Press "Enter" to skip to content

Manilik sözü azərbaycan dilində

Hələ cavanlığında Şərqi İran və Hindistanda olmuş Mani brahmanizm, buddizm, Orta Asiyanın şaman ayinləri ilə tanış olaraq, tərkibində xristianlığın, buddizmin, brahmənizmin, zərdüştiliyin, Ön Asiya qnostisizminin elementləri olan çox sinkretik təlimin əsasını qoymuşdu.

Manilik haqda

Manilik xristiyanlıqla islam dininin zühur etdiyi dövrlər arasın- dakı zaman kəsiyində meydana çıxmışdır və qısa müddət ərzində güclü şəkildə yayılmış, sıralarına imanlı davamçılar əlavə edə bil- mişdir. Bu din Buddizmlə Sabiliyin təlimlərini və düşüncə tərzini nəzərə almaqla Zərdüştlük ilə Xristiyanlığın qarışığından əmələ gələn dindir. Bu dinin irfani və insani prinsipləri onun güclü şəkildə yayıl- ması üçün münbit şərait yaratdı, şərqdə Çinə və qərbdə mərkəzi Av- ropaya qədər genişlənmişdi. İran və Roma dövlətlərinin şahları Mani- lərlə düşmənçiliyə başladılar və onları dəstə-dəstə qətliam etdilər. Sonda Avropanın dini təftiş məhkəməsi (İnkivizasiya) 13-cü əsrdə Manilərin sonuncu dəstəsini də yer üzərindən sildi.

1. Maninin həyatı

Mani 216-cı ildə Babilistanda iranlı ailəsində dünyaya gəldi. Atasının adı Patek idi və o Həmədandan Babilistana köçmüşdür. O Sabi dininin davamçılarından idi.
Mani 228-ci ildə peyğəmbərlik iddiasını irəli sürdü və öz dinini təbliğ etmək məqsədilə müxtəlif ölkələrə səfər etdi. O, 243-cü ildə Birinci Şapurun tacqoyma mərasimində onun yanına gəldi və onu öz dininə dəvət etdi. Birinci Şapur onun bu dəvətini qəbul etdi. Mani Sa- sani Pəhləvi dilində bir kitab qələmə aldı və adınl Şapurqan qoydu. O, öz dinini təbliğ etmək məqsədilə orta Asiyaya da səfər etdi və iyirmi ildən sonra Birinci Bəhram şahın zamanında İrana qayıtdı. Bu şah Mani ilə düşmənçilik apardı və 274-cü ildə onu qətlə yetirdi.
Maninin davamçıları onun qətlə yetirilməsindən sonra Manəvi- lik dinini yaymağa başladılar və Avropanın bəzi bölgələrinə, Çinə qədər genişləndirə bildilər. Manəvilərin əksəriyyəti orta Asiyada məskunlaşmışdılar. Bu din Zərdüştlük və Xristiyanlıq dinlərinin təz- yiqi nəticəsində zəiflədi və daha sonra İslam dininin genişlənməsin- dən sonra demək olar ki məhv oldu. Manilərin qalıqları bir neçə əsr Bosniya-Hersoqovinada qaldılar və sonda təmamilə tarix səhifələrin- dən silindilər. İslam dininin yayıldığı ilk illərdə İranın milli hərəkat- larının bəziləri manəvilikdən ilham almışdır. Bunu da qeyd etmək la- zımdır ki, İslam dininin ilk illərində zındıqların bəziləri Manilik di- ninin davamçıları idilər.

2. Maniliyin mənbələri

  1. Şapurqan: Bu kitab Pəhləvi dilində qələmə alınmışdır və həmin kitabın qalıqları Turfan şəhərində aşkar edilmişdir.
  2. Əngeliyun (İncil): Bu kitab rəsm əsərlərindən ibarətdir və böyük ehtimala əsasən “Ərjəng” elə bu əsərdir.
  3. Həyatın xəzinəsi: Dini hökümlərdən təşkil edilmişdir.
  4. Pəraqəmatya
  5. Sirlər kitabı
  6. Divlər (Şeytanlar) kitabı

3. Təlimləri və əsas prinsipləri

  1. Feristeqan yaxud ferişteqan: On iki nəfərdirlər və onlar Maninin canişinləri hesab edilridilər.
  2. İspasaqan yaxud Yepiskoplar: Yetmiş iki nəfər idilər
  3. Mehişteqan yaxud Keşişlər: Üç yüz altmış nəfər idilər
  4. Vizideqan yaxud Qozideqan (Seçilmişlər): Bu təbəqəyə aid insanların sayı çox idi və onlar Manəviliyi yaymaqla məşğul olurdula.
  5. Nəğuşakan yaxud Niyuşəndeqan: Bu təbəqəyə Manəviliyin davamçılarının əksəriyyəti daxil idi və onların sayı bütün başqa təbəqələrdən daha çox
  1. Ağız möhürü (Pis sözlərdən və danışıqlardan uzaqlaşmaq)
  2. Əl möhürü (Pis əməllərdən uzaqlaşmaq)
  3. Ürək möhürü (Pis və səhv təsəvvürlərdən uzaqlaşmaq)

Müəllif: Hüseyn Tövfiqi
Mənbə: “Böyük dinlərlə tanışlıq” kitabı, 2013
ISBN 978-9952-20-080-5

manilik sözü azərbaycan dilində

Sözün tezliyi – sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.

2007 •••••••••••••••••••• 0.21
2010 ••••••••• 0.09

manilik sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

Zərdüştiliyin, budizmin, xristianlığın, qnostisiz-min və digər təlimlərin təsiri altında yaranmış dini-fəlsəfi təlim.

Oxşar sözlər

#manilik nədir? #manilik sözünün mənası #manilik nə deməkdir? #manilik sözünün izahı #manilik sözünün yazılışı #manilik necə yazılır? #manilik sözünün düzgün yazılışı #manilik leksik mənası #manilik sözünün sinonimi #manilik sözünün yaxın mənalı sözlər #manilik sözünün əks mənası #manilik sözünün etimologiyası #manilik sözünün orfoqrafiyası #manilik rusca #manilik inglisça #manilik fransızca #manilik sözünün istifadəsi #sözlük

Obastan-ın layihəsi
Sözlük © 2020

Haqqinda.az

Maniçilik – Erkən Orta əsrlərdə İran, Orta Asiya, Əfqanıstan və qismən də Azərbaycanda yayılmış içtimai-sosial hərəkat.

Maniçiliyin banisi Mani (216 – 274 və ya 276) Şərq ölkələrində rəssam kimi məşhur oluş və Mani Nəqqaş adı ilə tanınmışdır. Manilik təlimi Sasanilərin hakimiyyətinin ilk dövründə İranda, Orta Asiyada və digər ölkələrdə Atəşpərəstlik dininə qarşı çevrilmiş geniş dini hərəkat idi.

Hələ cavanlığında Şərqi İran və Hindistanda olmuş Mani brahmanizm, buddizm, Orta Asiyanın şaman ayinləri ilə tanış olaraq, tərkibində xristianlığın, buddizmin, brahmənizmin, zərdüştiliyin, Ön Asiya qnostisizminin elementləri olan çox sinkretik təlimin əsasını qoymuşdu.

Maninin təlimində bütün dinlərin vahid bir dinlə əvəz edilməsi meyli var idi. 243-cü ildə Şahənşah I Şapur tərəfindən qəbul edilən Mani özünün “Şapurakan” (“Şapurun kitabı”) əsərini ona təqdim etdi.

Manilik dini təlimində qədim yunan fəlsəfəsinin, eyni zamanda Babilistanın qədim dini əqidələrinin də təsiri görünür. Mani təlimi tərəfdarları xalqı hakim təbəqənin dəbdəbəsinə və zənginliyinə qarşı çıxış etçəklə bərabər, eyni zamanda zahidliyə, nigahsızlığa və fəal həyata da dəvət edirdilər. Hakim təbəqənin nümayəndələri tərəfindən Mani təliinin amansız surətdə təqib edilməsinə baxmayaraq bu dini cərəyan sürətlə, xüsusən şəhər əhalisi arasında geniş yayılırdı.

Manilik yeni bir dini cərəyan kimi meydana gəldikdə bir sıra xalqlar tərəfindən rəğbətlə qarşılanmışdır. Lakn maniliyin bütün dinlərdən iqtibaslar etməsinə baxmayaraq, onun tərəfindən yaranmış dini anlayış heç də özündən əvvəlki dini ayinlərin təkrarı deyil, əsas baş xətti və ideologiyası şəxsən Maninin özü tərəfindən yaradılmışdı.

Maniliyin əsasını iki qüvvə: xeyir-şər və yaxud nur zülmət təşkil edirdi. Maniçilərə görə həqiqətdə iki böyük nur və zülmət tanrıları mövcuddur.

Mani tərəfindən yaradılan yeni din yüksək zümrələrin ağalığına, dünyəvi və dini başçıların istismarına qarşı xalq kütlələrinin etirazını əks etdirirdi. Möhkəm və nizamlı təşkilatı olan maniçilik kilsəsinin ayrı-ayrı ölkələrdə çoxlu təbliğatçısı – missioneri var idi. Maniçilər tərki-dünyalığı və nikahsızlığı təbliğ edirdilər. I Bəhramın dövründə (273-276) maniçilərin təqibi başlandı. Mani təlimi bir çox dini cərəyanlara, o cümlədən V-VI əsrlərdə yayılmış məzdəkilər hərəkatına, daha sonralar X əsrdə Bolqarıstanda meydana çıxmış, Kiçik Asiya və Balkanlarda yayılmış xristian bidətçiləri -boqomillərə, XII-XIII əsrlərdə Fransanın cənubunda meydana çıxmış albiqoylulara, həmçinin pavlikianlara güclü təsir etdi.

Bu hərəkat və məzhəblər ümumi təmayüllərinə görə seçilirdilər: kilsə ayinlərinin sadələşdirilməsi, bərabərliyin təlqin edilməsi və bunun nəticəsi olaraq istismara və feodal torpaq sahibliyinə qarşı mübarizə.

Tarix: 05.03.2013 / 13:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 845 Bölmə: Dunya ve tarixi

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.