Vətən tarixi
Milli at cinslərimizin bioloji-təsərrüfat xüsusiyyətləri və iş qabiliyyəti , o cümlədən DNT mikrosatellitləri əsasında nəsil mənsubiyyətinin və genetik profillərinin öyrənilməsi üzrə tədqiqat işləri davam etdirilir. Bu tədqiqat işləri atların identifikasiyası, cıdır yarışlarının elmi əsaslarla təşkl edilməsi, cinslərinin təmizlikdə yetişdirilməsi üçün əhəmiyyətli material vemiş olur.
Azərbaycanda atçılıqın qisa tarixi haqqında
Azərbaycan atın əhliləşdirildiyi və atçılığın təşəkkül tapdığı ölkələrdəndir. Xalqımızın ata olan sevgisi, ta qədimdən atın şərəf rəmzi kimi qəbul edilməsi, ölkəmizin əlverişli təbii-coğrafi şəraiti, idmana və qeyri-neft sahələrinə diqqət və qayğının artması, bu sahənin əsaslı surətdə inkişaf etdirilməsinə zəmin yaradır.
Bir çox tarixi faktlar göstərir ki, eramızdan əvvəl V minilliyin sonu, IV minilliyin birinci yarısına aid indiki Cəlilabad rayonunun ərazisində eneolit dövrünün son mərhələlərinə aid Əliköməktıpə abidəsində tapılan heyvan sümüklərinin 7,5 % -ni at sümükləri təşkil etmişdir. Bununla belə, həmin abidədə tapılmış at sümüklərinin xeyli hissəsinin əhliləşdirilmiş atlara məxsus olması, daha maraqlısı isə, bu mərhələdə azı iki at tipinin olmasının müəyyən edilməsidir. Qədim Azərbaycan dövlətləri – Manna, Midiya, Atropatenanın geniş düzənlikləri, bol sulu otlaqları maldarlığın və atçılığın inkişafı üçün olduqca əlverişli idi.
Mənbələrdə qeyd olunur ki, dünyada ən geniş yayılmış Ərəb atlarının, Təmizqanlı İngilis minik atlarının cins kimi formalaşmasında Azərbaycan atlarının da müəyyən rolu olmuşdur. Ən qədim dövrlərdən Azərbaycandan İrana, Ərəb ölkələrinə, Rusiyaya, Avropaya çoxlu miqdarda atlar aparılmışdır. Bütün bunlar Azərbaycanda mədəni atçılığın dərin köklərinin olmasını sübut edir.
Hazırda dünyada mövcud olan 260 at cinslərinin ikisi – Qarabağ və Dilbaz at cinsləri Azərbaycan xalqına məxsusdur. Müasir dünyada elmin, texnikanın sürətli inkişafına baxmayaraq, atçılığa maraq nəinki azalmamış, hətta ən gəlirli biznes sahələrindən birinə çevrilmişdir. Bu, ilk növbədə damazlıq atçılığın inkişafı sayəsində mümkün olmuşdur.
Tarixin müxtəlif mərhələlərində cəmiyyətin, iqtisadiyyatın və təsərrüfat münasibətlərinin inkişafı, habelə, hərbi-siyasi proseslərin təsiri atçılığın inkişafına da öz təsirini göstərmişdir. Orta əsrləri Azərbaycanda atçılığın qızıl əsri hesab edirlər. Məhz bu dövrlərdə əsas fəaliyyəti maldarlıq və əkinçilik olan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, sonralar isə Qarabağ, Irəvan, Şəki, Quba xanlıqlarının təşəkkül tapdığı dövrlərdə atçılıq daha yaxşı inkişaf etmişdi.
Bütün ziddiyyətli məqamları ilə yanaşı, sovet dövründə atçılıq özünəməxsus inkişaf yolu keçdi. Kollektivləşdirmə dövründə kəndlilərdən çoxlu miqdarda atlar kolxoz fermalarına toplanırdı ki, bu atlar içərisində iş atları ilə yanaşı, cins atlar da az deyildi. Müxtəlif statuslu və miqyaslı Dövlət At Tövlələrinin (QZK), damazlıq ocaqlarının yaradılması atçılığın inkişafına təkan verirdi. Bakı Dövlət Cıdır Meydanının əsasının qoyulması (1923), Ağstafa atçılıq zavodunun (1946), Ağdam atçılıq zavodunun (1949) yaradılması və s. digər önəmli hadisələr məhz sovet dövrünə təsadüf edir. 1970-80-ci illərdə bütün təsərrüfat sahələrinə oduğu kimi, atçılıq sahəsinə də diqqət artırıldı, təsərrüfatların maddi-texniki bazası möhkəmləndirildi, atçılarımız ümumittifaq miqyasında böyük uğurlar qazandı.
Ölkəmizin müstəqillik əldə etməsi sözsüz ki, atçılığın da inkişafına yeni imkanlar açdı. Yeni iqtisadi şəraitə keçilməsi ilə əlaqədar respublikamızda aparılan aqrar islahatlar atçılıq sahəsinə də kəmiyyət və keyfiyyət cəhətdən təsirini göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 1999-cu il tarixli 74 saylı qərarı ilə Ağdam və Ağstafa at zavodları, Bakı Dövlət Cıdır Meydanı, habelə Şəki rayonundakı “Daşüz” damazlıq müəssisəsinin at ferması dövlət mülkiyyətində saxlanmışdır.
Hazırda respublikamızda bütün təsərrüfat kateqoriyaları üzrə 75 mindən artıq at yetişdirilir. Hər il Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə ippodromlarda 60 başa qədər müxtəlif mülkiyyət formasından olan atçılıq subyektlərinə mənsub cins atlar sınaqdan keçirilir.
Yeni iqtisadi şəraitin tələblərinə uyğun olaraq müxtəlif yönümlü fermer təsərrüfatları ilə yanaşı, peşəkar zavod atçılığı ilə də məşğul olan özəl atçılıq klubları formalaşmaqdadır. Belə ki, hazırda ölkədə xüsusi mülkiyyətə əsaslanan 30-a qədər hüquqi və fiziki şəxslərdə 800 başdan artıq yüksək sinifli cins atlar yetişdirilir.
Özəl qurumlardan Binə Atçılıq Mərkəzində, “Sərhədçı” Atçılıq Klubunda və Günay Atçılıq Təsərrüfatında ən müasir tələblərə cavab verən atçılıq kompleksləri yaradılmışdır. Binə və “Sərhədçi” Atçılıq Mərkəzlərində yaradılmış müasir qapalı və açıq manejlərdə mütəmadi olaraq beynəlxalq konkur yarışları keçirilir. Azərbaycan atçiları bu yarışlarda uğurlu çıxışlar nümayiş etdirirlər.
Müasir dövrdə sahənin elmi əsaslarla inkişaf etdirilməsi zərurətini nəzərə alaraq mütəxəssislər tərəfindən Qarabağ cinsli atların Dövlət Damazlıq Kitabının 2-ci cildi, Dilbaz cinsli atların Dövlət Damazlıq Kitabının 1-ci cildi, Dilbaz at cinsi haqqında tətqiqat əsəri hazırlanıb nəşr etdirilmiş, milli atçılığımızdan bəhz edən elmi-kütləvi filmlər hazırlanmış, kataloqlar nəşr edilmiş, Qarabağ at cinsinin XIX və XX əsrə aid tipik nümunələrinin şəklini özündə əks etdirən poçt markaları buraxılmışdır.
Milli at cinslərimizin bioloji-təsərrüfat xüsusiyyətləri və iş qabiliyyəti , o cümlədən DNT mikrosatellitləri əsasında nəsil mənsubiyyətinin və genetik profillərinin öyrənilməsi üzrə tədqiqat işləri davam etdirilir. Bu tədqiqat işləri atların identifikasiyası, cıdır yarışlarının elmi əsaslarla təşkl edilməsi, cinslərinin təmizlikdə yetişdirilməsi üçün əhəmiyyətli material vemiş olur.
Müsbət hal olaraq son illərdə ölkəmizi təmsil edən atların beynəlxalq yarışlarda iştirak etməsini, o cümlədən 2006-cı ildə Moskvada keçirilən Rusiya Federasiyası Prezidentinin şərəfinə keçirilən cıdır yarışlarında ölkəmizi təmsil edən atın Rusiya Federasiyasını təmsil edən atla 1-ci yeri bölüşməsini qeyd etmək olar. Pekin və Londonda keçirilən Olimpiadalarda idmançımız Camal Rəhimov ölkəmizi təmsil etmişdir.
Atçılığın inkişafı sözsüz ki, mükəmməl normativ-hüquqi bazanın yaradılmasından çox asılıdır. Bu zərurət nəzərə alınaraq, 2007-ci ildə “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanunu Milli Məclisdə qəbul edilmiş, Qanunun tətbiqi ilə əlaqədar 22 may 2007-ci il tarixli Prezident Fərmanı qüvvəyə minmişdir. Hazırda yeni iqtisadi şəraitin və bu sahədə beynəlxalq qaydaların tələblərinə uyğun olaraq atçılığın normativ-hüquqi bazasının tıkmilləşdirilməsi, o cümlədən atların identifikasiyası və pasportlaşdırılması üzərində əsaslı tədbirlər həyata keçirilir.
Bu sıradan “Atçılığın inkişafı üzrə proqram” xüsusi əhəmiyyət kəsb edir. Həmin proqramda əsas hədəf kimi aşağıdakı vəzifələr qarşıya qoyulmuşdur:
– mülkiyyət formasından asılı olmayaraq bütün atçılıq subyektlərində atların baş sayını optimal miqdarda saxlamaqla və elmi əsaslandırılmış seleksiya – damazlıq işlərinin aparılması ilə atların keyfiyyət parametrlərini yüksəltmək;
– yetişdirilən yüksək keyfiyyətli atlardan təyinatı üzrə və səmərəli istifadə edilməsi, yeni mütərəqqi texnologiyaların tətbiqi və əlverişli istehsalat – maliyyə mühitinin yaradılması ilə atçılığın rəqabətədavamlı və gəlirli təsərrüfat sahəsi kimi formalaşmasını təmin etmək;
– atçılıq subyektlərinin, xüsusilə damazlıq atçılıq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, yetişdirmə, bəsləmə, məşq, sınaq işlərinin səviyyəsini yaxşılaşdırmağa nail olmaq;
– yerli genofondun ən qiymətli nümunələri olan Qarabağ və Dilbaz at cinslərinin, eləcə də ölkədə yetişdirilən cins, idman və digər təyinatlı atların qorunub saxlanması, damazlıq şəbəkəsinin genişləndirilməsi, kütləvi atçılıqda keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bütövlükdə sahənin inkişafına nail olmaq.
Azərbaycan tarixinə qısa səyahət
Azərbaycan sivilizasiyanın ən qədim ocaqlarından biridir. Azıx mağarasında arxeoloji qazıntılar nəticəsində aşkar olunan maddi mədəniyyət qalıqları göstərir ki, Azərbaycan ərazisi qədim insanların formalaşması arealına daxil idi. Bu materiallar ibtidai insanların burada 1,5 mln. il əvvəl məskunlaşmasını sübut edir. Qobustan qayaüstü təsvirləri kompleksi Mezolit, Neolit və sonrakı dövrlər incəsənətinin mühüm abidəsidir. Azərbaycan ərazisində e.ə. VI minilliyin ortalarına aid olan yaşayış məskənləri burada qonşu vilayətlərlə sıx əlaqədə olan sakinlərin təsərrüfatı, mədəniyyəti və ictimai münasibətləri haqqında aydın təsəvvür yaradır. E.ə. IV minilliyin ortaları – III minilliyin sonlarında Azərbaycanda və qonşu ərazilərdə Kür-Araz mədəniyyəti yayılmışdır.
E.ə. III minilliyin sonlarından Şumer-Akkad mixi yazılı mənbələrdə Cənubi Azərbaycan ərazisində kuti, lullubi və hurri tayfalarının adları çəkilir. E.ə. XXII əsrin son rübündə kutilər bütün Mesopotamiyanı tutmuş və təqribən bir əsr burada hökmranlıq etmişlər. Böyük etnik və siyasi birliklərdən biri də lullubilərin tayfa ittifaqı idi. Lullubi çarı Anubanini (e.ə. XXII əsr) Urmiya gölündən İran körfəzinədək olan ərazini idarə edirdi. Urmiya gölü ətrafında e.ə. II minillikdə turukkilər və kaşşular (kassitlər) tayfalarının da bir qismi yaşayırdı. Kaşşular Babilistanı tutmuş və uzun müddət bu ölkəni idarə etmişlər.
E.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində Şimali Azərbaycan ərazisində Xocalı-Gədəbəy, Qayakənd-Xoroçoy, Talış-Muğan və Naxçıvan mədəniyyətləri yayılmışdır. Naxçıvan mədəniyyəti Cənubi Azərbaycan ərazisində aşkar edilmiş mədəniyyət nümunələri ilə bir çox cəhətdən eynilik təşkil edir. Bu dövrdə Azərbaycanda ibtidai cəmiyət intensiv surətdə dağılır, ilk dövlət qurumları formalaşır.
E.ə. I minilliyin başlanğıcında mənbələrdə Urmiya gölü ətrafında Allabriya, Andiya, Gilzan, Gizilbunda, Karalla, Kirruri, Messi, Parsua, Zamua, Zikertu kimi ölkələr qeyd olunur. Bu dövrdə Urmiya gölündən şərqdə mada tayfaları yayılmışdır.
Mannanın adı ilk dəfə e.ə. 843-cü ildə Aşşur salnaməsində qeyd olunur. Aşşur və Urartu dövlətləri arasında Umiyaətrafı ərazilərə yiyələnmək uğrunda daim mübarizə şəraitində Manna dövləti öz müstəqilliyini saxlamağa çalışmışdır. Mannanın çiçəklənməsi çar İranzunun hakimiyyəti illərinə təsadüf edir. E.ə. VIII əsrin sonu – VII əsrin əvvəllərində Qədim Şərqdə güclü dövlətlərdən birinə çevrilən Manna dövləti Urmiyaərafı əraziləri, Qızılüzən çayı hövzəsininin xeyli hissəsini və ondan cənubda yerləşən bölgələri əhatə edirdi. VII əsrin ortalarında Manna dövləti zəifləyir və e.ə. 590-cı illərdə madalılar tərəfindən zəbt olunur.
E.ə. VIII əsrin sonunda – VII əsrin əvvəllərində yazılı mənbələrdə Azərbaycan ərazisində kimmerlər və skiflər haqqında məlumat var. E.ə. VII əsrin 70-ci illərində Azərbaycanda meydana gələn Skif şahlığı bir neçə onillik ərzində Ön Asiyanın hərbi-siyasi həyatında mühüm rol oynamışdır.
Madalıların tayfa ittifaqı Mannadan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı. E.ə. VII əsrin 70-ci illərində Kaştaritinin rəhbərliyi ilə baş vermiş güclü xalq üsyanı nəticəsində aşşurlular Mada vilayətlərindən tamamilə qovulmuş və burada Mada şahlığı meydana gəlmişdi. Mada şahı Kiaksar orduda islahatlar keçirdikdən sonra geniş işğallara başlamışdı. Aşşur çarlığı üzərində qələbəsi nəticəsində Mada Ön Asiyanın böyük dövlətinə çevrildi. Mannanın işğalı Madanın inkişafı üçün böyük əhəmiyyəti oldu. Yüksək inkişaf etmiş kənd təsərrüfatına və sənətkarlığa malik olan Manna Mada dövlətinin iqtisadiyyatının yüksəlişində mühüm rol oynadı və onun mədəni-iqtisadi mərkəzinə çevrildi. E.ə. 550-ci ildə Mada şahlığı süqut etdi və Əhəməni dövlətinin tərkibinə qatıldı. E.ə. VII əsrdə Madada yayılmış zərdüştilik dini yəhudiliyə, xristianlığa, buddizmə və qədim yunan fəlsəfəsinin inkişafına olduqca böyük təsir göstərmişdir.
Kirin Mada üzərindəki qələbəsindən sonra geniş əraziləri əhatə edən Əhəməni imperiyası yaranmışdı. Azərbaycan ərazisi iki yüz ildən çox bu imperiyanın tərkibində olmuşdur. Əhəməni hökmranlığı dövründə Azərbaycan ərazisində albanlar, asaqartilər, kadusilər, kaspilər, mantiyenlər, mardlar, madalılar, müklər, skiflər, utilər və b. tayfalar məskunlaşmışlar. Bu tayfalar illik bacdan başqa müharibə zamanı Əhəməni ordusuna silahlı dəstələr göndərirdilər. E.ə. 331-ci ildə Əhəməni ordusu Makedoniyalı İsgəndərin qoşunları tərəfindən darmadağın edildi və imperiya süqut etdi.
E.ə. 321-ci ildə Atropatena dövləti yarandı. Onun banisi Atropat idi. Atropatenanın ərazisi bütün Cənubi Azərbaycanı və Şimali Azərbaycanın bəzi torpaqlarını əhatə edirdi. Strabon qeyd edir ki, Atropatena «müharibə zamanı 10 min süvari və 40 min piyada döyüşçünü meydana çıxara bilər». Atropatenada anariaklar, kadusilər, kaspilər, mardlar, mantiyenlər, müklər, saqartilər, saklar, pantimatlar, parikanilər və b. tayfalar yaşayırdı. Ellinizm dövründə ölkədə yeni etnos – atropatenalılar təşəkkül tapmışdı. Antik mənbələrə görə, e.ə. III əsrin 20-ci illərində şah Artabazın dövründə Atropatenanın ərazisi Arazdan şimalda Rioni çayının yuxarı axarlarınadək uzanaraq İberiyanın müəyyən hissəsini də əhatə edirdi. E.ə. 36-cı ildə Roma sərkərdəsi Antoni Atropatenaya soxuldu, lakin Fraaspa qalasının mühasirəsinin uzanması, xalqın inadlı mübarizəsi romalıların məğlubiyyətinə gətirib çıxardı. Bu qələbədən az sonra Parfiya şahı Atropatenanı özünə tabe etmək fikrinə düşdü. Buna görə də, şah Artavazdın hakimiyyəti dövründən başlayaraq Atropatena siyasəti Roma ilə sıx bağlı olmuşdur. Roma imperatorı Oktavian Ermənistanı əvvəl Artavazda, sonra isə xələflərinə verdi. B.e. 20-ci ilində Atropatilər sülaləsini Parfiya Arşakiləri sülaləsinin kiçik qolu əvəz etdi. 72-ci ildə alanların yürüşü zamanı Atropatena Pakor şahı tərəfindən idarə olunurdu. 213–223-cü illərdə sonuncu Parfiya şahları arasında baş verən ara müharibələri dövründə Atropatena müstəqillik əldə etdi. 244-cü ildə Atropatena Sasani şahı I Şapur tərəfindən istila edildi.
Tədqiqatçılar tərəfindən Albaniya dövlətinin e.ə. IV–III əsrlərdə formalaşdığı ehtimal olunur. Albaniya dövlətinin ərazisi indiki Azərbaycan Respublikasını, Dağıstan Respublikasının (Rusiya Federasiyası) cənub hissəsini və Gürcüstan Respublikasının Alazan vadisini əhatə edirdi. Antik, alban və digər mənbələrin məlumatına görə, Albaniyada 26 tayfa məskunlaşmışdı. Bunlardan bizə aynianlar, anariaklar, albanlar, çilblər, didurlar, gellər, kaspilər, qardmanlar, qarqarlar, leqlər, lpinlər, masqutlar, müklər, sakasenlər, savdeylər, utilər və b. tayfalar məlumdur. I minilliyin ikinci yarısında Albaniyada əkinçilik, maldarlıq və sənətkarlığın inkişaf səviyyəsi olduqca yüksək idi. Albaniyanın ərazisindən beynəlxalq ticarət yolları keçirdi. Mənbələrdə Albaniyada 30-dan artıq iri şəhərin və yaşayış məskəninin olduğu haqqında məlumat verilir. Antik dövrdə Albaniya yadelli işğalçılara qarşı inadlı mübarizə aparmış və müstəqilliyini qoruya bilmişdi. Alban tarixçisi Musa Kalankatuklunun qeyd etdiyi ənənəyə görə, b.e. I əsrində Albaniya hökmdar Aran tərəfindən idarə olunurdu. Bu zaman Albaniyanın ərazisi Araz çayından Xunarakert qalasınadək (Qazax–Boçalı zonasında) çatırdı.
Дьяконов И.М. История Мидии: от древнейших времён до конца IV в. до н.э. М.-Л., 1956; Алиев Играр. История Мидии. Б., 1960; Джафарзаде И.М. Гобустан. Б., 1973; Алиев К.Г. Кавказская Албания. Б., 1974; Гусейнов М.М. Древний палеолит Азербайджана. Б., 1983; Алиев Играр. Очерк истории Атропатены. Б., 1989; Алиев К.Г. Античная Кавказская Албания. Б., 1992; Qaşqay S.M. Manna dövləti. B., 1993; Azərbaycan tarixi (yeddi cilddə). C. 1, B., 1998; Меликов Р. Этническая картина Азербайджана в период ахеменидского владычества (VI–IV вв. до н.э.). Б., 2003.
Похожие статьи
-
Azrbaycanın qısa coğrafiyası Mirəli Seyidəli oğlu Qaşqay — Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor (1942), Azərbaycan…
-
Azərbaycan tari̇xi̇ Ölkənin hər yerində “qırmızı terror” tüğyan edirdi. Bolşevik rejiminin möhkəmlənməsinə müqavimət göstərə biləcək hər kəs “xalq…
-
Azrbaycanın dövlt v hüquq tarixi
Azrbaycanın dövlt v hüquq tarixi Ailədə ər və arvadın qarşılıqlı hüquq və vəzifələri, öhdəlikləri həmişə maraqlı və özündən bir sıra mübahisələr doğuran…
-
Azerbaycan tarixi mədəniyyəti 2 ci cild
Imali Azərbaycan Haqqinda Melumat – Vikipedia İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri 4 oktyabrda Cəbrayıl [97] [98] , 17 oktyabrda…
-
Bakının tarixi və mədəni məkanları Dünya şöhrətli memar Zaha Hadid tərfindən dizayn edilən Heydər Əliyev Mərkəzini Bakının müasir arxitekturasının siması…
Comments are closed, but trackbacks and pingbacks are open.