Press "Enter" to skip to content

Azrbaycanda kinçiliyin inkişaf tarixin dair

Azərbaycan kinosu yarandığı gündən xalqımızın maariflənməsində, estetik zövqünün formalaşmasında, milli və vətənpərvərlik hissinin güclənməsində özünəməxsus rol oynayır, milli mənəvi dəyərlərimizi və adət-ənənələrimiz yaşadır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 31 yanvar tarixli Sərəncamına uyğun olaraq bu əlamətdar tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edilir.

İnkişaf anlayışı. Konsepsiyalar

İnkişaf dialektikanın öyrənilməsinin əsas predmetidir. Əslində dialektika təbiət, cəmiyyət, təfəkkürün ümumi inkişaf qanunları haqqında elm kimi çıxış edir. İnkişafa istiqamət götürmək dialektikanın kriteriyasına xidmət edir. İnkişaf qanunlarının dərk edilməsi inkişaf proseslərini idarə etməyə, bəşəri sivilizasiyanın obyektiv qanunları və tələblərinə müvafiq olaraq dünyanı dəyişdirməyə imkan verir.
Şübhəsiz, inkişaf anlayışının özünün tərifi mühüm əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, inkişaf ümumiyyətlə, «hər şeyin», «bütün materiyanın» inkişafı deyildir. İnkişaf ancaq konkret maddi və mənəvi sistemlərə əlaqədardır. İnkişaf edən sistem ayrıca orqanizm ola bilər. Günəş sistemi, cəmiyyət, nəzəriyyə və s. və i.a. bu qəbildəndir. Konkret sistemdən kənarda heç bir inkişaf yoxdur. Materiyanın (bütövlükdə kainatın) inkişafı haqqında danışarkən sonsuz sayda inkişaf edən ayrı– ayrı konkret sistemlərin inkişafı nəzərdə tutulur. Hətta materiyanın, yaxud metaqalaktikanın hərəkət formalarının konkret sistem kimi elan edilməsi materiyanın sonsuz mütərəqqi inkişafı haqqında nəticə çıxarmağa kifayət qədər əsas vermir. Materiya yalnız öz sistemliyi ilə konkretdir.

İnkişaf müxtəlif planlı, müxtəlif səviyyəli və müxtəlif mər­hələlidir. Lakin, şübhəsiz, inkişafdan sistemin özünün yaranması mo­menti və tənəzzülü, ləğvi, mövcudluğunun sonu momentləri birdəfəlik çıxarılmalıdır. Bütöv üzvi sistemlərin yaranmasının, onla­rın başlanğıc formalarının inkişafla əlaqədar olmasına baxmayaraq, onları tam şəkildə inkişaf hesab etmək olmaz. İnkişafın başlanğıcını nəzərdə tutan yeni strukturun doğulması bir sıra elementlərin qarşılıqlı təsirini təmsil edir. Əmələgəlmək və bərqarar olmaq inkişafın pillələridir. İnkişaf hərəkətdən, dəyişmədən ayrılmazdır baxımından xarakterizə olunur. Lakin bu, ayrı– ayrı dəyişikliklər deyil, çoxsaylı, kompleks elementlərin tərkibində, strukturunda, yəni verilmiş maddi sistem çərçivəsində sistemli dəyişkənlikdir. Bu zaman sistemlərdə baş verən differensiasiya mühüm əhəmiyyət kəsb edir. Bunu da bir sıra alimlər ümumiyyətlə inkişaf şəraiti hesab edirlər. Dəyişikliklərin sistemli xarakteri keyfiyyətin dəyişilməsini ifadə edir. Ona görə də inkişafın tərifində keyfiyyət dəyişikliyi əlamətini xüsusi qeyd etmək lazımdır. Bununla yanaşı, təkcə keyfiyyət dəyişikliyini deyil, bir sıra belə dəyişikliklər cərgəsində bəzi əlaqələr kompleksi inkişafı səciyyələndirir. Bu mənada inkişaf sistemin keyfiyyət dəyişiklikləri əlaqəsidir. Bu əlaqə üçün səciyyəvi cəhət onun dönməzliyidir. Bu anlayışın əksi özünün əsas struk­turlarında əvvəlki vəziyyətə qayıdışla əlaqədardır. Qayıdışı «sırf» dairəvi hərəkət kimi, köhnəyə qayıdış kimi traktovka edən metafizikadan (metod kimi) fərqli olaraq, dialektika dövrü hərəkəti (yaxud dairəvi hərəkəti) qətiyyən qapalı xarakterə malik olmayan, buna görə də qayıdış imkanı kimi səciyyələndirir. Mütləq qayıdış olmadığı kimi, mütləq dönməzlik də yoxdur. Əgər funksiyalaşma və dövri hərəkət əsasən qayıdış meyillidirsə, inkişaf başlıca olaraq dönməz prosesdir. Dəyişikliklərin dönməzliyi əvvələr mövcud olmayan keyfiyətcə yeni imkanların əmələ gəlməsi kimi başa düşülür.
İnkişaf vəziyyətlərin əlaqəsinin xüsusi növüdür. Bu əlaqə özü də qaydasız deyildir: əgər ilkin dəyişikliklər səviyyəsində xaotiklik bütöv dəyişikliklər tərəfindən «aradan qaldırılarsa», bütöv sistem səviyyəsində bu dəyişikliklərə daxili əlaqələr xasdır. Bu səviy­yədə qaydasız dəyişikliklər ola bilər, ancaq onu inkişaf adlandırmaq olmaz. İnkişaf isə əslində sistem səviyyəsində keyfiyyət dəyişiklikləri arasında varisliyi göstərir. Başqa sözlə desək, burada inkişaf istiqa­mətlənmiş dəyişikliklərlə əlaqədardır. İstiqmətlənmə– inkişafın üçün­cü kriterial əlamətidir. Deməli, əsas üç əlaməti: 1) dəyişik­lik­lərin keyfiyyət xarakteri; 2) onların dönməzliyi və 3) istiqamətlənmə xarakterindən ibarətdir. Bu əlamətlərin üçü bir yerdə inkişafın müəyyənləşdirilməsi üçün vacibdir. Deməli, inkişaf– sistemin istiqamətlənmiş, dönməz keyfiyyət dəyişikliyidir.
Ümumiyyətlə, inkişaf obyektiv hadisəə olub, maddi və mənə­vi reallığın fenomenidir. O, müəyyən münasibətlərdə idrak sub­yektindən asılı deyildir. İnkişafın mürəkkəbliyi onun müxtəlif inter­pretasiyasını doğurmuşdur. Bəzi əsas inkişaf konsepsiyaları («dia­lek­tika modelləri») üzərində ətraflı dayanaq.
Fəlsəfi fikir tarixində klassik modellərindən birini XVIII– XIX əsr alman filosoflarının əsərlərində (Kant, Fixte, Şellinq, Hegel) görmək mümkündür. Bu, dialektikanın rasionalist, məntiqi– qnoseoloji modeli olmuşdur. Təbii elmlərin daxilində dialektika ideyalarının yetişməsi XIX əsrin birinci yarısında birdən– birə inkişafın bir neçə konsepsiyasının yaranması üçün əsas nəzəri prinsiplər doğurmuşdur. Bu konsepsiyalar dialektik– materialist, qradualist və naturalist (yaxud da «sayentist») konsepsiyalar idi. İnkişafın qradualist modelinin ən görkəmli nümayəndəsi XIX əsrin II yarısı və XX əsrin əvvəllərində Avropa fəlsəfəsinə böyük təsir göstərmiş ingilis filosofu Q.Spenser (1820– 1903) olmuşdur.
1852– ci ildə Q.Spenser «İnkişaf hipotezi» adlı məqalə ilə çıxış etdi. Bu məqalə sonralar onun ideyalarının inkişafı üçün əsas vermişdir. Onun ideyalarının mahiyyəti belə idi. Bizim təcrübədə heyvan və bitki növlərinin çevrilməsinin dəqiq sübutu yoxdur. La­kin növlərin yaradılması hipotezinin (maddi və yaxud ideal amillərin təsiri altında) xeyrinə faktlar da yoxdur. Ancaq növlərin çevriləsi hipotezi yaranma hipotezi ilə nisbətdə daha çox ağlabatan­dır. Çünki bitki və heyvanlarda daim dəyişikliklər müşahidə edil­mək­dədir. Məsələn, toxum tədricən ağaca çevrilir, burada moment yox, tədricilik vardır. Bu zaman toxum sanki öz mövcudluğunu saxlamışdı, lakin bizim qarşımızda artıq ağac durur. Növlərin ya­radılması hipotezi ilə inkişaf hipotezini müqayisə edərək Q.Spenser təbii seçmə haqqında Darvin nəzəriyyəsindən istifadə etmiş, onu yeni mülahizələrlə zənginləşdirmişdir. Q.Spenser bütün təbiətin ümumi, tədricən təkamülü haqqında müddəalarını elan etmiş və əsaslandırmışdır. Spenserin inkişaf konsepsiyasının traktovkasının tərkib hissəsi materiya hərəkətinin yüksək formalarının aşağı for­malara müncər edilməsi ideyasıdır. Məsələn, sosial hərəkətin bioloji hərəkətə, bioloji, fiziki və kimyəvi və s. hərəkətlərə keçid də bu qəbildəndir. Bundan başqa O, tarazlıq nəzəriyyəsini də bu baxım­dan təhlil etmişdir. Ümumi inkişafa baxışdan Q.Spenserin başlıca səhvləri: 1) təkamülün mütləq tədrici xarakteri və 2) maddi sistem­lərin inkişafının və dəyişməsinin xarici mənbəyi ilə əlaqədar olmuş­dur.
Müasir ədəbiyyatda onun əsas qüsurunu inkişafda sıçrayışın inkar edilməsində götürülür. Spenser konsepsiyasının nəzərə çatdır­dığımız qüsurları XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində inkişaf ideyasının digər müdafiəçilərində də müşahidə edilməkdədir. Lakin onların bəzilərində spesifik cəhətlər də özünü göstərmişdir. Məsələn, F.Le.Dintek (1869– 1917) əksliklərin mübarizəsini dünya­nın izahının aparıcı prinsiplərindən biri hesab etmişdir. Lakin hərəkətin mənbəyini O, xarici ziddiyyətlərdə görürdü.
İnkişafın qradualist traktovkası XX əsrin əvvəllərində ger­çək­liklə daha kəskin ziddiyyətlərə girmişdir. XIX əsrin sonunda fizi­kada elmi inqilab genişlənirdi. Rentgen şüası və radioaktivlik kəşf edilmişdi. Hərəkətin xarakterini anlamaq üçün kvant nəzəriyyəsinin əhəmiyyəti böyük idi. Biologiyada təbii mutagenez, sonra isə süni mutagenez kəşf edilmişdi. Kəşf çoxalırdı. Gerçəklik hələ vaxtilə Hegelin sürdüyü dialektik konsepsiyanın xeyrinə çox şey deyirdi.
Bu dövrdə Qərbi Avropa fəlsəfəsində daha bir yeni konsepsiya– «yaradıcı evolyusionizm», yaxud da «emercentizm» yaran­mışdı. Fəlsəfi ədəbiyyatda bu cərəyanın başlıca ideyaları aşağıdakı kimi verlmişdir. Birincisi, «yaradıcı evolyusiya» yeni keyfiyyətin əmələ gəlməsi aktının etiraf edilməsi əsasında qurulurdu; həmçinin «partlayışvari», sürətli sıçrayış qəbul edilirdi. İkincisi, yeni keyfiyyət müxtəlif cür adlanan və müxtəlif şəkildə şərh olunan daxili «yara­dıcılıq qüvvələrinin» nəticəsi kimi çıxış edir. Üçüncüsü, bir– birinə müncər olmayan yüksək pillələr başlanğıc keyfiyyətlərdən çıxış edi­lə­rək göstərilə bilərdi. Dördüncüsü, gerçəklikdəki yaradıcılıq evol­yusiyası sayəsində qəfil sıçrayışlar nəticəsində formalaşan təkamü­lün səviyyəsi sistemi yaranır.
Emercentizmin qısa mahiyyətinə gəldikdə isə, onun əsas cəhəti inkişafda sıçrayışları mütləqləşdirmək, özü də inteqrativ, partlayışabənzər sıçrayışları mütləqləşdirmək olmuşdur.
XX əsrin ikinci yarısında elmdə daha bir inkişaf konsepsiyası– «naturalist» konsepsiya geniş yayılmışdı. Bu təbii– elmi materialistlərin dialektikası idi. Kortəbii– dialektik inkişaf konsepsiyası haqqında az– çox düzgün təsəvvürü Ç.Darvinin evolyusio­nizmi yaradır. Darvin konsepsiyası, fəlsəfi inkişaf təlimlərindən çox, «təkamülün» xüsusi elmi anlayışına arxalanırdı. O, sosial inkişafın spesifikasını nəzərə almadığından fəlsəfi statusa malik ola bilməzdi. Bundan əlavə o, tədqiqatda universal metodoloji prinsip və anlayış­lardan, eləcə də məntiqi vasitələrdən istifadə etmirdi. İ.Diogen qeyd edirdi ki, Hegel Darvini tərifləyirdi, lakin Darvin təəssüf ki, Hegeli tanımırdı. Hegel inkişaf haqqında təlimi Darvinə nisbətən daha geniş ifadə etmişdir. Əlbəttə deyilənlər Darvin nəzəriyyəsinin dünyagörüşü əhəmiyyətini aşağı salmır.
XX əsrin kortəbii– dialektik inkişaf konsepsiyası təbiətşü­naslar arasında geniş yayılmışdı. c.X, L.Bertalanfi, Q.Müller, c.Sip­son, E.Mayr, A.Sent– Dyerdi və başqalarının əsərlərində hə­min konsepsiya öz əksini tapmışdır. Bu konsepsiyanın dinamiz­mində elm– dialektik inkişaf konsepsiyası ilə yaxınlaşmağa güclü meyl vardır.
Sayentist (naturalist) konsepsiyanın əksinə inkişafın antropo­loji modeli yayılmış­dır. Ona xas olan cəhətlərdən biri antisayentist istiqamətdir. Bu istiqamət isə o deməkdir ki, o ümumiyyətlə elmin rolunu, xüsusilə texnikanın istehsalın inkişafındakı əhəmiyyətini inkar edirdi. Həmin nəzəriyyənin tərəfdarları insanın mənəviyyatına rasionalist– neqativ təsirinə, təbiətin dialektikasına «həddən artıq istinad etdiklərinə» görə elmi kəskin tənqid edirdilər. Ekzisten­sializmin görkəmli nümayəndələrindən biri J.P.Sartr hesab edirdi ki, təbiət analitik əqlin» fəaliyyət sahəsidir, orada mexanistiklik fəaliyyət göstərir. Dialektika– insan ruhunun ümumiliyində, onun ziddiyyətli dinamizmindədir. Dialektik zərurət, məqsəd, seçmək, layihə, azadlıq, məsuliyyət kimi ekzistensial varlıq ölçüləri ilə əlaqədardır. Dialektika sintetikdir, təbiət analitik mahiyyətdədir. Təbiət hadisələri daxilən ziddiyyətli olmasına baxmayaraq, ona vəhdət kimi baxmaq olmaz. Dialektikanı insanların təbiətlə, eləcə də adamların bir– birinə münasibətində axtarmaq lazımdır.
İnkişafın tarazlıq– inteqrasiyasına gəldikdə isə, bu nəzəriyyə hələ XVII əsrdən cəmiyyəti izah etmək məqsədilə yaranmışdır. Onun başlıca ideyası cəmiyyət haqqında təsəvvürlərin bütün his­sələ­ri öz arasında tarazlaşdırılan bərabərtərəfli sistem haqqında təsəv­vür­lərin inkişaf etdirilməsi ilə əlaqədar idi. Əvvəlcə, cəmiyyət Nyu­to­nun üçüncü qanununa tabe olan fiziki tarazlıq sistemi ilə bəra­bərləşdirilirdi. Sonra fizikalist reduksionizm bioloji ilə (XIX əsrin ikinci yarısında) əvəz olundu və cəmiyyətə sabit tarazlığa malik, özü nizamlanan canlı orqanizm kimi baxmağa başladılar. Hazırda tarazlıq nəzəriyyəsinə kibernetikanın faktları və prinsipləri əlavə olunmuşdur. Tarazlıq nəzəriyyələrinin görkəmli nümayəndələri Q.Spenser, Le Dintek, L.F.Uord və başqaları olmuşdur. Son on illiklərdə Qərb ölkələrində bu nəzəriyyə sinfi dünyanın konsepsiyası formasında, o cümlədən struktur– funksional təhlil məktəblərinin prinsiplərində çıxış edir. Tarazlıq nəzəriyyəsinin əsas müddəalarına gəldikdə isə bunlardır:
1) tarazlıq mütləq mənada (o, sistemin yüksəkdə duran vəziyyətini əks etdirdiyinə görə) nisbi mübarizədir;
2) tarazlıq ziddiyyətlərdən mərhum edilmişdir; bu müsbət vəziyyət­dir; ziddiyyətlər və mübarizə neqativdir, sistem üçün zərərlidir;
3) tarazlığın pozulması xarici qüvvələrin (yaxud başlıca olaraq bu qüvvələrin) təsiri altında baş verir;
4) ziddiyyətlərin aradan qaldırıl­ması sistemin xarici mühitə uyğunlaşdırılması (yaxud da sistemin elementinin ona əks olanla uyğunlaşdırılması) sayəsində həyata keçirilir, bu isə, öz növbəsində ziddiyyətlərin «neytrallaşdırılmasını» və yeni tarazlığı təmin edir;
5) inkişaf– bu formula ilə gedir: ta­razlıq– qeyri–tarazlıq– tarazlıq.

Nəzərdən keçirilən konsepsiyada sistemin tarazlıq vəziyyəti­nin əhəmiyyəti mütləqləş­dirilir ki, bununla da tam şəkildə razılaş­maq olmaz. Əslində tarazlıq inkişaf edən sistemin təbiətdə zəruri momentdir. Həmin nəzəriyyənin əsas qüsuru tarazlıq vəziyyətinin ziddiyyətlərindən mərhum edilməsidir. İkincisi, onun ziddiyyət­ləri­nin ancaq neqativ kimi verilməsi də doğru deyildir. Məlum olduğu kimi, pozitiv konfliktlər də mövcuddur.
Müasir Qərb sosiologiyasında münaqişəni mütləqləşdirən münaqişə nəzəriyyəsi də mövcuddur. Bu nəzəriyyədə söhbət, hər şeydən əvvəl, nəsillərin, millətlərin, etnik, professional qrupların və b. münaqişəsindən gedir. Özü də həmin münaqişələr əbədi münaqi­şələr hesab olunur. Antaqonist cəmiyyətlərdəki sinfi münaqişələr ikinci dərəcəli sayılır. R.Darendorfa görə, münaqişələrin başlıca mənbəyi cəmiyyətdəki idarəçilik sistemindədir, maraqların toqquş­masını doğuran «hakimiyyət və avtoritet dialektikası» ilə əlaqə­dardır. Münaqişə– dönməz, qarşısıalınmaz prosesdir. O, bir sıra struktur şərtlərə görə möhkəmlənməyə imkan tapa bilir.
Münaqişənin «həlli» yeni münaqişələrin yaranması səbəbi olur. Müəllifə görə, «Bütün sosial həyat– bütövlükdə konfliktdir». Onun fikrincə, nəinki sosial həyatda, həmçinin həyatın olduğu hər yerdə münaqişələr mövcuddur. «Münaqişə» anlayışı getdikcə daha çox fəlsəfənin mərkəzi probleminə çevrilir. R.Darendorfa görə, münaqişə sistemin dəyişikliklərə olan tələbatını təmin etməkdən ötrü mövcuddur.
Bu konsepsiyanın digər nümuyəndəsi L.Kazer münaqişənin pozitiv funksiyalarını düzgün qiymətləndirmədiyinə görə R.Daren­dorfu tənqid etmişdir.
XX əsrin inkişaf konsepsiyaları içərisində ən geniş yayılmış nəzəriyyə dialektik materializm konsepsiyasıdır. Hələ XIX əsrin 40– cı illərində Marks və Engels tərəfindən əsası qoyulmuş bu konsepsiya 150 ildən çox özünə xeyli tərəfdar toplaya bilmişdir. Marksizm inkişaf nəzəriyyəsi obyektiv surətdə mövcud olan gerçəkliyə uyğun olaraq, inkişafı yeninin köhnəni əvəz etməsi kimi, köhnənin ölüb getməsi və yeninin meydana gəlməsi kimi başa düşür. Dəyişən şeylərin daxili ziddiyyətlərini aşkara çıxarır və inkişafın başlıca hərəkətverici qüvvəsini həmin ziddiyyətlərin genişlənməsində və həll olunmasında görür. V.İ.Lenin «Dialektika məsələsinə dair» məqa­ləsində 2 inkişaf nəzəriyyəsindən danışır. Lenin yazır: «İki əsas. inkişaf (təkamül) konsepsiyası bunlardır: inkişaf kiçilmə və böyümə kimi, təkrar kimi və inkişaf əksiliklərin vəhdəti kimi (vahidin haçalanıb bir– birini qarşılıqlı surətdə istina edən əksiliklərə ayrıl­ması və onların arasındakı qarşılıqlı münasibət). Hərəkətin birinci konsepsiyasında öz hərəkət, onun hərəkətverici qüvvəsi, onun mən­bəyi, onun motivi kölgədə qalır (ya da bu mənbə kənara çıxarılır)– allah, subyekt. ikinci konsepsiyada başlıca diqqət məhz «öz hərə­kətinin mənbəyini dərk etməyə verilir. Birinci konsepsiya ölüdür, miskindir, qurudur. İkincisi isə həyatidir. Ancaq ikincisi. «sıçrayış­lar» üçün, «tədriciliyin fasiləsi» üçün, «əkslikliyə çevrilmə» üçün, köhnənin məhv olması və yeninin meydana gəlməsi üçün yol açır. «Ən ümumi qanunların traktovkasında bir sıra aksentləri, xüsusilə «proletar partiyalılığı»nı və xüsusi mülkiyyətə neqativ münasibəti müşahidə etmək mümkündür. K.Marks belə hesab edirdi ki, burjua cəmiyyətinin əsasını təşkil edən xüsusi mülkiyyət ləğv edilməlidir. Həm «Kommunist Partiyasının Manifesti»ndə, həm də «Kapital»da bu fikirləri Engelslə birlikdə K.Marks müdafiə etmişdir. Bu nəticə dialektikanın qanunları, xüsusilə «inkarın inkarı qanunu» əsasında çıxarılmışdır.
Əlbəttə, K.Marksın irəli sürdüyü inkişaf nəzəriyyəsində müs­bət elementlər çoxdur. Lakin onun sonralar inkişaf etdirilən varian­tında neqativ cəhətlər də vardır. Nəticədə bu konsepsiya dialektika­nın siyasiləşdirilmiş (yaxud da ideolojiləşdirilmiş) modelinə çevril­miş­dir. Dialektikanın dialektik materializm çərçivəsində bu cür interpretasiyası ilə yanaşı digər modeli– humanist dialektik modeli də mümkündür. Burada materializm, humanistlik, dialektika prin­sipləri ziddiyyətsiz birləşə bilər və dialektika özü sinfilik, partiyalılıq deformasiyasından azad ola bilər, təbiətə, sosiuma və insanın mənəvi aləminə münasibətdə özünün bütün imkanlarını nümayiş etdirə bilər.
Beləliklə, inkişafın dialektik materialist konsepsiyasınında ən azı iki istiqamət aşkara çıxır. Onlardan ikincisi, gənc K.Marksın ideyalarına arxalanaraq rəsmi ehkamlar içərisində 10 illərlə özünün varlığını saxlayaraq tarixin sübut etdiyi kimi, daha realist olduğunu göstərmişdir. Son illərdə V.İ.Lenin və İ.V.Stalinin əməllərinə dair bir sıra əsərlərin nəşr olunması (həm xarici, eləcə də rus və Azərbaycan mətbuatında), dialektik materializmdə müxtəlif, siyasi planda bir– birinə zidd istiqamətlər, həqiqi dialektikanın nə olduğunun haqqında düzgün təsəvvür yarada bilmişdir.

Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri

Azərbaycan kinosu yarandığı gündən xalqımızın maariflənməsində, estetik zövqünün formalaşmasında, milli və vətənpərvərlik hissinin güclənməsində özünəməxsus rol oynayır, milli mənəvi dəyərlərimizi və adət-ənənələrimiz yaşadır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 31 yanvar tarixli Sərəncamına uyğun olaraq bu əlamətdar tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edilir.

120 yaşın mübarək!

Dünya kinosunun tarixi ilə üst-üstə düşən Azərbaycan kinosu da ilk vaxtlar səssiz və ağ-qara, sonradan isə rəngli və səsli formatda olub. Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. Həmin il “Şəhər bağında xalq gəzintisi”, “Bazar küçəsi sübhçağı”, “Qatarın dəmiryol stansiyasına daxil olması”, “Bibiheybətdə neft fontanı yanğını” və başqa filmlər çəkilib. 1900-cü ildə Parisdə keçirilən ümumdünya kino sərgisində “Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanıda neft fontanı” xronikaları nümayiş etdirilib.1935-ci ilədək Azərbaycanda səssiz filmlər çəkilsə də, onlar həm sənədli, həm də bədii film janrlarında olub.
Yazıçı İbrahim bəy Musabəyovun dövrün həyat hadisələrini və lövhələrini əks etdirən, melodram janrında olan “Neft və milyonlar səltənətində” povesti əsasında 1916-cı ildə Azərbaycanda ilk tammetrajlı bədii film çəkilib. Bununla da kino salnaməmizdə yeni səhifə açılıb – bədii film çəkilişinin əsası qoyulub.
Bu il 100 yaşını qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə əlaqədar 1919-cu ildə “Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə” adlı tammetrajlı sənədli film çəkilərək nümayiş etdirilib.
Azərbaycanda ilk səsli kinonun istehsalına 1935-ci ildə “Mavi dənizin sahilində” bədii filmi ilə başlanılıb. Səsli kinonun yaranması ilə sənədli kinomuzun da yaradıcılıq imkanları genişlənib. 1936-cı ildə görkəmli yazıçımız Y.V.Çəmənzəminlinin sovet kinosundan tərcümə etdiyi “Çapayev” filminin Azərbaycan dilində səsləndirilməsi ilə kino sənətimizdə dublyajın əsası qoyulub.

Bu kino ki var.

Bizi-bizdən alan və bizə qaytaran bu kino nə yaxşı ki, var. Yoxsa insan oğlu bu əlçatmaz, ünyetməz, gəzib dolaşmaqla sonuna varmağın mümkünsüz olduğu, özü boyda sirr-bilməcə dünyanı necə “görə” bilərdi. Yadımdadır, hər dəfə kəndə yeni film gətiriləndə havanın qaralmasını səbirsizliklə gözləyərdik. Kənd klubunda baxdığımız film həm də səhəri gün müzakirə edəcəyimiz əsas mövzulardan olardı. Bəzən seyr etdiyimiz filmin təsirindən günlərlə çıxa bilməzdik. Bir şey ki, bəşər övladında düzlüyü, paklığı, halallığı, nə olursa-olsun, sonda haqqın qələbə çalmasını aşılaya, onu kim sevməz ki.
Əqidəsi uğrunda dərisi soyulan Nəsimini, bir gün azad yaşamağı, qırx il boyunduruq altında sürünməkdən üstün tutan Babəki, elinin-obasının, torpağının yağmalanmaması, qardaş qırğınlarının dayandırılması naminə müqəddəs qopuza and verən Dədə Qorqudu, saflıqdan doğan sadəlövhlük rəmzi olan Cəbiş müəllimi və neçə-neçə belə dəyərləri bizə sevdirən, bizə aşılayan kino deyilmi.

Azərbaycan kinosu İkinci Dünya müharibəsi illərində

Müharibə illərində Sovet İttifaqında 3,5 milyon metr kinoplyonka çəkilib, 34 tammetrajlı, 67 qısametrajlı film, 24 cəbhə buraxılışı, “Söyuzkinojurnal”ın və “Novosti dnya” kinojurnallarının 465-dən artıq nömrəsi istehsal olunub. Bütün bu kinoxronikanın və filmlərin çəkilməsində Azərbaycan kinematoqrafçılarının da əməyi az olmayıb.
Ümumiyyətlə, Bakı Kinostudiyasının 40-dan çox yaradıcı əməkdaşı müharibədə iştirak edib, onlardan bir hissəsi müharibədən qayıdıb, öz sevimli peşələrini davam etdirib, bir çoxu həlak olub və ya itkin düşüb. Məsələn, Azərbaycanın ilk kinooperatoru Camal İsmixanov itkin düşüb. Görkəmli bəstəkar və ictimai xadim Müslüm Maqomayevin oğlu Məhəmməd Maqomayev müharibəyə qədər Bakı Kinostudiyasında rəssam işləyib. 1935-ci ildə “Abbasın bədbəxtliyi” – ilk animasiya filminin rəssamlarından olub. Məhəmməd Maqomayev ordu sıralarında Berlinə qədər gedib, II dərəcəli Vətən müharibəsi ordeninə layiq görülüb. O, 29 yaşında, Qələbəyə 10 gün qalmış ağır döyüşlərin birində yaralı yoldaşını xilas edərkən həlak olub.
Müharibə ərəfəsində və dövründə Bakı kinostudiyasında işləyənlərin sayı belə olub: 1940-cı ildə 360 nəfər, 1941-1942-ci illərdə 120 nəfər (o zaman kinostudiyada bir nəfər üç nəfərin yerinə işləyib), 1943-cü ildə 250 nəfər, 1944-cü ildə 300 nəfər.

136 ölkədə nümayiş, 86 dilə tərcümə və 5 milyard rubl qazanc

1945-ci ilin payızında ekranlara çıxan “Arşın mal alan” filmindən sonra Azərbaycan kinosunda musiqili komediya janrına meyil gücləndi. Filmin nümayişi əsl sənət bayramına çevrildi, adı Azərbaycan kino tarixinə qızıl həriflərlə yazıldı. Filmin yaradıcıları Üzeyir Hacıbəyli dühasının bəhrəsi olan bu parlaq əsərdəki bəşəri ideyanı, komediyanın melodiyalarının gözəlliyini və rəngarəngliyini tamaşaçılara çatdırmaq üçün əllərindən gələni etmişlər. Filmin ən böyük müvəffəqiyyəti onun elə ilk baxışda sevilən unudulmaz surətləridir. Film ekranlara çıxandan sonra iki il ərzində 5 milyard rubl qazanc əldə edilib. Bu filmin ekranlara çıxması heç də asan başa gəlməyib. Belə ki, “Arşın mal alan” Stalinin ən sevimli operettalarından olub. O, tamaşaya hələ 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə baxıb. O vaxt Əsgərin partiyalarını Bülbül oxuyurdu. Üzeyir bəyin xatirələrinə görə, filmə baxışdan sonra incəsənət xadimlərinin şərəfinə təmtəraqlı ziyafət verilib. Üzeyir bəy Stalinlə Molotovun arasında oturubmuş. İosif Vissarionoviç gözlənilmədən bəstəkara tərəf əyilir, arşın malçıdan mahnı oxuyur və deyir: “Mən hələ Tiflisdə yaşadığım illərdən bu əsərlə tanışam. Komediyanın ürəyəyatan mahnılarının bütün Gürcüstanın necə oxuduğunu xatırlayıram”.
Azərbaycan milli kinosunun ən uğurlu filmlərindən hesab olunan “Arşın mal alan” indiyədək 136 ölkədə nümayiş etdirilib və 86 dilə tərcümə olunub.
1956-cı ildə kinomuzda daha bir keyfiyyət dəyişikliyi baş verib – ilk rəngli bədii film olan “O olmasın, bu olsun” filmi çəkilib. Üzeyir Hacıbəylinin bu komediyasının ekranlaşdırılması da milli kinomuza şöhrət gətirib. Görəsən dünyanın elə bir filmi varmı ki, bu ekran əsəri kimi söz-söz, cümlə-cümlə yaddaşlara köçə, hər bir detalı ilə dillər əzbərinə çevrilə! “Film dünyanın 40-dan çox ölkəsində nümayiş etdirilib.

“Uzaq sahillərdə” doğma qəhrəmanlar və ya hamının içindəki “Mixaylo”

Ötən əsrin 50-ci illərinin əvvəllərində yazıçılar İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə” povesti az vaxt içərisində geniş oxucu kütləsinin rəğbətini qazanıb. Kitab əldən-ələ gəzərək xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində Vətəndən uzaqlarda, Adriatik dənizi sahillərində, Triyest şəhəri ətrafında beynəlmiləl partizan briqadasında kəşfiyyatçı kimi əfsanəvi igidlikləri barədə oxuculara geniş məlumat verir.
Gəncləri qəhrəmanlığa, Ana vətəni göz bəbəyi kimi qorumağa, sevməyə çağıran bu sənət əsri 1958-ci ildə ekranlara buraxılandan sonra Azərbaycan kinosunda əsl hadisəyə çevrilib.
Faşistlərin canını lərzəyə salan həmyerlimiz “Mixaylo”nun partizan dostu Veselinlə birgə ən çətin əməliyyatları yerinə yetirməsini tamaşaçılar dərin həyəcanla, göz qırpmadan izləyirlər. “Uzaq sahillərdə” xalımızın sonralar qarşılaşacağı Qarabağ müharibəsi üçün qəhrəmanlar yetişdirən əsl məktəb oldu.

Azərbaycan kinosunun intibah dövrü

1970-1980-ci illərin birinci yarısında Azərbaycan kinosu intibah dövrünü yaşayıb. Kinematoqrafçıların yaratdıqları filmlər milli mənəvi dəyərlərin təbliğində, milli şüurun formalaşmasında və gənc nəslin tərbiyəsində mühüm rol oynayıb. Bu illər ərzində kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən, aktual mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq, mədəniyyətimizin qızıl fonduna daxil olan filmlər yaradılıb. Ümumilikdə, 110 bədii, 500 sənədli və elmi-kütləvi, eləcə də 44 cizgi filmi istehsal olunub. “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Şərikli çörək”, “Dərviş Parisi partladır”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami” və digər bədii filmlər o illərdə çəkilib. Məzmun və janr baxımından sənətə yenilik gətirən bu filmlər kinonu xalqa daha da yaxınlaşdırıb. Azərbaycan kinosunda müxtəlif peşə və sənət sahiblərinin həyatından bəhs edən, tarixi yaddaşı özünə qaytaran filmlərin çox olması ekran sənətimizin mövzu əlvanlığının göstəricisidir. Bədii kinomuzun janr müxtəlifliyi filmlərin hərbi, tarixi-qəhrəmanlıq, musiqili komediya, detektiv, macəra, psixoloji, qrotesk, sosial pamflet, nağıl və başqa janrlarda özünü təcəssüm etdirib.

Azərbaycan kinosunun inkişafına göstərilən dövlət qayğısı

Müstəqillik illərində milli kinomuza xüsusi diqqət yönəldilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərində məhv olmaq təhlükəsi ilə qarşılaşan incəsənətin bu vacib sahəsi 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. 1998-ci il avqustun 19-da qəbul edilmiş “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müasir müstəqil respublikada dövlət kinematoqrafiyasının hüquqi bazası formalaşdırıldı. 1996-cı ildə isə Azərbaycan Dövlət Film Fondunun yaradılması ilə filmlərin qorunması təmin edildi.
Hər il avqustun 2-si Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramı qeyd edilir. Bu bayramı kino işçilərinə, kinosevərlərə, bütün xalqımıza Ulu Öndər bəxş edib. Ümummilli Liderin 2000-ci il dekabrın 18-də imzaladığı müvafiq Sərəncam Azərbaycan kino tarixinə qızıl hərflərlə həkk olunub.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə milli kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir. Dövlətimizin başçısının “Azərbaycan kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral və “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2008-ci il 4 avqust tarixli sərəncamları tarixi əhəmiyyətli sənədlərdir. Beləliklə, ölkəmizdə kinostudiyaların maddi-texniki bazaları gücləndirilib, yeni filmlər çəkilib, kino sənətimiz inkişafın müasir mərhələsinə qədəm qoyub.

Son illər 50-dən çox beynəlxalq festivalda iştirak edən filmlərimiz

İyirmi beş ildən çoxdur ki, Azərbaycan kinosu müstəqillik dövrünün əsərlərini yaradır, heç bir senzura olmadan həyat həqiqətlərini ekrana gətirməyə səy göstərir. Bu müddətdə Azərbaycanda 60 bədii film çəkilib. Bunlardan 40-ı “Azərbaycanfilm”in məhsuludur. Həmin filmlərin əksəriyyətində kinematoqrafçılar kinonu real həyata daha da yaxınlaşdırıb, uydurma qəhrəmanlar real – yaxşı və pis, müsbət və mənfi, güclü və zəif xüsusiyyətlərə malik, düzgün və yanlış addımlar atan insanlarla əvəz olunub: “Gecə qatarında qətl”, “Qətl günü”, “Qəzəlxan”, “Qətldən 7 gün sonra”, “Fəryad”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və s.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Qarabağ mövzusunda filmlər çəkilib. Onlardan biri də “Fəryad”dır. İki sənədli film – “Müharibə uşaqları” və “Biz qayıdacağıq” kinolentləri Xocalı soyqırımına həsr olunub. “Dolu”, “Mübarizlik zirvəsi” və bu kimi digər filmlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolu əvəzolunmazdır. “Nabat” filmi Qarabağ həqiqətlərinin dünyaya çatdırılması baxımından dəyərli ekran əsəridir.
“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan aktual mövzulu filmlər son illər 50-dən çox beynəlxalq film festivalında iştirak edərək Azərbaycan gerçəkliklərini dünyanın kino auditoriyasına çatdırıb və nüfuzlu mükafatlara layiq görülüb. Kinostudiyanın direktoru Müşfiq Hətəmov deyib: “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” bir sıra vacib layihələrin həyata keçirilməsinə zəmin yaratdı. Mədəniyyət Nazirliyinin dəstəyi ilə sistemli şəkildə islahatlar aparılır. Eyni zamanda, Azərbaycan kino sənayesinin uğurlu inkişafı üçün hüquqi tənzimləyici sistem dövrün tələblərinə müvafiq olaraq təkmilləşdirilməlidir. Bu məqsədlə “Kinematoqrafiya haqqında” yeni qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim etmişik. Son illər 70-dən çox festivalda iştirak etməyin, 58 ölkədə nümayiş olunmağın uğuru ilə razılaşmırıq, daha böyük layihələr həyata keçirməyi düşünürük”.
Bütün bu sadaladığımız faktlar bir daha göstərir ki, Azərbaycan kinosu 120 illik tarixi dövr ərzində əldə etmiş olduğu nailiyyətləri növbəti onilliklərdə daha da artıraraq, ölkəmizin daha geniş coğrafiyada tanınmasına, Qarabağ həqiqətlərinin bəşəriyyətə çatdırılmasına öz töhfəsini verəcək.

Abdulla Suvar
AZƏRTAC-ın müxbiri

Bizi sosial şəbəkələrdə izləyin

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.