Press "Enter" to skip to content

Milli parklar

Altıağac Milli Parkının meşəlikləri və çəmənlikləri də yaz peyzajı ilə göz oxşayır.

SON DƏQİQƏ

Yaz fəsli Azərbaycan təbiətində xüsusi rəngarənglik yaradır. Bu gözəllikləri ölkənin bütün bölgələrini əhatə edən milli parklarımızda da görmək mümkündür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM -a bildirilib ki, qərb bölgəsinə səyahət edənlər Kəpəz dağının ətəyində bir-birindən gözəl göllərin əhatəsində yerləşən Göygöl Milli Parkındakı füsunkar mənzərənin şahidi olacaqlar.

Şimalda və şimal-qərbdə Şahdağ Milli Parkının dağlıq və dağətəyi landşaftında xüsusi zövq yaradan göllər və dağ çiçəkləri diqqət çəkir. Şahdağın yaz mənzərəsi bu ərazinin yeni sakinləri olan zubrlarla daha cəlbedici görünür.

Azərbaycanın cənub hissəsinin ən gözəl təbiət abidəsi olan Hirkan Milli Parkı da yaşıl örtüyə bürünüb.

Bu yaz Abşeron yarımadasının ən ucqar nöqtəsinə – Abşeron Milli Parkına da özünəməxsus gözəllik gətirib. Qırmızı, sarı, təbiətin rəng axarı.

Altıağac Milli Parkının meşəlikləri və çəmənlikləri də yaz peyzajı ilə göz oxşayır.

Ağgöl Milli Parkının düzən əraziləri lalələrlə qırmızı xalıya bənzəyir, bu mənzərə təbiətə daha da gözəllik qatıb.

Xəzər dənizini sıx meşələrlə birləşdirən Azərbaycandakı yeganə ərazi olan Samur-Yalama Milli Parkının da öz gözəlliyi var.

Təbiətin oyanışı ölkənin ən böyük ornitoloji məkanı kimi tanınan Qızılağac Milli Parkında daha gözəl mənzərə yaradıb.

Ceyranlar oylağı Muğan düzünün yaz gözəlliklərini Şirvan Milli Parkında axtarın.

Nazirlik gözəl yaz görüntülərini görmək üçün vətəndaşları səyahət fürsətlərini qaçırmamağa səsləyib!

Milli parklar

Milli Parklar – Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yaradıldıqdan əvvəl Azərbaycan Respublikasında Milli parklar mövcud deyildi. 2003-cü ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Akademik Həsən Əliyev adına Ordubad, Şirvan, Ağ göl, 2004-cü ildə Hirkan, Altıağac, 2005-ci ildə Abşeron, 2006-cı ildə Şahdağ, 2008-ci ildə isə Göygöl Milli Parkları yaradılmışdır. 2008-ci ildə Hirkan Milli Parkının ərazisi genişləndirilərək 40358 hektara çatdırılmışdır. 2009-cü il 25 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncami ilə Ordubad Milli Park ərazisi Şahbuz Dövlət Təbiət Qoruğu, Şahbuz, Culfa, Ordubad rayonlarının torpagları hesabına genişləndirilərək sahəsi 42797,4 ha çatdırılmışdır. Eyni sərəncamla Milli Parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin (ARNK) 2010-cu il 8 iyul tarixli Sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14613,1 hektar genişləndirilərək, 130508,1 hektara çatdırılmışdır.

Hazırda milli parklar ölkə ərazisinin 3,6 %-ni təşkil edir.
Bununla yanaşı, yeni milli parkların, dövlət təbiət qoruqlarının yaradılması istiqamətində müvafiq işlər davam etdirilərək, Qızılağac dövlət təbiət qoruğunun ərazisinin genişləndirilərək dənizkənarı milli parkının yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda Almaniya Federal Hökümətinin dəstəyi ilə “Qafqaz təşəbbüsü” proqramı çərçivəsində “Samur-Yalama” Milli Parkının layihəsi işlənilmiş və icrasına başlanılmışdır


Milli parkların siyahısı:

HƏSƏN ƏLİYEV ADINA ZƏNGƏZUR MİLLİ PARKI

Похожие статьи

  • Azrbaycanın milli tarix muzeyi

    Azrbaycanın milli tarix muzeyi Nasir Vaqif oğlu Quluzadə Azərbaycan Milli Elmlər Akademiyası – Fondların yeni eksponatlarla zənginləşməsi (7000-dən…

  • Azrbaycanın milli thlüksizliyi

    31 mart – azərbaycanlıların soyqırımı: tariximizin qanlı salnaməsi – Şamaxı zəlzələsi 1667-ci ildə 6,9 bal gücündə olub. Zəlzələ nəticəsində 80 min insan…

  • Azrbaycanın müstqil dövltlr birliyin siyasi inteqrasiyası

    Azərbaycan cəmiyyətində siyasi birlik mövcuddur – SORĞU Xalq Azərbaycanın üzləşdiyi ciddi problemləri həll etməyə qadir siyasətçinin Heydər Əliyev…

  • Azərbaycan milli azadlıq hərəkatı

    1 Azadlıq haqqında deyil, qarınla müəyyənləşdirmək həm ayrı-ayrı insanların, həm də insan toplumlarının Azerbaycan Milli Azadliq Herekati 1988 1991 -…

  • Azərbaycan milli azadlıq hərəkatı ensiklopediyası

    Milli azadlıq və demokratik hərəkatlar Позвоните на номер Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası ВНИМАНИЕ! Убедительно обращаем Ваше внимание…

Comments are closed, but trackbacks and pingbacks are open.