Press "Enter" to skip to content

Tən ay Azərbaycanda uşaqlara ən çox bu adlar verilib – SİYAHI

PLA
N
I.Azərbaycanda xanlıqların meydana gəlməsinin
səbəbləri və xüsusiyyətləri.
II.Azərbaycan
xanlıqları 1.Şəki
xanlığı.
2.Şamaxı xanlığı
3.Gəncə xanlığı.
4.Qarabağ xanlığı
5.Təbriz xanlığı
6.Ərdəbil xanlığı
7.Qaradağ xanlığı
8.Xoy xanlığı
9.Naxçıvan
xanlığı

Azərbaycan xanlıqları (XVIII əsrin 40-cı illəri-XIX əsrin əvvəlləri)

PLA
N
I.Azərbaycanda xanlıqların meydana gəlməsinin
səbəbləri və xüsusiyyətləri.
II.Azərbaycan
xanlıqları 1.Şəki
xanlığı.
2.Şamaxı xanlığı
3.Gəncə xanlığı.
4.Qarabağ xanlığı
5.Təbriz xanlığı
6.Ərdəbil xanlığı
7.Qaradağ xanlığı
8.Xoy xanlığı
9.Naxçıvan
xanlığı

3.

Xanlıqların əmələ gəlməsinin başlıca amillərindən biri Səfəvi dövlətinin süqutu
və dövlətin iqtisadiyyatının tənəzzülü və ucqarlarla iqtisadi əlaqələrin zəifliyi idi.
Bu isə natural təsərrüfatın hökm sürdüyü feodalizm cəmiyyətinin təbiətindən
doğurdu. Böyük coğrafı kəşflərdən sonra dünya ticarət yolları öz istiqamətini
dəyişdi, vaxtı ilə ticarət yollarının düyün nöqtəsi olan İran və Zaqafqaziya indi
kənarda qalmışdır. Şəhərlərdə xarici ticarətin tənəzzülə uğraması feodalları və
şah xəzinəsinin gəlirinin
azalmasına səbəb olmuşdur. Xanlıqların meydana çıxmasının iqtisadi
amillərindən danışarkən Azərbaycan şəhərləri ilə Rusiya arasında ticarət
əlaqələrinin genişləndiyini qeyd etməliyik. Bunun nəticəsində Azərbaycan
şəhərləri – Bakı,
Azərbaycanda xanlıqların
meydana gəlməsinin
səbəbləri və xüsusiyyətləri
Dərbənd, Şamaxı, Təbriz və s. müstəqillik qazanmış və İranla
əlaqələri zəifləmişdir. Şəhərlərin iqtisadi cəhətdən zəif olmalarına
baxmayaraq ayrı-ayrı xanlıqların mərkəzlərinə çevrilirlər.
Xanlıqların meydana çıxmasında və bu prosesin sürətlənməsində xalq
kütlələrinin azadlıq mübarizəsi mühüm rol oynamışdır. XVIII əsrin əvvəllərində
Səfəvi dövlətinə zorla birləşdirilmiş xalqların azadlıq mübarizəsi şiddətlənir.
A.Volınski yazır ki, Səfəvi dövlətindən çox az yer tapmaq olar ki, orada hökumətə
qarşı üsyan baş verməsin. XVIII əsrin 30-40-cı illərində Nadir zülmünə qarşı
üsyanlar daha kəskin xarakter almışdır.

4.

Xoy, Şəki və Şirvanda baş verən üsyanlar xüsusi ilə qeyd edilməlidir.
Xanlıqların meydana gəlməsində beynəlxalq şərait də müəyyən rol
oynamışdır. XVII əsrin sonu XVIII əsrin əvvəllərində İran və ona daxil olan
ölkələrdə iqtisadi və siyasi böhran dərinləşdiyi halda, Qərbi Avropa dövlətləri,
həmçinin Rusiya yeni-yeni müstəmləkələr ələ keçirməyə çalışırdılar. Bu və ya
digər dövlətlər Azərbaycanı ələ keçirmək üçün müxtəlif vasitələrə əl atır və
onlar arasında kəskin mübarizə gedirdi. Azərbaycanın Rusiya ilə əlaqələri
daha geniş hal almışdır. Rusiya öz planlarını həyata keçirmək üçün ayrı-ayrı
Azərbaycan xanlarına müstəqillik vermə yi vəd edirdi. Ona görə də bir sıra
xanlar rus çarına məktublarla müraciət edirdilər. Belə bir vəziyyət xanlıqların
müstəqil yaşamalarına şərait yaradırdı.
XVIII əsrin ortalarında Azərbaycan Əfşar əsarətindən azad olduqdan sonra
onun ərazisində 19 xanlıq yarandı. Onların 11-i Azərbaycanın şimalında; -Şəki,
Bakı, Şirvan, Qarabağ, Quba, Gəncə, Dərbənd, Naxçıvan, Salyan, Lənkəran,
Cavad; 8-i isə Azərbaycanın cənubunda – Təbriz, Urmiyə, Xoy, Qaradağ,
Marağa, Ərdəbil, Sərab, Maku yaranmışdır. Qarabağ xanlığına tabe olan 5
malik: Vərəndə,Gülüstan,Dizaq, Çarabord (Çiləvörd), Xaçın və Car- Balakən
Camaatı, 5 sultanlıq; – Şəki xanlığına tabe olan İlisu, Qəbələ, Ərəş və
müəyyən dövrlərdə Şəki xanlığına, yaxud da Kartli-Kaxetiya çarlığına tabe
olan Qazax,Şəmsəddil əmələ gəldi.
Azərbaycanda xanlıqların
meydana gəlməsinin
səbəbləri və xüsusiyyətləri

5.

ŞƏKİ
XANLIĞI
1743-1744-cü illər üsyanı nəticəsində Şəki ərazisi İran əsarətindən xilas oldu.
Burada müstəqil Azərbaycan dövləti olan Şəki xanlığı yaradıldı. Xanlığın əsasını
qoyan Hacı Çələbi olmuşdur. Müstəqil Şəki xanlığının yaradılması əslində
Azərbaycanın böyük bir hissəsində dövlətçiliyin bərpası demək idi. Şəki xanlığı
öz banisi Hacı Çələbiııin dövründə xeyli qüvvətlənmiş, fəal siyasət yeridərək
ətraf torpaqları özünə birləşdirmişdir. Hacı Çələbi əlverişli şəraitdən istifadə
edərək Təbrizə qədər irəliləmiş, lakin Əmir Aslan xan onu geri çəkilməyə məcbur
etmiş və əks hücuma keçərək Şəkiyə hücum edir. H.Çələbinin oğlu Həsənağa
isə döyüşdə öldürülür. H.Çələbi Şirvan xanı ilə birləşərək Qarabağa soxulur.
Lakin Boyat qalasını bir ay mühasirədə saxladıqdan sonra məğlub olub geri
çəkilir. H.Çələbi Kürdən keçərkən məyus halda demişdir: «Pənahəli xan özünü
xan elan etmişdir, mən isə öz məğlubiyyətimlə onun xanlığını təsdiq etdim».
H.Çələbi yenə öz planlarından əl çəkmir, Qarabağ məliklərindən öz məqsədi
üçün istifadə etməyə çalışır. O, Qazı Qumuxlu Məhəmməd Həsən xanın qızı ilə
evlənməklə onu öz tərəfinə çəkir. Bir qədər sonra Ərəş və İlisu sultanlıqlarını
özündən asılı vəziyyətə salır. Beləliklə, Şəki xanlığı bu dövrdə Azərbaycan
xanlıqları içərisində ən güclü feodal dövləti olur. H.Çələbi Şəkidə abadlıq işləri
aparmış – məscidlər, hamamlar, mədrəsələr və s. ictimai binalar tikdirmişdir.
Vergiləri nizama salmaq məqsədi ilə Qanunnamə hazırlatmışdır.

6.

Şəki xanlığının güclənməsi, onun Car-Balakən və Gəncə torpaqlarına göz dikməsi bir sıra
Azərbaycan xanları və Kartlı – Kaxet çarlığını ciddi narahat edirdi. Gürcü hakimləri Carı ələ
keçirməyə çalışırdılar. Lakin 1751-ci ildə onların qoşunları Carda H.Çələbi tərəfindən məğlub
edildi. 1752-ci ildə Temuraz) Kartli çarı» və İrakli (Kaxet çarı) Gəncəyə hücum etməyi qərara
aldılar. Onlar bu məqsədlə Qarabağ xanı Pənahəlini öz tərəflərinə çəkərək onunla ittifaqa
girdilər. Bu ittifaq əslində H.Çələbiyə qarşı çevrilmişdi. İttifaqa Naxçıvanlı Heydərqulu xan,
Qaradağlı Qasım xan, Gəncəli Şahverdi xan, İrəvanlı Hüseyn xan da cəlb edildi. 1752ci ilin
martında müttəfiqlər Gəncə altında Qızılqaya adlanan yerdə görüşdülər. Lakin İrakli xəyanət
edərək xanları əsir aldı və onları özündən asılı vəziyyətə salmağa çalışdı. Kürün sol sahilində
düşərgə salmış H.Çələbi xanların əsir alınması xəbərini aldıqda hücum edərək gürcüləri təqib
etməyə başladı.
Ağstafa çayı yaxınlığında gürcüləri məğlub etdi və xanları əsirlikdən azad etdi. Borçalı və Qazax
sultanlıqlarını ələ keçirdi, oğlu Ağakişini ora hakim təyin etdi. Tariximizə «Qızılqaya xəyanəti»
kimi daxil olmuş bu hadisə bir daha göstərdi ki, Azərbaycan xanları birləşməli və ümumi
düşmənə qarşı vahid cəbhədə mübarizə aparmalıdırlar. 1752-ci ilin yazında H.Çələbi dostluq
münasibətləri yaratmaq üçün Temurazın sarayına elçi göndərdi. Lakin Temuraz Kabardin
hakimindən 2 min qüvvə alaraq Ağakişini Borçalı və Qazaxdan çəkilməyə məcbur etdi. Sonrakı
il H.Çələbi Cara hücum etsə də, məğlub oldu. Şirvan torpaqlarını ələ keçirmək üçün 1755-ci ildə
H.Çələbi ora hücum etdi. Ağsuyu mühasirə etsə də, məğlub olub geri çəkildi. H.Çələbi 12 il
xanlıq etdikdən sonra 1755-ci ildə vəfat etmişdir
ŞƏKİ
XANLIĞI

7.

Onun ölümündən sonra Şəki xanlığında hakimiyyət uğrunda mübarizə güclənmiş, Şəki
xanlığı öz əvvəlki qüdrətini itirmiş, Azərbaycanın siyasi həyatında elə bir rol oynaya
bilməmişdir. Hakimiyyətə H.Çələbinin oğlu Ağakişi keçmişdir. O, qaymatası
qazıqumuxlu Məhəmməd Həsən xan tərəfindən Ərəşdə öldürülmüşdür. Məhəmməd
xan 40 gün Şəkidə hakimiyyətdə olmuşdur. H.Çələbinin nəvəsi Hüseyn xan Qubalı
Fətəli xanın köməkliyi ilə xanlığı ələ keçirmişdir. 1762-ci ildən Fətəli xan Əfşər
Azərbaycana soxulur.
ŞƏKİ
XANLIĞI
Bundan istifadə edən Ərəş sultanı Əli Hüseyn xanlıqdan kənar
etmək istədi, lakin bu baş tutmadı. 1767-ci ildə Qubalı Fətəli xan Hüseyn xan ilə birlikdə
Şirvanı ələ keçirdilər. Şirvanın bir hissəsinin Şəkiyə qatılması Fətəli xanı narahat etdi.
Hüseyn xan bunu hiss etdikdə Şirvan xanı Ağası ilə yaxınlaşdı. 1768ci ildə Fətəli xan
Hüseyn xanı məğlub etdi və 1769-cu ildə onlar arasında bağlanılan müqaviləyə görə
Hüseyn xan fətəli xandan asılı vəziyyətə düşdü. O, Şamaxı hadisələrinə
qayıtmayacağına və Fətəli xana qoşunla kömək edəyəciyini üzərinə götürmüşdü. 1779cu ildə Hüseyn xan 22 il hakimiyyətdən sonra əmisi Əbdülqadir tərəfindən
öldürülmüşdür. Onun oğlu Məhəmməd Həsənağa Cardan qoşun toplayaraq hakimiyyəti
ələ keçirmişdi. Məhəmməd Həsən Şəki qalasını tikdirmiş, xanlıq üçün «Dəstur-əl Əməl»
qanunnaməsi hazırlamışda.
O, Fətəli xanın siyasətinə qarşı çıxmış, 1785-ci ildə məğlub edilmişdir.

8.

Fətəli xan onu özündən asılı vəziyyətə salmışdı.Onlar «Nigah
diplomatiyasına» əl ataraq bir-birinin bacısı ilə evlənmişdilər. Məhəmməd
Həsən Fətəli xanın asılılığından qurtarmağa çalışmış, hətta Ərəş sultanı
ilə birlikdə Ağsuya hücum etmişdi. Məğlub olduqdan sonra bacısı vasitəsi
ilə Fətəli xandan Aman istəmişdir.1795-ci ildə Ağa Məhəmmədin hücumu
zamanı onun tərəfınə keçmişdi. O, qardaşı Fətəlini kor etmiş, Səlim isə
Cara qaçmışdı. Səlim xan xanlığı ələ keçirmişdi. 1796-cı ildə o, Zubovun
yanına elçi göndərmişdi.
Qacarın 2-ci hücumu zamanı Şirvanlı Mustafa xan Şəkini tutub ora öz
naibini təyin etmişdir. 1804-cü ildə Səlim xan Şəkidə hakimiyyəti yenidən
ələ keçirdi. 1805-ci ildə Rusiyanın himayəsini qəbul etdi. Qarabağlı İbrahim
xan və ailəsi ruslar tərəfındən öldürüldükdən sonra Səlim xan tərəddüdə
başladı və İrana qaçmışdır.Şəkinin xanı Cəfərqulu xan Xoyski təyin
olunmuşdur.
Onun oğlu İsmayıl bəy öldükdən sonra (1819) Şəkidə xanlıq üsuliidarəsi ləğv edildi.
GERB
BAYRAQ
Rəsmi dilləri – Azərbaycan dili, fars dili (rəsmi)
Dini – İslam
Yaranması – 1747
Süqutu – 1826
ŞƏKİ
XANLIĞI

9.

Şirvan xanlığı – 18 əsrin ortalarında Azərbaycanda feodal dövləti. Bakı, Quba,
Şəki, Qarabağ, Cavad xanlıqları və Salyan sultanlığı ilə həmsərhəd idi. Paytaxtı
bir müddət Ağsu (Yeni Şamaxı) və Şamaxı, sonralar isə Şamaxı şəhəri
olmuşdur.
Şamaxı xanlığında əhali əkinçilik və maldarlıqla məşğul olurdu. İpəkçilik,
bağçılıq və arıçılıq da inkişaf etmişdi. Düzən rayonlarında süni suvarmadan
geniş istifadə olunurdu. Toxuculuq və sənətkarlıq (xam ipək, xalçaçılıq, dəri
məmulatı istehsalı, misgərlik, dulusçuluq, dəmirçilik və s.) xüsusilə inkişaf
etmişdi. Nadir şah Şamaxı əhalisini indiki Ağsu ərazisinə köçürdükdən sonra
şəhər əvvəlki əhəmiyyətini demək olar ki, itirmişdi. Feodal çəkişmələri də
təsərrüfat həyatına ağır zərbə vurmuşdu. Xan ailəsinin xərcləri, feodal qoşun
dəstələrinin saxlanılması və s. külli miqdarda vəsait tələb edirdi. Bunun da əsas
ağırlığı zəhmətkeş kəndlilərin üzərinə düşürdü. Xanlıqda onlarca vergi və
mükəlləfiyyət mövcud idi. Vergi toplanılmasında vahid qayda olmadığından
vergi toplayan məmurların özbaşınalığına şərait yaranırdı.
ŞAMAXI
XANLIĞI
Nadir şahın öldürülməsindən (1747) sonra hələ onun dövründən Şirvanda ərzaq
toplamaqla məşğul olan Hacı Məhəmmədəli 1748 ildə Yeni Şamaxıda
hakimiyyəti ələ keçirdi. Şirvanın qalan hissəsində isə Xançobanı tayfa başçısı
Əsgər bəyin oğulları Ağası xan və Məhəmmədsəid xan öz hakimiyyətlərini
möhkəmlətdilər.
1749 ildə Əhməd xan Şahsevənin başçılıq etdiyi qoşun Şirvana soxuldu.
Şamaxı əhalisi şəkili Hacı Çələbi xanın və Qarabağlı Pənahəli xanın köməyi
ilə düşməni məğlubiyyətə uğratdı.

10.

1755 ildə şəkili Hacı Çələbi xan Yeni Şamaxını mühasirəyə aldı. Lakin qubalı
Hüseynəli xanın yardımı ilə Şirvanlılar Hacı Çələbi xanı geri çəkilməyə məcbur
etdilər. Köhnə Şamaxını özünə paytaxt edən Məhəmmədsəid xan Şiraz hakimi
Kərim xan Zənddən fərmanla xanlıq titulu aldı və Şamaxı xanı təsdiq olundu.
1765 ildə Ağası xan və Məhəmmədsəid xan Yeni Şamaxını ələ keçirib
ikihakimiyyətliyə son qoydular. Şamaxı xanlığının təqr. 12 min nəfərlik qoşunu
var idi. Qubalı Fətəli xanın dövründə [1758-89] xeyli güclənmiş Quba xanlığı
Şamaxı xanlığının ərazisini ələ keçirməyə çalışırdı. 18 əsrin 60-cı illərində Quba
xanı bir neçə dəfə Şamaxı xanlığına hücum edib onu asılı vəziyyətə salmışdı. Bu
asılılıq özünü bac vermək şəklində göstərirdi. Bir qədərdən sonra
Məhəmmədsəid xan bac verməkdən imtina etdikdə Fətəli xan 1768 ildə hücuma
keçib Şamaxını tutdu. Şamaxı xanlığı Quba xanlığına birləşdirildi. Fətəli xanın
ölümündən sonra Manaf bəy Ağsuda özünü xan elan etdi. Lakin tezliklə yerinə
Məhəmmədsəid xanın oğlu Əsgər bəy, sonra isə onun qardaşı Qasım bəy keçdi.
Ədalətsiz və zülmkar bir şəxs olan Qasım xanı Şirvan zadəganları taxtdan
saldılar. Hakimiyyətə Mustafa xan [1792-1820] keçdi. 1795 ildə Ağa Məhəmməd
şah Qacar Şamaxıya hücum etdi. Mustafa xan Fitdağa çəkildi. General V.
Zubovun komandanlıq etdiyi Rusiya qoşunlarının Zaqafqaziyaya hücumu Ağa
Məhəmməd şah Qacarın geri çəkilməsinə səbəb oldu. Mustafa xan Fətəli şahın
[1797-1834] da İrana tabe olmaq təklifini rədd etdi. 19 əsrin əvvəllərində general
P. D. Sisianovun başçılığı ilə çar qoşunu Azərbaycanın içərilərinə doğru hərəkət
etdikdə dağa çəkilən Mustafa xan 1805 il dekabrın 27- də Rusiyanın
hakimiyyətini qəbul etmək aktını imzaladı. 1820 ildə Şamaxı xanlığı çar fərmanı
ilə ləğv olundu.
GERB
BAYRAQ
Rəsmi dilləri – Azərbaycan dili, fars dili (rəsmi)
Dini – Şiə İslam
Yaranması – 1747
Süqutu – 1820
ŞAMAXI
XANLIĞI

11.

XVIII əsrin ortalarında, paytaxtı Gəncə şəhəri olan Azərbaycan feodal
xanlıqlarından biri. Xanlığın tarixi Qacar tayfası olan Ziyadoğlularla bağlıdır. Bu
nəslin nümayəndələri Gəncədə bəylərbəyi, daha sonra xan olublar. XVI əsrdə
şah I Təhmasib Şahverdi xan Ziyadoğlunu Qarabağ bəylərbəyliyinə əmir təyin
edir. Bu dövrdən etibarən Gəncəni bu nəsil idarə etməyə başlayır.
1747-ci ildə Nadir şah Əfşarın öldürülməsi nəticəsində Azərbaycan ayrı-ayrı
feodal torpaqlara – xanlıqlara parçalanır. Uzun müddət Səfəvi imperatorluğunun
mühüm inzibati-ərazi vahidlərindən biri olan Qarabağ (və ya Gəncə)
bəylərbəyiliyi də müstəqil xanlığa çevrilir. Xanlığa Şahverdi xan Ziyadoğlu
Qacar (1740-1756) başçılıq edir. Xanlığın mərkəzi Gəncə şəhəri seçılır.
GƏNCƏ
XANLIĞI
Gəncə xanlığı Cavad xanın hakimiyyəti illərində (1786-1804) daha da
möhkəmlənir və inkişaf edir. O, xaricdən asılılığı azaltmaq məqsədi ilə
Azərbaycanda ilk dəfə olaraq xanlığın qızıl və gümüş sikkələrini buraxmağa
başlayır. XIX əsrin əvvəllərində Rusiya imperiyası Azərbaycanın işğal olunması
planını reallaşdırmağa başlayır. Bu məqsədlə ilk olaraq mühüm strateji mövqeyə
malik Gəncəni ələ keçirmək qərara alınır. İmperiyanın Qafqazdakı canişini
General Sisianov yazırdı ki, Gəncə qalası özünün əlverişli coğrafi mövqeyi ilə
Azərbaycan ərazisində xüsusi rol oynayır, ona görə də Rusiya üçün onu tutmaq
ən önəmli məsələlərdəndir.

12.

Sisianov Cavad xana bir neçə dəfə təslim olmağı təklif etsə də rədd cavabbı
alır. 1803-cü il noyabrın 20-də onun komandanlığı altında rus ordusu Tiflisdən
Gəncə üzərinə yeriyir və Dekabr ayında şəhəri mühasirəyə alır.
Gəncə şəhəri ikiqat müdafiə səddi və 6 bürclə möhkəmləndirilmiş qala ilə
əhatələnmişdi. Bu Cavad xana bir neçə ay ərzində bu qalaya hücumları
dəf etməyə imkan verir.
1804-cü il yanvarın 3-də rus ordusunun iki istiqamətdən şəhər üzərinə son
hücum başlanır. Hücumda rus əsgərlərindən başqa, Cavad xana düşmən olan
Azərbaycan xanlıqlarından yığılmış 700 nəfərdən çox könüllü döyüşçü iştirak
edir. Üçüncü cəhddən sonra ruslar qalanı almağa müvəffəq olur. Cavad xanın və
oğlunun da qəhrəmancasına həlak olduğu bu döyüşdə Gəncənin iki mindən çox
müdafiəçisi də həyatını itirir.
İşğaldan sonra Gəncə şəhərinin adı dəyişdirilərək Çar I Aleksandrın
arvadı Yelizavetanın şəhərinə Yelizavetpol adlandırılır.
BAYRAQ
Rəsmi dilləri – Azərbaycan dili, fars dili (rəsmi)
Dini – Şiə İslam
Yaranması – 1747
Süqutu – 1804
GƏNCƏ
XANLIĞI

13.

QARABAĞ
XANLIĞI
XVIII əsrin ortalarında Azərbaycanda yaranan xanlıqlar arasında əsası Pənahəli
xan tərəfindən qoyulmuş Qarabağ xanlığı böyük nüfuza malik idi. Xanlığın
əhalisini Cavanşir, iyirmi dörd, otuz ikilər, Kəbirli, Ziyadoğlu, Baharlı türk tayfaları
təşkil edirdi. Pənahəli xan Qarabağda yaşayan cavanşirlər tayfasına məxsus
Sarcallar kəndindən çıxmışdır. Tarixçilərin verdiyi məlumata görə ata-babaları
adlı- sanlı, dövlətli şəxslər idi. Pənahəli gəncliyində qardaşı Behbudəli ilə birlikdə
Nadir şahın yanında xidmət etmişdir. Lakin qardaşının Nadirin qəzəbinə düçar
olmasından sonra Pənahəli Muğana qaçmış və burada ətrafına dəstələr
toplayaraq ətraf ərazilərə basqınlar təşkil etmişdir.
Muğanda Nadir şaha tacqoyma mərasimində Qarabağın bu tayfaları onun
əleyhinə çıxdılar. Ona görə də Nadir şah qarabağlıları cəzalandıraraq
onları Xorasan vilayətinə və Əfqanıstan sərhədlərinə sürgün etdi.
Pənahəli bəy və onun qardaşı Fərzəli bəy də onların arasında idi. Fərzəli bu
siyasətə qarşı çıxdığı üçün edam edildi. 1738-ci ildə Pənahəli bəy yaxın adamları
ilə Qarabağa gedir və bir müddət Zəngəzurda yaşayır, 1743- cü ildə özünü xan
elan edib, xanlığın əsasını qoyur. Nadirin ölümündən sonra Pənahəli (1743-1763)
1748-ci ildə Qarabağda öz hakimiyyətini möhkəmlətmək üçün cavanşirlər,
otuzikilər və başqa tayfaların qüvvələrindən istifadə etmişdir. Nadirin Qarabağdan
Xorasana köçürdüyü tayfalar XVIII əsrin ortalarında
yenidən öz yerlərinə qayıdaraq, dinc əməklə məşğul olmağa başladılar. Pənahəli
onları öz tərəfinə çəkmək üçün Şirvan, Şəki, Gəncə və s. yerlərə basqınları
zamanı ələ keçirdiyi mal-qara, at və müxtəlif əmlakı
onlara paylayırdı.

14.

Qarabağ xanlığının mərkəzi Şuşa şəhəri idi. Əhalisi əkinçilik, maldarlıq, arıçılıq və toxuculuqla
məşğul olurdu. Şuşada «Panabad» adlı pul kəsirdilər. Pənahəli hakimiyyətini
möhkəmləndirmək üçün qohum olduğu Car icmalarının hakimi və Vərəndə məliyi Şahnəzərin
köməyindən istifadə edirdi. Pənahəli İran və digər xanlardan qorunmaq üçün Kəbirli
mahalında 1748-ci ildə Boyat qalasını tikdirdi. Xanın ailəsi və qohumları buraya köçürüldü.
Qarabağ xanlığının qüvvətlənməsi digər xanları narahat etməyə başladı. Şəki xanı Hacı
Çələbi Şirvan xanı ilə birləşərək Qarabağa soxulsa da müvəvəqiyyət qazana bilmədi.
Pənahəli xanın bu qələbəsi oııun nüfuzunu daha da artırmış, Qarabağın bütün əhalisi onun
hakimiyyətini qəbul etmişdir. Pənahəli gələcəkdə öz düşmənləri ilə daha müvəffəqiyyətli
mübarizə aparmaq məqsədi ilə Ağdam
yaxınlığında 1751-ci ildə Şahbulaq qalasını tikdirdi.
Qarabağın qədim adı Arsaq (Арцаг) adlanır. Onun Арцаг adlanması SavirXəzər türkdilli
tayfalarla bağlıdır. Erməni mənbələrinə də onlardan keçmişdir. VVII əsrlərdəki erməni
qaynaqları Savir- Xəzərlərdəki fonetik variantı yazıya almışdır. Arsaq qəbiləsi Azərbaycan
xanlığının soykökündə duran başqa qəbilələrlə qaynayıb-qarışdıqca qəbilə birləşməsi
müstəqilliyini itirmiş və yer, ərazi adı kimi arxa plana çəkilmiş, «Qarabağ» sözü ön plana
çıxmışdır. «Qara» və «bağ» tərkiblərindən yaranmış «Qarabağ»ın I hissəsinin «rəng», «pis»,
«qayğılı», «bədbəxt», «şimal», eləcə də başçı, böyük, güclü anlamı vardır. Azərbaycanın bir
sıra yerlərində böyük qardaşa da qara deyirlər. «Qarabağ» adının ikinci tərkibi «bağ»ın
«bağ(ip)», «düyün», «bağ (bağ-bağat»,
«soybirləşməsi silsiləsi», «xalqın bir hissəsi» və b. anlamları daha çox yayılmışdır. Qarabağ güclü, böyük saybirləşməsinin, xalqın başçısı, bölgüsü deməkdir. Görünür ki, burada
azərbaycanlıların güclü, böyük bölgüsü məskən salmışdır. Doğrudan da, bu torpaqlarda
vaxtilə Orta Asiyadan Qafqaza qədər böyük, güclü qəbiləbirləşməsi nıəskən salmışdır
(M.Seyidov.
Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı: 1989, səh. 36-37).
QARABAĞ
XANLIĞI

15.

QARABAĞ
XANLIĞI
Qarabağa Kiçik Qafqaz dağları daxil olmaqla Kür-Araz çayları arasındakı ərazi daxildir. Onun
sərhədləri cənub-şərqdən Kür-Araz çayları qovşağı, cənubdan Araz çayı, qərbdən Qarabağ dağları
adlanan Kəşkəb, Salvarlı və Ərikli dağları ilə Göyçəgölünə qədər uzanmış, şərqdən Goran-Kür çayı
ilə sərhədlənmişdir. Qarabağ 17 mahala bölünmüşdür: Sisyan, Kəbirli, Talış, Cavanşir (Qarabağ
düzü və ona bitişik olan Bərdədən cənubdakı torpaqlar). Otuziki, İyirmidörd, Xaçın, Çiləbörd
(Çarabörd), Vərəndə, Dizax və s. Talış bəzən Gülüstan adlanırdı. On iki mahal bütünlüklə
azərbaycanlı türklərindən ibarət idi. Nadirin ölümündən sonra hakimiyyətə keçən oğlu Əliqulu (Adil
şah) Azərbaycanın idarə edilməsini Əmir Aslan xana tapşırdı. Hacı Çələbi üzərindəki qələbədən
sonra özünə yeni düşmən qazanmamaq üçün Əmir Aslan xanın yanına elçi göndərərək Adil şahın
hakimiyyətini qəbul etdiyini bildirdi. Pənahəli xan Qarabağın beş məlikliyini asılı vəziyyətə saldı.
Vərəndə məliki özü Pənahəli xanın hakimiyyətini qəbul etdi. Dörd məliklik (Xaçın, Dizaq, Ciləbörd,
Gülüstan) zorla tutulmuşdur. Pənahəli xan öz ərazisini cənubi-qərbə doğru genişləndirərək Sisiyan,
Qapan, Mehrini xanlığa birləşdirdi. Xanlığın sərhədləri şimaldan Gəncə xanlığına, şərqdən KürArazın birləşdiyi yerə, cənubdan Araz çayına, qərbdən isə Mehri, Sisiyana qədər çatırdı. Pənahəli
xan yeni qalanı möhkəmlətməklə məşğul olarkən Cənubi Azərbaycan və İran hakimləri dəfələrlə
buraya hücum etmişlər. 1757-ci ildə Məhəmməd Həsən xan Qacarın qoşunları Qarabağa soxuldu.
O, Pənahabadı mühasirə etməyə cürət etmədi. Şuşanın 30 verstliyində «Xatın arxı» yanında baş
verən döyüşdə məğlub oldu. Pənahəli xan iki ağır top qənimət götürdü. İranda Kərim xan Zəndin
ona qarşı çıxış etdiyini eşidən Məhəmməd Həsən xan İrana qayıtdı. 1759-cu ildə Qarabağa Urmiya
xanı Fətələi xan Əfşarın 30 minlik qoşunu hücum etdi. 6 ay davam edən mübarizə Pənahəli xanın
asılılığı qəbul etməsi və oğlu İbrahimxəlili girov verməsi ilə nəticələndi. Yaranmış vəziyyətlə
əlaqədar olaraq Pənahəli xan zahirən olsa da, onunla sazişə girməyə məcbur oldu. Oğlu
İbrahimxəlili girov kimi onun yanına gətirdi. XVIII əsri 50-ci illərində İranda hakimiyyəti ələ keçirən
Kərim xan Zənd Fətəli şah Əfşarı məğlub edərək Azərbaycanın cənub torpaqlarını tutdu və
Qarabağ xanlığını hədələməyə başladı. Kərim xan Zənd Fətəli şah Əfşarla Pənahəli xanın
qüvvələrindən istifadə etdi. Lakin Kərim xan Zənd Urmiyanı aldıqdan sonra orada dustaq olan
İbrahimxəlil ağanı hakimiyyət fərmanı ilə Qarabağa yola saldı.

16.

Beləliklə, Qarabağ xanlığına ciddi zərbə vurmuş oldu. O, Pənahəli xanı özü ilə
Quma «Şiraz qonaqlığına» aparmış, bəhanələrlə onu geri qayıtmağa
qoymamışdır. Xanlığın idarəsini oğlu İbrahimxəlil xana (1763-1806) həvalə
etmişdir.
Qarabağın idarə edilməsini isə Pənahəli xan kiçik oğlu Mehralıya tapşırmışdı.
Bundan sonra Mehralı bəylə İbrahimxəlil qardaşları arasında çəkişmə başlamış,
1763-cü ildə İbrahimxəlil qalib gəlmişdi. Mehrəli Qubaya qaçmış, hücumlarda
iştirak etmiş və 1785-ci ildə öldürülməsi ilə nəticələnmişdi. İbrahimxəlilin
dövründə Qarabağ xanlığı daha da möhkəmlənmişdir. O, mərkəzi hakimiyyətdən
uzaqlaşmağa çalışan məlikləri özünə tabe etmiş, fəal xarici siyasət yeritmişdir. A,
Avar hakimi Ümmə xanın qızı ilə evlənmiş və onun qüvvələrindən istifadə
etmişdir. İbrahimxəlil xan hakimiyyətini müəyyən vaxtlarda Naxçıvan, Gəncə və
Təbriz xanlıqlarına da yaya bilmişdi. Pənahəli xanın ölümündən sonra Dizaq
məliyi Yesay, Çiləbörd məliyi Məclum, Gülüstan məliyi Bəyləryan asılılıqdan
qurtarmağa çalışmışlar. Vərəndə məliyi Şahnəzər və Xaçın məliyi Mirzəxan
İbrahim xana sədaqətlərini bildirmişlər. Şahnəzər qızı Hüzadı İbrahimxəlil xana
verdi. 1781-ci ildə İbrahimxəlil xan ona sadiq olan məliklərin köməyi ilə Tuğu
mühasirə etdi.
Yesayı tutub həbsə saldı. Hakimiyyətə oğlu Bəhmən keçdi. Lakin məliklər
mübarizəni davam etdirdi. Onlar İbrahimxəlilə qəsd təşkil etməyə çalışır.
Qəsdin üstü açılır. Məclum və Abov həbs edilir, sonra onlar qaçaraq II İrakliyə
sığmırlar. İbrahimxəlil onları tələb etmiş, ələ keçməklərindən qorxaraq Cavad
xanın yanına qaçmışlır. Sonra Qacarın Tiflisə hücumunda bələdçi olmuşlar.
İbrahimxəlil gürcü çarı II İrakli ilə ittifaqa girmiş, danışıqlar aparmaq üçün vəziri
BAYRAQ
Rəsmi dilləri – Azərbaycan dili, fars dili
Dini – Şiə İslam
Yaranması – 1747
Süqutu – 1822
QARABAĞ
XANLIĞI

17.

TƏBRİZ
XANLIĞI
Təbriz xanlığı XVIII əsrin ortalarında Azərbaycanda yaranmış müstəqil
qurum kimi Xoy, Naxçıvan, Qarabağ, Sərab və Marağa xanlıqları ilə
həmsərhəd idi.
Xanlığın mərkəzi
Təbriz şəhəri
olmuşdur.
Nadir şahın ölümündən sonrakı illərdə, müstəqil dövlət yaratmaq niyyətində
olan Əmiraslan xan III
Sam Mirzəni edam etdirdikdən sonra qısa vaxtda Təbriz, Xalxal, Ərdəbil
və Azərbaycanım bir sıra cənub
əyalətlərinin özünə tabe etdi. Əmiraslan xan Nadirin ölümündən
sonra, hakimiyyətə gəlmiş qardaşı oğlu
Əliqulu xanın (Adil şahın) hakimiyyətini tanımadı və 1748-ci ildə özünü
İranın müstəqil hakimi elan etdi.
Lakin həmin ilin sonunda Adil şahın öz qardaşı İbrahim Mirzə
tərəfindən hakimiyyətdən uzaqlaşdırılması
vəziyyəti xeyli dəyişdi. İbrahim Mirzə böyük qüvvə ilə Əmiraslan xanın
üzərinə hücum edib Təbrizə
daxil oldu.

18.

Məşhəd və İsfahanda baş vermiş üsyan xəbərini eşidən İbrahim şah böyük
hərbi qüvvə ilə oraya yola düşdü. Məşhəddəki döyüşdə İbrahim şah həlak
oldu.
Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirmək istəyən Fətəli xan
Əfşar Nağı xanla birlikdə Təbrizi tutdu və paytaxtı Urmiyadan buraya köçürdü.
Fətəli xan Əfşar Təbrizin idarəsini Nəcəfqulu xana tapşırdı. Buna görə də Təbriz
xanlığı Urmiya xanlığından asılı vəziyyətdə olmuşdu. Fətəli xanın
öldürülməsindən sonra Təbriz xanlığı tam müstəqillik əldə etdi.
Təbriz xanlığının əhalisi əkinçilik, bağçılıq, qismən də maldarlıqla da məşğul
olmuşlar. Sənətkarlıq və ticarət inkişaf etmişdir. Xanlın inzibati cəhətdən
Təbriz, Güney və Mərənd vilayətlərinə bölünürdü.
Mahalları bəylər, naiblər, kəndxudalar idarə edirdilər. Xanlığın təqribən 10
min nəfərlik ordusu var idi. Kəndlilər və şəhər əhalisi vergi verir, müxtəlif
mükəlləfiyyətlər daşıyırdı.
Rəsmi dilləri – Azərbaycan dili, fars dili (rəsmi)
Dini – Şiə İslam
Yaranması – 1747
Süqutu – 1799
TƏBRİZ
XANLIĞI

19.

XVIII əsrin ortalarında yaranmış xanlıqlardan biri də Ərdəbil xanlığıdır. Bu
xanlığın mərkəzi Ərdəbil şəhəri idi. Ərdəbil xanlığı Lənkəran, Qarabağ, Təbriz,
Marağa və Gilan xanlıqları ilə həmsərhəd idi. Xanlığın əsasını Şahsevən
tayfasından olan Bəbir xan qoymuş və dövləti siyasi cəhətcə
möhkəmləndirmişdi. Xanlığı feodal əyanlarının toplaşdığı divanxana idarə
edirdi. Mahallarda idarəçilik işləri bəylər, naiblər, kəndxuda tərəfindən aparılırdı.
Xanlığın 3 min nəfərlik daimi
qoşunu var idi. Bəbir xanın oğlu Nəzərəli xanın dövründə (1747- 1783) zəndlər
və qacarlarla münasibət kəskinləşmişdi. Amma Nəzərəli xan nikah diplomatiyası
vasitəsi ilə qarabağlı İbrahim xanla dostluq
əlaqələri yaratmışdı. Lənkəran xanlığı ilə də mehriban qonşuluq münasibətində
idi. İran hakimi Kərim xanın fıtnəsi nəticəsində Nəzərəli xan səfərdə olarkən
Gilan hakimi Hidayət xan tərəfindən Əsir alınıb
Ənzəliyə aparılmışdı. Lakin Kərim xanın ölümündən sonra ərdəbillilər onu
əsirlikdən xilas etmişdir. Qubalı Fətəili xan 1784-cü ilin mayında hücum
edib Ərdəbil və Meşkini tutdu. Bu hadisə Fətəli xanın düşmənlərinin, eləcə
də Rusiyanın narazılığına səbəb oldu. Nəzərəli xanın ölümündən bir qədər
sonra həkimiyyətə gələn Nəsir xanın dövründə xanlıq qacarlardan asılı
vəziyyətə düşmüşdü.
Rəsmi dilləri – Azərbaycan dili, fars dili (rəsmi)
Dini – Şiə İslam
Yaranması – 1747
Süqutu – 1808
ƏRDƏBİL
XANLIĞI

20.

Rəsmi dilləri – Azərbaycan dili, fars dili (rəsmi)
Dini – İslam
Yaranması – 1747
Süqutu – 1808
QARADAĞ
XANLIĞI
Qaradağ xanlığı şimaldan Qarabağ, Şərqdən Lənkəran, Ərdəbil, cənubdan
Təbriz, qərbdən Xoy və Naxçıvan xanlıqları ilə həmsərhəd idi. Mərkəzi Əhər
şəhəri idi. Qaradağ tayfası Səfəvilərin hakimiyyətə gəlməsinə köməkçi olduqları
üçün Qaradağ vilayətinin idarəsi nəsildən-nəslə keçmişdir. XVIII əsrin birinci
rübündə mərkəzi hakimiyyət zəiflədiyinə görə, Qaradağ xanı Kazım xan müstəqil
olmuşdu.
Kazım xan mərkəzi hakimiyyətə tabe olmadığına görə Nadir şah onun gözlərini
çıxartmışdır. Nadir şahın ölümündən sonra Qarabağ xanlığı yenidən müstəqillik
əldə etmişdir. Kazım xan XVIII əsrin ortalarında Qaradağ, Gəncə, Naxçıvan
xanlıqlarının Şəki xanı Hacı Çələbiyə qarşı ittifaqına qoşulmuşdu. Qaradağ
xanlığı 1782-ci ildə Xoy və Qaradağ xanlarının birləşmiş qüvvələri tərəfindən
işğal edildikdən sonra öz müstəqilliyini demək olar ki, itirmişdi. 1791ci ildə isə
Ağa Məhəmməd xan Qacara tabe olmuşdur.

21.

XOY
XANLIĞI
XVIII əsrin ortalarında yaradılmış Xoy xanlığı Maku, Naxçıvan, Qarabağ,
Təbriz, Urmiya xanlıqları və Osmanlı imperiyası ilə həmsərhəd idi. Xanlığın
mərkəzi Xoy şəhəri idi. Xanlığı Dünbuli tayfasından olan Şahbaz xan idarə
edirdi. O Urmiyalı Fətəli xanla ittifaqa girmişdi. Kərim xan Zənd Fətəli xana
qalib gəldikdən sonra
«Şiraz qonaqlığı» adı altında Şiraza aparılan Şahbaz xan orada vəfat edir.
Azərbaycanım bir hisəsinin, xüsusən Xoy və Təbriz xanlıqlarının Dünbuli tayfa
başçılarının əlində olması bu tayfanın şöhrətinin artmasına səbəb olmuşdu.
1763- 1786-cı illər hakimiyyətdə olan Dümbuli Əhməd xan Azərbaycanın bir sıra
xanlıqları və Kartli çarlığı ilə diplomatik əlaqə saxlayırdı. O, bir müddət İrəvan,
Naxçıvan və Qarabağ xanlıqlarını da özündən asılı vəziyyətə salmışdı. Təbriz
xanı Nəcəfqulu xan Dümbuli ona canlı qüvvə və pula kömək edirdi. Qarabağ
xanlığı ilə əlaqələri də onun hakimiyyətinin möhkəmlənməsinə müsbət təsir
edirdi. Onlar Qarabağ xanlığının ərazisini işğal edərək öz aralarında
bölüşdürmüşdülər. Əhməd xan dirçəlməkdə olan Urmiya xanlığnııda tabe
etməyə çalışırdı. Nəcəfqulu xanın ölümündən sonra onun oğlu Xudadat xanı
Təbrizdi hakimiyyətə gətirən Əhməd xan onunla birləşərək Urmiyalı İmamqulu
xan Əfşara həmçinin onun müttəfıqi sərablı Əli xan Şəqaqiyə qarşı çıxdı və
1783-cü ilin payızında Təbriz yaxınlığındakı döyüşdə mühüm qələbə çaldı

22.

Bu qələbə Xoy xanlığının nüfuzunu daha da artırdı. Lakin hakimiyyət uğrunda
amansız mübarizə Xoy xanlığını da zəiflətmişdi. Digər tərəfdən Kərim xan Zənd
bu xanlığın gələcəkdə daha da güclənərək onun üçün təhlükəyə çevriləcəyindən
ehtiyat etdiyinə görə necə olursa-olsun Əhməd xanı aradan götürməyə çalışırdı.
Bu məqsədlə Şiraza girov aparılan və orada vəfat edən Xoy xanı Şahbaz
xanın oğlanları ilə Əhməd xan arasında düşmənçilik yaratdı, onları əmilərinin
üstünə qaldırdı. Şahbaz xanın oğlanları Şirazdan Xoya qayıtdılar və 1786-cı
ildə Əhməd xanın oğlanları və baş sərkərdə Süleyman xanı qətlə yetirdilər.
Cəfərqulu xan və Hüseynqulu xan qardaşlarını isə Əsir götürdülər. Lakin
hakimiyyəti ələ ala bilmədilər. Cəfərqulu xan sui-qəstdən yaxa qurtarıb xanlığa
qayıtdı və qardaşı Hüseynqulu xanı əsirlikdən azad edib xanlığın taxtına
oturdu. Cəfərqulu xanın düşmənlər üzərində çox mühüm qələbə çalmasına
baxmayaraq, xanlıq əvvəlki mövqeyini nisbətən itirmişdi.
Rəsmi dilləri – Azərbaycan dili, fars dili (rəsmi)
Dini – Şiə İslam
Yaranması – 1747
Süqutu – 1813
XOY
XANLIĞI

23.

NAXÇIVAN
XANLIĞI
5 minillik şəhər mədəniyyətinə malik olan və mühüm strateji mövqedə yerləşən
Naxçıvan tarixin müxtəlif dönəmlərində yadelli işğalçıların hücumlarına məruz
qalıb, dağıdılıb, talan edilib. Lakin bu elin igid oğulları birləşərək qədim oğuz
yurdunu yenidən dirçəldib gələcək nəsilllərə miras qoya biliblər. XVIII əsrin
ortalarında yaranan və ilk müstəqil xanlıqlardan biri olan Naxçıvan xanlığı isə
Azərbaycanın dövlətçilik tarixində mühüm bir səhifənin əsasını qoyub.
1747-ci ildə Nadir şah hakimiyyəti devrildikdən sonra Azərbaycanın başqa
bölgərində olduğu kimi, Naxçıvanda Kəngərli tayfa başçısı Heydərqulu xan yerli
feodallara arxalanaraq özünü buranın ilk xanı elan etdi. Beləliklə, Naxçıvan
tarixinin yeni səhifəsi-xanlıqlar dövrü başlandı. Səfəvi imperiyası dövründə onun
inzibati-ərazi vahidlərindən biri olan Çuxursəd bəylərbəyliyinin ərazisində
yaranan Naxçıvan xanlığı Zəngəzur dağlarından başlamış Araz çayı vadisinə
qədər olan ərazini, eyni zamanda Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə
edirdi.
Heydərqulu xanın vəfatından sonra onun oğlanları xanlığı idarə edirlər və ən
uğurlu dövr oğlu Şükrulla xanın dövrünə təsadüf edir. 1768-ci ildən 1780-ci
ilədək fasilələrlə Naxçıvan xanlığına rəhbərlik edən Şükrulla xan Heydərqulu xan
oğlu Kəngərli Kərim xan Zəndin fərmanı ilə müstəqil xan, yəni hakim tituluna layiq
görülməklə yanaşı, bütün Kəngərli süvarilərinə sərkərdə təyin olunduğu
müddətdən etibarən tümən hakimi kimi şöhrət tapır.
XVIII yüzilliyin sonlarında Naxçıvan xanlığında hakimiyyət uğrunda mübarizə
güclənir. İrəvan xanı Hüseynəli xan, Qarabağ xanı İbrahimxəlil xan və KartliKaxetiya çarı II İrakli istəyirlər ki, Naxçıvan xanları onların diktəsi ilə hərəkət
etsin. Bunu isə Abbasqulu xanın simasında görürlər. Beləliklə, Rəhim xanın oğlu
Abbasqulu xan 1780-ci ildə xanlığı idarə etməyə başlayır. Lakin onun iradəsizliyi
hakimiyyətdəki uğursuzluğu ilə nəticələnir və 1810-cu ildə İranda edam edilir.

24.

Naxçıvan xanlığı 1747-1797 illərdə daxili və xarici siyasəti ilə qonşu xanlıqların
rəğbətini qazanmış Heydərqulu xanın, sonralar isə I Kalbalı xanın hakimiyyəti
dövründə siyasi diplomatiyası ilə də fərqlənib. Xanlığın ərazisi, qoşunu, pul
vahidi, xarici və daxili siyasəti, müstəqil dövlətə məxsus atributları olub.
Rus qafqazşünasları görkəmli sərkərdə və bacarıqlı dövlət başçısı olan Kalbalı
xan haqqında öz əsərlərində bəhs edərək yazırlar: “Bu xan özünün igidliyi,
əzəməti, məğrurluğu, sərtliyi və düşmənə amansızlığı ilə məşhurdur.”
Kalbalı xan Kəngərli süvarilərinin nizam-intizamına ciddi fikir verdiyindən xanlığın
sərhədlərini ayıq-sayıq qoruyan Kəngərli süvariləri öz əvvəlki şöhrətinə
qayıtmışdı. Buna görə də başqa xanlıqlar belə Kalbalı xandan ehtiyat edirdilər.
Knyaz Sisianov isə Rusiyanın hakim dairələrini, həmçinin əli çatan xanlıqları
xəbərdar edirdi ki, Kalbalı xandan özlərini qorusunlar. Qafqaz canişinləri isə
Kalbalı xanın nüfuzunun xalq arasında çox yüksək olduğunu bilirdilər.
Qeyd etmək yerinə düşər ki, müəyyən səbəblərdən hakimiyyətin tez-tez əyişildiyi
Naxçıvan xanlığı 1787-ci ildən 1797-ci ilədək I Kalbalı xanın hakimiyyəti zamanı
intibah dövrünü yaşayıb. Bir sözlə, I Kalbalı xanın hakimiyyəti illərində müstəqil
Naxçıvan xanlığı varlı və firavan bir xanlığa çevrilib. XVIII əsrin sonları XIX əsrin
əvvəllərində Naxçıvan xanlığının inzibati-ərazi bölgüsündə aparılan dəyişiklik
haqqında mənbələrdə deyilir: “1797-1828-ci illərdə buranın idarə olunmasını
asanlaşdırmaq məqsədilə Cənubi Azərbaycana hakim təyin edilmiş Abbas Mirzə
Naxçıvan xanlığını Naxçıvan və Ordubad dairələrinə bölmüşdü. Həmin dairələr
isə öz növbəsində mahallara bölünürdü. Naxçıvan dairəsinə Əlincə, Xok və
Dərələyəz mahalları daxil edilmişdi. Ordubad dairəsi isə Ordubad, Əylis, Dəstə,
Biləv və Çənnəb mahallarından ibarət olmuşdur”. Naxçıvan xanlığında, əsasən
Naxçıvan, Ordubad və Əylis şəhərləri mövcud olub. Bu şəhərlərdə qalalar çox
olduğundan şəhəri idarə edənlər qalabəyilər və kələntərlər adlanırdı.
GERB
BAYRAQ
Rəsmi dilləri – Azərbaycan dili, fars dili (rəsmi)
Dini – Şiə İslam
Yaranması – 1747
Süqutu – 1828
NAXÇIVAN
XANLIĞI

Ötən ay Azərbaycanda uşaqlara ən çox bu adlar verilib – SİYAHI

Bakı 7 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda doğulan uşaqlara daha çox verilən adlar açıqlanıb. Ədliyyə Nazirliyindən “Report”a bildirilib ki, ötən ay dünyaya gələn oğlan uşaqlarına daha çox Yusif (101), Əli (60), Məhəmməd (51), Ömər (49), Uğur (43), Hüseyn (41), Murad (38), Tunar (36), Ayxan (31), Ümid (25), Həsən (22), İbrahim (22), Kənan (21), Ramal (18), Raul (18) adları qoyulub. Yeni doğulanlara verilən adlar arasında Fərid, Nicat, Cavid, Fuad, İsmayıl, Məhəmmədəli, Rza, Sadiq, Emil, Nurlan, Fərid, Nihat, Cavidan, Onur, Mehdi, Rəsul, Səid, David, İlkin, İslam, Nihad, Rüstəm, Tuncay, Vaqif, Yunis, Emin, Əbəlfəz, Eldar, Abbas, Amin, Adil, Nuran, Rəvan, Rövşən, Sənan, Sərxan, Sübhan, Süleyman, Tamerlan, Turan, Adəm, Elcan, Əkbər, Elgün, Nahid, Rafiq, Rəşad, Roman, Röyal, Ülvi, Vəli, Elxan, Əhməd, Cavidan, Bəxtiyar, Altay, Abdulla, Əmirxan, Fateh, Həmid, İmran, İsa, Kamal, Kamil, Mikayıl, Nazim, Polad, Ramiz, Rauf, Rəhman, Renat, Ruslan, Sahib, Şahin, Şakir, Sərdar, Toğrul, Ümid, Yaqub, Yusuf, Ziya, Abuzər, Ağaverdi, Alim, Arif, Anar, Amir adları ilk sıralarda yer alıb. Qız uşaqlarına isə ən çox Zəhra (76), Nuray (58), Aylin (50), Mələk (49), Zeynəb (49), Məryəm (48), Fatimə (43), Dəniz (38), Damla (33), Xədicə (31), Leyla (30), Mədinə (28), Ayan (27), Gülay (27), Səma (27), İnci (26) adları verilib. Bundan başqa, ötən ay qız uşaqlarına Ayla, Fidan, Nigar, Banu, Nilay, Aysu, Fəridə, Aydan, Əsma, Sunay, Nərgiz, Nur, Rüqəyya, Sevinc, Sofiya, Yağmur, Əsmər, Dilək, Humay, Miray, Nərmin, Ayşən, Aysun, Bahar, Cəmilə, Əsmanur, Firuzə, Duyğu, Əsnad, Lalə, Ləman, Mehin, Nazlı, Nəzrin, Rəhimə, Sara, Səbinə, Səidə, Yeganə, Əsra, Esma, Emiliya, Əminə, Elif, Aytac, Aynur, Aidə, İradə, Məlahət, Nailə, Nazlı, Nuranə, Qumru, Selcan, Şəms, Sevda, Sevgi, Solmaz, Sunay, Züleyxa, Zümrüd, Amira, Asya, Aybəniz, Aişə, Aysel, Bəsti, Bənövşə, Banuçiçək, Ayna, Büşra, Dərya, Ceyla, Elay, Fatma, Gülarə, Gülər, Gülnur, Günel, Günəş, Hənifə, Hicran, Könül, Mehri adları da qoyulub.

250 ən çox qoyulan oğlan adları və mənaları 2022

Son zamanlarda oğlan uşaqlarına qoyulan ən populyar adları araşdırdıq və mənalarını tapdıq. 250+ ən gözəl oğlan adlarının siyahısını təqdim edirik.

Ən yaxşı oğlan adları və mənalarını əlifba sırasına görə sıralayırıq.

A hərfi ilə başlayan oğlan adları və mənaları

Abbas – Heybətli, vahiməli, zəhmli, qəzəbli, acıqlı, hirsli. “Abbas” adına başqa adlar əlavə etməklə mürəkkəb adlar yaradılmışdır. Mürəkkəb adların hissələri müstəqil ad kimi açıqlandığından daha onların izahına (bir sıra istisnalardan başqa) ehtiyac qalmır.
Adəm – Əsli “adam”dır , torpaq deməkdir. Dini əfsanəyə görə Adəm dünya üzünə gələn ilk insan və peyğəmbərlərin birincisidir. Adəm birinci, Xatim (yəni “Xatimil ənbiya” olan Məhəmməd) isə sonuncu peyğəmbərlərdir
Adil – Ədalətli, haqq tərəfdarı, insaflı
Ağadadaş – Böyük qardaşa , gəlinlərin qayınlarına ehtiram əlaməti olaraq verdikləri ad.
Aqil – Ağıllı, zəkalı, müdri, dərrakəli
Aqşin – Əslində “Aqşın”dır. 1) Ağbəniz, ağaçalan, ağa bənzər, ağımtıraq; 2) Dərisi və tükləri ağappaq olan insan və yaxud heyvan, albinos
Allahverdi – Tanrının verdiyi adam, Allahın bəxşişi, hədiyyəsi
Altay – Qızıl, daş-qaş, dəyərli, qiymətli, üsul, metod, tədbir; yüksək meşəlik; Altay ölkəsi, Altay dağları, həmçinin yüksək dağ anlamı da vardır.
Amil – İş görən, əməl edən, səbəb, orta əsrlərdə Şərq ölkələrində ticarət müvəkkilləri; sərəncamçı, əmr verən, müdir
Anar – Çox əski adlardandır, təxminən eramızın vııı yüzilliyinə aid edilən Yenisey abidələrində belə, bu ada rast gəlinir. Yada salan, unutmayan yaddan çıxartmayan, xatırlayan.
Araz – Əslində ” əraz” və ya” ərəz”dir. Səadət, xoşbəxtlik, həzz,kef, ləzzət, məmnunluq, sakitlik, dinclik, arxayınçılıq; görüntü, görünən, görsənən. Bunun şumercə “dağıdan” çay, ərbcə” axan” , “qaçan” yunanca ” səs-küylü” və həmçinin türkcə ” at tükü”, qılı; , ” yun ipliyi, tükü” olduğunu güman edənlər də vardır.
Arif – Bilik sahibi, başa düşən, anlayan, dərk edən, bilici, qanan
Asif – Çox sərt, şiddətli, güclü külək, qasırğa
Asim – Təmiz, ismətli, həyalı, namuslu
Aslan – Ətlə qidalanan güclü yırtıcı heyvan, şir, məs. çox qüvvətli adam, igid, qoçaq, cəsur
Ayaz – Əski adlardandır.Təmiz, açıq, ləkəsiz; aylı, açıq və buludsuz qış gecələrində quru, şaxtalı, soyuq hava
Aydın – Əski adlardandır. 1) işıqlı, açıq, parlaq; 2) ay işığı, aylı 3) anlaşılan, aşkar, məlum olan, bilinən, yaxşı seçilən, eşidilən və görünən;4) təmiz, buludsuz hava; 5) maariflənmiş, ziyalı, savadlı
Azad – Sərbəst, asılı olmayan, əngəlsiz, məhdud edilməyən
Azər – 1. Yeganə igid, nadir adam. 2. Od, atəş. Bunun “Az” etnik tayfasının adından “böyük”, “qüdrətli kişi” anlamını verildiyini yazanlarda vardır. Mübahisəli adlardandır.

Abdulla-Allahın qulu, köləsi, bəndəsi

Abizər-qarışqa, dənəcik, hissəcik, çoxlu; “mənəvi baxımdan yiyə duran” deməkdir

B hərfi ilə başlayan oğlan adları və mənaları

Babək – 1) “Baba” ya “ək” şəkilçisi artırmaqla əzizləmə və nəvaziş bildirən bir addır, 2) Ataman, sərkərdə
Barış – Sülh, atəşkəs, barışıq
Bayram – Tarixi, milli, dini və s. hadisələrlə bağlı; keçirilən günlərdə şənliklər, təntənələr, əyləncələr. Çox zaman oğul gözləyən ailədə oğlan uşaqları dünyaya gələrkən bu ad verilir
Bədəl – Əvəz, bir şeyin yerini tutan və ya tuta bilən əşya; dəyər, qiymət; misal, tay, bərabər
Bəhlul – Çox gülən, təlxənk, hoqqabaz; xeyir yiyəsi, dərrakəli
Bəhruz – Əsli” behruz”dur. Yaxşı günlər, gözəl günlər; günü xoş olan; xoş günlü; xoşbəxt
Bəxtiyar – Xoş taleli, xoşbəxt, bəxti ona yar olan
Bəkir – “Bəkr” sözündəndir.Cavan dəvə, dəvə balası
Bəşir – Müjdə gətirən, xəbər gətirən, muştuluqçu, xoşxəbər
Bəylər – “Bəyin” cəmi
Bilal – Nəm, nəmişlik, yaş; sağlamlıq; sərin meh
Beyrək – 1. Çox nəzakətli, əfəndi, bəy. 2. Hüzünlü.

C hərfi ilə başlayan oğlan adları və mənaları

Cabbar – Qüdrət sahibi; əzəmətli; qəsbkar; zülmkar; Tanrı adlarındandır
Cabir – Zülmkar, sınıqçı
Cahangir – Dünyanı fəth eləyən, aləmi tutan, istila edən; dünyaca tanınan
Camal – Üz gözəlliyi, qəşəng sifət, göyçək çöhrə; göyçəklik, qəşənglik. Allaha aid edilən sifətlərdəndir
Canpolad – Polad ruhlu, polad ürəkli; məs. güclü, qüvvətli, qorxmaz
Cavanşir – Gənc aslan; məs. igid, qorxmaz, gənc, cəsarətli gənc
Cavid – Əbədi, daimi, ölməz, həmişəlik
Ceyhun – İndiki Amurdərya çayının qədim adındandır. Aşıb-daşan, coşan
Cəbrayıl – Allahın əsgəri
Cəfər – Kiçik çay, “Cənnət çayı” kimi də açıqlanır
Cəlal – Böyüklük, əzəmət, ululuq, şan-şöhrət
Cəlil – Böyük, uca, yüksək, ali, hörmətli
Cəsur – Cəsarətli, igid
Coşğun – Həyəcanlı, qaynar, alovlu, ürəkli, ilhamlı, kükrəyən, daşan, sürətli

Cahan-dünya, aləm

Cavad-səxavətli, ürəyiyumşaq, əliaçıq adam

D hərfi ilə başlayan oğlan adları və mənaları

Dadaş – Ata, böyük qardaşa verilən ad
Daşdəmir – Möhkəm, sağlam
Davud – Səxavətli, Aktiv, Şən, Temperamental, Şanslı

E hərfi ilə başlayan oğlan adları və mənaları

Ehtiram – Hörmət, sayqı
Elariz – “el” və “ariz” (üz. yanaq, sifət) sözlərindən düzəlmiş “elin üzü, xalqın dərdini bilən, bəyan edən” deməkdir.
Elbrus – Yalı buz olan (Qafqaz dağlarındakı zirvə adından yayılmışdır).
Elcan – Elin canı, elini sevən
Elçibəy – Elini sevən bəy
Elçin – Elin qəhrəmanı
Elşad – Elin təməli
Eldəniz – Elin dənizi, elin nuru
Elgün – El vurğunu
Elxan – Elin xanı
Elman – El adamı
Elmar – Elin ucalığı
Elməddin – Din elmi, dini elm
Elmin – Bilikli, məlumatlı
Elmir – Elin əmri, başçısı
Elşən – Elin şadlığı
Emil – Mehriban, şəfqətli rəqib
Emin – İnanılmış, etibarlı
Etibar – İnam
Eynur – Göz nuru
Eyvaz – Düzülmüş, düzəlmiş

Ə hərfi ilə başlayan oğlan adları və mənaları

Əfqan – Fəğan, nalə, fəryad
Əflatun – Enlikürək, bilikli, müdrik, filosof
Əfran – Xüsusi seçilmiş adam, dəbdəbə, cəlal
Əfsun – Ofsun, ofsunlayan
Əhəd – Tək, vahid
Əhliman – İman əhli
Əziz – Sevimli, istəkli
Əli – Uca, ulu, yüksək, hündür.

F hərfi ilə başlayan oğlan adları və mənaları

Faiq – Üstün, seçmə
Fariz – Fərz edən
Fateh – Fəth edən
Fazil – Fəzilət sahibi
Fərman – Əmr, sərəncam
Fərrux – Xoşbəxt, bəxtəvər
Fuad – Ürək,qəlb
Füzuli – Fəzilətli, bilikli, uzunçu

G hərfi ilə başlayan oğlan adları və mənaları

Gərayxan – Böyük xan, güclü xan
Gündüz – Gün işığı

H hərfi ilə başlayan oğlan adları və mənaları

Habil – Meh, yel, nəsim
Hacı – Məkkədə həcc mərasimini icra edənlərə verilən fəxri dini titul
Hatəm – Əmr edən
Heydər – Şr, aslan, cəsur
Həbib – Sevimli
Həsən – Gözəl, göyçək
Hikmət – Müdriklik
Hüseyn – Gözəl, göyçək, yaxşı, İmam Əlinin kiçik oğlu

X hərfi ilə başlayan oğlan adları və mənaları

Xaqani – Böyük hökmdara mənsub olan,imperatora aid olan.
Xalid – Əbədi, daimi,ölməz, gec qocalan
Xansuvar – Xanın atlı qvardiyası, atlılar başçısı, çox mahir minici
Xəlil – Yaxın dost, yoldaş; istəkli, sevgili
Xəyal – Bir nəsnənin və ya şəxsin insan ağlında canlanma biçimi, gerçəkdən uzaq, romantik, təsəvvürdə canlanma
Xəzər – 1) Gəzən, gəzib-dolaşan, köçən, bir yerdən digər yerə hərəkət edən; 2) güclənən, artan; 3) istehsal edən, düzəldən, çıxaran
Xudayar – Allah yardımçısı, Tanrı köməkçisi

İ hərfi ilə başlayan oğlan adları və mənaları

İlkin – Birinci, ilk, əvvəl, əvvəlcə *Uydurma bir söz. – Kişi və qadın adı olaraq istifadə edilir.
İlqar – Vəd, vəfa, əhd, söz vermə.
İlyas – İlahi qüvvə, köməyə gələn.
İmran – 1.Evinə bağlı qalan. 2.Hz. Məryəmin atası
İntiqam – Əvəz, qisas.
İsa – 1. Allahın köməyi. 2. Allah xilas edəcək. 3. Əliaçıq. 4. Dörd böyük peyğəmbərdən biri.
İslam – Tanrıya itaət, Allaha təslim olmaq.
İsmayıl – 1. Allahın qulu (Yəhudi). 2. Allah tərəfindən eşidilmiş
İsrafil – Dörd böyük mələkdən sura üfürme vəzifəsi verilən mələk.
İzzət – 1. Dəyər qiymət ucalıq, ululuq. 2. Qüvvət, qüdrət. 3. Hörmət, sayğı, ikram.

İdris-Oxuyan, dərs edən

İkram-Hörmət, ehtiram

K hərfi ilə başlayan oğlan adları və mənaları

Kamal – Yetkinlik, bitkinlik; mükəmməllik, nöqsansızlıq, tamlıq; insanın yaxşı və mükəmməl savada və əxlaqa malik olması
Kamran – Diləyinə yetişən, arzusuna çatan, kam alan, xoşbəxt; qüdrət sahibi, iqtidarlı; xoşbəxt, bəxtəvər.
Kamil – Nöqsansız, tam, yetkin, kamala çatmış; savadlı, elmli
Kazım – Təmkinli, qəzəbini udan,qəzəbləndiyini bəlli etməyən; hiddətinin qarşısını ala bilən
Kənan – Qədim Finikiya ilə Fələstin və Suriyanın bir hissəsindən ibarət olan bir ölkənin- Aralıq dənizinin Şərq sahilinin sami dillərindəki adı. Rəvayətə görə Nuh peyğəmbərin oğlunun adı ilə adlandırılmışdır.
Kərəm – Bağışlama, lütf, mərhəmət,inayət, comərdlik
Kərim – Kərəm sahibi, comərd, alicənab adam, səxavətli, şan-şərəf yiyəsi, lütfkar, tanrıya aid edilən sifətlərdəndir

Q hərfi ilə başlayan oğlan adları və mənaları

Qabil – Qəbul edən, qarşılayan; yaralı, gərəkli; mümkün ola bilən; məs. istedadlı, bacarıqlı, qabiliyyətli
Qasım – Əsli “qasim”dir. Ayıran, bölən, bölüşdürən; dərdə şərik olan
Qədir – Qiymət, dəyər, ləyaqət,hörmət, şərəf. Allahın epitetlərindən biridir
Qəzənfər – Aslan, şir; məs. igid, cəsur, qorxmaz
Qiyas – 1 . Ölçü, güman; müqayisə, tutuşdurma, bənzərlik, bənzətmə; 2. Örnək, norma; 3. Miqyas (masştab)
Qorxmaz – Heç nədən qorxmayan, heç şeydən çəkinməyən; ürəkli, igid, cəsarətli
Qulu – Bu adın “kölə” , “əsir” anlamlarından başqa “yaradılan” , “xəlq edilən” , “bəndə” , “məxluq” anlamları da vardır. Bu adın önünə “Allah”, “Tanrı” , “Xuda” , “Ağa” , “Şah” və s. sözlər artırıldıqda mürəkkəb adlar yaranır
Qüdrət – Güc, qüvvət; taqət, iqtidar; iradə, möhkəmlik; böyük; böyük etki gücü, nüfuz

L hərfi ilə başlayan oğlan adları və mənaları

Laçın – Ayaqları qırmızı şahin cinsindən ov quşu, yırtıcı quş; məs. igid, qorxmaz, cəsur; sərt, yalçın
Loğman – İslam mifologiyasında və klassik ədəbiyyatda mahir bir həkim və mütəfəkkir; məs. Böyük alim, məşhur həkim, bütün dərdlərə çarə edən qabiliyyətli, bilikli adam

M hərfi ilə başlayan oğlan adları və mənaları

Mahir – Bişkin, bacarıqlı, usta, bilikli, məharətli
Mahmud – Təriflənmiş, tərifli, tanınmış, şöhrətlənmiş
Malik – Yiyə, sahib
Mehdi – Doğru yolda olan, düz yol tutmuş; Allah tərəfindən göndərilmiş
Mehman – Qonaq
Mehralı – Əlini mərhəməti, mehri, sevgisi, məhəbbəti
Məhəmməd
– Tərif edilən, çox xoşa gələn, bəyənilmiş. Sözün əsli “Muhamməd”dir. Azərbaycan türkləri bunu Məhəmməd, Məmməd, Məmiş, Məmi ( və hətta Məmoş, Mamoş, Məmo) biçiminə salmışlar. Anadolu türkləri (Məhməd, Məhmət), Məməd(Məmət), Orta Asiya türkləri Maqombet, Maqambet, Mamad, Mambet, Mahmad və s. bu kimi biçimlərdə işlədilir. Özündən əvvəl və sonra gələn bir sıra sözlərlə birləşərək mürəkkəb adlar əmələ gətirir: Məhəmmədağa, Məhəmmədqulu, Məhəmmədəli və s.
Mikayıl – Əsli “Mikael”dir. Yaxveyə (qədim yəhudi Allahına) bərabər olan, Tanrıya müqabil olan.Dini rəvayətə görə dörd mələkdən biri-canlıların ruzisini təmin edən mələyin adıdır
Mirzə – “Əmirzadə” sözünün ixtisar biçimidir. Şəxs adlarının həm önündə , həmdə sonunda işlədilir.Əvvəlində işləndikdə rütbə, sonunda işləndikdə isə şahzadəlik bildirir. Vaxtilə dövlət adamlarını və yazı-pozu ilə məşğul olan adamları belə adlandırırdılar; katib, yazmağı bacaran. Hörmət əlaməti olaraq “bəy”, ” ağa” anlamında işlədilmişdir. Başqa adlarla birləşərək mürəkkəb adlar əmələ gətirilir.Bir neçə nümunə: Mirzəağa, Mirzəbala, Mirzəxan, Mirzəqulu, Mirzəli, Mirzəkişi, Mirzəhüseyn
Murad – Dilək, istək, arzu; məram
Musa – Bu adın etimolojisi ilə bağlı iki fikir vardır. Bəzilərinə görə qədim Misir dilindəki “mesu” sözündəndir, uşaq, bala deməkdir. Rəvayətə görə Misir şahzadə qadının oğulluğa götürdüyü Musa peyğəmbər Nil çayında üzdüyü üçün ona bu ad verilmişdir. Musanını bir anlamı da “sudan çıxarılmış”, ” sudan gələn, su ilə gələn”dir. Kimiləri də bunun ibranicə “Moşe” (yəhudi hakimi, qanun verən, qanun çıxaran, qanunverici) olduğunu yazırlar
Mübariz – Bəlli bir amil, iş uğrunda mübarizə aparan adam, vuruşan, döyüşən, iddialı
Müşfiq – Ürəyiyumşaq, şəfqətli, mehriban, mərhəmətli, incə qəlbli, nazik ürəkli

N hərfi ilə başlayan oğlan adları və mənaları

Nadir – Az tapılan, az ələ düşən; əcayib, qeyri-adi, qəribə
Nahid – 1) Zöhrə ulduzu, Venera; 2) Həddi-büluğa çatmış gənc (qız)
Namiq – Yazı ilə məşğul olan, yazan, katib, mühərrir, yazıçı, naxışlamaq, bəzəmək
Natiq – Gözəl danışıq qabiliyyəti olan, təmtəraqlı danışıq bacarığı, bəlağətlə danışan
Nəcməddin – Dinin ulduzu
Nəriman – Güclü, qüvvətli, qüdrətli
Nəsimi – Mehə, xəfif küləyə aid olan
Nəsrəddin – Dinin köməyi, dinin yardımı
Nicat – Qurtulma, qurtuluş, xilas olma, salamatlıq
Nihad – Xasiyyət, təbiət, yaradılış, səciyyə, xilqət
Niyaz – Xahiş, yalvarma, yalvarış; ehtiyac; dua eləmə, bəxşiş
Nizami – Nizamlı, müntəzəm; qayda-qanuna uyğun; dövlət və hökumət qanununa aid; hərbi intizam, hərbi qayda-qanun
Novruz – Hərfi mənası: yeni gün; bir sıra Şərq xalqlarının təqvimində təzə ilin ilk ayı olan martın 20-22-nə təsadüf edən bayramı, bahar bayramı.Adətən, bu ayda doğulan oğlan uşaqlarına qoyulan adlardandır. Bir sıra mürəkkəb adlar da meydana gətirir. Novruzağa, Novruzbala, Novruzxan, Novruzqulu, Novruzəli və s.
Nurlan – İşıq alan, işıqlanan, parlayan; işıqlı, parlaq, aydınlanan

O hərfi ilə başlayan oğlan adları və mənaları

Orxan – İstehkam xanı, ordugah xanı, şəhər xanı
Oruc – Əsli farca “ruzə”dəndir. Dini qaydalara görə yeyib-içməmə, bir ay gündüzlər yemək və içməkdən, tütün çəkməkdən imtina etmək qaydası. Əsasən orucluq zamanı anadan olan oğlan uşaqlarına bu ad verilir
Osman – Əslində “us” (ağıl, zəka; əxlaq, ədəb;həlim) və “man” komponentlərindən əmələ gəlmiş bir addır. Ağıllı adam, zəkalı insan; əxlaqlı , həlim təbiətli şəxs, həmçinin “ot”(od, atəş) və “man” sözlərinin birləşməsindən yarandığını da ehtimal edirlər: atəş və ya od kimi adam anlamında. Bu ada “qazdan böyük bir quşun balası(qrif)”, “ağırtərpənən”, “sakit” anlamlarını verənlər də vardır

Ö hərfi ilə başlayan oğlan adları və mənaları

Ömər – Ölməzlik, dirilik, canlılıq, ömür, həyat
Özcan – Doğmaca, əziz, sevimli can-ciyəri; sanki öz ruhu, öz canı olan; güclü ruh, təməli möhkəm qoyulmuş varlıq; sağlam

P hərfi ilə başlayan oğlan adları və mənaları

Pənah – Sığınma, himayə; sığınacaq yer, daldanacaq yer; himayəçi, arxa, köməkçi, istinadgah
Pərviz – Qalib gələn, qələbə çalan, qalib; cəsur, qorxmaz; qəşəng, gözəl
Polad – Karbonla qarışdırılaraq hazırlanmış çox möhkəm dəmir. Məs. çox qüvvətli, güclü, əyilməz
Pünhan – Gizli, xəlvət, xəbərsiz, heç kəsin bilmədiyi

R hərfi ilə başlayan oğlan adları və mənaları

Rafiq – Əsli “rəfiq” dir. Yoldaş, köməkçi; şərik, ortaq
Rahib – Keşiş; xristan din xadimi; monastırda yaşayan-tərkidünya xristian və ya buddist, ibadətlə məşğul olan mömin
Ramil – “Rəml” dəndir. Rəmmal, falçı; qum; fal; qum ilə fal açan
Ramin – Əsli ərəbcə “rəmə”dəndir. Atıcı, mərmi atan anlamını verir. Bu adın ibranicə ” Günəş oğlu, günəş övladı” anlamını verdiyi də ehtimal olunur
Ramiz – Sözün əsli “rəmz”dir, işarə edən, işarə ilə bir fikir və ya ifadəni anladan; simvolla, rəmzlə söyləyən
Rasim – Rəssam, rəsm çəkən; adət-ənənə
Rauf – Əslində “rəuf”dur. Mehriban, mərhəmətli, acıyan, ürəyiyumşaq, rəhmi gələn
Rəhman – Mərhəmətli, ürəyiyumşaq, rəhmli. Allahın 99 adından biri
Rəsul – Elçi, səfir, peyğəmbər, nəbi
Rəşad – Düzgün hərəkət eləmə, doğru yolda olma; haqqın tərəfdarı olma; ağıllı hərəkət etmə, düşüncəlilik
Rövşən – Əsli “rouşən” dir. İşıqlı, aydın, nurlu; açıq, aşkar
Ruslan – Əslində “arslan” sözünün rus və başqa dillərdə dəyişikliyə uğramış biçimidir.
Rüfət – Yüksəklik, ucalıq; böyük vəzifə və rütbə
Rüstəm – İri bədənli, cüssəli, güclü, yekəpər
Rza – Razılıq, xoşhallıq, məmnunluq; razılıq vermə, izin vermə, icazə vermə; qane olma; istək, iradə

S hərfi ilə başlayan oğlan adları və mənaları

Sabir – Səbr edən, təmkinli, səbirli, tələsməyən; dözümlü, zəhmətə qatlaşan, çətinliyə dözən
Sabit – Tərpənməyən, yerində dayanan, hərəkət eləməyən; dəyişməz, möhkəm; gerçəkləşmiş; isbat olunmuş
Sahib – Bir şeyə malik olan, yiyə; hər hansı bir şeyi əldə eləyən,təsis edən; qoruyan,arxa duran, sahib çıxan
Sahil – Kənar, sədd, qıraq
Sakit – Hərəkətsiz, durğun, susan, səssiz, fəaliyyətsiz
Saleh – Yararlı,yaxşı, yaraşan; səlahiyyətli olan, ixtiyarı çatan, haqlı
Samir – Həmsöhbət, yoldaş; müğənni.
Sədi – Xoşbəxtliklə, bəxtəvərliklə əlaqəli olan; uğurlu ulduza mənsub olan
Səxavət – Əliaçıq, ürəyigenişlik
Səid – Bəxtəvar, bəxtiyar, ağgünlü, xoşbəxt, səadətli, uğurlu.
Səlim – Sağlam, sağ, sağlamat, əsən; eyibsiz, nöqsansız, doğru-dürüst
Səməd – Əbədi, daimi, sonsuz; bərk, möhkəm; möhtac olmayan, müstəqil; əbədi mövcud olan. Allaha aid edilən adlardan biridir
Səməndər – 1) Əsatirə görə odda, atəşdə, yaşayan bir quş; 2) bunun farsca ” səmən” (ölkə, sərhəd, qapı) və “dər” (ev, yaşayış yeri, kənd) sözlərindən “uzaq istehkam, qala” anlamında olduğunu da yazırlar; 3) su kərtənkələsi
Sənan – Bu adın Səna dağı və Səna şəhəri ilə əlaqələndirirlər. Ancaq həmin dağ və şəhər adları ərəb sərkərdəsi Tariq İbn Sənanın adından meydana gəlmişdir. İki cür mənalandırılır: 1) təriflənən, mədh edilən, öyülən; 2) kəskin, sivri; süngünün sivri ucu. Adın yazılış biçimi də fərqlidir.Bunun Sinan biçimi də vardır
Səyyad – Ovçu
Sübhan – Öymə, tərif, mədh, alqış; eşq olsun! Afərin!

Ş hərfi ilə başlayan oğlan adları və mənaları

Şaban – Əslində “şəban”dır. (doymuş, qarnı tox olan, tox) . Ərəb qəməri təqviminin səkkizinci ayının adı. Əsasən bu ayda doğulan oğlan uşaqlarına qoyulur. Bu adın “çoban”dan olduğunu da ehtimal eləyirlər.
Şahin – Qısa və çəngəl kimi əyri dimdikli yırtıcı quş, əhəlləşdirilərək ovda istifadə olunur
Şahlar – “Şah” sözünün türkcə cəm şəkli: hökmdarlar
Şahmar – İri zəhərli ilan
Şaiq – Şövqlü, həvəsli istəyi olan
Şair – Şer yazan, bədii söz quraşdıran, şerləri olan, ozan
Şakir – Şükr edən, razılıq bildirən, təşəkkür edən
Şamil – Əhatə edən, aid olan, ümumi
Şəhriyar – Hökmdar, şah, padşah
Şirin – Dadlı, ləzzətli, şəkərli; sevimli, əziz. Bir sıra adlarla birləşib mürəkkəb adlar meydana gətirir: Şirinağa, Şirinbaba, Şirinbala, Şirinbacı, Şirinbəyim, Şirinəli, Şiringül, Şirinxan, Şirinxanım və b.
Şöhrət – Ad, san, məşhurluq
Şükür – Razılıq, minnətdarlıq, təşəkkürünü bildirmə

T hərfi ilə başlayan oğlan adları və mənaları

Tahir – Təmiz. Saf, pak
Taleh – “Tale”nin dəyişilmiş biçimi
Tamerlan – Ulu Xaqan Əmir Teymurun “Teymurləng” kimi tanınan adının Avropa dillərindəki biçimi. Axsaq Teymur, Çolaq Teymur, Topal Teymur.
Tanrıverdi – Allahın bəxş etdiyi, Tanrının verdiyi (adam)
Tarkan – Dağılma, dağınıq; pərişan; səpələnmə, saçma. Əslində “tarqan”dır. Vaxtilə titul olubdur.
Teymur – Qədim adlardandır. Qədim türk dilində bunun “temir” , “temür” və b. biçimləri də işlənibdir. Bax: Dəmir. Bir sıra mürəkkəb adlar da meydana gətirməkdədir: Teymurağa, Teymurbəy, Teymurxan, Teymurçin, Teymurşah və s.
Təbriz – Türk musiqisində vaxtilə bir ahəngin, muğamın adı olubdur. Eyni zamanda Xəzər soyunun adıdıdr. “Soy, soyad, qohum, əqrəba” anlamlarını verən çuvaş dilindəki “Tavris, tauris” sözlərindən olduğunu da yazırlar. Farsca isə “qızdırmanı kəsən”, “xəstəlik qaçıran” deməkdir
Tərlan – Yırtıcı ov quşu, qızılquş
Tofiq – Uyğunlaşdırma, uyğun hala salma; yardım, kömək; uğur; istəyə yetmə, arzuya çatma. Vaxtilə ərəblərdə olduğu kimi Tovfiq şəklində də işlənibdir
Toğrul – Qədim adlardandır. İri və kəskin caynaqları olan, tutduğunu buraxmayan yırtıcı ov quşu. Bunu “doğruçu, düz danışan, həqiqət tərəfdarı”, düzəlmək; özünü düzəltmək, yaxşılaşmaq, qıvraqlaşmaq və iri qanadlı miflik quş hesab edənlər də vardır
Tural – Heç dəyişməyən, eyni vəziyyətdə, dəyişməz halda qalan; yaşayan; sakit.
Turan – Qədim iranlıların İranın tərsinə olaraq türklərin yaşadıqları yerə verdikləri addır. Türklər yaşayan yer, türklərin məskən saldıqları torpaqlar
Turqut – 1) Yaşayış yeri, məskən; şəhər, ölkə, vilayət; 2) durquzmaq, qaldırmaq

U hərfi ilə başlayan oğlan adları və mənaları

Uğur – Müvəffəqiyyət; yaxşılıq; bəxt, tale; səadət, xəşbəxtlik; bərəkət, xeyir. Bir sıra sözlərlə birləşərək mürəkkəb adlar əmələ gətirir. Uğuralp,Uğurata, Uğurşah, Uğurbay, Uğurbəy, Uğurdəmir, Uğurəl, Uğurər, Uğursan, Uğursay, Uğursoy, Uğurtay, Uğursal, Uğural və s.
Uran – 1) Ciddi çağırış, nida, hay; 2) parol;3) ölçü, boy; 4) sənət; 5) sənaye; 6) təmkin

Ü hərfi ilə başlayan oğlan adları və mənaları

Ülvi – Yüksək, uca , ali; mənəviyyatlı, göylə bağlı olan; İlahi
Ümid – Umma, gözləmə,ümid etmə, göz dikmə
Üzeyir – Ərəbcə “üzr” sözünün kiçildilmiş biçimidir. Üzr istəmək, üzürlü hesab etmək, bağışlamaq

V hərfi ilə başlayan oğlan adları və mənaları

Vahid – Bir, tək, yeganə, yalqız; eyni cinsli, eyni ölçüdə olan
Vaqif – Bir işdən xəbəri olan, məlumatlı
Valeh – Heyran olmuş, məftun edilmiş, vurulmuş; qismət, tale
Vasif – Bir şəxsdə və şeydə olan hal, xüsusiyyət, öymə, tərifləmə, vəsf və mədh etmə
Veysəl – Əslində “Veysələddin” adının ixtisar edilmiş biçimidir, dinə möhtac olan deməkdir
Vəfadar – Verdiyi sözün üstündə duran; sədaqətli, vəfalı
Vəkil – Başqasını işini görməyə təyin olunan şəxs, əvəz eləyən; məhkəmələrdə tərəflərin əvəzində iş aparan adam; nazir; deputat
Vəli – Qəyyum, himayəçi, hami; yaxın olan, dost; yiyə, sahib, ağa; yetkin. Bir sıra adlarla birləşərək mürəkkəb adlar da yaradır: Vəliağa, Vəlibaba, Vəlibəy, Vəliqulu, Vəliməmməd, Vəlixan, Vəlidədə, Vəlidədəoğlu və s.
Vəzir – Hökmdarın vəkili olub dövlət işlərinə baxan şəxs, hökümətin üzvlərindən biri; nazir
Vidadi – Məhəbbətə aid olan, sevgiyə məxsus olan; dostcasına
Vüqar – Ağırlıq, ciddiyyət, təmkin; ləyaqətini, mənliyini yüksək tutma, heysiyyətini saxlama, uca tutma
Vüsal – Görüşmə, istəyinə çatma, qovuşma, nail olma

Y hərfi ilə başlayan oğlan adları və mənaları

Yadigar – Xatirə, hədiyyə olaraq verilən və yaxud qalan şey; məs. örnək, nümunə, abidə
Yalçın – Çox sərt və çılpaq qaya; dümdüz, dik, sivri
Yasin – Qurandakı 36-cı surənin adıdır. Yas, mətam, məyusluq və kədər bildirən bu sözü Quranın bir sıra şərhlərində ” Ey insan, ya insan” kimi açıqlayırlar.
Yaşar – Yaşayan, çox yaşayan, sağ və salamat qalan, həyatını davam etdirən, ölməz. Adətən doğulan uşağın ölməməsi, yaşaması istəyi ilə qoyulan adlardanır. Vaxtilə bunun göyərən, yaşıllaşan anlamları olmuşdur.
Yunus – Əsli “yone”dir , “göyərçin” deməkdir.Əfsanəvi peyğəmbərlərdən birinin adıdır. Dini əfsanəyə görə bu peyğəmbər dənizə atılmış, onu böyük bir balıq udmuş, ancaq sonra o, yenə də sağ-salamat qalmışdır. Həmin balığa bu peyğəmbərin adı verilmişdir (delfin kimi tanıdığımız dəniz heyvanına müsəlman ölkələrində “Yunus”da deyilir.)
Yusif – Əsli “yosef”dir. Əlavə ediləcək, artırılacaq və yaxud Allah artıracaq, Tanrı əlavə edəcək. Beynəlxalq adlardandır. Jozef, Cozef, Cüzeppe, İosif, Osip və s. biçimlərdə müxtəlif xalqlar tərəfindən işlədilir. Öz gözəlliyi ilə seçilən Yusif dini rəvayətə görə peyğəmbər olmuşdur. Yaqub peyğəmbərin oğludur. Klassik ədəbiyyatda gözəl kişi, sadə adam, utancaq sifətləri ilə işlənmişdir

Z hərfi ilə başlayan oğlan adları və mənaları

Zahid – Dünyanın zövq və nemətlərindən əl çəkib vaxtını dini ibadət etməklə keçirən adam,asket, ibadətlə məşğul olan; pəhrizkar, tərki-dünya; məs. cəmiyyətdən, insanlardan uzaq qaçan, qapalı həyat sürən
Zamin – Zəmanət verən adam, zamin duran, boynuna çəkən, boyun olan, təminat verən
Zaur – Əsli “zair”dir. Qonaq, başçəkən, ziyarət edən
Zəki – Zəkalı, düşüncəli, ağıllı, fərasətli, kəskin zəkası olan, istedadlı; anlayışlı
Ziya – İşıq, nur, aydınlıq
Zülfüqar – İki ağızlı qılınc.Dini rəvayətə göra guya göydən yerə enmiş bu qılıncı Məhəmməd peyğəmbər imam Əliyə bağışlamışdır. Əlinin qılıncına verilən addır. Sözün hərfi anlamı “qabırğa”, “onurğa” ilə bağlıdır

Adlar mövzusunda olan digər məqaləmiz:

  • 200+ ən çox qoyulan qız adları və mənaları 2022

Похожие статьи

  • Azərbaycan xanlıqları

    Azərbaycan xanlıqları: Quba xanlığı Fətəli xan Əfşar 1759-cu ildə Qarabağ xanlığını asılı vəziyyətə saldıqdan sonra Azərbaycanın daxili işləri ilə məşğul…

  • Azərbaycan xanlıqları oğlanbazlıq

    Azərbaycan xanlıqları oğlanbazlıq Xoy xanlığının ilk hakimi Şahbaz xan (1747-1763) olmuşdur. O, Nadir şah dövründə Xoy vilayətinin hakimi təyin…

  • Azərbaycan xanlıqları hərəm

    Azərbaycan xanlıqları hərəm Təbriz və Xoy xanlıqları Dunbuli tayfasından olan nəslin əlində idi. Çox da böyük ərazi və əhalisi olmayan Qaradağ xanlığının…

  • Azərbaycan tarixi xanlıqları yüklə

    Azərbaycan xanlıqları XVII yüzilin gedişində, Nadirin ölümündən sonra Azərbaycan ərazisində onlarca xanlıq yarandı. Yerli feodallar mövcud vəziyyətdən…

  • Azərbaycan tarixi xanliqlar

    Azərbaycan xanlıqları 1725-ci ildə I Pyotrun ölümündən sonra Rusiyanın Xəzəryanı əyalətlərə marağı zəiflədi. 1747-ci ildə Nadir ali hakimiyyəti zəbt…

Comments are closed, but trackbacks and pingbacks are open.