İnsan həyatını dəyişən 10 kitab – SİYAHI – FOTO
Yuxarıda qeyd etdiyimiz kimi XIX əsr və xüsusilə XX əsrin əvvəllərində Azərbaycanın azsaylı xalqlarının öyrənilməsinə daha çox yer verilir. Həmin tədqiqatlarda ailə-nikah məsələləri də əksini tapır.
Azərbaycanda ailə ənənələri: milli və etnik əlamətlərə tarixi-etnoqrafik müstəvidə baxış. Etnoqrafik ailə-nigah terminləri. – I Hissə
Azərbaycan etnoqrafiya elmində ailə və nikah münasibətlərinin tədqiqi xüsusi yer tutur. Azərbaycanın qədim və orta əsrlər ədəbi-bədii, tarixi qaynaqlarında ailə və ailə-nikah münasibətlərinə dair kifayət qədər zəngin materiallar var. Bu materiallar zaman-zaman tədqiqatlara cəlb olunub, müəyyən elmi nəticələr çıxarılıb. Azərbaycan etnoqrafiyasının, o cümlədən ailə-nikah münasibətlərinin öyrənilməsində XIX əsrdə Çar Rusiyasının daha çox imperialist maraqları baxımından bölgəni araşdırması xüsusi yer tutur. Öncədən qeyd edək ki, imperialist maraqlara xidmət edən həmin araşdırmalar elmi məxəz kimi əhəmiyyət daşısa da, Azərbaycanda ailə ənənələrinin mənzərəsinin bütövlükdə deyil, məhz ərazidəki ayrı-ayrı azsaylı xalqların və etnik qrupların ailə-məişət elementləri qabardılmaqla verilməsi məkrli maraqların təzahürü idi.
İmperiya mənafeyi tələb edirdi ki, Azərbaycan əhalisinin gələcəkdə vahid millət kimi formalaşmasına bəri başdan maneələr yaradılsın və bunun da önəmli üsulu kimi buradakı azsaylı xalqları və etnik qrupları xüsusi seçib ayırmağa, onların ailə-məişət müstəvisindəki olan və ya olmayan fərqlilikləri qabartmağa əl atılırdı. Halbuki bu ərazidə tarixən birgə yaşamış və indi də bərabər yaşayan insanların ailə xüsusiyyətləri bütövlükdə Azərbaycandakı ailə ənənələrinin vahid obrazının formalaşmasında özünəməxsus rol oynayıb. Haqqında söz açacağımız və yeri gəldikcə misallar gətirəcəyimiz tədqiqatlar da məhz bu baxımdan əhəmiyyətli sayıla bilər. Yeri gəlmişkən, sözügedən tədqiqatların məlum cəhəti tədqiqatçıların da nəzərindən yayınmayıb və bu barədə müəyyən mülahizələrə yer verilib: “…Azərbaycanın Rusiya tərəfindən işğalından sonra rus tədqiqatları bu ərazini təkcə təbii-coğrafi, iqtisadi baxımından deyil, həm də etnik cəhətdən, öz mənafeləri baxımından planlı surətdə öyrənməyə başlamışdılar. Buna müvafiq olaraq XIX əsrin 30-cu illərindən etibarən Azərbaycanda imperiyanın xüsusi tədqiqat mövzuları seçilməyə başladı. Bunun nəticəsi olaraq əsrin 40-cı illərində Azərbaycanın müxtəlif əyalətlərinə həsr olunmuş ümumiləşdirilmiş əsərləri meydana çıxdı. Bu baxımdan kollektiv müəlliflərin yazdığı, 1836-cı ildə çap edilən dörd cildli “Obozrenie…” əsəri xüsusi əhəmiyyət daşıyır. Bu əsərin üçüncü, qismən də ikinci və dördüncü cildləri əsasən Azərbaycana həsr edilmişdir”.
Qəmərşah Cavadov “Azərbaycanın azsaylı xalqları və milli azlıqları” kitabında rus müəlliflərdən V.Lekqobıtov, İ.Beryozin, A.Komarov, E.Veydenbaum, P.F.Riss, D.Kistenyev, B.V.Miller, Q.F.Çursin, A.Bukşpan, E.Pçelina, A.Şifner, T.Tsimmer, İ.Petrov, İ.Seqal, Y.Yabinin, H.Kalaşov, S.Qlinka, V.L.Veliçko, H.H.Şavrov, A.H.Qenko, A.Fon Plotto, İ.Q.Qerber və başqalarının əsərlərini araşdırıb. “Azərbaycanın ayrı-ayrı əyalətlərindən bəhs edən müəlliflər onun ərazisi, torpaq örtüyü, təbii-coğrafi şəraiti, əhalinin məşğuliyyəti ilə yanaşı, əhalinin etnik tərkibi haqqında da məlumat vermişlər”. Həmin əsərlərdə Azərbaycanda ailə və nikah münasibətləri barədə də müəyyən məlumatlar da əksini tapmışdır. Onu da vurğulamaq lazımdır ki, adları çəkilən müəlliflərin əsərləri əksər hallarda Azərbaycanda yaşayan azsaylı xalqların tədqiqinə həsr olunmuşdur. Bu da rus imperializminin Qafqazda, xüsusən, Azərbaycanda azsaylı xalqların simasında dayaq axtarmaq niyyətlərindən irəli gəlirdi.
XIX əsrdə rus müəlliflərinin əsərlərində daha çox təsərrüfat məişəti, dili, mənşəyi, geyimləri, yeməkləri, həyat tərzi və sairə ilə yanaşı, ailə məişəti ilə bağlı müəyyən məqamlar əksini tapmışdır. Talışları öyrənən D.Kistenev qismən də olsa, onların ailə məişətinə toxunaraq bu nəticəyə gəlmişdir ki, talış ailəsi bütünlüklə patriarxal xarakter daşımır və daha fərdi xüsusiyyətlərə malikdir. Ailə üzvləri şəxsiyyətcə daha müstəqil və azaddırlar. Bu da bizə görə əhalinin, xüsusilə qadınların təsərrüfatda fəal iştirak etməsi ilə əlaqədardır. Mənbələrin qeyd etdiyi kimi talış ərazisində çəltiyin tumcara basdırılması prosesini ancaq qadınlar həyata keçirərdi. Daim işlə məşğul olan qadın isə çadra geyinib, yaşmaq taxa bilməzdi. Məhz bu talış ailəsində qadınların daha müstəqilliyinə səbəb olmuşdur.
Talışlara məxsus bu xüsusiyyəti 1916-cı ilin payızında Lənkəran qəzasında olub, Cil, Osyaküçə, Deryan, Gegeran, Separadi, Qumbaşı, Masallı, Astara kimi yaşayış məskənlərindən material toplamış Q.F.Çursin də təsdiqləyir. O, 1925-ci ildə çap etdirdiyi “Talışlar” adlı məqaləsində yazır ki, talışlar daim köçəri həyat keçirən qonşuları şahsevənlərdən fərqli olaraq sülhsevər xalqdır və hərbdən xəbərsizdirlər. Lakin lazım gələndə talışlar cəsurluq və qəhrəmanlıq da göstərməyə hazırdırlar.
Talışların ailə-məişətinə xas olan cəhətlərdən biri də çoxuşaqlıqdır. Bu onları Azərbaycanın başqa etnoslarından fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Talış ailəsində 6-dan az uşağın olması qəbahət sayılırdı. Odur ki, hər ailədə 10-a, bəzi hallarda hətta 15-dək uşağın olması qanuni hal sayılırdı…Q. Çursinə görə, talış oğlanları arasında 15-20 yaş, qızları arasında 12-16 yaş kəbin həddi-buluğu sayılırdı. Müəllif yazır ki, talışlar arasında evdə qulluqçunun, işçi qüvvəsinin olması üçün 5-6 yaşlı oğlan uşağının 14-15 yaşlı qızla evləndirmək adəti də mövcud olmuşdur. Qız evinin oğlan evindən başlıq alması da qəbul edilmiş ailə-məişət adətlərindən sayılmışdır. Q.Çursinin yazdığına görə, kəbin zamanı verilən başlığın miqdarı 50-100 tümənlə və ev avadanlıqları ilə ödənərdi. Bir çox adətlərinə görə isə talışlar Azərbaycan türkləri ilə eyniyyət təşkil edirlər. Toyun mərhələləri, icra olunan adətlər-ənənələr, qohumluq-qudalıq münasibətləri, toyda ifa olunan, oxunan musiqi və mahnılar buna misaldır.
SMOMPK-ın səhifələrində əksini tapan bir araşdırmada lokal ədəb-ərkan qaydaları ilə seçilən kürd ailəsində atanın başlıca sima sayıldığını göstərir. Kürdlər arasında ailənin “mala-məzən”, yəni böyük ailə və “bala becuk”, yəni kiçik ailə forması var idi. Çox vaxt bir dam altında bir nəslin nümayəndələri yaşayırdılar. Ümumiyyətlə, kürdlər arasında nəsli-tayfa münasibətləri çox səciyyəvi hal olmuşdur. Bu xüsusiyyət kürdlərin yaşayış məskənlərinin əsasən tayfa-qəbilə prinsipləri əsasında salınmasına gətirib çıxarmışdır.
Ümumiyyətlə, kürdlərin ailə məişətinin özünəməxsus xüsusiyyətləri olmuşdur. Hər şeydən əvvəl qadınlar daha müstəqil olmuşlar. Zənnimizcə, bu da kürdlərin məişəti ilə sıx bağlı olmuşdur. Bununla əlaqədar olaraq, XIX əsrin sonlarına aid olan bir ədəbiyyatda deyilir ki, kürd qadını başqa qonşu xalqların qadınlarından daha üstün hüquqlara malikdir. O, həm ailədə, həm də döyüşdə ərinə arxadır. Döyüşə gedən kürd kişisinin bütün işlərini onun arvadı yerinə yetirir. Yəni ev işləri, mal-qaraya baxmaq və təsərrüfata rəhbərlik məhz qadınların üzərinə düşür. Bir sözlə, kürd qadını cəmiyyətdə özünü qoruya bilməli, nəslinin nüfuzuna xələl gətirməməli idi. Əks təqdirdə, o istər ailə üzvləri və istərsə də, nəslin nümayəndələri arasında öz nüfuz və hörmətini itirə bilərdi. Ərə xəyanət kürd qadınına yaraşmayan cəhət sayılırdı. Əks təqdirdə, kişi öz qadınını öldürmə hüququna malik idi. Bundan ötrü heç kim, hətta qadının ata-anası da onu günahkar saya bilməzdi. Çünki bu, atanın öz nəsli arasında hörmətdən düşməsinə səbəb ola bilərdi.
Yuxarıda qeyd etdiyimiz kimi XIX əsr və xüsusilə XX əsrin əvvəllərində Azərbaycanın azsaylı xalqlarının öyrənilməsinə daha çox yer verilir. Həmin tədqiqatlarda ailə-nikah məsələləri də əksini tapır.
Bu baxımdan xristian udilərin də XIX əsrin sonlarından başlayaraq öyrənildiyini qeyd etmək lazımdır. Udilərin ən böyük tədqiqatçısı M.Bejanov SMOMPK-ın XIV buraxılışında “Vartaşen və onun sakinləri haqqında qısa məlumat” adlı məqaləsindən belə nəticəyə gəlmək olur ki, keçmişdə udilər üçün patriarxal ailə forması xarakterik olmuşdur. Böyük ailənin başında “qojin padşah”, yəni ailənin böyüyü, padşahı dayanırdı. Onun bütün göstərişləri ailə üzvləri üçün qanun sayılır və sözsüz yerinə yetirilirdi. Ailənin gəliri və çıxarı, təsərrüfatı, onun idarə edilməsi, ailə daxili münasibətlər, uşaqların tərbiyəsi, bir sözlə, ailəyə məxsus bütün maddi və mənəvi məsələlərin həllini ata yerinə yetirərdi. Ata sağkən ailədaxili bütün hakimiyyət ancaq ona məxsus idi. Ata öldükdən sonra isə “qojin padşah”ın bütün funksiyaları ailənin böyük oğluna keçirdi. Oğul olmadıqda bu funksiyanı ana yerinə yetirərdi. Atadan sonra udi ailəsində ikinci şəxs ana və böyük qadın sayılırdı. Böyük qadınlara udilərdə “kala kurux”, deyilir. Ailənin daxili həyatı ilə bağlı bütün məsələlərin həlli onun üzərinə düşürdü. Qəbul edilmiş ənənəyə görə, ailənin başçısı evə daxil olanda bütün ailə üzvləri ayağa durardı. Yemək süfrəsində onun öz yeri olardı. Burada başqa ailə üzvlərinin oturması qəbahət sayılardı. Udi ailəsində oğulun ata ilə yeyib-içməsinə, qonaqla bir yerdə oturmasına mənəvi hüququ yox idi. M.Bejanov yazır ki, udi qadınları təkcə yaxın qohumlardan deyil, eləcə də kəndin ağsaqqallarından yaşınar, ailədə bir qayda olaraq kişilərdən ayrı yemək yeyərdilər.
Fon Plotto “Qafqaz dağlıların haqda məlumatlar toplusu”nda çap olunan “Zaqatala dairəsinin təbiəti və adamları” adlı məqaləsində ingiloyların toylarının zurna ilə keçdiyini yazır, ləzgi adlandırdıqları avarların dəfn adətlərinin ümumi müsəlmanlarla eyni olduğunu yazır. Belə ki, dəfn bilavasitə mollanın iştirakı və göstərişi keçirilir, ölü evində namaz qılınır, Quran oxunur, sonra onu cənazəyə qoyaraq qəbiristanlığa aparırlar. Dəfndən sonra tavanalı ailələr qəbrin yanında xüsusi otaq tikir, yay vaxtı isə çadır qurulur. Müəllifin yazdığına görə, molla 3-7 gün burada qalaraq ölüyə Quran oxuyur. Avarlar 40 gün ərzində hər həftənin bazar ertəsi və cümə axşamları qəbir üstə gedir, qadınlar isə evdə ağlaşırlar. Fon Plotto yazır ki, Zaqatala vilayətində məskunlaşan muğallar (türklər) və ləzgilərin (avarlar) adətləri ümumi müsəlmanlarla eynidir.
Xüsusilə XIX əsrdə Azərbaycana köçürülmüş rus, erməni və almanların daha çox yerləşməsi, əhalinin məşğuliyyəti, mədəni fəaliyyəti işıqlandırılıb. Bu baxımdan F.Tsimmerin, İ.E. Petrovun, H.İbrahimovun, Q.Cavadovun əsərləri maraq kəsb edir. Amma bu əsərlərdə almanların ailə, ailə-nikah məsələlərinə o qədər toxunulmur.
Bir neçə kəlmə də rus əhalisinin ailə məişəti və bununla bağlı adət-ənənlər haqqında mövcud olan qeydlərə nəzər salaq. Rus ailəsi özünün etnik xüsusiyyətlərinə görə, yerlilərdən xeyli fərqlənmişdir. Patriarxal azərbaycanlı ailəsindən fərqli olaraq, rus ailəsi bərabərlik əsasında qurulmuş, qadın kişi ilə eyni hüquqa malik ailə əsasən oğlan və qızın ümumi razılığı əsasında təşkil olunmuşdur. Sektantlar arasında evlənmə həddi 15-16 və ya 19-20 yaş hesab olunurdu. Həm də ərə gedən qız oğlandan 2-3 yaş böyük olardı. H.Kalaşevin yazdığına görə, qızların 14-15 yaşında ərə verilməsinə az təsadüf olunurdu, 18-20 yaş isə qızlar üçün münasib ərə getmə dövrü sayılırdı.
Qeyd edilir ki, rus ailələrində nikaha girmək oğlan və qız tərəfindən həll edilər, ata-ana isə bunu tamamlayardı. Rus kəndlərində qızın seçilməsi üçün həm də şərait mövcud idi. Belə ki, bayram günləri qız və oğlanlar dəstə-dəstə kəndin kənarlarına gəzintilərə çıxar, burada çalıb-oynayar və beləliklə fürsətdən istifadə edib bir-birinə nişanlı tapardılar. Qış vaxtları isə belə görüşlər evlərdə keçirilərdi. Gənclərin bir-birini tanımasından, bir-birinə bələd olub, öz aralarında həyat qurmaq məsələsinə həll etdiklərindən sonra valideynlər işə qarışardı. İvanovka kəndində mövcud adətə görə, oğlan evindən qız evinə elçi göndərilərdi. Ruslarda buna “svaşka” deyilərdi. Elçi qızın razılığını alıb, bunu oğlan evinə bəyan edər və oğlan bunun müqabilində qız evinə “kladka” adı ilə 15 rubldan 100 rubladək başlıq aparardı. Pulu qızın atası və ya anası qəbul edər, qız isə buna cavab olaraq oğlana ərə getməyə razılıq nişanəsi kimi ipək yaylıq bağışlayardı. Nişanlı olmasını göstərmək üçün oğlan həmin yaylığı bir müddət boynunda gəzdirməli idi. Qıza verilmiş pul isə onun şəxsi mülkiyyəti sayılardı, bu pulu anası saxlayardı. Bundan sonra ailələr arasında qohumluq münasibətləri başlar, toy ərəfəsində ata-analar toyun keçirilməsi, qızın cehizi, oğlan evinin qız evinə köməyi haqqında sövdələşmələr aparılardı. XX əsrin birinci yarısında Azərbaycan etnoqrafiyasında müəyyən qədər ailə-nikah məsələlərinə toxunulmuşdur. Ə.Ələkbərov XX əsrin 30-cu illərində apardığı tədqiqat nəticəsində belə bir qənaətə gəlir ki, kürd ailəsində qadının kölə vəziyyətində olmasının səbəbi dini fanatizmdir. Kürd ailəsində oğlanın doğulması sevinclə, qızın doğulması isə təəssüflə qarşılanırdı. Patriaarxal xarakter daşıyan kürd ailəsində qadınlar yaşmanır, çadrada gəzir, gəlin çox vaxt qaynana və qaynatadan gizlənirdi. Atası isə qızı istənilən oğlana ərə verirdi, gənclərin rəyi nəzərə alınmırdı.
Onu da xüsusi qeyd etmək lazımdır ki, XX əsrin 30-cu illərində Stalin repressiyası, ikinci dünya müharibəsi, müharibədən sonra da repressiyaların dayanmaması və s. proseslər Azərbaycan etnoqrafiya elminin inkişafına öz mənfi təsirini göstərmişdir.
XX əsrin 30-cu illərində repressiyaya məruz qalan Ə.Ələkbərovun əsərlərinin yalnız 1960-cı ildə kitab halında işıq üzü görməsi, 1946-cı ildə “Quba şəhərinin toy adətləri” adlı kitabı nəşr olunan R.Babayevanın şəxsən Mir Cəfər Bağırovun istehzası ilə üzləşməsi sadaladığımız proseslərin məntiqi nəticəsi idi.
Çox təəssüf ki, XX əsrin ikinci yarısında ailə-nikah məsələlərinin etnoqrafik baxımdan öyrənilməsinin ilk təcrübəsi birbaşa olaraq, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin rəhbəri Mircəfər Bağırovun tənqidi və təzyiqi ilə üzləşib. R.Babayevanın Qubanın ailə-nikah məsələləriylə bağlı əsəri Mircəfər Bağırovun birbaşa hücumuna məruz qalıb. Bu əsərə iztehza olunması Kommunist Partiyasının etnoqrafik tədqiqatlara yanaşmasının ən bariz nümunəsi idi. XX əsrin ikinci yarısında Azərbaycan etnoqrafiyasında daha sürətlə və geniş şəkildə tədqiq olunmağa başlayan sahə ailə məişəti, ailə-nikah münasibətləridir. XX əsrin 50-ci illərinin ortalarında keçmiş SSRİ-də hakimiyyət dəyişikliyi, Stalin repressiyalarına son qoyulması, şəxsiyyətə pərəstişin nəticələrinin aradan qaldırılması cəmiyyətdə bir “yumşaltma” yaratdı. Buna baxmayaraq, ötən əsrin ortalarından başlayaraq “sosializm cəmiyyəti qurmaq” üçün onun əsasların yaratmaq məqsədilə siyasi sifariş cəmiyyətin bütün sahələrində olduğu kimi, ictimai elmlərdə, o cümlədən etnoqrafiya elmində də özünü göstərməyə başlamışdır. “Sovet ailəsi” termini, cəmiyyətdəki ailə-nikah münasibətlərini bu qəlibə uyğunlaşdırmaq cəhdləri tədqiqat mövzularının seçilməsinə, tədqiqatların ruhuna mənfi təsir göstərmişdir. Ancaq Azərbaycan ailəsinin tarixi formaları, nikah növləri, toy, dəfn adətləri, ailədaxili münasibətlərin sistemi yaradılmışdır. Etnoqraflar torpaq və təsərrüfat münasibətləri, nəsil əlaqələri və s. məsələlərdən asılı olaraq Azərbaycanda kiçik və böyük ailələrin mövcudluğunu, xüsusiyyətlərini araşdırmışlar. Məhz XX əsrin ikinci yarısında Azərbaycan etnoqrafiyasında nikah növləri təsnifatlandırılmağa başlanılır. Bu proses 50 il ərzində yeni tədqiqatlarda özünü göstərir. Bəzən terminlər, adlandırılmalar bir-birindən fərqli olsa da, amma ailə-nikah münasibətlərinə bir-birindən bir o qədər də fərqlənməyən yanaşmalar üzə çıxırdı. Bu illər ərzində Azərbaycanda tarixən təkkəbinli və ikiarvadlı nikah formaları, ekzoqam, enloqam nikah qaydaları, köbəkkəsmə (beşikgərtmə), levirat, sororot, kuzen nikah adətləri, qızqaçırma və toy ilə nikahagirmə formaları təsdiq edilirdi. Toy adətlərinin təsnifatında da ciddi fərqlər yoxdur. XX əsrin ikinci yarısında Azərbaycan etnoqrafiyasında toy qızın bəyənilməsindən nişan aparılmasına qədər birinci mərhələyə, qızın nişanlanmasından toya qədərki ikinci mərhələyə, toyun başlanmasından gəlinin ər evində üzə çıxarılmasına qədərki üçüncü mərhələyə bölünür. XX əsrin ikinci yarısında azsaylı xalqların və etnik qrupların ailə və nikah məsələlərinin öyrənilməsi də genişlənir. XX əsrin birinci yarısında, eləcə də ikinci yarısının ilk onilliyində ailə-nikah məsələləri ilə bağlı məsələlərin öyrənilməməsinin bir səbəbi də konkret siyasi qadağalarla bağlı idi. Bolşevik-sovet rejiminin qanlı repressiyaları, İkinci Dünya müharibəsi başqa xalqlarda olduğu kimi, azərbaycanlıların da ailə sistemində dəhşətli iz buraxmışdı. Həm bu fakt, həm də ailə-nikah məsələlərinin öyrənilməsi xalqın milli kimliyi ilə məsələlərin üzərinə işıq saldığından tədqiqatların istiqamətləri dəyişdirilmişdir. Kolxozçu ailələrin, fəhlə ailələrinin, ümumiyyətlə yeni sovet ailəsinin yaranması ilə bağlı mövzulara daha çox önəm verilirdi.
Ancaq ailə-nikah məsələlərinə daxil olan yas adətləri, əksər hallarda keçmişin və şəriət qaydalarının tənqidi üzərində qurulduğundan kifayət qədər etnoqrafik material olmasına baxmayaraq, etnoqrafik izahına tam tapmır. Ailə və nikah münasibətlərində ən az öyrənilən ailədaxili münasibətlərdir. Ailədaxili münasibətlərin (uşaq tərbiyəsi, qadının vəziyyəti və s.) tədqiqinə adətən, yeni “sosializm cəmiyyəti” quruculuğu baxımından yanaşılır. Məhz ailə-nikah məsələlərindən çıxış edərək ötən əsrin 80-ci illərində etnososial mövzulara maraq artır.
Maraqlıdır ki, Azərbaycan etnoqrafiya elmində ilk elmi dərəcələrə layiq görülən alimlər məhz ailə məişətilə bağlı tədqiqatlar aparıblar. H.A.Quliyev “Azərbaycan kolxozçu kəndlilərinin sosialist mədəniyyəti və məişəti (Quba rayonunun materialları əsasında)” 1953-cü ildə dissertasiya müdafiə edib və elmlər namizədi alimlik dərəcəsinə layiq görülüb. Dissertasiyada qadınların vəziyyəti, ailə başcısı, ailədə əmlak məsələsi, ailənin gəliri, ailədə uşaqlarin tərbiyəsi, ailə-nikah məsələləri, toy və doğum adətləri əksini tapib. H.Quliyev sonrakı illərdə ailə münasibətlərinə başqa əsərlər də həsr edib.
M.İ.Atakişiyeva isə elə həmin il “Azərbaycanlıların ailə məişəti keçmişdə və indi (Xaldan rayonunun materialları əsasında)” adlı dissertasiyanı müdafiə edib və elmlər namizədi adı alıb. R.Babayeva Abşeron toylarının elçilik, nişan (bu mərhələdə oğlan evi üzük və şal gətirərdi), paltarkəsdi (toy paltarlarının tikilməsi), sərpayı (yaxın qohum qadınlar toplaşardılar, “başıbütöv” qadın gəlinin başına xına qoyardı), xinə-nahana (xına və hamam gecəsi) bölündüyünü yazır. Müəllif sırf dövrün ideoloji tələblərindən irəli gələrək, qeyd edir ki, XIX əsrin ikinci yarısında və XX əsrdə oktyabr inqilabınadək azərbaycanlılar arasında nikah sırf iqtisadi məsələlərə görə bağlanırdı: “…Əksər valideynlər sosial baxımdan bərabər olan yaşlı dul kişiyə qızlarını vermirdilər. Bu vəziyyətdə evlənmək istəyən dul kişi daha aşağı təbəqədən arvad seçməli idi və ya öz təbəqəsindən dul qadın ilə evlənməli idi. Yüksək təbəqədən olmayan qadın üçün daha yüksək təbəqədən olan dul kişi ilə nikaha girmək şərəf sayılırdı”. Valideynlərin nikaha razılıq verməməsi, onların aralarındakı düşmənçilik və maddi vəziyyətə görə, oğlanın “qızqaçırmağa” üstünlük verdiyini bildirən müəllif hərdən toy xərclərinin ödənməsi üçün vəsait olmadığından yalançı qızqaçırmağa əl atıldığını, amma kəbin bağlanılanadək qızın evdə qonaq sayıldığını göstərir.
R.Babayeva məqaləsində monoqam (təkkəbinli), poliqam (çoxkəbinli) və siğə (müvəqqəti nikah) haqqında məlumat verir, şəriət qaydaları oğlan üçün 15 yaş, qız üçün 9 yaşda nikaha icazə versə də, əksər hallarda oğlanların 18 yaş, qızların isə 12-13 yaşda nikaha girdiklərinə bildirir. Məqalədə kəbin, kənd yerlərində evlənənlər üçün yeni ev tikilməsi, toy zamanı oğlan evinin qız evindən oğurluq etməsi adəti və s. barədə də məlumat verilir. R.Babayeva bildirir ki, qızın valideynlərinin nikaha etirazı və oğlan ailəsinin maddi çətinliyi “qız qaçırmağa” gətirib çıxarırdı.
XX əsrin birinci yarısında ailə və nikah məsələləriylə daha çox başqa elm nümayəndələri məşğul olmuşlar. Məsələn, R.B.Əfəndiyev “başgərtmə” nikah forması haqqında araşdırma aparıb: “Əgər iki qohumun eyni vaxtda iki uşağı olub və bunlardan biri qız, o biri oğlandırsa, onda onları beşikdəcə nişanlayırdılar və uşaqlar böyüyəndə nikaha girirdilər”.
Q.T.Qaraqaşlı apardığı müşahidələrə əsasən, XX əsrin əvvələrində Qazax qəzasında 30-40 nəfərlik böyük ailələrin olduğunu yazır. Azərbaycanla bağlı tarixi-etnoqrafik ədəbiyyata dair araşdırmalara görə. “Azərbaycanlılarda müxtəlif tarixi dövrlərdə ailə və nikahın tədqiqi yolunda çoxlu çətinliklər vardır. Bunun əsas səbəbi ailə və nikaha aid qədim yazılı mənbələrin yoxluğudur. Bu barədə etnoqrafik səziyyəli yazılı məlumatlar XIX əsrin əvvələrindən başlayaraq Qafqazda olmuş rus müəlliflərinin əsərlərindədir…Lakin həmin məlumatlar çox ötəridir, azərbaycanlılarda ailə məişətinin bütün sahələrini əhatə etmir, bu əsərlərdə ailə və nikahın tarixi etnoqrafik təhlili yoxdur”. Q.Qeybullayev kuzen, levirat, soorat nikahlarını bir-birindən fərqləndirir: “Kuzen (fransızca, kouzin əmioğlu deməkdir) nikahlar mənşəcə qrup nikahının qalığıdır. Qəbilə quruluşu dövründə nikahlar bir qəbilənin qadınları ilə digər bir qəbilənin kişiləri arasında mövcud idi və bu nikah münasibətləri qrup nikah formasını əmələ gətirirdi. A.İ.Sadıqov və Q.A.Qeybullayev birgə yazdıqları əsərdə qeyd edirlər ki, Azərbaycanda böyük ailələr onun əsasını qoyan şəxslərin adına –lar,-lər şəkilçiləri əlavə edilməklə əvvəlki nəslin hansı sənətlə məşğul olması ilə (məsələn, dəmirçilər), məhəllənin coğrafi mövqeyi ilə (yuxarı, orta, aşağı) və s. adlanırdı. Böyük patriarxal ailələr Azərbaycanda inqilabaqədərki və sovet etnoqrafiyasında öyrənilməyib. Ötən əsrin 60-cı illərində böyük və kiçik ailələrin tədqiqinə diqqət çoxalır. Quba rayonunun materialları üzrə böyük ailələri tədqiq edən Q.Qeybullayev yazır ki, bəzən kiçik ailələr təsərrüfat səbəblərinin təsiri nəticəsində böyük, bölünməz ailələrə çevrilir, bir neçə nəsildən sonra isə əks proses gedir və kiçik ailələr seqmentləşir. Torpaq münasibətlərinin xüsusiyyətləri, primitiv əmək alətləri, nəsil əlaqələrinin güclü qalıqları ailələrin XX əsrin əvvələrinə qədər birgə yaşamasını şərtləndirib. Xüsusən Şahdağ xalqları yaşayan Xınalıq, Qrız, Buduq, Cek, Əlik, Soub və başqa kəndlərdə böyük ailələrin qalması natural təsərrüfatın qalığı idi.
Patriarxal ailələrin qalması üçün digər əngəlləyici səbəb kimi o dövrün vergi sistemi xüsusi rol oynayırdı. Q.Qeybullayev yazır ki, vergilər əsasən tüstülərə (evlərə) görə yığıldığından hər yeni tüstü yeni öhdəliklər, yeni vergi demək idi, məhz buna görə də ailələr yeni tüstülərin yaranmasının qarşısını almağa çalışırdılar. Məqalədə Q.Qeybullayev böyük ailələrin əsas göstəriciləri olan yaşayış evlərinin konstruksiyasını tədqiq edir, böyük ailələr yaşayan evləri türklərin “külfət evi” (Yerfi kəndi), “kürsülü ev” (Sob kəndi), “Böyük ev” (Qəçreş kəndi, Konçal kəndi), tatların “kələdərbun” (Rustov kəndi), “dairə” (Şuduq kəndi), “kələxanə” (Qonaqkənd kəndi), xınalıqlıların “tsoy” adlandırdıqlarını yazır. Etnoqraf böyük ailələrin başçılarını türklərin “ağsaqallar”, “böyük ana”, tatların “kələmərd”, “kələəmmə” (Qonaqkənd və Cimi kəndləri), “çərməp ış” (Xaldan kəndi), “isburuş” (Afurca, Giləxi kəndləri), “qusa-firriş” (Əlik və Cek kəndləri), xınalılıqların “tsoyçıxidu”, dağ yəhudilərinin “kələkülfət” adlandırdıqlarını yazır.
Ardı II Hissədə…
Müəllif: Bəhmən Əliyev, t.ü.f.d., etnoqraf
İnsan həyatını dəyişən 10 kitab – SİYAHI – FOTO
Orxan Pamukun “Yeni həyat” romanı belə başlayır: “Bir kitab oxudum, həyatım dəyişdi”. Elə əsərlər var ki, onları oxusaq, dünyaya baxışımız, həyatımız dəyişər. Müasir insan üçün bu əsərləri oxumaq olduqca vacibdir. Bu əsərlərsiz həyat daha amansız, daha sıxıcı, daha qəddar olardı.
Milli.Az kulis.az-a istinadən həyatımızı dəyişən 10 əsəri təqdim edir.
“100 ilin tənhalığı”, Qabriel Qarsiya Markes
“Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tənhalıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düşməsi, onların bir-birini anlaya bilməmələri romanda, həqiqətən, mifik xarakter daşıyır.
Bu əsəri oxuyub bu böyük dünyada nə qədər tənha olduğumuzu anlayacağıq.
“Pişik beşiyi”, Kurt Vonnehut
“Pişik beşiyi” romanı ən məşhur antiutopik əsərlərdəndir. Atom bobmbası haqqında kitab yazmaq istəyən Con material toplamaq üçün atom bombasının yaradılmasında iştirak etmiş Feliks Honnikerin 3 uşağına məktub yollayır. Sonrakı hadisələr Karib dənizində yerləşən balaca San-Lorenso adasında davam edir. “Pişik beşiyi” bir uşaq oyununun adıdır. Bu oyunda ip müxtəlif kombinasiyalarda barmaqlara dolanır.
Parodiya üslubunda yazılmış əsər tez-tez bizi güldürsə də, daha çox düşünməyə vadar edir. Əsərin qaldırdığı problemlər o qədər çoxdur ki, düşünməyə vaxt tapmırsan. Oxu zamanı hadisələr koleydoskopu vadar ki, mütaliəni yarımçıq saxlayıb özümüzə sual verək: “İndicə nə oxudum?” Bir müddət sonra əsərin ikinci oxunuşunda isə əsər sizə tamamilə başqa bir təəssürat yaradacaq, əsərin bütün mənzərəsi gözləriniz önündə canlanacaq.
“Əlvida, silah”, Ernest Heminquey
“Əlivada, silah” bir “itirilmiş nəsil” nümayəndəsinin Birinci Dünya müharibəsi haqqında ilk uğurlu əsəridir. Kitab müharibə haqqındadır. Burada sadəlövh oğlanlar döyüşə gedib qurbana çevrilirlər. Bu əsərdə məhəbbət yalnız bir an sürür, nə keçmişi var, nə gələcəyi. Bu əsər unutmaq istəyib, amma heç vaxt unuda bilmədiyin müharibə haqqındadı.
“Milçəklərin tanrısı”, Uilyam Qoldinq
Əsər 1954 -cü ildə yazılıb. İkinci Dünya müharibəsindən sonra nüvə qorxusu ərəfəsindən bəhs edir. Əsər insanların mənşəyindəki vəhşilikdən söhbət açır. Roman müharibə ilə üz-üzə qalmış dünyamızın alleqorik obrazıdır. Bu dəhşətli əsəri oxumaq vacibdir, ən azı bu cür dünyada yaşamamaq üçün.
“Milçəklərin tanrısı” gənclərin bir adaya düşməsi ilə başlayır.
“Çapayev və Pustota”, Viktor Pelevin
Bu əsər dünya ədəbiyyatına hadisələrin mütləq boşluqda baş verdiyi ilk əsərdir. Həqiqətdə hadisələr gah 1919-cu ildə Çapayevin diviziyasında, gah da müasir günümüzdə baş verir. Əsərin baş qəhrəmanı isə şair Pyotr Pustotadır. Psixi travma yaşayan Pustota Çapayevin dövrünə düşür və bu qırmızı döyüşçüdən mütləq boşluğun sirrini öyrənir.
“Döyüşçü klubu”, Çak Palanik
Bu roman ötən əsrin 90-cı illərində yazılmış ən yaxşı, ən qalmaqallı əsərlərdəndir.
İstehlakçı cəmiyyətdən və Amerika mədəniyyətindəki mərdlik anlayışının dəyişməsindən getdikcə daha çox narazı qalan baş qəhrəman bu durumla mübarizə aparmaq qərarına gəlir. Bunun üçün radikal psixoterapiya yolunu seçərək gizli döyüşçü klubu yaradır.
“Farenheytlə 451 dərəcə”, Rey Duqlas Bredberi
İstehlak cəmiyyətinin tənqidi haqqında amansız kitab. Artıq roman səhifələrində bəhs edilən o arzuolunmaz dünyaya yaxınlaşdığımız üçün bu kitab XXI əsrin hər bir oxucusunun stolüstü kitabı olmalıdır.
Romanın adı vərəqin öz-özünə alışdığı temperatura işarədir.
“Bülbülü öldürmək”, Harper Li
Kitab qara dərili bir insanın zorlama ittihamı ilə təqsirli bilinməsindən bəhs edir. Bundan başqa kitabda kiçik bir vilayətdə inanc və vicdanla bağlı hökmlərin necə verildiyindən bəhs olunur. Sözü gedən kitab, 1960-cı illərin ən çox satılan kitabı olmuşdur.
Əsərin sonunda görürük ki, xeyirxahlıq insanın dərisinin rəngindən və sosial vəziyyətindən, ictimai rəydən asılı deyil. Bu adamın ürəyinə bağlı bir işdir.
“Martin İden”, Cek London
Əsər Martinin küçə döyüşündə gənc oğlanı xilas etməsi ilə başlayır. Sonra oğlanın ailəsi ilə tanış olan Martin onun bacısı Rufa dəlicəsinə aşiq olur. Amma qəlbi maddiyyatın ağır qıfılları ilə bağlı olan qız Martinə üz çevirir. Rufun qəlbinə hakim olmağa çalışan Martin filosofları oxumağa başlayır, qrammatikanı öyrənir. Məhrumiyyətlərə baxmayaraq yazır, yazır, yazır.
O, Amerikanın ən məşhur yazıçılarından biri olanda isə can atdğı həyat, hətta onun ayaqlarına sarılmağa hazır olan Ruf da heç bir əhəmiyyət kəsb etmir. Bax o zaman Martin bir gəmiyə minir və okeanın ortasında kayutun ilüminatorundan özünü atır.
“Don Xuanın təlimi”, Karlos Kastaneda
Karlos Kastanedanın müəllimi maq Xuan Matusun əqidəsinə görə 10 min il əvvəl Yeni Dünyada yaşayan insanlar kainatı dərindən öyrənmiş və dərk etmişdilər. Müasir insan onların gerçək gücünün cüzi bir hissəsini də təsəvvür edə bilməz. Bu kitabın səhifələrində müəllif qədim Meksika şamanlarının sirlərini açır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Azərbaycan Respublikasinin Qirmizi Kitabi Fauna
Təbii sərvətlərin mühüm tərkib hissəsi olan bioloji müxtəliflik, bütün yaşayış mühitlərində canlı orqanizmləri özündə birləşdirir. XX əsrin ortalarından etibarən bioloji müxtəlifliyə və ekosistemlərə təhlükə törədən mənfi amillərin sayı artmışdır, insan fəaliyyəti nəticəsində ekosistemlər deqradasiyaya uğramış, bir çox heyvan növləri və cinsləri məhv olmuş və ya onların sayı kəskin dərəcədə azalmış və nəsli kəsilmək təhlükəsi altında qalmışdır. Bir zamanlar Azərbaycan ərazisində geniş rast gəlinən turan pələngi və talış qırqovulu artıq yabanı təbiətdə məhv olmuş növə çevrilmişdir. Bioloji müxtəlifliyin belə vəziyyəti onun qorunub saxlanması və davamlı istifadəsinə dair ciddi tədbirlərin görülməsini tələb edir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 24 mart 2006-cı il Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Proqramının 5.1.1. bəndinə əsasən Beynəlxalq və Milli statusa malik olan nadir və nəsli kəsilən heyvan növlərinin siyahısının dəqiqləşdirilməsinə və qorunub saxlanılmasına dair «Azərbaycan Respublikasının «Qırmızı Kitabı»-nın ikinci nəşrinin AMEA Zoologiya İnstitutu və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə hazırlanması haqda göstəriş verilmişdir.
Qeyd etmək lazımdır ki, 1977-ci ildə Azərbaycanın ilk «Qırmızı kitabı»nın təsis edilməsi haqqında hökumət tərəfindən qərar qəbul edilmişdir. Qərarın həyata keçirilməsi məqsədilə respublikanın alim və mütəxəssislərinin çoxillik əməyi nəticəsində Azərbaycanın nadir və nəsli kəsilmək təhlükəsi altında olan heyvan və bitki növləri haqqında məlumatlar toplanılmışdır. 1989-cu ildə nəşr olunan Azərbaycanın «Qırmızı kitabı»nın I nəşrinə 108 növ heyvan adı daxil edilmişdir ki, onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq və 40 növü həşəratlar sinfinə mənsubdur. Qeyd olunan heyvanların təsviri, yayıldığı areal, sayı, onların qorunmasına dair tədbirlər və s. haqda məlumatlar verilmişdir.
Hal-hazırda Azərbaycanın «Qırmızı kitabı»nın II nəşrinə, nadir, nəsli kəsilmək və təhlükə altında olmaqla, qorunmasına ehtiyac yaranan 216 növ heyvan daxil edilmişdir. Bunların içərisindən respublikamızın hidrofaunasına daxil olan heyvanlardan 1 növ Oligochaeta, 1 növ Crustacea, 1 növ Mollusca, 75 növ Insecta, 6 növ Amphibia, 14 növ Reptilia, 9 növ Pisces, 72 növ Aves, 39 növ Mammalia sinfinə aiddir.
Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.
Похожие статьи
-
Azərbaycanın böyük elm xadimi nəsirəddin tusi bdu
Nəsirəddin Tusi haqda ayıran və müstəqil elm kimi tədqiq edən ilk alimdir (2, 337). O, həmçinin fəza Nəsirəddin Tusi fenomeni Azərbaycan xalqı,…
-
Azərbaycanda qeri ənənəvi dinlər və təriqətlər kitabı acbir isgəndərli
Azərbaycanda mövcud dinlər Odun hər cür çirkinliyi, rəzaləti yox etdiyinə, insanlara təmizlik gətirdiyinə inam bəslənmişdir. Novruz bayramı ilə…
-
Azərbaycanın hərb tarixi pervin dedi ki: Azərbaycan coğrafiya tarixi Azərbaycan haqqında ilk yazılı coğrafi məlumatlara qədim yunan və Roma səyyahları və…
-
Azərbaycanda qeri ənənəvi dinlər və təriqətlər kitabı
Azərbaycanda qeri ənənəvi dinlər və təriqətlər kitabı Alban mədəni abidələrinin, əlyazmaları kitabxanalarının dəfələrlə erməni katolikosatının təşəbbüsü…
-
Azərbaycanın dövlət və hüquq tarixi
Müstəqilliyin bərpası və Azərbaycanı tanıyan ilk 5 DÖVLƏT İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən ümummilli liderimizin 1998-ci ildə…
Comments are closed, but trackbacks and pingbacks are open.