Press "Enter" to skip to content

Azərbaycan banklarında bu əmanətlər qorunmayacaq – XƏBƏRDARLIQ

İkincisi, fondun qərarına əsasən, bu gündən etibarən banklarda yerləşdirilən və 10-dan çox faiz təklif edən əmanətlər qorunmur.

Brüssel görüşü: Azərbaycanın qorunan maraqları, reallaşan təşəbbüslər

Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfəri kifayət qədər məhsuldardır. Dekabrın 14-də dövlətimizin başçısı NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Prezident İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasının iclasında da iştirak edib. Təbii ki, Azərbaycan və Ermənistanın rəhbərləri arasında keçirilən görüş əsas diqqət mərkəzində olub.

Bu fikirləri Teleqraf.com -a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Aİ-i Şurasının Prezidenti Ş.Mişel və Ermənistan baş naziri N.Paşinyan ilə birgə görüşünün konstruktiv şəkildə keçirildiyi rəsmi şəkildə vurğulanır: “Belə ki, görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib. Eyni zamanda, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəlib. Bundan başqa, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Soçi görüşündə də Ermənistan bu öhdəliyini ifadə etmişdi, amma sonradan yenə də spekulyasiya ilə məşğul olmağa başladı. Brüssel görüşündə isə Ermənistanın bir daha öz öhdəliyini təsdiq etməsi deməyə əsas verir ki, Paşinyan hakimiyyətinin “manevr” imkanları qalmayıb. Erməni tərəfinin Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdən başqa çıxış yolu qalmayıb. Görüşdə bildirildiyi kimi, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Burada həmçinin gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib”.

Millət vəkilinə görə, Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı dövlətimizin prinsipial mövqeyini bir daha bəyan edib: “Dövlətimizin başçısı İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında bildirdi ki, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir. Ona görə də, Ermənistan Azərbaycanla Naxçıvan arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Bu gün Laçın dəhlizində gömrük yoxdur. Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Hesab edirəm ki, Ermənistan reallıqları anlayır və razılaşmalara əməl etmək məcburiyyətindədir”.

Sevin Fətəliyeva hesab edir ki, Ş.Mişel Prezident İlham Əliyev və N.Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanatında iki ölkə arasında arasındakı münaqişənin aradan qaldırılmasına dair bəyanatı diqqət çəkən məqamlardandır: “Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına edilən çağırışlar çox önəmlidir. Ş.Mişel həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edib. Bəyanatda birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür, regionda dəmir yolu xəttinin önəmi vurğulanır. Təbii ki, bütün bunlar Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Bu baxımdan, dövlətimizin başçısının Brüssel səfəri Azərbaycanın maraqlarının qorunması və təşəbbüslərinin reallaşması baxımından çox faydalı və əhəmiyyətlidir”.

Azərbaycan banklarında bu əmanətlər qorunmayacaq – XƏBƏRDARLIQ

5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT Bu gündən etibarən Əmanətlərin Sığortalanması Fondu milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10 faiz, xarici valyutada isə 2,5 faiz müəyyən edib.

BAKU.WS xəbər verir ki, bu barədə tanınmış iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Ekspert deyir ki, bundan sonra, milli valyutada qorunan əmanətlərin faiz dərəcəsi 33 faiz azaldılıb.

“Artıq bu gündən sonra banklarda yerləşdiriləcək milli valyutada yalnız 10 faiz və daha aşağı dividend hesablanan əmanətlər qorunacaq.

Qorunan əmanət faizlərinin yuxarı həddinin azaldılması birbaşa banklarda depozitlər üzrə dividentlərin son 1 ildə aşağı düşməsi ilə bağlıdır.

Hazırda aparıcı banklar manat üzrə əmanətlərə 7 faiz dividend təklif edirlər”, – deyə ekspert bildirib.

V.Bayramov deyir ki, fondun son qərarindan sonra bir sıra vacib məqamların bölüşdürülməsinə ehtiyac var:

“Əvvəlla, əmanət faizləri azalsa da hələ də kredit faizləri yüksə olaraq qalır Mərkəzin Bankın məlumatına görə, kredit qoluşlar 12 milyard 861 milyon, əhalinin əmanətləri isə 8 milyard 622 milyon manatdır.

Bu o deməkdir ki, əmanətlər kredit portfelinin 67 faizi təşkil edir.

Sadə müqayisə aparsaq, banklar kredit kimi təklif etdikləri hər 100 manatın 67 manatını vətəndaşın özündən alıb sonra yüksək faizlə digər vətəndaşımıza verirlər.

Sistem əhəmiyyəti banklarda manat ilə depozitlərə 7 faiz təklif olunsa da kredit faizləri 29 faizədək yüksəlir.

Deməli, bank bir vətəndaşdan 7 faizlə əmanət cəlb edib onu üzərinə 22 faiz əlavə edərək digər vətəndaşımıza kredit kimi təklif edir.

Əmanətlərin qorunan faizləri azaldıqdan sonra kredit faizlərinin aşağı salınması istiqamətdə fəaliyyətinin genişləndirilməsinə və ən əsası bank sektorunda rəqabətin gücləndirilməsinə ehtiyac var.

İkincisi, fondun qərarına əsasən, bu gündən etibarən banklarda yerləşdirilən və 10-dan çox faiz təklif edən əmanətlər qorunmur.

Yəni, əgər vətəndaşımız 11 faizlə bankda kredit yerləşdirsə və o bank müflis olsa o zaman onun depoziti qorunmuş hesab edilməyəcək.

Buna görə də, vətəndaşlarımız əmanət yerləşdirən zaman bu halı nəzərə alsalar yaxşı olar.

Üçüncüsü, qorunan əmanətlər üzrə yuxarı həddin 10 faizədək azaldılmasına baxmayaraq əvvəlki dövrdə 10 faizədən çox 15 faizdən az olan milli valyutada olan əmanətlər müavilə müddətində qorunmuş hesab olunacaq.

Məsələn, vətəndaşımız ötən ay bankda 1 illik 14 faizlə milli valyutada əmanət yerləşdirib.

Bu gündən qorunan əmanətlər üzrə yuxarı hədd 10 faizədək azaldılıb. Buna baxmayaraq həmin əmanət qorunmuş hesab olunur.

Dördüncüsü, əvvəlki dövrdə milli valyutada 10 faizdən çox qorunan əmanət yerləşdirən vətəndaşımız müqavilə bitən zaman yeni müqavilə bağladıqda qorunan əmanət seçməsi vacibdir.

Belə ki, müddət bitəndən sonra müqavilə əvvəlki şətlərlər uzanırsa o zaman o əmanət qorunmayan əmanətə çevrilir.

Məsələn, ötən ay 14 faizlə milli valyutada əmanət yerləşdirən vətəndaşımız 2020-ci ilin iyun ayında müqaviləni yeniləyən zaman o dövrdəki qorunan əmanət faizlərini nəzərə almalıdır ki, vəsaiti sığortalansın.

Əvvəlki banklar xüsusən də “Dəmirbank” müflis olan zaman müqavilə müddəti avtomatik uzadildılan bir sıra sığortalanan əmanətlərin qorunmayan əmanətə çevrilməsi praktikası var.

Beşincisi, qorunan əmanətlərin yuxarı həddinin 10 faiz olması 12 faizlik depozitdə 10 faizin sığortalanması anlamına gəlmir.

Bizə olan müraciətlər də göstərir ki, bəzi hallarda bu məsələdə qeyri müəyyənliklər olur.

Bütövlükdə, bu gündən etibarən bankda yerləşdirilən və 10 faizdən çox dividend təklif edən heç bir milli valyutada olan əmanənət sığortalanmayacaq.

Bu baxımdan, vətəndaşlarımızın öz vəsaitlərini qorunun depozit kimi yerləşdirməsi daha məqsədəuyğundur”.

Похожие статьи

  • Azrbaycanın ekoloji problemlri

    Ekoloji cinayətə son” – Xankəndi-Laçın yolunda etiraz aksiyası 91 gündür davam edir Sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosfer…

  • Azrbaycanın iqtisadi sosial coğrafiyası

    Azərbaycanın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası təsdiq edildi 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: Xankəndi Prezident…

  • Azrbaycanın milli tarix muzeyi

    Azrbaycanın milli tarix muzeyi Nasir Vaqif oğlu Quluzadə Azərbaycan Milli Elmlər Akademiyası – Fondların yeni eksponatlarla zənginləşməsi (7000-dən…

  • Azrbaycanın müstqil dövltlr birliyin siyasi inteqrasiyası

    Azərbaycan cəmiyyətində siyasi birlik mövcuddur – SORĞU Xalq Azərbaycanın üzləşdiyi ciddi problemləri həll etməyə qadir siyasətçinin Heydər Əliyev…

  • Azrbaycanın qısa tarixi

    Bakının tarixi və mədəni məkanları Dünya şöhrətli memar Zaha Hadid tərfindən dizayn edilən Heydər Əliyev Mərkəzini Bakının müasir arxitekturasının siması…

Comments are closed, but trackbacks and pingbacks are open.