Azərbaycan təbii qaz ehtiyatlarının hasilata nisbətinə görə dünyada ən yüksək olan ölkələr sırasındadır
Azərbaycanda “SOCAR Methanol” və “SOCAR Karbamid” zavodlarında təbii qazdan xammal kimi istifadə edilir. Məsələn, təbii qaz emal olunub karbamid istehsal olunduqda onun əlavə dəyəri iki dəfədən çox artır. Başqa sözlə, qənaət edilən təbii qaz ilə sənayedə əlavə dəyər yaratmaq mümkündür.
Azərbaycanın bərpaolunan enerji potensialı: qarşıya qoyulan məqsəd və ilkin nəticələr
Bu gün alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji”yə keçidin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr hələ 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamıdır. Hazırda bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizəsi gündən-günə güclənir və qloballaşır. Atmosferə atılan zərərli tullantıların həcminin azaldılması və “yaşıl enerji” ilə əvəz edilməsi dünya gündəliyinin ən vacib məsələlərindən birinə çevrilib. Atom elektrik stansiyalarının fəaliyyətinin azaldılması, eləcə də kömür və qazla işləyən elektrik stansiyalarının “yaşıl enerji” mənbələri ilə əvəz edilməsi üçün dünya ölkələri bir sıra planlar qurur. Azərbaycan öz növbəsində qlobal çağırışlara cavab verən layihələr reallaşdırır.
AZƏRTAC bərpaolunan enerji növlərinin əhəmiyyətinə və ölkəmizdə bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin real nəticələrinə nəzər salır.
2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizi
bərpaolunan enerji mənbələrinin payına düşəcək
Bərpaolunan enerjilərə nisbətən bərpaolunmayan mənbələr qazıntı-yanacaq növləri, nüvə və nüvə-istilik enerjisi ətraf mühitin əlavə olaraq istiləşməsinə, çirklənməsinə, atmosferdə oksigenin intensiv sərf olunmasına, zərərli tullantıların artmasına, texnogen fəlakətin baş verməsinə gətirib çıxarır. Bu səbəbdən də son dövrlərdə dünya ölkələri bərpaolunan alternativ enerji mənbələrinə sürətli keçidi prioritet məsələ hesab edirlər. Ənənəvi enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpaolunan) enerji mənbələrindən geniş istifadə olunur.
Enerji mənbələri arasında 2020-ci ildə yeganə artım bərpaolunan enerji növləri üzrə qeydə alınıb. Pandemiya səbəbindən dünyada enerji tələbatının ötən il 5 faiz azalmasına baxmayaraq, bərpaolunan enerji mənbələrinin istehsalı 7 faiz yüksəlib. Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozuna görə, növbəti 10 ildə bərpaolunan enerji sektoruna hər il orta hesabla 440 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulur. Alternativ enerji mənbələrinin istehsalı 2021-ci ildə 10 faiz, növbəti beş ildə isə 50 faiz artaraq 2025-ci ildə qlobal elektrik istehsalının 33 faizini təşkil edəcək. Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizi bərpaolunan enerji mənbələrinin payına düşəcək.
Ən çox artım isə günəş və külək enerjisi istehsalında, müvafiq olaraq 60 və 30 faiz qeydə alınacaq. Alternativ enerji mənbələrinin inkişafına görə Çin dünyada birinci sırada qərarlaşır və son 10 ildə bərpaolunan enerji tutumunu 3,34 dəfə artırmağa nail olub. BEA-nın proqnozuna görə, növbəti beş ildə bərpaolunan enerji üzrə artımın 40 faizi Çinin payına düşəcək. 2004-cü ildə Avropa İttifaqının (Aİ) ümumi enerji istehlakının 8,5 faizini bərpaolunan enerji mənbələrindən əldə edirdisə, 2019-cu ildə bu göstərici 19,7 faizə yüksəlib. Aİ-nin 2020 və 2030-cu illəri əhatə edən enerji strategiyasına əsasən, bərpaolunan enerji resurslarının payının, müvafiq olaraq, 20 və 27 faizə yüksələcəyi hədəflənirdi. 2020-ci ildə Aİ-nin ümumi elektrik enerjisi istehsalının 20 faizi, sadəcə, günəş və külək enerjisinin payına düşüb. Kömürün payı isə 20 faiz azalıb və 13 faiz təşkil edib.
Hazırda Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurma Avropa İttifaqı ölkələrində Rusiyadan təbii qaz və neftin idxalının azaldılması və ya ondan imtina edilməsi məsələsini əsaslı şəkildə aktuallaşdırıb. Aİ rəsmiləri artıq 2027-ci ilə bu istiqamətdə ciddi dəyişikliklər olacağını bəyan edirlər.
Azərbaycanda ənənəvi enerji növlərinə alternativ olaraq
“yaşıl enerji”nin inkişaf etdirilməsi həyata keçirilir
Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa edilən enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən, külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir.
Ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpaolunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaradıb.
Bərpaolunan enerjiyə keçid qısa zamanda baş verə bilməz, bunun üçün uzun illər boyu gərgin iş aparılması, böyük sərmayələr yatırılması tələb olunur. Qaz, neft, kömür kimi yanacaq növləri hələ bundan sonra da uzun müddət enerji balasında aparıcı yer tutacaq. Perspektiv planda Azərbaycan bu prosesin tədricən həyata keçirilməsini hədəfləyir və enerji mənbələrini şaxələndirir. Ənənəvi enerji növlərinə alternativ olaraq “yaşıl enerji”nin inkişaf etdirilməsi həyata keçirilir.
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının yanvarın 13-də keçirilmiş təməlqoyma mərasimində çıxış edən Prezident İlham Əliyevin dediyi kimi, “ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir. Ancaq onu da bilməliyik ki, ölkə sürətlə inkişaf edir. Keçən ilin yekunlarına görə, bizim neft və qazla bağlı olmayan, yəni qeyri-neft sənayemiz təxminən 20 faiz artıbdır. Ölkə əhalisi artır, tələbat artır. Ona görə təbii ki, biz yeni enerji növlərinin istehsalı ilə ciddi məşğul olmalıyıq. Bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsində bizim gündəliyimizdə duran ən başlıca vəzifələrdən biridir”.
Azərbaycanın bərpaolunan zəngin enerji potensialı var. Günəş enerjisi üzrə demək olar ki, bütün ölkə ərazisində layihələrin həyata keçirilməsi mümkündür. Külək enerjisi üzrə isə Xəzər akvatoriyası, Abşeron yarımadası, Bakı, habelə Xızı rayonu daha əlverişli sayılır.
Bu baxımdan Qarabağ bölgəsində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə də böyük potensial mövcuddur. Belə ki, günəş enerjisi əsasən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik surəti 7-8 m/s təşkil edir ki, bu da külək enerjisinin istehsalı baxımından çox əlverişlidir. Azərbaycanda yerli su ehtiyatlarının 25 faizinin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı daha əlverişli sayılır.
Xəzər dənizi ofşor külək enerjisi baxımından böyük potensiala malikdir. İlkin qiymətləndirmələrə görə, Xəzərin təkcə Azərbaycan sektorunda 157 min meqavat səviyyəsində enerji olduğu hesab edilir. Bu, ölkəmizdəki elektrik stansiyalarının ümumi gücündən 20 dəfə çoxdur. Beləliklə, Azərbaycan karbohidrogen potensialından sonra, Xəzəri yenidən kəşf edir.
Azərbaycan 2030-cu ilədək enerji balansında bərpaolunan enerjinin payını 30 faizə yüksəltməyi hədəfləyir. Bu, ölkəmizdə enerji təhlükəsizliyinin və dayanıqlı iqtisadi inkişafın gücləndirilməsi, habelə ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir.
Azərbaycanda bərpaolunan enerjiyə keçid istiqamətində qazanılan uğurlar
Azərbaycanda 2013-2019-cu illər ərzində külək enerjisi istehsalı 131 dəfə, günəş enerjisi istehsalı isə 55 dəfə artıb. Külək və günəş enerjisi istehsalının növbəti illərdə artan templə davam edəcəyi gözlənilir.
Ölkəmizin bərpaolunan enerji potensialına dünyanın böyük şirkətləri tərəfindən böyük maraq var. Prezident İlham Əliyevin bildirdiyi kimi, bunu bir neçə amil şərtləndirir: “Hazırda Azərbaycan Energetika Nazirliyi dünyanın bir neçə aparıcı şirkəti ilə müvafiq danışıqlar aparır və yenə də deyirəm, bu, müxtəlif amillərin vəhdətidir. Həm ölkəmizdə sabitlik, əmin-amanlıq, ölkəmizin inkişafı ilə bağlı dünyada çox müsbət fikirlər, yəni həqiqəti əks etdirən fikirlər, siyasətimizin proqnozlaşdırılması və eyni zamanda, güclü sənaye potensialı, iqtisadi müstəqillik, enerji təhlükəsizliyinin təmin edilməsi və hazırlıqlı kadr potensialı var. Yəni, bunlar əsas amillərdir. Bu amillər istənilən investor üçün böyük əhəmiyyət kəsb edir”.
Ötən ilin dekabrında Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi” imzalanıb. Müqavilənin imzalanması və layihənin icrası Azərbaycanda formalaşmış əlverişli biznes mühitinin bariz nümunəsi kimi dəyərləndirilə bilər. İlk dəfə xarici sərmayə əsaslı belə bir layihənin həyata keçirilməsi nəticəsində külək elektrik stansiyası, təxminən ildə 1 milyard kVt/saat elektrik enerjisi istehsal edəcək, 220 milyon kubmetr qazın sərbəstləşməsini təmin edəcək, atmosferə 400 min tondan çox CO2 emissiyasının atılmasının qarşısını alacaq.
Bu il yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Tədbirdə çıxış edən Prezident İlham Əliyev stansiyanı Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcəyini deyib: “Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir”.
2021-ci ilin aprel ayında Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi” imzalanıb. Müqavilə çərçivəsində ildə 500 milyon kVt/saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bu da öz növbəsində, 110 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, yeni iş yerlərinin yaradılmasına, habelə yeni investorların digər layihələrə cəlb olunmasına yol açacaq.
Səudiyyə Ərəbistanın “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətləri ilə imzalanan müqavilələr – ilk dəfə xarici sərmayə əsaslı belə layihələrin həyata keçirilməsi nəticəsində il ərzində 330 milyon kubmetr qaza qənaət ediləcək, atmosferə 600 min tondan artıq CO2 emissiyasının atılmasının qarşısı alınacaq, habelə yüzlərlə yeni iş yerləri yaradılacaq.
Prezident İlham Əliyevin müəyyən etdiyi müasir inkişaf strategiyasında Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi mühüm yer tutur. Bu çərçivədə ötən il mayın 3-də dövlətimizin başçısı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Azərbaycanın Energetika Nazirliyi ilə Yaponiyanın “Tepsco” şirkəti arasında işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üzrə müqavilə imzalanıb. Bütün bu addımlar Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafında və Qarabağda yaşıl enerji zonasının yaradılmasında nə qədər istəkli və maraqlı olduğunu bir daha əyani şəkildə ortaya qoyur.
Ötən ilin iyunun 3-də Azərbaycan Respublikasının Energetika Nazirliyi və BP şirkəti arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb.
“Yaşıl enerji”yə keçidlə bağlı atılan mühüm addımlardan da biri də bu gün Gülüstan sarayında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulmasıdır. Mərasimdə iştirak edən Prezident İlham Əliyev qeyd edib ki, stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı genişləndirəcək: “Biz elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edirik – təbii qaz, su, günəş və külək. Bir daha demək istəyirəm ki, Azərbaycanda bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Əminəm ki, biz yaxın gələcəkdə yeni layihələrin başlanmasına start verəcəyik”.
Alternativ enerjinin istehsalı artırılmaqla Azərbaycan təbii qaz sərfiyyatını azalda bilər
Enerji mənbələrinin şaxələndirilməsi ilə yanaşı, dünyada enerjiyə tələbatın ətraf mühitə zərər vurmadan ödənilməsi aktual məsələlərdəndir və bu mənada bərpaolunan enerji mənbələrindən istifadə etməklə atmosferə atılan karbon emissiyalarının azaldılması ekologiyaya əvəzsiz töhfədir. Alternativ enerjinin istehsalı artırılmaqla Azərbaycan təbii qaz sərfiyyatını azalda bilər. Qənaət edilən təbii qaz isə həm sənayedə xammal kimi istifadə edilə, həm də ixrac edilərək ölkəyə əlavə valyuta qazandırıla bilər.
Azərbaycanda “SOCAR Methanol” və “SOCAR Karbamid” zavodlarında təbii qazdan xammal kimi istifadə edilir. Məsələn, təbii qaz emal olunub karbamid istehsal olunduqda onun əlavə dəyəri iki dəfədən çox artır. Başqa sözlə, qənaət edilən təbii qaz ilə sənayedə əlavə dəyər yaratmaq mümkündür.
Alternativ enerji sektoru əmək tutumu yüksək olan sektordur və məşğulluğun artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, Qarabağda bərpaolunan enerji sektorunun inkişafı, regionda yeni iş yerlərinin açılmasına dəyərli töhfə verəcək.
Karbon tullantılarını yaradan əsas sahələrdən biri elektrik enerjisi istehsalıdır. Bu sahədə bərpaolunan enerjinin payının artırılması həm də karbohidrogen tullantılarını da əhəmiyyətli dərəcədə azaldacaq. Azərbaycan Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 faizi azaltmağı hədəf kimi götürüb. Bərpaolunan enerji ekoloji cəhətdən təmiz olduğu üçün, bu, Azərbaycanın Paris sazişi çərçivəsində öhdəliklərinin yerinə yetirilməsinə və ölkədə ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına dəyərli töhfə verəcək.
Azərbaycan təbii qaz ehtiyatlarının hasilata nisbətinə görə dünyada ən yüksək olan ölkələr sırasındadır
Azərbaycan təbii qaz ehtiyatlarının hasilata nisbətinə görə dünyada ən yüksək olan ölkələr sırasındadır Azərbaycanın 2,4 trilyon kubmetr (qlobal ehtiyatların təqribən 1,4 %-i) böyük təbii qaz ehtiyatları var və ehtiyatlarının hasilata nisbətinə görə dünyada ən yüksək olan ölkələr sırasındadır.
24 Oktyabr , 2022 17:31
https://static.report.az/photo/bdbfa476-2707-3324-9966-6ec54fd7be6f.jpg
Azərbaycanın 2,4 trilyon kubmetr (qlobal ehtiyatların təqribən 1,4 %-i) böyük təbii qaz ehtiyatları var və ehtiyatlarının hasilata nisbətinə görə dünyada ən yüksək olan ölkələr sırasındadır. Bu barədə “Report” Dünya Bankının araşdırmasına istinadən xəbər verir. “Bu isə Azərbaycanın hasilatın artırılması üçün potensiala malik olduğunu göstərir. Beləliklə, qaz gəlirləri neftlə müqayisədə daha az gəlir gətirsə də, Azərbaycan üçün neftdən daha davamlı iqtisadi fəaliyyət və gəlir mənbəyidir. Bundan əlavə, o Azərbaycanda hidrogen sənayesinin inkişafına da kömək edə bilər”, – Dünya Bankının iqdisadçıları hesab edir. Hesabata görə, təbii qaz kömürlə müqayisədə CO2 emissiyasının təxminən yarısına səbəb olur və buna görə də digər karbohidrogen mənşəli yanacaqlardan daha yaxşı perspektivlərə malikdir: “Nəticə etibarilə, təbii qaza tələbatın indiki səviyyələrə yaxın qalacağı və ya gələcəkdə daha da artacağı, xüsusən də Asiya regionunda tələbatının artacağı gözlənilir”. Dünya Bankı hesab edir ki, təbii qazın daxili istehlakının azaldılması Azərbaycana təbii qaz ixracını artırmağa imkan verərdi: “Bundan əlavə, külək və günəş texnologiyalarının qiymətində davam edən azalma, xüsusən neft və qaz sənayesi ilə müqayisədə bərpa olunan enerji mənbələrinə investisiyaları cəlbedici edir. Bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalının artırılması karbonsuz elektrik enerjisinin ixracını artırmağa imkan verməklə yanaşı, karbon qiymətlərinin daha da geniş yayılacağı təqdirdə əlavə qiymət artımına gətirib çıxarardı. Bundan əlavə, bərpa olunan enerjidən yaşıl hidrogen istehsal etmək üçün istifadə edilə bilər ki, bu da Azərbaycan üçün başqa bir potensial imkandır”. Energetika Nazirliyinin məlumatına görə, Azərbaycanın təqribən 23 000 MVt texniki günəş potensialı, 3 000 MVt külək potensialı və 500 MVt-dan çox su enerjisi potensialı var. Bununla belə, hazırkı qiymətlərlə iqtisadi cəhətdən sərfəli olan həcm daha azdır, hesabatda deyilir. “Müqayisə üçün qeyd edək ki, hazırda Azərbaycanın elektrik stansiyalarının ümumi gücü təxminən 7 500 MVt təşkil edir və onun da əhəmiyyətli hissəsi təbii qazla çalşır”, – araşdırmada deyilir.
YENİ AZƏRBAYCAN PARTİYASI
07 Fevral 2022 17:23 “Fevralın 4-də Bakı şəhərində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edib. XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı hər dəfə Azərbaycanda keçirilir. Bu, ölkəmizin bu layihədə aparıcı rolunu təsdiqləyən amillərdən biridir. Prezident İlham Əliyev toplantıda çıxış edib və çıxışı zamanı bir çox mühüm məsələləri, o cümlədən Azərbaycanın nəhəng neft-qaz və bərpaolunan enerji potensialına malik bir ölkə olduğunu qeyd edib”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev deyib. Deputat bildirib ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetr təşkil edir. Ən böyük yataq “Şahdəniz”dir ki, burda qaz həcmi 1,5 trilyon kubmetr təşkil edir. “Abşeron”, “Babək”, “Ümid” və “Azəri-Çıraq” yataqları da böyük həcmdə qaz ehtiyatlarına malikdir.Yeni yataqların kəşfi sahəsində yeni texnologiyaların sürətlə inkişafı gələcəkdə bu ehtiyatlarların daha çox olmasına şərait yaradır. Mövcud qaz ehtiyatları qaz ixracının ildən-ilə artırılmasına imkan yaradır. 2020-ci ilin sonundan etibarən, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarına qaz ixracını artırıb. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib. “Cənab Prezident öz çıxışında qeyd edib ki, Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Azərbaycanda son illərdə elektrik enerjisi ifrastrukturuna böyük həcmdə investisiya yatırılıb. 2021-ci iln yanvar ayında Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji layihəsinin -240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Hazırda Azərbaycan dörd qonşu ölkəyə- Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edir. Gələcəkdə bu ölkələrin sayı arta bilər. Azərbaycanın Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə işğaldan azad olunmuş ərazilərdə- Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Bu regionda külək enerjisinin potensialı təxminən 7200 meqavat, Günəş enerjisində potensial 2000 meqavatdan çoxdur. Azərbaycanda “yaşıl enerji” nin inkişafına dair strategiyanın bir istiqaməti də Xəzər dənizi ilə əlaqədardır. İlkin rəqəmlər göstərir ki, Xəzər dənizinin texniki potensialı 150 min meqavatdan çoxdur. Bütün bu qeyd olunanlar göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi uğurlu enerji strategiyası nəticəsində Azərbaycan nəhəng neft-qaz ehtiyatları və bərpaolunan enerji potensialına malik bir ölkə sayılır və bu potensial Azərbaycanın daha sürətlə inkişaf etməsinə, qarşıda duran bütün vəzifələrin uğurla həyata keçirilməsinə şərait yaradacaq”, – deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.
Bu səhifəni göndər
Adınız
E-poçt
Mesajınız
Comments are closed, but trackbacks and pingbacks are open.