmçinin, gəlir mənbəyinə çevrildi. Salyan gələcəkdə Quba xanlığının birləşdirmə siyasətində etibarlı dayaq oldu. Fətəli xan cənub xanlıqlarından əhali köçürməklə xanlığın əhalisini artırdı. İrandan köçürülmüş əsasən tatdilli əhalini Şabranda və başqa ərazilərdə yerləşdirdi. Fətəli xan burada öz hakimiyyətini möhkəmləndirdikdən sonra Dərbəndi ilhaq etməyə başladı.

Dərbənd mühüm qala və ticarət mərkəzi idi. Şəhərin 10 minə yaxın əhalisi vardı. Burada yüzlərlə dükan, sənətkar emalatxanası, karvansara yerləşirdi. Həştərxandan, Qafqazdan və Dağıstandan buraya çoxlu sənətkarlıq məmulatları gətirilirdi.

Məhəmməd Hüseyn xanın qəddarlığından narazı olan dərbəndlilər Fətəli xanın hakimiyyətini qəbul etməyə meyil göstərdilər. Təkcə xalq deyil, Dərbənd feodalları da Quba xanlığına birləşməyə can atır, öz nümayəndələrini Fətəli xanın yanına göndərirdilər. XVIII əsrin 50-ci illərində Dərbənd xanlığında iki siyasi qrup mövcud idi. Birincisi, Məhəmməd Hüseyn xanı müdafiə edən və Dərbəndin Qubaya birləşdirilməsinə müqavimət göstərən kiçik feodal əyanlar, ikincisi isə şəhər sənətkarları, tacirlər, xidmətdə olan xırda feodallar idilər. Çoxluq təşkil edən bu qrup xalq içərisində olan nüfuzdan istifadə edərək, Quba xanlığının Dərbəndə yiyələnməsi üçün şəhər əhalisinə güclü təsir göstərir və xanlığa kömək edirdi. O, Dərbənd xanlığında olan müxtəlif ictimai qruplar arasında süni düşmən münasibəti yaradır, birini digərinə qarşı qoyur və beləliklə, Dərbənd bəylərini də ələ almağa çalışırdı. Lakin Dərbəndə yiyələnmək üçün şəhər daxilində münasib şərait yox idi. Bunun üçün xarici münasibətləri sahmana salmaq lazım idi. Əks halda, bu münasibətlər cənubi dağıstanlıların mənafeyinə toxunar, beləliklə də, Qubaya qarşı güclü bir blok yarana bilərdi.

Cənubi Dağıstan feodalları Dərbəndin mühüm strateji əhəmiyyətini yaxşı başa düşürdülər. Dərbənd xanı, öz növbəsində, hakimiyyətinin zəif olmasını və əhalinin Quba xanlığına meyilini görürdü. Lakin aralarında sıx birlik olmayan cənubi dağıstanlılar öz şəxsi mənafeləri naminə Dərbəndin parçalanmasına razılıq verməyə hazır idilər. Odur ki, xan onları tovlayıb ittifaqa gətirdi. Fətəli xan Cənubi Dağıstan feodallarından Tarku Şamxalı Murtuzəli, Qaraqaytaq usmisi Əmir Həmzə və Tabasaran hakimi ilə sazişə girdi. Qazıqumuğu isə zərərsizləşdirdi.

1759-cu ildə Fətəli xanın birləşmiş qoşunu Dərbəndə yurüş etdi. Birinci kiçik dəstə ilə Əmir Həmzə, ardınca qubalılar şəhərə daxil oldular. Dərbənd xanı öz qüvvələri ilə Harınqalaya çəkildi. Fətəli xan əvvəlcə Samur çayının sağ sahilindəki torpaqları (Müşkür, Niyazabad, Şabran, Rustov, Beşbarmaq) tabe etdi, iki aydan sonra 1759-cu ilin noyabrında isə şəhəri ələ keçirdi. O, danışıq bəhanəsilə Məhəmməd Hüseyn xanı öz düşərgəsinə dəvət etdi, onu həbsə alaraq gözlərini çıxartdırdı, əvvəlcə Qubaya, oradan isə ömrünün sonuna qədər saxladığı Bakıya göndərdi və 1768-ci ildə Bakıda dünyasını dəyişdi. Dərbənd xanlığın siyasi və inzibati mərkəzinə çevrilmişdi. Fətəli xan Əmir Həmzə ilə ittifaqı möhkəmləndirmək üçün onun bacısı Tutu Bikə ilə evləndi. Lakin sonralar Qaraqaytaq usmisi ilə Fətəli xan arasında münasibətlər xeyli gərginləşdi.

Qubanın hakim dairələri Bakını özlərinə birləşdirdilər (1766) Dərbənd, Niyazabad və Salyan limanlarında rus ticarətini ələ almağa müvəffəq oldular. Quba xanlığı Bakıya iqtisadi müdaxilə etməklə onu xarici düşmənlərdən qorumağı da öhdəsinə götürdü. Bununla əlaqədar Bakı yaxınlığındakı Saray kəndində Quba xanlığının qarnizonunu yerləşdirdi.

Bakı xanlığının Qubanın himayəsinə keçməsinin bir səbəbi də Fətəli xanın Dərbənddə olduğu kimi, əhalinin sənətkar-tacir təbəqəsini yüksək tutması, Bakıda isə Qubanın tərəfdarlarının təsiredici qüvvəyə malik olmaları idi. Feodalizm dövründə dövlət siyasətində hakim sinifləri qohumluq əlaqələri, “nigah diplomatiyası”da birləşdirirdi. Fətəli xan Bakı xanlığı üzərində öz təsirini gücləndirmək üçün “nigah diplomatiyası”ndan da istifadə edirdi. Qaraqaytaq usimisi Əmir Həmzəyə vəd etdiyi bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmmədə ərə verdi. Fətəli xana və onun xələflərinə tabe olmaq barədə onunla yazılı şərt qəbul etdi. Ağıllı Xədicə Bikə, qardaşının məsləhəti ilə Bakı hakiminin daxili işlərinə fəal müdaxilə etməyə və onları Quba xanlığının xeyrinə istiqamətləndirməyə başladı. P.Butkov yazırdı ki, “Bakı xanı bütün həyatı boyu Quba xanlığına sadiq oldu. Çünki Fətəli xanın bacısı öz ərini tamamilə ələ almışdı. Quba xanı nigah münasibətilə öz hakimiyyətini Bakı üzərində möhkəmləndirməyə nail oldu”. Məlik Məhəmməd xan olmayanda Xədicə Bikə xanlığı özü idarə edirdi. O, Məlik Məhəmməd iki il Qarabağda əsirlikdə olanda, iki dəfə Məkkə və Kərbəlanın müqəddəs yerlərinə ziyarətə gedəndə, həmçinin, hərbi fəaliyyəti dövründə xanlığı idarə etmişdi. Bakı xanı vergini pul və ərzaqla ödəyir, Quba xanı üçün döyüşçü dəstələri göndərdi. Quba xanlığı, lazım gəldikdə, ordunu təmin etmək üçün əlavə ərzaq da tələb edə bilərdi.

Fətəli xanı “Dərbəndin, Bakının, Salyanın hakimi” adlandırırdılar.

Məlik Məhəmməd xanın ölümündən sonra, Quba xanı kiçik yaşlı Mirzə Məhəmmədi Bakının hakimi və xanlığın naibi təyin etdi. Səltənət naibi isə Mirzə Məhəmmədin anası Xədicə Bikə oldu. Bakı naibi Quba xanlığının tabeliyində idi, onun razılığı olmadan heç nə edə bilməzdi.

Bakı xanlığı Quba xanlığının iqtisadi inkişafında mühüm rol oynadı. Çünki Bakı dəniz ticarətindən, neft və duz hasilatından külli miqdarda gəlir götürürdü. Bu da Qubanın Rusiya ilə ticarət əlaqələrində, xarici siyasətində müstəsna rol oynayırdı.

Mühüm iqtisadi rayon olan Şamaxı xanlığı böyük ehtiyat mənbələrinə malik idi. O, şimal-şərqdə Quba, şərqdə Bakı, şimal-qərbdə Şəki, cənub-qərbdə Qarabağ xanlığı və Kür çayı ilə həmsərhəd idi. Bəzən Şirvan xanlığı da adlanırdı.

Şamaxı xanlığı bu dövrdə Şirvanın ən güclü xanlıqlarından biri olmuşdu. Şamaxı xanlığı xeyli hərbi qüvvəyə (təqribən 8-10 minlik qoşun çıxara bilərdi) malik idi və Azərbaycan xanlıqları arasında mühüm yer tuturdu. 1796-cı ilin məlumatına görə, burada 114 min nəfər əhali yaşayırdı.

Şamaxı və Quba xanlıqları arasında mübarizə hələ Fətəli xanın Dərbəndə yürüşü vaxtı başlanmışdı. 1758-ci ildə şirvanlı Ağa Rəzi Əsgər oğlu Qubanın Bərmək mahalı üzərinə hücum etmiş, qarətdən sonra oradan 200 ailə köçürüb gətirmişdi. A.Bakıxanov yazırdı: “. Fətəli xan qisas almaq məqsədilə Şirvana hərəkət etdi. Ağa Rəzi bəy qarşıya çıxdı və qədim şəhərin xaricində məğlub edilərək öldürüldü. Fətəli xan, bir neçə aylıq mühasirədən sonra, qətl-qarətdən əlavə öz elatının iki mislini (yəni 400 ailə) götürüb geri qayıtdı”. Lakin Quba xanlığı bu qələbəni möhkəmləndirmək üçün hələ o qədər qüvvətli deyildi.

1768-ci ildə Cavad xanlığı da qəti olaraq Şimal-Şərqi Azərbaycanın birləşdirilmiş ərazisinə daxil edildi. Cavad xanlığının tarixi kiçik bir dövrü əhatə edir. Cavad xanlığı siyasi vahid kimi XVI əsrdən əvvəl məlumdur. O Şamaxının cənubunda, Kürlə Arazın arasında yerləşirdi. Əhalisi əkinçilik və maldarlıqla məşğul olurdu. XVI əsrdə Cavadın məşhur bəylərbəyi Abdulla xan Ustaclının “müxtəlif meyvə ağacları ilə dolu bağ və gözəl evi vardı”. Cavad Şamaxı bəylərbəyliyinə tabe idi. 1726-cı ildə Xəzərsahili vilayətlər kimi, o da Rusiya tərəfindən işğal edilmişdi. Bundan əlavə, Muğan düzündə yarımköçəri həyat sürən, qışı öz sürüləri ilə Salyan torpağında keçirən şahsevənlər də Rusiyaya tabe edildilər (1728-1732).

Quba xanlığının birləşdirici siyasətində Şamaxı və Cavad xanlıqlarının Muğana birləşdirilməsinin böyük əhəmiyyəti oldu. Şamaxı və Cavad gələcəkdə şimal və cənub xanlıqlarına hərəkət etmək üçün mühüm əməliyyat meydanına çevrildi.

Möhkəm dövlət hakimiyyətinin yaradılması üçün Fətəli xanın gördüyü tədbirləri xırda və orta feodallar, tacirlər, sənətkarlar, habelə, müharibələrə nifrət bəsləyən oturaq kəndlilər rəğbətlə qarşılayırdılar. Təbriz, Ərdəlib, Gəncə əhalisi Quba xanlığının himayəsinə sığınmaq arzusunu bildirdi. O zaman ada olmuş rus məmurlarından biri yazırdı: “Mən Gilan vilayətindən, Ərdəbil, Təbriz, Gəncə, İrəvan şəhərlərindən hədiyyələrlə Dərbəndə-Fətəli xanın yanına gəlmiş üç nəfər əhali adından Fətəli xandan həmin yerləri öz hakimiyyəti altına almağı xahiş etdilər. Onlar vəd edirdilər ki, yürüş zamanı ona heç bir müqavimət göstərilməyəcək. Öz istiqlaliyyətlirini saxlamağa çalışan iri feodal hakimlər isə Fətəli xanın siyasətinə mənfi münasibət bəsləyir və Azərbaycan torpaqlarının birləşməsinə müqavimət göstərirdilər.

Vahid Ömərov,fəlsəfə üzrə fəlsəfə doktoru

User : Azerbaycan xanliqlari

Azərbaycan xanlıqları – XVIII əsrin 40-cı illərində indiki Azərbaycan Respublikası və Cənubi Azərbaycan ərazisində yaranmış müstəqil feodal dövlətlərinə tarixşünaslıqda verilən ad. Şəki və Quba xanlıqları istisna olmaqla digər xanlıqlar əsasən Nadir şah Əfşarın 1747-ci ildə qətlindən sonra meydana gəlmiş, XIX əsrin 20-30-cu illərində mərhələ-mərhələ Qacar İran dövlətinin və Rusiya İmperiyasının nəzarəti altına keçmişlər. Nadir Şahın öldürülməsilə onun nəhəng imperiyası dağılmağa başladı. Əfqanıstanda müstəqil dövlət təşəkkül tapdı. İran, Orta Asiya və Qafqazda müstəqil və yarımmüstəqil xanlıqlar meydana çıxdı. Ali hakimiyyət uğrunda mübarizə gücləndi. XVIII yüzilin ikinci yarısında İran taxt-tacı üstündə iyirmiyə yaxın sərkərdə mübarizə aparırdı. Hakimiyyət on dörd dəfə əldən-ələ keçmişdi. Dövlətin paytaxtı altı dəfə dəyişmiş, İsfahandan Qəzvinə, sonra isə Məşhədə, Şiraza, yenidən İsfahana, nəhayət Tehrana köçürülmüşdü.

Xanlıqların yaranması təsadüfi olmayıb Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizədə qanunauyğun mərhələ idi.

Azərbaycanın cənubunda Təbriz, Urmiya, Xoy, Qaradağ, Ərdəbil, Sərab, Marağa, Maku, şimalında isə Qarabağ, Gəncə, Şamaxı, Bakı, Dərbənd, Quba, Şəki, Lənkəran, İrəvan və Naxçıvan xanlıqları, habelə İlisu, Qəbələ, Ərəş, Qazax və Şəmşəddil sultanlıqları, Car-Baləkən camaatlığı meydana gəldi.

Qarabag xanligi 1747-1805-ci illər arasında[1] müasir müasir Azərbaycan ərazisində, Kür və Araz çayları arasındakı sahədə mövcud olmuş, Qacar xanədanının hegemoniyası altında[2], de-fakto müstəqil[3][4][5][6][7] türk[3][8] feodal dövləti, xanlıq. Digər Azərbaycan xanlıqları kimi Səfəvilərin süqutundan sonra yaranmış və Rusiyanın Qafqazı işğalı zamanı zəbt edilmişdir. İbrahimxəlil xan ilə Rusiya generalı Sisianovun arasında imzalanmış Kürəkçay müqaviləsinə görə Rusiya İmperiyasının tərkibinə keçmişdir[9][10]. İran və Rusiya arasında imzalanmış Gülüstan (1813) və Türkmənçay müqavilələri (1828) nəticəsində Qacar dövləti buranın Rusiyaya birləşməsinə razılıq vermişdir. Rusiya İmperiyasının Xəzər vilayətinin, daha sonra Yelizavetpol quberniyasının tərkibində olmuşdur.

ICTIMAI VEZIYYET: Qarabağ xanlığının mövcudiyyəti ərzində iqtisadi inkişaf sahəsində əvvəlki dövrlərə nisbətən xeyli irəliləyiş hiss olunurdu. Bu irəliləyişin ən mühüm amili əkinçilik mədəniyyətinin yüksəlişi ilə bağlıdır. Salnamələrdə deyilir kimi xanlıq ərazisindəki bütün torpaqlar xanın özü ağaar, bəylər, rəiyyət və vəqflər üzrə bölünmüşdü. Bu bölgü Qurani-Kərimin məzmunundan irəli gələn şəriət ehkamlarına əsaslanırdı. Quran isə torpaq üzərində xüusi mülkiyyəti qanuni hesab etmirdi. “Torpaq ancaq onu əkənlərə və becərənlərə məxsusdur” prinsipi əsas götürülürdü. Torpağı əkib becərənlər isə rəyyət(az miqdarda torpağa malik olanlar) və rəncbərlər idilər.

Похожие статьи

  • Azərbaycan tarixi xanliqlar

    Azərbaycan xanlıqları 1725-ci ildə I Pyotrun ölümündən sonra Rusiyanın Xəzəryanı əyalətlərə marağı zəiflədi. 1747-ci ildə Nadir ali hakimiyyəti zəbt…

  • Azərbaycan tarixi 4 cu cild

    Azərbaycan Dilinin İzahlı Luğəti 4 Cild A) Sərab xanlığı Azarbaycan tarixi. Yeddi cildda. I-VII cild. Цитата: Yeddi cildlik “Azərbaycan tarixi”nin II…

  • Azərbaycan xanlıqları oğlanbazlıq

    Azərbaycan xanlıqları oğlanbazlıq Xoy xanlığının ilk hakimi Şahbaz xan (1747-1763) olmuşdur. O, Nadir şah dövründə Xoy vilayətinin hakimi təyin…

  • Azərbaycan tarixi xanlıqları yüklə

    Azərbaycan xanlıqları XVII yüzilin gedişində, Nadirin ölümündən sonra Azərbaycan ərazisində onlarca xanlıq yarandı. Yerli feodallar mövcud vəziyyətdən…

  • Azərbaycan ədəbiyyat tarixi ııı cild

    Azərbaycan ədəbiyyat tarixi ııı cild Əzilmiş xürrəmilərin 14 min nəfərdən ibarət olan qalıqları Bizansa qaçdılar. Mənbələrin məlumatından görünür ki,…

Comments are closed, but trackbacks and pingbacks are open.