Press "Enter" to skip to content

Azərbaycanda əfv edilən məhbusların sayı açıqlanıb

Üzv dövlətlər arasında ən yüksək artım Türkiyədə qeydə alınıb. 2010-2021-ci illər ərzində adambaşına düşən məhbus sayına görə Türkiyədə 89 faiz artım qeydə alınıb. Bunun səbəbi təbii ki, 2016-cı ildə dövlət çevriişinə cəhd edən FETO terror təşkilatının üzvlərinin və PKK-çıların kütləvi şəkildə həbsi olub.

AZƏRBAYCANDA HƏBSXANALAR VƏ MƏHKUMLAR. – Avropa Şurasının hesabatı açıqlanıb

Avropa Şurası 2021-ci il üçün “həbsxanalar və məhkumlar” adlı yeni hesabatını açıqlayıb. Avropa Şurasına üzv olan 46 ölkədəki həbsxanalar, məhbusların yaşı, cinsiyyəti, törətdikləri cinayət, yaş aralığı və sairlə bağlı məlumatların yer aldığı hesabatda Azərbaycan haqdada qeyd olunub.

Hesabatda bildirilir ki, hazırda Azərbaycanda 21 min 813 nəfər məhbusluq həyatı yaşayır. Azərbaycan məhbusların sayına görə Avropa Şurasına üzv olan 46 ölkə arasında 11-ci sırada qərarlaşıb.

Qeyd edək ki, məhbus sayına görə Rusiya birinci (447 312 nəfər), Türkiyə ikinci ( 268 672 nəfər), Polşa isə üçüncü (62 126 nəfər) sıradadır. Qonşu Gürcüstanda 9332 məhbus var.

Azərbaycanda hər 10 min nəfərə 215 məhbus düşür. Azərbaycan adambaşına düşən məhbus sayına görə Türkiyə, Rusiya və Gürcüstandan sonra 4-cü yeri tutur.

Məlumatda qeyd olunur ki, son 10 il ərzində Azərbaycanda məhbusların sayı 15,3 faiz, 2020-ci illə müqayisədə isə 3,3 faiz azalıb.

Üzv dövlətlər arasında ən yüksək artım Türkiyədə qeydə alınıb. 2010-2021-ci illər ərzində adambaşına düşən məhbus sayına görə Türkiyədə 89 faiz artım qeydə alınıb. Bunun səbəbi təbii ki, 2016-cı ildə dövlət çevriişinə cəhd edən FETO terror təşkilatının üzvlərinin və PKK-çıların kütləvi şəkildə həbsi olub.

Azərbaycan həbsxana sıxlığına görə Avropda 20-ci sıradadır. Azərbaycan həbsxanalarında ümumilikdə 25 501 məhbus üçün yer var. Onlardan 20840-ı həbsxanada cəza çəkənlər üçün, 4 461-i təcridxana yeri, 200-i isə 18 yaşdan aşağı yeniyetmələrin saxlanıldıqları düşərgələrdir.

Hazırda ölkə həbsxanalarında 85,5 faiz sıxlıq müşahidə olunur. Məlumat üçün qeyd edək ki, həbsxana tutumuna görə Rusiya birinci (714 253 yer), Ukrayna ikinci (111 861 yer), İngiltərə üçüncü (81 000 yer) sıradadır.

Hesabatda yer alan xəbərə görə məhkumlardan 21 224-ü kişi, 589-u isə qadındır. Onlardan 482-si xarici ölkə vətəndaşıdır. Qadın məhbusların sayına görə Azərbaycan Avropa ölkələri arasında 16-cı sıradadır. Məlumat üçün qeyd edək ki, ən çox qadın məhbus Rusiya (39 377) və Türkiyədədir (10 787).

2021-ci ildə Azərbaycanda 2371 ağır və xüsusilə ağır cinayətin, 256 zorlama, 827 sağlamlığa zərər vurma, 1982 oğurluq, 5266 narkotik vasitələrin satışı, 1437 yol qəzası, 492 oğurluğa cəhd cinayətinin, 4457 digər cinayət hadisəsinin baş verdiyi bildirilir.

Onlardan 1931-i 1 ildən- 3 ilə qədər, 7521-i 3 ildən-5 ilə qədər, 5041-i 5 ildən-10 ilə qədər, 2280-i 10 ildən-20 ilə qədər, 287 nəfər isə ömürlük həbs cəzası alıb. Məlumat üçün qeyd edək ki, Türkiyə ömürlük məhbusların sayına görə siyahıda birinci sıradadır (9 147 nəfər) .

Hesabatda Azərbaycandakı məhkumların yaş keteqoriyasıyla bağlı ətraflı məlumat verilməsə də qeyd olunur ki, 50-60 yaş aralığında olan məhbusların sayı 2229 nəfərdir. Yaşı 60 və daha yuxarı olan məhbusların sayı isə 458-dir.

Hesabatda həbsxanalarda baş verən ölüm statistikasıyla bağlı qeyd olunub ki, 2020-ci ildə Azərbaycan həbsxanalarında 100 məhbus vəfat edib. Ölənlərin 4-nün intihar etdiyi, 96-sının isə digər səbəblərdən vəfat etdiyi bildirilir.

Məlumat üçün qeyd edək ki, ən yüksək ölüm göstəricisi Rusiyada qeydə alınıb. Belə ki, Rusiya həbsxanalarında 2020-ci ildə 2400 məhbus vəfat edib.

Açıqlamada qeyd olunub ki, Azərbaycanda həbsxanaların və məhbusların saxlanması üçün ümumilikdə 63 milyon 78 min 807 avro vəsait xərclənilib. Azərbaycanda bir məhbusa gündəlik 8,08 avro xərcləndiyi bildirilir. Qeyd edək ki, ortalama olaraq qonşu Gürcüstanda məhbuslara 10,35 avro xərclənib.

Məhbusların saxlanılması üçün ən yüksək vəsait isə San Marinoda qeydə alınıb. San Marinoda bir məhkum üçün gündəlik 2030 avro xərcləndiyi qeyd olunub.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Şərhlər

t.ədalət 2022-04-05 22:51:16

Azərbaycanda həbs olunanların yarıdan çoxu şərrəmə ilə icra olunur.Azərbaycan yeüganbə ölkədir ki,cinayət işlərinin istintaqına nəzarət olunmur.Cinayət işləri təsdiqini tapmasa da prokuyrorluq orqanları münasibət bildirmir.

Azərbaycanda əfv edilən məhbusların sayı açıqlanıb

Bakı. 22 noyabr. REPORT.AZ/ “Ötən dövrdə möhtərəm Prezidentin imzaladığı sərəncamlarla 3800-dən çox şəxs əfv olunub, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş 4 amnistiya aktı 40 mindən çox şəxsi əhatə edib”. “Report” xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı günü münasibəti ilə “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində qeyd olunub. “Həmçinin dövlət başçısının təşəbbüsü ilə cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması yüzlərlə məhkumun cəzalardan azad olunmasına səbəb olub”, – deyə nazir yazıb. O bildirib ki, cəza icra siyasətində mühüm institutlardan olan məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması ilə bağlı nazirlikdə yaradılmış xüsusi komissiya tərəfindən 8.700-dən çox məhkum vaxtından əvvəl şərti azad olunmağa və ya daha yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib, məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 97%-i müsbət həll edilib.

Azərbaycanda qadın məhbusların sayı AÇIQLANDI

Azərbaycanda cəzaçəkmə müəssisələrində cəza çəkən qadın məhbusların və yetkinlik yaşına çatmayan məhkumların sayı açıqlanıb.

Sonxeber.az xəbər verir ki, Ədliyyə Nazirliyi tərəfindən qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni inşa edilən penitensiar müəssisəsinə təşkil olunan mediatur zamanı bildirilib ki, 4 saylı cəzaçəkmə müəssisəsində ümumilikdə 426 qadın, yetkinlik yaşına çatmayanların Tərbiyə Müəssisində isə 21 nəfər cəza çəkir.

Sosial Baxılıb: 3348 Tarix: 15 aprel 2022

Şikayətiniz varsa Whatsapp: 051 7028255

DİGƏR MARAQLI XƏBƏRLƏR

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, “hicama”, “hacamat” kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. -ın verdiyi xəbərə görə, bu barədə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu izləyicilərini məlumatlandırıb. Hicama faydaları çox ols

“Özümü həmişə müharibə meydanında televiziya müxbiri kimi xəyal edirdim” – Sülhiyyə Şirinova ilə MÜSAHİBƏ

Tanınmış jurnalist, hazırda özəl banklardan birində mətbuat katibi kimi çalışan Sülhiyyə Şirinova saytının qonağı olub. Onunla səmimi müsahibəni oxuculara təqdim edirik:. – Özünüzü necə təqdim edərdiz?. – İnsanı tanıdan xarakteri, peşəsi, təhsili, məsələlərə baxışları, yanaşmalarıdır. Yaxınlıq məsafəsin

Məktəbli uşaqlara oruc tutmaq məsləhət deyil

“Oruc tutan zaman uzun müddət ac qalıb, axşam çox qidalandıqda həzm sistemi narahat olur. Bu zaman köp, epiqastral ağrılar yaranır”. xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-terapevti Jalə İbrahimova deyib. Onun sözlərinə görə, bu səbəbdən yatmazdan iki saat əvvəl qida qəbulunu dayandırma

Hitlerin, Stalinin, Hüsnü Mübarəkin maşınlarını Bakıda saxlayan kimdir? – VİDEO

Azad bəyin retro avtomobil kolleksiyasında çox qiymətli avtomobillər var. 1931-ci ilin “Ford”u, İkinci Dünya müharibəsindən sağ-salamat çıxan “İvan Vilis”, Hüsnü Mübarəkin qarajından Novxanıya gətirilən “Mercedes”, dünyada cəmi 6 ədəd qalan “Şteyr” və digər bi

“Keçmişimlə fəxr edirəm, gecə klubundan meyitim çıxmayıb ki…” – Nazilə Səfərli

“Mən indi də xadiməyəm, vəzifəm armayıb ki. Tibb Texnikumunu bitirmişəm, kurs keçməliydim və ona görə də xəstəxanada işləmişəm. Burda ayıb nə var ki. Mənim Fatiməylə olan problemimi o bilər, mən bilərəm. Fatimənin dərdi mama-ginekoloqlara qalıb? Mən utanmıram, əlimin zəhmətiylə qazanmışam. Demirlə

Uşaq niyə danışmır: Körpə hansı yaşda neçə söz bilməlidir?

Son zamanlar uşaqlarda gec dil açma, nitq ləngiməsi problemi, 3-4 yaşına çatmış körpələrin danışmaqda tənbəllik etməsi valideynlərin qorxulu kabusuna çevrilib. Bir çoxları deyir ki, indiki dövrdə uşaqlar gec dil açır, bu normaldır. Bəziləri isə uşağın ən geci 4 yaşında danışmağa başlayacağını gözləyir

Qarabağ atı bu qiymətə satıldı

İlk dəfə satışa çıxarılan “Sahil” adlı Qarabağ cinsli at 5500 manata satılıb. Trend-ə istinadən bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin Heyvan Nümayiş Mərkəzində keçirilən hərracda Qarabağ cinsindən olan “Sahil” adlı ata ilk olaraq 500 manat qiymət qoyulub. Hərracda iştirak edə

Efir olub “bazar”, “min bir xırdavat”, kimdə nə yoxdur, çıxıb ondan danışır.

Sizə nədən deyim, nədən danışım? Gözəl televerilişlərimizdən. Bizim efirləri, demək olar ki, izləmirəm. Lakin sağ olsun evimizin ağbirçəkləri, bəzən onlara görə məcbur qalıb izləməli oluram. Təəssüf ki, efir olub “bazar”. Kimdə nə yoxdur, çıxıb ondan danışır. Ay qurban olum, hamı olub namuslu

AMEA-nın aparat rəhbəri işdən çıxdı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Aparatının rəhbəri Seyfəl Həsənov işdən çıxıb. Bu barədə -a Akademiyadan məlumat verilib. Qeyd olunub ki, S.Həsənov səhhətindəki problemlərlə bağlı işdən ayrılmaq üçün müraciət edib və müraciəti qəbul edilib. Həmçinin bildirilib ki, hazırd

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.