Azərbaycanın cografiyası
Azərbaycanda işləmiş rusgeoloqlarından Andnrusovun, Boqdonoviçin, Qolubyatinkovun Qafqazda, Qobustanda Abşeronda çöküntülərin tektonik qurluşunun, neftlilik xüsusiyyətlərinin öyrənilməsində böyük rolları olmuşdur.
Milli kadırlardan Əzizbəyovu, Əlizadəni, Qaşqayı misal göstərmək olar. Respublikamızdakı süxurlarlından uzun geoloji dövr ərzində formalaşıb.
Respublikamızda ən qədim süxurlar K.Qafqazda,Naxçıvanda,Filizçayda paleozoy dövrünə aid süxurlara rast gəlinir.Mezazoyun çıküntüləri bir çox dağlıq ərazilərdə qalın yayılmışdır. Kaynazoy çöküntüləri respublikanın böyük hissəsini tutur. Bu çöküntülər Qarabağ vulkanik yaylasında və Böyük Qafqazda geniş yayılmışdır.
Neogen yaşlı süxurlar Qobustanın alçaq dağlıq sahəsində, Qusar maili düzənliyində, Kiçik, Böyük Qafqazda, Talış Dağlarında yayılmışdır.4-cü dövrün süxurları Kür-Araz ovalığı Samur-Dəvəçi ovalığı, Lənkəran ovalığı, Şollar düzündə yayılmışdır.Xəzərə yaxın ərazilərdə dəniz mənşəli süxurlar üstündür.Republikanın daxili rayonlarında çay süxurları yayılmışdır. Qarabağ vulkanik yaylasında 4-cü dövrdə güclü vulkan olmuşdurna. Buna görə də yayla vulkanik mənşəli süxurları ilə örtülmüşdür. Naxçıvan və Talış dağlarında maqmatik mənşəli süxurlar olduğuna görə fliz mənşəli qazıntılar boldur.
Müasir antropogen mənşəli çöküntülər iri şəhərlərin və sənaye müəssisələrinin tullantıları toplanan ərazidə rast gə linir.Bel ə nəticəyə gəlmək olar ki, respublikamızın ərazisində paleozoy, mezazoy, kaynazoy eralarının çöküntüləri daha çoxdur.
Zəlzələlər , palçıq vulkanları, sürüşmələr və uçqunlar. Republikada müasir relyefin formalaşmasında mühüm rol oynayan daxili proseslərə zəlzələr palçıq vulkanları, tektonik qırılmalar və enmələr aiddir. Azərbaycanda baş verən zəlzələr gücün görə 3rayona ayrılır.
1.Şamaxı şəhəri və Qapıcıq zirvəsi ətrafı 9ballıq zəlzələ zonasına adiir. Şamaxıda 1869, 1870, 1903,1970,1972-ci illərdə, İsmayıllıda 1983- cü ildə zəlzələ olmuşdur. 1937-ci ildə Qapıcıq ətrafına 9 bal gücündə zəlzələ olmuşdur. Böyük Qafqazın cənub yamalarında Gəncə ətrafındra NMR-da 8 bal gücündə zəlzələlər olmuşdur. Şəkidə 1903-cü il 7 bal, Oğuzda 8 bal, Zaqatalada 8 bal, Naxçıvanda 8 bala yaxın zəlzələlər olmuş dur.Azərbaycan dünyada palçıq vulkanlarının sayına görə 1-ci yerdədir. Onlar Qobustanda, Abşeronda yayılmışdır. Cənub şərqi şirvan düzündə və Xəzər sahilindəki adalarda da var. Palçıq vulkanları neftli-qazlı sahələrlə əlaqədardır. Ən hündürü Torağaydır bundan başqa Bozdağ, Keyrəki, Otman adlı palçıq vulkanları da var Böyük Qafqazın respublika daxilindəi hissəsində sürüşmələr geniş yayılmışdır. Sürüşmələr gilli ərazilərlə bağlıdır.Suların axıdılması və meşələrin salınmsa sürüşmələrin qarşısını alır. Pik yamaclarda süxurların ağırlıq qüvvəsinin təsiri iləuçub düşməsi uçqun adlanır. Dağların ətəyində uçqun mənşəli göllər yaranır. Bəzən dağlarda yüksək olan ərazilərdə qar uçqunları olur. Hər hansı ərazinin geoloji qurluşunun və yaşının yerin üst sahələrindən və ondan aşağıda yayılmış süxurların yarandığı dövrü öyrənməklə müəyyən etmək olar. Azərbaycanda ən qədim süxurlar Əsrikçay, Zəyəmçay yaxınlığında səthə çıxır və yaşı400-450 milyon ildir.Kiçik Qafqazın şərq kənarlarında yura dövrünün qumdaşı, əhəngdaşı vardır. Böyük Qafqazın cənub yamacları,Naxçıvanın şimalı, Şahdağ silsiləsi, Talış dağları kaynazoy erasına aid süxurlarla örtülüdür. Talış dağlarında dəmir, mis, polimetal, qızıl, gümüş yataqları var.Ən cavan yaşlı süxurlara Xəzər sahillərində, Kür-Araz ovalığında rast gəlinir.
Azərbaycanın faydalı qazıntıları.Azərbaycan ərazisi faydalı qazıntılarla zəngindir. Bunlar içərisində enerji daşıyıcıları neft, qaz, filizlərdən dəmir, xrom, mis, molibiden, kobalt,metallar və qeyri-metallar, barıt, aulint, duz xüsusilə qeyd edilməlidir, Azərbaycanda qazıntılar çox qədimdən istifadə edilməyə başlamışdır. Belə ki, Naxçıvandakı duz yatağı, Abşeronun neftli əraziləri, Daşkəsən və Gədəbəyin dəmir filiz yataqlari insanlardan məlumdur. VI əsrdən etibarən Konstinantopolda və Ayasofiyada, kilsələrdə işlədilən neft Azərbaycandan daşınırdı. Respublkamızda neft yataqları əsasən Abşeron yarımadasında və Xəzər dənizinin Azərbaycan akvatoriyasındadır. Bundan başqa c.ş. Qobustsnda, Aşağı Kür, Gəncə, Ceyran çoldə, Kür Araz ovalığında yataqları vardır. Neftli sahələrin çox hissəsi Abşeron yarnadası, Balaxanı-Sabunçu-Ramana, Suraxanı, Qaraçuxur, Qala, Buzovna, Binəqədi, Bibiheybət,Qaradağ, Pirallahıda hasil edilmişdir. Son onillikdə Xəzərdə bir sira neft və qaz yataqları aşgar edilmişdi. Bunlardan Çıraqlı, Azəri,Günəşli,Qarabağ,Şahdəniz ən perspektivləridir. Naftalan nefti müalicə əhəmiyyətinə malikdir. Azərbaycanda təbii qaz Qobustada çixarılır. Azərbaycanda çıxarılan neft və qazla əlaqədar Bakı və Sumqayıt şəhərlərində neft və qaz emalı və neft-kimya sənayesi inkişaf etmişdir. Əsas filiz yataqları Kiçik Qafqaz vilayətində və Naxçıvandadır. Kiçik Qafqaz dağları “Azərbaycanın Uralı adlanır”. Kiçik Qafqazda bütün Qafqaz regionu ən böyük filiz yatağı yerləşir. Gəncə yaxınlığında Daşkəsən, Seyfəli, Abdallı və digə filiz yataqları arasında Daşkəsən maqnit yatağı daha əhəmiyətlidir. Azərbaycanın və Qafqazın ən böyük polimetal filiz yatağı Balakəndəki Filizçaydır. Mənşəyinə görə və tərkibinə görə Filizçay yatağından fərqlənən kvars-polimetal yatağı Kiçik Qafqazdadır. Ən böyük mis yatağı Gədəbəydə, molibiden yatağı isə Naxçınadadır.
Qeyri-metel filizlərdən Daşkəsəndə Zəylik alunit yatağı ehtiyatina görə dünyada məşurdur. O, iki qatda yerləşir üst qatın orta qalınlığı 19 m, alt qat daha böyükdür. Qeyri-filiz yataqlarından Naxçıvandakı Daşburun yatağı misaldır.
Azərbaycan tikinti materiaları ilə zəngindir. Ən əsasları çiy kərpic, yonulmamış daşlar, qamış, ağac, gil olmuşdur. Abşeron Əhəngdaşılarının müsbət xüssuyəti onun müxtəlif formalara salmaq olmasıdır. Abşeronda tikinti materialatının yataqları Qaradağ, Şonqar, Güzdək, Duvannı, Şüvalandır. Çox qiymətli və qalın, orta Abşeron əhəngdaşı layından ibarət olan Duvanlı karxanası Qobustan qayaüstü rəsimləri ilə əlqədar bağlanıb. Azərbaycanda dəniz qumu Xəzərdə, allivial qumlar kür boyunca yerləşir.
Bundan başqa Azərərbaycanda mineral sular da vardır. Müalicə mənşəli sular Kiçik qafqazda, Naxçıvanda və Lənkərandadır. Mineral sulara misal olaraq Kəlbəcərdə İstisu, Şuşada Turşsu və Şirlan, Gədəbəydə Qızılca, Naxçıvanda Badamlı, Sirab, Vayxır, Qubada Cimi, Xaltan, Xaşı, Şabranda Qalaaltı mineral bulaqları vardır.
Kür –Araz ovalığında sərbəst bulaqlar azdır.
Coğrafiya
Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olub, mütləq yüksəkliyi 28 m-dən (Xəzərsahili düzənlik) 4466 m-ə Bazardüzü dağına qədərdir. Azərbaycan Respublikasının ovalıq və düzənlik relyefi Gəncə, Qazax, Qarabağ, Mil, Muğan, Şirvan, Salyan, Lənkəran, Samur-Şabran, Arazyanı və Şərurdan ibarətdir. Azərbaycan Respublikasının ərazisi beş coğrafi vilayətə bölünür: onlardan dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür-Araz və ya Mərkəzi Aran) ovalıqdır. Böyük Qafqazın Azərbaycan hissəsi hüdudunda iki əsas dağ silsiləsi – Baş Qafqaz (Bazardüzü dağı – 4466 m) və Yan silsilə (Şahdağ – 4243 m) uzanır. Dağlıq Şirvan, Qobustan və Abşeron yarımadası Cənub-şərqi Qafqazda yerləşir. Baş Qafqaz dağ silsiləsinin cənub yamacı ətəyi boyunca Qanıx-Əyriçay dağarası çökəkliyi, ondan cənuba isə geniş Ceyrançöl və Acınohur öndağlığı uzanır. Baş Qafqaz silsiləsi Bazardüzü dağından şərqə Azərbaycan ərazisi daxilində şimal-qərbdən (Tinovroso dağı) cənub-şərqə doğru uzanmaqla 4000 metrdən 1026 metrə qədər Kəmçi dağı alçalır.
Azərbaycan və Dağıstan xalqları arasında tarixən gediş-gəliş, o cümlədən də ticarət əlaqələri Baş Qafqaz silsiləsinin Tinovroso(2800 m), Maçxalroso (2900 m), Malarasa (2865 m), Qudurdağ (2500 m), Dindidağ (2992 m), Attaqay (2657 m), Ağbulaq (3200 m), Qərbi Salavat (2832 m), Nohurlar (3250 m),Qdım (2906 m), Fiy (3104 m) və bir çox başqa aşırımlar vasitəsilə saxlanılmışdır. Kiçik Qafqazın Azərbaycan hissəsində Şahdağ (Qara-arxac -2901 m, Hinaldağ – 3367 m),Murovdağ Gamışdağ – 3724 m, Qarabağ (Böyük Kirs – 2725 m) sıra dağları və Qarabağ vulkanik yaylası (Böyük İşıqlı – 3552 m, Dəlidağ – 3616 m) relyefdə üstünlük təşkil edir. Naxçıvan MR ərazisində Dərələyəz (Küküdağ – 3120 m) və Zəngəzur sıra dağları (Qapıcıq dağı – 3904 m) uzanır. Hər iki sıra dağların qovuşağında Biçənək aşırımı (2346 m) yerləşir.
Lənkəran ovalığı cənub-qərbdə Talış sıra dağları ilə (Gömürgöy – 2493 m) sərhədlənir. Bu dağların ön hissəsi boyu Burovar silsiləsi (914 m), mərkəz hissəsi boyu isə Peştəsər(2200 m) sıra dağları uzanır.
AZƏRBAYCANIN GEOLOJİ QURULUŞU.
Azərbaycanın ərazisi bir sıra ölkələr, Yaxud təbii regionlarla müqayisədə böyük olmasada, geoloji qurluşun mürəkkəbliyinə və rəngarəngiyinə görə yeni ərazilərlə müqayisə edilə bilər.Azərbaycanın geoloji quruluşunu müəyyən etmək üçün geoloqlar100 ildən artıq əmək sərf etmişlər. Azərbaycanda geoloji tədqiqatların başlanması məşhur Avstralyalı alim G. Abiün adı ilə bağlıdır.Alimin ən böyük xidməti regonun müxtəlif hissələrində inkişaf etmiş çöküntülərin statiqrafik bölgüsünü və xarakterini verməsi olmuşdur. Keçən əsrin axırlarında və XX əsrin I rübündə
Azərbaycanda işləmiş rusgeoloqlarından Andnrusovun, Boqdonoviçin, Qolubyatinkovun Qafqazda, Qobustanda Abşeronda çöküntülərin tektonik qurluşunun, neftlilik xüsusiyyətlərinin öyrənilməsində böyük rolları olmuşdur.
Milli kadırlardan Əzizbəyovu, Əlizadəni, Qaşqayı misal göstərmək olar. Respublikamızdakı süxurlarlından uzun geoloji dövr ərzində formalaşıb.
Respublikamızda ən qədim süxurlar K.Qafqazda,Naxçıvanda,Filizçayda paleozoy dövrünə aid süxurlara rast gəlinir.Mezazoyun çıküntüləri bir çox dağlıq ərazilərdə qalın yayılmışdır. Kaynazoy çöküntüləri respublikanın böyük hissəsini tutur. Bu çöküntülər Qarabağ vulkanik yaylasında və Böyük Qafqazda geniş yayılmışdır.
Neogen yaşlı süxurlar Qobustanın alçaq dağlıq sahəsində, Qusar maili düzənliyində, Kiçik, Böyük Qafqazda, Talış Dağlarında yayılmışdır.4-cü dövrün süxurları Kür-Araz ovalığı Samur-Dəvəçi ovalığı, Lənkəran ovalığı, Şollar düzündə yayılmışdır.Xəzərə yaxın ərazilərdə dəniz mənşəli süxurlar üstündür.Republikanın daxili rayonlarında çay süxurları yayılmışdır. Qarabağ vulkanik yaylasında 4-cü dövrdə güclü vulkan olmuşdurna. Buna görə də yayla vulkanik mənşəli süxurları ilə örtülmüşdür. Naxçıvan və Talış dağlarında maqmatik mənşəli süxurlar olduğuna görə fliz mənşəli qazıntılar boldur.
Müasir antropogen mənşəli çöküntülər iri şəhərlərin və sənaye müəssisələrinin tullantıları toplanan ərazidə rast gə linir.Bel ə nəticəyə gəlmək olar ki, respublikamızın ərazisində paleozoy, mezazoy, kaynazoy eralarının çöküntüləri daha çoxdur.
Zəlzələlər , palçıq vulkanları, sürüşmələr və uçqunlar. Republikada müasir relyefin formalaşmasında mühüm rol oynayan daxili proseslərə zəlzələr palçıq vulkanları, tektonik qırılmalar və enmələr aiddir. Azərbaycanda baş verən zəlzələr gücün görə 3rayona ayrılır.
1.Şamaxı şəhəri və Qapıcıq zirvəsi ətrafı 9ballıq zəlzələ zonasına adiir. Şamaxıda 1869, 1870, 1903,1970,1972-ci illərdə, İsmayıllıda 1983- cü ildə zəlzələ olmuşdur. 1937-ci ildə Qapıcıq ətrafına 9 bal gücündə zəlzələ olmuşdur. Böyük Qafqazın cənub yamalarında Gəncə ətrafındra NMR-da 8 bal gücündə zəlzələlər olmuşdur. Şəkidə 1903-cü il 7 bal, Oğuzda 8 bal, Zaqatalada 8 bal, Naxçıvanda 8 bala yaxın zəlzələlər olmuş dur.Azərbaycan dünyada palçıq vulkanlarının sayına görə 1-ci yerdədir. Onlar Qobustanda, Abşeronda yayılmışdır. Cənub şərqi şirvan düzündə və Xəzər sahilindəki adalarda da var. Palçıq vulkanları neftli-qazlı sahələrlə əlaqədardır. Ən hündürü Torağaydır bundan başqa Bozdağ, Keyrəki, Otman adlı palçıq vulkanları da var Böyük Qafqazın respublika daxilindəi hissəsində sürüşmələr geniş yayılmışdır. Sürüşmələr gilli ərazilərlə bağlıdır.Suların axıdılması və meşələrin salınmsa sürüşmələrin qarşısını alır. Pik yamaclarda süxurların ağırlıq qüvvəsinin təsiri iləuçub düşməsi uçqun adlanır. Dağların ətəyində uçqun mənşəli göllər yaranır. Bəzən dağlarda yüksək olan ərazilərdə qar uçqunları olur. Hər hansı ərazinin geoloji qurluşunun və yaşının yerin üst sahələrindən və ondan aşağıda yayılmış süxurların yarandığı dövrü öyrənməklə müəyyən etmək olar. Azərbaycanda ən qədim süxurlar Əsrikçay, Zəyəmçay yaxınlığında səthə çıxır və yaşı400-450 milyon ildir.Kiçik Qafqazın şərq kənarlarında yura dövrünün qumdaşı, əhəngdaşı vardır. Böyük Qafqazın cənub yamacları,Naxçıvanın şimalı, Şahdağ silsiləsi, Talış dağları kaynazoy erasına aid süxurlarla örtülüdür. Talış dağlarında dəmir, mis, polimetal, qızıl, gümüş yataqları var.Ən cavan yaşlı süxurlara Xəzər sahillərində, Kür-Araz ovalığında rast gəlinir.
Azərbaycanın faydalı qazıntıları.Azərbaycan ərazisi faydalı qazıntılarla zəngindir. Bunlar içərisində enerji daşıyıcıları neft, qaz, filizlərdən dəmir, xrom, mis, molibiden, kobalt,metallar və qeyri-metallar, barıt, aulint, duz xüsusilə qeyd edilməlidir, Azərbaycanda qazıntılar çox qədimdən istifadə edilməyə başlamışdır. Belə ki, Naxçıvandakı duz yatağı, Abşeronun neftli əraziləri, Daşkəsən və Gədəbəyin dəmir filiz yataqlari insanlardan məlumdur. VI əsrdən etibarən Konstinantopolda və Ayasofiyada, kilsələrdə işlədilən neft Azərbaycandan daşınırdı. Respublkamızda neft yataqları əsasən Abşeron yarımadasında və Xəzər dənizinin Azərbaycan akvatoriyasındadır. Bundan başqa c.ş. Qobustsnda, Aşağı Kür, Gəncə, Ceyran çoldə, Kür Araz ovalığında yataqları vardır. Neftli sahələrin çox hissəsi Abşeron yarnadası, Balaxanı-Sabunçu-Ramana, Suraxanı, Qaraçuxur, Qala, Buzovna, Binəqədi, Bibiheybət,Qaradağ, Pirallahıda hasil edilmişdir. Son onillikdə Xəzərdə bir sira neft və qaz yataqları aşgar edilmişdi. Bunlardan Çıraqlı, Azəri,Günəşli,Qarabağ,Şahdəniz ən perspektivləridir. Naftalan nefti müalicə əhəmiyyətinə malikdir. Azərbaycanda təbii qaz Qobustada çixarılır. Azərbaycanda çıxarılan neft və qazla əlaqədar Bakı və Sumqayıt şəhərlərində neft və qaz emalı və neft-kimya sənayesi inkişaf etmişdir. Əsas filiz yataqları Kiçik Qafqaz vilayətində və Naxçıvandadır. Kiçik Qafqaz dağları “Azərbaycanın Uralı adlanır”. Kiçik Qafqazda bütün Qafqaz regionu ən böyük filiz yatağı yerləşir. Gəncə yaxınlığında Daşkəsən, Seyfəli, Abdallı və digə filiz yataqları arasında Daşkəsən maqnit yatağı daha əhəmiyətlidir. Azərbaycanın və Qafqazın ən böyük polimetal filiz yatağı Balakəndəki Filizçaydır. Mənşəyinə görə və tərkibinə görə Filizçay yatağından fərqlənən kvars-polimetal yatağı Kiçik Qafqazdadır. Ən böyük mis yatağı Gədəbəydə, molibiden yatağı isə Naxçınadadır.
Qeyri-metel filizlərdən Daşkəsəndə Zəylik alunit yatağı ehtiyatina görə dünyada məşurdur. O, iki qatda yerləşir üst qatın orta qalınlığı 19 m, alt qat daha böyükdür. Qeyri-filiz yataqlarından Naxçıvandakı Daşburun yatağı misaldır.
Azərbaycan tikinti materiaları ilə zəngindir. Ən əsasları çiy kərpic, yonulmamış daşlar, qamış, ağac, gil olmuşdur. Abşeron Əhəngdaşılarının müsbət xüssuyəti onun müxtəlif formalara salmaq olmasıdır. Abşeronda tikinti materialatının yataqları Qaradağ, Şonqar, Güzdək, Duvannı, Şüvalandır. Çox qiymətli və qalın, orta Abşeron əhəngdaşı layından ibarət olan Duvanlı karxanası Qobustan qayaüstü rəsimləri ilə əlqədar bağlanıb. Azərbaycanda dəniz qumu Xəzərdə, allivial qumlar kür boyunca yerləşir.
Bundan başqa Azərərbaycanda mineral sular da vardır. Müalicə mənşəli sular Kiçik qafqazda, Naxçıvanda və Lənkərandadır. Mineral sulara misal olaraq Kəlbəcərdə İstisu, Şuşada Turşsu və Şirlan, Gədəbəydə Qızılca, Naxçıvanda Badamlı, Sirab, Vayxır, Qubada Cimi, Xaltan, Xaşı, Şabranda Qalaaltı mineral bulaqları vardır.
Kür –Araz ovalığında sərbəst bulaqlar azdır.
Azərbaycanın cografiyası
Issuu Features
- Issuu Features – Fullscreen Sharing
- Issuu Features – Visual Stories
- Issuu Features – Articles
- Issuu Features – Embed
- Issuu Features – Statistics
- Issuu Features – SEO
- Issuu Features – InDesign Integration
- Issuu Features – Cloud Storage Integration
- Issuu Features – GIFs
- Issuu Features – AMP Ready
- Issuu Features – Add Links
- Issuu Features – Teams
- Issuu Features – Video
- Issuu Features – Web-ready Fonts
- Solutions – Designers
- Solutions – Content Marketers
- Solutions – Social Media Managers
- Solutions – Publishers
- Solutions – PR / Corporate Communication
- Solutions – Students & Teachers
- Solutions – Salespeople
- Solutions – Use Cases
Industries
- Industries – Publishing
- Industries – Real Estate
- Industries – Sports
- Industries – Travel
Products & Resources
- Products & Resources – Plans
- Products & Resources – Partnerships
- Products & Resources – Developers
- Products & Resources – Digital Sales
- Products & Resources – Elite Program
- Products & Resources – Publisher Directory
- Products & Resources – Redeem Code
- Products & Resources – Support
Explore Issuu Content
-
- Explore – Arts & Entertainment
- Explore – Business
- Explore – Education
- Explore – Family & Parenting
- Explore – Food & Drink
- Explore – Health & Fitness
- Explore – Hobbies
- Explore – Home & Garden
- Explore – Pets
- Explore – Religion & Spirituality
- Explore – Science
- Explore – Society
- Explore – Sports
- Explore – Style & Fashion
- Explore – Technology & Computing
- Explore – Travel
- Explore – Vehicles
Azərbaycanın coğrafiyası və təbii ehtiyatları
Yaşadığımız ölkənin əlverişli təbii-coğrafi mühiti hələ qədim zamanlardan insanların burada məskən salmasına şərait yaratmışdır. Antik dövrün tarixçiləri Herodot, Polibi, Strabon, Klavdi Ptolemey və başqaları öz əsərlərində Azərbaycanın coğrafi mövqeyi, sərhədləri, çayları, yaşayış məntəqələri, burada məskunlaşmış tayfalar, Xəzər dənizi, onun heç bir dənizlə əlaqəsi olmaması və s. haqqında maraqlı məlumatlar vermişlər.
Venesiyalı F.Mauronun dünya xəritəsində (1459), Əlşərifin (1601), alman alimi və səyyahı A.Olearinin (1647) xəritələrində, həmçinin I Pyotrun tapşırığı ilə (1720) tərtib olunmuş və 1723-cü ildə nəşr edilmiş “Şərqi Zaqafqaziya və Xəzər dənizi” xəritəsində Azərbaycanın yaşayış məntəqələri, gölləri, çayları və s. göstərilmişdir. Azərbaycan coğrafiyaşünası Əbdürrəşid Bakuvi Azərbaycanın iqlimi, Bakının təbiəti və burada neft çıxarılması, Hacı Zeynalabdin Şirvani və Abbasqulu ağa Bakıxanov da əsərlərində Azərbaycanın coğrafiyası haqqında yazmışlar. Azərbaycan ərazisinin öyrənilməsində həmçinin V.Abix, I.Fiqurovski, A.Zaxarov və başqalarının xidməti olmuşdur. Azərbaycan Respublikasının ərazisinin kompleks tədqiqinə isə Sovet hakimiyyəti illərində başlanmış, müxtəlif miqyaslı xəritələr tərtib edilmiş, samballı coğrafi atlaslar yaradılmışdır.
Azərbaycan ərazisinin 60%-ə qədərini dağlıq ərazilər tutur. Respublikanın əsas geomorfoloji vahidləri olan Böyük Qafqaz, Kiçik Qafqaz (Qarabağ yaylası ilə birlikdə) və Talış dağları Kür Araz ovalığını şimaldan, qərbdən və cənub-şərqdən əhatə edir. Naxçıvan Muxtar Respublikası Araz çayının orta axımı və onu əhatə edən Zəngəzur və Dərələyəz sıra dağlarının hüdudlarında yerləşir.
Azərbaycanın iqliminə ölkənin coğrafi mövqeyi, relyefi və Xəzər dənizi əsaslı təsir göstərir. Burada yarımsəhra və quru çöl, subtropik, mülayim və soyuq iqlimə rast gəlinir. Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-nin burada olduğu müəyyən edilmişdir. Quru subtropik iqlim Kür-Araz ovalığı və Abşeron üçün xarakterikdir. Rütubətli subtropik iqlim yalnız Talış dağlarının cənubunda müşahidə edilir, dağətəyi ərazilər və Lənkəran ovalığı üçün səciyyəvidir. Mülayim iqlim Böyük və Kiçik Qafqazın əsasən meşələrlə örtülü yamaclarında müşahidə olunaraq, quru, mülayim-isti quru, mülayim-isti rütubətli və mülayim soyuq iqlimlərə ayrılır. Soyuq iqlim yüksək dağ silsilələrində, Böyük və Kiçik Qafqazın zirvələrində, alp və subalp çəmənlikləri qurşağında müşahidə edilir.
Ərazinin təbii sərvətləri
Azərbaycan, eyni zamanda, əlverişli təbii şəraitə və zəngin təbii ehtiyatları olan ölkədir. Ölkənin əsas relyef formaları qarlı zirvəli, yüksək dağlar, məhsuldar torpaqlı dağətəyi zonalar, geniş düzənliklər, okean səviyyəsindən aşağı ovalıqlardır. Belə mürəkkəb relyef quruluşu təbii şəraitin – iqlimin, torpaq-bitki örtüyünün, su ehtiyatlarının müxtəlifliyinə səbəb olmuşdur. Bu isə öz növbəsində əhalinin və təsərrüfat sahələrinin ərazi üzrə qeyri-bərabər yerləşməsinə, istehsalın müxtəlif növlər üzrə ixtisaslaşmasına gətirib çıxarmışdır.
Insanların həyat və təsərrüfat fəaliyyətində istifadə etdiyi təbii sərvət və ya resurslara günəş, geotermal, külək, nüvə enerjiləri, iqlim, qabarma – çəkilmə, dəniz cərəyanları və bütün faydalı qazıntılar – torpaq, bioloji ehtiyatlar, su enerjisi daxildir.
Azərbaycan müxtəlif növ təbii ehtiyatlarla zəngin olsa da, hazırda bu ehtiyatların ən mühümü neft-qaz sayılır. Respublika ərazisinin 70 faizində neft-qaz ehtiyatları var. Xəzərin şelfi, Abşeron yarımadası, Qobustan, Cənub-Şərqi Şirvan neft-qazla daha zəngindir. Italyan səyyahı Marko Polo (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Oleari (XVII əsr) Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbi (XVII əsr) neft mədənləri, neftin Irana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin gətirdiyi illik gəlir haqqında məlumat vermişdir. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş daş üzərindəki yazıda quyunun (35 m dərinliyində) hələ 1594-cü ildə usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir. Alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer Isveç səfirliyinin katibi kimi 1683-cü ildə Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı yataqlarında olmuş, neftin Abşeron yarımadasından Irana, Orta Asiyaya və Şimali Qafqaza aparılmasını təsvir etmişdir. 1803-cü (1798) ildə Bakı sakini Qasımbəy Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahildən 18 m və 30 m aralı iki neft quyusu qazdırmışdır.
1994-cü ildə dünyanın nəhəng neft-qaz şirkətləri ilə bağlanan “Əsrin müqaviləsi” çərçivəsində bu gün Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan marşrutu ilə ən böyük ölkələrə ixrac olunur.
Ölkəmizin qərb bölgələri əsasən filiz ehtiyatları ilə zəngindir. Qafqaz regionunda ən mühüm Daşkəsən dəmir filizi yatağı, ehtiyatlarına görə dünyada Çindən sonra 2-ci yeri tutan Zəylik alunit yatağı, Gədəbəyin mis ehtiyatları, Naxçıvan, Balakən, Ağdərə polimetal yataqları, Kəlbəcər, Naxçıvan, Daşkəsən, Gədəbəy qızıl yataqları və digər əlvan metallar respublikada həm qara, həm də əlvan metallurgiyanı inkişaf etdirməyə imkan vermişdir.
Bir çox rayonlarımızda geniş yayılan müxtəlif növ qeyri filizlərdən əhəngdaşı, gips, çınqıl, mərmər, travertin, gil, qum və s. qeyd edilə bilər.
Azərbaycanda çoxlu sayda mineral sular mövcuddur: Naxçıvanda – Sirab, Badamlı, Darıdağ, Vayxır; Kəlbəcərdə – Istisu; Şuşada – Turşsu və Şirlan; Dəvəçidə – Qalaaltı və s.Respublikada zəngin aqroiqlim ehtiyatları var ki, düzən ərazilərdə ildə 2 dəfə məhsul yığmağa, pambıq, zeytun, çay, sitrus meyvələri kimi istiyə tələbkar bitkilər yetişdirməyə imkan verir.
Su və bitki ehtiyatları
Abşeronda, Kür-Araz, Samur-Dəvəçi, Lənkəran ovalıqlarında, Qanıx-Əyriçay çökəkliyində fəal temperaturların 4.000’C-dən yüksək olması bitkiçiliyin inkişafına müsbət təsir göstərir. Kənd təsərrüfat məhsullarının keyfiyyəti artır, meyvələrdə şəkərin səviyyəsi qalxır.
Azərbaycan su ehtiyatları ilə zəif təmin olunub. Su çatışmazlığı dağlıq ərazilərdə bir o qədər hiss edilməsə də, düzən ərazilərdə kifayət qədər problem yaradır. Su probleminin həlli müxtəlif yollarla həyata keçirilir. Bura sudan səmərəli istifadə, qapalı su dövriyyəsinə malik istehsala keçid, Xəzər suyunun şirinləşdirilməsi, yeraltı sulardan geniş istifadə, suvarma kanallarının təkmilləşdirilməsi və s. daxildir. Çaylarımızın hidroenerji ehtiyatı 37 mlrd. kvt. təşkil edir ki, bu da Qafqazda Gürcüstandan sonra 2-ci yerdir.
Respublika ərazisinin cəmi 11 %-i meşələrlə örtülüb ki, bu da çox aşağı göstəricidir. Buna gərə də meşələrimizin sənaye əhəmiyyəti azdır, əsasən torpaq və su qoruyucu, əczaçılıq, sanitariya, rekreasiya əhəmiyyəti var. Meşələrin əksəriyyəti dağlıq ərazilərdir. Son illərdə meşələrin qorunması ilə bağlı görülən tədbirlər bütün növ ağacların, o cümlədən relikt və endemik bitkilərin bərpasına və artırılmasına imkan verir.
Azərbaycanda bioloji ehtiyatların mühüm tərkib hissəsi sayılan rəngərəng heyvanat aləmi var. Bura Xəzərin, çaylarımızın, su anbarlarımızın balıq ehtiyatları, əsasən dağlıq ərazilərdə yayılan müxtəlif növ heyvanlar, düzən ərazilərdə yayılan sürünənlər (xüsusilə, çox qiymətli zəhəri olan Qafqaz gürzəsi), çoxlu sayda quşlar və s daxildir.
Respublikamızda zəngin rekreasiya ehtiyatları da var. Bura həm təbii rekreasiya ehtiyatları (Böyük və Kiçik Qafqazda, Talış dağlarındakı dağ meşələri, Xəzər sahili narın qumlu çimərliklər, mineral bulaqlar), həm də mədəni-tarixi diqqətəlayıq obyektlər (Içərişəhər, Qobustanın qədim qaya rəsmləri, müxtəlif rayonlarımızdakı qalalar, arxeoloji abidələr və s.) daxildir. Bu ehtiyatlar turizmin inkişafına imkan yaradır.Abşerondakı göllərin müalicəvi palçıqları və suları, Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağaraları respublikamızın balneoloji ehtiyatlarına aiddir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir
Похожие статьи
-
Azərbaycanın hərb tarixi pervin dedi ki: Azərbaycan coğrafiya tarixi Azərbaycan haqqında ilk yazılı coğrafi məlumatlara qədim yunan və Roma səyyahları və…
-
Azrbaycanın cografiyası Azərbaycan subtropik və mülayim iqlim qurşaqlarının qovuşduğu ərazidə yerləşib. Azərbaycanın iqliminin mürəkkəb olmasına səbəb:…
-
İnsan həyatını dəyişən 10 kitab – SİYAHI – FOTO Yuxarıda qeyd etdiyimiz kimi XIX əsr və xüsusilə XX əsrin əvvəllərində Azərbaycanın azsaylı xalqlarının…
-
Azərbaycanın ekoetik problemləri elmi hüquqi mənəvi aspektlər
QəRİb məMMƏdov, mahmud xəLİlov Xəlilov. M.Y. Bitki örtüyü. Otlaqların vəziyyəti və problemləri. «Azərbaycan respublikasının regional- Национальная…
-
Azərbaycanın böyük elm xadimi nəsirəddin tusi bdu
Nəsirəddin Tusi haqda ayıran və müstəqil elm kimi tədqiq edən ilk alimdir (2, 337). O, həmçinin fəza Nəsirəddin Tusi fenomeni Azərbaycan xalqı,…
Comments are closed, but trackbacks and pingbacks are open.