Müəssisənin balansının likvidliyinin təhlili
“MyBakcellim” alətlər paneli “Bakcell” abunəçilərinə olduqca sadə və şəffaf bir şəkildə “Bakcell” məhsullarını əldə etmək, danışıq dəqiqələrinin istifadəsinə və xərclərə nəzarət etmək imkanı verən çox rahat bir xidmətdir.
Bakcell-dən balansı idarə etmək üçün yenilik
“Bakcell” şirkəti bu gün müştərilərə öz balanslarını idarə etməyə kömək edən yeni alətlər panelini istifadəyə verib.
Trend-i buradan izləyin
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti bu gün müştərilərə öz balanslarını idarə etməyə kömək edən yeni alətlər panelini istifadəyə verib.
Maksimal dərəcədə sadə və rahat interfeysə malik olan “MyBakcellim” alətlər panelinin vasitəsi ilə aşağıdakı əməliyyatları yerinə yetirmək mümkündür:
• Balansı yoxlamaq, artırmaq, nəzarət və idarə etmək;
• İnternet paketlərinə abunə yazılmaq və məlumat almaq;
• SMS paketlərinə abunə yazılmaq və məlumat almaq;
• Tarifi dəyişdirmək və bu barədə məlumat almaq;
• Bonuslara nəzarət etmək və bonuslar barədə məlumat almaq;
• Bakcell şirkətinin təqdim etdiyi istənilən digər xidmətlərdən onlayn faydalanmaq.
Yeni internet səhifəsi açılandan sonra ekranın aşağı sağ tərəfində görünən “Bakcell” loqosuna (Ulduz) basmaqla müştərinin “Bakcell” hesabının statusunu göstərən real zaman rejimində pəncərə çıxır. “Bakcell” abunəçiləri istifadə etdikləri tarif planının adını və təfsilatlarını, bonus dəqiqələri, SMS və data paketləri haqqında məlumatı, aktiv data paketlərini və balanslarında qalan vəsaitin məbləğini bu pəncərədə görə bilərlər. Bundan başqa, yeni alətlər paneli müştərilərə öz tarif planlarını dəyişdirmək və balanslarına vəsait yükləmək imkanı verir. “MyBakcellim” Alətlər panelinin çoxfunksiyalı menyusu ilə Paketlər səhifəsindən istənilən paketə abunə yazılmaq mümkün olacaq.
Bakcell-in baş icraçı direktoru Riçard Şirer bildirib: “Bakcell olaraq, biz həmişə öz müştərilərimizin həyatını daha da rahatlaşdırmağa çalışırıq və məhz buna görə də indi biz bu yeni MyBakcellim alətlər panelini təqdim edirik. Bu alətlər panelinin vasitəsilə mobil internetdən istifadə edən abunəçilərimiz öz balanslarına nəzarət edə, tarif paketlərini nəzərdən keçirə və özləri üçün uyğun olanını asanlıqla seçə biləcəklər. Biz inanırıq ki, bu vasitə müştəri təcrübəsinin təkmilləşdirilməsinə xidmət edəcək və abunəçilərimizin nəzarət imkanlarını genişləndirəcək”.
Sözügedən alətlər paneli səhifə tam yükləndikdən sonra “Bakcell” abunəçilərinin mobil telefon ekranlarında 5 dəqiqə ərzində görünüb gözdən itir. 30 saniyəlik fasilədən sonra bu alətlər paneli yenidən ekrana çıxır.
Bu alətlər panelindən istifadə etmək üçün “Bakcell” abunəçilərinin mobil telefon brauzerləri (Chrome, Mozilla, IE və Safari) Java sistemini dəstəkləməlidir. Abunəçilər “MyBakcellim” alətlər panelini mobil telefonlarda istehsalçı tərəfindən quraşdırılmış brauzerlərdə də istifadə edə bilərlər. JAVA skript xətaları göstərən internet səhifələrində bu yeni xidmət işləmir. “OperaMini” brauzerindən istifadə edən “Bakcell” abunəçiləri də bu yeni alətlər panelini aça bilməyəcəklər. HTTPS (secured) internet səhifələri də həmçinin dəstəklənmir.
“MyBakcellim” alətlər panelinin yeni funksiyaları arasında müştərilərə “Bakcell” tərəfindən təklif olunan istənilən paketə yazılmış abunəni ləğv etmək imkanı verən deaktivasiya düyməsi də var.
“MyBakcellim” alətlər paneli “Bakcell” abunəçilərinə olduqca sadə və şəffaf bir şəkildə “Bakcell” məhsullarını əldə etmək, danışıq dəqiqələrinin istifadəsinə və xərclərə nəzarət etmək imkanı verən çox rahat bir xidmətdir.
Müəssisənin balansının likvidliyinin təhlili
Müəssisənin maliyyə vəziyyətinin təhlili zamanı balans likvidliyinin təhlili məsələsi müəssisənin kredit ödəmə, yəni bütün öhdəliklərini vaxtında və tam yerinə yetirmək qabiliyyətinin qiymətləndirilməsinin labüdlüyü səbəbindən meydana çıxır, belə ki, likvidlik – müəssisənin öz cari aktivlərindən istifadə edərək qısamüddətli öhdəliklərini yerinə yetirmə qabiliyyətidir.
Balans likvidliyinin təhlili aktiv üzrə likvidlik dərəcələrinə görə qruplaşdırılmış və likvidliyin azalması üzrə sıralanmış vəsaitlərin, passivlər üzrə ödəmə müddətlərinə görə qruplaşdırılmış və ödəmə müddətinin artması üzrə sıralanmış öhdəliklərin müqayisəsindən ibarətdir.
Firmanın bütün aktivləri likvidlik dərəcəsindən, yəni pul vəsaitlərinə çevrilmə sürətindən asılı olaraq, şərti olaraq bir neçə qrupa bölünə bilər:
1. Daha likvid aktivlər (А1) – cari hesablamaların təxirəsalınmaz icrası üçün istifadə oluna bilən pul vəsaitlərin bütün bəndləri üzrə məbləğlər. Bu qrupa həmçinin qısamüddətli maliyyə sərmayələrini də daxil edirlər.
2. Tez reallaşan aktivlər (А2)– bunların nəğd vəsaitə çevrilməsi üçün müəyyən müddət lazımdır. Bu qrupa debütor borclarını (hesabat tarixindən 12 ay ərzində gözlənən ödəmələr), digər dövri aktivlər daxildir.
3. Ləng reallaşan aktivlər (А3) – daha az likvid aktivlər – bunlar ehtiyatlar, debütor borcları (hesabat tarixindən 12 aydan çox müddətə gözlənən ödəmələr), əldə edilən dəyərlər üzrə ƏDVdaxildir, lakin “Gələcək dövrlərin xərcləri” maddəsi bu qrupa daxil edilmir.
4. Çətin reallaşan aktivlər (А4) – təsərrüfat fəaliyyətində daha uzun müddət ərzində istifadə olunması nəzərdə tutulan aktivlər. Bu qrupa “Dövriyyədən kənar aktivlər” balans aktivinin I bölümünün maddələri də aid edilir.
Aktivlərin ilk 3 qrupu cari təsərrüfat dövrü ərzində daima dəyişə və müəssisənin cari aktivlərinə aid ola bilərlər, bu zaman cari aktivlər müəssisənin digər əmlakına nisbətən daha likvid olur.
Müddətlərin artma dərəcəsi üzrə balans passivləri belə qruplaşdırılır.
1. Daha təcili öhdəliklər (P1) — kreditor borcları, dividendlər üzrə hesablamalar, digər qısamüddətli ödəmələr,eləcə də vaxtında ödənməyən ssudalar (mühasibat balansına qoşmaların göstəriciləri üzrə)
2. Qısamüddətli passivlər (P2) —bankların qısamüddətli borc kreditləri və hesabat tarixindən 12 ay ərzində ödənilməsi nəzərdə tutulan digər borclar. Passivlərin birinci və ikinci qrupunu müəyyənləşdirərkən etibarlı nəticələrin alınması üçün bütün qısamüddətli öhdəliklərin icra vaxtını bilmək lazımdır. Təcrübədə bu yalnız daxili analitika üçün mümkündür. Xarici təhlil zamanı informasiya məhdudluğundan bu problem əhəmiyyətli dərəcədə mürəkkəbləşir və təhlil aparan analitikin öncəki təcrübəsi əsasında həll olunur.
3. Uzunmüddətli passivlər (P3) —Uzunmüddətli borc kreditləri və digər uzunmüddətli passivlər – VI bölmənin “Uzunmüddətli passivlər” balansının maddələri.
4. Daimi passivlər (P4) — “Kapital və ehtiyatlar” balansının III bölümü və V balansın öncəki qruplara daxil olmayan ayrı-ayrı maddələri: “Gələcək dövrlərin gəlirləri” və “Gələcək xərclərin ehtiyatları”. Aktiv və passivin balansının saxlanması üçün bu qrupun yekunlarını “Gələcək dövrlərin məsrəfləri” və “İtkilər” bəndləri üzrə azaltmaq lazımdır.
Balans likvidliyinin müəyyənləşdirilməsi üçün aktivlərin və passivlərin hər bir qrupu üzrə yekunları müqayisə etmək lazımdır.
Əgər bu şərtlər yerinə yetirilirsə, balans tam likvid sayılır:
А1 >> P1
А2 >> P2
А3 >> P3
А4 Əgər ilk 3 bərabərsizlik icra olunursa, yəni cari aktivlər müəssisənin xarici aktivlərini üstələyirsə, o zaman dərin iqtisadi mənaya malik olan sonuncu bərabərsizlik mütləq yerinə yetirilmiş olur: müəssisənin xüsusi dövri vəsaitlərinin olması; maliyyə dayanıqlığının minimal şərtlərinə riayət olunması.
İlk bərabərsizliklərin yerinə yetirilməməsi ondan xəbər verir ki, bankın likvidliyi mütləqlikdən az və ya çox dərəcədə fərqlənir.
Balans likvidliyinin qabaqkı təhlilini təminat cədvəli vasitəsilə aparmaq daha rahatdır (cədvəl 1). Bu cədvəlin qrafalarına hesabat dövrünün əvvəlinə və axırına olan göstəricilər aktiv və passiv qruplar üzrə yazılır. Bu qrupların nəticələrini müqayisə edərək hesabat dövrünün əvvəlinə və axırına olan ödəmə izafiliklərinin kəmiyyətlərini və ya çatmamazlıqlarını müəyyən edirlər. Bu yolla, bu cədvəl vasitəsilə aktiv və passiv müddətləri üzrə uyğunsuzluqları aşkara çıxarmaq, təhlil edilən müəssisənin likvidliyi və ödəmə qabiliyyəti haqda qabaqcadan təsəvvür yaratmaq olar.
Cədvəl 1. Təminat cədvəli
Balans maddələrinin qrup№ -si
Öhdəliklər məbləği (passiv)
Müxtəliflik (+ izafilik, — çatışmazlıq)
Comments are closed, but trackbacks and pingbacks are open.