Press "Enter" to skip to content

Millət vəkili: MDB iqtisadi məkanı Azərbaycan üçün əsas yerdir

Arzu Qurbanzadə

Azərbaycan MDB ölkələri ilə yaxşı əlaqələrə və iqtisadi əməkdaşlığa malikdir – SİYASİ EKSPERT AÇIQLADI

“Bildiyimiz kimi dekabr ayının 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib. Bunu SİA-ya siyasi ekspert Vüqar Əhmədov deyib.

Vüqar Əhmədovun fikirlərinə görə, MDB ümumiyyətlə ciddi bir qurumdur və ətrafında post-sovet ölkələrini birləşdirir: “Bu dəfəki görüşə qatılan dövlət başçıları da post-sovet məkanının sözükeçən liderləridir. Yəni bu liderlər bu bölgədə söz sahibidirlər və onların müntəzəm olaraq bir araya gəlməsi regiondakı inkişaf prosesləri baxımından çox önəmlidir. Azərbaycan üçün də bu görüşə iştirak etmək xüsusi önəm kəsb edir. Belə ki, bu gün Azərbaycan əksər MDB ölkələri ilə yaxşı əlaqələrə və iqtisadi əməkdaşlığa malikdir. Xüsusən bu zirvənin qeyri-rəsmi olması liderlərə qeyri-formal şəraitdə məsələləri müzakirə etməyə imkan yaradır. Eyni zamanda Ermənistan baş naziri ilə də bu qəbildən olan dialoq faydalı sayıla bilər. Azərbaycanın MDB çərçivəsində fəal olması ölkəmizin milli maraqlarına tam cavab verir və Rusiyanın vaxtaşırı belə görüşlər təşkil etməsi region ölkələrinin yaxınlaşması baxımından çox faydalıdır”.

Arzu Qurbanzadə

Millət vəkili: “MDB iqtisadi məkanı Azərbaycan üçün əsas yerdir”

MDB iqtisadi məkanı Azərbaycan üçün əsas yerdir, çünki onun ölkənin ixrac strukturunda payı böyükdür.

Bunu bazar ertəsi Trend-ə Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət komitəsinin üzvü Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, MDB bazarı məhsullarımızın tədarükü üçün böyük əhəmiyyət kəsb edir: “Azərbaycan hazırda ixracyönümlü ölkədir. Bizdə qeyri-neft məhsullarının ixracının artımı, malların keyfiyyətinin yaxşılaşdırılması, onların beynəlxalq standartlara yaxınlaşdırılması üzrə müsbət tendensiya müşahidə olunur. Hazırda Azərbaycandan qonşu ölkələrə idxal edilən məhsulların çeşidi 3-5 il əvvəlkindən tamamilə fərqlənir. Biz daha çox hazır məhsullar ixrac edirik. Məsələn, əvvəllər kənd təsərrüfatı məhsullarından yalnız alma və tərəvəzlər ixrac olunurdusa, artıq onlar konservləşdirilmiş formada tədarük edilir. Bu, kənd təsərrüfatı və emal sənayesinin inkişafından xəbər verir”.

R.Quliyev bildirib ki, hazırda Azərbaycanın qeyri-neft məhsullarının 70 faizindən çoxu Rusiya, Ukrayna, Qazaxıstan və MDB-nin digər ölkələrinə tədarük olunur: “Azərbaycana milli maraqlardan çıxış etməklə MDB ölkələri ilə əməkdaşlıq etmək vacibdir. Ölkədə MDB ilə əlaqələrlə bağlı fikirlər müxtəlifdir. Mən, ilk növbədə, iqtisadçı kimi qeyd edirəm ki, MDB bizim üçün daha bir siyasi məkandır”.

Bununla yanaşı, onun fikrincə, MDB ölkələri ilə ikitərəfli iqtisadi əlaqələri inkişaf etdirmək lazımdır: “Əgər MDB-də iştirak etməsək, bu, avtomatik olaraq MDB ölkələrinin iqtisadi cəhətdən zəifləməsinə səbəb olacaq, halbuki biz bu bazarda ixrac məhsullarımızla Qərb ölkələri ilə rəqabət apara bilərik, sonra isə daha da möhkəmlənəcək və inkişaf edəcəyik. Paralel olaraq Asiya və Avropa bazarlarına ixrac etməyə çalışacağıq. MDB məkanında mövqelərimizi möhkəmlətsək, gələcəkdə Qərb və Asiya bazarlarına asanlıqla çıxacağıq”.

Milli.Az

Похожие статьи

  • Azrbaycanın iqtisadi sosial coğrafiyası

    Azərbaycanın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası təsdiq edildi 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: Xankəndi Prezident…

  • Azrbaycanın xarici iqtisadi laqlri

    Azrbaycanın xarici iqtisadi laqlri Dəmir yolu nəqliyyatı Azərbaycanda yük daşımaları həcminə görə 1-ci yer tutur. Yük daşımanın 70%-i, sərnişin daşımanın…

  • Azrbaycanın iqtisadi coğrafiyasl

    Azrbaycanın iqtisadi coğrafiyasl Təbii şərait dedikdə ətraf mühitin xassələrinin cəmi- ərazinin coğrafi mövqeyi, relyefi, iqlimi, daxili suları,…

  • Azrbaycanın iqtisadi v sosial coğrafiyası

    Azrbaycanın iqtisadi v sosial coğrafiyası 11.03.2023 11:28 Azrbaycanın iqtisadi v sosial coğrafiyası Issuu Features Issuu Features – Fullscreen Sharing…

  • Azrbaycanın iqtisadi coğrafiyası

    Azərbaycanın iqtisadi-coğrafi rayonlaşması 31. Tütünçülük – Şəki-Zaqatala, Naxçıvan; 32. Tərəvəzçilik – Lənkəran-Astara (faraş), Quba-Xaçmaz…

Comments are closed, but trackbacks and pingbacks are open.