Azərbaycanda turizm
Ölkəmizin dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanlar mövcuddur. Müstəqil Azərbaycanın neft strategiyasının əsasını qoyan «Əsrin müqaviləsinin» imzalanmasının 8 ili tamam olmasına iki gün qalmış – 2002-ji il sentyabrın 18-də Bakı şəhərində Bakı-Tbilisi-Jeyhan ƏİBK-nin tikintisinin təməli qoyuldu və bu layihə müvəffəqiyyətlə başa çatdırıldı. Bu layihənin davamı olaraq «Avropa-Qafqaz-Asiya» (TRASEKA) nəqliyyat dəhlizi proqramı çərçivəsində 1998-ji il setyabr ayının 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın rəsmi nümayəndələrinin iştirakı ilə Bakı şəhərində tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfrans keçirildi və burada Avrasiya nəqliyyat dəhlizi üzərində yerləşən ölkələrin inkişafı, onların təbii ehtiyatlarının mənimsənilməsi, iqtisadi potensialdan daha da səmərəli istifadə olunması, ticarətin, turizmin və iqtisadi əməkdaşlığın genişlənməsi üçün etibarlı zəmin yaradan saziş imzalandı. 2007-ji il 7 fevral tarixində Azərbaycan dünya nəqliyyat-kommunikasiya sisteminə mühüm töhvə kimi qiymətləndiriləcək uğura imza atdı: Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının səyi nəticəsində Tiflis şəhərində Azərbayjan, Gürjüstan və Türkiyə hökumət rəhbərləri arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi ilə bağlı əldə olunmuş razılaşma bütövlükdə Jənubi Qafqaz və orta Asiya regionlarının uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Son illər Azərbaycanda turizm sahəsində beynəlxalq əlaqələrin təşkili və inkişaf etdirilməsi, turizm imkanlarının təbliği, milli turizmin inkişafı və turizm infrastrukturlarının yeniləşməsi sahəsində konkret istiqamətlər müəyyənləşdirilib. Azərbaycanın qədim tarixə malik olması, Xəzər dənizi sahilində yerləşməsi, tarixi abidələrlə zənginliyi, dünyanın 11 iqlim qurşağından 9-nun burada mövcudluğu və insanların qonaqpərvərliyi turizmin inkişaf etdirilməsinə geniş imkanlar yaradır. Ölkəmizdə 12 təbii və tarixi qoruq, 17 müvəqqəti qoruq və ovçuluq təsərrüfatı mövjuddur. Müxtəlif regionlarda 6 mindən artıq memarlıq və mədəniyyət abidələri qorunub saxlanılır. YUNESKO tərəfindən qeydiyyata alınan «İçəri şəhər», Qız qalası, Şəki Xan sarayı, Möminə Xatun Türbəsi və digər mədəniyyət abidələri artıq bütün dünyada məhşurdurlar. Dövlət proqramı bütün sərvətlərdən səmərəli istifadə etməklə, turizmi inkişaf etdirməyi qarşıya məqsəd qoymuşdur. Eyni zamanda Azərbayjanda turizmi inkişaf etdirmək məqsədilə aşağıdakı əsas vəzifələr qarşıya qoyulmuşdur: turizm sahəsində sahibkarlığı, ilk növbədə kiçik və orta sahibkarlığı inkişaf etdirməklə rəqabətə davamlı turizm bazarını yaratmaq; turistlərə xidmətin keyfiyyətinin yüksəldilməsini, onun beynəlxalq standartlara uyğunluğunu təmin etmək; turizm fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirmək; turizmdən dövlət və yerli büdcələrə daxil olan vəsaitin həcmini artırmaq; turizmin infrastrukturunu, onun maddi-texniki bazasını möhkəmlətmək; turizm müəssisələrinin beynəlxalq turizm proqramlarında iştirakı üçün əlverişli şərait yaratmaq, xarici investorları turizm sferasına jəlb etmək. Bu vəzifələrin hər birinin yerinə yetirilməsi gərgin və məsuliyyətli əmək tələb edir.
Ötən il Azərbaycana 22 minə yaxın küveytli turist səyahət edib
Ötən il 22 minə yaxın Küveyt vətəndaşı Azərbaycana səyahət edib. Cari ildə iki dost ölkə arasında turizm sektorunda əlaqələrin daha da inkişaf etməsi gözlənilir. Son illər ərəb ölkələri, o cümlədən Küveytə aviareyslərin daha da intensiv olması turizm sektorunda canlanmanı şərtləndirən əsas amillərdən biri olub .
Azərbaycan “Hotel Dayanıqlılığının Əsasları” proqramının ölkə tərəfdaşı oldu
AzerTAg.az
06.03.2023 [17:43]
Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə Azərbaycan Ümumdünya Səyahət və Turizm Təşkilatının “Hotel Dayanıqlılığının Əsasları” proqramının ölkə tərəfdaşı seçilib. Dövlət Turizm Agentliyindən AZƏTAC-a bildirilib ki, proqramın geniş ictimaiyyətə .
Azərbaycanın turizm imkanları MDB ölkələri üzrə təbliğ edilir
AzerTAg.az
03.03.2023 [18:00]
Azərbaycan Turizm Bürosu Rusiyanın Moskva şəhərində keçirilən “Luxury Travel Mart (Spring Edition)” adlı tədbirdə iştirak edir. Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində Rusiya, Qazaxıstan, Belarus, Özbəkistan kimi ölkələrdə fəaliyyət .
Azərbaycanın turizm imkanları Körfəz ölkələrində tanıdılıb
AzerTAg.az
02.03.2023 [18:00]
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı, 10 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə ölkəmizin turizm imkanları Körfəz ölkələrində təbliğ edilib. Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, fevralın 27-dən martın 2-dək Səudiyyə Ərəbistanının Ər-Riyad .
Turistlər üçün aeroportu olmayan 5 kiçik ölkə haqqında məlumat
AzerTAg.az
02.03.2023 [10:53]
Dünyanın 5 kiçik ölkəsində aeroport yoxdur və bu dövlətlərin ərazisinə gələn turistlər digər nəqliyyat vasitələrindən istifadə edirlər. AZƏRTAC həmin ölkələr barədə məlumatları təqdim edir. Vatikan: Əhalisinin sayı cəmi 800 nəfər olan dünyanın bu ən kiçik dövlətində aeroport tikintisi üçün uyğun ərazi də yoxdur .
Azərbaycan Milli Kulinariya komandası İtaliyadan vətənə dörd medalla dönüb
AzerTAg.az
23.02.2023 [15:56]
Azərbaycan Milli Kulinariya komandası İtaliyanın Rimini şəhərində keçirilən “Avropa Qran-Prisi 2023: Qlobal Aşpazlar Müsabiqəsi”nin son günündə daha bir medal qazanıb. Yarışmada Dövlət Turizm Agentliyinin dəstəyi ilə iştirak edən aşpazlar ümumilikdə dörd bürünc medal .
Azərbaycan Milli Kulinariya komandası Avropa üzrə Qlobal Aşpazlar Müsabiqəsində ilk medalını qazanıb
AzerTAg.az
22.02.2023 [16:54]
Yeni formalaşdırılmış Azərbaycan Milli Kulinariya komandası ilk dəfə nüfuzlu Qlobal Aşpazlar Müsabiqəsinə qatılıb və uğurlu nəticə göstərərək üç bürünc medal qazanıb. Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki .
Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 21,9 faiz artıb
AzerTAg.az
20.02.2023 [12:52]
2022-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 21,9 faiz artaraq 109,3 min nəfər olub. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,6 dəfə, Türkiyəyə gedənlərin sayı .
Cari ilin yanvarında Azərbaycana dünyanın 131 ölkəsindən 119,1 min şəxs gəlib
AzerTAg.az
20.02.2023 [12:42]
Cari ilin yanvar ayında Azərbaycana dünyanın 131 ölkəsindən 119,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, gələnlərin 33,8 faizi Rusiya Federasiyası, 21,1 faizi Türkiyə, 9,3 faizi İran, 5,6 faizi Gürcüstan, 3,4 .
Ərəb portalı Bakının görməli yerlərindən yazıb
AzerTAg.az
16.02.2023 [14:57]
Ərəb ölkələrin ortaq “Saidati” turizm portalında Azərbaycanın paytaxtı Bakı şəhərinin ən yaxşı məkanları barədə məqalə və fotoşəkillər yerləşdirilib. AZƏRTAC xəbər verir ki, məqalədə qədim tarixi olan İçərişəhərin əcnəbi .
Təl-Əvivdə Azərbaycandakı yəhudi irsinə dair təqdimat keçirilib
AzerTAg.az
15.02.2023 [18:00]
İsrailin Təl-Əviv şəhərində Dünya Yəhudilərinin Səyahəti (World Jewish Travel) təşkilatının təşəbbüsü ilə “Yəhudi İpək Yolu” adlı tədbir keçirilib. Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə iştirakçılara Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlova tərəfindən .
Ötən il Azərbaycana səfər edən rusiyalıların sayı artıb
AzerTAg.az
15.02.2023 [14:02]
Rusiya turizm operatorları 2022-ci ildə Azərbaycana səfər etmək istəyənlərin sayının artdığını bildiriblər. AZƏRTAC xəbər verir ki, Rusiya Turizm Operatorları Assosiasiyasının apardığı sorğunun nəticələrinə görə, turoperatorlar Azərbaycana turların sayının artmasına səbəblərdən biri kimi .
Turizm sahəsində qrantların verilməsi qaydası dəyişib
AzerTAg.az
14.02.2023 [16:20]
“Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın 2.1-ci bəndinə edilən dəyişikliyə əsasən Azərbaycanda turizm sahəsində keçirilən müsabiqə üzrə qrant ala biləcək şəxslərin dairəsi dəqiqləşdirilib. Bundan əlavə .
Azərbaycanın turizm imkanları İsraildə təbliğ edilir
AzerTAg.az
14.02.2023 [16:04]
Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə İsrailin Təl-Əviv şəhərində keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM) sərgisində ölkəmizin turizm imkanları təqdim olunur. DTA-dan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan Turizm Bürosu ilə yanaşı .
Azərbaycanlı aşpaz Beynəlxalq Gənc Aşpaz Olimpiadasının qalibi olub
AzerTAg.az
10.02.2023 [11:22]
Dövlət Turizm Agentliyinin (DTA) dəstəyi ilə yaradılan Azərbaycan Aşpazlar Milli Komandasının üzvü Emil Zeynalzadə dünyanın ən nüfuzlu kulinariya yarışmalarından biri sayılan 9-cu Beynəlxalq Gənc Aşpaz Olimpiadasının (Young Chef Olympiad – YCO) qalibi olub .
Azərbaycanın turizm imkanları Nyu-Dehli şəhərində tanıdılır
AzerTAg.az
10.02.2023 [10:03]
Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosu Hindistanın ikinci ən böyük sərgisi hesab olunan və Nyu-Dehli şəhərində keçirilən “SATTE” sərgisində iştirak edir. DTA-dan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan milli stendini “Azərbaycan Hava Yolları” QSC və ümumilikdə 11 yerli turizm sənayesi nümayəndəsi .
ATAA Türkiyədə zəlzələdən əziyyət çəkənlər üçün yardım kampaniyasına qoşulub
AzerTAg.az
09.02.2023 [10:16]
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) rəhbərliyi və üzvləri qardaş ölkə Türkiyədə böyük insan tələfatına səbəb olan zəlzələ nəticəsində köməyə ehtiyacı olan insanlar üçün yardım kampaniyası həyata keçirib. ATAA-dan AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində toplanan ianələrlə .
Turizm üzrə regional idarələr yaradılır – FƏRMAN
AzerTAg.az
08.02.2023 [14:27]
Fevralın 8-də Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli Fərmanında dəyişiklik edib .
Dövlət Turizm Agentliyinin dəstəyi ilə ənənəvi memarlıq üzrə təlim keçirilib
AzerTAg.az
07.02.2023 [16:52]
Mədəni irs abidələrinin konservasiyası zamanı diqqət edilməli məqamlar və ənənəvi memarlığın aktual məsələləri ilə bağlı Dövlət Turizm Agentliyinin dəstəyi, ICOMOS Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə təlim keçirilib .
Azərbaycanda turizmin vəziyyəti
İqtisadi islahatların həyata keçirilməsində iqtisadi və sosial mexanizmlərin formalaşması, dinamikası və proqnozlaşdırılması, xüsusi tədqiqat obyekti kimi təhlili, islahatların əsaslandırılması və onun reallaşması zamanı meydana çıxan sosial nəticələrin qiymətləndirilməsi aktuallıq baxımından mühüm əhəmiyyət kəsb edir. Müstəqillik əldə etmiş Azərbayjan Respublikasının qarşısında duran strateji məqsəd ölkənin bazar iqtisadiyyatına keçməsilə bağlı qarşıya çıxan bir sıra sosial-iqtisadi problemlərin həllində onun mütərəqqi formalarından səmərəli istifadə yollarını müəyyən etməkdir. Turizm haqqında Azərbayjan Respublikası qanunu Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəldilmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyən edir və turizm sahəsində meydana çıxan münasibətləri tənzimləyir, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydasını müəyyənləşdirir.
Turizm və sosial-mədəni servis xidməti fəaliyyət növü kimi əhalinin asudə vaxtının səmərəli istifadə edilməsinə, ekskursiya, səyahət və turist marşrutlarının təşkilinə, həmçinin turistlərin başqa xidmət növlərindən istifadənin gücləndirilməsinə təkan verir. Turizm xidmətləri bilavasitə turist təşkilatlarının fəaliyyətinin nətijəsidir. Turizm xidməti əməyin spesifik xüsusiyyətlərini və məzmununu müəyyənləşdirən milli iqtisadiyyatın müstəqil sahəsidir. Turizmdə əmək məhsuldarlığının artım sürəti üçün xidmətin səviyyəsinin yüksəldilməsi, əməyin təşkili və stimullaşdırılmasının forma və üsullarının təkmilləşdirilməsi, turizm və sosial-mədəni servis xidmətlərinin təşkilinin yenidən qurulması zəruridir.
Ölkəmizin dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanlar mövcuddur. Müstəqil Azərbaycanın neft strategiyasının əsasını qoyan «Əsrin müqaviləsinin» imzalanmasının 8 ili tamam olmasına iki gün qalmış – 2002-ji il sentyabrın 18-də Bakı şəhərində Bakı-Tbilisi-Jeyhan ƏİBK-nin tikintisinin təməli qoyuldu və bu layihə müvəffəqiyyətlə başa çatdırıldı. Bu layihənin davamı olaraq «Avropa-Qafqaz-Asiya» (TRASEKA) nəqliyyat dəhlizi proqramı çərçivəsində 1998-ji il setyabr ayının 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın rəsmi nümayəndələrinin iştirakı ilə Bakı şəhərində tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfrans keçirildi və burada Avrasiya nəqliyyat dəhlizi üzərində yerləşən ölkələrin inkişafı, onların təbii ehtiyatlarının mənimsənilməsi, iqtisadi potensialdan daha da səmərəli istifadə olunması, ticarətin, turizmin və iqtisadi əməkdaşlığın genişlənməsi üçün etibarlı zəmin yaradan saziş imzalandı. 2007-ji il 7 fevral tarixində Azərbaycan dünya nəqliyyat-kommunikasiya sisteminə mühüm töhvə kimi qiymətləndiriləcək uğura imza atdı: Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının səyi nəticəsində Tiflis şəhərində Azərbayjan, Gürjüstan və Türkiyə hökumət rəhbərləri arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi ilə bağlı əldə olunmuş razılaşma bütövlükdə Jənubi Qafqaz və orta Asiya regionlarının uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Son illər Azərbaycanda turizm sahəsində beynəlxalq əlaqələrin təşkili və inkişaf etdirilməsi, turizm imkanlarının təbliği, milli turizmin inkişafı və turizm infrastrukturlarının yeniləşməsi sahəsində konkret istiqamətlər müəyyənləşdirilib. Azərbaycanın qədim tarixə malik olması, Xəzər dənizi sahilində yerləşməsi, tarixi abidələrlə zənginliyi, dünyanın 11 iqlim qurşağından 9-nun burada mövcudluğu və insanların qonaqpərvərliyi turizmin inkişaf etdirilməsinə geniş imkanlar yaradır. Ölkəmizdə 12 təbii və tarixi qoruq, 17 müvəqqəti qoruq və ovçuluq təsərrüfatı mövjuddur. Müxtəlif regionlarda 6 mindən artıq memarlıq və mədəniyyət abidələri qorunub saxlanılır. YUNESKO tərəfindən qeydiyyata alınan «İçəri şəhər», Qız qalası, Şəki Xan sarayı, Möminə Xatun Türbəsi və digər mədəniyyət abidələri artıq bütün dünyada məhşurdurlar. Dövlət proqramı bütün sərvətlərdən səmərəli istifadə etməklə, turizmi inkişaf etdirməyi qarşıya məqsəd qoymuşdur. Eyni zamanda Azərbayjanda turizmi inkişaf etdirmək məqsədilə aşağıdakı əsas vəzifələr qarşıya qoyulmuşdur: turizm sahəsində sahibkarlığı, ilk növbədə kiçik və orta sahibkarlığı inkişaf etdirməklə rəqabətə davamlı turizm bazarını yaratmaq; turistlərə xidmətin keyfiyyətinin yüksəldilməsini, onun beynəlxalq standartlara uyğunluğunu təmin etmək; turizm fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirmək; turizmdən dövlət və yerli büdcələrə daxil olan vəsaitin həcmini artırmaq; turizmin infrastrukturunu, onun maddi-texniki bazasını möhkəmlətmək; turizm müəssisələrinin beynəlxalq turizm proqramlarında iştirakı üçün əlverişli şərait yaratmaq, xarici investorları turizm sferasına jəlb etmək. Bu vəzifələrin hər birinin yerinə yetirilməsi gərgin və məsuliyyətli əmək tələb edir.
Azərbayjanda turizm sahəsi üzrə dövlət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir. Azərbaycan Respublikası hökuməti ilə 16 ölkə – Türkiyə, Pakistan, Özbəkistan, Qırğızıstan, Çin, Polşa, İtaliya, Gürcüstan, Ukrayna, Rumıniya, Bolqarıstan, Belarus, Yunanıstan, Moldova, Qazaxıstan və Qətər hökumətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb. Azərbayjan bir sıra beynəlxalq və regional təşkilatlarda, o cümlədən Ümumdünya Turizm Təşkilatı, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, MDB üzv dövlətlərinin Turizm Şurası və digər regional təşkilatlar ilə turizm sahəsində əməkdaşlıq edir. 2006-sı il İslam Konfransı Təşkilatının turizm nazirlərinin V Konfransının Azərbayjanda keçirilməsi və Turizm üzrə Bakı Deklorasiyasının qəbul olunması Azərbaycanda turizm sektorunun inkişafı, infrastrukturun dünya standartları səviyyəsində qurulması üçün böyük əhəmiyyət kəsb edir.
Son illər beynəlxalq turizmin inkişafı, respublikamızda turizm şirkətlərinin və mehmanxanaların sayının artması, ölkəmizdə turizm sektorunun dünya standartlarına uyğun səviyyədə inkişaf etdirilməsi Azərbaycanın dünya turizm bazarına inteqrasiyası istiqamətində aparılan ardıjıl işlərdəndir.
Respublikamızda 28 dövlətin səfirlik və diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Bakı şəhərində 20 aviakompaniyanın, 35 bank və 21 sığorta şirkətlərinin xidmətlərindən istifadə olunur. Son illər ərzində turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsi məqsədilə bir sıra normativ-hüquqi sənədlər qəbul edilmişdir. 2001-ci ildə ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 18 olduğu halda, bu gün onların sayı 215-dən artıqdır. Azərbaycanda mehmanxanaların sayı 2001-ci ildə 149, 2002-ji ildə 173, 2003-jü ildə 203, 2004-jü ildə 233, 2005-ji ildə 266, olduğu halda, bu gün Azərbaycanda 289 mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektləri mövjuddur. 2001-ci ildən bu günə kimi 137 mehmanxana və mehmanxana tipli turizm obyekti tikilərək, istifadəyə verilmişdir. Yerləşdirmə obyektlərindəki çarpayıların ümumi sayı 20880 təşkil edir ki, bunun da 7260-ı Bakı şəhərinin payına düşür. Mehmanxanaların xidmət səviyyəsinin öyrənilməsi və beynəlxalq standartlara uyğun qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə «Turist-ekskursiya xidmətinin sertifikatlaşdırılması»nın keçirilməsi qaydaları təsdiq edilmişdir. Bu qaydalara əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizdə fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin təsnifatı aparılır. Bu günə qədər 39 mehmanxana – Bakı şəhərində 25, digər şəhər və regionlarda 14 mehmanxana təsnifatdan keçmişdir və göstərdikləri xidmətə uyğun dərəjələrə layiq görülmüşlər.
Mehmanxanaların istismarından 2004-cü ildə əldə edilən gəlir 271 mlr. 632,6 mln. manat, 2005-ji ildə 665 mlr. 10,9 mln manat gəlir vergisi, ƏDV və digər vergilərdən büdjəyə daxil olmalar 2004-cü ildə 30 mlrd. 473,6 mln. manat, 2005-ci ildə 94 mlr. 41, 1 mln manat təşkil etmişdir.
Azərbaycanda mütəmadi olaraq beynəlxalq tədbir və toplantıların keçirilməsini, respublikaya turist səfərlərinin ildən-ilə artımını nəzərə alaraq mehmanxanaların ilboyu istismarı beynəlxalq standartlara uyğun təmin olunur. Azərbaycana səfər edən xarici vətəndaşların sayı 2002-ci ildə 834373 nəfər, 2003-cü ildə 1013811 nəfər, 2004-cü ildə 1348655 nəfər, 2005-ci ildə 1177277 nəfər, 2006-cı ilin birinci yarım ili ərzində 1126815 nəfər təşkil etmişdir. Xarici ölkələrə gedənlərin sayı 2002-ci il 1141014 nəfər, 2003-cü ildə 1376303 nəfər, 2004-cü ildə 1473476 nəfər, 2005-ci ildə 1829765 nəfər təşkil etmişdir.
Turistlərin sayı 2002-ci ildə 428397 nəfər, 2003-cü ildə 629753 nəfər, 2004-cü ildə 785911 nəfər, 2005-ci ildə 865255 nəfər, 2006-cı ilin birinji yarısında 923195 nəfər təşkil etmişdir.
Ölkənin regionlarında turist zonalarının və marşrutlarının təşkil edilməsilə bağlı 7 marşrut istiqamətində proqramlar hazırlanmışdır. Bu marşrutlara aşağıdakılar daxildir:
Ümummilli liderimiz Heydər Əliyevin 27 avqust 2002-ci il sərənjamı ilə «Azərbaycan Respublikasında 2002-2005-ci illərdə Turizmin İnkişafına dair Dövlət Proqramı»nın təsdiq olunması ölkəmizdə turizm ehtiyatlarından səmərəli istifadə edilməsi yollarını müəyyənləşdirdi və respublikamızın beynəlxalq turizm arenasına çıxması üçün geniş imkanlar yaratdı.
Turizm fəaliyyətinin ərazi təşkili ərazinin təbii-rekreasiya sərvətlərinin mövjudluğu şəraitində mümkün olur. Bu sərvətlərin dəyəri və ehtiyatlarından asılı olaraq, müxtəlif səviyyəli kurortların təşkilindən danışmaq olar. Bunların hər birinə hazırlıq səviyyəsi, sənədlərin təsdiqi və qərarların qəbulu xasdır. Burada təbii müalicəvi sərvətlərin axtarılması və ekspert qiymətləndirilməsi, iqlimin müalijəvi xüsusiyyətləri haqqında məlumatın olması ilk addım ola bilər. Qeyd edək ki, ərazinin turist rekreasion sənədlərinin hazırlanması işinin təşkilinin sifarişçisi qeyri-dövlət və kommersiya strukturları ola bilər. Lakin müvafiq dövlət orqanların ijazəsi ilə ilk növbədə aşağıdakı sənədlər hazırlanmalı və müzakirə edilməlidir:
– ərazinin təbii-rekreasiya amillərinin keyfiyyəti haqqında elmi nətijələr;
– təbii-rekreasiya sərvətlərin ehtiyyatı haqqında ekspert nətijə;
– müalijə-sağlamlıq zonası, ərazisinin və onun hüdudları daxilindəki təbii sağlamlıq sərvətlərinin vəziyyəti haqqında dövlət ekologiya və sanitar-epidemioloci ekspertizanın nətijələri;
– profil dəyişmə, yerdəyişmə və bağlanması lazım olan təbii-rekreasiya ərazisi hüdudlarında yerləşən sənaye, kənd təsərrüfatı və başqa müəssisələrin siyahısı;
– ərazinin topoqrafik planı, onların istehsalçıları haqqında məlumatlar.
Sənədlərə müəyyən müddət ərzində Mədəniyyət və Turizm Nazirliyinin rayonlararası ekspert şöbəsi tərəfindən baxılır. Hökumət qərarının qəbulundan sonra texniki-təşkilati tədbirlər həyata keçirilir:
– təbii-rekreasiya sərvətlərin yenidən öyrənilməsi;
– sərhədlərin qoyulması və istehlak rejimi layihəsinin işlənilməsi;
-ərazidə sərvətlərin müəyyən olunması və vəziyyəti üzərində müşahidənin təşkili;
-ərazini əlverişli ekoloji və sanitar-epidemioloci vəziyyətdə saxlamaq, təbiəti qorumaq işlərin həyata keçirilməsi.
Turizmin ərazi təşkili zamanı bu əraziyə aşağıdakılar aid olmalıdır:
– bir və ya bir neçə unikal təbii-müalijəvi sərvətlərə malik olmalıdır;
– bu sərvətlərin lazımi ehtiyatına malik olmalıdır;
– kurort tikintisi üçün geniş və münasib sahəyə malik olmalıdır;
– ekoloji və sanitar-epidemioloji normalara uyğun gəlməlidir;
– digər texniki təjhizat mənbələrinə malik olmalıdır.
Daha sonra təbii-rekreasiya zonasının fəaliyyətdə olan zonaya çevrilməsi prosesi gedir. Məhz bu mərhələdə investorların maraqları reallaşır. Bura aşağıdakı mərhələlər daxildir:
1. Ərazinin planlaşdırılması və sanatoriya-kurort sahəsinin inkişafı nəzərə alınmaqla, turist-rekreasiya və kurort kompleksinin baş planı hazırlanır.
2. Cəlb olunan investisiyalar, büdjə, qeyri-büdcə vəsaitləri hesabına istirahət müəssisəsi və obyektlərinin iş layihəsi və tikintisi başlanır.
3. Ərazinin əhəmiyyətli turist-kurort zonası kimi tanınması haqqında sənədlər hazırlanır:
– fəaliyyətdə olan turist-kurort obyektlərinin siyahısı;
– təbii-müalicə sərvətlərinin vəziyyəti haqqında balneoloji və onların ehtiyatları haqqında ekspert nətijələri;
– təbii müalijəvi və başqa təbii sərvətlərin, ərazinin vəziyyəti haqqında dövlət ekoloji və sanitar-epidemioloci tədqiqatların nəticələri.
Ölkəmizdə turizm xidməti üçün çox əlverişli şərait var. Bu ondan irəli gəlir ki, respublikamızın hər cür təbii iqlim, landşaft şəraiti, iqtisadi imkanları və turizm obyektləri mövcuddur.
Turizmin inkişaf etdirilməsi əhalinin həyat səviyyəsinin yüksəldilməsində və xarici iqtisadi əlaqələrin möhkəmlənməsində də mühüm rol oynayır. Ölkəmizdə mineral suların, müalicə nefti və palçığın olması kurort yerlərinin əhəmiyyətini artırmaqla yanaşı, buraya turist axınını da gücləndirir. Xəzər dənizi sahilləri, Quba-Xaçmaz, Lənkəran-Astara, Şəki-Zaqatala, Gəncə-Qazax iqtisadi rayonları turizmin inkişaf etdirilməsi üçün çox yararlıdır. Məhz bu zonalara turist axını daha çoxdur. Bundan əlavə, müxtəlif arxeoloji, tarixi-memarlıq abidələri, incəsənət obyektləri də xarici turistləri cəlb edir.
Ölkəmizdəki turistlərin əksəriyyətini Avropa ölkələrindən, qonşu dövlətlərdən və ABŞ-dan gələnlər təşkil edir.
Azərbaycanda turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılır və turistlərə xidmət yüksək səviyyədə təşkil olunur.
Turizmin inkişafı üçün yeni Dövlət Proqramı hazırlanır. Bu proqramda turizm üçün lazımi infrastrukturun yaradılması, mövcud infrastrukturun inkişafı, turizmin müxtəlif sahələrinin genişləndirilməsi nəzərdə tutulur.
Ötən il ölkəmizdə turistlərin sayı 1.177 277 nəfər olmuşdur ki, bunlardan 865-i daxili, 255 xarici turistlərdir. Onların sayı ilbəil çoxalmaqda davam edir.
Azərbaycanın əsas turizm mərkəzi
Azərbaycanın iqlimi, zəngin təbiəti, maddi-mədəniyyət abidələri turizmin yeni növlərinın inkişafına imkan verir. Turizm ehtiyatları tarixi, ekoloji, ekzotik, təbiət, idman, mədəni turizm növlərinin inkişafı baxımından perspeklivlidir.
Müasir dövrdə iqtisadi inkişafa ciddi təsir göstərən və mühüm strateji əhəmiyyətə malik olan turizmin tarixi Azərbaycanda XX əsrin əvvəlinə təsadüf edir. 1908-ci ildə Krım-Qafqaz dağ klubunun bir bölməsi Bakıda fəaliyyətə başlamışdır. Bu bölmənin başlıca vəzifəsi Qafqazda turizmlə bağlı araşdırmaların aparılması və ekskursiyaların təşkili idi.
XIX əsrin sonu — XX əsrin əvvəllərində Bakı karvansaralarından mehmanxana kimi istifadə olunurdu. Bakıda “Astoriya”, “Bolşaya Moskva”, «Ermitaj”, “Marsel”, „Madrid”, “Metropol”, “İmperial” kimi yüksək səviyyəli mehmanxanalar fəaliyyət göstərirdi. Ekskursiyaların, alpinist, velosiped və piyada yürüşlərinin geniş yayılması bu sahəyə marağın artmasına, həvəskarların ixtisaslaşmış cəmiyyətlərdə birləşməsinə səbəb olmuşdu. Rusiya Turist Cəmiyyəti 1910-cu ildən Qafqaza müstəqil səyahətlər təşkil etməyə başlamışdı.
Turizmi inkişaf etdirmək məqsədilə 1928-ci ildə Azərbaycan Komsomolu Mərkəzi Komitəsi nəzdində Turizm bürosu yaradılmışdı. “Sovetski turist” (1928) və “İnturist” (1929) səhmdar cəmiyyətləri 1929-cu ildən başlayaraq Qafqaza və Cənubi Qafqaza turist marşrutları təşkil etmişdi. Bakıda mərkəzi turizm təşkilatlarının bölmələri fəaliyyət göstərirdi.
1936-cı ildə Bakı Turist Bazası (BTB), 1950-ci ildə Bakı Ekskursiya Bazası yaradılmış, BTB onun tərkibinə daxil edilmişdi (1952). Azərbaycan Turist-Ekskursiya İdarəsi (ATEİ, 1957), Göygöl (1960), Mingəçevir və Hacıkənd (1962) turist bazaları yaradılmışdı. Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının Azərbaycanda Turizm üzrə Respublika Şurası (1962) Azərbaycanda Turizm və Ekskursiyalar üzrə Respublika Şurasına (1969) çevrilmişdi. Yalamada BTB-nin flialı olan “Sputnik” turist düşərgəsi (1962), Azərbaycan SSR Baş Xarici Turizm İdarəsi (1984) yaradılmışdı. 1970-80-ci illərdə Bakıda “Azərbaycan” və “Abşeron” kimi iri mehmanxanalar tikilmişdi.
Azərbaycanda turizm müasir həyat tərzinin və mədəniyyətin mühüm atributu, beynəlxalq əlaqələrin bir forması kimi inkişaf etdirilir. Ölkədə “Turizm haqqında” Qanun 4 iyun 1999-cu ildə qəbul edilmişdir. 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli Fərmanı ilə Mədəniyyət Nazirliyi və Gənclər İdman və Turizm Nazirliyi ləğv olunaraq Mədəniyyət və Turizm Nazirliyi təşkil edilmişdir. Respublikada 2006-cı il iki Turizın İnstitutu fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikası 16 dövlətlə (Türkiyə, Çin, Polşa, İtaliya, Bolqarıstan, Yunanıstan və s.) turizm sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalamışdır. 2002-ci ildən Bakı şəhərində hər il Azərbaycan Beynəlxalq Turizm Sərgisi “AİTF” keçirilir, respublikanın turizm imkanları beynəlxalq turizm sərgilərində (London, Moskva, Berlin, İstanbul, Məsqət, Əl-Küveyt. Daşkənd, Tbilisi, Kiyev və b.) nümayiş etdirilir.
2006-cı ilin sentyabrında Azərbaycanda İslam Konfransı Təşkilatına üzv dövlətlərin turizm nazirlərinin 5-ci Konfransı keçirilmiş, “Bakı Bəyannaməsi” qəbul edilmişdir. “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edildikdən sonra ölkədə turizm ehtiyatlarından səmərəli istifadə olunur. Respublika ərazisində turizmin inkişafını təmin etmək məqsədilə 2002-ci ildə beynəlxalq standartlara cavab verən 7 əsas (Bakı, Xaçmaz, Bakı Astara, Bakı Balakən, Bakı Qazax, Bakı Abşeron yarımadası Qobustan, Bakı-Naxçıvan, Bakı Şuşa) turist marşrutu müəyyənləşdirilmişdir.
Ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsi turizm sektorunun inkişafına və turizm sənayesinin formalaşmasına müsbət təsir etmişdir. Hazırda Bakıda 50-dən artıq turizm təşkilatı fəaliyyət göstərir. “Khazar Tour Travel”, “Azal”, “SİLTD”, “BTİ Azerbaijan”, «PAŞA Travel» “Caspian Travel” və b. ölkənin iri turist şirkətləridir.
Bakıda dünyanın ən böyük mehmanxana şəbəkələrinə daxil olan beşulduzlu “Hyatt Regency”, “Grand Hotel Europe», «Radissou SAS Plaza Hotel», «Park Uvalt Hotel», «Execlsior Hotel Baku», “Holiday Inn Baku Airport”, “Abşeron”, “Park İN” və b. fəaliyyət göstərir.
Azərbaycanda turizmin inkişafında vacib amillərdən sayılan qida sektoru formalaşmış, Milli Kulinariya Mərkəzi yaradılmışdır (1991). «Amburan», «Karvansara», «Bəh-bəh klub», “Mc Donald’s”, “ Pizza-hat”, “Patio-pizza “Oyster Fish House”, “Dolce Vita”, “Dəniz” restoranları və b. həm yerli əhalinin həm də turistlərin ixtiyarındadır. Respublikada fəaliyyət göstərən milli, Avropa, türk, hind və Çin mətbəxli restoranların əksəriyyəti Bakıda yerləşir.
Azərbaycanda dövlət tərəfindən qorunan 6305 tarix və mədəniyyət abidəsinin 65-i dünya, 2034-ü ölkə, qalanı isə yerlı əhəmiyyətlidir. YUNFSKO-nun Dünya İrs Siyahısına Azərhaycandan İçərişəhər Şirvanşahlar sarayı və Qızqalası ilə birlikdə salınmışdır (2000). “İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisindəki 10 dünya, 27 ölkə əhəmiyyətli abidə maraqlı turizm obyektləridir.
Azərbaycan ərazisində ehtiyatlarının müxtəlifliyi, inkişaf səviyyəsi və perspektivliyinə görə seçilən 8 turizm bölgəsi vardır. Onlardan daha münasibi Bakı-Abşeron turizm bölgəsidir.
Bakı-Abşeron turizm bölgəsi Azərbaycan Respublikasının şərqində, Xəzər dənizi sahilində yerləşir və əlverişli coğrafı mövqeyə malikdir. Balneoloji iqlimə malik Bakı-Abşeron turizm bölgəsinə daxildir. Bakıdan qərb, şimal-qərb, şimal və cənub marşrutları üzrə turist səyahətləri təşkil edilir. Bölgə dərketmə, müalicə-sağlamlıq, idman, işgüzar turizm növləri üzrə ixtisaslaşmışdır. Xəzərin Bilgəh, Nardaran, Pirşağı, Buzovna, Zuğulba, Novxanı sahillərindəki qumlu çimərliklər turizmin inkişafı baxımından əlverişlidir. Balneoloji iqlimə malik bölgədə «Gənclik” Beynəlxalq turizm Mərkəzi, “Neptun” turist bazası və sanatoriya-kurort mərkəzləri (Bilgəh, Mərdəkan, Buzovna) fəaliyyət göstərir. Bakıda İçərişəhərin tarixi-memarlıq abıdələrindən olan Buxara və Multani karvansaralarından müasir dövrdə turist obyektləri kimi istifadə olunur. Bakı Əyləncə Mərkəzi, “Akva-park” “Lunapark” “Lido” istirahət və əyləncə mərkəzlərində turistlərə yüksək xidmət göstərilir. Dərketmə turizminin mərkəzi olan Bakıda gəlmə və getmə turizmi inkişaf etdirilir. Bakı şəhərində 150-dən artıq mehmanxana və mehmanxana tipli müəssisələr fəaliyyət göstərir. Bakıda İçərişəhər kompleksi (Sirvanşahlar sarayı, Qız qalası, qədim məscidlər, karvansara və b.), Bibi-Heybat məscidı “Atəşgah” məbədi, Xəzəryanı müdafiə qurğuları, qalalar, karvansaralar və ovdanlar kompleksi (Mərdəkan qalası və qüllələri, Nardaran və Ramana qalaları) və b. maraqlı tarixi abidələrdir. Şəhərdən 70 km cənubda Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, “Cənnət bağı” istirahət zonası (Xızı) yerləşir. Bakının cənub-qərbində “Şıx” kurort kompleksi fəaliyyət göstərir. Turistlər Bakıdan 4 istiqamətdə: respublikanın qərb, şimal-qərb, şimal və cənub bölgələrinə səyahətə çıxırlar. Müasir Olimpiya (Bakı, Maştağa, Hövsan) və digər idman kompleksləri idman turizminin inkişafına imkan yaradır.
YUNESKO-nun Umumdünya irsi siyahısına Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə salınmış İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindəki 10 dünya və 27 ölkə əhəmiyyətli abidə, həmçinin şəhər ətrafında yerləşən tarixi memarlıq abidələrindən Bibi-Heybət məscidi, “Atəşgah” məbədi, Xəzəryanı müdafiə qurğuları, karvansaralar və ovdanlar kompleksi (Mərdəkan qalası və qüllələri. Nardaran və Ramana qalaları). Ən böyük mehmanxanaları: “Hyyat Regensy”, “Grand Hotel Europa”, “Radisson SAS Rlaza Hotel”, “Park Hyyat Hotel”, “Excelsior Hotel Baku”, “Buta palace”, “Hilton” vəs. (2011). Bakıda 120 mehmanxana və digər mehmanxana tipli müəssisə fəaliyyət göstərir.
Turizmin təbliği məqsədilə Azərbaycan, rus, ingilis dillərində müxtəlif elmi-kütləvi ədəbiyyat, fotoalbomlar, bələdçi kitabçaları, buklet, prospekt, atlas və xəritə-sxemlər (“Azərbaycan”, “Aзербайджан”, “Welcome to Azerbaijan”, “Azərbaycan olduğu kimi”, “Bakı”, “Böyük İpək Yolu”, “Azərbaycan turizm regionları”, “Azər baycan tarix və arxitektura abidələri”, “Bakının otelləri”, “Bakının əyləncə mərkəzləri və restoranları” və s.) nəşr edilmişdir. “Turizm yenilikləri” qəzeti, “Azerbaijan review” jurnalı buraxılır.
»2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” Azərbaycanda yaxın gələcəkdə turizm-kurort sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli istifadəsinə zəmin yaratmışdır.
Azərbaycan Respublikasının Prezidentinin 20 aprel 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılmışdır.
Mənbə: bakucity.preslib.az
- Teqlər:
- Azərbaycan
- , Azərbaycanda turizm
- , turizm inkişafı
- , müasir Azərbaycan
Похожие статьи
-
Azərbaycanda turizmin inkişafı
Azərbaycanda turizmin inkişaf istiqamətləri geniş və çoxsahəlidir Turizm qeyri-enerji sektorunun aparıcı sahəsidir və bu iqtisadiyyatın inkişafında mühüm…
-
Azərbaycanda turizmin inkişaf istiqamətləri geniş və çoxsahəlidir 2002-ci ildən etibarən hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsinin…
-
Azerbaycanda turizm iqtisadiyyat
Azərbaycanda daha əlçatan turizm şəbəkələri yaradılacaq – Nazir Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri…
-
Azərbaycanda turizimin inkişafı
Azərbaycanda turizimin inkişafı Turizmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin…
-
Azərbaycanda turizim Yanar dağ Azərbaycanda rekreasiya Azərbaycan sizin gözlərinizlə #ExperienceAzerbaijan Hər fotonun öz tarixçəsi var. Siz də…
Comments are closed, but trackbacks and pingbacks are open.