Akrobatik gimnastika
Azərbaycan İdman Akrobatika Federasiyası 1993-cü ildə Beynəlxalq İdman Akrobatika Federasiyasına üzv qəbul edilmiş və həmin ildən başlayaraq idmançılar Avropa və dünya çempionatlarında iştirak etmək imkanı əldə etmişlər.
B.ə.nərimanov gimnastika
İDMAN GİMNASTİKASININ YARANMA TARİXİ
«Gimnastika» termini b.e.ə təxminən V əsrdə qədim Yunanıstanda təhsil, hərbi, və sağlamlıq üçün kompleks hərəkətləri ifadə edirdi. Qədim yunanlar belə hesab edirdilər ki, gimnastika bədənə çeviklik, güc, cəldlik, qədd-qamət, gözəllik verir, insana igidlik və nəciblik hissləri aşılayır. Yunanlar gimnastik hərəkətlərdən fiziki inkişaf üçün deyil, həm də hərbçilərin yetişdirilməsində də istifadə edirdilər.
Qədim Romada legionerləri döyüşə hazırlayarkən onlara dəstəkli atlar və xüsusi tirlərlə təlim keçirdilər. Qladiator məktəblərində gimnastika qladiatorun çevikliyinin və dözümlülüyünün yüksəldilməsində əvəzedilməz rol oynayırdı.
İntibah dövründə hümanistlər gənclərin fiziki tərbiyyəsi və hərtərəfli inkişafında gimnastikaya böyük əhəmiyyət verirdilər. 16-cı əsrdə gimnastika üzrə görkəmli mütəxəssis İ.Merkurialis «Gimnastika incəsənəti haqqında» əsərini nəşr etdirmişdi.
Gimnastikanın inkişafında ən yüksək təcrübi və nəzəri biliklərin əsasını alman pedaqoqu Fit (1763-1836) və F. Quts-Muts (1759-1839) qoyublar. Onlar gimnastik hərəkətlərin biomexanikası haqqında təsəvvürlər, alətlərlə gimnastik hərəkətlər metodikasının işlənib hazırlanmasına öz layiqli töhfələrini vermişlər.
İsveç gimnastikasının əsasını qoymuş ata və oğul P.Q.Linq (1776-1839) və Y.Linq (1820-1886) gimnastikaya yeni alətlər – müxtəlif ölçülü nərdivan və tir daxil ediblər, təmrinləri anatomik əlamətlərinə görə təsnifatlaşdırıblar.
İdman gimnastikasının sürətli inkişafı təşkilatlanma ilə nəticələnib. 1881-ci ildə Beynəlxalq Gimnastika Federasiyası (FİG) yaradılıb. Beş ildən sonra, yəni 1896-cı ildə Afinada keçirilən ilk Olimpiya Oyunlarının proqramına salınan idman növləri arasında idman gimnastikası da yer alıb.
İdman gimnastikası üzrə ilk dünya çempitonatı FİQ-in əsasını qoymuş belçikalı N.C.Kuperusun təşəbbüsü ilə 1903-cü ildə Antverpendə keçirilib. 1903-cü ildən 1913-cü ilə qədər dünya çempionatları iki ildən bir, 1922-ci ildən isə dörd ildən bir keçirilib. FİQ-nin 1977-ci ildə düzənlənən konqresi gimnastika üzrə dünya çempionatlarının yenidən iki ildən bir keçirilməsi haqqında qərar qəbul edib.
Qadınlar ilk dəfə dünya çempionatlarında 1938-ci ildən iştirak etməyə başlayıblar.
Avropa çempionatı isə 1969-cu ildən etibarən düzənlənir.
İDMAN GİMNASTİKASI OLİMPİYA OYUNLARINDA
İlk müasir Olimpiya oyunlarında kişilər gimnastikanın turnik, at, həlqə, dayaqla tullanma və kanatla dırmanma növləri üzrə yarışıblar. İlk Olimpiya çempionları tirdə Alfred Flatov (Almaniya), dayaqla tullanmada onun həmvətəni Karl Şuman, dəstəkli atda Luis Zutter (İsveçrə), turnikdə German Vayngertner (Almaniya), həlqələrlə İoannis Mitropulos (Yunanıstan), kanatla dırmanmada Nikolass Andiriakonukos (Yunanıstan) olublar. Şəxsi və komanda birinciliklərində Almaniya gimnastları fərqləniblər: 5 qızıl, 3 gümüş və 1 bürünc medal.
Olimpiya oyunlarında nümayiş etdirilən gimnastika yarışlarına qadınlar ilk dəfə 1928-ci ildə Amsterdamda keçirilən 9-cu Olimpiadada qatılıblar. Maraqlıdır ki, 1996-cı ildə Atlanta Olimpiya Oyunlarında iştirak edən kişi və qadın gimnastların sayı bərabər idi – 108 gimnast.
MƏŞHUR İDMAN GİMNASTLARI
Müxtəlif illərdə idman gimnastikasının inkişafı məşhur gimnastların adı ilə bağlıdır. SSRİ yığmasının tərkibində XVI, XVII və VIII Olimpiya Oyunlarında cəmi 18 medal (9 qızıl, 5 gümüş, 4 bürünc) qazanmış Larisa Latinanın adı bütün dünyaya yaxşı tanışdır. O, iki dəfə (Melbrun və Roma Olimpiadalarında) çoxnövçülük üzrə mütləq çempion tituluna layiq görülüb (gimnastlar üçün ən yüksək titul «mütləq çempion» adıdır).
XX, XXI və XXII Olimpiadaların iştirakçısı, 15 medalın (7 qızıl, 5 gümüş, 3 bürünc) sahibi, Monreal Oyunlarının mütləq çempionu Nikolay Andrianov, XVI, XVII və XVIII Olimpiadalarda 13 medala layiq görülmüş Boris Şaxlin (7 qızıl, 4 gümüş, 2 bürünc), yapon gimnastı Takasi Ono (5 qızıl, 4 gümüş, 4 bürünc) və başqaları idman gimnastikasının tarixinə şanlı səhifələr yazıblar.
İDMAN GİMNASTİKASI AZƏRBAYCANDA
İdman gimnastikası Azərbaycanda keçən əsrin 30-cu illərindən etibarən inkişaf etməyə başlayıb. 1939-cu ildə Bakıda ilk respublika çempionatı keçirilib. 50-ci illərin sonundan etibarən isə Azərbayjanda güclü idman gimnastları nəsli yetişib. Tofiq Mehtiyev, Dmitri Filonov, Kamal Abdullayev, Çingiz Şamilov, Natalya Abdinova (Şetinkina), Raisa Timinova kimi gimnastlar Azərbaycanın idman şərəfini müxtəlif beynəlxalq turnirlərdə layiqinjə qoruyublar. 80-ci illərdə isə Kamran Fərzəliyev, Vaqif Sədiyev və Valeri Belenkinin simasında Azərbaycjan idman gimnastikasına yeni nəfəs, yeni ruh gəlib.
VALERİ BELENKİ
Azərbaycanıvn ən müşhur idman gimnastı Valeri Belenki 1969-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından bu idman növü ilə məşğul olmağa başlayan Belenki artıq 14 yaşında SSRİ yığmasının tərkibinə dəvət edilib. 1986-cı ildə Azərbaycanın mütləq çempionu və Azərbaycan kubokunun sahibi olan Valeri Belenki SSRİ yığmasının tərkibində 1989-ju ildə dünya çempionu adını qazanıb. 1990-cı ildə SSRİ yığmasının tərkibində ABŞ-ın Sietl şəhərində keçirilən Xoş Məramlı Oyunlarda paralel qollarda, halqalarda çempion, atda, sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada isə bürünc mükafatçı olub.
1991-ci ildə Dünya kubokunu qazanan V.Belenki 1992-ci ildə Barselonada keçirilən XXV Olimpiya Oyunlarında MDB komandası tərkibində çempion adını qazanıb, şəxsi birincilikdə isə bürünc medala sahib olub.
1995-ci ildə Avropa çempionatının bürünc mükafatını, atla yarışlarda isə qitə çempionu adını qazanıb.
BƏDİİ GİMNASTİKA
Bədii gimnastika üzrə ilk dünya çempionatı 1963-cü ildə Budapeştdə keçirilib. Bu idman növü Olimpiya oyunlarının proqramına 1984-cü ildə daxil edilib. Məhz həmin ildən etibarən bədii gimnastlar Olimpiya Oyunlarında iştirak edirlər.
Bədii gimnastika bir idman növü kimi 19-cü əsrdə formalaşmağa başlayıb.
Fransız fizioloqu və pedaqoqu Corc Deneni (1850-1917) qızların fiziki tərbiyəsinin elmi əsaslandırılmasında görkəmli rol oynayıb. O, sübut edib ki, dinamik təmrinlərin, əzələ dartılması və boşalması təmrinlərinin, rəqs addımlarının, müxtəlif əşyalarla (top, halqa, toppuz, lent) tapşırıqların yerinə yetirilməsi məqsədəmüvafiqdir. Çünki, bu təmrinlər elastiklik, çeviklik, gözəl bədən quruluşu, cəzbedici və əsrarəngiz hərəkətlərin meydana gəlməsinə imkan yaradır.
Fransız pedaqoqu Fransua Delsart (1811-71) isə ifadəli hərəkət vərdişləri nəzəriyyəsinin hazırlanmasında böyük rol oynayıb. Dramatik sənəti təhlil edərkən o, belə bir nəticəyə gəlmişdir ki, insanın hər bir hiss və həyəcanı bədənin müəyyən hərəkəti ilə müşaiyyət olunur, deməli, hərəkəti ifadə etməklə tamaşaçıda həyəcan, təşviş təəssüratı yaratmaq olar. Delsartın yaratdığı «Bədii hərəkət qrammatikası» əsəri fiziki tərbiyə prossesində, xüsusilə musiqinin müşayiəti ilə ifa olunan kütləvi gimnastika çıxışlarının hazırlanmasında tətbiq olunmağa başlayıb. Delsartın işləyib hazırladığı idea və prinsiplər məşhur rəqqasə Aysedora Dunkanın (1878-1927) sənətində də öz əksini tapıb. Onun sərbəst plastika hərəkətlərinin üzərində qurulmuş rəqsləri və improvizasiyaları bir çox cəhətdən müasir bədii gimnastikanı xatırladırdı.
Digər fransız alim Cak Dalkros tərəfindən qaydaları daha da təkmilləşdirilən bədii gimnastika keçən əsrin əvvələrində sürətlə inkişaf etməyə başlayıb. Ötən əsrin 50-ci illərində artıq bu idman növü bütün dünyada populyarlıq qazanmışdı.
BƏDİİ GİMNASTİKA AZƏRBAYCANDA
Azərbaycanda bədii gimnastikaının yaranma və inkişaf tarixi keçən əsrin 40-cı illərinə təsadüf edir. Qızlardan ibarət qrup yaradan Nadecda Merkulova Azərbayccanda bu idman növünün formalaşması istiqamətində uzun müddət fəaliyyət göstərib. Məhz onun rəhbərliyi altında yetişən gimnastlar ümumittifaq və beynəlxalq yarışlarda uğurlar qazanıblar. Larisa Zebina, Lina Vinnikova, Svetlana Senatorova, Nina Hacıbəyli, Mila Şibayeva və Elmira Hacıyeva belə gimnastlardandır.
1961-ci ildə Lina Vinnikova keçmiş SSRİ yığmasının tərkibində Almaniyada keçirilən 1-ci Ümumdünya gimnastika turnirində iştirak edib. Bu, Azərbaycjan gimnastlarının dünya arenasında ilk çıxışı idi. Lina 1965-ci ildə Bolqarıstanda keçirilən tələbələrin Ümumdünya Spartakiadasında çempion adını qazanıb. «Burevestnik» idman cəmiyyətinin komandası tərkibində bir neçə dəfə SSRİ çempionu titulunu əldə edən Lina Vinnikova 3 dəfə «Miss Qrase» seçilib.
1984-cü il Olimpiya Oyunlarından sonra Azərbaycanda bədii gimnastikaya güclü axın müşayiət olunub. Həmin dövrdə gimnastikamızın parlayan ulduzu Yana Saplina (məşqçisi V.Ukleyina) hesab olunurdu. Ən müxtəlif ümumittifaq yarışlarında yaxşı nəticələrə imza atan Yana Saplina 1985-ci ildə «Umid Kuboku»na sahib olub. Yananın uğurlarını sonrakı illərdə Dinarə Nəbiyeva və Natalya Bulanova (məşqçiləri əməkdar məşqçi L.Sidirova) davam etdiriblər.
İkiqat Azərbaycan çempionu Dinarə Nəbiyeva 1995-ci ildə Antaliyada (Türkiyə) keçirilən Beynəlxalq Uşaq Festivalında bürünc medal qazanıb. O, 1996-cı ildə İsraildə keçirilən beynəlxalq turnirdə də üçünjü nəticə göstərib.
Beşqat Azərbaycan çempionu (1991-95) Natalya Bulanova da bir sıra beynəlxalq yarışlarda iştirak edib və «Miss Press» seçilib.
AZƏRBAYCAN BƏDİİ GİMNASTİKASI BU GÜN
Yüksək səviyyədə dövlət qayğısı və Milli Olimpiya Komitəsinin gərgin əməyi sayəsində bu gün Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Digər idman növləri ilə yanaşı, bədii gimnastika da diqqətdən kənarda qalmayıb. Xüsusilə də, 2002-ci ilin oktyabrında Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasına prezident seçildikdən sonra bu sahədə mühüm canlanma hiss olunmağa başlayıb. Federasiyanın məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində bu gün ölkə gimnastikası, sözün əsl mənasında, özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.
Gimnastikanın bütün növlərinin, o cümlədən də bədii gimnastikanın maddi-texniki bazasının gücləndirilməsi, bu idman növünün kütləviləşməsi istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir. Bu gün Azərbaycanda bədii gimnastikamızın zəngin ənənələrini davam etdirməyə qadir olan beynəlxalq dərəcəli idman ustası Dinarə Gimatova, üçqat Azərbaycan çempionu Nurcahan Əsgərova, Xədicə Hacıyəhyayeva, Dina Qorina, Valeriya Yeqay kimi perspektivli gimnastlar nəsli yetişməkdədir.
2003-cü ilin fevral ayında Rusiyada keçirilən beynəlxalq turnirdə gümüş medal qazanan ölkəmizin ən güclü gimnastı Dinarə Gimatova sonra daha bir neçə nüfuzlu yarışda qüvvəsini sınayıb. O, 2003-cü ilin may ayında Dünya kubokunun Fransada keçirilən 1-ci mərhələsində də uğurlu çıxış edərək lentlə hərəkətlərdə 8-ci nəticə göstərib.
Azərbaycan Gimnastika Federasiyasının qısa müddət ərzində gördüyü işləri yüksək qiymətləndirən Beynəlxalq Gimnastika Federasiyası özünün Afinada keçirilən 74-cü konqresində dünya kubokunun A kateqoriyalı mərhələsinin 2003-cü ilin avqustun 7-11-də Azərbayjanda keçirilməsini qərara alıb. Yarışa hazırlığın səviyyəsi ilə yerindəjə tanış olmaq məqsədi ilə Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi, baş katib Norbert Buşe, baş katibin müavini Andre Quisbuhler və bədii gimnastika üzrə Texniki Komitənin rəhbəri xanım Eqle Abruzzinidən ibarət olan heyət 2003-cü ilin aprel ayında Bakıya gəlib. Səfər çərçivəsində Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyevlə görüşərək qarşılıqlı əməkdaşlıq və gələcəkdə görüləcək işlər barəsində fikir mübadiləsi aparan qonaqlar daha sonra paytaxtın idman komplekslərinə baş çəkərək müasir tələblərə cavab verən qurğuların göstəriciləri ilə maraqlanıblar. Azərbaycanda bədii gimnastikanın maddi-texniki imkanlarını yüksək qiymətləndirən beynəlxalq qurumun rəhbərləri 2004-cü ildə Dünya kuboku mərhələsinin, habelə 2005-ci il dünya çempionatının Bakıda keçirilməsinə razılıq veriblər.
Akrobatik gimnastika
İDMAN AKROBATİKASININ İNKİŞAF TARİXİ
Akrobatika çox qədim idman növüdür. Akrobatik hərəkətlərin motivləri antik dövrdəki qədim Yunan poemaları «İliada» və «Odisseya»da da öz əksini tapıb. Qədim Yunan teatrlarında Aristofanın komediyası göstərilən zaman (bizim eradan əvvəl IV əsrdə), fasilələrdə akrobatik elementlərdən ibarət məzhəkəli nömrələr göstərilirmiş. «Akrobat» termini yunanja «Akrobates» sözündən əmələ gəlmiş «yuxarı qalxan» mənasını verir.
1573-cü ildə fiziki tərbiyədə akrobatika hərəkətlərinin ijrasını göstərən ilk kitab İ.Merkurialis tərəfindən yazılıb.
XIX əsrdə idmanın inkişafı və akrobatika hərəkətlərinin yeni növlərinin meydana çıxması idman hərəkətlərinin bir hissəsini təşkil edib.
Qədim idman növü olmasına baxmayaraq, akrobatika (akrobatika tullanmaları) sərbəst növ kimi, Zyalnız bir dəfə, 1932-ci ildə Los-Anjelesdə (ABŞ) keçirilən X Olimpiya oyunlarının proqramına daxil edilib.
1973-cü ildə Moskvada 10 ölkənin (Bolqarıstan, İngiltərə, Macarıstan, Almaniya Demokratik Respublikası, Kuba, Rolşa, SSRİ, ABŞ, Almaniya Federativ Respublikası və Yuqoslaviya) iştirakı ilə Beynəlxalq İdman Akrobatika Federasiyası (BİAF) yaradılıb, onun Əsasnaməsi və yarış qaydaları təsdiq edilib. BİAF-ın birinci prezidenti Stoil Satirov (Bolqarıstan) seçilib. İlk dünya çempionatı 1974-cü ildə Moskva şəhərində keçirilib.
AZƏRBAYCANDA AKROBATİKA
Azərbaycanda akrobatikanın yaranma və inkişaf tarixi 1920-30-cu illərə təsadüf edir. Bu illərdə Q.Səfərov, Q. Becanov, Y.Yurfeld, D.Dvoryankin, İ.Kiselyov və H. Ağayev Azərbayjan akrobatikasının idman növü kimi inkişafında mühüm rol oynayıblar.
1936-cı ildə Bakıda birinci qeyri-rəsmi yarış keçirilib və bu yarışın proqramına anjaq kişilərin qrup halında hərəkətləri daxil edilib. Bundan sonra, Azərbayjan akrobatları ümumittifaq yarışlarında iştirak etməyə başlayıblar.
1960-1990-cı illərdə akrobatlarımız ümumittifaq və beynəlxalq yarışlarda mühüm nailiyyətlər əldə ediblər. Bu illərdə kişilərin qoşa hərəkətlərində Bəhram və Elşad Nərimanov qardaşları, Ə.Baxşiyev və N.Babayev, S.Saakov və Y.Demyanenko, R.Qasımov və Y.Yuçkin, Y.Mamonov və N.Məmmədov, S.Rəcəbov və O.Klimaşkin, A.Mustafayev və S.Cəbrayılov, qarışıq qoşa hərəkətlərdə A.Rəcəbov və T.Yaşinkina, qadınların qrup hərəkətlərində L.Xarçenko, S.Sundikova və E.Quliyeva, kişilərin qrup hərəkətlərində R.Məmmədov, B.Ravinov. Q.Qalimayev və E.Əzimov, M.Ələkbərov, A.Baxşiyev, A.Qafarov və E.Quliyev, D.Cavadov, S.Bağırov Ə. Abbasov və A.Babayev ölkəmizin idman şərəfini ləyaqətlə qoruyublar.
Azərbaycan İdman Akrobatika Federasiyası 1993-cü ildə Beynəlxalq İdman Akrobatika Federasiyasına üzv qəbul edilib və həmin ildən başlayaraq idmançılarımız Avropa və dünya çempionatlarında iştirak etmək imkanı əldə ediblər.
1993-cü ildə Moskva şəhərində keçirilən gənclər arasında dünya çempionatında uğurla çıxış edən Azərbaycan akrobatları Elşən Seyfullayev, Elxan Şahbazzadə, Valeriy və Aleksandr Liçkin qardaşları kişilərin qrup hərəkətlərində mütləq çempion adını qazanıblar. Digər akrobatlar A.Mustafayev və S.Cəbrayılov kişilərin qoşa hərəkətlərində Avropa və dünya çempionatlarında mükafata layiq yerlər tutublar.
Ümumiyyətlə, 1993-2003-cü illərdə akrobatlarımız Avropa və dünya çempionatlarında 5 qızıl, 4 gümüş, 4 bürünc medal qazanıblar.
Azərbaycanda güclü akrobatika ənənəsinin formalaşmasında Bəhram Nərimanov, Arif Əhədov, Adil Hüseynzadə, Elşad Nərimanov, Azər Kərimov, Arif Qafarov, Ağakərim Səlimov, Yuriy Demyanenko, Əvəz Abbasov kimi görkəmli məşqçilərin böyük əməyi olub.
Tamblinq
TRAMPLINQ VƏ TAMPLINQ
Akrobatikanın tərkibində olan tramplinq və tamplinq ilk dəfə olaraq 2000-ci ildən etibarən ayrıca idman növü kimi fəaliyyət göstərməyə başlayıb.
2000-2003-cü illər ərzində ölkə tapmlinqçiləri müxtəlif yarışlarda qüvvələrini sınayıblar. 2001-ci ildə Danimarkada keçirilən Dünya birinciliyində Rəvan Yusubov 14-cü nəticə göstərib. 2003-cü ildə Kiyevdə keçirilən beynəlxalq turnirdə Taleh Qazıyev və Abdulla Qasımov finala vəsiqə qazanaraq 6-7-ci yerləri tutublar.
Hazırda Azərbaycanda bu idman növü ilə 150-yə qədər idmançı məşğul olur ki, onların da əksəriyyəti Gimnastika məktəbinin yetirmələridir.
Eyni zamanda, paytaxtın bir neçə idman mərkəzində, həmçinin Dəvəçi şəhərində də tramplinq və tamplinq inkişaf etdirilir.
Akrobatik gimnastika
Akrobatika çox qədim idman növüdür. Akrobatik hərəkətlərin motivləri antik dövrdəki qədim Yunan poemaları «İliada» və «Odisseya»da da öz əksini tapmışdır. «Akrobat» termini yunanca «Akrobates» sözündən əmələ gəlmiş «yuxarı qalxan» mənasını verir.
1573-cü ildə fiziki tərbiyədə akrobatika hərəkətlərinin icrasını göstərən ilk kitab İ.Merkurialis tərəfindən yazılmışdır.
XIX əsrdə idmanın inkişafı və akrobatika hərəkətlərinin yeni növlərinin meydana çıxması idman hərəkətlərinin bir hissəsini təşkil etmişdir.
1973-cü ildə Moskvada 10 ölkənin (Bolqarıstan, İngiltərə, Macarıstan, Almaniya Demokratik Respublikası, Kuba, Polşa, SSRİ, ABŞ, Almaniya Federativ Respublikası və Yuqoslaviya) iştirakı ilə Beynəlxalq İdman Akrobatika Federasiyası (BİAF) yaradılmış, onun Əsasnaməsi və yarış qaydaları təsdiq edilmişdir. BİAF-ın birinci prezidenti Stoil Satirov (Bolqarıstan) seçilmişdir. İlk dünya çempionatı 1974-cü ildə Moskva şəhərində keçirilmişdir.
Azərbaycanda akrobatika
Azərbaycanda akrobatikanın yaranma və inkişaf tarixi 1920-30-cu illərə təsadüf edir. Bu illərdə Q.Səfərov, Q. Becanov, Y.Yurfeld, D.Dvoryankin, İ.Kiselyov və H. Ağayev Azərbaycan akrobatikasının idman növü kimi inkişafında mühüm rol oynamışalar.
1936-cı ildə Bakıda birinci qeyri-rəsmi yarış keçirilmiş və bu yarışın proqramına ancaq kişilərin qrup halında hərəkətləri daxil edilmişdir. Bundan sonra Azərbaycan akrobatları ümumittifaq yarışlarında iştirak etməyə başlamışlar.
1960-1990-cı illərdə akrobatlar ümumittifaq və beynəlxalq yarışlarda mühüm nailiyyətlər əldə etmişlər. Bu illərdə kişilərin qoşa hərəkətlərində Bəhram və Elşad Nərimanov qardaşları, Ə.Baxşiyev və N.Babayev, S.Saakov və Y.Demyanenko, R.Qasımov və Y.Yuçkin, Y.Mamonov və N.Məmmədov, S.Rəcəbov və O.Klimaşkin, A.Mustafayev və S.Cəbrayılov, qarışıq qoşa hərəkətlərdə A.Rəcəbov və T.Yaşinkina, qadınların qrup hərəkətlərində L.Xarçenko, S.Sundikova və E.Quliyeva, kişilərin qrup hərəkətlərində R.Məmmədov, B.Ravinov. Q.Qalimayev və E.Əzimov, M.Ələkbərov, A.Baxşiyev, A.Qafarov və E.Quliyev, D.Cavadov, S.Bağırov Ə. Abbasov və A.Babayev ölkənin idman şərəfini qorumuşlar.
Azərbaycan İdman Akrobatika Federasiyası 1993-cü ildə Beynəlxalq İdman Akrobatika Federasiyasına üzv qəbul edilmiş və həmin ildən başlayaraq idmançılar Avropa və dünya çempionatlarında iştirak etmək imkanı əldə etmişlər.
1993-cü ildə Moskva şəhərində keçirilən gənclər arasında dünya çempionatında uğurla çıxış edən Azərbaycan akrobatları Elşən Seyfullayev, Elxan Şahbazzadə, Valeriy və Aleksandr Liçkin qardaşları kişilərin qrup hərəkətlərində mütləq çempion adını qazanmışlarr. Digər akrobatlar A.Mustafayev və S.Cəbrayılov kişilərin qoşa hərəkətlərində Avropa və dünya çempionatlarında mükafata layiq yerlər tutmuşlar.
Ümumiyyətlə, 1993-2003-cü illərdə azərbaycanlı akrobatlar Avropa və dünya çempionatlarında 5 qızıl, 4 gümüş, 4 bürünc medal qazanmışlar.
Azərbaycanda güclü akrobatika ənənəsinin formalaşmasında Bəhram Nərimanov, Arif Əhədov, Adil Hüseynzadə, Elşad Nərimanov, Azər Kərimov, Arif Qafarov, Ağakərim Səlimov, Yuriy Demyanenko, Əvəz Abbasov kimi görkəmli məşqçilərin böyük əməyi olmuşdur.
Akrobatlar:
- Arif Qafarov
- Arif Əhədov
- Adil Hüseynzadə
- Ayla Əhmədova
- Azər Kərimov
- Ağakərim Səlimov
- Bəhram Nərimanov
- Dilarə Sultanova
- Elşad Nərimanov
- Elçin Məmmədov
- Emil Yarəhmədov
- Əvəz Abbasov
- Yuriy Demyanenko
Гимнастика для мозга, Нагорный В.Э., 1972
Современный технический прогресс приводит к тому, что от людей требуется все меньше затрат мускульной работы и все больше умственной. Мозг – главный рабочий орган людей умственного труда. На него падают значительные нагрузки, которые часто приводят к нарушениям работы мозга. Проявляются они в форме головных болей, снижения трудоспособности, бессонницы.
Усилия медиков помогают вылечить многие заболевания. Однако наибольшее значение имеют меры профилактики, среди которых главное – физическая культура.
Автор рассказывает о том, как уберечь мозг от переутомления, повысить умственную работоспособность, продлить творческое долголетие, лает профилактические советы.
МЫСЛЬ И ДВИЖЕНИЕ.
Многие виды работы, связанные с умственной деятельностью, человек выполняет, оставаясь почти неподвижным. Как же сказывается на умственной работе физическая пассивность, способствует ли она интенсивному течению творческого процесса, сосредоточению внимания, или, наоборот, неподвижность тела в какой-то степени переносится и на мыслительный аппарат? Когда лучше думается: за письменным столом или во время неторопливой прогулки?
Бесплатно скачать электронную книгу в удобном формате, смотреть и читать:
Скачать книгу Гимнастика для мозга, Нагорный В.Э., 1972 – fileskachat.com, быстрое и бесплатное скачивание.
Скачать pdf
Ниже можно купить эту книгу по лучшей цене со скидкой с доставкой по всей России. Купить эту книгу
Comments are closed, but trackbacks and pingbacks are open.