Press "Enter" to skip to content

Azrbaycanın dövlt v hüquq tarixi

Ailədə ər və arvadın qarşılıqlı hüquq və vəzifələri, öhdəlikləri həmişə maraqlı və özündən bir sıra mübahisələr doğuran məsələ olub.

Ər və arvadın qarşılıqlı hüquq və vəzifələri, öhdəlikləri nədən ibarətdir?

Ailədə ər və arvadın qarşılıqlı hüquq və vəzifələri, öhdəlikləri həmişə maraqlı və özündən bir sıra mübahisələr doğuran məsələ olub.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Ailədə ər və arvadın qarşılıqlı hüquq və vəzifələri, öhdəlikləri həmişə maraqlı və özündən bir sıra mübahisələr doğuran məsələ olub. Trend bu məsələ ilə bağlı Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi vəkil Aqil Layıcovun mövqeyini və izahını təqdim edir.

Aqil Layıcov bildirir ki, ailə münasibətlərində ər və arvadın hüquq və vəzifələri özünü əmlak və qeyri-əmlak sferasında büruzə verir. Bu münasibətləri tənzimləyən qaydalar isə ölkələrin inkişaf səviyyəsinə, sosial ehtiyaca görə fərqlənir.

Belə ki, sivil ölkələrdə ailə münasibətləri spesifik qanınvericiliklərlə, yəni ailə-nikah qanunvericiliyi ilə tənzimlənir. Daha az inkişaf etmiş cəmiyyətlərdə isə bu münasibətlər icma qaydaları, adət-ənənə ilə tənzimlənir və əksər hallarda bu qaydalar kodeksləşdirilməmiş halda olur. Bu isə gələcəkdə ailə münasibətlərinin məhkəmə müstəvisində deyil icma ağsaqqalları tərəfindən həllinə rəvac verirdi.

Ailə münasibətlərinin tarixi inkişaf mərhələsinə baxdıqda bu münasibətlərin ən klassik nümunəsi məhz Roma hüququ üçün xarakterikdir. Roma hüququnda ailə münasibətlərini tənzimləyən normalar olsa da, ancaq uzun müddət ərzində ailə rəisi (pater familias) məhz ata sayılırdı. O öz himayəsində olanlar üzərində sərhədsiz hakimiyyətə malik idi. Bu hakimiyyət patria potestas (atanın gücü) adlanırdı. Klassik Roma sisteminin ilkin çağlarında ailədə hüquq sahibi olan ailə rəisinin uşaqlarını və xanımını baxmaqda öhdəliyinin olmaması görünürdü. Ancaq atanın ailə üzərində hakimiyyəti özünü ataya verilən mütləq hüquq şəklində göstərirdi. Hətta belə demək kobud alınsa da, ailə rəisi olan atalar ailənin digər şəxsləri üzərində mülkiyyət haqqına sahib idilər. Ailədə əldə edilən bütün əmlak və qeyri-əmlak hüquqları birmənalı şəkildə ərə aid idi. Lakin sonralar klassik Roma hüququnda dəyişiklik olmağa başladı. Bu isə tədricən ailə xanımının da hüquqlarının yaranması və eyni zamanda ər-arvadın bir birilərinə qarşı və həmçinin övladlarına qarşı hüquq və vəzifələrinin əmələ gəlməsi ilə nəticələndi. Bu gün hüquq ailə hüquq sistemimizin tərkibinə daxil olan aliment instutu məhz Roma ailə hüquq münasibətlərində baş verən dəyişiklik nəticəsində əmələ gəlmişdir.

Ailədə ehtiyac içində olan şəxslərin baxılması üçün aliment öhdəliyi ilk dəfə olaraq məcburi hala imperator Antoninus Pius (138-161-ci illər) tərəfindən verilən əmr ilə əmələ gəlmişdir. İmperatorun əmri ilə aliment öhdəlikləri valideynlərin üzərinə qanunla məcburi vəzifə kimi qoyulmuşdur. Elə bu dövrdən sonra demək olar ki, ailə hüquq münasibətlərində davamlı tərəqqi nəticəsində qadın və kişilərin ailədə bərabər hüquq və vəzifələri əmələ gəlmişdir.

İngiltərədə 1882-ci ilə qədər ər-arvadın mülkiyyəti ümumi hüquqa görə ərə məxsus idi. Hətta nikaha daxil olana qədər arvada məxsus olan əmlak da kişinin mülkiyyəti sayılırdı. İngiltərə parlamenti həmin ildə ərli qadının mülkiyyətinə dair qanun qəbul etdi. Bu qanunla ərli qadınlara həmin mülkiyyətə dair müqavilə bağlamaq və onu vəsiyyət etmək hüququ verildi.

Almaniyada XIX əsrdə nikah müqaviləsi ər-arvadın əmlak münasibətlərini tənzimləmək məqsədilə tətbiq olunurdu. Əgər tərəflər nikah müqaviləsi ilə başqa rejim müəyyən etməzdilərsə, onda istifadə və idarəetmə və yaxud ər-arvadın əmlakının birləşdirilməsi sistemi qanuni sistem kimi müəyyən olunurdu. Bu sistem onunla səciyyələnirdi ki, əmlaka ər-arvadın hər birinin mülkiyyət hüququ saxlanılır; ər ailə əmlakına vahid idarəçiliyi və istifadəni həyata keçirir; arvad öz əmlakı barədə müstəqilliyini saxlayırdı.

Əmlak münasibətləri zamanı ər-arvadın hüquq və vəzifələri, əmlak rejimləri aşağıdakı kimidir.
Ailə Məcəlləsi ər-arvadın əmlakının iki rejimini müəyyən edir:
1. Ər-arvadın əmlakının qanuni rejimi;
2. Ər-arvadın mülkiyyətinin müqavilə rejimi.

Ər-arvadın əmlakının qanuni rejimində nikah müddətində qazanılan ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı münasibətlər, habelə ər-arvadın ümumi əmlakının bölünməsi Ailə Məcəlləsinin VII fəslində göstərilmiş qaydalar əsasında həyata keçirilir.

Ər-arvadın mülkiyyətinin müqavilə rejimi isə o deməkdir ki, ər-arvadın əmlak münasibətləri istər nikah dövründə, istərsə də nikah pozulduqda onlar arasında bağlanan sazişlə müəyyənləşir və bu sazişlə razılaşdırılmış şərtlər qanuni rejimin şərtlərindən fərqli ola bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Ərlə arvad arasında əmlak münasibətləri AR Mülki Məcəlləsi ilə yanaşı, AR Ailə Məcəlləsi ilə də tənzimlənir. Həmin məcəllənin 32.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
Ər-arvadın mülkiyyətinin müqavilə rejimi isə o deməkdir ki, ər-arvadın əmlak münasibətləri istər nikah dövründə, istərsə də nikah pozulduqda onlar arasında bağlanan sazişlə müəyyənləşir və bu sazişlə razılaşdırılmış şərtlər qanuni rejimin şərtlərindən fərqli ola bilər.

Göründüyü kimi ölkəmizdə nikah müqavilələrinin bağlanması üçün real imkanlar yeni Ailə Məcəlləsi qəbul olunduqdan sonra yaranıb.

Nikah müqaviləsi və onun məzmunu, bu müqavilənin bağlanması, dəyişdirilməsi, pozulması, etibarsız hesab edilməsi qaydası və əsasları Ailə Məcəlləsinin 38-40-cı maddələrində nəzərdə tutulmuşdur.

Nikah müqaviləsi özünün təbiətinə görə mülki müqavilənin bir növü kimi təzahür edir. Bu müqavilə bağlanarkən sazişin qanuniliyinə xələl gətirə biləcək amillər – tərəflərin fəaliyyət qabiliyyətsizliyi, onların azad iradə ifadəsini məhdudlaşdıran hallar, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar yoxlanılmalı və nikah müqaviləsinin bağlanma qaydasına ciddi riayət olunmalıdır. Nikah müqaviləsinin mülki qanunvericilikdə təsbit olunmuş əsaslar və qaydalar üzrə bağlanması ilə yanaşı, onun dəyişdirilməsi və xitamı məsələləri də Mülki Məcəllədə müəyyən edilmiş qaydalara uyğun şəkildə həll olunur. Bununla belə nikah müqaviləsi Ailə Məcəlləsində öz əksini tapmış mülki müqavilələrdən fərqli olan müəyyən spesifik əlamətlərə malikdir. Bu müqavilənin səciyyəvi xüsusiyyəti onun subyekt tərkibi, bağlanma tarixi, müqavilənin predmeti və məzmunu ilə bağlıdır.

Bu məqamda xüsusilə qeydetmək lazımdır ki, ailə münasibətlərində ər-arvadın əmlak xarakterli hüquq və vəzifələrini müəyyən edən saziş digər şəxslərin hüquq və azadlıqlarına toxunmamalı, əlaxüsus bu müqavilədə uşağın mənafeyinə xələl gətirəcək hər hansı bir maddə olmamlıdır. Əks halda həmin maddə mübahisələndirilib etibarsız hala gətirilə bilər. AR Mülki qanunvericiliyində müqavilə azadlığı prinsipi dövlət və ictimai təhlükəsizliyin və digər şəxslərin müdafiəsi üçün məhdudlaşdırıla bilir.Məhz bu konteksdən də ailə münasibətləri çərçivəsində bağlanan saziş digər şəxslərin və uşaqların haqlı mənafeləri üçün məhdudlaşdırılabilər.

Bundan əlavə valideynlər uşaqların maddi təminatını təmin etməyə borcludurlar. Ər-arvadın bu öhdəliyi beynəlxalq və daxili qanunvericiliklə uşaqların mənafelərinin üstün mühafizəsindən irəli gəlir. Bu vəzifələrin həyata keçirilməməsi dövlət tərəfindən uşağın hüquqlarının müdafiəsininin hisara alınması ilə nəticələnə bilər.Bu zaman isə valideynlər üzərinə qarşılıqlı olaraq öhdəliklərinin yerinəyetirilməsi vəzifəsi məcburən qoyula bilər. Həmçinin qeyd olunmalıdır ki, darda olan ər-arvad qarşı tərəfdən maddi yardım almağa hüququ vardır. Bu hüquqlar nikah münasibətlərinə xitam verildikdən sonra da səciyyəvi xüsusiyyətlərinə görə saxlanıla bilər.

Qeyri-əmlakmünasibətləri

Bildiyimiz kimi ailə könüllülük və sevgi əsasında yaranan ittifaqdır.Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.

Ailə münasibətlərinin qanuni tənzimetmə mexanizminin əsas vəzifələri isə aşağıdakılardır. Bu isə özünü ailə münasibətləri zamanı qeyro-əmlak öhdəlik və tələbləri kimi qarşımıza çıxır.
-ailənin ümumbəşəri prinsiplər əsasında qurulması;
– ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması;
– ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi;
– ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi;
– ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması;
– uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsi.

Yuxarıda qeyd olunan prinsipləri təfsir etməli olsaq bu bir məqaləyə yerləşəcək qədər qısa mövzu deyil. Məhz buna görə də ər-arvadın ailə daxili qarşılıqlı öhdəliklərinə geniş şəkildə nəzərə yetirmədən bu günümüz üçün aktual olan və ailə münasibətlərinin xitamına səbəb olan ailənin qeyri-maddi öhdəlik/hüquq sferasına daxil olan bəzi prinsiplərə toxunmaqda fayda vardır. Vəkil kimi müşahidələrimdə və praktikamda daha çox ailə münasibətlərinə xitam məhz ər-arvadın qeyri- maddi öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən baş verməsi halı ilə rastlaşıram. Bəlkə də maddi öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar dağılan ailələr sayılacaq qədər azdır. Daha çox ailələr ər-arvad diqqətsizliyi, sevgi və qayğının olmaması, cinsi ehtiyacların qarşılanmaması, valideynlik hüquqlarının həyata keçirilməməsi, uşaqlara və ailəyə biganə qalması, ər-arvadın zərərli vərdişlərininn olması, ailə daxili xoşbəxliyin olmaması, qeyri-etik davranışlar, ünsiyyətin çətin olması, dünya görüşləri arasındakı fərqlilik, şiddətə məruz qalma, hədsiz qısqanclıq, dedi-qodu, ər-arvadın valideynlərinin ailənin məsələlərinə mütəmadi müdaxiləsi, sosial-mədəni sahədə olan fəqrliliklər, tərəflərin bir birinin azadlığına müdaxiləsi və sair kimi faktorlar səbəbindən dağılır.

Dövlət şəxslərin ailə qurmasını öz islahatları ilə təşviq etməli, ər-arvadın ailə münasibətləri çərçivəsində hüquq və vəzifələrinin həyata keçirməsinə nəzarət etməli zərurət olduqda isə yardım və hüquqlara məhdudlardılıması yönündə adekvat və proporsional müdaxilə etməlidir. Dövlətin bu ali hüquq və vəzifələri AR Konstitusiyasından irəli gəlir. Belə ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər (17-ci maddə). Həmçinin AR Konstitusiyasının 38-ci maddəsinə əsasən ailə ehtiyaclarını qarşılamaq ilk öncə ailə üzvlərini borcudur. Əgər ailə üzvləri maddi öhdəliklərini yerinə yetirmək iqtidarında deyilsə dövlət öz sosial yardımı ilə ailəyə yardım edir.

Yuxarıda qeyd etdiyimiz kimi ailələrin davamlılığına mənfi təsir edən halların əksəriyyəti qeyri maddi faktorlarla əlaqəlidir. Bu isə özünü ər-arvadın qeyri-maddi öhdəliklərinin yerinə yetirməməsində və qarşı tərəfi bu hüquqdan məhrum etməsində göstərir.

  • Ər və arvadın qarşılıqlı hüquq və vəzifələri
  • Aqil Layıcov

Xankəndi

Azərbaycan tarixinin şanlı günlərini yaşayır. Bu ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.

Beynəlxalq aləmə ədalətin, haqqın öz gücü hesabına bərpa olmasının mümkünlüyünü nümayiş etdirən xalqımız öz rəhbərinin illərlə yürütdüyü müdrik siyasətin məntiqi nəticəsini gördü. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Əlbəttə, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü.

Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.

Bütün bunların məntiqi nəticəsi olaraq 30 il işğal altında olan əzəli torpaqlarımız – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, digər qəsəbələr, yüzlərlə kənd, strateji yüksəkliklər işğaldan azad edildi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə qarşılandı. Bu da gözlənilən və təbii haldır.

Biz yalnız tarix yazmadıq, dünya ölkələri üçün arxamızca öyrəniləcək çox izlər buraxdıq. Milli ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Ermənistan ordusu isə sabun köpüyü kimi partladı. Bu müharibədə ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu. Qısa zamanda düşmən ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsinin məhv edilməsi hərbçilərimizin peşəkarlığı və cəsurluğundan xəbər verdi.

Müharibədə diqqət çəkən və kulminasiya nöqtəsi sayılacaq dövr oldu ki, bu da noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin alınmasıdır. Şuşa kimdədirsə Qarabağa da nəzarət ondadır! Bu bir aksiomadır. Beləcə bunun ardınca, noyabrın 10-da Ermənistanın ağ bayraq qaldırması, kapitulyasiya etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin dekabrın 1-nə kimi daha 3 rayonun – Kəlbəcərin, Ağdamın və Laçının müharibəsi, qansız, şəhidsiz qaytarılmasını nəzərdə tutan birgə bəyanat imzalaması tariximizə zəfər həftəsi kimi həkk olundu.

Bu gün Azərbaycan son əsrlərin ən böyük zəfərini yaşayır. Şah İsmayılın, Nadir şahın qurduğu imperiyaların süqutundan sonra Azərbaycan ilk dəfə olaraq böyük miqyasda tarixi torpaqlarını qaytarmağa nail oldu. Elə siyasətçilər, politoloqlar, tarixçilər də belə qənaətə gəlirlər ki, bu zəfər həftəsi Azərbaycan tarixində ən mühüm tarixlərdən biridir.

Azərbaycanın yazdığı yeni tarixi Azvision.az -a şərh edən Milli Məclisin deputatı, professor Anar İsgəndərov deyib ki, Ordumuz, dövlətimiz və ümumilikdə xalqımız dünyaya nümunə olacaq zəfər əldə edib:

“Müharibələrdə ən mühüm şərt kimin üstün və ya ərazi, əhali baxımdan çox olması deyil, sonda kimin diqtə etməsidir. Tarixə nəzər salsaq görərik ki, birinci Qarabağ müharibəsində həm torpaq itirdik, həm kifayət qədər şəhid verdik, həm də xeyli sayda yaralılarımız oldu. Halbuki ərazi baxımdan da, əhali baxımdan da biz onlardan üstün idik. Ən dəhşətlisi isə odur ki, bütün dünya işğal edilən tarixi torpaqlarımızı az qala erməni əraziləri kimi qələmə verirdi. İkinci Qarabağ savaşının ən böyük əhəmiyyəti nə oldu? Qalib Azərbaycan oldu və xalqımız, güclü Ordumuz, Ali Baş Komandanımız sonda gülən tərəf kimi tarixə düşdü! Həm də biz müharibənin gedişində bütün dünyanı inandıra bildik ki, bu bölgə Azərbaycan ərazisidir, qanuni və tarixi torpaqlarımızdır.

Biz bunu yalnız tarixi baxımdan deyil, hüquqi baxımdan da sübut etdik. Amma təəssüflər olsun ki, hüquqi güc bu illərdə öz sözünü deyə bilmədi. Yəni qətnamələr kağız üzərində qaldı, nüfuzlu təşkilatların çoxu bizim tarixi torpaqlarımızla bağlı xeyrimizə olan elə bir ciddi qərarlar qəbul edə bilmədi. Bu hüququn gücsüzlüyü idi. Amma gücün hüququ nədən ibarət oldu? Xalq olaraq, dövlət olaraq biz gücün hüququndan istifadə edərək tez zamanda ədaləti bərpa etdik. Nüfuzlu təşkilatların üzərilərinə götürməli olduğu öhdəlikləri xalq-dövlət həmrəyliyi ilə özümüz yerinə yetirdik”.

Anar İsgəndərovun sözlərinə görə, Azərbaycan həm də bütün dünyaya onu bəyan və sübut etdi ki, biz ədalətsizliklə heç vaxt barışmayacaqdıq:

“Dünya gücləri 30 ilə yaxın dövr ərzində bizi inandırdı, bizə haqqımızı özümüzə qaytaracağınıza söz verdi. Amma bunu edə bilmədilər. Biz isə ərazicə kiçik dövlət olmağımıza baxmayaraq, böyük bir xalq olaraq sübut etdik ki, torpaqlarımızın işğal altında qalması ilə heç vaxt barışmayacağıq, işğalçıdan isə torpağın necə qaytarılmasını göstərdik. Kapitulyasiya bizim dildə tərcümədə danışıqsız təslimçilik deməkdir. Göründüyü kimi, İrəvanı diz çökdürdük, onlara öz gücümüzü göstərdik. Bu, əlbəttə ki, xalqın, dövlətin böyüklüyü, birliyidir.

Cənab Prezidentin də dediyi kimi dörd şərt bizim qələbəmizi şərtləndirdi. Birincisi, xalq-iqtidar birliyi idi. İkinci şərt, məsələnin tarixi və hüquqi tərəfini dünyaya çatdırmaq idi. Üçüncüsü, güclü iqtisadiyyat qura bilməyimizdir. Nəhayət dördüncü şərt ordu quruculuğudur. Bu şərtlər Azərbaycana imkan verdi ki, düşməni darmadağın edək, onların kürəyini yerə vurub zəfər qazanaq. İşğalçını az qala dünyanın yarıdan çoxunun müdafiə etməsinə baxmayaraq, biz qısa müddətdə qalib gəldik. Nə üçün? Bizim mübarizəmiz haqq işi idi, biz ədalətli zəfər yoluna çıxmışdıq. Ona görə də, hər yerdə deyirlər ki, Azərbaycanın başladıb məntiqi sonluqla yekunlaşdırdığı müharibə ədalətli müharibə sayılır. Vətən Müharibəsində haqqı olan tərəf – Azərbaycan tarixi qələbəyə imza atdı”.

Похожие статьи

  • Azərbaycanın dövlət və hüquq tarixi

    Müstəqilliyin bərpası və Azərbaycanı tanıyan ilk 5 DÖVLƏT İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən ümummilli liderimizin 1998-ci ildə…

  • Azrbaycanın coğrafiya tarixi

    Azərbaycanda Coğrafiya elminin inkişafı Azərbaycan haqqında ilk yazılı coğrafi məlumatlara qədim yunan və Roma səyyahları və alimlərinin əsərlərində rast…

  • Azrbaycanın qısa tarixi

    Bakının tarixi və mədəni məkanları Dünya şöhrətli memar Zaha Hadid tərfindən dizayn edilən Heydər Əliyev Mərkəzini Bakının müasir arxitekturasının siması…

  • Azrbaycanın qısa tarixi mqal

    Vətən tarixi Milli at cinslərimizin bioloji-təsərrüfat xüsusiyyətləri və iş qabiliyyəti , o cümlədən DNT mikrosatellitləri əsasında nəsil mənsubiyyətinin…

  • Azərbaycan tarixi dərslik

    Azərbaycan tarixi dərslik cümlədən aqrar, biologiya, baytarlıq təbabəti və təbabət elmlərinin intensiv və X sinif Azərbaycan tarixi və Ümumi tarix…

Comments are closed, but trackbacks and pingbacks are open.