Press "Enter" to skip to content

B.budaqov q.qeybullayev yuxarı qarabağın toponimləri bakı 2005

Məqalələri
“Azərbaycan coğrafiya terminlərinin bəzi məsələlərinə dair”, Azərbaycan SSR EA Xəbərləri. Yer adları seriyası. 1959. №7
“Nizami əsərlərində təbiət”,
“Yer adları xalqın sərvətidir”,
“Toponimika: keçilən yol və gələcəyə baxış”,
“Bu qala bizim qala”,
“Görən kim yaratmış bu təbiəti”,
“Pirşağının ekolqji qayğıları”
“Böyük ipək (karvan) yolu”, Dünya qəzeti. 19 mart 2011-cu il. № 34-35,

Birillik Azərbaycan Kitabiyyatı – 1992 – Azərbaycan Milli Kitabxanası

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ M.F.AXUNDOV adına AZƏRBAYCAN MİLLİ KİTABXANASI Milli Kitabxana – 85 BİRİLLİK AZƏRBAYCAN KİTABİYYATI 1992 BAKI – 2009 0

  • Page 2 and 3: AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİ
  • Page 4 and 5: MÜQƏDDİMƏ Milli bibliоqrafiya
  • Page 6 and 7: kitabçalar kiril əlifbasında ça
  • Page 8 and 9: 8. Məmmədov, Ə.M. Proqramlaşdı
  • Page 10 and 11: 21. İmanova, S.X. Azərbaycanca-in
  • Page 12 and 13: 159.9 Psixologiya 35. Bayramov, Q.B
  • Page 14 and 15: 49. Əhmədov, Ə. İslamın əsasl
  • Page 16 and 17: fotoşək.; 22 sm.- 16000 nüs.- IS
  • Page 18 and 19: 81. Əliyev, T.N. Məişət xidmət
  • Page 20 and 21: 34 Hüquq. Hüquqşünaslıq 95. Ab
  • Page 22 and 23: 355/359 Hərbi iş 109. Azərbaycan
  • Page 24 and 25: 124. Nəcəfova, R.N. Övlad işıq
  • Page 26 and 27: 288 s.; 20 sm.- Biblioqr. Azərb. v
  • Page 28 and 29: 373.167.1 Ümumtəhsil məktəblər
  • Page 30 and 31: Azərbaycanca-ərəbcə lüğət: s
  • Page 32 and 33: 374 Məktəbdənkanar təhsil 187.
  • Page 34 and 35: 1992.- 432 s.; 21 sm.- XVI əsrdə
  • Page 36 and 37: Ş.A.Məmmədov.- I nəşri.- B.: M
  • Page 38 and 39: ed. F.B.Əhmədov.- B.: BDU, 1992.-
  • Page 40 and 41: 54 Kimya. Kristalloqrafiya. Mineral
  • Page 42 and 43: 260. Paşayeva, L.X. Alman dili. Bi
  • Page 44 and 45: ixtisas red. E.E.Kərimov; rəy. T.
  • Page 46 and 47: И.Т.Аббасов, А.А.Гид
  • Page 48 and 49: 62 Mühəndis işi. Ümumi texnika
  • Page 50 and 51: 323. Rzayev, S.S. Avtomatikanın ə
  • Page 52 and 53: 336. Yüzbaşev, Ç. Kənd təsərr
  • Page 54 and 55: 67/68 Sənayenin müxtəlif sahəl
  • Page 56 and 57: 19 dekabr, 1991 /red. G.Abdullazad
  • Page 58 and 59: 8 Dilçilik. Linqvistika. Bədii ə
  • Page 60 and 61: 391. İngilis dili [Mətn]: metodik
  • Page 62 and 63: ADPU.- B., 1992.- 32 s.; 20 sm.- Bi
  • Page 64 and 65: 426. Xəlilli, Ş. Ceyms Oldriç v
  • Page 66 and 67: 443. Vahabzadə, İ. Millətimin im
  • Page 68 and 69: 462. Atamalıoğlu, Ə. Səssiz cin
  • Page 70 and 71: – B.: Azərnəşr, 1992.- Cild I.-
  • Page 72 and 73: 498. Ələkbərli, M. Gözümdə a
  • Page 74 and 75: 516. Həsənli, S. Yiyəsiz külək
  • Page 76 and 77: 88 s.: ill.; 21 sm.- 4000 nüs.- IS
  • Page 78 and 79: 555. Mansurzadə, H. Qış soyuq ke
  • Page 80 and 81: 573. Novruz, C. Vətən əbədi qor
  • Page 82 and 83: 592. Sultanov, Ş. Ömrün səhifə
  • Page 84 and 85: 610. Vəlizadə, İ. Qanlı yanvar
  • Page 86 and 87: 629. Dünya Ədəbiyyatı Kitabxana
  • Page 88 and 89: 646. Bozqurd [Mətn] /tərt.ed. R.
  • Page 90 and 91: 17 sm.- 6500 nüs.- ISBN 5-8020-080
  • Page 92 and 93: 680. Respublika arxeoloq və etnoqr
  • Page 94 and 95: R.Qəmbərov.- B.: İşıq, 1992.-
  • Page 96 and 97: 706. İkinci Dünya müharibəsi. S
  • Page 98 and 99: 336 s.; 20 sm.- 25000 nüs.- ISBN 5
  • Page 100 and 101: Müəllimləri təkmilləşdirmə i
  • Page 102 and 103: İ.Abbasov; rəy. Ə.Saraclı; S.S.
  • Page 104 and 105: İqtisadiyyat. İqtisadi elmlər El
  • Page 106 and 107: Pedaqogika Elmlər namizədi alimli
  • Page 108 and 109: Азербайджанской Ре
  • Page 110 and 111: 802. Ибрагимов, Г.Д. О
  • Page 112 and 113: акцепторно-донорны
  • Page 114 and 115: Biologiya elmləri Elmlər doktoru
  • Page 116 and 117: 14.00.09 /Бехназ Али Ра
  • Page 118 and 119: 850. Гусейнов, А.Г. Те
  • Page 120 and 121: Kənd təsərrüfatı Elmlər namiz
  • Page 122 and 123: AzEA Nizami adına Ədəbiyyat inst
  • Page 124 and 125: Tarix elmləri Elmlər doktoru alim
  • Page 126 and 127: Coğrafiya elmləri Elmlər namizə
  • Page 128 and 129: Bayramov, M. 473 Bayrı, M.M. 625 B
  • Page 130 and 131: Hidayət. 518 Hüseyn A. 520, 521 H
  • Page 132 and 133: Mustafayev, İ.D. 263 Müşfiq, M.
  • Page 134 and 135: Yaqublu, N. 733 Yaqubov, Ş.H. 734
  • Page 136 and 137: Мурадов, В.М. 808 Мура
  • Page 138 and 139: Azərbaycanca- rusca- türkcə dan
  • Page 140 and 141: Qurani-Kərim 54 Latın əlifbasın
  • Page 142 and 143: Rus dilində 300 терминов
  • Page 144 and 145: 374 Məktəbdənkənar təhsil.
  • Page 146: BİRİLLİK AZƏRBAYCAN KİTABİYYA

B.budaqov q.qeybullayev yuxarı qarabağın toponimləri bakı 2005

Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır. Tarixi qaynaqlarda və son yüz ilin arxiv materiallarında Kolanı adı keçən xeyli sayda bəlgələr var. Eləcə də son illər kolanı türkləri ilə bağlı bir neçə araşdırma yazısı qələmə alınıb. Ancaq indiyə qədər bu əski türk boyu haqqında ayrıca monoqrafiya yazılmayıb. Kolanıların tarixi, mədəniyyəti, etnoqrafiyası, onların ümumtürk tarixindəki yeri və rolu hərtərəfli, əhatəli şəkildə araşdırılmayıb. Bu səbəbdən də Kolanıların tarix səhnəsinə çıxışı, kolanı sözünün etimologiyası və digər tərəfləri ilə bağlı əksər araşdırmaçıların razılaşa biləcəyi ortaq fikir hələ ki yoxdur. Bizim də bu yazıda kolanılar haqqında fundamental araşdırma aparmaq və ortaya fundamental əsər qoymaq niyyətimiz yoxdur. Nədən ki, bunun üçün ən azı illərlə vaxt və digər mühüm şərtlər tələb olunur. Qismət olarsa, gələcəkdə kolanı soyu ilə bağlı ayrıca kitab – araşdırmalar toplusu hazırlamaq niyyətimiz var.

Kolanı sözünün etimologiyası barədə
Kolanı sözünün etimologiyası haqqında bir çox versiyalar var. Kimisi bu adın izahını fars dilində, kimisi kürd dilində, kimisi də digər dillərdə axtarıb. Bu sözlə bağlı irəli sürülən versiyalara birlikdə baxaq;
Bəzi müəlliflər Kolanı sözünün farsca “qüvvətli, çoxlu, böyük” anlamını verən “Kelan” və ya “Kalan” sözündən törədiyini, bəziləri kürdcə “güclü, məğlubedilməz” mənasını verən “kolneder” sözündən yarandığını deyir.
Əlbəttə, bunlar olduqca zəif versiyadır və əski adlarımızın izahının fars, ərəb, kürd və digər dillərdə aranması ənənəvi hal alsa da kifayət qədər yanlış və ziyanlı tendensiyadır.
Digər versiyaya görə kolanılar erkən orta əsrlərdə Qazaxıstanın cənubunda mövcud olmuş Kulan şəhərinin sakinləri olub. Sonralar Kulan şəhərindən digər bölgələrə köçən türklərə Kulan şəhərindən gəldikləri üçün “Kulanlı” və ya “Kolanlı” demişlər. Bu da kifayət qədər zəif versiyadır və hansısa tutarlı qaynağa söykənmir. Təkcə bir faktı deyək ki, Suriya və İsrail ərazisində min illər öncədən kolanı türklərinin yaşadığı məlumdur və onların dilləri ilə Azərbaycan türklərinin danışdığı dil arasında çox az fərq var. Yəni kolanıların Orta Asiyadan Suriyaya və İsrail ərazisinə deyil, əksinə olaraq, kolanıların bu ərazilərdən Orta Asiyaya getməsi fikri daha ağlabatan görünür. Nədən ki, erkən orta əsrlərdə Kulan şəhərində yaşayan türklər hazırda yaşadığımız ərazilərə köç edəndə min illərdi ki, Qafqaz və Qafqazətrafı bölgələrdə məskən salan yerli kolanılar vardı.
Kulan (Kolan) uyğur türklərinin dilində “yabanı at”, “çöl atı” mənasını verir. Kolanı adının bu sözdən yarana biləcəyini ehtimal edənlər də var. Bu izahı da ağlabatan versiya kimi qəbul etmirik.
Kolanı boyu əski türk soylarından biri olduğu üçün zənnimizcə, bu sözün etimologiyasını da əski türkcədə aramaq lazımdır. Əski türk dilində “Kül”, “Kol” kimi ifadələrə rast gəlmək mümkündür. Onlardan bəzilərinə diqqət edək;
-Türkiyəli araşdırmaçı Semih Tufan Güləltay yazır: “Əski türklərdə ordu komutanlarına “Kol Ata” adı verilirdi”. O, eyni zamanda miladdan öncə Kuman mənşəli Kol və Koluman tayfasının Misirə yerləşdiyini yazır.
-Ən əski türk, moğol və iskit mifologiyasına görə dünyada ilk insanın adı Tarqutay idi. O, bütün bəşəriyyətin atası sayılır. Tarqutayın 3 oğlu vardı;
Arpaksay, Lıpoksay və Kolaksay
Antik yunan tarixçisi Heredot yazır: “Targitayın (skif panteonunda ilk insan, skiflərin əcdadı) üç oğlu vardı: Lipoksay, Arpoksay və Kolaksay. Targitayın Skif ölkəsində şahlıq etdiyi dönəmlərdə göydən yerə qızıl əşyalar düşmüşdü: kotan, boyunduruq, sakaris (balta) və şərab camı. Böyük oğul Lipoksay yaxınlaşıb onları qaldırmaq istəyəndə həmin əşyaları od bürüdü. İkinci oğul Arpoksay da yaxınlaşanda bu əşyalar yenidən alovlandılar. Lakin kiçik oğul Kolaksay onlara tərəf gedəndə alov söndü və o, həmin əşyaları evinə apardı. Buna görə də böyük oğul atasının şahlığını kiçik qardaşına verməyə razı oldu” (Araz Qurbanov, “Damğalar, rəmzlər. Mənimsəmələr”).
Hər üç sözdə təkrar olunan “say” kompanenti var. Mərhum tarixçi alim Q. Qeybullayev bu sözün “cavan”, “gənc” anlamında olduğunu yazır. Kolaksay sözünün kökü “Kol”dur. “Kol” sözü bəzi əski türk soylarında, özəlliklə Karluk türklərində xan səviyyəsinə bərabər tutulan titul idi. Ulularımızdan biri olan Kül Tikinin adındakı Kül sözü də titul bildirən sözdür. Bu, eyni zamanda onun mənsub olduğu sinifin və soyun göstəricisi də ola bilirdi. Tarixçi alim Zaur Həsənov da Kolaksay sözünün kökünün “Kol” olduğu qənaətindədir. Kolaksay sözü isə “Kol”un, yəni çarın, başçının, xanın tərəfdarları kimi yozulur. Zənnimizcə, kolanı sözü də “Kol” sözündən törəyib. Min illər öncə də bu boyun adı kolanı yox, məhz Kol (Kül, Kul) olub. Qiyasəddin Qeybullayev “Kul” sözünün qədim türkcədə “xan sinfinə mənsub olan” anlamında işlədildiyini yazır. Əski monqol dilində “kul” (kuluq) qəhrəman, igid anlamını verirdi. Türk xaqanı Kül Tikin, Kül Xan, “Kitabi-Dədə Qorqud”da Kul Baş (Kulbaş) bu titulun daşıyıcıları idi. Tarixdə Kül (Kol) titulu daşıyan ulularımız haqqında araşdırmanın sonunda ayrıca söz açacağıq.
Türkiyəli araşdırmaçı Nicat Çətinkaya peçeneqlərin 8 boyundan birinin Külbəy olduğunu qeyd edir. İqdırın böyük kəndlərindən olan Küllük kəndinin adının bu kimi qaynaqlardan gəldiyini deyir (İ.Çətinkaya, “İğdır tarihi”, İstanbul – 1996). Səncər Digitçioğlu isə peçeneqlərin bu boyunun adını “Suru Külbəy” kimi yazır (“Oğuzdan Selçukluya”, İstanbul – 1994). Akademik Ə. Quliyev əski türk dilində “kül”, “külüg” komponentlərinin titul bildirən leksik vahidlər olduğu qənaətindədir (Quliyev Ə.A. Qədim türk onomostikası, Bakı – 2007). Naxçıvan Dövlət Universitetinin müəllimi araşdırmaçı-alim Qalibə Hacıyeva yazır: “Bir çox tarixi qaynaqlarda miladdan öncəki türk tarixində də Kül komponentli antroponimlərə – Hun xaqanlarından Sürük-Külük Xan, Kül Xan adlarına rast gəlirik” (Qalibə Hacıyeva “Cənubi Azərbaycan toponimləri”, Bakı – 2008).

Kolanı boyunun mənşəyi barədə
Kolanı boyunun hansı türk soyundan gəlməsi haqqında fikirlər birmənalı deyil. Kolanıların Peçenek kökənli olduğunu yazanlarla bərabər, Kəngər soyundan olduğunu iddia edənlər də var. Bəzi araşdırmaçılar isə kolanıları Səlcuqların bir qolu hesab edir. Kolanıların kürd əsilli olduğunu yazanlar da var. 16-cı yüzillikdə yaşamış tarixçi Şərəfxan Bitlisi “Şərəfnamə” əsərində kolanıların kürd kökənli olduğunu yazıb. Şərəfxan Bitlisinin anası Türkmən elinin Mosullu oymağından olan Əmir Xanın qızı idi. Atası isə kürd əsilli Əmir Şəmsəddin idi. Əvvəllər Sultan Süleymanın əmirlərindən olmuşdu. Sultan Süleyman tərəfindən əmirlikdən çıxarılandan sonra Səfəvilərə sığınmışdı. Bu səbəbdən Şərəfxan Bitlisi Qumda dünyaya gəlmişdi. Sonralar Səfəvilər tərəfindən Naxçıvana vali göndərilən Şərəfxan araçılar vasitəsilə Osmanlının tərəfinə keçmişdi. Osmanlı sultanı III Murad da onu Bitlis bəyliyinə təyin etmişdi.
Sonrakı dövrlərdə və eləcə də yaşadığımız dönəmdə kolanıların kürd əsilli olduğunu düşünənlər Bitlisiyə əsaslanaraq, bu fikri irəli sürüblər. Lakin dediyimiz kimi, Şərəfxan Bitlisi tarixçi olmaqla bərabər həm də dövlət adamı idi. O, əsərini yazarkən daha çox siyasi maraqlarını nəzərə almışdı və yanlış olaraq kolanıların kürd boylarından biri olduğunu iddia etmişdi. Odur ki, Bitlisinin yazdıqları qətiyyən ciddi qaynaq hesab oluna bilməz. Azərbaycanda və eləcə də Şərqin bir neçə ölkəsində yaşayan yüz minlərlə kolanının min illərdi ki, ana dili türk dilidir. Bu da onların kəsinliklə türk kökənli olduqlarını bəlli edir.
Araşdırmaçı Xaqani Ədəboğlu “Türkçülükdə “Səlcuqlu” xəstəliyi” kitabında yazır: “Mənsub olduğum kolanı (kolanlı – Türkiyədə belə adlanır) beçeneq tayfa­sıdır”. Tanınmış araşdırmaçı həmin kitabda fikrinə davam edir: “Türk olmağımız şəksizdir. Bu tayfa Qara dənizin şimal sahillərindən gəlmiş sakların bir qoludur. Buradan getmiş və buraya qayıtmış­dır. Həm Anadoluda, həm İran Azər­bay­canın­da, həm də Suriya və İraqda yaşamaqdadırlar”.
Tarixdə ən qüdrətli türk dövlətlərindən birinin qurucusu olan Səlcuq bəyin oğullarından biri Musa Kolan idi (digər adı Musa Yabqu). Səlcuq bəy tarixən türklərin ən çox məskunlaşdığı yerlərdən olan Xorasana Musa Kolanı vali təyin etmişdi. Quzey Azərbaycanda yaşayan türklərin xeyli hissəsi kolanıların orta yüzilliklərdə quzeyə məhz Xorasandan gəldiyinə inanır. Maraqlıdır ki, Anadolu Səlcuqlu dövlətinin sultanı Süleyman şahın (XI yüzillik) oğlunun adı Kulan və ya Kulan Arslan idi. Bu və bu kimi səbəblərdən kolanıların Oğuz türklərinin Qınıq soyundan olan Səlcuq türklərinin bir qolu olduğunu düşünən araşdırmaçılar da var.
Tarixçi-araşdırmaçı Şahin Əhmədov “Kolanı tayfasının mənşəyi” adlı məqaləsində: “Oğuz tayfa ittifaqı içərisində olmuş Kolanı tayfasının Azərbaycana eramızın ilk əsrlərindən başlayaraq oğuz-səlcuq axınları ilə birgə gəldiyini güman edirik” – deyir. Kolanıların Azərbaycan ərazisinə erkən orta yüzilliklərdə və bir qədər sonralar Səlcuq axınları ilə gəldiyini düşünən digər araşdırmaçılar da var.
Zənnimizcə, kolanı türklərinin Azərbaycana gəlmə olduğunu düşünmək yanlışdır. Kolanılar Qafqaz mənşəlidir və ən azı 10 min il öncə də bu torpaqlarda mövcud olmuşlar. Şumer sivilizasiyası qurulandan sonra Qafqaz regionundan o ərazilərə axın etmişlər. Orta Asiya və Türküstan ərazisinə də burdan getmiş ola bilərlər. Erkən orta yüzilliklərdə və sonralar Səlcuq axını ilə kolanıların bu torpaqlara gəlməsi onların yenidən əzəli torpaqlarına dönüşü idi. Türkiyəli araşdırmaçı yazar Rüstəm Kocadurmuşoğlu “Kolan türkmənləri” adlı araşdırma məqaləsində Suriya və İsrail ərazisində olan başıbəlalı “Kolan təpələri”ndən bəhs edərək yazır: “Kolan təpələri on min ildən bəri Kolan adını daşımaqdadır”. Demək ki, kolan türkləri bu torpaqlarda aborigen etnoslardan biridir. Zaman keçdikcə buradan ətraf və uzaq ərazilərə köç etmişlər. Bu gün güney və quzey Azərbaycanın bir hissəsini qapsayan Gilan (Golan, Kolan) ərazisi də Kolan türklərinin yadigarı ola bilər. Etnos min illər öncə köç edib, ad isə yaşamaqdadır.
Yeri gəlmişkən, Kolan sözünə “ı” səsi 20-ci yüzillikdə artırılmağa başlamışdır. Tarixçi Cahangir bəy Nəsirbəyovun 1924-cü ildə nəşr edilən “Müxtəsər Azərbaycan tarixi” əsərində və eləcə də M.S.Ordubadi “Qanlı illər” kitabında kolanılardan məhz kolan olaraq bəhs edilir.
Bu gün kolanı türklərinin yaşadığı ayrı-ayrı bölgələrdən bəzilərini gözdən keçirək:

Naxçıvan kolanıları
Mərhum alimlərimiz Budaq Budaqov və Qiyasəddin Qeybullayev birgə yazdıqları “Naxçıvan diyarının yer yaddaşı” (Bakı-2004) kitabında kolanıları “yerli və qədim tayfa” adlandırır.
Antik dövrün astronomu, filosofu və coğrafiyaçısı Ptolomey Naxçıvanda Araz çayı yaxınlığında Koltene adlı yaşayış yerinin olduğunu yazır.
Naxçıvan ərazisində miladdan min il öncəyə aid olan Xaraba Gilan nekropolu, Şahbuz rayonunun yaxınlığında təxminən, 2500 il yaşı olan Kolanı nekropolu kolanıların ən azı 3 min ildi Naxçıvan ərazisində yaşadığını bəlli edir.
Naxçıvan bölgəsindən olan araşdırmaçı – tarixçi Şahin Bərəmoğlunun ifadəsi ilə desək, “Azərbaycanın tarixi diyarlarından biri olan Naxçıvan ərazisində tarixən kəngərli, kolanı, sədli, qarabağ, xələc, bəydili, dəmirçi, qazançı, yaycı, qarxun, yurdçu, muğanlı, əfşar, bayat, quşçu və digər türk tayfaları toplu olaraq yaşamışdır və yaşamaqdadır. Bu tayfaların sayca və yayıldığı əraziyə görə ən böyüklərindən biri olan Kolanı tayfalarının” Naxçıvana gəlişi, tarixi və tarixdəki rolu ayrıca araşdırılmalıdır. Sadəcə, əldə olan bilgilərə əsasən deyə bilərik ki, kolanı türklərinin Naxçıvana yerləşməsinin – az öncə qeyd etdiyimiz kimi – ən azı 3 min il yaşı var.
Xatırladaq ki, 20-ci yüzilliyin əvvəllərində Xaraba Gilan ərazisində arxeoloji qazıntı işləri aparılıb. Lakin bu axtarışlar azərbaycanlılar tərəfindən deyil, Lalayan, Ter-Avetisyan kimi ermənilər tərəfindən aparılıb. Lalayanları azdan-çoxdan tanıdığımız üçün ehtimal edə bilərik ki, bu qazıntılar zamanı bizim üçün çox faydalı ola biləcək maddi mədəniyyət nümunələrinin bir qismi məhv edilmiş ola bilər. Yaxud da Ş. Bəhrəmoğlunun qeyd etdiyi kimi “erməni arxeoloqların tarixi abidədə aşkar edilən maddi mədəniyyət abidələrini özləri ilə aparmaları böyük ehtimaldır”.
Naxçıvanda kolanılarla bağlı dəqiq nəticə əldə etmək üçün 3 min il yaşı olan Xaraba Gilan nekropolu və miladdan min illər öncə Naxçıvan yaxınlığında mövcud olmuş Gilan (Golan) şəhəri araşdırılmalıdır. Bu isə bir araşdırmaçının deyil, bütöv bir ekspedisiyanın və ya institutun işidir.

Qarabağ kolanıları
Qarabağ kolanıların min illərdi məskunlaşdığı ərazilərdən biridir. Erkən orta əsrlərdə Qarabağ torpağında (böyük ehtimalla Ağdərə ərazisində) Kolanqat kəndinin olması çox şeydən xəbər verir. Tanınmış alban tarixçisi Musa Kolanqatlı da bu kənddən idi (bu tarixi şəxsiyyətin adı yanlış olaraq Musa və ya Moisey Kalankatiski yazılır). Orta yüzillik ərəb müəllifləri Əl-İstəxri (X yüzillik), İbn İdris (XII yüzillik) və digərləri öz əsərlərində Qarabağda Kolanqat adlı yaşayış yerinin olduğunu qeyd edirlər. Bəzi araşdırmaçılar Kolanqat kəndinin Tərtər çayının sahilində olduğu qənaətindədirlər. 19-cu yüzillik müəlliflərindən olan Mir Mehdi Xəzani “Kitabi-tarixe Qarabağ” adlı əsərində yazır: “Tərtər çayı sahilindəki Uşacıq künbəzindən yuxarı Göyçə gölünün sərhədinə qədər Kolanı məskənidir. ”
Qarabağda 20-ci yüzilliyə qədər böyük bir ərazi “Kolanı mahalı” adlanırdı. 19-cu yüzilliyə aid qaynaqlar və dövrün müəllifləri Kolanı mahalının Tərtərdən Göyçəyə qədər uzandığını qeyd edir. “Qarabağnamə”lərin müəlliflərindən olan Mirzə Adıgözəl bəy təxminən 200 il əvvəl – 19-cu yüzilliyin 1-ci yarısında – yazırdı: “Pənahəli xan Mehri, Güney mahallarnı Bərgüşada qədər Qaradağ hakiminin əlindən alıb özünə tabe etdi. Tatef və Sisyan mahallarını Naxçıvan hakimindən, Zəngəzur və Qapan mahallarını Təbriz bəylərbəyindən, Kolanıların məskəni olub Uşacıq kəndindən Göyçə sərhədinə qədər uzanan Tərtər çayı sahilindəki yerləri İrəvan hakimindən aldı”.
Zemfira Hacıyeva “Qarabağ xanlığı: sosial-iqtisadi münasibətlər və dövlət quruluşu” (Bakı – 2007) adlı monoqrafiyasında Kolanı mahalından bəhs edərək yazır: “Kolanılar mahalında 9 oymaqda cəmi 462 (203 vergi ödəyən, 259 ödəməyən) ailə vardı. Onun sakinləri müsəlman-azərbaycanlılar idi, əhalinin başlıca məşğuliyyəti isə maldarlıq və taxılçılıq idi. Mahalda hər bir oymağın öz hakimi vardı. Ən böyük oymaqlar 61 ailədən ibarət Qaravənd, 67 ailədən ibarət Qızılhacılı, 120 ailədən ibarət Dinnibayəhmədli oymaqlarıydı. Əhalisi yalnız azərbaycanlılardan ibarət idi”.
18-ci yüzillikdə Qarabağ xanlığı 21 mahaldan ibarət idi. Mahalları naiblər idarə edirdi. Həmin mahallar bunlar idi:
1. Sisyan 12. Çibbyurd
2. Dəmirçihəsənli 13. Xırdapara Dizaq
3. Küpara 14. Püsyan
4. Bərgüşad 15. Dizaq Cavanşir
5. Baqabyurd 16. Otuziki
6. Kəbirli 17. İyirmidörd
7. Tativ 18. Qaraçorlu
8. Cavanşir 19. Vərəndə
9. Talış 20. Dizaq
10. Xaçın 21. Acnan Türk
11. Kolanılar
Kolanı mahalı bu mahallar içərisində ən böyüklərindən biri idi.
İstər XIX-XX yüzillik müəllifləri, istərsə də daha əvvələ aid qaynaqları yazıya alanlar Qarabağ kolanılarını bu bölgədə yaşayan ən mərd, ədalətli və namuslu tayfalardan biri kimi xarakterizə etmişdir. Sovet hakimiyyəti qurulandan sonra bolşeviklərin ən həssas yanaşdığı türk soylarından biri məhz kolanılar idi. Sovet hakimiyyətinin qurulduğu ilk illərdə Qarabağda kolanılarla Sarov kəndində yaşayan ermənilər arasında münaqişə meydana gəlmişdi. Həmin ərəfədə Mir Cəfər Bağırovun da tərkibində olduğu qrup Qarabağa ezam olunur. Mövzu kolanılar olduğu üçün respublika rəhbərliyi məsələyə xüsusi həssaslıq və həyacanla yanaşır. Komissiya geri qayıtdıqdan sonra Mir Cəfər Bağırov rəhbərliyə yazılı hesabat verir. Hesabatda bəzi cümlələr durumu açılamaqla bərabər kolanıların xarakter cizgilərini əks etdirirdi: “Bizim işçilərin işə cinayətkar münasibəti nəticəsində sarovlular öz yerlərinə qayıtmaq əvəzinə onların bir hissəsi kolanıların torpaqlarında qaldı, bir hissəsi isə Sarova qayıtdı. Beləliklə, 5 min kolanılı yerləri müəyyən olunmadan qalmaqdadır. Kolanılar Qarabağın ən narahat tayfalarından biridir və əgər onlar indiyə qədər susublarsa, bu ancaq ona görədir ki, məsələnin hakimiyyət tərəfindən ədalətli həllini gözləyirlər”.
Əslində cəsurluqları və “narahat tayfa” olmaları hər zaman kolanıların qurbanlar verməsi ilə nəticələnmiş, zaman-zaman incidilmiş və sürgünlərə məruz qalmışlar. Kolanılar istər çar hökumətini, istərsə də Sovet rejimini işğalçı qüvvələr kimi tanımış, tabe olmaqdan israrla boyun qaçırmışlar. Kolanıların “narahat tayfa” olması hətta çar hakimiyyətinin başında duranları onlarla ehtiyatlı və həssas davranmağa vadar edirdi. Tarixçi professor Tofiq Vəliyev yazır: “I Nikolayın yerli əhalinin Rusiyaya münasibəti necədir? -sorğusuna cavab olaraq çar polkovninki öz məlumatlarında bildirib ki, bizim qanunlara yalnız kolanılar tabe olmaq isdəmirlər. Onlar keçmiş Naxçıvan, İrəvan, Qarabağ və Şirvan xanlıqları ərazilərində yaşayırlar. Çox cəsurdular, verdikləri sözün ağasıdırlar. ”
1920-30-cu illərdə də Qarabağ ərazisində sovetləşməyə və kolxozlaşmaya qarşı ən çox dirəniş göstərən kolanılar idi.
1918-ci ildə erməni-bolşevik birləşmələrinin Azərbaycan türklərinə qarşı törətdiyi soyqırım cəhdində də ən çox zülmə məruz qalan kolanılar olmuşdu. Bunu Azərbaycan Xalq Cümhuriyyəti dönəmində yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının üzvü N. Mixaylovun məruzəsində aydın şəkildə görmək mümkündür. Həmin məruzədə deyilir: “Beləliklə bütünlükdə Cavanşir qəzasının yalnız Kolanı İcmasının kəndləri talan edilmişdi. 1917-ci ilin dekabr ayından başlayaraq, erməni silahlı quldur dəstələri yuxarıda adı çəkilən müsəlman cəmiyyətinin kəndlərinə soxularaq, kənd sakinlərinin evlərinə silahlı keşikçi dəstələri qoyur, kolanılılardan Ermənistan Respublikasına tabe olmağı tələb edir, onları vergilərlə yükləyərək, öz xeyirləri naminə müsəlmanlardan öz dövlətləri üçün vergi adı altında böyük pul məbləğləri qopardırdılar”. (AR Dövlət Arxivi, fond 970, siyahı 10, iş 161)
Qarabağ döyüşləri zamanı Kolanılar xüsusi qəhrəmanlıq göstərmişdilər. Erməni hücumlarının və vəhşiliklərinin qarşısını almaq üçün 1990-cı illərin əvvəllərində “Kolanı” təşkilatı yaradılmışdı. Həmin illərdə respublika mətbuatı tərkibində döyüşçü oğulları birləşdirən bu təşkilat haqqında qürur dolu yazılar yayımlayırdı. “Azad Azərbaycan” qəzeti yazırdı: “Vəziyyətdən çıxmaq üçün dörd kəndin qeyrətli oğullarını birləşdirmək üçün təşkilat yaratmaq lazım idi. Belə bir təşkilat yarandı. (16 dekabr 1992-ci il)”. “Müxalifət” qəzeti yazırdı: “Bu vaxta qədər qeyri-formal “Kolanı” təşkilatı dəfələrlə düşmən arxasına keçir, erməni faşistlərinə dinclik vermirdilər”.
Qərbi Azərbaycan (Ermənistan) kolanıları
Araşdırmalar göstərir ki, kolanı türkləri əski türk yurdu olan Qərbi Azərbaycanda – Ermənistanda miladdan yüz illər öncə də yaşamışlar. Bu bölgənin tarixini araşdıran bəzi alimlərimiz hələ bizim eradan yüz illər əvvəl burada Kol (Kul) tayfalarının yaşadığını qeyd edir.
Orta yüzilliklərə aid sənədlərdə qərbi Azərbaycanda Kolanı adlı yurd yerlərinin və kolanı el böyüklərinin (Şahverdi bəy Kolanlı, Emin bəy Kolanlı və sair) adları çəkilir.
Son dövrlərə qədər Ermənistan ərazisində bir neçə Kolanı adlı yer və yaşayış məntəqəsi olub. Onlardan bəzilərini xatırlayaq:
Aralıq Kolanlı – İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonu ərazisində kənd olub. Rayon mərkəzindən 6 km cənub-qərbdə, Alagöz dağının qərb tərəfində yerləşirdi. Erməni mənbələrində kəndin adı həm Aralıq, həm də Aralıq Kolanlı formalarında qeyd edilib. Kənddə 1831-ci ildə 284 nəfər, 1873 – cü ildə 676 nəfər, 1904 – cü ildə 768 nəfər, 1919 – cu ildə 1118 nəfər azərbaycanlı olub. Araşdırmaçı alim İbrahim Bayramovun “Qərbi Azərbaycanın türk mənşəli toponimləri” (Bakı – 2002) adlı əsərində yazdığına görə “1919 – cu ilin sonunda kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 224 nəfər, 1926-cı ildə 248 nəfər, 1931-ci ildə 294 nəfər azərbaycanlı yaşamışdır”.
1978-ci ildə kəndin adı Ermənistan hökuməti tərəfindən dəyişdirilərək Qriboyedov adı qoyulmuşdur.
Kolagirən – Ermənistanda Yeni Bayazid ərazisində olub. Erməni qaynaqlarında kəndin adı Kolaqran şəklində yazılıb. Kəndin adının ilkin variantının Kolanı qırılan olduğu ehtimal edilir. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Kolanıqırılan (Kölagirən, Kolaqran) kəndinə ilk ermənilər köçürülməyə başlanmışdır. 1905-1906-cıillərdə erməni-türk (azərbaycanlı) münaqişəsi zamanı kənddə yaşayan türklərə qarşı qırğınlar törədilmiş, daha sonra türklər kənddən deportasiya edilmişdir. 1935-ci ildə kəndin adı dəyişdirilərək Dzovinar qoyulmuşdur.
Kolanlı – Ermənistanda Eçmiədzin qəzasında, Zəngibasar (Masis) rayonu ərazisində kənd olub. Kəndin digər adı “Kolanlı Aralıq” olub. 1948-1949-cu ildə bu kəndin əhalisi zorla deportasiya edilərək, kənd ümumiyyətlə ləğv edilir.
Kolanlı – Bu kənd Ermənistanda Vedi (Ararat) rayonunda olub. Erməni sənədlərində bu kəndin adı bəzən Kolani kimi də qeyd edilib. Bu kəndin əhalisi də 1948-1949 ildə deportasiya edilmiş və kənd yaşayış yeri kimi tarixdən silinmişdir.
Şor kolanlı – Zəngibasar (Masis) rayonunnun ərazisində, Araz çayının sahilində olub. 1918-ci ildə kəndin əhalisi deportasiya edilmişdir. Deportasiya zamanı xeyli sayda insan həyatını itirir. Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərinin bir qismi əzəli torpaqlarına geri dönür. Lakin bu dönüş də uzun çəkmir. 1988-ci ildə Şor kolanlı əhalisinin türkləri öz dədə-baba torpaqlarından yenidən deportasiya edilir.
Bunlardan başqa Ermənistanın Hamamlı (Spitak) rayonunda Goran adlı bir kənd olub. Güman ki, bu kəndin də əsası kolanı türkləri tərəfindən qoyulmuşdur. Goran tayfası Kolanı türk soyunun qollarından (tirələrindən) biridir.

Şirvan və Muğan kolanıları
Kolanıların Şirvana gəldiyi tarixi dəqiq bəlli deyil. Lakin əminliklə demək olar ki, Şirvanda kolanıların məskunlaşma tarixi Naxçıvanda, Qarabağda və Ermənistan ərazisində olduğu qədər qədim deyil. Böyük ehtimalla kolanılar bu ərazilərə 16-cı yüzillikdə gəlməyə başlamış və bu proses 18-ci yüzilliyin sonlarına qədər davam etmişdir. Coğrafiyaşünas Nurəddin Bəndəliyevin bu sahədəki müəyyən araşdırmaları istisna olmaqla Şirvan kolanıların tarixi indiyə qədər elmi şəkildə araşdırmaya cəlb edilməmişdir. Ayrı-ayrı müəlliflər Şirvan kolanıları ilə bağlı publisistik yazılar yazmışlar. Lakin bu yazılarda da Şirvan kolanılarının tarixi, etnoqrafiyası və bu günki durumu subyektiv şəkildə dəyərləndirilmiş, hər hansı tutarlı tarixi sənədə istinad edilməmişdir. Bu səbəbdən də Şirvan kolanılarının məskunlaşma tarixi cəmi bir neçə yüz il olmasına baxmayaraq xeyli açılmamış məqamlar var. Ən başlıcası isə Şirvan kolanılarının ilk dəfə bu ərazilərə nə zaman və hansı səbəbdən köçməsi dəqiq bəlli deyil. Bu barədə müəlliflər tərəfindən yalnız ehtimallar üzərində fikir yürüdülmüşdür.
1500-cü ildə Səfəvi-Qızılbaş döyüşçüləri ilə Dərbəndlilər sülaləsindən olan Şirvanşah Fərrux Yassar arasında qanlı vuruşma olur. Bu vuruşma Şamaxı yaxınlığındakı Cabanı düzündə baş verir. Nəticədə Səfəvilər qalib gəlir, Fərrux Yassar öldürülür. 1501-ci ildə isə bildiyimiz kimi İsmayılın başçılığı ilə Səfəvi dövlətinin əsası qoyulur. Vuruşdan sonra Səfəvi qoşunun bir hissəsi Şamaxı ərazisində yerləşir. Məsələn, Qobustan rayonunun Poladlı kəndində yaşayan yerli əhali əslən Səfəvi-Qızılbaşlardır. Səfəvi-Qızılbaş hakimiyyəti möhkəmləndikdən sonra güney Azərbaycandan bəzi türk tayfalarının bir hissəsi Şirvan ərazisinə köçürülür. Kolanı və eləcə də Cəyirli türklərinin bir hissəsi 16-cı yüzillikdə Qızılbaşlar tərəfindən Şamaxıya köçürülən elatlardan biri idi. Böyük ehtimalla bu boylar Şamaxı ərazisinə Qızlbaşlığı yaymaq və bu ərazilərdə hakimiyyətin möhkəmlənməsi məqsədi ilə köçürülmüdü. Kolanılar əvvəldən sona qədər Qızılbaş hakimiyyətinin güvənli tərəfdarlarından olmuşdu. Təsadüfi deyil ki, 1736-cı ildə Qızılbaşların süqutundan sonra hakimiyyətə gələn Nadir şah kolanılara divan tutmuşdu. Minlərlə kolanı türkünü güney Azərbaycandan Əfqanıstana sürgün etmişdi. Nədən ki, Qızılbaş hakimiyyətinin güvənli tərəfdarı olan Kolanı bəyləri Nadirin 1736-cı il martın 21-də Muğanda – Kürlə Arazın qovuşduğu yerdə keçirdiyi qurultaya – tacqoyma mərasiminə qatılmamışdı.
Şamaxıya köçürülən kolanılar ilk vaxtlarda bu bölgənin quzey torpaqlarına Qızmeydanı (böyük ehtimalla ilk variantda Quzmeydanı və ya Oğuzmeydanı olub) və Xilmilli ərazilərinə yerləşmişdi.
Haşiyə: Xilmilli sözü Xol və Qol sözündən yaranmış ola bilir. Azərbaycanda bu adda soyun mövcud olması ilə bağlı ciddi versiyalar var. Neftçala rayonunda Xıllı, Xolqarabucaq, Qoltuq adında yaşayış məntəqələri var. Bu yer adlarının da etimologiyası Xol (Xıl, Qol) etnosunun adı ilə bağlı ola bilər. Bu baxımdan ilk vaxtlar Şirvana köç edən oğuzmənşəli kolanı türklərinin məhz Qızmeydanı (Quzmeydanı, Oğuzmeydanı) və Xilmilli ərazisinə yerləşməsi düşündürücü məqamlardır.
Kolanıların Şirvan ərazisinə köçü 18-ci yüzilliyin sonuna qədər davam etmişdi. Bura köç edən kolanılar eyni bölgədən gəlmirdi. Şirvana yerləşən kolanılar əsasən Naxçıvandan, Qarabağdan və güney Azərbaycandan gələnlər idi. Güneydən gələn kolanılar Savalan dağının ətəklərindən gəldiyinə inanırlar. Yaşlı nəslin uşaq ikən böyüklərindən eşitdiklərinə görə Savalandan gələn kolanılar əslən Xorasan türklərindəndir. Xorasanın ən əski türk yurdlarından olması danılmazdır.
Rusiya İmperiyasının quzey Azərbaycanı işğalından sonra bu ərazilərdə ruslaşdırma siyasəti aparılmağa başlanır. 19-cu yüzilliyin ortalarında Xilmilliyə ruslar köçürülür. Qızmeydanı ərazisində isə ruslardan ibarət Astraxanka kəndi yaradılır. Rus kəndlərinin məhz bu ərazilərdə salınması əslində kolanıların parçalanması və zəifləməsi məqsədi ilə həyata keçirilirdi. Bundan sonra kolanılar müxtəlif yerlərə köç etməyə başlayır. Bir hissəsi Şamaxı yaxınlığına, indiki Sabir kəndi ərazisinə yerləşir. Böyük qismi isə Qubanın, Şabranın və Siyəzənin ərazilərinə köçür. Hazırda Siyəzən rayonunda Kolanı adlı kənd var. Bu kəndin əhalisi məhz həmin köç zamanı Şamaxıdan gedib Siyəzəndə kənd salmışdılar. Sonralar Bakı yaxınlığına – Fatmayı və Kürdəxanı kəndlərinə də köçənlər olur. Kolanılardan bir neçə nəsil Sabir ərazisindən Şamaxının güney hissəsində yerləşən Girdə yaylasına köçür. Girdə yaylası bura köçənə qədər yüz il idi ki, heyvandarlıqla məşğul olan kolanıların qışlaq ərazisi idi. 20-ci yüzilliyin ortalarına qədər Kolanılar qışı Girdədə və Girdədən güneydə “Qışlaq yurdu” (“Qışlaq yurdu” hazırda Hacıqabul rayonunun ərazisindədir) adlandırdıqları yerdə keçirirdilər.
Kolanıları Girdə ərazisində də rahat buraxmırlar. Sovet hakimiyyəti qurulandan sonra Şamaxı kolanılarının daha əzablı günləri başlayır. Elin qabaqcıl insanları və imkanlı şəxsləri xüsusi təqiblərə məruz qalır. 1937-ci il repressiyası bu kəndin də əhalisindən yan keçmir. Daha pisi isə 1950-ci ildə Mir Cəfər Bağırov tərəfindən tərəkəməliyin ləğv edilməsi olur. Tərəkəməliyin ləğvindən sonra Girdə yaylasında Dağ Kolanı kəndi kimi tanınan kolanı obası sürətlə dağılmağa başlayır. Əhali ətraf bölgələrə səpələnməyə başlayır. Nəticədə kolanı ağbirçəklərinin və ağsaqqallarının təbirincə desək, “kolanılar hamısı yurddan didərgin oldu”. Girdəni tərk etmək zorunda qalan kolanıların bir qismi yaxınlıqdakı Poladlı (Qobustan rayonu) kəndində yerləşir.
Muğan ərazisində olan kolanıların böyük əksəriyyəti Şamaxı ərazisindən köç edənlərdi. Bu köç 19-cu yüzilliyin sonlarında başladı, 20-ci yüzilliyin sonlarında tamamlandı. Şamaxıdan Muğan ərazisinə köç edən kolanılar Hacıqabulda, Sabirabadda, Şirvanda, Salyanda, Neftçalada, qismən də Biləsuvarda yerləşdi. Hazırda adını çəkdiyim bu rayonların çoxunda Kolanı adlı kəndlər var. Şamaxıdan bu yerlərə köçmələrindən 60-70 il keçməsinə baxmayaraq, hələ də yaşlı nəsil dönə-dönə “öləndə məni dədə-baba torpaqlarımızda basdırın” –deyə vəsiyyət edir. Və cənazələr hələ də Girdə yaylasına və ya kolanıların “Qışlaq yurdu” adlandırdıqları ərazidə olan qəbiristanlığa aparılır.
Kolanı ağsaqqallarının və ağbirçəklərinin “kolanılar hamısı didərgin oldu”- qənaətində həqiqət var. 17-18-ci yüzillikdə Şamaxı kolanılarının bir qəbiristanlığı vardı. Bu qəbiristanlıq Şamaxının quzeyində Qızmeydanı tərəfdə idi. Son yüz illərdə Qubadan Biləsuvara, Neftçaladan Sabirabada qədər ayrı-ayrı yerlərə səpələnən Şirvan kolanılarının indi Qobustanda, Hacıqabulda, Sabirabadda, Neftçalada, Siyəzəndə, Fatmayıda, Kürdəxanıda və digər yerlərdə ayrı-ayrı qəbiristanlığı var. 20-ci yüzilliyin 2-ci yarısına qədər Şirvan kolanılarının ağsaqqallarının demək olar ki, çoxu bir-birini yaxşı tanıyırdı, bir-birinin xeyrində-şərində iştirak edirdi.
Haşiyə: Kolanılar haqqında araşdırma apardığım üçün son 20 ildə yaşlı nəslin əllidən artıq nümayəndəsi ilə görüşmüşəm. Onlardan biri – Şirvanın Hacıqəhrəmanlı kəndində yaşayan 90-a yaxın yaşı olan Hacı Şəfi maraqlı bir bilgi verdi. O, dedi ki, “1941-ci ildə babanın (söhbət babam Molla Allahyardan gedir) Ağdamın Paprəvənd kəndində yaşayan kolanı qohumlarından bir qonağı gəlmişdi”. Deməli 20-ci yüzilliyin 1-ci yarısına qədər nəinki Şirvan kolanıları, hətta bütün Azərbaycan kolanıları arasında gediş-gəliş əlaqəsi olub. Qarabağdan Şirvana, Şirvandan Qarabağa kolanı qızları gəlin köçüb. 20-ci yüzilliyin sonlarına doğru bu əlaqələr tamamilə kəsildi. İndi artıq eyni mahalda yaşayan kolanılar ayrı-ayrı kəndin sakinləri kimi bir-birindən xəbərsiz öz həyatlarına davam edirlər.
Deməli, Nadir şahdan üzü bəri Çar İmperiyasının və Sovet rejiminin – Mir Cəfər Bağırovun “çox narahat tayfa”, çar polkovnikinin “çox cəsur” adlandırdıqları kolanı türklərini parçalamaq və zəiflətmək planı addım-addım həyata keçirildi.

Azərbaycandan kənarda yaşayan kolanılar
Yazının əvvəlində qeyd etdiyimiz kimi kolanılar çox geniş regionda – bir neçə ölkənin ərazisinə yayılmışlar. Orta Asiya respublikalarında, Sibir ərazilərində, Əfqanıstanda, İranda, Türkiyədə, İsraildə, Suriyada və digər yerlərdə kolanıların özünə və ya izinə rast gəlinir. Bu ölkələrin hər birində kolanı adının izini özündə saxlayan yer adları geniş yayılmışdır. Bir çoxunda isə özünü kolanı sayan türklər indi də yaşamaqdadır. Qazaxstanda, Türkmənistanda və Özbəkistanda Gulan, Gulançı, Gulanbay, Kulan-Qıpçaq, Kulan, Kulanbel, Kulan çayı, Golan, Kolan yer adları min illər buranın sakini olmuş kolanı türklərinin silinməyən izləridir. Erkən orta yüzilliklərdə Qazaxstan ərazisində Kulan və ya Kolan adlı şəhərin olması məlumdur. Bu tarixi şəhər öz adını Kol türklərinin adından götürmüşdü. Güman ki, bu şəhərin əsasını Kol türkləri və ya Kolan türkləri qoymuşdular. Təəssüflər olsun ki, bəzən yanlış olaraq, bunun əksini – kolanı soyunun adını bu şəhərdən götürdüyünü yazırlar.
Güney Azərbaycanda və Türkiyədə də kolanı türklərinin adıyla bağlı onlarla yer adı mövcuddur. Lakin bu adlar üzərində dayanmırıq. Nədən ki, niyyətimiz ölkəmizdən kənarda kolanı soyu ilə bağlı mövcud olan yer adlarını sadalamaq deyil.
Azərbaycandan kənarda yaşayan kolanılar haqqında danışarkən, İsrail və Suriya kolanıları üzərində bir qədər geniş dayanmağı gərəkli hesab edirik. O səbəbdən ki, son on illiklərdə Yaxın Şərqdə baş verən münaqişlərdən ən çox əziyyət çəkənlərdən biri bu ərazilərdə yaşayan Kolanı türkləridir.

Bir qədər başıbəlalı Kolan təpələri haqqında
Kolan təpələri 1967-ci ilə qədər Suriya torpaqları olub. Bəzən yanlış olaraq bura Colan və ya Golan təpələri, buranın yerli türklərinə isə colan və ya golan türkmənləri də deyirlər. “Suriyada Türkmanları yaşadıqları bölgələr üzrə beş yerə ayrırlar. Lazkiyə bölgəsində yaşayanlara Bayır-Bucak Türkmanları, Hələb və Rakka bölgəsində olanlara Hələb Türkmanları, Hama və Humus bölgəsində yaşayanlara Hama və Humus Türkmanları, Şam bölgəsində yaşayanlara Şam Türkmanları, Colan (Kolan –N.H) təpələrində yaşayanlara isə Colan (Kolan-N.H) Türkmanları deyirlər” (Əli Şamil, “Colan türkmanları”, Bakı – 2014).
1967-ci ildə İsrail ilə ərəb dövlətləri arasında cəmi 6 gün sürən müharibədən sonra Kolan təpələrinin böyük qismi İsrailin nəzarətinə keçdi. Bakı Dövlət Universitetinin dosenti, araşdırmaçı alim Vüqar Zifəroğlu “İranın İsraillə “Kolan təpələri düyünü” adlı məqaləsində buranı belə xarakterizə edir: “Kolan təpələrinin ciddi strateji əhəmiyyəti olduğu məlumdur. Ən azından şirin su ehtiyatları son dərəcə məhdud olan İsrail və ərəb ölkələri üçün həmin ərazi, cənnətin özüdür”. Göründüyü kimi kolanılar min illər öncə regionda yaşamaq üçün ən əlverişli yeri özləri üçün əbədi yurd yeri seçmişdilər. Suriyada yaşayan kolanıların çoxu bu günə qədər öz dillərini qoruyub saxlamışlar. Görünür, onların öz dillərini və adət-ənənələrini qoruyub saxlamaqda Suriyanı yüz illər boyu türklərin (Tulunilər, Səlcuqlar, Osmanlılar və sair) idarə etməsinin də rolu olub.
Kolan təpələri İsrail tərəfindən ələ keçirildikdən sonra buranın yerli əhalisi – kolanılar qaçqın durumuna düşdü. Onlar Kolan təpələrinin Suriyada qalan qisminə və Suriyanın digər bölgələrinə yerləşdilər. Uzun illər yenidən öz əzəli torpaqlarına – Kolan təpələrinə qayıtmaq ümidi və həsrəti ilə yaşadılar. Lakin gözlədikləri kimi olmadı, əksinə, 2011-ci ildə Suriyada qanlı toqquşmalar baş qaldırdı. Kolanılar ikinci dəfə qaçqın oldular. Son illərin ixtişaşları zamanı onların çoxu Türkiyə ərazisinə keçdilər. Türkiyəli professor Ümid Özdağ “Suriya türkləri” adlı məqaləsində haqlı olaraq kolanıları Suriyanın “ən şanssız” türkləri adlandırır.
1967-ci ilə qədər Kolan təpələri adlanan ərazidə 15-ə yaxın, bəzi araşdırmaçılara görə isə 20 kənd kolanı türklərinin məskunlaşdığı kəndlər idi. Bu kəndlərdə yaşamış və qaçqın düşmüş Kolanı türklərinin ümumi sayının 70-75 min olduğu deyilir.
Kolanıların keçdiyi tarixi yola nəzər saldıqda gerçəkdən onların “ən şanssız” türk soylarından biri olduğu görünür. Quzey Azərbaycanda və Ermənistan ərazisində istər çar dönəmində, istərsə də Sovet İmperiyası zamanı ən çox əziyyət çəkən “yurddan didərgin olan” toplumlardan biri kolanı toplumu oldu. Eləcə də 1967-ci ildə İsrail ilə ərəb dövlətləri arasında gedən savaşda və son illər Suriyada cərəyan edən hadisələrdə ən çox əziyyət çəkən soylardan biri məhz kolanı türkləri oldu. İsraildən qaçqın düşəndən sonra hələ toparlanmamış yenidən qaçqın oldular. 2016-cı ildə kolanı türkü olan suriyalı jurnalist Semih Eyyub mətbuatda yazırdı: “Kolan xalqı 40 ilə yaxındır, Suriya rejiminin işğal altındakı torpaqların özgürlüyünə qovuşacağını vəd edən saxta şüarlar altında yaşadı”.
İsrail dövlət kimi var olduğu sürəcə Kolan təpələri kimi çox mühüm ərazini əldən verməyəcək. Ötən il İsrailin Baş naziri Netahyahu ölkəsinin nazirlərini məhz Kolan təpələri ərazisində toplayaraq iclas keçirdi və buradan qarşı tərəfə mesaj ünvanladı: “İsrail Kolan təpələrini sonsuzadək əlində tutacaq”. Bizim üçün önəmli olan bu təpələrin İsrailin və ya Suriyanın nəzarətində olması deyil, Kolanıların əzəli torpaqlarına qayıdıb, min illik həyatlarına rahat şəkildə davam etməsidir. İnanırıq ki, nə zamansa bu sorun öz həllini tapacaq. İsrail kolanılarının bu düşüncədə olduğunu deyə bilmərəm, amma onlar da bu inamdadırlar. “Kolan türkləri Əməl Dərnəyi”nin ictimaiyyətlə əlaqələr rəhbəri Ziyad Məhəmmədin dediyi kimi “Kolan xalqı nəsillərin dəyişməsinə baxmayaraq, haqlarından və torpaqlarından vaz keçmədi, geri addım atmadı”. Deməli, nə zamansa bu inamın gerçəkləşməsinə inanmaq üçün əsasımız var.

İnamlı sonluq və ya tarixdə iz qoymuş ünlü Kol(an)lar;

Kül Tikin və ya Kol Tikin
Doğu Göytürk Xaqanlığını qardaşı Bilgə Xaqanla birgə yönətirdi. Əsasən hərbi işlərə rəhbərlik edirdi. O, Kutluq (İlteriş) Xaqanın oğlu idi. 684-cü ildə anadan olmuş, 731-ci ildə ölmüşdü. Türkün daş yaddaşı olan Orxon-Yenisey abidələrində və əski Çin qaynaqlarında adı sıx-sıx keçir. Cəsur ordu başçısı və yenilməz döyüşçü kimi öyülür. Çin qaynaqları Kül Tikindən bəhs edərkən “Yenilməz döyüşçü” ifadəsini işlədir. Orxon-Yeniseydəki daş abidələrdən biri məhz Kül Tikin abidəsidir. Bu abidəni onun ölümündən sonra qardaşı Bilgə Xaqan yazdırmışdı. Daş üzərində olduqca diqqətçəkici bir məqam var: Bilgə Xaqan yazıda Kül Tikini “Apa” deyə yad etmişdir. Bu söz əski türk dilində “böyük, ulu, uca” və ya “böyüyüm” anlamını verir. Böyük qardaşa və ataya müraciət forması kimi işlənirdi. Çox maraqlıdır ki, indinin özündə də Kolanı türkləri arasında böyüyünə, atasına “Apa” (Əpə) deyə müraciət edənlər var. Elə bu bu yazının müəllifi atasına məhz belə müraciət edirdi.

Kul Baş
Dədə Qorqud dastanlarında adı keçir. Kül Tikinlə eyni soya və ya eyni sinfə mənsub olduğunu söyləmək olar. Nə yazıqlar ki, bəzi araşdırmaçılar məsələnin dərininə getmədən bu adın izahını çağdaş fars dilində axtarırlar. Məsələn, “Xilbaş sözünün təhrif edilmiş” variantıdır. Fonetik təhrifin əks istiqamətdə getdiyini, Qılbaş sozünün fars dilində “Xilbaş” kimi tələffüz edildiyini düşünmək daha doğru olardı” – düşüncəsində olanlar var (S.Əlizаdə. “Кitаbi-Dədə Qоrqud” аntrоpоnimiyаsının еtimoloji əsаslаrı. Аzərbаycаn оnоmаstiкаsı prоblеmləri, III, Bакı, 1990). Türkoloq V.V. Bartold isə bu sözü məhz Kulbaş (Kul Baş) şəklində yazır. Fəzlullah Rəşidəddinin “Oğuznamə”sində isə Kul Başın adı Sarı Kul Baş olaraq keçir (Fəzlullah Rəşidəddin “Oğuznamə”, Bakı, Azərnəşr – 1992).
Kul Çor
699-cu ildə paytaxtı Balasaqun olan Türkeş dövləti quruldu. Bu dövlət 766-cı ilə qədər mövcud oldu. Kul Çor bu dövlətin ən qüdrətli xaqanlarından biri idi. 720-ci illərdə hələ xaqan olmazdan öncə Türküstana soxulan işğalçı Əməvi qoşunlarına qarşı dirəniş göstərmişdi. Onun komandanlığı altında savaşan Türkeş ordusu Əməvi orduları üzərində parlaq qələbə qazanmışdı. Türkeşlərin qələbəsindən sonra Əməvilər Orta Asiyadan geri çəkilmişdi. Kul Çor 738-ci ildə Türkeşlərin xaqanı oldu. Xaqan olandan sonra adını dəyişib Baka Tarkan qoymuşdu.
Kül Xaqan və ya Kol Xaqan
742-ci ildə Türküstanda qüdrətli bir dövlət tarix səhnəsinə çıxdı. Bu, Uyğur Xaqanlığı idi. Kül Xaqan (Kol Xaqan) bu xaqanlığın ən ünlü başçılarından biri olmuşdu. O, həm də bilgəliyinə görə Bilgə Kül Xaqan kimi də tanınırdı. Kül Xaqan 744-cü ildən 747-ci iləqədər xaqan olmuşdu.
Kol Erki Xan
Oğuz Xaqan dastanında və Fəzlullah Rəşidəddin “Oğuznamə”sində adı keçir. Fəzlullah Rəşidəddinin “Oğuznamə”də yazdığına görə Kayı İnal Yabqudan sonra onun oğlu Tuman böyüyənə qədər dövlət başçısı olmuşdu. Kayı İnal öləndə oğlu Tuman yaşca kiçik olduğu üçün dövləti onun naibi (səlahiyyətli nümayəndəsi) Kol Erki Xan yönətmişdi. Tuman böyüyüncə dövlətin başçısı olmuş və Kol Erki Xanın qızı ilə evlənmişdi. Tuman da bir qədər xaqanlıq etdikdən sonra taxta Kol Erki Xanın qızından olan oğlunu gətirmişdi. Çox böyük ehtimalla bu olay miladdan yüz illər öncə Oğuz-Sak dövlətində baş vermişdi, Kol Erki Xan da Oğuz-Sak dövlətinin başçısı olmuşdu.
Bu və bu kimi örnəklər bəlli edir ki, kolanı türkləri miladdan yüz illər öncə Kül və ya Kol adıyla ayrıca türk boylarından biri kimi tanınmışdılar. Kol türkləri ən əski Sak-Oğuz soylarından biridir və min illər əvvəl ayrı-ayrı türk dövlətlərinin qurulmasında və yönətilməsində fəal rol oynamışdılar. Onların arasında ünlü ordu komutanları, xaqanlar və bilgə dövlət adamları vardı. Yuxarıda örnək gətirdiklərimiz onlardan yalnız bir qismidir.

Qaynaqlar:
1. “Dədə Qorqud Kitabı. Ensiklopedik lüğət” (Bakı – 2004)
2. Ə.Rəcəbli “Qədim türk yazılı abidələri” I və II cild (Bakı – 2009)
3. Əlisa Şükürlü “Qədim türk yazılı abidələrinin dili” (Bakı – 1993)
4. F.Rəşidəddin “Oğuznamə” (Bakı – 1992)
5. N.Vəlixanlı “IX-XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında” (Bakı – 1974)
6. B.Ögel “Türk Mitolojisi” (Ankara – 1995)
7. F.Sümər “Oğuzlar” (Bakı – 1992)
8. M.Kaşğari “Divanü lüğat-it-Türk” dörd cilddə, Tərcümə edən və nəşrə hazırlayanı Ramiz Əskər (Bakı – 2006)
9. Əzizxan Tanrıverdi “Kitаbi-Dədə Qоrqud”un söz dünyаsı” (Bakı – 2006)
10. Araz Qurbanov “Damğalar, rəmzlər. Mənimsəmələr” (Bakı – 2013)
11. Xaqani Ədəboğlu “Türkçülükdə “Səlcuqlu” xəstəliyi” (Bakı – 2015)
12. S.A. Məmmədov “Erməni iddiaları: Tarixdən bu günə. ” (BDU xəbərləri, 2012 N4)
13. Q.Qeybullayev “Azərbaycan türklərinin təşək­külü tarixindən” (Bakı- 1994)
14. Q.Qeybullayev “Qədim türklər və Ermənistan” (Bakı – 1992)
15. B.Ə. Budaqov, Q.Ə.Qeybullayev “Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti” (Bakı – 1998)
16. Tofiq Mustafazadə “Qarabağ xanlığı” (Bakı – 2010)
17. Qalibə Hacıyeva “Cənubi Azərbaycan toponimləri” (Bakı – 2008)
18. Nicat Çətinkaya “İqdır tarihi” (TDAV, İstanbul – 1996)
19. Digitçioğlu Sencer “Oğuzdan Selçukluya” (İstanbul – 1994)
20. Quliyev Ə.A. “Qədim türk onomastikası” (Bakı – 2007)
21. Əli Şamil “Colan türkmanları” (Bakı – 2014)
22. Əliyev F.M. Əliyev M.M. “Naxçıvan xanlığı” (Bakı – 1996)
23. Əliyev F.M. Əliyev U. F. “İrəvan xanlığı” (Bakı – 1997)
24. Abbasova M.Ə. Bəndəliyev N.S. Məmmədov X.H. “Böyük Qafqazın cənub-şərq hissəsinin toponimiyası” (Bakı – 1993)
25. Hüseynov Y. “Qarabağnamələr” Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi (Bakı – 2007)
26. Mir Mehdi Xəzani “Kitabi-Tarixi Qarabağ” (Bakı – 1991)
27. Mirzə Adıgözəl bəy “Qarabağnamə” (Bakı – 1989)
28. Ş. Savalan “Qaradağ mahalının tayfaları:Tarixdə və günümüzdə” (Strateq.az saytı)
29. Zemfira Hacıyeva “Qarabağ xanlığı: sosial-iqtisadi münasibətlər və dövlət quruluşu” (Bakı – 2007)
30. Vaqif Arzumanlı Nazim Mustafa “Tarixin qara səhifələri” (Bakı – 1998)
31. İbrahim Bayramov “Qərbi Azərbaycanın türk mənşəli toponimləri” (Bakı – 2002)
32. Rüstəm Kocadurmuşoğlu “Kolan türkmənləri” (bilgeata.com)
33. Vüqar Zifəroğlu “İranın İsraillə “Kolan təpələri düyünü” (Aziya.info saytı)
34. Şahin Bəhrəmoğlu “Kolanı tayfasının mənşə yi” (http://archive.is/30tHf)
35. Namiq Hacıheydərli “Əski türk dövlətləri” (Strateq.az saytı)
Saytlar (linklər):
1. http://www.varliginsesi.com/vs1339.htm
2.http://genocide.preslib.az/az_s4.html
3.http://www.xankendi.az/mart_fam,430/lang,az/
4.http://www.haber10.com/dunya/suriye_halki_esed_ve_israil_in_isgalinde-636103
5.http://www.haber10.com/etiket/golan_turkleri_el_emel_dernegi-34419
6.http://cebhe.info/oxu.php?id=35684/

Namiq Hacıheydərli
Ovqat.com

Dəyərli oxucular!
Araşdırma barəsində düşüncə və təkliflərinizi müəllifin aşağıda göstərilən elektron ünvanına yazıb göndərə bilərsiz:

Ana səhifəyə qayıt Baxış: 16 858 Tarix: 21-04-2017, 11:43

Haqqinda.az

Budaqov Budaq Əbdüləli oğlu (28 fevral, 1928-ci il, Çobankərə, Zəngibasar bölgəsi, Qərbi Azərbaycan – 1 noyabr, 2012-ci il, Bakı) – Azərbaycan coğrafiyaçısı, publisist, coğrafiya elmləri doktoru (1967), professor (1969), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru.

Budaq Budaqov 1928-ci il 28 fevralda Qərbi Azərbaycanda Zəngibasar bölgəsinin Çobankərə kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir.

Yerevanda Azərbaycan Dövlət Pedaqoji məktəbində təhsilini davam etdirmişdir (1943-1947). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olmuşdur (1947). Moskvada SSRİ EA Coğrafiya İnstitutunda aspiranturanı bitirdikdən sonra (1951-1955) “Cənubi-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası” adlı namizədlik (1955) və “Azərbaycanın Böyük Qafqaz hissəsinin geomorfologiyası və yeni tektonikası” adlı doktorluq (1967) dissertasiyalarını müdafiə etmişdir.
Şəcərəsi
Yavıx
Budaq
Əbdüləli
Budaq

Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda kiçik elmi işçi (1955-1958), böyük elmi işçi (1958-ci ildən) olmuşdur. Burada Landşaftşünaslıq şöbəsinin müdiri (1967-1974), elmi işlər üzrə direktor müavini (1974-1988) işləmişdir. Hazırda həmin institutun direktoru vəzifəsində çalışır (1988-ci ildən). Azərbaycan EA müxbir üzvü (1976) və akademik (1989) seçilmişdir. Ədəbi, elmi yaradıcılığa tələbəlik illərindən başlamışdır. Onun elmi əsərləri Azərbaycanda, həmçinin xaricdə – Rusiya, Hindistan, Polşa, Türkiyə və İran elmi və dövri mətbuatlarında çap olunmuşdur. “Cənubi-Şərqi Qafqazın geomorfologiyası və yeni tektonikası” (1973) elmi əsəri keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin N.Prjevalski adına qızıl medalına layiq görülmüşdür. Onun yaradıcılığında elmi-kütləvi, elmi-publisistik məzmunlu məqalələr geniş yer tutur. Onun “Ən yüksək zirvələrdə”, “Canlı adalar”, “Qərq olmuş dağlar”, “İki mərtəbəli çay”, “Üzən su anbarları”, “Coğrafı adlar tarixi abidədir”, “Toxunulmaz müqəddəslər” və s. bu səpkidə yazdığı 180-dən artıq elmi-kütləvi və publisistik məqalələri “Elm və həyat”, “Azərbaycan təbiəti”, “Azərbaycan məktəbi”, “Ulduz” jurnallarında, “Sovet Ermənistanı”, “Vətən səsi”, “Ədəbiyyat və incəsənət” və s. qəzetlərdə dərc edilmişdir. Təbiət və poeziya problemi onun publisistikasında xüsusi yer tutur. Nizami Gəncəvi, Səməd Vurğun, Məmməd Araz və bir sıra digər klassik şairlərin yaradıcılığında təbiət mövzusundan bəhs edərkən oxuculara təbiəti sevdirmək, elmi-texniki tərəqqi dövründə təbiəti qorumağa, onun gözəlliklərini artırmağa dəvət etmək, təbii sərvətlərdən ağıllı istifadə etməyə, israfçılığa qarşı mübarizə aparmağa çağırış əsas qayəsi olmuşdur. Ona görə də “Nizami əsərlərində təbiət”, “Yer adları xalqın sərvətidir”, “Toponimika: keçilən yol və gələcəyə baxış”, “Bu qala bizim qala”, “Görən kim yaratmış bu təbiəti”, “Pirşağının ekolqji qayğıları” və onlarca başqa məqalələri rəğbətlə qarşılanmışdır.

Əsas elmi nailiyyətləri

Budaq Budaqov coğrafi təkanın, sel ocaqlarının təsnifatını vermiş, təbiətin dağıdıcı hadisələrini sistemləşdirmiş, Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyasını, yeni tektonik hərəkətlərini, qədim buzlaşmasını öyrənmiş, ərazinin xəritələrini (1:200000) tərtib etmişdir. İlk dəfə (1956) Qafqazda 3600 m mütləq yüksəklikdə Üst Sarmaq yaşlı dəniz faunasını aşkara çıxarmışdır. Azərbaycanın təbii və antropogen landşaftını, orada baş verən səhralaşmanı, landşafın geokimyasını öyrənmişdir. İlk dəfə Azərbaycanda təbii-dağıdıcı hadisələrin intensivliyinə görə ekoloji-coğrafi şəraiti tədqiq etmiş və ərazinin 1:500000 xəritəsini tərtib etmişdir. Aerokosmik üsullarla Böyük və Kiçik Qafqazın şərq hissəsinin morfostruktur quruluşunun qanunauyğunluqları və landşafın differensiasiyası müəyyənləşdirilmişdir. İlk dəfə Şərqi Avropada və Asiyada türk mənşəli Ermənistan və Gürcüstanda isə Azərbaycan mənşəli toponimləri öyrənmişdir.
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1976, geomorfologiya
Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: 1989, geomorfologiya
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 1051; o cümlədən: elmi-populyar – 475; elmi əsər – 576
Xaricdə çıxmış elmi əsərlərin sayı: 71

Əsərləri
Dağların həyatı. Bakı: Azərnəşr, 1965.
Əfsanəvi dağlar. Bakı: Elm, 1973.
Cənub-şərqi Qafqazın geomorfologiyası və yeni tektonikası. Bakı: 1973, 256 s.
Təbiəti qoruyun. Bakı: 1977, 64 səh.
Elim, obam mənim. Bakı: Elm, 1984, 69 səh.
Azərbaycanın müasir təbii landşafları. Bakı: Elm, 1988, 135 s.
Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı: Elm, 1988, 452 s.
Тюркская топонимия Евроазии. Баку: 1988,
Dözümlü, dözümsüz təbiət. Bakı, 1990, 120 s.
Təbiət və poeziya. Bakı: Elm, 1992, 136 səh.
Türk uluslarının yer yaddaşı. Bakı: Elm, 1995, 270 səh.
Çobankərə eli. Bakı: Elm, 1996, 180 səh.
Novruz yaşarlı ömür. Bakı: Elm, 1996, 47 səh.
Şəhriyarın “Heydərbabaya salam” poemasında təbiət. Bakı: Oğuz eli, 1998, 30 səh.
“Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti”. (Qiyasəddin Qeybullayev ilə həmmüəllif) Bakı, “Oğuz eli”, 1998.
Ağsaqqal sözü. Bakı: Oğuz eli, 1998, 168 səh.
Nəbi Xəzri kəhkəşanı. Bakı: Oğuz eli, 1999, 71 səh.
Vətən yanğısı. Bakı: Oğuz eli, 2002, 230 səh.
Ağsaqqalın hikmət dünyası. Bakı: Vətən, 2003, 269 səh.
Çobankərə eli. (ikinci nəşr) Bakı: 2007, 374 səh.
Gürcüstanda türkmənşəli toponimlərin izahlı lüğəti. (Qiyasəddin Qeybullayev ilə həmmüəllif) Bakı: Nurlan, 2008, 312 s. 500 nüsxə.

Məqalələri
“Azərbaycan coğrafiya terminlərinin bəzi məsələlərinə dair”, Azərbaycan SSR EA Xəbərləri. Yer adları seriyası. 1959. №7
“Nizami əsərlərində təbiət”,
“Yer adları xalqın sərvətidir”,
“Toponimika: keçilən yol və gələcəyə baxış”,
“Bu qala bizim qala”,
“Görən kim yaratmış bu təbiəti”,
“Pirşağının ekolqji qayğıları”
“Böyük ipək (karvan) yolu”, Dünya qəzeti. 19 mart 2011-cu il. № 34-35,

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
Mərkəzi Asiya Səhraları Şurasının üzvü (Daşkənd);
Coğrafiyanın fundamental problemlərinə dair EA Beynəlxalq Assosiasiyası Şurasının üzvü;
“Səhraların mənimsənilməsinin problemləri” Beynəlxalq jurnalının redaksiya heyətinin üzvü (Aşxabad-İlım);
“Geomorfologiya” jurnalının redaksiya heyətinin üzvü (Moskva);
Lütvüzadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü.

Təltif və mükafatlar
SSRİ Coğrafiya Cəmiyyətinin V.A.Preyevalski adına “Qızıl” medalı – 1978;
SSRİ XTNS-in Bürünc medalı – 1982;
Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin “Xatirə” medalı – 1985;
Azərbaycan SSR Ali Soveti RH-ın 4 dəfə Fəxri Fərmanı;
“Məmməd Araz” Mükafatı – 1993;
Akad. Y.Məmmədəliyev adına medal və mükafat – 1995;
“Vətən” Fəxri Fərmanı;
Azərbaycan Jurnalistlər Birliyinin Həmkarlar İttifaqı tərəfindən “Azərbaycan bayrağı” laureatı diplomu – 1998;
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası tərəfindən verilmiş Fəxri Fərman – 1998;
İslam xeyriyyəçiliyinə görə H.Z.Tağıyev Mükafatı – 2000;
“Şöhrət” ordeni – 2000.

Tarix: 14.01.2013 / 19:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1193 Bölmə: Şairlər və Yazıçılar

Comments are closed, but trackbacks and pingbacks are open.