Press "Enter" to skip to content

Azrbaycanın davamlı inkişaf strategiyası

Hər bir dövlətin inamlı inkişafını təmin edən strateji amillərdən biri liderlik fenomenidir.

Davamlı inkişaf və Azərbaycan

XX əsrin sonların başlayaraq insanlar arasında sosial bərabərsizliyin daha da dərinləşməsi, iqtisadi və sosial amillərin bir-biri ilə uyğunlaşmaması, təbiətin bizə verdiyi resurslardan səmərəsiz istifadə nəticəsində yaranan problemlər ortaya çıxdı, buda gələcək üçün ciddi təhlükə yaradacaqdı. Bununlada “dağıtmadan inkişaf” prinsipi yaradıldı və davamlı inkişaf konsepsiyası meydana gəldi. Digər keçid iqtisadiyyatlı ölkələrdə olduğu kimi müstəqil Azərbaycanda da davamlı (dayanıqlı) inkişafın təmin edilməsi əsas prinsiplərdən birinə çevrildi.
Davamlı İnkişaf Məqsədləri (DİM), başqa sözlə Qlobal Məqsədlər, yoxsulluğu aradan qaldırmaq, planetimizi qorumaq və bütün insanların sülh və firavanlıq içində yaşamalarını təmin etmək üçün universal fəaliyyətə çağırışdır.
​“Davamlı inkişaf” (sustainable development) termin kimi ilk dəfə Qru Xarlem Bruntland tərəfindən 1983-cü ildə xüsusi olaraq yaradılmış “Ətraf mühitin mühafizəsi üzrə Beynəlxalq Komissiya”nın hazırladığı hesabatda işlədildi.
​ “Davamlı inkişaf” nədir? bu terminə bir çox təriflər verilmişdir lakin, onun mahiyyəti haqqında birmənalı, hamı tərəfindən qəbul olunmuş fikir hələki yoxdur. Davamlı inkişaf elə inkişaf formasıdırki, gələcək nəsillərin tələbatlarını ödəməsini təhlükə altına salmadan indiki zəmanənin tələblərini ödəyən inkişaf nəzərdə tutulur. Davamlı inkişafa 2 anlayış daxildir : tələbatlar və məhdudiyyətlər. Yəni, sonsuz tələbatların məhdud resurslarla ödənilməsidir.
​Davamlı inkişaf cəmiyyətin iqtisadi və ekoloji təhlükəsizliyi olmaqla yanaşı, sosial inkişafda stabillikdir. Buradan aydın olduğu kimi, davamlı inkişaf konsepsiyası 3 əsas məqsədin birləşməsindən yaranıb : iqtisadi, ekoloji və sosial. Davamlı inkişafın vəziyyəti bu elementlərin qarşılıqlı fəaliyyətində müəyyən olunur.

Minilliyin İnkişaf Məqsədlərinin əsas nailiyyətləri:
1990-cı ildən bəri 1 milyarddan çox insan ifrat yoxsulluqdan xilas oldu.
• 1990-cı ildən bəri uşaq ölümü yarıdan çox azaldı.
• 1990-cı ildən bəri məktəbdən çıxan uşaqların sayı yarıdan çox azaldı.
• 2000-ci ildən bəri HİV / AİDS yoluxma nisbəti təxminən 40% azalıb.
Davamlı inkişafın təmin olunması Azərbaycanın qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdən biridir. Göründüyü kimi, bu, ölkə iqtisadiyyatının hər tərəfli, şaxələndirilmiş, bütün sahələrini əhatə edən inkişafı nəzərdə tutur.
Davamlı inkişaf iqtisadiyyatın artımının və insan fəaliyyətinin idarə edilməsinin elə bir formasıdır ki, o, çağdaş nəsillərin tələblərini ödəməyə qadirdir və eyni zamanda, gələcək nəsillərin də öz tələbatlarını ödəməsi üçün əngəllər yaratmır. Buradan aydın olduğu kimi, ətraf mühitin qorunmasını və resurslardan son dərəcə səmərəli istifadə olunması, eyni zamanda insanın inkişafı üçündə əlverişli sosial mühitin yaradılmasını nəzərdə tutulur.
BMT-nin 2015-ci ilin sentyabrında keçirilən əhəmiyyətli sammitində dünya liderləri tərəfindən qəbul edilmiş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri rəsmi şəkildə 1 yanvar 2016-cı ildə qüvvəyə mindi. Hər kəsi əhatə edən və universal xarakter daşıyan bu Məqsədlər fondu əhatə edəcəyi 15 il ərzində “heç kəsi kənarda qoymamaq” prinsipini özünə rəhbər tutmuşdu. Məqsədlər əsasən yoxsulluğun bütün formaların aradan qaldırmaqla bərabərsizliyə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq yönümündədir. Dayanıqlı İnkişaf Məqsədləri özündə 17 məqsədi və 169 hədəfi cəmləşdirirki, bunlar dövlətlər arasıda icrası zəruri deyildir ancaq, dövlətlər bu məqsədləri qəbul etmək və nəticələrinə nail olmaq, təhlil etmək üçün milli çərçivələr yaratmalıdırlar:
1. Yoxsulluğa son – yoxsulluğun bütün formalarına hər yerdə son qoymaq
2. Aclığa son –ərzaq təhlükəsizliyinə və yaxşı keyfiyyətli qidalanmaya, dayanıqlı kənd təsərrüfatı inkişafına nail olmaq
3. Yaxşı səhiyyə və rifah –yaşından asılı olmayaraq hər kəsin sağlamlığının və rifahının yüksək olmasını təmin etmək
4. Keyfiyyətli təhsil – hər kəsi ömür boyu təhsilə təşviq edərək inklüziv və keyfiyyətli təhsili təminetmək
5. Gender bərabərliyi
6. Təmiz su və sanitariya
7. Sərfəli və təmiz enerji –hər kəsin sərfəli, etibarlı və müasir enerji mənbələrinə çıxışını təmin etmək
8. Layiqli əmək və iqtisadi artım – hər kəsi layiqli əməyə təvik etməklə məşğulluğun səviyyəsinin artırılması, inklüziv və dayanıqlı iqtisadi inkişaf
9. Sənaye innovasiya və infrastruktur – dayanıqlı infrastruktur yaratmaq, inkilüziv və dayanıqlı sənayeləşməni təşviq etmək və innovasiyaların inkişafına dəstək vermək
10. Bərabərsizliyin azaldılması
11. Dayanıqlı şəhərlər
12. Məsuliyyətli istehlak və istehsal
13. İqlim dəyişikliyinə qarşı mübarizə -iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün ardıcıl təbdirlər həyata keçirmək
14. Dəniz ekosisteminin mühafizəsi
15. Torpaq ekosisteminin mühafizəsi
16. Sülh, ədalət və səmərəli institutlar
17. Məqsədlər üçün tərəfdaşlıq
Azərbaycan Respublikasının Prezidentinin 1066 nömrəli Fərmanı ilə 6 oktyabr 2016-cı ildə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradıldı. Şuranın məqsədi ölkədə həyata keçirilən strategiyaların və dövlət proqramlarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etmək və məqsədlərə nail olunması barədə illik hesabatları hazırlamaqdır.
Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı-2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb.
Bu indeksə görə Azərbaycan regional liderdir və dünya ölkələri arasında mühüm nəticə nümayiş etdirir. Ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi sahələrdə BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib və bu indeksin mümkün 100 balından 72,6-sını toplayıb. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyyə 70-ci, Ermənistan 75-ci, Türkmənistan 114-cü mövqedədir. Şərqi Avropa və Mərkəzi Asiyada orta göstərici isə 70.9 baldır.
2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti və Azərbaycanın Birinci vitse-prezidentinin rəhbərliyi və təşəbbüsü ilə iki sosial paket tətbiq olundu, buda xüsusilə sosial indekslərin yaxşılaşdırılmasına və vətəndaşların sosial təminatını dahada gücləndirdi. O paketlər həm minimum əmək haqqı, həm də orta aylıq əmək haqqı məbləğlərinin təxminən 2 dəfəyə yaxın artımları ilə nəticələndi. Orta aylıq əmək haqqı və minimum pensiyada 93 faizdən çox artım qeydə alındı.
Azərbaycanın əldə etdiyi uğurların səbəbi isə 2003-cü ildən bu günümüzə qədər ardıcıl, çox şaxəli, bir-birini tamamlayan nəticələrə əsaslanır. Təbiiki bu inkişafın başlıca səbəbi düzgün, şəffaf və məqsədə yönlü islahatların aparılması və nailiyyətlərin əldə olunmasıdır.
İnsanlar arasındakı bərabərsizliyi ifadə edən Cini əmsalı Azərbaycanda 38.6 olması ölkəmizdə keçirilən sosial siyasəhlərin uğurundan xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında 2019-cu ili islahatlar ili kimi səciyyələndirib. Bütün bunlarla yanaşı, məşğulluq səviyyəsini artırmaqla yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kommunal problemlərinin, o cümlədən içməli su probleminin səmərəli həlli, ölkənin enerji təhlükəsizliyinin təmin olunması, mövcud olan təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də etiraf olunub.
Davamlı İnkişaf Məqsədləri başladığımız işi sona çatdırmaq və bu gün dünyamızın üzləşdiyi bəzi ağır problemləri həll etmək üçün çox cəsarətli bir öhdəlikdir. Davamlı İnkişafın on yeddi məqsədləri bir-birinə bağlıdır; başqa sözlə, birində uğur başqalarına təsir edəcəkdir. Misal üçün; İqlim dəyişikliyi təhlükəsinə qarşı tədbir görmək məhdud təbii ehtiyatlarımızı necə idarə etdiyimizə təsir edir; gender bərabərliyinin təmin edilməsi və ya ümumi sağlamlığın yaxşılaşdırılması yoxsulluğun aradan qaldırılmasına kömək edir. Davamlı inklüziv inkişaf sosial bərabərsizliyi azaldır və iqtisadi tərəqqini artırır və gələcək nəsillərin həyatını yaxşılaşdırmaq üçün ən böyük fürsətimizdir.
Ədəbiyyat:
1. United Nations Azerbaijan rəsmi saytı: http://unazerbaijan.org/en/
2. Urxan Ələkbərov – Davamlı insan inkişafının əsasları Bakı 2007
3. Vaqif Bayramov- Azərbaycan BMT-nin “Davamlı inkişaf məqsədləri indeksi”nə görə regional liderdir, “Xalq qəzeti”
4. Naib Niftəliyev – Davamlı inkişaf strategiyası.Bu, hər bir Azərbaycan vətəndaşının sosial rifahının təmin edilməsinə yönəlib.

Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının “Dövlət
qulluğu və kadr siyasəti” kafedrasının
dosenti s.e.f.d.

Kafkassam Editör

Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.

Azrbaycanın davamlı inkişaf strategiyası

Hər bir dövlətin inamlı inkişafını təmin edən strateji amillərdən biri liderlik fenomenidir.

Tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu mənada, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı liderlik amili ilə birbaşa bağlıdır.

İnkaredilməz reallıqdır ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu Öndər Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.

Ümumiyyətlə, Ümummilli Lider Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunmasında və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülmüşdür. Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyətini, misilsiz xidmətlərini anlamaq üçün onun siyasi fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq məqsədəmüvafiqdir.

Keçmiş SSRİ-nin tərkibində olan Azərbaycan 1969-cu ilədək ciddi tənəzzül meyilləri ilə qarşı-qarşıya idi. Bu tənəzzülün əsasında ayrı-ayrı sahələrdə idarəetmənin düzgün təşkil edilməməsi, o cümlədən mövcud potensialdan səmərəli istifadə edilməməsi kimi səbəblər dururdu. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən strateji amil oldu. Məhz 14 iyul 1969-cu il tarixdən, Ulu Öndərin ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündən Azərbaycan dövlətinin həqiqi inkişafı başlandı. Qısa müddətdə Azərbaycan ittifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı, maşınqayırma, metallurgiya və digər sahələrdə də əhəmiyyətli irəliləyişlər qeydə alındı. Həyata keçirilən institusional islahatlar sayəsində kənd təsərrüfatı, təhsil və səhiyyə sektorlarında, eləcə də neft sənayesində inkişaf tempi əldə edildi. Həmçinin milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində respublikaya rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və məqsədyönlü işlər sayəsində Azərbaycan sürətlə inkişafa nail oldu.

1978-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ittifaq respublikaları arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bundan başqa, “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı. Siyasi-ideoloji müstəvidə görülən bütün işlər milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından tarixi əhəmiyyətə malik addımlar oldu.

1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması isə peşəkar milli hərbçilərimizin yetişməsində mühüm amil oldu. Heydər Əliyevin bu uzaqgörən qərarı gələcəyə hesablanmışdı və müstəqil Azərbaycanın ordu quruçulugunda həmin lisey mühüm ciddi faktor oldu. Yeri gəlmişkən, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə vuruşan Azərbaycan zabitlərinin 70 faizdən çoxu həmin liseyin yetirmələridir.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Ümummilli Lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi və SSRİ-nin rəhbərlərindən biri oldu. Ümummilli Liderimiz bu dövrdə də Azərbaycan xalqının mənafeyindən irəli gələn əhəmiyyətli addımlar atdı, respublikamız üçün misilsiz xidmətlər göstərdi. Ulu Öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verdi.

Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəmizə rəhbərlik etdiyi dönəm respublikamızın tərəqqi dövrü kimi yadda qaldı, inkişaf göstəriciləri ilə tarixə daxil oldu. Bu dönəmdə həm sosial-iqtisadi tərəqqinin, həm də milli həmrəyliyin təmin olunmasına xidmət edən məqsədyönlü işlər görüldü, Azərbaycan SSRİ miqyasında sürətlə inkişaf edən respublikaya çevrildi.

Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edərkən onun fəaliyyətinin Naxçıvan dövrünə də nəzər salmaq lazımdır. Çünki həmin dövrün prosesləri və reallıqları Azərbaycanın siyasi tarixinin mühüm səhifələrindən birini təşkil edir. Bəllidir ki, 1990-cı ildə Azərbaycan mürəkkəb situasiya qarşısında olduğu zaman muxtar respublikanın blokada şəraitində olması, sosial-iqtisadi durumunun acınacaqlı hal alması, mərkəzi hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. 1991-ci ilin sentyabr ayında Ulu Öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Məclisinin sədri seçilməsindən sonra muxtar respublikada sabitlik təmin edildi, sosial və iqtisadi durum yaxşılaşdırıldı. Muxtar respublikanın ərazisinin düşmənin işgalı altına düşməsinin qarşısı alındı. Bundan başqa, milli dövlətçilik ənənələrinin bərpası istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldü. Muxtar respublikada dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti davam etdirildi. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “sovet” və “sosialist” sözləri çıxarıldı, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və sovet ordusu Naxçıvan MR ərazisindən çıxarıldı. “1990-cı il yanvar ayının 20-də törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” və 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi barədə qərarlar qəbul edildi. Ulu Öndər Naxçıvanda çalışarkən o zaman hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Heydər Əliyevi devirməyə cəhd etsə də, insanların ona olan sevgi və inamı belə cəhdlərin qarşısını qətiyyətlə aldı.

1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Yeni Azərbaycan Partiyasının yaradılması və milli inkişafa xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfəsini verməsi Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindəndir. Yeni Azərbaycan Partiyası təşkilatlanaraq öz fəaliyyətini davam etdirdi və qısa zaman kəsiyində xalqın etimadını qazanmaga nail oldu. 1993-cü ildə xalqın dəstəyi ilə Ulu Öndər hakimiyyətə gəldi. YAP hakim partiyaya cevrildi.

Bu proseslər kontekstində daha bir məqama nəzər salmaq vacibdir. Belə ki, 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin aradan qaldırılmasına nail olundu. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Beləliklə, Ümummilli Lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən – qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Ulu Öndər illər sonra o günləri belə xatırlayırdı: “ Eşidəndə ki mənim doğma vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, burada nələr etmişik və bu, dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm”.

Onu da qeyd etmək lazmdır ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Ən əsası, uğurlu dövlət quruculuğu prosesinin əsası qoyuldu. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusi əhəmiyyətə malikdir.

Dövlət quruculuğu prosesi fonunda müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları təmin edildi. Bununla yanaşı, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar da xüsusi vurğulanmalıdır. Digər tərəfdən, ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən mühüm faktor oldu. Bir sözlə, Ulu Öndər Heydər Əliyev Azərbaycanı sözün əsl mənasında müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Praqmatik xarici siyasət nəticəsində Azərbaycan nüfuzlu dövlətə çevrildi, ölkəmizin dostlarının və tərəfdaşlarının sayı artdı.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin formalaşmasını da təmin etdi. Ulu Öndərin həyata keçirdiyi praqmatik xarici siyasət kursunun mühüm istiqamətlərindən birini enerji resurslarından səmərəli istifadə olunması və bu kontekstdə Azərbaycanın etibarlı strateji tərəfdaşa çevrilməsi təşkil edirdi. İlk növbədə 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın iqtisadi müstəqilliyinin və dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm təməli qoyuldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində imzalanmış “Əsrin müqaviləsi”ndən başlanan enerji siyasəti Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatına müstəsna töhfələr bəxş etməsini şərtləndirməklə yanaşı, ölkəmizin gücünü və nüfuzunu artıran faktor kimi çıxış etdi. Bundan sonra milli maraqlarımıza müvafiq enerji layihələri gerçəkləşdirildi və bütün bunlar Azərbaycanın etibarlı strateji tərəfdaş kimi ikitərəfli və çoxtərəfli xarici əlaqələrinin səmərəlilik səviyyəsini artırdı. Ölkəmiz miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli strateji layihələrin mərkəzi oyunçusuna çevrildi. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu xarici siyasət sayəsində Azərbaycan qısa zaman kəsiyində regionun güclü və nüfuzlu aktoruna çevrildi, qlobal miqyasda milli dövlətlərin etibarlı strateji tərəfdaşı kimi qəbul edildi. Bütün bu nailiyyətlər torpaqlarımızın beşdəbirinin işgal altında və bir milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkün olduğu bir şəraitdə qazanıldı.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional xarici siyasət strategiyasının mühüm prioritetlərindən birini də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz Ümummilli Lider Heydər Əliyevin əhəmiyyətli səyləri və gərgin əməyi sayəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmağa başlandı. Münaqişənin ATƏT çərçivəsində həll edilməsi üçün təşkil edilən Minsk qrupunda, həmçinin qurumun bir sıra zirvə toplantılarında məsələnin mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdıran Ulu Öndər Heydər Əliyev dünya dövlətlərini münaqişəyə yanaşmada diqqətli olmağa və məsələnin tezliklə beynəlxalq hüquq normalarına müvafiq surətdə həll edilməsi işində yaxından iştiraka dəvət etdi. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik, çoxvektorlu və rasional xarici siyasət kursu ölkəmizin dostlarının və tərəfdaşlarının sayını artırdı, Azərbaycan nüfuzlu dövlətə çevrildi. Milli mənafelərin təmininə hesablanmış bu məqsədyönlü siyasət coğrafi ölçüləri baxımından kiçik Azərbaycanın dünyanın siyasi xəritəsində güclü dövlətlərlə müqayisəsinə şərait yaratdı.

Əminliklə söyləmək olar ki, Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və dinamik inkişafa nail olub. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Dövlət başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.

Hazırda Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Təbii ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmini və davamlı olması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Digər tərəfdən, çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb.

Ən mühüm məqam isə budur ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin 17 il ərzində bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar onun rəhbərliyi ilə müzəffər ordumuzun yaratdıgı və yazdıgı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı işgaldan azad edən müzəffər Sərkərdə oldu. Bu həm də cənab Prezidentin ATA vəsiyyətini yerinə yetirməsi demək idi. Artıq Ulu Öndərin ruhu şaddır ki, Vətən torpaqlarımız erməni işğalından azad olunub.

Eyni zamanda xüsusi vurğulamaq lazımdır ki, ölkəmizdə milli həmrəylik, vətəndaş birliyi möhkəm əsaslarla təmin olunub. Həmçinin Azərbaycanda siyasi münasibətlərin inkişafı, iqtidar-müxalifət dialoqunun sağlam əsaslarla davam etməsi də möhtəşəm Zəfərin qazanılmasında mühüm amil oldu. Belə ki, Vətən müharibəsində bütün vətəndaşlarımız və siyasi partiyalar Ali Baş Komandanımızın və ordumuzun ətrafında sıx birləşmişdi. Hazırda da bu birlik mövcuddur və gələcək inkişafımızda müstəsna rol oynayacaqdır. Bu fakt da cəmiyyətimizin ən böyük uğurlarından biridir.

Hazırda ölkəmizin qarşısında mühüm vəzifələr durur. Qarşıda dayanan əsas vəzifə isə işğaldan azad edilmiş ərazilərin bərpası və insanların öz doğma yurdlarına qayıtmasıdır. Şübhə yoxdur ki, Azərbaycan dövləti möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bu mərhələni də uğurla həyata keçirəcək və müstəqil ölkəmiz Heydər Əliyev ideyaları əsasında daha da inkişaf edərək yeni-yeni zəfərlər qazanacaq.

Milli Məclisin deputatı,

Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının sədri

Comments are closed, but trackbacks and pingbacks are open.