Azrbaycan xarici iqtisadi münasibtlr
İƏT-in Aşqabadda keçirilən Zirvə Görüşünü Azərbaycan üçün olduqca uğurlu qiymətləndirmək olar. Zirvə Görüşündə qəbul edilmiş “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamə Azərbaycanın maraqlarına cavab verən müddəaları ehtiva edir. “. İşğal olunmuş ərazilərin azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə Azərbaycan Respublikası Hökumətini və Xalqını təbrik edərək və bunun mehriban qonşuluq münasibətlərinin qurulması yolu ilə Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inanaraq, üzv dövlətləri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yenidənqurma layihələrinə və yenidənqurma işlərinə sərmayə yatırmaq imkanlarını araşdırmağa çağırırıq. ”, – sənəddə deyilir.
Azərbaycan beynəlxalq aləmdə
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısıdır. 1992-ci il noyabrın 28-də daha 7 ölkənin – Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın da daxil olması ilə İƏT üzvlərinin sayı 10-a çatdı. Təşkilatın genişlənməsini rəsmiləşdirən həmin gün qurumun təqvimində “İƏT günü” kimi qeyd olunur.
İƏT-in kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir. 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransında müşahidəçi statusu alıb.
Azərbaycan öz növbəsində hər zaman İƏT-in fəaliyyətinə böyük önəm vermişdir. Təşkilatın uğurlu fəaliyyəti, əlbəttə ki, bütün üzv ölkələrin marağındadır. Çünki üzv dövlətləri həm ortaq tarix, həm də iqtisadi və siyasi maraqlar birləşdirir. Dövlətimiz İƏT üzvü olaraq bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış etmişdir. Ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi etmiş, bu tədbirlərdə qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri, istiqamətləri öz əksini tapmışdır.
16 oktyabr 2012-ci ildə Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə görüşü keçirilib. Zirvə toplantısının yekununda Bakı bəyannaməsi qəbul edilib.
İƏT-ə üzv dövlətlər 2020-ci ilə qədər mövcud olan Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə konkret münasibət bildirmiş, beynəlxalq normalara qarşı çıxaraq Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistana tənqidi yanaşmış və ölkəmizin maraqlarını haqlı olaraq müdafiə etmişlər.
Ulu öndər Heydər Əliyev 2002-ci ildə İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə İƏT-in daha səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə qurumun Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış edib. 2006-cı ildə İƏT-in Bakıda keçirilmiş 9-cu Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürülüb, 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə video-konfrans vasitəsilə keçirilmiş 14-cü Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalanıb. İƏT-in Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İƏT-ə və üzv ölkələrə yardım etməkdir.
2021-ci il 28 noyabrda Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında Prezident İlham Əliyev bununla bağlı bildirdi: “İqtisadi Əməkdaşlıq Təşkilatının mart ayında keçirilmiş XIV Zirvə Toplantısında İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsi imzalanmışdır. Mən Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsinə görə təşəkkürümü bildirirəm. Azərbaycan ölkəmizdə yerləşəcək Mərkəzin səmərəli fəaliyyətinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək. Mən digər üzv dövlətləri bu mühüm təşəbbüsə qoşulmağa dəvət edirəm”.
İƏT-in Aşqabadda keçirilən Zirvə Görüşünü Azərbaycan üçün olduqca uğurlu qiymətləndirmək olar. Zirvə Görüşündə qəbul edilmiş “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamə Azərbaycanın maraqlarına cavab verən müddəaları ehtiva edir. “. İşğal olunmuş ərazilərin azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə Azərbaycan Respublikası Hökumətini və Xalqını təbrik edərək və bunun mehriban qonşuluq münasibətlərinin qurulması yolu ilə Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inanaraq, üzv dövlətləri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yenidənqurma layihələrinə və yenidənqurma işlərinə sərmayə yatırmaq imkanlarını araşdırmağa çağırırıq. ”, – sənəddə deyilir.
Həmçinin, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilən hesabatlarda “dəhliz” anlayışı “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı sənədlər” kontekstində öz əksini tapıb. Bu, həm də Bakının uğurlu xarici siyasətinin bariz nümunəsidir ki, bunun nəticəsində İƏT regionunda “Zəngəzur dəhlizi” termininin qəbuluna nail olmaq və əsas regional oyunçuların diqqətini bu nəqliyyat arteriyasına cəlb etmək mümkün olub. Bu isə Azərbaycan Prezidentinin təklif etdiyi “3+3” əməkdaşlıq formatına digər İƏT ölkələrinin də qoşula biləcəyi ehtimalını xeyli gücləndirir.
siyasielmler
Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri
Posted on Noyabr 24, 2010 by siyasielmler
Xarici iqtisadi əlaqələrin inkişafı ayrı-ayrı ölkələrin milli iqtisadiyyatının beynəlxalq təsərrüfat miqyasında inteqrasiyasının sürətləndirilməsinin əsas şərtidir. Ölkələr iqtisadi inteqrasiya axınlarına qoşularaq bu yolla öz istehsal güclərini, istehsalın səmərəliliyini və bütün bunların nəticəsində isə əhalinin ümumi rifah səviyyəsini artırmağa çalışırlar. Beynəlxalq əmək bölgüsünün üstünlüklərindən maksimum istifadə edilmədən, xarici iqtisadi əlaqələrin bütün formaları intensiv şəkildə genişləndirilmədən ölkə iqtisadiyyatının inkişafında əsaslı dönüş aparmaq mümkün deyildir. Dünya ölkələrindən heç biri öz inkişafını xarici ölkələrdən təcrid olunmuş şəkildə təmin edə bilmədiyinə görə öz aralarında beynəlxalq və regional səviyyədə iqtisadi əlaqələr yaratmağa çalışırlar.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra xarici iqtisadi siyasətini artıq özü müəyyən etməyə başlamışdır. Ölkəmizin Asiya və Avropanın kəsişməsində çox əlverişli coğrafi mövqedə yerləşməsi bu siyasətin uğurla həyata keçirilməsinə müsbət təsirini göstərmişdir.
Müstəqil Azərbaycan Respublikasında müxtəlif mülkiyyət formalarının inkişafı, iqtisadiyyatın yüksək maddi-texniki bazaya malik olması, əmək bölgüsü və kooperasiyasının geniş vüsət alması və s. milli iqtisadiyatımızın beynəlxalq əməkdaşlıqda mövqeyinin daha da artmasına obyektiv zərurət yaradır.
Beləliklə, Azərbaycanın neft sənayesinin yaxın onilliklərdə inkişafı Azərbaycan Respublikası Prezidentinin Neft Strategiyası çərçivəsində imzalanmış müqavilələrlə təmin edilmişdir. Neft sektorunun bütün əhəmiyyətinə baxmayaraq, ümumi daxili məhsulun formalaşmasında onun payı hələlik 18-19 %-dir. Bundan əlavə, Azərbaycanda xarici investisiya bank sektoruna da yatırılmışdır. Belə ki, respublika ərazisində xarici kapitalın iştirakı ilə 23 bank fəaliyyət göstərməkdədir. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini, 14 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir. Bundan əlavə “Nabukko” layihəsinin gündəmdə olması ölkə ərazisinə xarici investorların marağını daha da artırır.
Son illərdə xarici ticarətin inkişafında yüksək göstəricilərə nail olunmuşdur. 2007-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 11766,9 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 5708,6 milyon ABŞ dolları, ixracın həcmi isə 6058,3 milyon ABŞ dolları təşkil etmişdir.
Bu dövr ərzində Azərbaycan Respublikası 137 xarici ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmişdir.
İxrac-idxal əməliyyatlarının 28,5 %-i Avropa Birliyi, 25,5 %-i MDB ölkələri ilə, 46 %-i isə digər dövlətlərlə aparılmışdır.
Xarici ticarət əlaqələrinin 47,4 %-i Avropa, 44,6 %-i Asiya, 7,7 %-i Amerika, 0,2 %-i Afrika qitəsi ölkələri, 0,1 %-i isə Okeaniya ilə aparılmışdır. Azərbaycana xarici ölkələrdən 61,4 milyon dollarlıq humanitar və texniki yardım daxil olmuşdur.
Azərbaycanın xarici ticarət dövriyyəsinin strukturuna nəzər salsaq, burada İtaliya, İngiltərə, Almaniya və Fransanın xüsusi çəkisinin böyük olduğunu görərik:
2007-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Fransa Respublikası ilə ümumi ticarət dövriyyəsinin həcmi 110,3 milyon ABŞ dolları, o cümlədən Azərbaycan Respublikasına idxalın həcmi 35,1 milyon ABŞ dolları, Azərbaycan Respublikasından ixracın həcmi isə 75,2 milyon ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində ikitərəfli ticarətdə saldomuz 40,1 milyon ABŞ dolları olmuşdur.
2007-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikası ilə ümumi ticarət dövriyyəsinin həcmi 199 milyon 721 min ABŞ dolları, o cümlədən Azərbaycan Respublikasına idxalın həcmi 192 milyon 509 min ABŞ dolları, Azərbaycan Respublikasından ixracın həcmi isə 7 milyon 213 min ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində ikitərəfli ticarətdə saldomuz mənfi 185 milyon 296 min ABŞ dolları olmuşdur.
2007-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə ümumi ticarət dövriyyəsinin həcmi 81,8 milyon ABŞ dolları, o cümlədən Azərbaycan Respublikasına idxalın həcmi 81,3 milyon ABŞ dolları, Azərbaycan Respublikasından ixracın həcmi isə 506,2 min ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində ikitərəfli ticarətdə saldomuz mənfi 80,8 milyon ABŞ dolları olmuşdur.
2007-ci ilin yanvar-dekabr ayları ərzində İtaliya Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 9,2 %, o cümlədən idxalda 2,47 %, ixracda isə 15,5 % təşkil etmişdir.
2007-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Respublikasının İtaliya Respublikası ilə ümumi ticarət dövriyyəsinin həcmi 1 milyard 82 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 141 milyon ABŞ dolları, ixracın həcmi isə 941 milyon ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində xarici ticarət saldosu müsbət 800 milyon ABŞ dolları olmuşdur.
2000-2007-ci illərdə xarici investisiyalar 6,9 dəfə artmışdır. Xarici investisiyalar ölkə üzrə bütün investisiyaların 58,3%-ni təşkil etmişdir. Azərbaycan iqtisadiyyatına qoyulmuş xarici investisiyaların mənbələrini maliyyə kreditləri, neft sənayesinə qoyuluşlar, birgə müəssisələr və xarici firmalara investisiyalar təşkil edir. Xarici investisiyaları yönəldən dövlətlər içərisində Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya üstün mövqeyə malikdirlər. Xarici investisiyalar əsasən mədənçıxarma sənayesinə (90,6%) yönəldilmişdir. Gələcəkdə qeyri-neft sektorunun payının artırılması onun səmərəliliyini yüksəldə bilər.
2009-cu ildə ölkənin həm iqtisadi həm də sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə 7358,7 mln. manat investisiya yönəldilmişdir. Bunların 5881,4 mln. manatı daxili investisiyalar, 1477,3 mln. manat isə xarici investisiyalar təşkil etmişdir. Xarici investisiyanın 73% qeyri neft, 27% isə neft sektorunun payına düşür. Xarici investisiyanın 87,3%-i Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya və Türkiyə investorlarının payına düşür.
Əli-zadə Firdovsi Cavid oğlu Qərb Universitetinin Siyasi elmlər-politologiya fakültəsinin 2-ci kurs tələbəsi (119-cu qrup)
Comments are closed, but trackbacks and pingbacks are open.