Press "Enter" to skip to content

Neftçıxarmanın tarixi

Şirkət genişlənən qum süzgəcləri və quyudibi axına nəzarət klapanı ilə tamamlanmış dünyanın ilk sualtı suvurma quyuları məhz “Dərinsulu Günəşli” yatağında istismara verib. Bu tamamlama texnologiyaları tələb olunan xüsusi vurucu quyuların sayını azaldıb və onları dəniz dibindən işə salmaqla platformadan uzaq məsafəyə maili qazmaya olan zərurət aradan qaldırılıb.

Azərbaycan neft-qaz sənayesində qazma işlərinin tarixi, bu günü və perspektivləri

Karbohidrogen resursları, xüsusilə də neft bəşəriyyətin həyatında əvəzolunmaz rol oynayan ən mühüm təbii sərvətlərdəndir. Tarixboyu enerji resursları qlobal, eləcə də milli iqtisadiyyatların inkişafını təmin edən misilsiz amil olub. Bu ehtiyatlara sahib bütün ölkələr yerin təkindəki nefti çıxarmaq üçün müxtəlif yolları sınaqdan keçiriblər. Azərbaycan da “qara qızıl”ın ağ günə çıxardığı ölkələrdəndir. Azərbaycan neft sənayesi özünün 172 illik tarixi boyunca xüsusilə qazma işi sahəsində böyük inkişaf yolu keçib.

Kimlər deyirdi ki, Azərbaycanda neft var?

Ölkəmizdə neft hasilatına dair məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunub. IX-XI əsrlərdə yaşamış ərəb tarixçiləri, coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğunu göstərib, Əbu İshaq İstəxri və Əbu Həsən Əli Məsudi Bakının neftli torpağı, Abşeronun “ağ” və “qara” nefti barədə məlumat verib. XIII-XIV əsrlərdə italiyalı səyyahı Marko Polo Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, XVII əsrdə alman diplomatı və səyyahı Adam Oleari Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbi isə XVII əsrdə neft mədənləri, neftin İran, Orta Asiya, Türkiyə, Hindistana daşınması və “qara qızıl”ın gətirdiyi gəlir haqqında söz açıb. Həmin dövrlərdə neft təkcə məişətdə yanacaq kimi, eləcə də tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu.

Dörd əsri ötən tarix: Kərki və beldən 6-cı nəsil qazma qurğusuna uzanan şərəfli yol

Primitiv üsul – ölkəmizin karbohidrogen ehtiyatları ilə zənginliyi qazmaçılarımızın kərki və beli ələ almalarına vadar etdi

Balaxanıdakı neft quyularının birində aşkar edilmiş daş yazıdan məlum olur ki, Abşeronda ilk neft quyusu XVI əsrdə qazılıb. 35 metr dərinliyi olan quyunu 1594-cü ildə usta Allahyar Məmməd Nuroğlu qazıb. Əmin Əhməd Razinin məlumatına görə, XVI əsrin əvvəlində Bakı ətrafında 500-dək belə neft çalası və quyusu olub.

Alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer İsveç səfirliyinin katibi kimi 1683-cü ildə Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı yataqlarında olub, neftin Abşeron yarımadasından İran, Orta Asiya və Şimali Qafqaza aparılmasını təsvir edib. 1798-1803-cü illərdə isə Bakı sakini Qasımbəy Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahildən 18 metr və 30 metr uzaqlıqda 2 neft quyusu qazdırıb.

Mexaniki üsulla quyuların qazılmasına başlanıldı

“Qara qızıl”ın çıxarılma prosesi sonrakı dövrlərdə daha təkmil üsulların tətbiqi ilə yeni mərhələyə qədəm qoydu. Belə ki, 1847-ci ildə dünyada ilk dəfə Bibiheybətdə su quyularının qazılmasında istifadə olunan mexaniki üsulla qazılmış quyudan sənaye əhəmiyyətli neft alındı və həmin ildən Azərbaycanın neft sənayesinin inkişafı başlandı. Bu proses 1920-ci ilədək davam etdi.

Mexaniki üsulla quyuların qazılmasının texnika-texnologiyası inkişaf etdikcə bir sıra yeni neft yataqları aşkar edildi, neft hasilatı artdı, neft sənayesinin infrastrukturu inkişaf etməyə başladı. Bakı isə dünyanın sənaye mərkəzlərindən birinə çevrildi.

Sənaye üsulunun tətbiqi

1871-ci ildə dünyada ilk dəfə Balaxanıda neft quyusu yeni qazma üsulu, yəni ağac ştanqların tətbiqi və zərbə yolu ilə qazıldı, “Balaxanı-Sabunçu-Ramanı” yatağı sənaye üsulu ilə işlənilməyə başlandı. 1901-ci ildə dünyada çıxarılan neftin 50 faizindən çoxu – 11 milyon tonu Azərbaycanda hasil edilirdi. Ölkəmiz bu göstərici ilə dünyada birinci yerə sahib olmuşdu.

Açıq dənizdə qazmaya başlanıldı

Sonrakı illərdə Azərbaycanda dünyada ilk dəfə dənizdə neftin çıxarılmasına başlanıldı. 1946-cı ildə dənizdə “Gürgan” yatağında qazma işləri aparıldı, ilk dəfə olaraq iribloklu özül quruldu, 1947-ci ilin noyabrında metal estakadaların tikintisinə başlanıldı. 1949-cu ilin noyabrın 7-də isə sahildən 40 kilometr aralıda, Bakıdan 90 kilometr uzaqlıqda “dünyanın səkkizinci möcüzəsi” adlanan “Neft Daşları” yatağı kəşf edildi və açıq dənizdə yataqların mənimsənilməsi prosesinin əsası qoyuldu.

Bu il 70 illiyini qeyd edəcək “Neft Daşları” yatağının aşkar olunması Azərbaycanı və Xəzəri bütün dünyada məşhur etdi, ölkəmiz açıq dənizdə neft hasilatının pioneri kimi dünyada tanındı. Bu vaxtadək “Neft Daşları”ndakı yataqlardan 180 milyon tonadək neft hasil olunub.

“Neft Daşları” dünyada dənizdə qurulan ilk neft platforması kimi “Ginnesin rekordlar kitabı”na düşüb.

Milyardıncı ton neft çıxarıldı

1969-cu ildən başlayaraq Azərbaycanda neft-qaz sənayesi yüksək dinamik inkişaf mərhələyə qədəm qoydu. 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi yaradıldı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılması Azərbaycan neftçilərinə həvalə etdi.

1970-ci illərin sonu 1980-ci illərin əvvəllərində dənizin 80-350 metr dərinliklərində indi adları bütün dünyada məşhur olan “Azəri”, “Çıraq”, “Kəpəz” və hazırda Dövlət Neft Şirkətinin neftinin 60 faizdən çoxunu verən “Günəşli” kimi yataqlar aşkar olundu. 1971-ci il martın 28-də respublikamızda milyardıncı ton neft çıxarıldı, bunun tarixi hadisə kimi qeyd olunması isə məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Həmin dövrdə Xəzərdə istifadə olunan texniki vəsait yalnız dənizin dərinlikləri 40 metrədək olan sahələrdə işləməyə imkan verirdi. Bu sahələrdəki bütün neft-qaz yataqlarının demək olar ki, hamısı aşkar olunmuşdu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində 70-80-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və digər gəmi növləri gətirildi.

Yeni kran və gəmilərdən istifadə

Həmin illərdə Xəzərdə 2500 ton gücündə “Azərbaycan” kran gəmisi işə başladı. Bundan başqa, dənizin 70 metr dərinliyindəki sahələrdə geoloji-kəşfiyyat işləri aparmaq üçün “Xəzər” tipli özüqalxan qazma qurğusu alındı, dənizin daha dərin sahələrində zəngin neft-qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə 8 yeni neft-qaz yatağı kəşf edildi, neft ehtiyatları 2, qaz ehtiyatları isə 3 dəfə artdı.

1970-80-ci illərdə dənizdə neft-qaz yataqlarının işlənilməsi, suyun dərinliklərində olan yataqlardan neft hasil edilməsi məqsədilə yeni qurğuların yaradılması zərurəti meydana çıxmışdı. Bu məqsədlə o illərdə üzən yarımdalma qazma qurğularının qurulması və istifadə edilməsi məsələsi həll olundu. Həmin illərdə dənizin 200 metr dərinliyindəki sahələrdə işləməyə imkan verən “Şelf-1” üzən qazma qurğusundan istifadəyə başlanıldı. Sonra ardıcıl olaraq “Şelf-2”, “Şelf-3”, “Şelf-4” və “Şelf-5” qurğuları istifadəyə verildi, 1980-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı.

Yarımdalma qazma qurğuları daha da təkmilləşdirildi

Xəzərin Azərbaycan sektorundakı zəngin neft və qaz yataqları, ümumiyyətlə, Xəzər bölgəsindəki enerji ehtiyatları belə qazma qurğularının çox olmasını tələb edirdi. Azərbaycana dünyada müasir və yüksək səviyyəli texnika, texnologiya gətirilir, bu da ölkəmizin həm neft sənayesini inkişaf etdirmək üçün mühüm əhəmiyyət daşıyırdı.

Müstəqillik illərində “Şelf” adı ilə kodlaşdırılan köhnə qazma qurğuları yeni adda və tərtibatda “Dədə Qorqud”, “İstiqlal”, “Qurtuluş” kimi modern dərin qazma qurğularına çevrildi. Bununla da dənizdə suyun dərinliyinin 700 metr olan hissəsində qazma işləri aparıldı. 2000-ci ildə inşa edilmiş “Lider” qazma qurğusu isə dənizdə suyun dərinliyinin 1000 metrədək hissələrində kəşfiyyat quyuları qazmağa imkan yaratdı.

Beynəlxalq şirkətlərin cəlbi ilə daha dərin qatlarda qazma əməliyyatları

1994-cü ildən sonra Azərbaycan nefti epopeyasının yeni parlaq mərhələsi başladı. Həmin il sentyabrın 20-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” (AÇG) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş imzalandı ki, sonradan bu saziş öz əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. Dünyanın ən iri və aparıcı dövlətlərinin neft şirkətləri ilə belə sazişin imzalanması ümummilli lideri Heydər Əliyevin müdrik siyasətinin, uzaqgörənliyinin və siyasi cəsarətinin ifadəsi idi. Saziş demək olar ki, bütün dünya dövlətlərinin Azərbaycana inamını artırdı, sonradan dünyanın ən böyük və tanınmış neft şirkətlərinin ölkəmizə axınına şərait yaratdı.

Cari ildə 25 illiyi qeyd olunacaq “Əsrin müqaviləsi” ölkə tarixinin ən parlaq səhifələrindən biridir və müstəqil Azərbaycanın tərəqqisi bu məşhur müqavilə ilə başlanıb. İşlənmənin əvvəlindən indiyədək AÇG-də ümumilikdə 124 neft hasilat quyusu, 44 su və 7 qaz injektor quyusu istismarda olub. Bu ilin yanvar-iyun aylarında isə blokda 7 neft hasilat quyusu qazılıb.

SOCAR hansı qazma üsullarından istifadə edir?

Dövlət Neft Şirkəti artıq 1994-cü ildəki şirkət deyil. Aparıcı reytinq agentliklərinin fikrincə, SOCAR 2009-cu ildən dünyanın ən iri 50 şirkəti sırasındadır. Hazırda transmilli şirkətə çevrilən və ölkə iqtisadiyyatının lokomotivi olan Dövlət Neft Şirkəti axtarış-kəşfiyyat və qazma işləri sahəsində müasir texnologiyalara yiyələnmiş şirkətdir. Tarixi qazma ənənələrinə sadiq qalan və yeni texnologiyaların tətbiqinə önəm verən SOCAR hazırda quyuların qazılmasında müxtəlif üsullardan istifadə edir:

• Rotor qazıması: Bu halda quyudibinə endirilmiş balta, qazma boruları ilə birlikdə quyuağzında yerləşdirilmiş rotor vasitəsilə hərəkətə gətirilir;

• Turbin qazıması. Bu zaman balta və onun üstündə yerləşdirilmiş turbin qazma boruları ilə quyudibinə buraxılır. Turbin quyudibində qazma borularının içərisinə yüksək təzyiqlə vurulan yuyucu mayenin enerjisi ilə hərəkətə gətirilir və turbinin fırlanma hərəkəti baltaya ötürülür.

• Elektrik qazması. Bu halda balta, onun üstündə yerləşdirilmiş xüsusi elektrik mühərriki vasitəsilə quyudibində hərəkətə gətirilir.

SOCAR 2000-ci ildən indiyədək 2,8 milyon metrədək qazma işləri həyata keçirib və 1550-dək hasilat quyusu qazıb. Son 2 ildə isə şirkət qazma işlərinin həcmini 66 faiz artırıb. SOCAR-ın həyata keçirdiyi qazma işlərinin 20 faizədək hissəsini SOCAR AQŞ, 80 faizdən çoxunu Kompleks Qazma İşləri Tresti görüb.

BP kimi ən müasir texnologiyalara əsaslanan qlobal şirkətin təcrübəsi

BP-nin AÇG yataqlar blokunun işlənməsində iştirakı şirkətin Xəzərdə ən müasir texnologiyaları tətbiq etməsinə gətirib çıxarıb. Şirkət Azərbaycanda bir sıra qabaqcıl texnologiyalarını uğurla tətbiq edib. Platformadan kifayət qədər uzaq məsafədə yerləşən horizontun açılması nöqtələrinə çatmağa və bununla da hasilatı artırmağa imkanı verən uzaq məsafəyə maili qazma texnologiyası BP-nin bu vaxtadək uzaq məsafəyə ən uzun maili quyunu qazmasına səbəb olub. Həmin quyu “Çıraq” platformasından 6,4 kilometr məsafədə yerləşir. Bu texnologiya qarşıdakı onilliklərdə AÇG yatağında layın neftverimini maksimuma çatdırmağa imkan verəcək.

Şirkətin daha bir yeni texnologiyası isə lay dəstəsinin qalınlığı böyük olan quyuların tamamlanmasına və beləliklə də hasilat templərinin artırılmasına imkan yaradan yüksək bucaqlı qazma texnologiyasıdır. “BP Well Advisor” proqram təminatı real-vaxt rejimindəki məlumatlardan istifadə edərək quyu əməliyyatlarının təhlükəsiz, etibarlı və səmərəli şəkildə həyata keçirilməsini təmin edir. Bu proqram qazmanın səmərəliliyini artırır və qeyri-məhsuldar vaxtı azaldır. Proqram Xəzər regionunda 2012-ci ildə tətbiq edilib və həmin vaxt bəzi platformalarda qoruyucu kəmərin endirilməsini izləyən idarəetmə konsolu fəaliyyətə başlayıb. Bu idarəetmə konsolu hazırda Xəzər dənizində BP-nin idarə etdiyi bütün platformalarda və səyyar qazma qurğularında fəaliyyət göstərir.

Şirkət genişlənən qum süzgəcləri və quyudibi axına nəzarət klapanı ilə tamamlanmış dünyanın ilk sualtı suvurma quyuları məhz “Dərinsulu Günəşli” yatağında istismara verib. Bu tamamlama texnologiyaları tələb olunan xüsusi vurucu quyuların sayını azaldıb və onları dəniz dibindən işə salmaqla platformadan uzaq məsafəyə maili qazmaya olan zərurət aradan qaldırılıb.

“Şahdəniz”də 16 quyu qazılıb

Bu il “Şahdəniz” strukturunun kəşfindən 65 il ötür. Ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat olan “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda təbii qaz ixrac edən ölkə kimi tanıtdırdı. Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşən “Şahdəniz”də 2006-cı il dekabrın 15-də ilk quyu istismara verilib. Dünyanın ən böyük qaz yatağı işlənmə layihələrindən biri olan “Şahdəniz-2”yə isə 26 qazma quyusu daxildir ki, “İstiqlal” və “Maersk Explorer” qurğuları “Şahdəniz Bravo” platformasından hasilat üçün 16 quyu qazıb, bunlardan 12 quyu tamamlanıb.

Hasilata başlanandan bəri “Şahdəniz”dən 108 milyard kubmetr qaz və 27 milyon ton kondensat əldə edilib. “Şahdəniz” qaz yatağı Alyaskadakı “Prudo Bey” neft yatağından sonra BP-nin hələ də ən böyük kəşfi hesab olunur.

Azərbaycan hazırda Xəzərdə ən dərin quyuları qazır

Heydər Əliyev adına 6-cı nəsil yarımdalma qazma qurğusu Xəzərdə ən dərin quyunun qazılması üzrə rekorda nail olub. Qazma işləri “Abşeron Neft” Birgə Müəssisəsinin (JOCAP) operator olduğu “ABD-001” yatağında aparılıb. Quyu bu il aprelin 15-də 7411 metr dərinliyə çatıb. Bu, Xəzər dənizində indiyədək qazılmış ən dərin quyudur.

“Abşeron” qaz-kondensat yatağında işləyən və Xəzərdə analoqu olmayan Heydər Əliyev adına yarımdalma qazma qurğusu dünyada öz texnoloji keyfiyyətləri və qazma xüsusiyyətlərinə görə unikallığı ilə fərqlənir. Ən müasir avadanlıqla, böyük həcmdə avtomatik idarəetmə sistemi ilə təchiz edilən qurğu dənizdə suyun 1000 metr dərinliyədək hissələrində qazma əməliyyatları həyata keçirə bilir.

Heydər Əliyev adına yarımdalma qazma qurğusu dünyada 1400 atmosfer sistemi texnologiyasına sahib olan ilk və yeganə qurğudur. Qurğunun müasir avadanlığı qazma işinin indikindən 4 dəfə daha sürətlə aparılmasını təmin edir.

Milli qazma sənayesində yeniliklər

2008-ci ildə qazma əməliyyatlarına başlayan və böyük nailiyyətlər qazanan SOCAR AQŞ milli qazma sənayesində yeniliyə imza atıb. 3000 at gücünə malik olan “Drillmec HP” yeni nəsil qazma avadanlığından uğurla istifadə edən müəssisə “Bulla” yatağının 6 nömrəli dəniz stasionar özülündə 113 nömrəli quyuda ağır çəkili aralıq kəmərinin bir dəfəyə endirmək cəhdini uğurla həyata keçirib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının maili və horizontal qazılması, quyuların mənimsənilməsi, əsaslı təmiri, yan lülələrin qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

SOCAR AQŞ-nin Britaniyanın “KCA Deutag” şirkəti ilə təsis etdiyi “Turan” Qazma və Mühəndislik şirkəti isə Azərbaycanda müştərək əməliyyatların daha da genişləndirilməsinə zəmin yaradır. Şirkət Xəzər dənizi ilə Mərkəzi Asiya bölgəsində neft-qaz quyularının qazılması və mühəndislik xidmətlərini həyata keçirməklə biznesini genişləndirir.

Yazı “SOCAR-AQŞ” MMC və Azərbaycan Mətbuat Şurasının “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibətilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.

Neftçıxarmanın tarixi

Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunmuş və bu qeyri-adi məhsulun böyük gəlirlər gətirdiyi bildirilmişdir. Lakin o dövrlər neft ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu. XVIII-XIX əsrlərin sənaye inqilabı neftə tələbatı kəskin artırdı və onu ölkənin inkişafı üçün birinci dərəcəli əhəmiyyətə malik strateji məhsula çevirdi. Dünyada neft “bum”u başladı. Azərbaycanın neftçıxarma sahəsinə xarici sərmayə axını başladı. Qədim neftçıxarma ənənələrinə malik Bakı qazma, neftçıxarma və neft emalı sahəsində ən yeni texnologiyaların ixtirası və ilkin tətbiq meydanına çevrildi. Hələ XIX əsrin ortalarında neftçıxarmada dönüş yaranmış və dünyada ilk dəfə olaraq 1847-ci ildə Bibiheybətdə, sonra isə Balaxanıda texnikanın tətbiqi ilə ilk neft quyuları qazılmışdır. 1901-ci ildə Azərbaycan 11,5 mln ton neft hasil edərək dünyada birinci yerə çıxmışdır (ABŞ-da həmin ildə 9,1 mln ton neft hasil edilmişdir).
XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlanmışdır. Neft sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirmişdir.
Neftçıxarmanın inkişafının ikinci mərhələsi 1920-ci ildə Azərbaycanda neft sənayesinin milliləşdirilməsindən sonra başlayır və 1949-cu ildə açıq dənizdə “Neft Daşları” yatağının kəşfi dövrünü əhatə edir. Axtarış-kəşfiyyat işlərinin genişləndirilməsi ilə əlaqədar Azərbaycanda bir sıra yeni neft yataqları (xüsusilə Qala, Buzovna-Maştağa və s.) aşkar edilib istismara verilmiş və neft hasilatı 1941-ci ildə 23,6 mln. tona çatdırılmışdır ki, bu da o dövrdə SSRİ-nin neft hasilatının 76%-ni təşkil edirdi.
1941-ci ildə Azərbaycanın neft hasilatı tarixində (2006-cı il istisna olmaqla) maksimum miqdarda – 23,5 mln ton neft çıxarılmışdır və bu da bütün keçmiş Sovetlər Birliyi neftinin 71,4 %-ni təşkil etmişdir. Belə yüksək hasilat SSRİ-nin İkinci Dünya Müharibəsindəki qələbəsini təmin etmiş, xalq təsərrüfatının qarşısında duran bir çox məsələlərin həllində neftin xüsusi rolunu daha da artırmışdır.

Azərbaycanda dünyada ilk dəfə olaraq dənizdə neftin çıxarılmasına başlanılmış və Xəzərin Azərbaycan sektorunda bir-birinin ardınca “Gürgan-dəniz”, “Pirallahı”, “Çilov adası” kimi yataqların mənimsənilməsinə başlanılmışdır. 1949-cu ilin 7 noyabrında açıq dənizdə sahildən 40 km və Bakıdan 90 km aralı “Neft Daşları” yatağının aşkar edilməsi Azərbaycanı və Xəzəri bütün dünyada məşhur etdi.
1950-ci ildə “Neft Daşları” yatağının istismara verilməsi ilə Azərbaycanda dəniz neft sənayesinin inkişafı ili başlanmış və bu, 1969-cu ilə kimi davam etmişdir. Bu mərhələdə dəniz geoloji-kəşfiyyat işləri genişlənmiş, bir sıra neft və qaz yataqları aşkar edilib istismara verilmişdir, dəniz qazma işlərinin (o cümlədən axtarış – kəşfiyyat qazmasının), hidrotexniki neft qurğularının tikilməsinin texnika və texnologiyası, dənizdə neftçıxarmanın infrastrukturu inkişaf etdirilmişdir.
Bu mərhələdə quru sahələrində də bir sıra yeni neft və qaz-kondensat yataqları aşkar edilib istismara verilmişdir (Kürovdaq, Mişovdaq, Kürsəngə, Qarabağlı, Qalmaz, Qaradağ və s.). Bu dövrdə əsasən “Neft Daşları”nın və digər yataqların intensiv surətdə işlənilməsi və istismarı həyata keçirilmişdir. Dünya təcrübəsində ilk dəfə açıq dənizdə estakada dirəkləri üzərində dəniz mədəni tikildi. Burada kompleks mühəndis və elmi-texniki tədbirlərin tətbiqi nəticəsində külli miqdarda kapital qoyuluşuna, metala qənaət edilərək yüksək əmək məhsuldarlığına, neftin hər bir tonunun maya dəyərinin aşağı düşməsinə nail olunmuşdur.
1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi (İB) yaranmışdır.
Bu tarixə kimi Xəzər dənizində istifadə olunan texniki vəsait yalnız dənizin dərinlikləri 40 m-ə qədər olan sahələrdə işləməyə imkan verirdi. Həmin dövrdə Xəzərin Azərbaycan sektorunda 40 m-ədək dərinlikdəki perspektivli sahələrdə demək olar ki, bütün neft-qaz yataqlarının hamısı aşkar olunmuşdu. Dənizdə neft və qazın hasilatının artırılması daha böyük dərinliklərdə yatan neft və qaz yataqları ilə bağlı idi.
1970-80-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 t gücündə “Azərbaycan” kran gəmisi işə başladı. Bundan başqa, ilk vaxtlarda dənizin 70 m dərinliyində olan sahələrdə geoloji-kəşfiyyat işləri aparmaq üçün “Xəzər” tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən “Şelf” tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı.
1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. t-a (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80-350 m dərinlkdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri və b.).
1970-ci illərin sonu 1980-ci illərin əvvəllərində dənizin 80-350 metr dərinliklərində indi adları bütün dünyada məşhur olan “Azəri”, “Çıraq”, “Kəpəz” və hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) neftinin 60 faizdən çoxunu verən “Günəşli” kimi yataqlar aşkar edildi.
1994-cü ilin 20 sentyabrında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” (suyun dərin hissəsi) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında”, sonradan “Əsrin müqaviləsi” adını almış Sazişin imzalanması həyata keçirildi. Bu müqaviləni dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti imzalamışdır.
1999-cu il aprelin 17-də müstəqil Azərbaycanın tarixində fövqəladə əhəmiyyətli daha bir hadisə baş vermişdir. Azərbaycan, Gürcüstan və Ukrayna Prezidentlərinin iştirakı ilə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir. “Çıraq” yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracına başlanmış və ilk dəfə olaraq Azərbaycan nefti şimala yox, qərbə istiqamət götürmüşdür.
Xəzərin Azərbaycan bölməsindəki neft və qaz yataqları 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşünün gendişində Azərbaycan, Gürcüstan və Türkiyə Cümhuriyyətinin Prezidentləri “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin ərazilərilə Bakı-Tibilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə” dair saziş imzalamışlar. Eyni zamanda Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və ABŞ tədəfi bu layihəni dəstəkləyən “İstanbul Bəyannaməsini” imzalamışlar. Bununla da Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün mühüm addım atılmışdır.
Dünyanın ən iri və aparıcı dövlətlərinin neft şirkətlərilə belə bir Sazişin imzalanması Azərbaycan xalqı üçün böyük uğur idi. Saziş demək olar ki, bütün dünya dövlətlərinin Azərbaycana inamını artırdı və sonradan dünyanın ən böyük və tanınmış neft şirkətlərinin ölkəyə sərmayə qoyuluşuna şərait yaratdı.
2001-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaradılmışdır. Bundan sonra neftdən əldə olunan bütün gəlirlər məhz burada toplanır. Fondun əsas məqsədi təbii sərvətlərin indiki və gələcək nəsillər arasında ədalətlə bölüşdürülmәsidir. Digər bir mühüm amil isə makroiqtisadi sabitliyin təmin olunması və yerli pul bazarının getdikcə artan xarici valyuta axınından qorunmasıdır.
Hazırda Azərbaycanda gün ərzində 24 min ton neft hasil edilir. Proqnozlara əsasən, 20 il ərzində neftin və qazın hasilatı ilə ixracından əldə olunacaq ümumi gəlir 200 milyard ABŞ dolları civarındadır.

Neft sənayesində qazma işi: tarixi və inkişaf yolu

Neft sənayesində qazma işi: tarixi və inkişaf yolu Neft bumunun yaşandığı XX əsrin sonlarında, quyuların əllə qazılması üsulundan mexaniki vasitələrlə qazılmasına keçid dövründə bir çox məsələlərin həllinin vacibliyi gündəmə gəldi.

8 Oktyabr , 2021 12:12
https://static.report.az/photo/94a792cd-e99c-31c7-84ea-b9e2ffc510c3.jpg

Neftdən istifadə eramızdan əvvəlki dövrlərə qədər gedib çıxır. Quldarlıq quruluşu dövründə neftin və təbii bitumun işlənilmə sahələri müəyyən qədər genişlənməyə başlayıb. Lakin neftin əvvəllər olduğu kimi yer üzündən, yığılma üsulları tələbatı ödəyə bilmirdi. Lazımi tələbatın ödənilməsi üçün “çala qazılması” üsulu yaranıb. Bu üsulla dərinliyi az olan (2 metrə qədər) çala qazılır və çala divarının uçmaması üçün hörgü işləri görülürdü. Çalaya yığılan neft miqdarından asılı olaraq müntəzəm çıxarılırdı. Daha sonralar feodalizm quruluşu dövründə bir çox sahələrlə yanaşı, neft sənayesi də inkişaf etməyə başladı. Əvvəlki çala qazılması üsulundan daha sərfəli olan “quyu qazılması” üsulu ilə neft hasilatı dövrünə start verildi. Neftə olan tələbat texnologiyanın inkişafını zərurətə çevirirdi. Dünyada ilk dəfə 1846-cı ildə sənaye əhəmiyyətli neft əvvəlcə mexaniki burla üsulu ilə Bibiheybətdə, sonralar isə 1871-ci ildə digər mexaniki üsulla (ağac ştanqlar tətbiq etməklə zərbə yolu ilə) Balaxanıda qazıldı, bununla da Azərbaycanda sənaye üsulu neft hasilatına başlanıldı. Azərbaycanın neft mədənlərində həmin vaxtdan etibarən dəmir ştanqla alətin sərbəst düşməsinə əsaslanan (ştanqla vurma) qazıma üsulu geniş yayıldı.

Neft bumunun yaşandığı XX əsrin sonlarında, quyuların əllə qazılması üsulundan mexaniki vasitələrlə qazılmasına keçid dövründə bir çox məsələlərin həllinin vacibliyi gündəmə gəldi. 1848-ci ildə fırlanma üsulu ilə quyu qazılması və dağıdılmış süxur hissəciklərinin qazma məhlulunun köməyilə yer üzərinə qaldırılmasını fransız mühəndisi Fovel kəşf etdi. 1901-ci ildə dünyada ilk dəfə ABŞ-da rotor üsulu ilə quyu qazmağa başladılar. Beləliklə, dağıdılmış suxur hissəciklərini qazıma məhlulunun dövranı nəticəsində yer üzərinə qaldırmaqla quyu dibinin yuyulmasına əsaslanan fırlanma üsulu ilə qazmanın inkişafı və təkmilləşdirilməsi tarixi həmin ildən başlanır. Dərin qazma sahəsində öncüllərdən olan Nobel qardaşları o dövrdə Pensilvaniyadan Bakıya qazmaçıları gətirdilər, onların istifadə etdikləri üsuldan yararlanaraq qazma qurğusu ixtira etdilər və bu qurğu Bakı mədənlərində nümunə oldu. Balaxanı sahəsindən sonra 1875-ci ildə Sabunçu, 1890-cı ildə isə Ramana sahələrinin istismara daxil edilməsi ilə qazma texnikasına, eləcə də neftin emalı texnologiyasına yeniliklər gətirildi. 1905-ci ildə Balaxanıda dünya neft sənayesi tarixində ilk dəfə olaraq kompressor istismarı üsulu tətbiq edildi. 1911-ci ildə Suraxanıda ilk dəfə hərlənən (rotor) qazma üsulundan istifadə edildi, sonralar 1915-ci ildə Ramanada dərinlik quyu nasosları işə salındı, qazlift sınaqdan çıxarıldı.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra neft sənayesi milliləşdirildi, Azərbaycanda neft sənayesinə rəhbərliyi həyata keçirmək, neft və neft məhsullarının istehsalını artırmaq üçün “Azneft” yaradıldı. Neft sənayesini öz himayəsində saxlayan İttifaq rəhbərliyi onun inkişafı üçün “Azneft”ə xarici şirkətlərlə əlaqə yaratmaq səlahiyyəti verdi. Bu da neft sənayesinin yeni texnika ilə təmin olunmasına kömək etdi. “Azneft”in Moskva, Petroqrad, Xarkov, Daşkənd, habelə, Berlin, Marsel, Paris, London, Nyu-York, Rəşt və digər şəhərlərdə nümayəndəlikləri var idi. “Azneft” texniki avadanlıq və başqa məhsullar almaq məqsədilə ABŞ-ın “Standart-Oyl” şirkəti ilə müqavilə imzaladı, həmçinin Azərbaycanda ilk krekinq qurğusunun texniki avadanlığını istehsal etmək üçün ingilis firması olan “Gikkers Limited”dən lisenziya aldı. Bütün bunlar neft hasilatında yeni texnologiyalardan istifadə olunmasına imkan verdi. 1923-cü ildə keçmiş SSRİ-də ilk dəfə olaraq L. Şmidt zavodunda rotorla qazma üsulu üçün dəzgah hazırlandı və mədənlərdə tətbiq edildi. 1923-cü ildə Bakı mühəndisi M. Kapelyuşnikov dünyada ilk dəfə birpilləli reduktorlu turbobur (qazma maşını) kəşf etdi və müasir turbin qazmasının əsası qoyuldu. Bir il sonra, 1924-cü ildə turboburla (qazma maşını) Suraxanıda dünyada ilk neft quyusu (təxminən 600 metr dərinlikdə) qazıldı. Bakıdakı maşınqayırma zavodlarında qazma baltalarının termik üsulla istehsalı təşkil olundu. Ümumiyyətlə, 1924-1925-ci illərdə ölkədə hasil olunan neftin 30 faizdən çoxu dərin nasos və kompressor üsulu ilə çıxarılırdı, qazma dəzgahlarının 65 faizi elektrik enerjisi ilə işləyirdi. Neftçıxarma üçün texniki təchizatın dinamikası yüksəldi. Balaxanı-Sabunçu-Ramana rayonlarında yeni neft sahələrinin aşkar edilməsi, Bibiheybət yatağının Bayıl buxtasındakı neft mədənlərindən istismara başlanılması Azərbaycanda neft hasilatının artmasına imkan yaratdı. 1925-ci ildən başlayaraq neft yataqlarında qazmanın həcmi kəskin surətdə, başqa sözlə 1920-ci illə müqayisədə 3,4 min metrdən 203 min metrə qalxdı, nəticədə neft hasilatı yüksəlib 5,5-6,8 milyon tona çatdı. Sonrakı 10 il ərzində qazmanın əyriliyini ölçmək üçün cihazlar tətbiq edildi. Dünyada ilk dəfə olaraq, Bakıda Xubentsov qardaşları batarılmış ağac panton formasında üzən özülün konstruksiyasını təklif etdilər. Bu özüldən ilk dəfə olaraq 365 metr dərinliyində neft kəşfiyyat quyusu qazıldı. İlk üzən qazma qurğusu isə Xəzər dənizində 1934-cü ilin sentyabr ayından etibarən fəaliyyətə başladı. Dəyişən cərəyanla işləyən ilk turbobur yaradıldı, üçpərli baltalar əsasında elektroburla qazmanın ilk sınağı keçirildi və çoxpilləli turboburun sənayedə tətbiqinə başlanıldı. 1940-1941-ci illərdə Qala yatağında dünyada ilk dəfə olaraq Ostrovski, Aleksandrov və başqalarının konstruksiyası əsasında hazırlanmış (elektroburla elektrik qazma üsulu) 2500 metr dərinlikli birinci quyu qazıldı, Bayılda, “Bibiheybət” sahəsində Ağa Nemətulla turbin üsulu ilə dərinliyi 2000 metr olan maili quyu qazıldı. Həmin illərdə Xəzərin müxtəlif hissələrində axtarışlar aparıldı və müəyyən edilmiş sahələrdə layihə işlərinə başlanıldı. Pirallahı adasının şimalında, dənizin dərinliyi 7 metr olan hissəsində neft laylarının olduğu təsdiq edildi və 1938-ci ildə burada ilk fərdi metal özül tikildi. Kəşfiyyat işlərinə start verildi. Böyük Vətən Müharibəsinin başlandığı 1941-ci ildə Azərbaycanda neft hasilatı 23,5 milyon tona çatmışdı və bu, keçmiş SSRİ-də hasil olunan neftin 74,3 %-ni təşkil edirdi. Müharibənin başlanması ilə əlaqədar axtarış kəşfiyyat, qazma işləri dayandırıldı, neft hasilatının səviyyəsi 11,1 milyon tona endi. 1943-cü ildə Böyük Vətən Müharibəsində qazanılan üstünlüklər, xalqda mələ gələn ruh yüksəkliyi neft sənayesində böyük dönüş yaratdı, qazma işlərinə başlanıldı, yeni texnika və texnologiyalarının tətbiqinə geniş yer verildi. 1946-cı ildə Gürgan-dəniz rayonunda açıq dənizdə buruq üçün ilk iribloklu özül tikildi, quruda və dənizdə neft quyularının qazılması üçün vışkaların konstruksiyası, sürətlə tikilməsi metodları işlənib hazırlandı. 1948-ci il Avropada və SSRİ-də ilk dəfə olaraq usta Əliyulla tərəfindən oktyabr ayının 2-də Suraxanıda 3800 metr dərinlikdə (o dövr üçün rekord dərinlik) 1308 nömrəli quyu qazıldı və fontan vurdu. 1949-cu ildə əfsanəvi «Neft Daşları» yatağı kəşf olundu və bu, dənizdə neft hasilatının inkişafına böyük təkan verdi. 1968-ci ilin dekabrında “Neft Daşları”nda 2040 metr mailliklə quyu qazıldı ki, bu da o vaxt üçün Avropa rekordu sayılırdı. Neft Daşları yatağından cənub-şərqdə yerləşən perspektivli strukturlarda geoloji-kəşfiyyat işlərinə start verildi, Qərbi Sibirdə geniş tətbiq olunan «Kol üsulu» ilə maili quyuların qazılması keçmiş İttifaqda ilk dəfə olaraq “Neft Daşları”nda tətbiq olunub. 1966-cı ildə keçmiş SSRİ-də ilk dəfə olaraq iki və habelə daha çox layın bir quyu ilə eyni zamanda ayrı-ayrılıqda istismar edilməsinin texnologiyası işləndi. Dənizdə neft-qaz çıxarmanının əsası qoyulduqdan sonra, Xəzərin digər nöqtələrində də yeni-yeni yataqlar açıldı. XX əsrin 50-70-ci illərində “Palçıq pilpiləsi”, “Qum dəniz”, “Səngəçal-Duvanı”, “Xərə-Zirə”, “Bahar”, “Bulla-dəniz” yataqları istismara verildi. “Bulla-dəniz” və “Bahar” kimi qaz-kondensat yataqlarının kəşf edilməsi nəticəsində 1982-ci ildə qaz hasilatı 14,3 milyard kubmetrə çatdırılıdı. İstər dənizdə, istərsə də quruda yeni yataqların kəşfi və istismarı nəticəsində 1971-ci ildə Azərbaycanda neftin 1 milyardıncı tonu çıxarıldı. XX əsrin son otuz ili Azərbaycanın siyasi-iqtisadi tarixində önəmli yer tutur. Ən əsası ona görə ki, bu dövrdə Azərbaycana dünya şöhrətli siyasi xadim, fenomenal şəxsiyyət Heydər Əliyev rəhbərlik edib. Heydər Əliyev hələ Azərbaycan SSR-in birinci katibi işlədiyi müddətdə ölkə həyatının bütün sahələrində kardinal islahatların həyata keçirilməsinə, iqtisadiyyatın bütün sahələrinin yüksək dinamika ilə inkişaf etdirilməsinə nail olub. Milli iqtisadiyyatda neft sənayesinin həlledici rolunu hələ o dövrdə nəzərə alan ümummilli lider Heydər Əliyev bu sahənin inkişafına xüsusi diqqət yetirərək neft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə nail oldu, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyuldu. Heydər Əliyevin səyi nəticəsində 1970-1980-ci illərdə ölkəyə «Şelf-2», «Şelf-3», «Şelf-4», «Şelf-5» qazma qurğuları gətirildi. Bu qurğular vasitəsilə «Dədə Qorqud» və «İstiqlal» qurğuları düzəldildi. Qurğuların işini təşkil etmək üçün «Süleyman Vəzirov», «İsrafil Hüseynov» kimi borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən «Azərbaycan» kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər və başqa texniki gəmilər gətirildi. Açılan neft yataqlarında platformalar tikmək üçün Bakıda Dərin Dəniz Özülləri Zavodu tikildi, yüksək oktanlı benzin istehsal edən «Katalitik Krekinq» qurğusu tikildi. Neft-qaz sənayesində tətbiq olunan yeniliklər tezliklə bəhrəsini verdi, neft ehtiyatları 2, qaz ehtiyatları isə 3 dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 milyon tona (şərti yanacaq) çatdırıldı. Neft hasilatının azalma sürəti qısa müddət ərzində nəzərəçarpacaq dərəcədə aşağı endi. 1970-1988-ci illər ərzində Xəzərin şimalından başlamış cənubuna qədər geoloji-kəşfiyyat işləri aparıldı, dərin quyular qazıldı, Azərbaycan geofizikləri tərəfindən 350-yə qədər perspektivli struktur aşkar edildi. Bu gün ölkənin neft-qaz hasilatında mühüm çəkiyə malik “Günəşli”, “Ələt-dəniz”, “8 Mart” kimi yataqlar açıldı. 1991-ci ildə SSRİ-nin süquta uğraması ilə Azərbaycan müstəqillik əldə etdi. Müstəqilliyin ilk illərində ölkədə hökm sürən xaos, siyasi qeyri-sabitlik ölkəni dərin sosial-iqtisadi böhranla üz-üzə qoydu. Xalqın son dərəcə ağır bir anında siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin qətiyyətli, uzaqgörən, müdrik siyasəti nəticəsində Azərbaycan bu uçurumdan qurtuldu. Heydər Əliyev Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetləri müəyyənləşdirdi, Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın bünövrəsini atdı. 1994-cü il sentyabr ayının 20-də dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” regionda irimiqyaslı enerji layihələrinin başlanğıcı oldu. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün ölkə başçısı İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirilən qalibiyyətli enerji strategiyası ölkəmizin işıqlı gələcəyinin, dünya birliyinə uğurlu inteqrasiyasının təminatı oldu, Azərbaycanı beynəlxalq aləmdə nüfuzlu bir dövlət kimi tanıdan nailiyyətlərə təkan verdi. Dünyanın iri transmilli, böyük təcrübəyə, yüksək texnika və texnologiyaya malik şirkətləri ilə əməkdaşlığa start verildi, neft-qaz sənayesində zəngin maddi baza, yeni infrastruktur imkanları yarandı. Ölkə iqtisadiyyatının avanqardı olan Dövlət Neft Şirkəti də beynəlxalq standartlara, müasir tələblərə cavab verən modern və güclü bir quruma çevrilmək istiqamətində fəaliyyətini davam etdirir. Neft-qaz hasilatının artırılmasında qazma işləri mühüm əhəmiyyət kəsb edir. Bu mənada SOCAR öz fəaliyyətində qazma işlərinə böyük önəm verir. Ölkə başçısının 2007-ci il tarixli Fərmanına uyğun olaraq, SOCAR-ın tərkibində Kompleks Qazma İşləri Tresti yaradıldı. Bu, neft-qaz sənayesinin qarşıdakı inkişaf perspektivləri nəzərə alınaraq, atılmış addım oldu. Qazma Tresti mobil, operativ iş qabiliyyətinə malik qabaqcıl texnika və texnologiyalara uyğunlaşma kursu götürərək, hazırda ölkənin quru və dəniz sahələrini əhatə edən 27 yataqda neft-qaz quyuları qazır. Yarandığı vaxtdan bəri Kompleks Qazma İşləri Tresti beynəlxalq standartlara cavab verən yeni qurğular və istehsalatda tələb olunan avadanlıqlarla təchiz olunur, böyük qazma sürətinin əldə olunmasına, quyuların daha keyfiyyətli və ucuz başa gəlməsi məqsədi ilə istifadə olunan texniki vasitələrin müasirləşdirilməsinə üstünlük verir. SOCAR tərəfindən 2013-cü ildən başlayaraq köhnəlmiş qazma qurğuları parkının dəyişdirilməsinə başlandı. Quyuların qazılmasında qabaqcıl texnalogiyaya əsasında qazma əməliyyat sistemlərindən, işlərin mürəkkəbləşməsiz və keyfiyyətlə başa çatdırılması üçün özüllərdə ABŞ və Çin Xalq Respublikasından alınan ən müasir “Top Drive” mexanizmi ilə təchiz olunmuş böyük yük qaldırma qabiliyyətinə malik ZJ 70 DBS və ZJ 70 D qazma qurğularından, “Schulmberger” şirkətinin LWD, MWD, PWD telemetrik ölçü sistemlərindən, karbohidrogen əsaslı qazma məhlulundan, hidravlik genişləndiricilərdən, quyu dibi mühərriklərdən, Yass-Akselatordan və s. tərtibatlardan, dərin quyuların qazılmasında məsafədən idarəetmə nəzarət sistemindən istifadəyə start verildi, köhnə tipli qazma nasosları yeni 3 silindirli qazma nasosları ilə əvəzləndi, qazma işləri elektronikaya əsaslanan avtomatlaşdırılmış əməliyyatlar sistemi ilə həyata keçirildi. Quyularda yeni və müasir texnologiyaların tətbiqi istifadəsi (yüksək hidromonitor effektli PDC, eləcə də bisentrik baltalar, quyudibi motorlar, quyunun parametrlərinə daimi nəzarət etmək üçün MWD, LWD cihazları, stabilizatorlar, Yass, qalın divarlı qazma boruları, polimer və karbohidrogen əsaslı qazma məhlulları və s.) qazmanın sürətinin artırılmasına, istehsal prosesində risk və qəzaların qarşısının alınmasına zəmin yaratdı. Ötən müddət ərzində quyuların qazılmasına texnoloji nəzarəti artırmaq, qazma rejimi parametrlərini birbaşa vizual nəzarətdə saxlanmasını həyata keçirmək məqsədi ilə “RT Client Leuza” və “Empirica” kimi proqram paketləri alınaraq istehsalat obyektlərində istifadəyə verildi. Bütün bunlar qazmanın sürətinin artırılması, quyuların keyfiyyətli tamamlanması, istehsal prosesində risk və qəzaların qarşısının alınması baxımından əhəmiyyətlidir. Artıq Trest 7000-7500 metr dərinlikdə quyuların qazılmasına imkan verən müasir qurğularla təchiz olunub. Ümumiyyətlə, Kompleks Qazma İşləri Tresti yarandığı vaxtdan, 2007-ci ildən indiyədək SOCAR-ın istismar etdiyi yataqlarda (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 2 006 988 metr qazma işi həyata keçirilib ki, bu həcmin də 81 157 metri kəşfiyyata, qalanı isə istismara aid olub. Həmin dövrdə mədənçilərə 1191 quyu qazılaraq təhvil verilib.

Qazma sahəsində tətbiq olunan yeni texnologiya və avadanlıqlardan istifadə olunaraq “Günəşli” yatağında 350 nömrəli ilk horizontal quyunun qazılması müvəffəqiyyətlə tamamlandı və açıq lüləyə süzgəc endirilərək istismara təhvil verildi. Həmçinin, Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində zənginliyi və gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından mühüm əhəmiyyət kəsb edən “Bulla-dəniz” yatağındakı karbohidrogen ehtiyatlarının tam istismarının təmin olunması üçün 2017-ci ildə 6 saylı özüldən qazılan 78 nömrəli kəşfiyyat quyusunda işlər Bentekc–HP 3000 qurğusu ilə aparılıb. Bu qurğu ilə ilk dəfə olaraq həmin quyuda 529 ton çəkisi olan Q-125 markalı 339,7 x 13,055 mm-lik kəmər bir seksiyadan (əvvəllər 2 seksiyadan ibarət olmaqla ednirilirdi) ibarət olmaqla 4938 metrə endirildi (Azərbaycan Neft Təsərrüfatı Jurnalı, 2016, “Müasir tipli qazma avadanlıqları ilə əldə olunmuş nailiyyətlər”, Famil Əsədov, Rüstəm Zeynalov). Bu, Azərbaycanda qazılmış quyularda ən ağır kəmərin bir seksiyalı endirilməsində bir ilk idi. Neft-qaz sənayesinə daim yeniliklər bəxş edən Azərbaycan neftçiləri qazma sahəsində yeni uğurlara imza atmaqdadırlar. Dünyanın az sayda geoloji cəhətdən çox mürəkkəb yataqlarında qazma məhlulunun ekvivalent sıxlıq pəncərəsinin dar olması şəraitində istifadə edilən MPD – qazma vaxtı təzyiqlərin idarə edilməsi sistemi Azərbaycan qazmaçıları tərəfindən milli sektorda ilk dəfə olaraq “Bulla-dəniz” yatağında qazılmış 91 nömrəli kəşfiyyat quyusunda tətbiq edildi. Qeyd edək ki, “Bulla-dəniz” yatağı dünyada 10 mürəkkəb struktur siyahısına daxildir və həddindən artıq mürəkkəb yataq kimi qəbul edilir. MPD texnologiyasının istifadəsi 91 nömrəli kəşfiyyat quyusunda nəinki başa verə biləcək mürəkkəbləşmələrdən sığortalanmağa həmçinin, əlavə geoloji məlumatların əldə olunmasına, qazma işlərində yüksək kommersiya sürətinə və maliyyə xərclərinin azaldılmasına imkan verdi. Belə ki, 6075- 6084 metr və 6165-6174 metr intervallarında kern qazması işləri çox mürəkkəb geoloji şəraitdə dəqiqliklə və uğurla həyata keçirildi, süxur nümunələri yer səthinə qaldırılaraq növbəti laborator tədqiqatların aparılmasına göndərildi. Əldə olunmuş məlumatlar, 91 nömrəli quyuda qazanılmış təcrübə MPD texnologiyasının gələcəkdə digər quyularda da tətbiq edilə biləcəyinə zəmin yaradır. Bundan əlavə, hasilatın intensivləşdirilməsi və işlənmədə səmərəliliyin artırılması məqsədilə daha bir layihə qazmaçılarımız tərəfindən istehsalatda sınandı. SOCAR AQŞ ilk dəfə olaraq “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağında çoxşaxəli quyunu layihələndirdi və yataqdakı 10 saylı özüldə qazılmış 19 saylı çoxşaxəli quyu 2021-ci ilin əvvəllərində yüksək hasilatla istismara daxil oldu. Belə ki, yatağın işlənmə obyektlərində təzyiqin bərabər olduğu müəyyənləşdirildi və həmin çoxşaxəli quyu yatağın mərkəzi blokuna Cənubi Xəzər hövzəsində həyata keçirilən ilk pilot layihə kimi “Azneft” İB tərəfindən təqdim edildi. Bu quyuda iki lülə ilə qazma işi aparılaraq iki məhsuldar horizontun – Qirməki Altı və Qirməki lay dəstələrinin birgə istismarı təmin edildi. Çoxşaxəli horizontal istismar quyularının qazılması texnologiyası yan lülələrin sayından asılı olaraq məhsuldar horizontlarda drenaj sahəsini genişləndirməklə quyunun hasilatını artırır və ən əsası qazma prosesinə çəkilən xərcləri əhəmiyyətli dərəcədə aşağı salmağa imkan yaradır.

Quyu rejimə salındıqdan sonra stabil olaraq sutkalıq 28-30 ton neft hasilatı ilə işləməyə başladı. Lakin qeyd etmək lazımdır ki, ətraf quyuların hasilat nəticələrinə görə Qirməki Lay dəstəsindən işləyən quyuların orta gündəlik neft hasilatı sutkalıq 15 ton, Qirməki Altı lay dəstəsindən işləyən quyuların orta gündəlik neft hasilatı isə sutkalıq 12 tondur. Qeyd olunan işlənmə strategiyası hazırki texnologiyaların və müasir işlənmə sistemlərinin ən optimal variantı hesab edilir. “Qərbi Abşeron” yatağının səmərəli işlənməsini təmin etmək üçün mövcud və gələcəkdə tikiləcək özüllərdən bu tipli çoxşaxəli quyuların qazılması nəzərdə tutulur. 2022-ci ilin qazma işlərinin plan-qrafikinə əsasən, “Qərbi Abşeron” yatağında yerləşən 54 nömrəli özüldən 7b, 37a, 38a, 74a və 139a nömrəli çoxşaxəli quyuların da qazılması planlaşdırılır. Bu gün Azərbaycan neft-qaz sənayesinin bütün əsas sahələri, o cümlədən qazma sahəsi üzrə malik olduğu beynəlxalq standartlar səviyyəsindəki elmi-texniki potensial və təcrübə təqdirəlayiqdir. Hazırda “Neft-qaz quyularının layihələndirilməsi və tikintisinin biznes prosesləri” toplusu (QLTP) əsasında tərtib olunmuş SAP PS (Project Systems/Layihə sistemləri) modulunun tətbiqi nəticəsində SOCAR-da qazma layihələrinin planlaşdırılması və icrasına nəzarət aparılır, bir çox müxtəlif iqtisadi və texniki hesabat növləri ilə paralel olaraq avtomatik şəkildə Gündəlik Qazma Hesabatları (DDR) və Əsas fəaliyyət göstəriciləri (KPİ) birbaşa sistemdən alınır. Bu modulla layihənin əvvəlindən sonuna kimi görüntü əldə olunur, bütün quyu layihələndirməsi və tikintisi prosesi şəffaf izlənilir. Ümumiyyətlə, dərin quyuların qazılmasında yeni növ qazma qurğularından, müasir sistemlərdən istifadə, eləcə də telemetrik sistemin, mütərəqqi qazma məhlullarının tətbiqi bir sıra qəza və mürəkkəbləşmələrin qarşısını alır. Xəzərin dərin qatlarında zəngin neft və qaz yataqlarının mənimsənilməsi daha müasir qazma qurğularına tələbatı artırır. Bu gün ölkəmizin malik olduğu müasir, yüksək səviyyəli texnika və texnologiyalar neft-qaz sənayesinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Müstəqillik illərində – XX əsrin 90-cı illərinin sonlarında “Şelf” tipli qazma qurğuları yenilənərək “Dədə Qorqud”, “İstiqlal” kimi modern dərin qazma qurğularına çevrildi. Bu qurğular dənizdə suyun dərinliyinin 700 metr olan hissəsində qazma işləri aparmağa qadirdir. 2000-ci ildə inşa edilmiş “Lider” qazma qurğusu isə dənizdə suyun dərinliyinin 1000 metrədək hissələrində kəşfiyyat quyuları qazmağa imkan yaratdı. 2018-ci ildə istismara verilən Heydər Əliyev adına 6-cı nəsil yarımdalma qazma qurğusu isə dənizin 1000 metr dərinliyində 12000 metrə qədər quyular qazmağa qadirdir. Heydər Əliyev adına yarımdalma qazma qurğusu dünyada 1400 atmosfer sistemi texnologiyasına sahib olan ilk və yeganə qurğudur. Qurğunun müasir avadanlığı qazma işinin indikindən 4 dəfə daha sürətlə aparılmasını təmin edir.

Bu qurğu Xəzərdə ən dərin quyunun qazılması üzrə rekorda imza atıb. Qazma işləri JOCAP-ın operatoru olduğu “Abşeron” yatağındakı 1 saylı quyuda aparılıb və quyunun dərinliyi 7411 metrə çatdırılıb. Qazma qurğuları Kaspian Drilinq Kompani şirkəti (CDC) tərəfindən istismar olunur. Şirkətin fəaliyyəti dövründə qurğulardan “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu”, “Azəri”, “Çıraq”, “Günəşli”, “Şah-dəniz”, “Naxçıvan”, “Abşeron”, “İnam” və s. dəniz strukturlarında, ümumiyyətlə 20-yə yaxın geoloji strukturda 100-dən çox dərin kəşfiyyat quyuları qazılıb. Neft sənayesinin tarixində, xüsusən son illər qazma sahəsində müşahidə olunan elmi-texniki tərəqqi Azərbaycanın neft və qaz çıxarma sektorunun inkişafına böyük təsir edib, quyularının qazılmasında istifadə olunan müasir qazma avadanlıq və mexanizmləri qazma işlərinin məhsuldarlığını xeyli artırıb. “Əsrin Müqaviləsi” çərçivəsində imzalanan hasilatın pay bölgüsü sazişləri çərçivəsində Xəzər akvatoriyasındakı strukturların perspektivliyinin təyin olunmasında, bu sektorun sürətli inkişafı üçün yeni yataqların açılmasında dərin qazma işləri xüsusi əhəmiyyət kəsb edir. Bu nailiyyətləri daha da təkmilləşdirmək üçün qazma sahəsində bir çox işlərin avtomatlaşdırılması, eləcə də qazma prosesinin kompüterləşdirilməsi texnikası ilə idarə olunması, yüksək peşəkar qazmaçıların biliklərinin artırılması günün vacib məsələlərindəndir. Sonda oxuculara qazma prosesi haqqında bəzi vacib nüansları açıqlamaq istərdik. Qazma işləri neft və qaz sənayesində böyük əhəmiyyət kəsb etməklə bərabər xalq təsərrüfatının başqa sahələrində də geniş tətbiq edilir. Müasir dünyamızda neft, qaz, duz məhlulları, mineral və müalicə sularının çıxarılması, boruların, yeraltı hava xətərinin, kabellərin və s. çəkilməsi, yeraltı məsaməli laylarda təbii qaz ehtiyyatını saxlanması, kömür sənayesində şaxtaların tikilməsi, güclü sulu layların qurudulması və dondurulması, tikiləcək hündürmərtəbəli binaların özüllərinin qoyulması üçün süxurların tədqiq edilməsi, yataqların seysmik üsulla kəşfiyyatı zamanı partlayış aparılması, dağ-mədən sənayesində tunellərin və şəhərlərdə yerləşən metro yollarının çəkilməsi üçün, eləcə də geoloji axtarış və xəritə alma məqsədi ilə quyular qazılır.

Quyu hansı üsulla qazılmasından asılı olmayaraq yerin müəyyən dərinliyindəki laya qazılmış silindirik lülədir. Neft və qaz quyuları iki üsulla; vurma və fırlanma üsulları ilə qazılır. Vurma üsulu ilə qazımada süxurlar şaquli istiqamətdə (yuxarıya və aşağıya) hərəkət etdirilən baltanın zərbələri nəticəsində dağıdılır və dağıdılmış süxur hissəcikləri maye ilə birlikdə quyudan çıxarılır. Hazırda neft və qaz quyularının qazılmasında bu üsuldan istifadə edilmir. Fırlanma üsulu ilə qazmada isə süxurlar fırladılan balta vasitəsilə kəsilir, qoparılır, doğranılır və suxur hissəcikləri qazma zamanı fasiləsiz dövran edən yuyucu maye vasitəsilə quyudan çıxarılır. Fırlanma üsulu üç növə ayrılır: 1) Rotor qazması. Bu halda quyudibinə endirilmiş balta, qazma boruları ilə birlikdə quyuağzında yerləşdirilmiş rotor vasitəsilə hərəkətə gətirilir; 2) Turbin qazması. Bu halda balta və onun üstündə yerləşdirilmiş turbin qazma boruları ilə quyudibinə buraxılır. Turbin quyudibində qazma borularının içərisinə yüksək təzyiqlə vurulan yuyucu mayenin enerjisi ilə hərəkətə gətirilir və turbinin fırlanma hərəkəti baltaya ötürülür. 3) Elektrik qazması. Bu halda balta, onun üstündə yerləşdirilmiş xüsusi elektrik mühərriki vasitəsilə quyudibində hərəkətə gətirilir. Rotor üsulu ilə qazma, dünya təcrübəsində çox geniş yayılıb. Hazırda planetimizdə qazılan quyuların böyük əksəriyyəti bu üsulla qazılır. Vüqar Həsənov

Похожие статьи

  • Azrbaycanda qazmanın tarixi

    Azərbaycandan qaz aldığımıza görə məmnunuq” Qazma sahəsində tətbiq olunan yeni texnologiya və avadanlıqlardan istifadə olunaraq “Günəşli” yatağında 350…

  • Azərbaycanda musiqi iə müalicənin tarixi

    Azərbaycanda musiqi iə müalicənin tarixi Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Bu musiqi haqqında ilk məlumatlar…

  • Azərbaycanda iqtisadi fikir tarixi

    Azərbaycanda iqtisadi fikir tarixi iqtisadiyyat, istehsal, üsullarının, fərqləndirilməsi, xüsusiyyətləridir, iqtisad, elminin, adı, sözdən, termindən,…

  • Azərbaycanda yoxsulluq

    Prezident İlham Əliyev: Azərbaycanda yoxsulluq səviyyəsi 4,8 faiz ətrafındadır �� ” Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf…

  • Azərbaycan tarixi formatda

    Azərbaycan (tarixi ərazi) 1937-ci ildə Sovet Azərbaycanının IX qurultayında Azərbaycan hökümətinin Baş naziri Rəhmanov yeni Sovet konstitusiyasına dair…

Comments are closed, but trackbacks and pingbacks are open.