Press "Enter" to skip to content

Azərbaycanın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası təsdiq edildi

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

Xankəndi

Prezident İlham Əliyevin rəhbərliyilə 2003-2020-ci illərdə Böyük Vətən Müharibəsinə qədər olan dövrdə Azərbaycan iqtisadiyyatının əsrə bərabər inkişaf prosesləri strateji əhəmiyyət kəsb edir. Belə ki, 2003-cü ilin sonlarından etibarən, iqtisadiyyatın bütün sahələrində strateji vəzifələr ortaya qoyulmaqla, iqtisadi islahatların intensivləşdirilməsi təmin olunub.

Ölkəmiz neft və qaz resursları hesabına beynəlxalq əmək bölgüsündə uğurlu şəkildə ixtisaslaşa bilib və güclü beynəlxalq imic qazanıb. Azərbaycan regionun aparıcı dövlətinə çevrilməklə bərabər, mühüm strateji əhəmiyyət kəsb edən enerji və nəqliyyat layihələrinin icrasını təmin edib. Bunlarla yanaşı, ölkə regionlarının sosial-iqtisadi inkişafı prioritet kimi qəbul olunub və bir-birinin ardınca məqsədli dövlət proqramları reallaşdırılıb, hazırda 2019-2023-cü illəri əhatə edən IV dövlət proqramı icra olunmaqdadır.

Dövlət başçısı İlham Əliyevin 2003-2020-ci illərdə iqtisadi siyasətinin səmərəliliyini və optimallığını əks etdirən bir qrup strateji tədbirlərə və makroqtisadi göstəricilərə diqqət yönəltmək istərdik. Bu dövr ərzində 150-yə yaxın dövlət proqramı icra olunub, o cümlədən, 12 strateji yol xəritəsi, 94 məqsədli dövlət proqramı, 12 konsepsiya, 12 milli strategiya və s. proqramlar qəbul olunub. Ölkə iqtisadiyyatının həcmi real ifadədə 3,2 dəfə artıb, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə artım nümayiş etdirib. ÜDM-in həcmi ABŞ dolları ekvivalentində 5,6 dəfə artıb və 2020-ci ildə 42,6 mlrd. ABŞ dolları olub. Adambaşına ÜDM-in həcmi dollar ifadəsində 4,8 dəfə artaraq, 2020-ci ildə 4272,2 dollara çatıb.

Dollar ifadəsində əhalinin banklarda olan əmanətləri 25,7 dəfə artaraq, 6,5 mlrd. dollar səviyyəsinə qədər yüksəlib. Xarici ticarət dövriyyəsi dəfələrlə artıb, ixrac potensialı yüksəlib və son illərdə isə qeyri-neft ixracının artımı təmin edilib. Strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur, baxılan dövr ərzində isə valyuta ehtiyatlarımız 1,8 mlrd. manat dollardan 53 mlrd. dollara qədər artıb. Ölkə iqtisadiyyatına 280 mlrd. ABŞ dolları həcmində investisiya yatırılıb ki, bunun yarıdan çoxu xarici investisiyalardır.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Böyük Qarabağ Zəfərinin məntiqi nəticələri olaraq regionda, türk coğrafiyasında və ölkəmizdə tarixi hadisələr yaşanmaqdadır. Ölkə Prezidentinin təşəbbüsü və 7 iyul 2021-ci il tarixli Fərmanı ilə yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi prosesləri intensiv fazaya keçməkdədir.

Dövlət başçısının qətiyyətli iqtisadi siyasəti və iqtisadi diplomatiyası işğaldan azad olunmuş ərazilərin sürətli bərpasına və ölkə iqtisadiyyatının intensiv böyüməsinə əsaslı zəmin yaradıb.

İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi Azərbaycan iqtisadiyyatının yeni artım mənbələrinin yaradılması ilə bərabər, həm də dövlətimizin iqtisadi qüdrətinin və milli təhlükəsizliyinin gücləndirilməsinə əlavə potensial formalaşdıracaq. Dövlət başçısının ciddi və yorulmaz səyləri hesabına, ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı quruculuq işlərinin başlanması sayəsində artıq ilkin nəticələr vardır. 2021-ci ildə dövlət büdcəsində 2,2 mlrd. manat ayırmaqla, Azərbaycan özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan “ağıllı kənd” layihələrini reallaşdırır, yaşayış massivləri tikir. 2022-ci ildə də bu işlərə yenə eyni həcmdə vəsait ayrılıb. Ümumilikdə, azad edilmiş torpaqlardakı resursların iqtisadiyyatımıza inteqrasiyası ilkin mərhələdə milli iqtisadiyyatımızın 7-8 %, inteqrasiya proseslərinin əsas fazası başa çatdıqdan sonra isə 9-10% böyüməsinə səbəb olacaq.

Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı yaxın perspektivdə dinamik artım tempini təmin etməklə yanaşı, yüksək texnologiyalar əsaslı inkişaf mərhələsinə keçəcək, rəqabət qabiliyyətini əhəmiyyətli səviyyədə artıracaq və Azərbaycan xalqının sosial rifahının maksimum yaxşılaşdırılmasını təmin edəcək.

Azərbaycanın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası təsdiq edildi

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edilib.

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda (bundan sonra – Strategiya) nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini, icrasına nəzarəti və hesabatlılığını Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planları və bu kimi digər sənədlərin Strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görsün;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə Strategiyada dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuş tədbirlərin icrası üçün tələb olunan vəsaitin dövlət büdcəsinin 2023‒2026-cı illər üzrə proqnozlarında nəzərdə tutulması ilə bağlı zəruri tədbirlər görsün.

Milli.Az

Похожие статьи

  • Azerbaycanin iqtisadi ve sosial cografiyasi

    Azərbaycanın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası təsdiqləndi – SƏRƏNCAM Dövlət Proqramları çərçivəsində görülmüş işlər ölkədə…

  • Azerbaycanin iqtisadi sosial cografiyasi

    Azerbaycanin iqtisadi sosial cografiyasi Avropa və Asiya ölkələrinə göndərilən yüklərin xeyli hissəsi Bakı-Türkmənbaşı gəmi-bərə xətti ilə daşınır. Xəzər…

  • Azrbaycanın mdb ölklri il iqtisadi laqlri

    Millət vəkili: MDB iqtisadi məkanı Azərbaycan üçün əsas yerdir Arzu Qurbanzadə Azərbaycan MDB ölkələri ilə yaxşı əlaqələrə və iqtisadi əməkdaşlığa…

  • Azrbaycanın xarici iqtisadi laqlri

    Azrbaycanın xarici iqtisadi laqlri Dəmir yolu nəqliyyatı Azərbaycanda yük daşımaları həcminə görə 1-ci yer tutur. Yük daşımanın 70%-i, sərnişin daşımanın…

  • Azrbaycanın qısa coğrafiyası

    Azrbaycanın qısa coğrafiyası Mirəli Seyidəli oğlu Qaşqay — Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor (1942), Azərbaycan…

Comments are closed, but trackbacks and pingbacks are open.