Press "Enter" to skip to content

Azərbaycanda turizimin inkişafı

Turizmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin mühüm amili kimi nəzərdən keçirilir. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu potensialı düzgün qiymətləndirərək kifayət qədər investisiya tələb edən turizmin tənəzzüldən çıxarılması və inkişafı üçün kompleks tədbirlər həyata keçirmişdir. Ulu öndərimizin möhkəm təməl üzərində əsasını qoyduğu sosial-iqtisadi siyasət strategiyası nəticəsində Azərbaycanın maliyyə imkanlarının ildən-ilə yaxşılaşması turizm sahəsində uğurlu islahatların aparılmasına imkan yaratmışdır. Turizmin inkişaf tendensiyası ilk növbədə ölkənin ali qanunvericilik aktlarında öz əksini tapmışdı. 1999-cu ildə Milli Məclisdə “Turizm haqqında” qanun qəbul edilmiş, 27 iyul 1999-cu ildə ulu öndər Heydər Əliyev “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” fərman imzalamışdır.

Azərbaycanda TURİZM

1991-ci jllərdən sonra Azərbaycanın yeni ictimai-iqtisadi inkişaf yoluna qədəm qoyması, açıq bazar iqtisadiyyatı sis-teminin tələbləri əsasmda irəliləməsi onun beynəlxalq aləmə olan baxışlarmı da dəyişdirmişdir, beynəlxalq iqtisadi əla-qələr genişlənmiş, respublikanın beynəlxalq turizmdə işti-rakı məsələsi ön plana çəkilmişdir.

1999-cu ildə Azərbaycan respublikasmın prezidenti H.Əliyevin fərmanı əsasmda «Turizm haqqmda qanun» qəbul edilmişdir. Prezidentin fərmanma uyğun olaraq 2002-ci ildə «2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı» qəbul edilmişdir.

Burada aşağıdakı məqsəd nəzərdə tutulmuşdur:

– turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsi və bu sahənin inkişafı üçün zəruri olan bazanm yaradılması;

– mövcud turizm sistemində köhnə təcrübələri saxla-maqla, ölkənin strateji mənafeyinə cavab verə biləcək müa-sir turizm sisteminin yaradılması;

– turist ehtiyatları və turist sənayesinin idarə edilməsi üzrə əsas istiqamətlərin müəyyən edilməsi;

– turizmin sisteminin inkişafmda optimal nisbətlərin təmin edilməsi.

Onu da qeyd etməliyik ki, turizmin inkişafında dönüş yaratmaq məqsədilə 2005-ci ildə «Gənclər, İdman və Turizm Nazirliyi» bazasmda «Mədəniyyət və Turizm Nazirliyi» yaradılmışdır.

2004-2008-ci illərdə Azərbaycan Respublikasmm sosial-iqtisadi inkişafına dair Dövlət Proqrammda turizm sahə-sinin imkanlarma dair 30 bənddən ibarət tədbirlər sistemi

nəzərdə tutulmuşdur. Eləcə də Respublikada turizmin inki-şafına dair Dövlət Proqramına əsasən və ÜTT-nin marke-tinq planına əsasən 2005-2010-cu illərdə respublikada mas-ter-turizm inkişaf planı işlənib hazırlanmışdır.

Azərbaycanda bir sıra beynəlxalq və regional təşkilatlarla – Ümumdünya Turizm Təşkilatı (ÜTT), Iqtisadi Əməkdaş-hq Təşkilatı (İƏT), Qara Dəniz Iqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), GUAM, Islam Konfransı Təşkilatı (İKT) və MDB üzv dövlətlərinin turizm şuraları ilə turizm sahəsində əməkdaşlıq edir. Onu da qeyd etməliyik ki, 2006-cı ilin dekabr aymda İslam Konfransı Təşkilatma üzv olan dövlətlərin turizm nazirlərinin birinci Konfransı Bakıda keçirilmişdir. 57 ölkənin turizm nazirlərinin Azərbaycanda toplanması turizmin beynəlxalq standartlara uyğun inkişa-fma real zəmin yaradacaqdır.

Azərbaycan ilə 14 ölkənin – Türkiyə, Pakistan, Özbəkis-tan, Qırğızıstan, Çin, Polşa, İtaliya, Gürcüstan, Ukrayna, Bolqarıstan, Belorus, Yunanıstan, Qətər, Rumıniya, Moldo­va və Qazaxıstan hökumətləri arasmda turizm sahəsində əməkdaşlığa dair saziş imzalanıbdır. Bundan əlavə Böyük Britaniya, Misir, Rusiya, Avstriya, Küveyt, Bəhreyn, Maca-rıstan, tsveçrə, Yaponiya, Koreya, İran, tsrail ilə turizm sahəsində əməkdaşlıq haqqmda saziş layihələri dövbt qu-rumlarma təqdim olunubdur.

Bütün dünyada olduğu kimi Azərbaycanda da turizmin inkişafı üçün turizm sənayesinin inkişafı ön plana çəkilmişdir.

Qeyd etməliyik ki, respublikada – xüsusilə Bakı şəhərində mehmanxana təsərrüfatı demək olar ki, tamamilə yenidən qurulur. Yaxın vaxtlaradək bizim üçün çox möhtəşəm görü-nən köhnə və təzə İnturist, Moskva, Bakı, Qarabağ, Gənclik və digər mehmanxanalar tamamilə sökülüb yenidən inşa edilir. Beb bir şeyi heç təsəvvyr etməsək də real gerçəklik, günün tələbi bundan ibarətdir.

Hazırda Bakı şəhərində və regionlarda beynəlxalq stan-dartlara uyğun mehmanxana və turist istirahət mərkəzbri likilərək istifadəyə verilir. Ümumilikdə respublika üzrə meh­manxana və ona bənzər turist yerləşdirmə obyektlərinin sayı 2001-ci ildə 149, 2002-ci ildə 173, 2003-cü ildə 203, 2004-cü ildə 238, 2005-ci ildə isə 262 olmuşdur. 2001-ci illərdə 112 mehmanxana və mehmanxana tipli turizm obyekti tikilib istifadəyə verilmişdir (yaxm keçmişdə isə 4-5 ilə ancaq bir mehmanxana inşa edilirdi). Bunlardan 60-ı Bakı şəhərin-dədir. Bu obyektlərdə çarpayıların ümumi sayı 20000-ə yaxmdır. Bunun da 6000-dən çoxu paytaxtın payma düşür.

Mehmanxanalarm xidmət səviyyəsinin öyrənilməsi və bey-nəlxalq standartlara uyğun qiymətləndirilməsi barədə Azər-baycan Respublikası Nazirlər Kabinetinin qərarı olmuşdur. Bu qərara əsasən «Turist-ekskursiya xidmətbrinin sertifikat-laşması»nın keçirilməsi qaydaları təsdiq edilmişdir. Həmin qaydalara əsasən Mədəniyyət və Turizm Nazirliyi respubli­kada fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan Uıristbrin yerləşdirilməsi obyektbrinin təsnifatı aparılır.

Bu günə qədər Bakı şəhərində 22, digər şəhər və ra-yonlarda isə 11 mehmanxana təsnifatdan keçmiş və xidmət dərəcələrinə görə fərqləndirilmişbr.

Respublikada turizm sahəsində sahibkarlığın inkişaf etdi-rilməsi məqsədib bir sıra zəruri hüquqi-normativ sənədlər qəbul edilmişdir. Bu da həmin sahəyə olan marağı artır-mışdır. Respublikada fəaliyyət göstərən turizm şirkətlərinin sayı 18 ədəd olduğu halda, bu gün onların sayı 200-ə çatmışdır.

Mədəniyyət və Turizm Nazirliyinin BMT İP ilə birgə hazırladığı layihəyə əsasən respublikada turizm informasiya mərkəzlərinin yaradılması barədə geniş iş aparılır.

Artıq Bakı şəhərində, Xaçmaz, Şamaxı rayonlarmda və Şəki şəhərində belə mərkəzlər fəaliyyət göstərirlər.

Bunlardan əlavə ABŞ Ticarət və İnkişaf Agentliyinin qrantı hesabma respublikada «turizmin strateji inkişaf pla-nı» hazırlanmışdır. Respublikada dağ-xizək turizm növünün inkişaf etdirilməsi sahəsində geniş iş aparılır.

Bütün bunlarla yanaşı turistlərə göstərilən nəqliyyat xid-mətlərinin, ictimai iaşə sisteminin yaxşılaşdırılması, cəlbedici suvenir məhsullar istehsalı (məsələn tutaq ki, Şəki ipəyi, nar şərabı, zeytun və s.) savadlı və mədəni bələdçilər hazırlan-ması, yollarda müəyyən dayanacaqlarda məişət xidməti obyektbrinin yaradılması həyata keçirilməlidir.

Onu da göstərməliyik ki, son illərin məlumatlarma görə respublikaya gəbn turistbrin sayı da ardıcıl olaraq artmış-dır. Beb ki, respublikada olan turistbrin sayı 2002-ci ildə 428,4 min, 2003-cü ildə 629,8 min, 2004-cü ildə 785,9 min, 2005-ci ildə 865,3 min, 2006-cı ildə isə 1300 min nəfər ol-muşdur. Turizm fəaliyyətindən dövbt büdcəsinə daxil olan vəsait 2002-ci ildə 51,0 mln., 2003-cü ildə 57,7 mln., 2004-cü ildə 57,9 mln., 2005-ci ildə isə 77,7 mln. dollar təşkil etmişdir.

2006-cı ildə ölkəmizin mövcud turizm potensialının səmərəli istifadə olunması məqsədilə turizm sahəsində ardıcıl işlər görülmüşdür.

Yeni mədəni-turizm marşrutlarının yaradılması çərçivəsində layihələrin hazırlanması üzrə işlər aparılmışdır.

Turizm sahəsində çalışan kadrların maarifləndirilməsinə və turizmin müxtəlif növlərinin inkişafına təkan verəcək «Azərbaycan Respublikasında 2007-2016-cı illər üçün Turizmin inkişafına dair Dövlət Proqramı»nın layihəsi hazırlanmış və müvafiq dövlət orqanlarına təqdim edilmişdir.

Dövlət Proqramının əsas məqsədi “Turizm haqqında” Qanunda, habelə digər müvafiq normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkənin sosial-iqtisadi inkişafını təmin edən vasitələrdən biri kimi turizm sərvətlərindən səmərəli istifadə olunmasını, turizmin ölkə iqtisadiyyatının öncül istiqaməti kimi tanınması və bu sahənin səmərəliliyinin artırılmasını təmin etməkdir.

Turizmin inkişafı sahəsində qarşıya qoyulan əsas məqsədlər

Turizm ehtiyatlarının öyrənilməsi və onların genişləndirilməsi, turistlərin istirahəti, onların tələbatının ödənilməsi üçün zəruri olan xidmətlərin, ekskursiya və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort sərvətlərinin öyrənilməsi və davamlı istismarı, mehmanxanaların və digər turizm obyektlərinin tikintisinin genişləndirilməsi, turizm marşrutlarının artırılması, turizm növlərinin inkişaf etdirilməsi, prioritet turizm növü kimi mədəni turizm, ekoloji turizm və kənd yaşıl turizmi, rekreasiya turizmi sahəsində dövlət tənzimlənməsinin gücləndirilməsi, milli adət-ənənələri, Azərbaycan xalqının tarixi-mədəni irsini, ayrı-ayrı regionların və şəhərlərin tarixini əks etdirən materialların nəşr etdirilməsi və yayılması, milli sənətkarlıq və suvenir məhsullarının istehsalının və satışının genişləndirilməsi qarşıya qoyulan əsas məqsədlər sırasındadır.

Eyni zamanda Azərbaycanı turizmin inkişafı üçün əlverişli şəraiti olan ölkə kimi dünyada tanıtmaq məqsədilə yeni Azərbaycan Turizm əmtəə nişanının (loqosunun) və turizm sahəsində olan Azərbaycan brendlərinin reklam-təbliğat və məlumat-sorğu fəaliyyətinin canlandırılması, beynəlxalq proqramlar çərçivəsində regional mədəni turizm marşrutlarının yaradılması və inkişaf etdirilməsi və turizm inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdəndir.

Turizm sahəsinin inkişaf istiqamətləri:

– Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün ilk növbədə sadalanan tədbirlərin həyata keçirilməsi planlaşdırılır: fəaliyyət göstərən turizm obyektlərinin müasir tələblərə uyğun qurulması;

– mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində yataq yerlərinin(çarpayıların) sayının 150 min ədədə çatdırılması;

– beynəlxalq və daxili bazarda ölkənin rəqabət qabiliyyətini artıra bilən turizm infrastrukturu təkmilləşdirmək və turizm sənayesini yaratmaq;

– ölkə turizm-rekreasiya zonalarının hüquqi statusunu müəyyən etmək, ərazisində turizm zonalarının və turist marşrutlarının müəyyən olunmasını təmin etmək;

– turizm xidməti üzrə mütərəqqi üsulların və standartların hazırlanmasına və tətbiq edilməsinə nail olmaq;

– turizm sahəsində çalışan insanların peşə hazırlığı səviyyəsini daima artırmaq və turizm sahəsində zəngin təcrübəsi ölkələrlə kadr hazırlığı sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək və turizm ehtiyatlarının qorunmasını təmin etmək və bu ehtiyatlardan istifadənin səmərəliliyini artırmaq.

Azərbaycanda turizimin inkişafı

Azərbaycanda turizmin inkişaf istiqamətləri geniş və çoxsahəlidir

�Turizm ili� çərçivəsində həyata keçiriləcək tədbirlər ölkəmizi dünyanın turizm mərkəzlərindən birinə çevirəcək

Hazırda dünya ölkələri arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyi bir dövrdə � beynəlxalq turizm xarici iqtisadi fəaliyyətin ən dinamik inkişaf edən sahələrindən birinə çevrilib. Ümumiyyətlə, turizm xidmətin xüsusi bir sahəsi olmaqla, insanların beynəlxalq hərəkəti və yaxud səyahəti ilə bağlıdır və bu sahənin inkişafı XX əsrin ikinci yarısından başlayaraq geniş vüsət alıb.

� Bu bir həqiqətdir ki, müstəqilliyini bərpa etdikdən sonra yeni ictimai-iqtisadi inkişaf yoluna qədəm qoyan, açıq bazar iqtisadiyyatı sisteminin tələbləri əsasında inkişaf edən Azərbaycan beynəlxalq aləmə inteqrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirib. Ölkəmizdə bu əlaqələrin bir qolu olan beynəlxalq turizm münasibətlərinin inkişafı istiqamətində də təqdirəlayiq işlər görülüb.

Məlum olduğu kimi, Ümummilli lider Heydər Əliyev ölkəmizdə turizmin inkişafına xüsusi önəm verirdi. 1999-cu ildə Ulu öndərin müvafiq Fərmanı əsasında qəbul edilmiş �Turizm haqqında� Qanun və 2002-ci ildə həyata vəsiqə almış �2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı� sonrakı dövrlərdə ölkəmizdə � turizm sektorunun inkişafına təkan verdi.

Qeyd etmək yerinə düşər ki, � Azərbaycan çox nadir təbii, mədəni, milli, etnoqrafik obyektlər kompleksinə malikdir. Əlverişli coğrafi mövqeyi, doqquz iqlim qurşağı, flora və faunasının müxtəlifliyi və zənginliyi, dəniz sahilində yerləşməsi, mədəni-tarixi irsi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri ölkəmizdə turizmin inkişafı üçün böyük perspektivlər açır. Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanlar ölkəmizin bir sıra beynəlxalq təşkilatlarla turizmin inkişafı istiqamətində əməkdaşlıq etməsinə şərait yaradır. Bu beynəlxalq qurumlar arasında Dünya Turizm Təşkilatının, İslam Konfransı Təşkilatının, GUAM-ın, Müstəqil Dövlətlər Birliyinin � və digər təşkilatların adlarını çəkmək olar.

Eyni zamanda, Azərbaycan turizm sahəsində zəngin təcrübəsi olan Türkiyə, Polşa, İtaliya, Gürcüstan, Ukrayna, Rumıniya, Belarus, Yunanıstan, Moldova, Qətər və digər ölkələrlə bu sahədə əməkdaşlığa dair hökumətlərarası sazişlər imzalayıb. Hazırda bir sıra digər dövlətlərlə də analoji � sazişlərin bağlanması ilə bağlı müzakirələr aparılır.

� 2002-ci ildən etibarən isə hər il paytaxtımızda Azərbaycan Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsinin ənənə halını alması dövlətin ölkəmizdə turizm sənayesinin inkişafına necə böyük əhəmiyyət verməsini sübut edir. Bundan əlavə, indiyədək Azərbaycanın turizm potensialının zənginliyindən, bu sahənin imkanlarının genişliyindən bəhs edən materiallar dünyanın bir sıra böyük şəhərlərində-İstanbul, Berlin, Moskva, London, Əl-Küveyt, Kiyev, Tbilisi, Daşkənd və digər şəhərlərdə keçirilən sərgilərdə nümayiş etdirilib.

Onu da qeyd etmək yerinə düşər ki, ölkəmizdə turizmin müxtəlif növlərinin inkişafına, turizm sahəsində çalışan kadrların hazırlanmasına � yeni təkan verəcək �Azərbaycan Respublikasında 2007-2016-cı illər üçün turizmin inkişafına dair Dövlət Proqramı� qəbul edilib. Dövlət Proqramının əsas məqsədi �Turizm haqqında� Qanunda, habelə digər müvafiq normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkənin sosial-iqtisadi inkişafını təmin edən vasitələrdən biri kimi turizm sərvətlərindən səmərəli istifadə olunmasını, turizmin ölkə iqtisadiyyatının öncül istiqamətlərindən biri kimi tanınmasını və bu sahənin səmərəliliyinin artırılmasını təmin etməkdir.

Azərbaycanda turizmin inkişafı sahəsində qarşıya qoyulan əsas məqsədlər sırasında turizm ehtiyatlarının öyrənilməsi və onların genişləndirilməsi, turistlərin istirahəti, onların tələbatının ödənilməsi üçün zəruri olan xidmətlərin, ekskursiya və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort sərvətlərinin öyrənilməsi və davamlı istismarı, mehmanxanaların və digər turizm obyektlərinin tikintisinin genişləndirilməsi, turizm marşrutlarının artırılması, turizm növlərinin inkişaf etdirilməsi, prioritet turizm növü kimi mədəni turizm, ekoloji turizm və kənd yaşıl turizmi, rekreasiya turizmi sahəsində dövlət tənzimlənməsinin gücləndirilməsi, milli adət-ənənələrimizi, Azərbaycan xalqının tarixi-mədəni irsini, ayrı-ayrı regionların və şəhərlərin tarixini əks etdirən materialların nəşr etdirilməsi və yayılması, milli sənətkarlıq və suvenir məhsullarının istehsalının, həmçinin, satışının genişləndirilməsi kimi istiqamətləri qeyd etmək olar.

Eyni zamanda, Azərbaycanı turizmin inkişafı üçün əlverişli şəraiti olan ölkə kimi dünyada tanıtmaq məqsədi ilə yeni Azərbaycan turizm əmtəə nişanının (loqosunun) və turizm sahəsində olan Azərbaycan brendlərinin reklam-təbliğat və məlumat-sorğu fəaliyyətinin canlandırılması, beynəlxalq proqramlar çərçivəsində regional mədəni turizm marşrutlarının yaradılması və inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdəndir.

Yeri gəlməşkən, qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi daim diqqətdə saxlayır.

Prezident İlham Əliyevin yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda yekun nitqində bu ilin respublikamızda �Turizm ili� elan olunduğunu bəyan edib: �2011-ci ildə Bakıda 5 beşulduzlu mehmanxana açılacaq, hesab edirəm, yəqin ki, bu, dünyada analoqu olmayan bir hadisədir. Bir ildə bir şəhərdə 5 beşulduzlu mehmanxana açılacaq, mən Bakını nəzərdə tuturam. Ancaq Bakıda dördulduzlu, üçulduzlu hotellər də tikilməkdədir. Bölgələrdə hotelçilik ilə bağlı çox böyük işlər görülür, artıq Azərbaycanda turizmin inkişafı reallıqdır. Bu infrastrukturu yaratmaq üçün, əlbəttə ki, dövlət tərəfindən böyük vəsait tələb olunur. Ancaq bu, infrastruktur məsələlərinə yönəldilir. Hotellər isə özəl sektor tərəfindən tikilir. Deməli, Azərbaycanın inkişafına inam o qədər böyükdür ki, buraya, bu hotellərə milyonlarla, yüz milyonlarla vəsait qoyulur. İnvestorlarda inam var ki, bu vəsait onlara dividendlər gətirəcəkdir. Şəhərimizə isə bu, yenilik gətirir, müasirlik gətirir. Şəhərə gələn qonaqlar üçün gözəl şəraitin yaradılması, əlbəttə ki, vacib məsələdir�.

Dövlət başçısı � Qusar rayonunda inşa edilən � �Şahdağ� qış-yay xizək kurortu, xizək infrastrukturunu da yüksək qiymətləndirib. �Bu da sırf dövlət tərəfindən yaradılan layihədir. Mən o bölgələrdə dəfələrlə olmuşam. Mən oraya birinci dəfə gedəndə heç nə yox idi. Dağlar idi, heç yaşayış məntəqələri də yox idi. Yaşayış məntəqələrindən bir neçə kilometr uzaqlıqda yerləşən dağlar idi. Amma indi orada yollar, elektrik xətləri, qaz xətləri, su xətləri çəkilir, birinci mehmanxana dövlət tərəfindən tikilir. Əminəm ki, bundan sonra özəl sektor da bu təşəbbüsə qoşulacaq, çünki orada çoxlu mehmanxana tikilməlidir. Xizək bazası, qaldırıcılar, tibb məntəqələri, restoranlar, əyləncə yerləri olacaqdır. Bir sözlə, �Şahdağ� kurort mərkəzi dünya səviyyəli mərkəzə çevriləcəkdir. Dünyada hazırda mövcud olan ən qabaqcıl, ən populyar kurort yerlərindən geri qalmamalıdır və qalmayacaqdır. Beləliklə, bu, ölkəmizə həm yeni investisiyalar gətirəcək, həm də şimal zonasında yaşayan əhali üçün əlavə şərait yaradacaq, minlərlə, bəlkə də, on minlərlə yeni iş yerləri açılacaqdır. Azərbaycana gələn turistlərin sayı daha da çox olacaq və Azərbaycan turizm üçün çox cəlbedici ölkəyə çevriləcəkdir�.

Azərbaycanda 2011-ci ilin � �Turizm ili� elan edilməsi, heç şübhəsiz, ölkəmizdə turizmin inkişafında mühüm nəticələr əldə olunmasına, əlverişli coğrafi mövqeyi, iqlimi, mədəni-tarixi irsi, qonaqpərvərliyi, daxili sabitliyi, gözəl təbiəti olan ölkəmizin tezliklə dünyanın turizm mərkəzlərinin birinə çevrilməsinə öz töhfəsini verəcək.

Yeni Azərbaycan.- 2011.- 24 fevral.- S.3.

Turizm

Turizmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin mühüm amili kimi nəzərdən keçirilir. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu potensialı düzgün qiymətləndirərək kifayət qədər investisiya tələb edən turizmin tənəzzüldən çıxarılması və inkişafı üçün kompleks tədbirlər həyata keçirmişdir. Ulu öndərimizin möhkəm təməl üzərində əsasını qoyduğu sosial-iqtisadi siyasət strategiyası nəticəsində Azərbaycanın maliyyə imkanlarının ildən-ilə yaxşılaşması turizm sahəsində uğurlu islahatların aparılmasına imkan yaratmışdır. Turizmin inkişaf tendensiyası ilk növbədə ölkənin ali qanunvericilik aktlarında öz əksini tapmışdı. 1999-cu ildə Milli Məclisdə “Turizm haqqında” qanun qəbul edilmiş, 27 iyul 1999-cu ildə ulu öndər Heydər Əliyev “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” fərman imzalamışdır.

2001-ci ilin sentyabr ayının 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu beynəlxalq turist təşkilatına üzv qəbul olunmuşdur.

Hər il Azərbaycanda da 27 sentyabr Turizm Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı Sərəncama əsasən Dünya Turizm Günü ölkəmizdə “Turizm işçiləri günü” kimi də qeyd olunur. Bununla bağlı müxtəlif tədbirlər, ümumrespublika daxili turizm konfransları, turizm sahəsinə aid layihələr həyata keçirilir.

Respublikada turizm sahəsində dövlət siyasətini 2018-ci ilin may ayınadək Mədəniyyət və Turizm Nazirliyinin müvafiq strukturları həyata keçirmişdir.

Hazırda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi turizm sahəsində, habelə tabeliyindəki dövlət qoruqlarının ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirir. Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam”ına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mövcud strukturu əsasında yaradılmışdır.

Müstəqil Azərbaycanda turizm sahəsinin infrastrukturu ciddi şəkildə inkişaf etmişdir.

Azərbaycanda turizm müasir həyat tərzinin və mədəniyyətin mühüm atributu, beynəlxalq əlaqələrin bir forması kimi inkişaf etdirilir. Ölkədə “Turizm haqqında” qanun 4 iyun 1999-cu ildə qəbul edilmişdir. Gənclər, İdman və Turizm Nazirliyi 18 aprel 2001-ci ildə yaradılmışdı. Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006 il tarixli Fərmanı ilə Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyi ləğv olunaraq Mədəniyyət və Turizm Nazirliyi təşkil edilmişdir.

“Azərbaycan Respublikasında 2002-2005 illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edildikdən sonra ölkədə turizm ehtiyatlarından səmərəli istifadə olunur. Respublika ərazisində turizmin inkişafını təmin etmək məqsədilə 2002-ci ildə beynəlxalq standartlara cavab verən 7 əsas (Bakı-Xaçmaz, Bakı-Astara, Bakı-Balakən, Bakı-Qazax, Bakı-Abşeron yarımadası – Qobustan, Bakı-Naxçıvan, Bakı-Şuşa) turist marşrutu müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasının turizm sənayesi üçün müasir beynəlxalq tələbələrə cavab verən mütəxəssislərin hazırlanması; müxtəlif təhsil formalarını tətbiq etməklə yüksək mədəni və vətəndaş fəallığı ilə dərin peşə biliyini özündə birləşdirən yüksək ixtisaslı mütəxəssislər hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı Qərarına əsasən Azərbaycan Turizm İnstitutu yaradılmışdır. Azәrbaycan Respublikasında turizm, menecment vә digәr xidmәt sahәlәrindә müşahidә olunan sürәtli inkişafı, “Azәrbaycan 2020: gәlәcәyә baxış” İnkişaf Konsepsiyasını, Azәrbaycan Respublikasında tәhsilin inkişafı üzrә Dövlәt Strategiyasını nәzәrә alaraq 22 dekabr 2014-cü ildə Azәrbaycan Respublikası Prezidentinin Sәrәncamı ilə Azәrbaycan Turizm vә Menecment Universiteti yaradılməşdır.

Azərbaycanda turizmin inkişafında vacib amillərdən sayılan qida sektoru formalaşmış, Milli Kulinariya Mərkəzi yaradılmışdır (1991). “Amburan”, “Karvansara”, “Bəh-bəh klub”, “Mc Donald’s”, “Pizza-nat”, “Patio-pizza”, “Oyster Fish House”, “Dolce Vita”, “Dəniz” restoranları və b. həm yerli əhalinin, həm də turistlərin ixtiyarındadır. Respublikada fəaliyyət göstərən milli, Avropa, türk, hind və Çin mətbəxli restoranların əksəriyyəti Bakıda yerləşir.

Bakıda dünyanın ən böyük mehmanxana şəbəkələrinə daxil olan beşulduzlu “Hyatt Regency” (1995), “Grand Hotel Europe” (1997), “Radisson SAS Plaza Hotel” (1998), “Park Hyatt Hotel” (1999), “Excelsior Hotel Baku” (2005) və b. fəaliyyət göstərir. 2011-ci il iyulun 2-də Bakıda beşulduzlu “Kempinski Badamdar” hotel kompleksinin açılışı olub. Yalnız dünyanın ən inkişaf etmiş ölkələrində rast gəlinən bu cür obyektlər iş adamları, turistlər və qonaqlar üçün maksimum xidmətlər təklif edir.

Azərbaycanın regionlarında da mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir. Bunlara misal olaraq, Qafqaz mehmanxanalar şəbəkəsini, Qəbələ şəhərindəki Gabaland attraksionlar parkını, «Tufandağ» qış turizm kompleksini, Qusar rayonundakı möhtəşəm «Şahdağ» turizm mərkəzini göstərmək olar.

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı”nın tələbləri çərçivəsində hesabat dövrü ərzində Quba, Şamaxı, Şəki, Lənkəran, Gəncə, Zaqatala, Xaçmaz və Naxçıvan turizm informasiya mərkəzləri fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası”na uyğun olaraq, Azərbaycan Respublikasında dövlət təsnifatından keçmiş mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 655-ə çatmışdır.

Daxili turizmin inkişaf etdirilməsi istiqamətində Yanardağ və Nardaran qalası turist marşrutuna salınıb. «Qala» Dövlət Tarixi Etnoqrafik Muzeyi yaradılıb. “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun mədəni, tarixi və etnoqrafik məkan olaraq qorunması və turizm imkanlarının inkişaf etdirilməsi üçün “Xınalığın inkişaf proqramı” layihəsi işlənib hazırlanıb.

Turizm şirkətlərinin fəaliyyətinin inkişaf etdirilməsi, onların işində mövcud olan problemlərin aradan qaldırılması və turizm şirkətlərinin mənafeyinin qorunması, vahid şəkildə yerli və beynəlxalq tədbirlərdə iştirak etmək məqsədilə 2009-cu ildə Azərbaycan Turizm Şirkətləri Assosiasiyası yaradılmışdır. 250-dən artıq turizm şirkətinin fəaliyyət göstərdiyi Azərbaycanda da bu assosiasiyanın təsis edilməsi mühüm addım hesab olunur..

6600-dən artıq mədəniyyət abidəsini əhatə edən Milli-Mədəni İrs Siyahısı qəbul edilmişdir. 65-i dünya, 2034-ü ölkə, qalanı isə yerli əhəmiyyətlidir. UNESCO-nun Dünya İrs Siyahısına Azərbaycandan İçərişəhər Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə salınmışdır (2000). “İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisindəki 10 dünya, 27 ölkə əhəmiyyətli abidə maraqlı turizm obyektləridir.

Əlverişli iqlim şəraiti (Lənkəran-Astara, Nabran-Yalama, Abşeron və b.), müalicəvi mineral sular, neft və palçıqlar (Lənkəran, Kəlbəcər, Naxçıvan, Naftalan, Abşeron və b.) sağlamlıq turizminin inkişafına geniş imkan yaradır. Respublikada dövlət təbiət qoruqlarının və milli parkların sayının artması təbiət, ekoloji və ekzotik turizm növlərinin inkişafını sürətləndirmişdir.

2016-cı ildə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsi, elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması turizm sahəsinin inkişafı üçün görülən çoxşaxəli işlərdəndir.

1 iyul 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Turizm sahəsində ixtisaslı kadr hazırlığı xidmət keyfiyyətinin artırılması baxımından önəm kəsb edir. Bu baxımdan Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kollecinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir.

Azərbaycan Hotel Assosiasiyası, Bələdçilər Assosiasiyası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və bu kimi ictimai birliklərin yaradılması turizm sənayesinin ümumi məqsəd ətrafında birləşdirilməsinə önəmli təkandır.

2020-ci ilin payızında Azərbaycanın 20 faiz ərazisinin Ermənistan ordusunun işğalından azad edilməsindən sonra yeni yolların çəkilməsi, hava limanlarının istifadəyə verilməsi, “ağllı” şəhər və kəndlərin salınması həmin regionda turizmin inkişafına xeyli dərəcədə təkan verəcəkdir.

Похожие статьи

  • Azərbaycanda turizmin inkişafı

    Azərbaycanda turizmin inkişaf istiqamətləri geniş və çoxsahəlidir Turizm qeyri-enerji sektorunun aparıcı sahəsidir və bu iqtisadiyyatın inkişafında mühüm…

  • Azərbaycanda toxuculuğun inkişafı

    5 May Xalçaçı günü dür – Milli sərvətimiz olan xalçaçılıq sənəti muxtar respublikada yaşadılır Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini…

  • Azərbaycanda kənd təsərrüfatının inkişafı

    Kənd təsərrüfatının davamlı inkişafının elmi əsasları Kənd təsərrüfatında rəqəmsal transformasiyalar – süni intellektin tətbiqi. Süni intellekt…

  • Azərbaycanda turizm

    Azərbaycanda turizm Ölkəmizin dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanlar mövcuddur. Müstəqil Azərbaycanın neft strategiyasının əsasını…

  • Azrbaycanda turizm inkişafı

    Azərbaycanda turizmin inkişaf istiqamətləri geniş və çoxsahəlidir 2002-ci ildən etibarən hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsinin…

Comments are closed, but trackbacks and pingbacks are open.