Press "Enter" to skip to content

Uşaq ədəbiyyatı

Səfalıdır bizim Vətən.
Nə xoş gəlib bu qış, bu qar
Qışın da başqa zövqü var.
Qar altda yatdı tarlalar.

B.həsənli azərbaycan uşaq ədəbiyyatı

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycan uşaq ədəbiyyatı antologiyası: II cild: XX əsr uşaq şeri

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Uşaq ədəbiyyatı

Ədəbiyyatın digər sahələri kimi uşaq ədəbiyyatının da əsası uşaq folkloruna (xüsusən,nağıllara, laylalara, oxşamalara və s.-yə) söykənir. Ancaq Azərbaycanda professional uşaq ədəbiyyatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir.
XX əsrin əvvəllərindən başlayaraq maarif və mədəniyyət sahəsində ciddi canlanma əmələ gəldi: bir sıra maarif ocaqları, xeyriyyə cəmiyyətləri, nəşriyyatlar, kitabxanalar yaradıldı.
Uşaq ədəbiyyatı ilə məşğul olan yazıçılar ilk növbədə yeni üsullu məktəblər üçün hazırlanan dərsliklərin səhifələrində, dövri mətbuatda, xüsusilə, uşaq dövri mətbuatında öz əsərlərini çap etdirirdilər. Yeni üsullu məktəblər yeni məzmun və mündəricəli dərsliklərin yaranmasını təxirəsalınmaz bir məsələ kimi qarşıya qoymuşdu. Bu sahədə cəsarətli addımlar atan N.Nərimanov hələ 1899-cu ildə “Türk Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” kitabını yazmış, sabit ədəbi dil və vahid imla qaydalarından bəhs etmişdir. O, həmçinin,S.M.Qənizadə ilə birlikdə “Sovqat” (1896) adlı şəkilli uşaq jurnalı və “Məktəb” (1900) adlı
elmi-pedaqoji aylıq jurnal nəşr etmək təşəbbüsündə olmuşdur. R.B.Əfəndiyev də “Uşaq bağçası” (1898) kitabında təlim və tərbiyənin vəhdətinə (K.D.Uşinskinin təlimi – Q.N.) əsaslanaraq orijinal və tərcümə əsərləri. Coğrafiya, tarixi hadisələrə və kainatın quruluşuna dair materiallar vermişdir. Uzun müddət mükəmməl vəsait kimi istifadə olunan (Birinci il, “İkinci il”; “Üçüncü il”) dərsliklərdə istər milli uşaq ədəbiyyatının, istərsə tərcümə ədəbiyyatının ən yaxşı nümunələri seçilib toplanmışdı. Bunlardan başqa, A.Şaiqin “Uşaq gözlüyü”, “Gülzar”, İrəvan müəllimlərinin hazırlayıb Tiflisdə çap etdirdikləri iki hissədən ibarət “Ana dili” və b. vəsaitlərdə də yeni məzmunlu uşaq ədəbiyyatından nümunələr toplanmışdı. Bu illərdə ölkənin hər tərəfinə yayılan dövri-mətbuat “Buluddan sıyrılıb çıxan ulduzlar kimi” (Mir Cəlal) parlamağa başlamışdı.
S.S.Axundov isə “Qorxulu nağıllar”ını “Məktəb” jurnalı üçün yazmışdır. 1912-ci ildən 1914-cü ilə qədər ardıcıl çıxan bu hekayələr silsiləsini uşaqlar da, valideynlər də böyük həvəslə oxuyur, davamını səbirsizliklə gözləyirdilər.
M.Ə.Sabir Şamaxı və Bakı məktəblərində müəllimlik edərkən uşaq ədəbiyyatının kasadlığını hiss edib müxtəlif mövzularda xeyli şeir yazmışdır. Bu əsərlər nəsihətamiz mənzum hekayələrdən və didaktik şeirlərdən, məktəb şərqilərindən, habelə təmsillərdən ibarətdir.
M.Ə.Sabirin “Uşaq və buz”, “Məktəb şərqisi”, “Məktəbə tərğib”, “Elmə tərğib” nəğmələri məzmun və mündəricəsinə, bədii ifadə xüsusiyyətlərinə görə də uzun müddət yadda qalır. Şair bu nəğmələrdə məktəbin, elmin səmərəsindən, elmlə insanın öz arzularına, işıqlı günlərə qovuşmasından, vətənə, xalqa xidmətdən bəhs edir. O, həmin nəğmələri Azərbaycanda yeni üsullu məktəblərin fəaliyyətə başladığı illərdə yazmışdır. Bu şeirlərdə məktəbə çağırış, elmə həvəs güclüdür. Maarifçi realistlər daha çox dərslik və dərs vəsaitləri hazırlayır, təlim və tərbiyə məsələsinə böyük qayğı ilə yanaşır, öz yaradıcılıqlarını da bu istiqamətə yönəldirdilər. Onların bədii əsərlərində də daha çox uşaqların faciəli, ağır həyatından, ümid və arzularından bəhs olunurdu. Bu qəbildən olan maarifçi realist yazıçılardan R.Əfəndiyev, S.S.Axundov, A.Şaiq, S.M.Qənizadə və İ.Musabəyovun müstəsna xidmətləri vardır. Onların ədəbi-bədii yaradıcılığı ilə pedaqoji fikirləri və bilavasitə məktəblə bağlı görüşləri bir-birini tamamlayırdı. Onlar yeni məktəb uğrunda böyük fədakarlıq göstərdikləri kimi, bu məktəbə lazım olan proqram, dərslik və dərs vəsaitlərinin hazırlanması, tədris olunan əsərlərin diqqətlə seçilməsi kimi ən vacib məsələlərdə də böyük fəallıq göstərirdilər. Onlar tədris etdikləri əsərlərin məzmun və mündəricəsinə xüsusi diqqət yetirir, uşaqların şüurunda vətəndaşlıq və vətənpərvərlik hissi oyadırdılar. S.S.Axundov bütün ədəbi irsində və pedaqoji fəaliyyətində gənc nəslin taleyini və gələcəyini düşünmüş, onların həyatından vətəndaş-yazıçı və müəllim kimi bəhs etmişdir.
S.S.Axundov iri həcmli pyesləri ilə yanaşı, uşaqların həyatından bəhs edən yığcam hekayələr, “Uşaqlıq həyatından xatirələr” və nəhayət “Qorxulu nağılları”nı yazmışdır. “Əhməd və Məleykə”, “Abbas və və Zeynəb”; “Əşrəf”, “Nurəddin” və “Qaraca qız”dan ibarət olan “Qorxulu nağıllar”da
inqilabdan əvvəlki azərbaycanlı ailələrin yoxsul güzəranı, uşaqların faciəli həyatı, bu fəlakətləri doğuran səbəblər qələmə alınmışdır. Mühit, ictimai şərait günahsız uşaqları, yoxsul balalarını qayğıdan, nəvazişdən məhrum edir, onları həyatın qaranlıq küncünə atırdı.
M.Ə.Sabir və S.S.Axundovla eyni amal uğrunda mübarizə aparan A.Şaiq XX əsr maarifçi-realist ədəbiyyatın yaranmasında misilsiz xidmət göstərmişdir. Ədəbiyyatımızda şair, nasir, dramaturq kimi şöhrət qazanan A.Şaiq, həm də əsl xalq müəllimi,həm də pedaqoq və ictimai xadim kimi şöhrət qazanmışdır.
A.Şaiqi ədəbiyyatımızda məşhur edən, böyük hörmət qazandıran onun uşaq ədəbiyyatı sahəsindəki xidməti olmuşdur. A.Şaiqin ədəbi fəaliyyətinin ilk dövrü də uşaq ədəbiyyatı ilə əlaqədardır. O, 1906-cı ildən başlayaraq kiçikyaşlı məktəblilər üçün qısa, aydın məzmunlu, yeni mündəricəli, təmiz ana dilində oynaq vəznli şeirlər yazdı. Bu şeirlərin başlıca mövzusu heyvanlar aləmi idi. Burada birinci növbədə ev quşları və ev heyvanları (“Xoruz”, “Keçi”, “Uşaq və dovşan”, “Yetim cücə”, “Təpəl kəlim”, “Dovşan”, “Bir quş, “Quzu” və b.) şairin qələmində yeni-yeni obrazlara uşaqların əyləncəsinə çevrilirdi. Şairin heyvanlar aləminə tez-tez müraciət etməsi təbii idi. Belə ki, balacalar adətən heyvanların məişətinə daha çox maraq göstərir, onlarla əylənməyi, təmasda olmağı, onları öz oyunlarına cəlb etməyi sevirlər. Kənd məişətinə yaxşı bələd olan Şaiq ev heyvanlarının hər birini öz təbiətinə, fərdi davranış və əlamətlərinə görə təsvir etmişdir.
İrtica illərində mürəkkəb tarixi hadisələr A.Səhhətin yaradıcılığında müxtəlif əks-sədalar oyatmışdı.
Şairin uşaq əsərləri öz təbiiliyi və səmimiliyi ilə Azərbaycan uşaq ədəbiyyatı tarixində yeni hadisə idi. Lirik şeirləri, mənzum hekayələri, nəğmələri, təmsilləri, pyesləri, Rus və Qərb ədəbiyyatından elədiyi tərcümələr A.Səhhətin uşaq ədəbiyyatına dərin bələd olmasını göstərirdi. “Ata və oğul”, “Ana və bala”, “Ana və uşaq”, “İki uşaq”, “Məktəb şagirdi”, “Tənbəl” şeirlərində A.Səhhət ən əvvəl uşaqları məktəbə, təhsilə, elm və maarifə çağırırdı. Bunu uşaqların təbii həvəsinin nəticəsi kimi ifadə edir.
İlk təşəkkül illərində uşaq nəsrinin yaranmasında iki nəslin nümayəndələri iştirak edirdilər. Birinci nəsli təmsil edənlər inqilabdan əvvəl yaradıcılığa başlamış, zəngin ədəbi təcrübəsi olan C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov, A.Şaiq, T.Şahbazi, C.Cabbarlı, S.Hüseyn və başqaları idi. Bu yazıçılar öz yaradıcılıq üsullarına sadiq qalmaqla bərabər, müasir mövzulara
da meyil göstərir, onları yeni həyatın tələbləri baxımından həll etməyə çalışırdılar. C.Məmmədquluzadə “İki alma” hekayəsində təsvir etdiyi kiçikyaşlı uşağın təbiətində özünü büruzə verən humanist hissi təqdir edirdi.
S.S.Axundov qələmə aldığı “Qan bulağı” (1923), “Ümid çırağı” (1923), “Cəhalət qurbanı” (1923), “Qatil uşaq” (1924), “Nə üçün” (1925) əsərlərinin mövzusunu da inqilabdan əvvəlki qaranlıq mühitdən almışdır.
Deməliyik ki, XX əsrin çox mürəkkəb və zəngin ədəbi prosesi üslubca müxtəlif olsa da, mündəricə baxımından yeni nəslin tərbiyəsində, biliklərə yiyələnməsində və qabaqcıl ideyalara meyil etməsində eyni mövqedə dayanır, eyni məramı izləyirdi. Maraqlıdır ki, kiçikyaşlı uşaqların tərbiyəsinə qadın yazıçıların yaradıcılığında daha geniş yer verilmişdir.
Uşaqların səviyyəsinə münasib ideyanı maraqlı və yığcam surətdə, canlı lövhələrdə ifadə etmək N.Süleymanovun və B.Həsənovun yaradıcılığına da xas olan keyfiyyətlərdəndir. Onlar müasir mövzularda kiçik yaşlı məktəblilərin estetik tələbinə və zövqünə uyğun həyati hadisələri qələmə alırlar. Eyni məziyyəti İ.Hümmətovun və Ə.Əhmədovanın hekayələrində, T. Elçinin, F. Sadıxın, Z. Xəlilin və s. şeirlərində də görmək olar. Əsrimizin texniki kəşfləri fantastik əsərlərin də yaranmasına təkan verdi. E.Mahmudov, N.Abdullayev elmin inkişafını, texnikanın sabahını təsvir edən maraqlı əsərlər yazmışlar. Əlbəttə, bugünkü uşaq ədəbiyyatının yaradıcıları adlarını saydığımız yazıçılarla məhdudlaşmır. Son illərdə uşaq ədəbiyyatına meyl göstərən yazıçılarımızın sayı xeyli artmışdır. Onlar ədəbi ənənələrə sadiq qalmaqla, öz dəst-xətti ilə seçilməyə, yeni gözəl əsərlər yaratmağa çalışırlar. Müasir uşaq ədəbiyyatımız zəngin ənənələr zəminində inkişaf edib, yeni-yeni keyfiyyətlərlə zənginləşir.

Uşaq ədəbiyyatı

Top-top oynayaq şeiri

Qar örtdü bağça bağları,
Çiçəkli gülü dağları,
Qışın səfalı çağları
Yetişdi. Qəlbim oldu şən.

Səfalıdır bizim Vətən.
Nə xoş gəlib bu qış, bu qar
Qışın da başqa zövqü var.
Qar altda yatdı tarlalar.

Günümüzün uşaqları və uşaq hekayələri

  • Uşaq ədəbiyyatı
  • 17 fevral 2021, 23:23

Uşaqlar üçün yazmağın nə qədər çətin olduğunu sübut etməyə, görünür, xüsusi ehtiyac yoxdur. Və bunun ən əyani göstəricisi uşaq ədəbiyyatımızın həm dünənki, həm də bugünkü problemləridir ki, hər söhbət düşəndə bitib tükənməyən müzakirələrin predmetinə çevrilir. Ancaq bəlkə də, əsl müzakirə olunmalı hadisə uşaq ədəbiyyatı yox, uşaqların özləri, onların az qala hər gün dəyişən həyata, psixoloji kataklizmlərə, dəyərlərə münasibəti, reaksiyalarıdır.

Çağdaş uşaq ədəbiyyatının problemləri – zamandan gələn notlar

  • Uşaq ədəbiyyatı
  • 19 okyabr 2020, 12:33

Uşaq ədəbiyyatı haqqında meydanda olan kitablar, tədqiqat əsərləri, araşdırma yazılarından başqa, sovet dövründən bu yana yazılmış bir çox məqalələr var ki, məsələn, Səməd Vurğunun, Mikayıl Rzaquluzadənin, Rəsul Rzanın, İlyas Əfəndiyevin, Məmməd Cəfər Cəfərovun, Məmməd Arif Dadaşzadənin, İmamverdi Əbilovun, Yaşar Qarayevin, Bəkir Nəbiyevin, İsa Həbibbəylinin, Elçinin, Şirindil Alışanlının və başqa tanınmış qələm adamlarının icmal, problem xarakterli yazılarında mövzuya peşəkar yanaşmanın şahidi oluruq. Bu yazılarda ən önəmli cəhət onlarda uşaq ədəbiyyatına hədsiz məsuliyyət və tələbkarlığın olması faktıdır. Sovet hakimiyyətinin süqutundan sonra ədəbiyyatda yaranmış azad mühitin anarxiya səviyyəsində dərki və onun gətirdiyi anomaliya uşaq ədəbiyyatına da təsirsiz qalmadı. Bu sahəyə axın başladı, kitab nəşrləri artdı, marketinq şəbəkəsi genişləndi, fərdi maraqların, qazanc industriyasının önə keçməsi tələbkarlığa məsuliyyəti azaltdı, daha çox bədiilikdən uzaq kitablar dövriyyəyə buraxıldı.

Yalançı tülkü

  • Uşaq ədəbiyyatı
  • 14 noyabr 2019, 22:03

Günlərin birində Tülkü ilə Kirpi söhbət edirdilər. Birdən otların arasından bir İlan çıxdı. Tülkü qorxusundan tir-tir əsdi, Kirpiyə yalvarmağa başladı:
– Amandır, Kirpi qardaş, məni bu əfi İlanın əlindən qurtar.

Kirpi İlanı öldürdü. Tülkü ölmüş İlanı yabanın ucuna keçirib meşəyə gətirdi. Meşədəki heyvanlar – Şir, Ayı, Canavar, Pələng və Çaqqal Tülkünün başına yığışdılar. Tülkü ölmüş İlanı onlara göstərib özünü tərifləməyə başladı:
Davamı →

Dərsimi yaz | Mir Cəlal

  • Uşaq ədəbiyyatı
  • 26 okyabr 2019, 15:24

Mən bir uşaq tanıyıram, hörmətli bir ailədəndir. Atası, anası onu çox sevir, əzizləyir, bir sözünü iki eləmir. İstədiyini alır, istədiyi yerə göndərir, handa bir qəşəng, bahalı libas geyindirir, addımbaşı sağına-soluna keçir, kefini soruşurlar:
— Necəsən, bala, indi ürəyin nə istəyir?
Əslinə baxsan, haqqı demək lazımdır, işlərin çoxunu ata-anadan qabaq bacılar eləyir. Bacı insan üçün böyük nemətdir, illah da ki bir qardaş olasan!
Davamı →

Xanımböcəyi

  • Uşaq ədəbiyyatı
  • 19 okyabr 2019, 00:02

Biri vardı, biri yoxdu, rəngbərəng dünyamızda balaca boz bir böcək vardı. Rəngi diqqəti cəlb etmədiyinə görə heç kim onun varlığını hiss etmirdi və böcək tənhalıqdan çox sıxılırdı. Bu balaca böcək çox zəhmətkeş idi. Hamıya kömək edirdi, amma heç kim onun əməyini qiymətləndirmirdi. Bütün həşəratlar parlaq rəngləri ilə öyünür, boz böcəyi saya salmırdılar.

Balaca böcək qüssələnirdi: “Bu necə ola bilər! Allah çox müdrik və səxavətlidir. Yəni o mənə bir az rəng verməyəcək ?” Səhər boz böcək mehriban bir təmasdan oyandı. Günəş şəfəqləri ilə ona sığal çəkərək nəvazişlə deyirdi: “Əziz balam, sən özünə, öz gücünə inan! Sən qeyri-adi böcəksən. Hər şey yaxşı olacaq!”.
Davamı →

Ağac | İvan Krılov

  • Uşaq ədəbiyyatı
  • 20 avqust 2019, 15:58

Çiynində baltası kəndli gedirdi,
Pöhrcə bir Ağac kəndliyə dedi:
«Əzizim, dövrəmdə nə ağac var,sən
Çox yaxşı olar ki, bir-bir kəsəsən;
Rahatca boy ata bilmirəm artıq,
Nə günəş görürəm, nə də ki işıq,
Köküm rişə ata bilmir torpağa,
Küləklər də düşüb məndən uzağa,
Heç məni axtarıb-araya bilmir,
Tağ hörüb gövdəmə sarıya bilmir,
Davamı →

Oğlan və skripka

  • Uşaq ədəbiyyatı
  • 30 iyul 2019, 18:16

Çox qədim zamanlarda bir qoca qadın yaşayardı. Qadının gözünün ağı — qarası bircə oğlu vardı. Onlar meşədə bir komada yaşayardılar. Güzəranları çox ağır idi. Çox vaxt yeməyə bir parça çörək də tapmazdılar.

Oğlanın on iki yaşı tamam olan kimi anası onu uzaqlara, varlı bir evə nökərçiliyə yolladı. Oğlan mal-qaranı və qoyunları otarmağa başladı.
Bir il keçdi, oğlan bir ere zəhmət haqqı aldı, ikinci il üçün də eyni haqq aldı, üçüncü il də o birilərindən fərqlənmədi. O zaman oğlan üç il üçün bütün qazancını götürüb ağaları ilə sağollaşdı və evlərinə yola düşdü.

Oğlan sevinə-sevinə yol gedir, bu mahnını oxuyurdu:
— Üç il dalbadal çalışdım,
Üç dənə mis pul qazandım,
Sevincliyəm, çox şadam!
Gör necə də varlıyam!
Davamı →

Havayı çörək

  • Uşaq ədəbiyyatı
  • 15 iyul 2019, 14:28

Bir kəndli çəməndə ot biçirdi. Yorulub əldən düşdü və kolların yanında oturub dincini almaq istədi. Bağlamasını açıb yeməyə başladı. Elə bu vaxt meşədən ac bir canavar çıxdı. Gördü ki, kolların yanında bir kəndli oturub nəsə yeyir. Canavar ona yaxınlaşdı və soruşdu:
-Nə yeyirsən?
-Çörək, — deyə kəndli cavab verdi.
-Dadlıdır?
-Çox dadlıdır!
-Mənə də bir az ver dadına baxım.
-Buyur!

Kəndli çörəkdən bir parça kəsdi və canavara verdi. Çörək canavarın xoşuna gəldi. О dedi:
-Mən də hər gün çörək yemək istəyirəm.
Davamı →

Enid Bliton

  • Uşaq ədəbiyyatı
  • 10 iyul 2019, 13:47

Məşhur uşaq yazıçısı Enid Bliton 11 avqust 1897-ci ildə Londonda anadan olub. Ailənin ən böyük uşağı olan Bliton 1907-1915-ci illərdə Bekkenhemdəki Sent-Kristofer məktəbində təhsil alıb. Məktəb əlaçısı idi və oxuduğu müddətdə «Headgirl» adını qazanıb. Bliton çox gözəl piano çala bilirdi.

Liseyi bitirdikdən sonra müəllim olmağa qərar verən Bliton, universitetdə olarkən musiqi məşğələlərini buraxıb. Boş zamanlarında yazıçılıq etməyə başlayıb və 1922-ci ildə ilk əsəri olan və uşaqlar üçün nəzərdə tutulan «Uşaq pıçıltıları» kitabı nəşr olunub.

Bliton əsərlərində əsas qəhrəman kimi uşaqları seçirdi. 3 tipdə əsər yazırdı:
Davamı →

Comments are closed, but trackbacks and pingbacks are open.