Azrbaycanda tdiyy balansının tnzimlnmsi
İqtisadiyyatda müxtəlif formalarda balanslar məlumdur. Bunlardan mühasibat balansı, müəssisənin mənfəət və zərərini xarakterizə edən balanslar, əsas fondların balansı, əhalinin gəlir və xərclərini müəyyən edən balanslar, material balansları, əmək ehtiyatları balansı, sahələrarası balans və sair tərtib olunur.
“Az Accounting Services” LLC Your Accounting Department
III MÖVZU. MÜHASİBAT BALANSI Leave a comment
3.1. Mühasibat balansı haqqında anlayış və onun rolu
3.2.Təsərrüfat əməliyyatları nəticəsində balansda baş verən dəyişikliklər
3.3. Müəssisənin idarə edilməsində balansın informasiya əhəmiyyəti
ƏLAVƏ ƏDƏBİYYAT
- 1.V.İsayev «Mühasibat balansının beynəlxalq standartlara uyğunlaşdırılması», «Maliyyə və uçot» yurnalı, № 57.
- 2.Astaxov V.P. Teoriə buxqalterskoqo uçeta.M., İzd. «Finansı i statistika», 1999
3.1. Mühasibat balansı haqqında anlayış və onun rolu
«Balans» termini ümumiyyətlə mühasibat uçotu, təsərrüfat fəaliyyətinin təhlili, planlaşdırma sahəsində işləyən mütəxəssislərə məlumdur. Termin «balans» latın sözüdür, «bislanx» sözünü göstərir, yəni bis-iki, lanx-tərəzinin bir-birinə bərabər olan iki hissəsi. Bu bərabərlik simvolu 1946-cı ildə keçirilmiş Mühasiblərin Beynəlxalq Konqresində qəbul olunmuş qerbində əks olunmuşdur.
İqtisadiyyatda müxtəlif formalarda balanslar məlumdur. Bunlardan mühasibat balansı, müəssisənin mənfəət və zərərini xarakterizə edən balanslar, əsas fondların balansı, əhalinin gəlir və xərclərini müəyyən edən balanslar, material balansları, əmək ehtiyatları balansı, sahələrarası balans və sair tərtib olunur.
Bütün bunlara baxmayaraq ilk növbədə balans tərtibi mühasibat uçotu balansına aiddir. İnformasiyaların balans formasında tərtib olunması hər bir iqtisadi subyektlərin maliyyə və istehsalat-təsərrüfat vəziyyətinə dair, onun əmlak vəziyyətinə dair məlumatların verilməsinə imkan yaradır. Mühasibat balansı hər bir iqtisadi subyekt üçün müəyyən tarixə tərtib olunur. Balans hesabatı müəssisə yaradılan tarixə, aylıq, rüblük, yarım illik, 9 aylıq və müəssisə ləğv olunarkən tərtib oluna bilər.
Mövcud olan standartlara uyğun olaraq mühasibat balansı müəssisənin bütün maliyyə-təsərrüfat göstəricilərini onun hərəkəti pul ifadəsində əks etdirilir. Balansda mövcud olan əmlakın miqdarı, onların hansı mənbəələrdən əmələ gəlməsi, özünəməxsus və cəlb olunmuş vəsaitlər əks olunur.
Mühasibat balansı mühasibat (maliyyə) hesabatlarının tərkibində tərtib olunur. Müəssisələrin mühasibat (maliyyə) hesabatlarının tərkibi əsasən mühasibat uçotu balansından və ona əlavə edilən maliyyə nəticələri (mənfəət, zərərlər) və onların istifadəsi, əmlakın, fondların, dövriyyə vəsaitlərinin, xüsusi kapitalın, pul vəsaitlərinin, qeyri-maddi aktivlərin, maliyyə və kapital qoyuluşlarının və sair aktiv və passivlərin hərəkəti haqqında hesabatlardan ibarətdir.
Mühasibat (maliyyə) hesabatlarının nümunəvi formaları və o cümlədən mühasibat balansı, onların doldurulması qaydaları, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir.
Mühasibat balansı tərtib olunma prinsipinə görə bir neçə formada hazırlanır. Bunlar əsasən aşağıdakı dövrü əhatə edir:
– ləğv olunma balansı;
Giriş balansı müəssisə yaradılmış tarixə nizamnamə fondu əsasında tərtib olunur. Təsərrüfat subyektləri mühasibat uçotunun aparılması giriş balansının tərtibi ilə başlayır. Bu halda giriş balansında müəssisə nizamnaməsi qeydiyyatdan keçmiş əsas əmlak formaları və nizamnamə kapitalına təsisçilər tərəfindən qoyulan öhdəçiliklər, pul vəsaiti əks olunur.
Cari balans giriş balansından fərqli olaraq müəssisənin fəaliyyətdə olduğu bütün dövrdə dövrü olaraq uçot siyasətinə və hesabat dövrlərinə uyğun tərtib olunur.
Cari balansın tərtibi üç dövrə bölünür. Ondan birincisi başlanğıc, ikincisi hesabat dövrünün rüb və aylıqlarında və üçüncü isə yekun balansı formasında tərtib olunur. Başlanğıc və yekun balansı maliyyə ilinin əvvəlində və sonunda tərtib olunur. Hesabat dövrü arası balans isə hesabat dövrünün əvvəli və sonunda tərtib olunur. Azərbaycan Respublikasında hesabat dövrü arası balanslar birinci rübün yekunu, yarım illik (altı aylıq) və üçüncü rübün yekunu əsasında doqquz aylıq tərtib olunur.
Bölüşdürmə balansıböyük müəssissələrin bir neçə müəssisəyə ayrılması ilə əlaqədar tərtib olunur. Bölüşdürmə balansı bir sıra halda böyük müəssisənin tabeliyində olan istehsal vahidlərinin başqa müəssisənin tabeçiliyinə verildikdə də tərtib olunur.
Birləşmə balansı bir neçə müəssisənin bir müəssisə tabeçiliyində birləşməsi ilə əlaqədar olaraq tərtib olunur.
Ölkə iqtisadiyyatının müxtəlif sahələrində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üzərində nəzarəti həyata keçirmək üçün mövcud olan vəsait və onun yaranma mənbəyi haqqında konkret məlumata malik olmaq, vəsaitin tərkibini və təyinatını öyrənmək üçün onların iqtisadi cəhətdən qruplaşdırmaq lazımdır. Bu göstəricələrin yekun nəticəsi mühasibat balansının köməyi ilə həyata keçirilir.
Beləliklə, təsərrüfat vəsaitinin və onların əmələ gəlmə mənbələrinin müəyyən tarixə pul formasında ümumiləşdirmə və iqtisadi cəhətdən qruplaşdırılma üsuluna balans deyilir.
Təsərrüfat vəsaitlərinin tərkibi, yerləşməsini və onların əmələ gəlmə mənbələrini ayrı-ayrılıqda əks etdirmək üçün balans iki hissədən ibarət cədvəl formasında tərtib olunur. Balansın mövcud vəsaitlərinin tərkibini və yerləşməsini özündə əks etdirən hissəsi aktiv, onların əmələ gəlmə mənbələrini əks etdirən hissəsi isə passiv adlanır. Balansın aktivinin yekunu passivin yekununa bərabər olmalıdır.
Aktivin və passivin hər bir ünsürü balans maddəsi adlanır. Balansın aktivində müəssisəyə məxsus olan əmlak qrupları üzrə əsas vəsaitlər və sair aktivlər (əsas vəsaitlər, qeyri-maddi aktivlər, uzunmüddətli maliyyə qoyuluşları, təsisçilərlə hesablaşmalar və s.), ehtiyatlar və məsrəflər (istehsal ehtiyatları, azqiymətli və tezköhnələn əşyalar, hazır məhsul, mallar və s.) pul vəsaitləri, hesablaşmalar və sairə aktivlər (yüklənmiş mallar, debitorlarla hesablaşmalar, pul vəsaitləri, kassa, hesablaşma hesabı, valyuta hesabı və s.) və sair vəsaitlər əks olunur.
Balansın passivində xüsusi vəsait mənbəələri (nizamnamə kapitalı, ehtiyat kapitalı, istehlak fondları, mənfəət və sair) hesablaşmalar və sair passivlər (uzunmüddətli kreditlər, qısamüddətli bank kreditləri, qısamüddətli borclar, təsisçilərlə hesablaşmalar) və sairə əks olunur.
Göstərilən maddələr balansın aktivində və passivində müəyyən edilmiş ardıcıllıqla qruplaşdırılır və belə qruplaşma müəssisənin maliyyə vəziyyəti üzərində nəzarət etməyə imkan verir.
Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq mühasibat uçotu sistemi və prinsiplərini beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə respublikamızda mühasibat balansının forma və məzmununda bir sıra dəyişikliklər edilmişdir. Bazar iqtisadiyyatı şəraitində balansın aktiv və passiv maddələrinin məzmunu onu həm daxildə, həm də xaricdə, o cümlədən səhmdar cəmiyyətləri, təsisçilər, malsatanlar, kreditorlar, banklar və başqaları tərəfindən istifadə etməyə imkan verir.
Hazırda Azərbaycan Respublikasında müəssisə və təşkilatlarda tətbiq olunan mühasibat balansı qısaldılmış formada cədvəldə əks olunmuşdur. (cədvəl №1).
Azrbaycanda tdiyy balansının tnzimlnmsi
Ölkəyə daxil olan və çıxan valyutanın həcmini, o cümlədən, ölkənin dünyanın geridə qalan hissəsi ilə apardığı ticarət əməliyyatlarını, investiisya qoyuluşlarını, həmçinin pul köçürmələrini, xaricdən əldə edilən divident ödənişlərinin həcmini, eləcə də humanitar yardımları və s. biz Tədiyə Balansı vasitəsi ilə izləyə bilərik. Bekə ki, Tədiyə Balansı ölkənin xariclə apardığı bütün əməliyyatların pul formasında əks etdirildiyi hesablar toplusudur.
Bir məsələni dəqiq bilməyik ki, təkcə idxal-ixrac əməliyyatları ölkəyə daxil olan və çıxan xarici valyuta haqqında tam məlumat verə bilmir. Çünki, ölkəyə xaricdən yaşayan bir şəxs ailəsi üçün pul da göndərə bilər, xarici şirkət gəlib ölkədə yeni zavod da tikə bilər, xarici vətəndaş bu ölkədəki hər hansı bir bankına depozit də yerləşdirə bilər. Bütün bunları nəzərə alaraq, sırf idxal-ixrac əməliyyatlarının əks etdirildiyi xarici ticarət balansına baxmaqla ölkəyə gələn və gedən xarici valyutanın həcmini dəqiq müşahidə etmək olmur. Burada daha optimal variant Tədiyə Balansına baxmaqdır. Çünki, Tədiyə Balansı xarici ticarət balansından da genişdir və onunla birlikdə həm ölkələrarası kapital və maliyyə axınını, həm də ölkədəki valyuta ehtiyatlarının necə dəyişdiyini də əks etdirir. Başqa sözlə, bu balans bizə ölkəyə istənilən bir mənbədən daxil olan və çıxan xarici valyutanın həcmini izləməyə imkan verir.
Göründüyü kimi Tədiyə Balansı olduqca genişdir və bu səbəbdən onu hissələrə bölürlər. Azərbaycan Mərkəzi Bankının təsnifatına əsasən, Tədiyə Balansı aşağıdakı hissələrdən ibarətdir:
– Cari əməliyyatlar hesabı – buraya ölkənin xarici ticarəti (idxal-ixrac), əldə edilmiş və göstərilmiş xidmətlər, əldə edilmiş və ödənilmiş ilkin gəlirlər (əmək haqqı, dividend, faiz, renta və digər bu tip ödənişlər) və təkrar gəlirlər (pul baratları – köçürmələri, humanitar yardımlar, qrantlar və s.) aiddir.
– Kapitalın hərəkəti hesabı – bu hesab əsasən ölkənin qalan dünya ilə istehsal edilməmiş qeyri-maliyyə aktivlər üzrə əməliyyatlarını (məsələn, idmançıların transferləri), həmçinin kapital yönümlü digər transfertləri (məsələn, avadanlıq formasında edilmiş humanitar yardım) əks etdirir.
– Maliyyə hesabı – Maliyyə hesabı ölkənin xalis xarici maliyyə aktivlərini və xalis xarici maliyyə öhdəliklərini əks etdirir. Buraya müxtəlif növ sərmayə axınları, yaranmış maliyyə öhdəlikləri və tələbləri aiddir (birbaşa (məsələn, bina tikintisi) və portfel (məsələn, qiymətli kağız) investisiyalar, kreditlər və ssudalar, nağd valyuta və depozitlər və digər).
– Ehtiyat aktivlər – bu maddə cari əməliyyatlar və kapital hesabı, maliyyə hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Belə ki, əgər ölkəyə gələn puldan daha çoxu və ya azı çıxıbsa, bu ölkənin ehtiyatlarına təsir edəcəkdir. Burada Mərkəzi Bankın ehtiyatları da nəzərdə tutulur. Bu hesabda “+” işarəsi göstərilirsə, demək ki, əvvəlki 3 hesabın cəmində ölkədən əlavə xarici valyuta getməli olub və ehtiyatların bir həssi bazara çıxarılıb (+ buradan gəlir), nəticədə ehtiyatları azalıb. Əksinə “-“ göstərilirsə, demək ki, əvvəlki 3 hesabın cəmində ölkədə əlavə valyuta yaranıb və əlavə pul ehtiyatlara cəlb edilib, nəticədə ehtiyatları artıb.
– Balanslaşdırıcı maddələr – Nəzəri baxımdan yuxarıda göstərilən hesab növlərinin cəmi “0”a bərabər olmalıdır. Çünki, əlavə pul bizim ehtiyatımıza gedir, əksinə əksiklik isə ehtiyatlar hesabına bağlanır. Yəni hər iki halda Tədiyə Balansının hesablarının cəmində “0” olmaıdır. Lakin reallıqda heç bir ölkənin tədiyə balansının tərtibatında bu maddənin “0”-a enməsinə nail olmaq mümkün deyildir. Xüsusilə ölkənin xarici iqtisadi əlaqələrinin sürətlə genişlənməsi şəraitində bir sıra əməliyyatların dəqiq qeydiyyatını aparmaq daha da çətin olur (informasiyanın tam olmaması, informasiya mənbələri arasında vaxt intervalı, qiymətləndirmələrdə kənarlaşmalar və s.). Əksər hallarda bir əməliyyatın kredit və debet tərəflərini qeyd etmək üçün müxtəlif informasiya mənbələrindən istifadə olunur. Bu mənbələrin biri və ya bir neçəsi natamam olduqda müəyyən fərq yaranır. Bu fərqlərin cəmi yekunda balanslaşdırıcı maddələr hesabına bağlanır.
Comments are closed, but trackbacks and pingbacks are open.