Press "Enter" to skip to content

Yerli Təqaüd Proqramları

Bununla yanaşı şirkət tələbələrə karyera qurmasında yardım olmaq üçün təcrübə proqramlarıda təşkil edir. İndiyə kimi bu proqram çərçivəsində 231 tələbə təcrübədən keçib və onlardan 31-i işlə təmin olunub. Əlavə olaraq, proqram çərçivəsində müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansı əldə edə bilərsiniz.

İqtisadiyyat

2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni iqtisadi siyasət strategiyası həyata keçirilməyə başladı. Dövlət başçısının prezidentlik fəaliyyətində verdiyi ilk fərmanlar da məhz sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri və regionların sosial-iqtisadi inkişafı haqqında olmuşdur. Təsadüfi deyil ki, Prezidentlik fəaliyyətinin ilk dövründə İlham Əliyev “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli fərman vermişdir.

Regionların inkişafına dair uğurla icra edilən I Dövlət Proqramı Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirdi. Bununla əlaqədar olaraq Prezident İlham Əliyev 14 aprel 2009-cu il tarixli Fərmanı ilə II Dövlət Proqramını – “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq etdi. Yeni proqramın hazırlanmasını şərtləndirən əsas məqsəd ökədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq idi. II Dövlət Proqramının uğurlu icrası nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması ilə bağlı əhəmiyyətli nailiyyətlər əldə olunmuşdu. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi və icra müddətinin başa çatması, yeni — üçüncü proqramın zəruriliyini ortaya qoydu. 27 fevral 2014-cü il tarixli Fərmanla Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiqlədi. Bu proqram icrası başa çatmış əvvəlki iki proqram çərçivəsində başlanmış işlərin davam etdirilməsini özündə ehtiva edirdi.

Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır.

Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Hazırda Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla həyata keçirilir.

2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı çərçivəsində hәyata keçirilәn fəaliyyət uğurlu nәticәlәrlə yadda qalıb. Regionlarda quruculuq-abadlıq işləri geniş vüsət alıb, müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açılıb, əhalinin məşğulluq səviyyəsi artıb. Regionlarda aqrar sahəyə dövlət tərəfindən göstərilən dəstək tədbirləri gücləndirilib, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasına xüsusi əhəmiyyət verilib. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasının bir istiqaməti kimi sahibkarlığın inkişafına mühüm önəm verilib, sahibkarlara göstərilən elektron xidmətlərin əhatə dairəsi genişləndirilib. Güzəştli kreditlər hesabına investisiya layihələri maliyyələşdirilib və kiçik sahibkarlığın daha da inkişafı üçün müvafiq tədbirlər görülüb. Ötən illərdə bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirələr keçirilib, bir neçə dövlət proqramı qəbul edilib.

Son illərdə aparılan nəhəng sosial infrastruktur quruculuğu işləri regionların mənzərəsini tamamilə dəyişib. Bu illər ərzində regionlarda 58 min kilometr uzunluğunda yeni qaz xətləri, su təchizatının yaxşılaşdırılması üçün bölgələrdə 13 min kilometr uzunluğunda içməli su xətləri çəkilib, 470-ə yaxın modultipli sutəmizləyici qurğu quraşdırılıb, 706 min nəfər əhali içməli su ilə təmin edilib. Uzunluğu 16 min kilometrdən çox olan yollarda təmir-tikinti işləri aparılıb, 470 körpü və tunel istifadəyə verilib.

Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində son 17 ildə 3300-dən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Ötən ildə qeyri-neft sektorunda ÜDM-in 3,5 faiz, qeyri-neft sənayesində isə 14,3 faiz artmasında regionların da böyük rolu olub. 2019-cu ildə Regionların sosial-iqtisadi inkişafının dördüncü Dövlət Proqramı çərçivəsində 7,2 milyard manat vəsait yönəldilib. (2020)

Ölkənin on bölgəsində sənaye zonalarının yaradılması sənayeləşmə prosesinə təkan verib. Ümumilikdə, indiyədək sənaye zonalarında rezidentlər tərəfindən 6 milyard manata yaxın investisiya yatırılıb və 9 mindən çox yeni iş yeri yaradılıb. Bu zonalarda istehsalın ümumi həcmində 2,6 dəfə artım qeydə alınıb. Qeyd etmək lazımdır ki, sənaye zonalarında istehsal olunan məhsulun 80 faizindən çoxu Sumqayıt Kimya Sənaye Parkının payına düşür. Balaxanı Sənaye Parkının fəaliyyəti isə genişlənərək ikinci mərhələyə daxil olub. Bu baxımdan digər sənaye zonalarında da fəaliyyətin səmərəsinin artırılmasına nail olunması vacibdir. İndiyədək verilmiş investisiya təşviqi sənədləri üzrə layihələrin reallaşması yerli istehsala 4 milyard manatdan artıq investisiyanın yatırılmasına, 28 minədək yeni iş yerinin açılmasına səbəb olacaq. Bu layihələrin 87 faizi regionların payına düşür. Sahibkarlığın inkişafına dövlət dəstəyi göstərilməsi sayəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi işləri davam etdirilir. 2005-ci illə müqayisədə regionların qeyri-neft sektoru üzrə ümumi vergi daxilolmalarının xüsusi çəkisi 2 dəfə artaraq 15 faizə çatıb.

Hazırda Azərbaycan məhsullarının ixrac coğrafiyasını genişləndirmək imkanları araşdırılır. Burada əsas məqsəd rəqabətqabiliyyətli və yüksək keyfiyyət standartlarına malik yerli məhsulların “Made in Azerbaijan” brendi adı altında xarici bazarlara çıxışını genişləndirməkdir. Dövlət proqramlarının uğurlu icrası nəticəsində əvvəlki illə müqayisədə 2019-cu ildə kənd təsərrüfatı emal müəssisələrinin ixracı ümumilikdə 14 faiz artıb. Ölkənin aqrar sektorunun inkişafında böyük rol oynayan aqropark və yerli fermer təsərrüfatının yaradılması istiqamətində işlər davam etdirilir.

Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atıldı. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradıldı.

2013-cü ildən başlayaraq regionlarda da “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlamışdır. Respublikanın bölgələrində hazırda 14 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir.

Hazırda Azərbaycan üçün böyük zəfərlə bitən 44 günlük Vətən müharibəsinin nəticəsində işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı hazırlanıb.

Yerli Təqaüd Proqramları

Ölkəmizdə tələbələrə dəstək çərçivəsində bəzi şirkətlər tərəfindən təqaüd proqramları təşkil edilir. Bu təqaüdlərin məqsədi perspektivli və istedadlı gənclərə dəstək olmaqdır. Bu proqram daxilində tələbələr müəyyən şans və güzəştlər də əldə edirlər.

Azercell təqaüd proqramı 2022

Azercell şirkəti gənclərin inkişafına dəstək üçün Tələbə Təqaüdü və Təcrübə Proqramlarını uğurla bölüşür. Bu proqram 2009-cu ildən təşkil olunur. Proqram çərçivəsində əsasən informasiya texnologiyaları üzrə təhsil alan və yüksək göstəriciləri olan tələbələrə təqaüd ayrılır. Bu tələbələrə hər ay 200 manat məbləğində təqaüd verilir.

Bununla yanaşı şirkət tələbələrə karyera qurmasında yardım olmaq üçün təcrübə proqramlarıda təşkil edir. İndiyə kimi bu proqram çərçivəsində 231 tələbə təcrübədən keçib və onlardan 31-i işlə təmin olunub. Əlavə olaraq, proqram çərçivəsində müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansı əldə edə bilərsiniz.

Təqaüd proqramında göstəriciləri yüksək olan son iki kurs tələbələri iştirak edə bilər. Proqrama müraciət etmək üçün:

Müvafiq bölüm seçilir: Bakı, Sabah və Bölgə təqaüd proqramı

Elektron müraciət ərizəsi doldurulur.

Elektron müraciət ərizəsini, tələbə biletinin və qiymət kitabçasının skan versiyalarını [email protected] mail unvanına göndərmək lazımdır.

Proqram barədə əlavə məlumat əldə etmək və elektron müraciət ərizəsinə baxmaq üçün klik edin.

Məlumat üçün şirkətin Facebook səhifəsinə də daxil ola bilərsiniz.

Socar təqaüd proqramı

Socar təqaüdü Bakı Ali Neft Məktəbi istisna olmaqla Azərbaycan respublikasında fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrindəki tələbələrə müvafiq qaydalarda verilir. Bu proqramın təşkil olunmasında məqsəd tələbələrin bilik, təcrübə və təşəbbüskarlıqlarını artırmağa həvəsləndirməkdir.

Bu təqaüd müsabiqə keçirilən tədris ilinin sentyabr-iyun ayları ərzində verilir. Təqaüd tələbələrə plastik kart vasitəsilə verilir və bu bank kartının açılması Socarın hesabına təmin edilir. Təqaüdün aylıq məbləği 100 manatdır.

Bu proqramda iştirak etmək üçün qoyulan əsas tələblər bunlardır:

Proqramda iştirak etmək üçün Bakı Ali Neft Məktəbi istisna olmaqla digər ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr iştirak edə bilər. İxtisasların siyahısı üçün linkə keçid edin.

Əlavə olaraq Təqaüd almağa iddialı tələbə Azərbaycan Respublikası vətəndaşı olmalıdır.

Tələb olunan ixtisaslar üzrə 2-ci, 3-cü və ya 4-cü kursda əyani və magistratura pilləsinin əyani və qiyabı şöbələrində təhsil almalıdır.

Başqa kommersiya təşkilatının təqaüdünü almamalıdır.

Son 2 semestrdə “kafi” qiyməti olmamaq şərtilə, bütün təhsil müddətində 2-dən artıq “kafi” qiyməti olmamalı, qalan bütün qiymətləri “yaxşı” və ya “əla” olmalıdır

Təqaüd almaq istəyənlər elektron qeydiyyatdan keçməlidir.

Müsabiqənin keçirilmə qaydaları

Müsabiqə 2 turda – məntiq üzrə test imtahani (1-ci tur) və SOCAR-da müsahibə (2-ci tur) yolu ilə keçirilir.

1-ci turda tələb olunan balı toplayan namizədlər 2-ci tura- müsahibəyə buraxılır.

Müsahibəyə buraxılan iddiaçılar özləri ilə şəxsiyyət vəsiqəsi, tələbə bileti və trankriptin əslini götürməlidirlər.

2-ci turda namizədlər SOCAR-ın müsabiqə komissiyası tərəfindən müsahibə olunur.

Komissiya üzvləri iddiaçıların hazırlığını 5 (beş) ballıq sistemlə qiymətləndirirlər.

Qiymətləndirmə zamanı neft, neft-kimya, energetika, kompüter mühəndisliyi ixtisaslarından olan, KİV-də ixtisası ilə əlaqəli məlumatlarla maraqlanan, işgüzarlığı ilə seçilən, təcrübə rəhbəri tərəfindən yaxşı xarakterizə olunan, habelə ixtisası üzrə işləmək həvəsi olan, nizam-intizama riayət edən iddiaçılara üstünlük verilir. 1-ci turda toplanan ballar 2-ci turda nəzərə alınmır.

Komissiya tərəfindən seçilmiş Təqaüdçülərin siyahısı təsdiq edilmək üçün SOCAR-ın prezidentinə təqdim olunur.

Proqram barədə son məlumatlara baxmaq və şərtlərlə ətraflı tanış olmaq üçün klik edin.

Universitetlərdə təhsil alan tələbələrə, onların akademik göstəricilərinə əsasən təqaüdlər verilir. Burada məqsəd həm tələbələrə dəstək vermək, həm də onları təhsil istiqamətində həvəsləndirməkdir. Təqaüdlər belədir:

-Akademik göstəriciləri 91-100 bal olan tələbələrə 130 manat

-Akademik göstəriciləri 71-100 bal olan tələbələrə 110 manat

-Akademik göstəriciləri 51-100 bal olan tələbələrə 75 manat

-Akademik göstəriciləri 91-100 bal olan tələbələrə 145 manat

-Akademik göstəriciləri 71-100 bal olan tələbələrə 120 manat

-Akademik göstəriciləri 51-100 bal olan tələbələrə 80 manat

  • İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
  • IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
  • Rus dili öyrənməyin 6 qısa yolu
  • Sözləri şəkillər vasitəsilə öyrənin
  • Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
  • İngilis dilində mətnlər
  • Rus dili öyrənənlər üçün 3 Youtube kanalı
  • Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
  • İngiliscə lüğəti genişləndirmək
  • İngiliscə danışığı öyrənməyin 10 yolu
  • İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
  • İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
  • IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
  • İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
  • Rus dilini öyrənmək üçün sözlər və ifadələr
  • İngilis dilini niyə öyrənə bilmirik?
  • Rus dilində frazeoloji birləşmələr
  • İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
  • 5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
  • TOEFL nədir?
  • GMAT və GRE nədir?
  • Liderlik haqqında sitatlar (RUS-AZE)
  • SAT nədir?
  • İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
  • İngilis dilini evdə öyrən
  • Rus Dili Oyrenmek üçün 5 Effektiv yol
  • 3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
  • İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
  • İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
  • CV hazırlamaq
  • İş tapmaq üçün Xarici dil nə qədər vacibdir?
  • HR Nədir?
  • İmtahana hazırlaşmağın 4 effektiv yolu
  • HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film
  • Tələbə Krediti
  • IELTS nədir və nə üçün lazımdır?
  • İngilis dilində necə Esse yazmaq lazımdır?
  • Ən Yaxşı Təqaüd Veb saytları
  • ACCA nədir?
  • Yös nədir?
  • İngilis Dili Səviyyələri
  • Rus Dilində Mətnlər
  • İngilis dilinin tarixi

Похожие статьи

  • Azrbaycanda nqliyyat problemlri 2018

    Son xəbərlər !Reklam – Yazi Azrbaycanda nqliyyat problemlri 2018 Kateqoriyalar Özəl Layihələr Seçki 2020 Ramazan Video Xəbərlər Qurban Bayramı Beynəlxalq…

  • Azrbaycanda turizm inkişafı

    Azərbaycanda turizmin inkişaf istiqamətləri geniş və çoxsahəlidir 2002-ci ildən etibarən hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsinin…

  • Azərbaycanda həyata keçirilən proqramlar

    Azərbaycanda həyata keçirilən proqramlar A.Mollazadə qeyd edib ki, dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin…

  • Azrbaycanda kinçiliyin inkişaf tarixin dair

    Azrbaycanda kinçiliyin inkişaf tarixin dair Azərbaycan kinosu yarandığı gündən xalqımızın maariflənməsində, estetik zövqünün formalaşmasında, milli və…

  • Azrbaycanda qazmanın tarixi

    Azərbaycandan qaz aldığımıza görə məmnunuq” Qazma sahəsində tətbiq olunan yeni texnologiya və avadanlıqlardan istifadə olunaraq “Günəşli” yatağında 350…

Comments are closed, but trackbacks and pingbacks are open.