Azərbaycan tarixi/Azərbaycan Birinci Dünya Müharibəsi illərində
� Ümumi təsərrüfat düşkünlüyü xalq təsərrüfatının digər sahələrinə də təsirsiz qalmamışdı. Dağ-mədən, ipəkçilik və başqa sənaye sahələrində də geriləmə əmələ gəlmişdi. Gədəbəydə mis çıxarılması 1913-cü ildə 1 ,8 milyon puddan 1915-ci ildə 103 min puda, mis emalı isə 49,7 min puddan 2,5 min puda endi. Şuşa və Nuxada olan ipək emalı fabriklərinin yarıdan çoxu işləmirdi. Müharibə yeyinti, tikinti və başqa sənaye sahələrinə də təsir etmişdi.
Azərbaycanlı generallar birinci dünya müharibəsi
�� Azərbaycan Birinci Dünya müharibəsi illərində
� � Birinci Dünya Müharibəsi Azərbaycana da ciddi zərbi vurdu. M.İsmayılov yazır ki, Birinci Dünya müharibəsinə qoşulmuş ölkələrin Azərbaycana münasibətdə də planları var idi. Alman imperializmi Qafqaza can atır, Bakı neftini ələ keçirmək istəyirdi. Oktyabrın 31-də Rusiya Türkiyəyə müharibə elan etdi. Müharibənin Qafqaz cəbhəsi yarandı. Türkiyə bu cəbhəyə böyük qoşun hissələri yerləşdirdi. Qafqaz cəbhəsi Batumdan Cənubi Azərbaycanda Urmiya gölünə qədər uzanırdı. Türk qoşunları hücuma keçib Batum vilayətinə, həmçinin, Cənubi Azərbaycana soxuldular, müvəffəqiyyət də qazandılar. Lakin 1916-cı ildə çar qoşunları onları sıxışdırdı.
� Dünya müharibəsi çar Rusiyasının bütün xalq təsərrüfatını yenidən qurmağı, təsərrüfatın bütün ağırlıq mərkəzini müdafiə sənayesinə keçirməyi tələb edirdi: Azərbaycanda bu sahədə neft sənayesi mühüm rol oynamalı idi. Neft sənayesi bu dövrdə böyük çətinliklərlə qarşılaşdı. Bu, neft sənayesinə tələb olunan avadanlığın vaxtında çatdırılmaması, nəqliyyatın işində xeyli pozğunluq yaranması və s.-lə bağlı idi. Bununla əlaqədar olaraq, neft buruqları qazılması işi xeyli ləngiyir, neft hasilatı aşağı düşürdü. Müharibə illərində çıxarılan neftin hamısını hökumət alırdı. Neft emalı sənaye sahəsinin lazımi avadanlıqla təmin olunmasının pisləşməsi, beləliklə, bu sənaye sahəsinin texniki geriliyə məruz qalması çıxarılan neftin hamısını emal etməyə imkan vermirdi. 1917-ci ildə çıxarılmış neftin yalnız yarıdan bir qədər çoxunu emal etmək mümkün olmuşdu.
� Ümumi təsərrüfat düşkünlüyü xalq təsərrüfatının digər sahələrinə də təsirsiz qalmamışdı. Dağ-mədən, ipəkçilik və başqa sənaye sahələrində də geriləmə əmələ gəlmişdi. Gədəbəydə mis çıxarılması 1913-cü ildə 1 ,8 milyon puddan 1915-ci ildə 103 min puda, mis emalı isə 49,7 min puddan 2,5 min puda endi. Şuşa və Nuxada olan ipək emalı fabriklərinin yarıdan çoxu işləmirdi. Müharibə yeyinti, tikinti və başqa sənaye sahələrinə də təsir etmişdi.
Müharibənin başlanması ərəfəsində Azərbaycan fəhlələri ciddi ictimai-siyasi qüvvə idi. Bakı şəhərində 1897-ci ildə fəhlələrin sayı 100 mindən çox idi. Müharibə ərəfəsində isə bütün Azərbaycanda onların sayı 242 minə çatırdı. Kənd təsərrüfatı fəhlələri (istər daimi, istərsə də mövsümi) də nəzərə alınsa, onların ümumi sayı yarım milyona çatırdı.
Müharibə illərində kənd təsərrüfatında da gerilik əmələ gəldi. İstər əkinçilik, istərsə də maldarlıq xeyli ixtisara düşdü, pambıq əkini sahələri əsaslı surətdə azaldı, bağçılıq və üzümçülük tənəzzülə uğradı. Məlumdur ki, çar hökuməti müsəlman və türk xalqları nümayəndələrini orduya çağırmırdı. Lakin müharibə zamanı, 1915-ci il iyunun 25-də “Özgə xalqlardan” olan 18 yaşından 43 yaşına kimi şəxslərin müharibə ilə əlaqədar işlərə səfərbərliyə alınması haqqında fərman verildi. Bu tədbir həyata keçirilərkən Qafqazın müsəlman əhalisinin güclü müqavimətinə rast gəldi. Ümümi narazılıqdan ehtiyat edən Qafqaz hökumət orqanları II Nikolaydan “25 iyun” fərmanının ləğv edilməsini xahiş etməyə məcbur oldular. Çar arxa cəbhə işlərinə məcburi səfərbərliyi “könüllü” səfərbərliklə əvəz etməyə razılıq verdi . “Könüllü” səfərbərlik, əslində, ümumi səfərbərlikdən heç bir şeylə fərqlənmirdi. “Könüllü” səfərbərlik nəticəsində Azərbaycanın əmək qabiliyyətli kənd əhalisinin kişilərinin xeyli hissəsi təsərrüfatdan ayrılaraq cəbhə arxasında, xüsusən, cəbhə və cəbhəyə yaxın yerlərdə istehkas tikmək, yol düzəltmək, körpülər salmaq və s. işlərdə işlədilirdi.
İmperialist müharibəsi dövründə kəndin xeyli dərəcədə işçi qüvvəsindən, qoşqu heyvanlarından, əmək alətlərindən, toxumdan, ərzaqdan məhrum edilməsi, Rusiya və xarici bazarlarla əlaqənin kəsilməsi, milli müstəmləkə zülmünün daha da şiddətlənməsi, bütün bunlar – Azərbaycan kəndini təsərrüfat pozğunluğu və iqtisadi fəlakət həddinə çatdırmışdı.
Fəhlələrin iş, məişət şəraiti daha da pisləşmişdi. Bu isə fəhlə çıxışlarına, tətillərə səbəb olurdu. Bakı ilə yanaşı, Azərbaycan qəzalarındakı sənaye müəssisələrinin fəhlələri də tətil etdilər. Bu tətillər 1916-cı ildə xeyli genişləndi. 1916-cı ilin payızında bu tətillər geniş inqilabi vüsət aldı. Fevral inqilabı ərəfəsində isə 1917-ci ilin yanvar tətilləri daha da genişləndi.
“Proqressiv blok” bütün gücünü mütləqiyyətin müdafiəsinə yönəltmişdisə, liberal burjua nümayəndələri çarizmdən güzəştlər gözləyir, ölkənin siyasi həyatında öz mövqelərini möhkəmlətməyə çalışırdılar. Onlar yenə ana dilində məktəblər açmaq və s. kimi qabaqlar irəli sürdükləri tələbləri təkrar edirdilər.
1916-cı ilin sonu-1917-ci ilin əvvəllərində Rusiyada inqilabi şərait yetişdi. Bütün ölkədə tətillər “Rədd olsun mütləqiyyət . “, “Yaşasın demokratik respublika!” şüarları altında keçən kütləvi siyasi nümayişlərlə müşayiət olunurdu. Burjuaziyanın çar II Nikolayla uzun-uzadı danışıqları nəticə vermədi. Bolşeviklər zəhmətkeşləri çarizmə qarşı silahlı üsyana çağırdılar. Petroqrad fəhlələrinin paytaxtın qarnizonu tərəfindən müdafiə olunan üsyanı fevralın 27-də qələbə çaldı, çar hökuməti devrildi.
Çarizmin yıxılması xəbəri Bakıya martın 2-də çatdı, şəhərdə, mədən rayonlarında çoxminli mitinqlər keçirildi. Martın 12-də çarizmin devrilməsi münasibətilə Bakıda bayram oldu, qoşunların rəsmi keçidi, nümayiş təşkil edildi. Azərbaycan qəzaları və şəhərlərində də yığıncaqlar keçirildi. Mitinqlərdə fəhlələr Bakı fəhlə deputatları Sovetini yaratmağı qərara aldılar. Seçkilər keçirildi. Martın 7-də 52 nəfərdən ibarət Bakı Soveti yaradıldı. Sovetlərdə çoxluğu menşeviklər və eserlər təşkil edirdilər.
Sovetlər yaranmamışdan qabaq şəhər Duması ictimai təşkilatları icraiyyə komitəsini yaratdı. Martın 17-də isə müvəqqəti hökumətin orqanı olan ictimai təşkilatların Soveti təşkil edildi. Onun tərkibi, əsasən, burjuaziya nümayəndələrindən ibarət idi. Bu orqan 1917-ci ilin martında müvəqqəti hökumətin yaratdığı xüsusi Zaqafqaziya Komitəsinə tabe edildi. Beləliklə, Bakıda iki hakimiyyət orqanı yaradıldı: bir tərəfdən fəhlə deputatları Soveti, digər tərəfdən isə, ictimai təşkilatların icraiyyə Komitəsi. Azərbaycanın qəza və şəhərlərinin bir çoxunda da ikihakimiyyətlilik meydana çıxdı. Lakin onların bəzisində əks qüvvələrin müqavimətini qırıb fəhlə və əsgər deputatları Sovetlərini yaratdılar.
1917-ci il martın 10-da RSDFP-nin 5 nəfərdən ibarət birləşmiş Bakı Komitəsi (2 bolşevik və 3 menşevik) və “Hümmət”in müvəqqəti Komitəsi seçildi. Martın 27-də müsəlman ictimai təşkilatlarının yığıncağında Bakı müsəlman ictimai təşkilatları Sovetinin müvəqqəti Komitəsi təşkil edildi. Onun tərkibinə neft sənayeçisi Ş.Əsədullayev və başqaları seçildilər.
ABŞ tarixçisi T.Svyatoçovski “Rusiya və Azərbaycan” əsərində yazır ki, Qafqazda gedən müharibə Rusiyanın xeyrinə döndüyündən, Azərbaycan elitası çarizmin Zaqafqaziya müsəlmanları ilə əlaqələri möhkəmlətmək kimi təşəbbüsünü razılıqla qarşıladı. Bu yeni münasibət 1915-ci ilin payızında antimüsəlman meyillərinə və 1915-ci ildəki açar qırğınına görə tanınmış Vorontsov-Daşkovun istefası ilə yarandı. Onun yerinə Böyük knyaz Nikolay Nikolayeviç təyin olundu ki, o özünü yaxşı cəhətdən göstərmək üçün bir sıra tədbirlər həyata keçirdi, o cümlədən, köhnə inqilabçı Rəsulzadəyə “Açıq söz” gündəlik qəzetini nəşr etmək icazəsini verdi . İlk dəfə 1915-ci ilin oktyabrında nəşr olunan “Açıq söz” qəzeti özünü türk qəzeti adlandırırdı ki, “tyurkski” kəlməsi artıq Rusiyada bəraət qazanmış olduğundan, bu ad hakim dairələrin heç bir narazılığına səbəb olmadı. Rəsulzadə müəllifi olduğu qəzetin 1-ci sayının baş məqaləsində həmin vaxt azərbaycanlı kimliyi haqqında təsəvvürlərini belə ifadə edirdi:
Dil baxımından biz türkük, türkçülük bizim milliyyətimizdir. Din baxımından biz müsəlmanıq. Hər bir din öz daşıyıcıları arasında xüsusi bir sivilizasiya yaradır, bu sivilizasiya isə beynəlmiləlçiliyin müəyyən bir formasını əmələ gətirir. Bir müsəlman və türk kimi biz islamın yaratmış olduğu beynəlmiləlçiliyin tərkib hissəsiyik.
Başqa sözlə desək, “Açıq söz” Rusiyanın müharibə cəhdini və çarizmin maraqlarını dəstəkləyirdi.
Çarizm və Azərbaycan icması arasındakı əlaqələrdəki irəliləyiş neftin satış qiymətlərinin təzələnməsi ilə eyni vaxta düşdü. Bu, Bakı neft istehsalçılarının ürəyindən olan bir tərəqqi idi, onlar Qara dəniz gəmiçiliyi üçün təhlükə yaranması ilə əlaqədar müharibənin əvvəlində qiymətlərin kəskin düşməsinin şahidi olmuşdular. Yaranmış təhlükə rusların Qafqaz cəbhəsindəki uğurları ilə sovuşdu və 1916-cı il ruslar üçün bir-birinin ardınca qazanılan böyük zəfərlər ili oldu. Bakı sakinləri Nargin adası sahillərində yerləşən əsir düşərgəsinə aparılan və şəhərin içi ilə addımlayan türk hərbi əsirlərinin uzun sıralarına öyrəşmişdilər. Psixoloji alışmanı nümayiş etdirərək, Azərbaycanın din rəhbərləri rusların Ərzurumu ələ keçirməsi münasibətilə şükranlıq duaları oxudular. Aydın idi ki, Qafqaz cəbhəsində gedən müharibə Türkiyənin əleyhinə yönəlirdi və 1917-ci il rus inqilabı həm arxa, həm də ön cəbhədə tamamilə yeni vəziyyət yaradana qədər osmanlıların bəxti heç cür gətirmədi. Bundan sonra da Türkiyənin təşəbbüsü yenidən ələ alması 1917-ci ilin martında çarizmin devrilməsi ilə başlanan rus siyasi çevrilişinin birinci mərhələsində bir o qədər də hiss olunmayacaqdı.
Türkiyə ordusunun komandanı Ənvər Paşanın məqsədi Rusiya-Qafqaz cəbhəsinin Qars və Sarıqamış arasındakı əsas ehtiyat qüvvələrini məhv etməkdən ibarət idi. Bundan sonra Zaqafqaziyanın işğalı nəzərdə tutulurdu. İran Azərbaycanına, sonra Bakıya keçmək üçün əməliyyata kömək məqsədilə cinah yürüşündən istifadə olunacaqdı. Üç yardımçı diviziyanın xüsusi qrupu bu böyük məqsəd üçün nəzərdə tutulmuş və Ənvər Paşanın gənc əmisi Xəlil Paşanın komandanlığı altında yerləşdirilmişdi. Baş hücum dekabrın 22-də başlandı və türklərin hücumları əvvəlcə uğurlu oldu. Cəbhənin Şimal xəttində ruslar Ərdəhanı tərk etməli oldular. Rus məmurları tələsik şəkildə Zaqafqaziyanı boşaltmağa hazırlaşdıqlarından, çar hökuməti hücuma başlamaq üçün öz Qərb müttəfiqlərinə müraciət etdi və bu xahiş Qallipoli əməliyyatının keçirilməsi üçün zəmin hazırladı.
Bununla belə, yaranmış böhranlı vəziyyət yanvarın ortalarında Sarıqamışa əks-hücum nəticəsində doqquzuncu qoşun korpusunun darmadağın edilməsilə Rusiyanın xeyrinə həll olundu. Döyüşlərdə, eləcə də soyuqdan, xəstəlikdən və aclıqdan əldən-ayaqdan düşən Üçüncü Türk Ordusu canlı qüvvəsinin 85 faizini – 90000-ə yaxın əsgərini itirdi. Sarıqamışda qazanılan nəticələr Qafqaz cəbhəsindəki müharibənin gələcək gediş xəttini müəyyənləşdirdi. Bu müharibədə Türkiyə strateji təşəbbüsü itirdi və münaqişənin aradan qaldırıldığı axır aylara qədər öz əvvəlki vəziyyətinə qayıda bilmədi. 1915-ci ilin yazında rus qüvvələri erməni başıpozuqlarının köməyi ilə Şərqi Anadoluya girdilər. Ermənilərin düşmənçiliyi üzündən yaranan təhlükə Türkiyə hökuməti tərəfindən məhəlli döyüşlər və qətllərlə müşayiət olunan kütləvi deportasiyalara dair sərəncam verilməsinə səbəb oldu.
İki Azərbaycandan İrana aid olan hissə öz-özlüyündə mühüm əhəmiyyətli strateji məqsəd daşımasa da, hərbi döyüşlər burada dərin işlər buraxmışdı. Çünki İran Azərbaycanı Bakı üzərinə tuşlanmış cinah və ya diversiya yürüşləri üçün dəhliz rolunu oynayırdı. 1915-ci ilin baharında son məqamda ixtiyarında ekspedisiya qüvvəsi olan Xəlil Paşa Mosuldan Təbrizə hərəkət etdi, lakin Van rayonunda böyük erməni üsyanı başlandığından, Anadoluya geri çəkilməyə məcbur oldu. Baş vermiş digər iki hadisə vaxtı Ömər Naci, sözsüz, dost kimi qarşılanacaqları İran Azərbaycanında antirus çıxışlarını yaymağa çalışdı.
� Vahid ÖMƏROV,
� fəlsəfə üzrə fəlsəfə doktoru
Səs .- 2012.- 14 noyabr.- S.14.
Azərbaycan tarixi/Azərbaycan Birinci Dünya Müharibəsi illərində
Avstriya-Macarıstan ilə Serbiya arasındakı münaqişə müharibənin başlanması üçün bəhanə oldu. Avstriya-Macarıstan ordusunun baş komandanı, ershersoq Frans-Ferdinand Bosniyadakı manevrlərdə iştirak edirdi. İyunun 28-də Serbiyadan gəlmiş terrorçu qrupun üzvü olan Qavrilo Prinsip Avstriya-Macarıstan taxt-tacının vəliəhdini Sarayevoda öldürdü. Bunun qarşılığında Avstriya-Macarıstan Serbiyaya ultimatum göndərdi və ona qarşı müharibə elan etdi. Avstriya vəliəhddinin öldürülməsi Birinci Dünya müharibəsinin başlanması üçün əsas səbəb ola bilməzdi. Çünki Avropa tarixində dövlət adamlarına sui-qəsd faktı istənilən qədərdir. Belə olan halda Avropada müharibələrin sayı-hesabı olmazdı. Müharibənin başlıca səbəbləri İngiltərə və Fransanın Almaniya və onun müttəfiqləri arasında kəskin ziddiyyətlər, iki hərbi-siyasi blok arasında qarşıdurma və Balkanlar uğrunda alman-slavyan qarşıdurması idi. 1914-cü il iyul ayının 15-də Avstriya-Macarıstan Serbiyaya müharibə elan etdi. Serblərin müttəfiqi olan çar Rusiyası bu hadisəyə biganə qalmayaraq, ümumi səfərbərlik elan etdi. Buna cavab olaraq iyulun 19-da Almaniya Rusiyaya, iyulun 21-də isə Fransaya müharibə elan etdi. Almaniyanın Belçikanın neytral mövqe tutduğuna baxmayaraq onu işğal etməsi iyul ayının 22-də İngiltərənin Almaniyaya müharibə elan etməsinə gətirib çıxartdı. 1914-cü il avqust ayının 10-da Yaponiya Almaniyaya müharibə elan etdi. Region dövlətlərinin heç biri tək-tək müharibə aparmaq istəmirdi. Ona görə hərbi-siyasi blok halında müharibəyə cəlb olan dövlətin hər birinin özəl iqtisadi və siyasi məqsədi var idi.
Özündən asılı olmayaraq Azərbaycan da Birinci dünya müharibəsinə cəlb olunmuşdu. Bu Şimali Azərbaycanın müharibə edən Rusiya imperiyasının tərkibində olması və müharibə edən dövlətlərin ona dair planları ilə əlaqədar idi. Belə ki, çox əlverişli coğrafi mövqedə yerləşən və öz yeraltı, yerüstü sərvətləri ilə seçilən Azərbaycan iri dövlətlərin maraq dairəsində idi. Burada alman, rus, ingilis rəqabəti daha qabarıq özünü göstərirdi. Almaniya tərəfindən müharibədə iştirak edən Türkiyənin də müsəlman Qafqazına, xüsusən Azərbaycana böyük marağı var idi. Birinci Dünya müharibəsi illərində Azərbaycan mövzusuna aydınlıq gətirmək üçün üç mühüm məsələ ön plana çəkilməlidir. Birincisi, Cənubi Qafqaz regionunda Azərbaycanın geosiyasi mövqeyinə aydınlıq gətirmək lazımdır. Beynəlxalq münasibətlər sistemində işlənən «geopolitika» sözü, yunan sözü olub iki hissədən ibarətdi. Geo-yer, politikos-hər nə varsa dövlətlə bağlıdır və s. mənasını verir. Hər bir dövlətin xarici siyasəti bir sıra coğrafi amillərlə müəyyən olunur. Ona görə də, Azərbaycanın coğrafi mövqeyi, eləcə də zəngin təbii sərvətləri daimi dünyanın aparıcı dövlətlərinin diqqət mərkəzində olmuşdur. İkincisi, 1914-1918-ci ildə Cənubi Qafqazda «erməni məsələsi»nin ön plana keçməsi və müsəlman-türk regionları üçün yaratdığı təhlükə ilə bağlıdır. Belə ki, Birinci Dünya müharibəsinin başlanması ilə regionda ictimai-siyasi proseslərin müsbət yöndə inkişafına mane olan «erməni məsələsi» Azərbaycan üçün də təsirsiz ötüşmədi. Bəzi dövlətlər öz maraqlarına uyğun olaraq ermənilərin Cənubi Qafqazda dinc müsəlman-türk əhaliyə qarşı törətdikləri vəhşiliklərə dəstək verdilər. Üçüncüsü, Birinci Dünya müharibəsində iştirak edən dövlətlərin hər birinin Azərbaycana dair müəyyən niyyətləri var idi. Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi ilə beynəlxalq münasibətlərdə yeni mərhələ başlanmış oldu. Azərbaycan zəngin və mühüm geosiyasi bir region olaraq İran, Osmanlı və Rusiya dövlətləri ilə həmsərhəd idi. Şərqdə –Xəzər, Qərbdə – Gürcüstanla əhatə olunan Azərbaycanın beynəlxalq yükdaşımaları həyata keçirmək üçün Bakı kimi əlverişli dəniz limanı var idi. Azərbaycan əlverişli coğrafı şəraiti, xammal ehtiyatları və mühüm geostrateji mövqeyi ilə seçilən bir ölkə idi. 1917-ci ildə Azərbaycan ərazisi (Cənubi və Şimali Azərbaycan ilə birlikdə) 200,5 min kv.km. olmaqla Cənubi Qafqazın ümumi ərazisindən böyük idi. Azərbaycan Avropa dövlətləri ilə Şərq ölkələri arasında körpü rolunu oynamaqla dünyanın mühüm ticarət yollarının kəsişməsində yerləşirdi. Şimali Azərbaycanda Bakı-Novorossiysk, Bakı-Batum, Cənubi Azərbaycanda isə TəbrizBursa-İstanbul və s. kimi ticarət yolları beynəlxalq iqtisadi əlaqələrin arteriyasını təşkil edirdi. Azərbaycan həm də Cənubi Qafqazın əsas energetika bazası idi. Oktyabr çevrilişinə qədər Bakı nefti Rusiyanın əsas enerji mənbəyi olduğundan bolşeviklər onun itirilməsi faktı ilə heç cür razılaşmaq istəmirdi. Digər tərəfdən başqa güclü dövlətlər də ciddi-cəhdlə Bakı neftini ələ keçirməyə çalışırdı. Oktyabr çevrilişindən sonra Birinci Dünya müharibəsində iştirak edən dövlətlərin planında Bakı neftini ələ keçirmək başlıca məqsəd daşıyırdı. Eyni zamanda, Azərbaycan Rusiya, İran, Osmanlı ilə yanaşı, digər güclü dövlətlər üçün hərbi-siyasi əhəmiyyətə malik bir region idi. Azərbaycan ərazisi Yaxın və Orta Asiyaya çıxmaq üçün əlverişli çoğrafı imkanları ilə yanaşı, həmçinin müdafiə xarkterli əhəmiyyət kəsb edirdi.
Müharibə böyük dövlətlərin ərazisində yaşayan xalqların, o cümlədən Azərbaycan xalqının da iqtisadi və siyasi həyatına öz mənfi təsirini göstərdi. Birinci Dünya müharibəsi Azərbaycan iqtisadiyyatına güclü zərbə endirmiş, əhalinin vəziyyətini son dərəcə pisləşdirmişdi. Müharibənin ilk günlərindən Rusiyanın HDD (Hərbi Dəniz Donanması) neft yanacağına olan tələbatı artmışdı. Əgər rus donanması 1913-cü ildə 250 min pud yanacaq almışdısa, 1916-cı ildə donanma 18 mln pud mazut və 0,8 mln pud müxtəlif neft məhsulları almışdı. 1916-cı il may ayından, 1917-ci il may ayına kimi Rusiyanın HDD 20 mln pud müxtəlif neft məhsulları almışdı. Rusiyanın hərbi donanması üçün benzin, kerosin, mazut məhsullarının daşınmasını kontrakta uyğun olan «Nobel qardaşları» şirkəti həyata keçirdi. Ümumiyyətlə, istər müharibə ərəfəsində, istərsə də müharibə zamanı Bakı nefti Rusiya Hərbi Dəniz Donanmasının təchizatında aparıcı rol oynadı. Etibarsızlıq üzündən çarizm Rusiyada yaşayan müsəlmanlardan, o cümlədən azərbaycanlılardan orduya rəsmən adam çağırmırdı. Lakin onların ali silkindən könüllü olaraq çar ordusu sıralarına gedənlər də var idi. Çar hökuməti bəy nəslindən olan şəxslərin orduya götürülməsinə yol verirdi. Onların bəziləri hərbi məktəblərdə təhsil aldıqdan sonra rus ordusunda zabitlik edir və müxtəlif cəbhələrdə döyüş əməliyyatında iştirak edirdi. Bunlardan 200 nəfər azərbaycanlı zabiti Birinci dünya müharibəsi cəbhələrində vuruşan rus ordusunda xidmət etmişdi. Artilleriya generalları Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, general Hüseyn xan Naxçıvanski, general İbrahim ağa Vəkilov, onun oğlu polkovnik Qalib Vəkilov, ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbov və başqaları bu qəbildən idilər. Topçu general S.Mehmandarov almanları dəfələrlə ciddi məğlubiyyətə uğratmış istedadlı sərkərdə idi. 21-ci piyada diviziyasının komandiri olan S.Mehmandarov 1914-cü ilin Azərbaycan Lodz (Polşa) əməliyyatı zamanı xüsusilə fərqlənmişdi; o, rus qoşun hissələrini mühasirəyə salmaq istəyən alman generalı Makenzinin planlarını puça çıxarmışdı. Bundan sonra 1915-ci ildə II Qafqaz ordu korpusunun komandiri təyin olunan S.Mehmandarov, müharibənin sonlarına yaxın ordu komandiri vəzifəsinə kimi yüksəldi. General-leytenant Ə.Şıxlinski rus ordusunda topçuluq işinin ən mahir ustalarından biri hesab olunur. General leytenant rütbəsinə qədər yüksəlmiş Əliağa Şıxlinski müharibə illərində bir sıra məsul ali komandanlıq vəzifələrini yerinə yetirmişdi. Müharibənin ilk günlərində Peterburqun toplarla müdafiə olunması ona tapşırılmışdı. 1915-ci ildə Ə.Şıxlinski Ali Baş Komandanın qərargahında topçuluq işləri üzrə general vəzifəsinə, sonra Qərb cəbhəsinin topçu qoşunları rəisi, müharibənin sonlarına yaxın isə 10-cu ordunun komandanı vəzifəsinə təyin olunmuşdu. General-leytenant Hüseynxan Naxçıvanski Qərb cəbhəsində süvari diviziyaya komandanlıq etmişdi. General İbrahim ağa Vəkilov ordu qərargahında qulluq etmişdi. Onun oğlu polkovnik Qalib Vəkilov Qərb cəbhəsində mühəndis polkunda göstərdiyi igidliyə görə Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu. Nijeqorod alayında rotmistr olan Teymur Novruzov qeyri-adi igidliyinə görə Müqəddəs Georgi ordeninin dörd dərəcəsi ilə təltif edilmişdi. Kapitan Tərlan Əliyarbəyov da döyüşlərdə göstərdiyi rəşadətə görə, o zaman çox adama nəsib olmayan Müqəddəs Georgi ordeninin dörd dərəcəsinə layiq görülmüşdü. İlk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qaibov müharibə dövründə “İlya Muromets -16” təyyarəsi ilə dəfələrlə döyüşlərdə iştirak etmişdi. O, Neman çayı üzərindəki körpünü dağıtmaqda böyük şücaət göstərmişdi. F.A.Qaibov 1916-cı ilin sentyabrında Vilnüs səmasında qarşılaşdığı dörd düşmən təyyarəsindən üçünü məhv etmiş və özü də qəhrəmancasına həlak olmuşdu. O da ölümündən sonra Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu. Çar hökuməti tərəfindən ali sərkərdə ordenləri ilə təltif olunmuş bu generallardan əlavə, 1914-1917-ci illərdə rus ordusu sıralarında 200-ə qədər azərbaycanlı zabit qulluq edirdi. Birinci Dünya müharibəsi zamanı rus ordusunda azərbaycanlılardan ibarət kiçik bir süvari dəstə var idi. Bu şuşalılardan təşkil edilmiş və «Qafqaz yerli süvari diviziyasının» tərkibinə daxil olan «Tatar süvari alayı» adlanırdı. Çar generalları və rus şovinistləri tərəfindən bu alay həqarətlə «vəhşi diviziya» adlanırdı. Hansı ki, bu alayın əsgər və zabitləri sonralar Azərbaycan Xalq Cümhuriyyətində Azərbaycan Milli Ordusunun ilk müjdəçiləri oldular.
Müharibə neft sənayesinin inkişafına təsirsiz ötüşmədi. Neft çıxarma və neftayırma sahəsində sürətli geriləmə müşahidə olunurdu. Müharibə illərində Azərbaycanın kənd təsərrüfatı da böhran keçirirdi. Çar hökuməti azərbaycanlıları orduya çağırmadığından əhali işçi qüvvəsi kimi başqa işlərə cəlb olunurdu. 1915-ci il iyunun 15-də çar hökumətinin verdiyi fərmana görə 23 yaşına qədər olan gənclər müharibə ilə əlaqədar olan işlərə səfərbərliyə alınırdı. Bunun nəticəsində Azərbaycanın ən çox əmək qabiliyyətli kənd əhalisinin 30 faizi təsərrüfatdan ayrılaraq arxa işlərinə cəlb olunmuşdu. Bu isə kənd təsərrüfatında ciddi şəkildə işçi qüvvəsi çatışmazlığı yaradırdı. Bundan başqa, çar hökuməti tərəfindən 1916-cı ildə qoyulmuş xüsusi hərbi vergi də kənd təsərrüfatını iflasa uğradırdı. Müharibə təsərrüfatın bütün sahələrində geriləməyə səbəb oldu. Müharibə dövründə Azərbaycanın da iqtisadiyyatı imperiyanın müharibə siyasəti tələblərinə uyğunlaşdırılmışdı. İqtisadiyyat tənəzzül etmişdi. Rusiyanın əsas duru yanacaq bazası olan Bakıda neft istehsalı geriləmişdi. Neft hasilatı 1914-cü ildəki 431,7 min puddan 1917-ci ildə 402 min puda enmişdi, 1916-cı ildə Bakıdakı 15 neft-yağ zavodundan 2-si işləyirdi. 1917-ci ildə cəbhə üçün 50 min pud partlayıcı toluol və 90 min pud benzin istehsal olunmuşdu. Neft sənayesində işçi qüvvəsi azalmışdı. 13 min işçi cəbhəyə göndərilmişdi. Gədəbəydəki mis zavodu, mahlıc istehsalı, ipək və tütün emalı müharibə tələblərini ödəmək üçün işləməyə başlamışdılar. 1915-ci ildə H.Z.Tağıyevin toxuculuq fabriki cəbhəyə 4 milyon arşın bez və 300 min arşın parusin göndərmişdi. Müharibə Azərbaycanın kənd təsərrüfatına da zərər vurmuşdu. Əkin sahələri müharibədən əvvəlki 910 min desyatindən 1918-ci ildə 620 min desyatinə enmişdi. Taxıl istehsalı 50% azalmışdı. Pambıq əkini sahələri 1916-cı ildəki 105 min desyatindən 1917-ci ildə 37 min desyatinə enmişdi. İribuynuzlu heyvanların sayı 480 min baş, davarların sayı 500 min azalmışdı. Arxa cəbhədə yardımçı təsərrüfatlarda işləmək üçün Azərbaycandan 50 min gənc səfərbərliyə alınmışdı. Sosial vəziyyət də pisləşmişdi. Ərzaq qıtlığı, bahalıq baş vermişdi. Müharibə dövrü ərzağın qiyməti 300-500 faiz yüksəlmişdi. Bakıya taxıl və digər məhsulların gətirilməsi yarıbayarı azalmışdı. Əhalinin vəziyyəti olmazın dərəcədə pisləşmişdi. Bütün bunlar əhali arasında sosial gərginliyi artırmışdı. Bakıda, Şəkidə, Tovuzda fəhlə tətilləri başlamışdı. 1916-cı ildə 80-dan çox tətil olmuşdu. 1915-1916-cı illərdə Lənkəran, Ərəş, Quba qəzalarında kəndli həyəcanları da baş vermişdi.
Birinci Dünya müharibəsinin birinci dövründə döyüş cəbhəsindən biri də Qafqaz cəbhəsi idi. Azərbaycan rus-türk Qafqaz hərbi teatrı ilə bağlı idi. Hərbi əməliyyatlar birbaşa Azərbaycan ərazisində aparılmasa da, müharibə aparan tərəflərin strateji planlarında əsas yeri tuturdu. Alman-türk hərbi qərargahının Qafqaz cəbhəsi üçün hazırladığı döyüş planı birbaşa Xəzər hövzəsinə, xüsusən də Bakı neftinə sahib olmaq idi. Qafqaz cəbhəsində hərbi əməliyyatlar davamlı deyildi. 1915 və 1916-cı illər arasında demək olar ki, cəbhədə daha çox sakitlik hökm sürmüşdür. Bütövlükdə müharibənin birinci dövründə Qafqaz cəbhəsində dörd iri əməliyyat keçirilmişdir. Bunlardan birincisi Sarıqamış, ikincisi Alaşkert, üçüncüsü Oqnut və nəhayət, Muş əməliyatı idi.
Qeyd etmək lazımdır ki, erməni məsələsi XIX əsrin axırlarına yaxın öz inkişafının yeni fazasına daxil oldu. Bu dövrdən başlayaraq Daşnaksütyun partiyası ermənilərin mülki və mədəni maraqlarını müdafiə etmək devizi altında öz fəaliyyətini Cənubi Qafqazda daha da gücləndirdi. Erməni məsələsinin Cənubi Qafqaza keçirilməsi ilə diyarın əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayan xalqları dəhşətli fəlakətlərlə üzləşməli oldu. Çünki daşnakların Cənubi Qafqaza gəlməsinə qədər bütün xalqlar burada tam əmin-amanlıq şəraitində yaşamışdı. Daşnakların gəlişinə qədər dinc əhali heç bir zaman milli zəmində qanlı toqquşmaların nə olduğunu bilmirdi. Daşnaklar Cənubi Qafqazda yaşayan ermənilər arasında öz terrorçuluq hərəkətlərini təşkil və təbliğ etməklə regionu bütünlüklə erməni ərazisinə çevirmək istəyirdi. Ona görə də ermənilər birinci dünya müharibəsində yaranmış beynəlxalq vəziyyətdən istifadə edərək məqsədlərini reallaşdırmağa başladı. Onlar birinci dünya müharibəsində iştirak edən dövlətlərlə gizli danışıqlar apararaq Osmanlı dövləlinə və Azərbaycan əhalisinə qarşı hazırladıqları məkrli planlarını həyata keçirməyə çalışırdı. Digər tərəfdən isə Antanta və Dördlər İttifaqına daxil olan dövlətlər də Azərbaycan neftinə sahib olmaq üçün «erməni məsələsi»ndən öz istəklərinə uyğun şəkildə bəhrələnməyə çalışırdı. Bu baxımdan müharibə aparan dövlətlərin planlarına uyğun olaraq Azərbaycanda «erməni məsələsi»nə xüsusi diqqət yetirildi. Onlar yaxşı dərk edirdi ki, həm Cənubi Qafqaz, həm də Osmanlı dövləti ərazisində yaşayan ermənilərdən müəyyən şərtlərlə istifadə edə bilərlər. Antanta dövlətləri ermənilərdən iki istiqamətdə istifadə etmək niyyətində idi: birincisi, Osmanlı ərazisində yaşayan ermənilərə azadlıq və muxtariyyət vəd etməklə, onları Osmanlıya qarşı qaldırmaq; ikincisi, Rusiya ermənilərindən rus Qafqaz Ordusunda istifadə etməklə Osmanlıdakı yeddi vilayətə və Kilikiyaya muxtariyyət vermək. Dördlər İttifaqı, xüsusən Almaniya da ermənipərəst mövqe nümayiş etdirirdi. Almaniya layihəsinə görə Osmanlı dövləti ərazisində yaşayan ermənilərin vəziyyətini yaxşılaşdırmaq üçün islahatlar və digər tədbirlər, o cümlədən Rusiya erməniləri üçün isə muxtariyyət nəzərdə tutulurdu. Bir sözlə, Antanta ilə Dördlər İttifaqı arasında erməniləri öz tərəflərinə çəkmək uğrunda mübarizə gedirdi. İstanbuldakı Rusiya səfirliyinin müşaviri Qulkeviç Birinci Dünya müharibəsinin başlanğıcında bəyan etdi ki, rus hökumətinin əsas məqsədlərindən biri erməniləri zülmdən xilas etmək və onlara muxtariyyət verməkdir. Osmanlı dövləti isə erməni məsələsinə aydınlıq gətirmək üçün Ərzurum və yaxud Vanda Seym çağırılması haqqında manifest imzalamışdı. Bu addım erməni əhalisi arasında ikitirəlik yaratmışdı. Belə şəraitdə Daşnaksütyun partiyası «dilemma» qarşısında qalmışdı. Onlar bu yollardan hər hansı birini seçməkdə çətinlik çəkirdi. Nə etməli. Antanta blokuna, yoxsa Almaniya-Osmanlı ittifaqına daxil olmaq. Daşnaklar bu məsələdə Antanta blokuna meylli olmağa üstünlük verdi. Bütövlükdə erməni siyasi təşkilatları Osmanlı ərazisində öz dövlətlərini qurmaq istəyini reallaşdıra bilmədiyi üçün bu istəyini bolşevik Rusiyasının hərbi-siyasi dəstəyi ilə Azərbaycan torpaqları hesabına həyat keçirdi.
Sovet Rusiyasının 1918-ci il Brest-Litovski sülhünə uyğun olaraq Birinci Dünya müharibəsindən çıxması Həmədan Baltik arasında 3000 km-lik bir sahənin boşalmasına səbəb oldu. Rusiyada bolşeviklərin iqtidarı ələ keçirmələri ilə bütün dünyanın diqqəti bu ölkəyə yönəldi. Çünki bolşevik ideyaları sürətlə Avropaya və oradan isə Avropa imperialistlərinin göz dikdiyi Asiyaya doğru irəliləyə bilərdi. Bu hadisələr müsəlmanların çoxluq təşkil etdiyi ərazilərin sahibi olan İngiltərəni narahat edirdi. Ingiltərə üçün başqa bir narahatçılıq, rus ordusunun dağılmasından yararlanan alman qüvvələrinin Qara dənizin şimalından irəliləyərək Ukrayna və Krıma girməsi, Gürcüstanda qərərgah yaratmaları idi. İngiltərə üçün digər narahatçılıq türk qüvvələrinin Qafqaza daxil olub, Şimali Azərbaycan və Cənubi Azərbaycanda irəliləməsi idi. Osmanlı dövləti İrandan Xəzər dənizinə qədər olan ərazidə yaşayan müsəlman-tük xalqlarını istiladan xilas etmək istəyirdi. Təbii ki, türklərin bu istəyi ingilısləri təmin edə bilməzdi. Hadisələr müttəfiq dövlətlərin diqqətini Şərqə yönəltdi. Bolşevik cərəyanına və türk ordusunun fəallaşmasına qarşı çıxış etmək hüququ müttəfiqlər tərəfindən İngiltərəyə verildi. İngiltərənin istəyini təmin edən bu hüquq, onlara aşağıda göstərilən məqsədlərə nail olmağı vəd edirdi: Birincisi, Xəzər dənizinin şimalında bolşeviklərlə, Qafqazın və Xəzər dənizinin cənubunda isə türklərlə haqq-hesab çəkib öz planlarını tam həyata keçirmək; ikincisi, işğal altında saxladıqları İranın şimal və şərqindən gələ biləcək təhlükəni dəf etməyə nail olmaq; üçüncüsü, türk yürüşü və bolşevik cərəyanına qarşı Asiyadakı Hind imperatorluğu ətrafında geniş bir güc sahəsi yaratmağa cəhd göstərmək; nəhayət, Qara dənizin şərqindən Xəzər dənizinə qədər olan bölgəyə nüfuz etməklə Bakı neftini ələ keçirmək və Qafqazda yeni iqtisadi sahələr əldə etmək.
İstifadə olunmuş ədəbiyyat siyahısı [ redaktə ]
1. Azərbaycan tarixi. Ali məktəblər üçün mühazirələr kursu. II hissə (XIX-XXI əsrin əvvəli). Bakı, «Bakı Universiteti» nəşriyyatı. 2010
2. Əliyarlı S. Azərbaycan tarixi. Bakı, “Çıraq”. 2009
Comments are closed, but trackbacks and pingbacks are open.