Press "Enter" to skip to content

Azrbaycanın xarici ticarti

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 7 milyard 36,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 4 milyard 506,3 milyon dollar, idxalın dəyəri 2 milyard 530,5 milyon dollar təşkil edib, nəticədə 1 milyard 975,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Xankəndi

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 7 milyard 36,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 4 milyard 506,3 milyon dollar, idxalın dəyəri 2 milyard 530,5 milyon dollar təşkil edib, nəticədə 1 milyard 975,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, 2020-ci ilin eyni ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 4,9 faiz artıb, real ifadədə isə 15,1 faiz, o cümlədən idxal 24,3 faiz, ixrac 9,1 faiz azalıb. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 91 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Hindistan, Gürcüstan, Almaniya, Ukrayna, İspaniya, Birləşmiş Krallıq, ABŞ, İsrail, Portuqaliya, Belarus, İran, İsveçrə, Xorvatiya, Yaponiya, Avstraliya, Koreya və Rumıniya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,8 faizi Rusiyanın, 15 faizi Türkiyənin, 12,3 faizi Çinin, 7,3 faizi Almaniyanın, 4,6 faizi ABŞ-ın, 3,9 faizi Ukraynanın, 3,8 faizi İranın, 3,2 faizi İtaliyanın, 3 faizi Birləşmiş Krallığın, hər biri 1,8 faiz olmaqla Koreya və Yaponiyanın, 1,6 faizi Braziliyanın, 1,5 faizi Hindistanın, hər biri 1,4 faiz olmaqla Fransa və Norveçin, 1,3 faizi Polşanın, 1,2 faizi Vyetnamın, hər biri 1 faiz olmaqla Belarus, Avstraliya və Niderlandın, 14,1 faizi isə digər ölkələrin payına düşüb.

İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib. İdxalın 66,5 faizini avtomobil, 18 faizini dəmir yolu, 11,7 faizini hava, 3,5 faizini dəniz nəqliyyatı ilə gətirilmiş, 0,3 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib. İxracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər biri 3 faiz olmaqla İsrail, Portuqaliya və Ukraynaya, 2,8 faizini Çinə, 2,1 faizini Birləşmiş Krallığa, 1,9 faizini Belarusa, 1,5 faizini Xorvatiyaya, hər biri 1,1 faiz olmaqla İsveçrə və Almaniyaya, 0,9 faizini Rumıniyaya, 0,5 faizini Avstraliyaya, hər biri 0,4 faiz olmaqla Tunis, ABŞ və Yunanıstana, 2,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Bu ilin yanvar-mart aylarında ixracın 86 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 8,4 faizini avtomobil, 4,1 faizini dəmir yolu, 1,2 faizini hava, 0,3 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib. İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, bitki yağları, alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil edib.

Azərbaycanda ticarət

Azərbaycanın xarici ticarəti – Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış statistik məcmuəyə Azərbaycan Respublikasının xarici ölkələrlə ticarət əlaqələrinə dair məlumatlar daxil edilmişdir. Məlumatlar əsasən Dövlət Gömrük Komitəsinin məlumatlar bazası əsasında hazırlanmışdır. Bununla yanaşı, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neftin və təbii qazın statistik qiymətləndirilmiş məlumatı da verilmişdir.

Azərbaycanda ticarət – Statistik məcmuə ticarət sahəsinin inkişafını xarakterizə edən əsas statistik göstəriciləri əhatə edir.
Məcmuə hüquqi şəxs statusuna malik müəssisələrin, fərdi sahibkarların rəsmi statistika hesabatı məlumatları əsasında, həmçinin bazar və yarmarkaların ticarət fəaliyyəti üzrə statistik müayinələrin nəticələri əsasında hazırlanmışdır.
Məcmuəyə pərakəndə və topdansatış əmtəə dövriyyəsinə və əmtəə ehtiyatlarına dair əsas göstəricilər daxil edilmişdir. Göstəricilər ölkənin ərazi bölgələri, mülkiyyət formaları, əmtəə növləri üzrə əks etdirilmişdir. Məcmuəyə ticarət göstəricilərinin real həcminin dəyişməsini təhlil etməyə imkan verən əmtəə növləri, mülkiyyət formaları, ərazi bölgələri üzrə hesablanmış fiziki həcm indeksləri daxil edilmişdir.

Şərti işarələr:
“ – ” hadisə baş verməmişdir
“. ” məlumat mövcud deyil
“0.0” məlumat çox kiçik rəqəmlə xarakterizə olunur
“x” müqayisə mümkün deyil

Comments are closed, but trackbacks and pingbacks are open.