Press "Enter" to skip to content

Azrbaycanda müasir iqlim dyişmlri v onun proqnozlaşdırılması

Onun sözlərinə görə, Azərbaycan ərazisinin 65 faizi subtropik, 32 faizi mülayim, 3 faizi isə soyuq iqlim qurşağına aiddir.

“Azərbaycanda 9 iqlim qurşağı yoxdur” – İllərdir səhv bilirdik

Bəzi mənbələrdə Azərbaycanda 9 iqlim qurşağının olduğu yazılır. Amma əslində, Azərbaycan ərazisi 3 iqlim qurşağında yerləşir.

Day.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazisinin 65 faizi subtropik, 32 faizi mülayim, 3 faizi isə soyuq iqlim qurşağına aiddir.

M.Həsənov qeyd edib ki, Azərbaycandakı 3 iqlim qurşağının daxilində 8 iqlim tipi var. Bunlar yarımsəhra və quru çöl iqlimi, qışı quraq keçən mülayim-isti iqlim, yayı quraq keçən mülayim-isti iqlim, qışı quraq keçən soyuq iqlim, yayı quraq keçən soyuq iqlim, yağıntısı bərabər paylanan mülayim-isti iqlim, bütün fəsillərdə bol yağıntılı soyuq iqlim və dağlıq tundra iqlimidir.

Alim qeyd edib ki, bəzən mövcud iqlim qurşağının sayı ilə yanaşı, iqlim tiplərinin sayı barədə də səhv fikirlər yazılır: “Əslində ölkəmizdəki yarımsəhra və quru çöl iqlim tipi iki yerə (qışı soyuq, yayı isti, quraq keçən yarımsəhra və quru çöl və qışı mülayim, yayı isti, quraq keçən yarımsıhra və quru çöl) bölünür. Onların hər biri ayrıca iqlim tipi kimi qəbul edilir və beləliklə də yanlış olaraq, ölkəmizdə 9 iqlim tipinin olduğunu söyləyirlər”.

Azrbaycanda müasir iqlim dyişmlri v onun proqnozlaşdırılması

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirilib.

İnstitutdan TED.az -a bildirilib ki, şöbənin əməkdaşı Orxan Mehdiyev “Superkompüterlər: iqlim dəyişikliklərinin proqnozlaşdırılması” mövzusunda məruzə ilə çıxış edib. O, rəqəmsal transformasiyanın real vaxt rejimində məlumatların toplanması və təhlili texnologiyaları, əşyaların interneti, kiberfiziki sistemlər, süni intellekt, bulud hesablamaları, eləcə də superhesablamalar məlumatlarının yaradılması, saxlanması, ötürülməsi və emalı sahəsində inqilab etdiyini diqqətə çatdırıb.

Məruzəçi bildirib ki, Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, son 50 ildə hava ilə bağlı təbii fəlakətlər 5 dəfə artıb. Ümumilikdə, 2020-ci il hava ilə bağlı 5-ci ən pis təbii fəlakət ili olub, qlobal temperatur baxımından həm quruda, həm də okeanda 1880-ci ildən bəri ən isti ikinci il kimi yadda qalıb.

Tədqiqatçı məlumatların assimilyasiyası modelindən və məlumatın əlçatmaz olması problemlərindən də bəhs edib.

Sonda O.Mehdiyev superkompüterlərin hesablama gücü və yüksəkkeyfiyyətli müşahidələr hava və iqlim modellərinin təkmilləşdirilməsinə, məkan-zaman ayırdetmə qabiliyyətinin yaxşılaşdırılmasına, fiziki proseslərin daha yaxşı təqdimi və məlumatların mənimsənilməsi metodlarının təkmilləşdirilməsinə kömək etdiyini vurğulayıb. Əlavə edib ki, təkmilləşdirilmiş və dəqiq proqnozlar iqtisadiyyatın bir çox sahələrində itkilərin qarşısının alınması, resursların daha yaxşı idarə edilməsi və gəlir əldə etmək imkanlarının artırılması yolu ilə sosial və iqtisadi faydalar yaradır.

İnstitutun icraçı direktoru, şöbə müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov superkompüterlər və iqlim dəyişikliklərinin proqnozlaşdırılması mövzusunda beynəlxalq təcrübənin araşdırılmasının, məqalələrin hazırlanmasının zəruriliyini qeyd edib.

Comments are closed, but trackbacks and pingbacks are open.