Azərbaycanın daxil oldugu beynəlxalq təşkilatlar
Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu (UNICEF), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), Sənaye İnkişaf Təşkilatı (UNIDO), Ümumdünya Səhiyyə Təşkilatı (WHO), BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE), Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. Qeyd etmək olar.
ATƏT Azərbaycan ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT) üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur. 1992-ci ilin fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparıldı. Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub olunmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapdı. Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısında iştirak etmiş, onun sənədlərini imzalamışdır. 1996-cı il 2-3 dekabr tarixlərində keçirilən ATƏT-in Lissabon Zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyü bir daha öz təsdiqini tapmışdır.Azərbaycan üçün ATƏT-in ən əhəmiyyətli qurumlarından biri də Minsk qrupudur. Minsk qrupu Daölıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında vasitəçilik missiyasını icra edir. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. 1997-1998-ci illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair Minsk Qrupunun Həmsədrləri tərəfindən üç təklif tərtib edilmişdir. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilməmişlər.
Tural Isgandarov`s Blog
Travel is the only thing you buy that makes you richer!
Azərbaycan beynəlxalq hökumətlərarası təşkilatlar sistemində (BMT, ATƏT, AŞ, Aİ, NATO)
Posted by Tural M. Isgandarov on February 1, 2011 January 15, 2011
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir çox problemlərlə üzləşdi. Bu problemlərin ən başlıçası Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi idi. Məhz öz ərazi bütövlüyünü qorumaq, onun beynəlxalq hüquq normaları çərçivəsində tanıtmaq üçün bir çox beynəlxalq təşkilatlara üzv olmağa səy göstərdi.
BMT Azərbaycan Respublikası 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilmiş və 1992-ci il may ayının 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır. BMT ilə əməkdaşlıq nəticəsində Azərbaycan öz ərazi bütövlüyünün bütün dünyada tanınmasına nail olmuşdur. 1993-cü il ərzində BMT-nin TŞ Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməmişdir. BMT-nin Baş Assambleyası 1993-cü ildə keçirdiyi 85-ci plenar iclasında “Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında” Qətnamə (A/RES/48/114) qəbul etmişdir. 1996-cı ildən başlayaraq BMT Baş Assambleyası “BMT və ATƏT arasında əməkdaşlıq haqqında” Qətnaməsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü (Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan münaqişə) yenidən təsdiqləyir. Bundan başqa, 2008-ci ilin 12 martında BMT BA “Azərbaycanın işğal edilmiş əraziləri haqqında” GA/10693 saylı qətnamə qəbul edib.
Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu (UNICEF), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), Sənaye İnkişaf Təşkilatı (UNIDO), Ümumdünya Səhiyyə Təşkilatı (WHO), BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE), Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. Qeyd etmək olar.
ATƏT Azərbaycan ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT) üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur. 1992-ci ilin fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparıldı. Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub olunmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapdı. Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısında iştirak etmiş, onun sənədlərini imzalamışdır. 1996-cı il 2-3 dekabr tarixlərində keçirilən ATƏT-in Lissabon Zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyü bir daha öz təsdiqini tapmışdır.Azərbaycan üçün ATƏT-in ən əhəmiyyətli qurumlarından biri də Minsk qrupudur. Minsk qrupu Daölıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında vasitəçilik missiyasını icra edir. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. 1997-1998-ci illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair Minsk Qrupunun Həmsədrləri tərəfindən üç təklif tərtib edilmişdir. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilməmişlər.
AŞ 25 yanvar 2001-ci ildə Strasburqda Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə həsr olunmuş rəsmi mərasim keçirilmişdir. Azərbaycan AŞ-na üzv olmaq üçün bir sıra siyasi və hüquqi öhdəliklər götürmüşdür. Buna insan hüquq və azadlıqlarının təmin olunması, demokratik dəyərlərin inkişaf etdirilməsi, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi və s. aiddir. Məhz bu islahatlar sayəsində Azərbaycanın Avropaya inteqrasiyası prosesi daha da sürətləndi.
Aİ Azərbaycan Aİ-nın üzvü olmasa da onunla fəal qarşılıqlı əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Aİ öz Xüsusi Elçisini 1998-ci ildə Azərbaycana göndərmiş və Azərbaycan Aİ-da öz Daimi Nümayəndəliyini 2000-ci ildə açmışdır. 1991-ci ildən bəri Azərbaycan Aİ-dən 400 milyon avro dəyərində humanitar, texniki, ərzaq yardımı almışdır. Aİ üzv dövlətləri və Azərbaycan arasında 22 iyun 1999-cu ildə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) (22 aprel 1996-cı ildə Lüksemburqda imzalanmışdır) qüvvəyə minmişdir ki, bu da tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir. Bundan başqa Azərbaycan Aİ-nın Avropa Qonşuluq Siyasətinə də qoşulmuşdur. Aİ Azərbaycan ərazi bütövlüyünü dəstəkləyir və bu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına tərəfdar çıxır.
NATO Azərbaycanla NATO arasında əlaqələrin ilkin təzahürü hələ 1992-ci ildən yaranıb.Azərbaycan NATO üzvü olmasa da, onun “Sülh naminə tərəfdaşlıq” proqramında fəal iştirak edir. Bunun ən müsbət tərəfi isə ondan ibarətdir ki, Azərbaycan NATO təhlükəsizlik sisteminə aid olan Avropa ölkələri və ABŞ ilə beynəlxalq təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlıq edir. Bu proqrama qoşulmaqla Azərbaycan həm də beynəlxalq mövqelərini gücləndirmişdir.
Azərbaycan üzvü olduğu bütün beynəlxalq təşkilatlara yeni nəfəs verir – ŞƏRH
Bunu Publika.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktor Zirvə görüşünün əhəmiyyətini belə izah edib: “Türk dövlətləri bu gün koronavirusa yoluxma və müalicə olunmuş insan sayına görə dünyada nisbətən ən yaxşı vəziyyətdə olan ölkələr sayılsa da, Zirvə görüşü türk ölkələrinin bəşəriyyətin taleyi üçün daha çox narahat olduqlarını və daha çox iş görmək istədiklərini nümayiş etdirdi.
Çox qiymətli faktdır ki, Türk Şurası koronavirusla mübarizəni məxsusi olaraq müzakirəyə çıxarmış ilk beynəlxalq təşkilat kimi tarixə düşdü. Bu əlamətdar zirvənin Azərbaycanın sədrliyi dövrünə düşməsinin ayrıca mənası var. Bu təşəbbüskarlıq qəti sübut etdi ki, ölkəmiz ümumtürk inteqrasiya proseslərinə dəstəyini heç vaxt əsirgəməyəcək. Azərbaycan üzvü olduğu bütün beynəlxalq təşkilatlarda yeniləşdirmə, təkmilləşdirmə və staqnasiya gücünə malik olduğunu Türk Şurasında da nümayiş etdirdi.
Azərbaycan indiyədək İslam Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə xeyli yeniləşdirici addımlar atıb və bu qurum özünün təşkilatlanmasında bir sıra yeniliklərə görə Azərbaycana borcludur. Ölkəmiz BMT TŞ-da bir il qeyri-daimi üzv oldu və sadə dildə desək, “bu təşkilat üçün yeni səhifələr yazdı”. BMT-nin islahatlarla təkmilləşdirilməsinə dair Azərbaycanın bir neçə maraqlı təşəbbüsü və təşəbbüslərə dəstək jestləri var. Nəhayət, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə çox böyük yaradıcılıq gücü nümayiş etdirməkdədir. Eyni yaradıcı və təkmilləşdirici gücünü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi dövründə də göstərməkdədir.
Türk liderlərin Zirvəsi ilə Azərbaycan indiki çətin dövrdə dünya dövlətlərinə koronavirusla mübarizədə öz dəyərli təcrübələrini başqaları ilə bölüşmək şansı verdi.
Bu mənada COVID-19-la mübarizədə Azərbaycanın milli təcrübəsinin digər dövlətlər üçün müstəsna əhəmiyyət kəsb edəcəyi şəksizdir. Türk dövlətlərinin inteqrasiya prosesində Azərbaycanın moderatorluq gücü getdikcə özünü daha parlaq nümayiş etdirəcək”.
Məhərrəm Əliyev
Beynəlxalq təşkilatlar. Xəritə sxemdə təsviri. YENİ
1951-ci ildə yaradılıb. Aİ-nın orqanları: Avropa Şurası, Avropa parlamenti, Avropa İttifaqının Şurası, Avropa Komissiyası, Avropa Məhkəməsi. Mərkəzi Belçikanın paytaxtı Brussel şəhərində yerləşir.
Birləşmiş Millətlət Təşkilatı (BMT)
Ən kütləvi təşkilatıdır. 2011 -ci ildə dünyada olan 196 müstəqil dövlətdən 193 -ü BMT-nin üzvi olmuşdur. Vatikan, Şimali Marian adaları, Tayvan onun üzvi deyildir. 1945-ci ildə yaradılıb. Onun tərkibinə 16 təşkilat (MAQATE, YUNESKO, YUNİEP, BST, FAO, BVF, Dünya Bankı). BMT-nin Ali orqanı Baş Məclisdir. Daimi üzvləri; Çin, Rusiya, Fransa, Böyük Britaniyadır. Mənzil Qərargahı NYU-York şəhərində yerləşir.
NATO Şimali Atlantika Müqaviləsi Təşkilatı
1949-cu ildə yaradılıb. NATO-nun məqsədi siyası və hərbi vasitələrlə üzv ölkələrin azadlığı və təhlükəsizlinin təmin olunması, onların təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə birgə fəaliyyət və hərbi əməkdaşlıq, Avropada sülhün təmin olunmasıdır. Mənzil qərargahı Belçikada Brussel şəhərində yerləşir.
ASEAN təşkilatı
Cənub Şərqi Asiya ölkələri birliyi 1967-ci ildə yaradılmışdır. Təşkilatın tərkibinə 10 ölkə daxildir. İndoneziya, Malayziya, Tailand, Myanmar, Kamboca, Laos, Filippin, Sinqapur, Vyetnam, Bruney. Mənzil qərargahı İndonzeziyanın paytaxtı Cakarta şəhərində yerləşir.
OPEK
Neft ixrac edən sahəvi təşkilatdır. Dünyada neftin hasilatını, qiymətini, dünya bazarında satışını nizamlamaq və əlaqələndirməyə xidmət edir. 1960-ci ildə Bağdad şəhərində yaradılıb. Tərkibinə aiddir: Venesuela, Ekvador, Liviya, Əlcəzair, Qabon, Anqola, Nigeriya, İran, İraq, Qatar, S. Ərəbistanı, Küveyt, BƏƏ, İndoneziya (formal olaraq üzvdür). Mənzil qərargahı Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir.
GUAM
Gürcüstan, Ukrayna, Azərbaycan, Moldovanın daxil olduğu birlikdir. Latviya və Türkiyə müşahidəçi statusuna malikdir. Əvvəllər Özbəkistanda bu birliyə daxil idi. GUAM təşkilatı 1997-ci ildə yaradılıb.
BENİLUKS
Belçika, Niderland, Lüksemburqun daxili olduğu təşkilatdır.
MBD (müstəqil dövlətlər birliyi)
1991-ci ildə yaradılıb. İlk vaxtlar təkibinə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan, Ukrayna, Moldova bu təşkilatın üzvi idi. 2008-ci ildə Gürcüstan, 2014-cü ildə isə Ukrayna bu təşkilatdan çıxdı. Türkmənistan isə 2005-ci ildən MDB-də müşahidəçi kimi çıxış edir.
İƏT İslam Əməkdaşlıq təşkilatı
Əvvəllər İslam konfransı təşkilatı adlanırdı. Baş katibliyi Səudiyyə Ərəbistanında yerləşən Ciddə şəhərindədir. Təşkilat 1969-cu ildə Mərakeşin paytaxtı Rabat şəhərində yaradılmışdır.
NAFTA- Şimalı Amerikada Azad Ticarət Birliyi
1992-ci ildə yaradılıb. Təşkilata ABŞ, Kanada, Meksika daxildir.
Ərəb ölkələri liqası
1945-ci ildə yaradılıb. Mənzil qərargahı Misirin paytaxtı Qahirə şəhərində yerləşir.
Tərkibinə daxildir: Misir, Səudiyyə Ərəbistanı, Suriya, İraq, Yəmən, İordaniya, Əlcazair, Mavritaniya, Sudan, Somali, Fələstin, Cibuti, Komor adaları, Liviya.
Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatı
1992-ci ildə yaradlıb. Tərkibinə 11 ölkə daxildir. Azərbaycan, Türkiyə, Albaniya, Bolqarıstan, Ukrayna, Rusiya, Gürcüstan, Ermənistan, Serbiya, Yunanıstan, Ruminya.
Hazırladı: Osman Eminov
Bütün xəritələr müəllifin özü tərəfindən tərtib edilib. İstifadə edərkən istinad vacibdir.
Похожие статьи
-
Azrbaycanın daxil oldugu beynlxalq tşkilatlar
Azrbaycanın daxil oldugu beynlxalq tşkilatlar Nəqliyyat üzrə işçi qrup: VI bölmə. Azərbaycan Respublikası XIII fəsil. Müstəqilliyin bərpa olunması, onun…
-
Azerbaycanin daxil oldugu beynelxalq teskilatlar
Azerbaycanin daxil oldugu beynelxalq teskilatlar Koronavirus Azerbaycanin daxil oldugu beynelxalq teskilatlar Kateqoriyalar Özəl Layihələr Seçki 2020…
-
Azərbaycanın böyük elm xadimi nəsirəddin tusi bdu
Nəsirəddin Tusi haqda ayıran və müstəqil elm kimi tədqiq edən ilk alimdir (2, 337). O, həmçinin fəza Nəsirəddin Tusi fenomeni Azərbaycan xalqı,…
-
Azərbaycanın hərb tarixi pervin dedi ki: Azərbaycan coğrafiya tarixi Azərbaycan haqqında ilk yazılı coğrafi məlumatlara qədim yunan və Roma səyyahları və…
-
İnsan həyatını dəyişən 10 kitab – SİYAHI – FOTO Yuxarıda qeyd etdiyimiz kimi XIX əsr və xüsusilə XX əsrin əvvəllərində Azərbaycanın azsaylı xalqlarının…
Comments are closed, but trackbacks and pingbacks are open.