Azrbaycanda ekologiyanın qorunması
XİN rəsmisi bildirib ki, bu tədbirlər çərçivəsində nərə balıqlarının qorunması və artırılması sahəsindəki işləri və ekologiyanın qorunması sahəsində hüquqi bazanın yaradılmasını
göstərmək olar.
Xələf Xələfov: “Azərbaycan Xəzərdə ekologiyanın qorunması sahəsində tədbirlər görür”
Azərbaycan Xəzərdə ekologiyanın qorunması sahəsində tədbirlər görür. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
XİN rəsmisi bildirib ki, bu tədbirlər çərçivəsində nərə balıqlarının qorunması və artırılması sahəsindəki işləri və ekologiyanın qorunması sahəsində hüquqi bazanın yaradılmasını
göstərmək olar.
Xələfov hesab edir ki, Xəzərdə ekologiyanın qorunması ümumi məsələdir. Onun sözlərinə görə, Azərbaycan bu sahədə xeyli işlər görüb.
“Xəzəryanı ölkələrlə bu sahədə əməkdaşlıq məsələləri müzakirə olunub, çərçivə konvensiyası imzalanıb. Bu konvensiyaya əsasən, bir sıra sahəvi protokollar qəbul olunub ki, ekologiyanın yaxşılaşdırılması üçün dövlətlərin birgə səyləri baş tutsun”, – Xələfov əlavə edib.
Xəzəryanı ölkələrə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan daxildir.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Azrbaycanda ekologiyanın qorunması
Ekologiya canlı və cansız təbiət arasındakı qarşılıqlı əlaqəni öyrənən elmdir. Ekologiya elmi ətraf mühitin qorunması, ekoloji təmizliyin təmin edilməsi ilə yanaşı, torpağın genizisini öyrənir, torpaq üçün daha yaxşı şəraitin yaradılması, təbii bitki və məhsulların səmərəliliyinin yüksəldilməsi kimi məsələləri də özündə cəmləyir. Ekologiya həm də kimya və biologiya ilə sıx əlaqəlidir və əksər hallarda fənlərarası bir elmdir. Ekologiyanın struktur hissəsi təbiətin və bioloji müxtəlifliyin qorunması prosesidir. Müasir dünyada atmosferin və təbiətin vəziyyətini nəzərə alaraq, bu mütəxəssislərin bilik və təcrübələrinə qoyulan tələblər kimi bu peşənin də əhəmiyyəti hər il artır. Ekoloqlar, məsələn, göllərin niyə quruduğunu və ya sakinlərinin öldüyünü başa düşməyə və izah etməyə çalışırlar, torpağın, suyun, havanın vəziyyətini, həmçinin sənaye istehsalının insanlara, bitkilərə, heyvanlara təsir dərəcəsini öyrənirlər. Ekoloqlar çirklənmə dərəcəsini müəyyənləşdirir, səbəblərini təhlil edir və gələcəkdə vəziyyətin proqnozunu verirlər. Ekoloqlar həm ətraf mühitin mühafizəsi ilə bağlı təşkilatlarda, həm səhiyyə, həm də təhsil müəssisələrində işləyə bilər. İxtisas fizika, kimya, biologiya və coğrafiya ilə maraqlananlar üçün uyğundur.
İxtisasın tarixi
Ekologiyanın elm kimi formalaşması XIX əsrin sonlarına təsadüf edir. Ekologiya terminini elmə ilk dəfə 1866 – cı ildə alman bioloqu Ernst Hekkel “Orqanizmin ümumi morfologiyası” («Generelle Morphologie der Organismen») əsərində işlətmiş, bu anlayışı geniş yaymış və inkişaf etdirmişdir. Hekkel orqanizmi təbii sığınacaq yerində, yəni öz “evində” öyrənməyi ekologiya hesab etmişdir. Daha sonralar uzun müddət ekologiya biologiya sözünün dar mənasında işlənmişdir. Yalnız gərgin mübahisəli inkişaf yolu keçdikdən sonra müasir ekologiya elmi formalaşmışdır. Müasir izahda ekologiya, orqanizmlərin həyat tərzini və orqanizmdən yüksək canlı sistemləri öz aralarında və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqədə öyrənən elm sahəsidir.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
- ➝ Ətraf mühitin qorunması bölmələrində iqtisadi sektorların inkişafı üçün dövlət proqramlarının hazırlanmasında iştirak etmək, ətraf mühit qaydalarının inkişaf etdirilməsi;
- ➝ Ətraf mühitə təsirin qiymətləndirilməsində və eko-auditdə iştirak etmək;
- ➝ Material toplamaq və ətraf mühitin çirklənməsi səviyyəsi barədə laboratoriya tədqiqatları aparmaq;
- ➝ Təbii ehtiyatlardan səmərəli istifadə və texnoloji tullantıların təhlükəsiz emalı / atılması yollarının axtarışı;
- ➝ Müəssisələrin ekoloji pasportunun hazırlanmasında iştirak etmək;
- ➝ Ətraf mühitin monitorinqində iştirak etmək;
- ➝ Ekologiya sahəsində tədqiqat işlərində iştirak etmək;
- ➝ Ətraf mühitin qorunması ilə bağlı əhali arasında maarifləndirmə işini təşkil etmək;
- ➝ Beynəlxalq standartlara uyğunluğu baxımından dizayn, əvvəlcədən sənədləşdirmə işlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsində iştirak etmək;
- ➝ Tədqiqat nəticələrinin istehsalatda tətbiqinə kömək etmək;
- ➝ Ekoloji hesabatların yaradılması;
- ➝ Ekoloji hadisələrə fövqəladə cavab tədbirlərinin hazırlanması;
- ➝ Ekoloji qəzaların araşdırılması;
- ➝ Dövlət orqanlarında ətraf mühitin mühafizəsinə dair normativ aktların hazırlanması və təsdiqlənməsi;
- ➝ Ətraf mühitin mühafizəsinin optimal şəkildə təmin edilməsi;
- ➝ Ekoloji pozuntuların müəyyən edilməsi və onun həlli;
- ➝ Ətraf mühitin təhlükəsizliyi prosedurları haqqında heyyətin davamlı məlumatlandırılması.
Harada bu ixtisasa sahiblənmək olar?
- ➝ Azərbaycan Dövlət Aqrar Universiteti
- ➝ Azərbaycan Dövlət İqtisad Universiteti
- ➝ Azərbaycan Koorperasiya Universiteti
- ➝ Azərbaycan Texnologiya Universiteti
- ➝ Bakı Dövlət Universiteti
- ➝ Qərbi – Kaspi Universiteti
- ➝ Mingəçevir Dövlət Universiteti
- ➝ Lənkəran Dövlət Universiteti
- ➝ Sumqayıt Dövlət Universiteti
- ➝ “Odlar Yurdu” Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar?
- ➝ Ekologiya və Təbii Sərvətlər Nazirliyi
- ➝ Torpaqşünaslıq İnstitutu
- ➝ Kimya İnstitutu
- ➝ Biologiya İnstitutu
- ➝ Mikrobiologiya İnstitutu
- ➝ BP
- ➝ SOCAR
- ➝ Sumqayıt Texnologiyalar Parkı (STP)
- ➝ Ekomonitorinq MMC
- ➝ AZERGOLD QSC
- ➝ GMR İnternational
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
- ➝ Analitik düşüncə bacarığı;
- ➝ Qeyri – adi vəziyyətlərdə qərar qəbul etmək bacarığı;
- ➝ Kompüter simulyasiya bacarıqlarına sahib olmaq;
- ➝ Elmi yaradıcılıq bacarığı;
- ➝ Detallara diqqət;
- ➝ Məsuliyyətlilik;
- ➝ İnkişafa meyillilik;
- ➝ Təşkilatçılıq;
- ➝ Düzgün qərarvermə;
- ➝ Prioritetləşdirmə;
- ➝ Stressə davamlılıq;
- ➝ Ehtiyatlılıq, məsuliyyətlilik, dəqiqlik;
- ➝ Tədqiqat bacarıqları;
- ➝ Optimallaşdırma bacarığı;
- ➝ Dil bilikləri.
İxtisasın gələcəyi
Sənaye müəsisələrinin və insan sayının kəskin artımı ekoloji tarazlığın pozulmasına səbəb olur. Buna görə də baş verə biləcək bütün mümkün mənfi halların nəzərə alınması və həlli yollarının araşdırılması aktual mövzu olaraq qalacaqdır.
Əmək haqqı
- ➝ Dövlət müəsisələri : 300 – 800 AZN
- ➝ Özəl müəsisələr : 500 – 1200 AZN
Похожие статьи
-
Azərbaycanda ekologiyanın qorunması
Azərbaycanda ekologiyanın qorunması Ancaq onu da etiraf etmək lazımdır ki, bu sahədə hələ də müəyyən problemlər qalmaqdadır. Xüsusilə, son illərdə ölkədə…
-
Azrbaycanda tbii irsin qorunması
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 5 idarəsi yaradıldı Milli.Az Azərbaycan mədəni irsin qorunması işindəki səylərinə görə…
-
Azərbaycan təbii irsin qorunması
YUNESKO-nun mənzil qərargahında Azərbaycan mədəni irsinin təqdimatı keçirilib Şəhla Ağalarova Azərbaycanın təbiətinin qorunmasında dövlət və cəmiyyət…
-
Azrbaycanda hyata keçiriln proqramlar
Yerli Təqaüd Proqramları Bununla yanaşı şirkət tələbələrə karyera qurmasında yardım olmaq üçün təcrübə proqramlarıda təşkil edir. İndiyə kimi bu proqram…
-
Azərbaycanda turizmin inkişaf istiqamətləri geniş və çoxsahəlidir 2002-ci ildən etibarən hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsinin…
Comments are closed, but trackbacks and pingbacks are open.