Press "Enter" to skip to content

B vahabzadə secilmiş əsəerləri

Yenə bağlar o bağlardır, fəqət bağda gülüm yoxdur,
Gülüm yoxdur, bu dünyada ayım yoxdur, ilim yoxdur.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Seçilmiş əsərləri”ndən seçmə qəzəllər

Yenə bağlar o bağlardır, fəqət bağda gülüm yoxdur,
Gülüm yoxdur, bu dünyada ayım yoxdur, ilim yoxdur.

Zaman dönməz öz hökmündən… Biz ayrıldıq, tez ayrıldıq,
Dilim bar verməz, ay dostlar, deyəm ki, sevgilim yoxdur.

Çiçəklərdən, küləklərdən mən allam ətrini yarın,
Dilək ölməz, ürək ölməz, sevənlərcin ölüm yoxdur.

Gülüm əğyar qılıncıyla sevərkən ayrı düşdük biz,
Bu həsrətdən, bu möhnətdən daha müdhiş zülüm yoxdur.

Sevib yandım, külək qalxdı, külüm sovruldu əflakə,
Məni gərmə bu dünyada odum söndü, külüm yoxdur.

Ağac yansa, fəğan eylər, deyər öz dərdini aşkar,
Deməkçün dərdimi yarə, bəmim varsa, zilim yoxdur.

Səninlə Bəxtiyaram mən, ayım sənsən ilim sənsən,
Bu dünyada mənim sənsiz ayım yoxdur, ilim yoxdur.

Bu qədər saldı məni həsrət, amandan-amana
Könlüm axırda mənim düşdü gümandan-gümana.

Neçə alim yazıb öz dərdini izhar elədi,
Aşiqin dərdi fəqət keçdi zamandan-zamana

Dərdü-qəmdən usanıb düşdü könül hicr oduna,
Eləyək indi şikayətmi yamandan-yamana?!

Səni gördükdə mən ancaq belə dil-dil ötürəm,
Boşalır göydə buludlar da dolandan-dolana…

Demərəm görməmişəm mən səni çoxdandı, gülüm,
Görürəm surətini yalqız olandan-olana…

Könlümün üstə düşən kölgələr əlan silinir,
Başımın üstünə sən kölgə salandan-salana.

Neçə yol vədə verib əhdə vəfa qılmadı yar,
Bəxtiyar! Qəlbin axır düşdü talandan-talana.

Ağlar ürəyim, səs gələr, ah-azar görünməz.
Gözdən yaş axar, qaynağı zinhar, görünməz.

Ruzgar yenə tüğyan eləyir dalda, budaqda
Toz-torpağı gördük, niyə ruzgar görünməz?

Tonqal yanır, atəş görünür, atəşi yaxmış,
Əl gizli səbəb, gizli səbəbkar görünməz.

İllər üzərindən yön alıb yol gedirik biz
İllər görünür, bəs niyə yollar görünməz.

Qəmdən şad olursansa, könül mülkünə sən bax,
Güllər açılıb, amma o gülzar görünməz.

Bəxtin mənə yar olduğunu çoxları söylər,
Bəxtim görünür, bəs niyə dildar görünməz?

Daş ürəklərdə yanıb daşları sındırdı muğam.
Haqqa düşmən olanı haqqa tapındırdı muğam.

Nə güman eyləmisən ondakı tilsimləri sən,
“Kürü ahıyla qurutdu”, “salı yandırdı” muğam.

Onun hər guşəsi bir xatirə, bir canlı kitab,
Keçilən yolları hərdən bizə andırdı muğam.

Su çilər kinli ürəklərdə qəzəb tonqalına,
Neçə qəsdin önünü kəsdi, dayandırdı muğam.

O – ürək yanğısı, göz yaşları, bir çəngə bulud,
Oyadıb yaddaşı, vicdanı utandırdı muğam.

Dəfn edin siz məni Zabul segahın mayəsinə,
Deyirəm, bəlkə, məni bir gün oyandırdı muğam.

Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,
Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.

Son Yazılar

  • Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
  • “Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
  • “Euronews.com”: Azərbaycan turizm üçün möhtəşəm ilə hazırlaşır VİDEO
  • UNESCO-nun rəsmi sosial şəbəkələrində Hacı Zeynalabdin Tağıyev haqqında məlumat paylaşılıb
  • Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Teatr Xadimləri İttifaqında olub

Arxivlər

Blogroll

Kateqoriyalar

  • “Açık Kara” dergisi
  • “Alkış” dergisi
  • “Ədəbi Körpü” dərgisi
  • “Güzlek”
  • “Güzlek” dərgisi
  • “Hece Taşları” dergisi
  • “Kümbet” dergisi
  • “Mevsimler” dergisi
  • “Türkay” dərgisi
  • “Usare” dergisi
  • “Yarpuz” dergisi
  • “Yeni nəşrlər”
  • “Zərif kölgələr”
  • “Zərrələr”
  • “Kardelen” dergisi
  • AJB Sumqayıt şəhər təşkilatı
  • Ana səhifə
  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Azərbaycan ədəbiyyatı
  • Azərbaycan Prezidenti
  • Dilçilik İnsitutu
  • Ədəbiyyatşünaslıq
  • Haqqımızda
  • Mədəniyyət
  • Müsabiqə
  • Müsahibə
  • Pakistan ədəbiyaytı
  • Prezident Mükafatçıları 2022
  • Publisistika
  • Ruskaya literatura
  • SOCAR «Azərikimya» İB
  • Sumqayıt RMTİ
  • Türk xalqları ədəbiyyatı
  • Türkiyə Cümhuriyyəti
  • Türkiyə ədəbiyyatı

Təqvim

Mart 2023

BE ÇA Ç CA C Ş B
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31

Son Yazılar

  • Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb 11 Mart 2023
  • “Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq 11 Mart 2023
  • “Euronews.com”: Azərbaycan turizm üçün möhtəşəm ilə hazırlaşır VİDEO 11 Mart 2023
  • UNESCO-nun rəsmi sosial şəbəkələrində Hacı Zeynalabdin Tağıyev haqqında məlumat paylaşılıb 11 Mart 2023
  • Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Teatr Xadimləri İttifaqında olub 11 Mart 2023
  • Bəlkə də son nəfəsində Anna qatara gülmüşdü… – NARGİS 10 Mart 2023
  • Nargis.”ZERO. ” 10 Mart 2023
  • Gülnar SƏMA.”Fədakarlığı örnək qadınlarımız” 10 Mart 2023
  • İlyas Əfəndiyevin “Körpüsalanlar” romanında qadının inqilabi “xəyanəti” 10 Mart 2023
  • Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək 10 Mart 2023
  • Milli Kulinariya Mərkəzi loqosunu yeniləyib 10 Mart 2023
  • Milli kulinarların Avropada qalib gələn menyularının təqdimatı olub 10 Mart 2023
  • Gənc xanım yazar Şəhanə Müşfiqin “Qutsal yolçu” kitabının təqdimat mərasimi keçiriləcək 10 Mart 2023
  • Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub – 10 Mart 2023
  • TÜRKSOY Yazarlar Birliyi yaradıldı 10 Mart 2023
  • TÜRKSOY-un 30 illiyi münasibətilə “TÜRKSOY HİMNİ” üçün şeir (söz) müsabiqəsi elan edilir 10 Mart 2023
  • Şair-publisist Əkbər Qoşalının yardıcılıq gecəsi keçiriləcək 10 Mart 2023
  • 10 Mart – Milli Teatr Günüdür 10 Mart 2023
  • İbrahim İlyaslını doğum günü münasibətilə təbrik edirik! (10 mart 1963-cü il) 10 Mart 2023
  • Rüfət Axundlunu doğum günü münasibətilə təbrik edirik! (10 mart 1983-cü il) 10 Mart 2023

B vahabzadə secilmiş əsəerləri

Əsərləri [Mətn]: [12 cilddə]: 9-cu Cild Mərsiyə-rekviyem, hekayələr, pyeslər, tele-radio pyeslər və ssenarilər /B. M. Vahabzadə ; tərt., ön sözün müəl. və red. R. Qafarlı; bədii dizayner X. Əliyev.- Bakı: Elm, 2009.- 827, [1] s.: portr., şək., 21 sm.

Sən olmasaydın. [Mətn] /B. Vahabzadə; naşir, ön sözün müəl. və red. Ə. Sayılov. Bakı: Araz, 2009.553, [1] s.: portr Azf-255020

Azərbaycan dramaturgiyası antologiyası [Mətn]: dörd cilddə /t ə rt. ed. v ə bioq. mü ə l. D. M ə mm ə dova; [burax. m ə sul Ə . Gül ə liyev]. III Cild.- B . : Ş ə rq-Q ə rb, 2007. – 543, [1] s.: 21 sm.

Əsərləri [Mətn]: [11 cilddə]: [Məqalələr. Ədəbiyyat və sənət]: IX cild /B. Vahabzadə; tərt.-red. A. Bağırov; rəssam. N. Rzaquliyev.- Bakı: Azərbaycan, 2005.- 784 s.: 1 portr., ill., 20 sm.

Əsərləri [Mətn]: [11 cilddə]: [Publisistika]: X cild /B. Vahabzadə; tərt.-red. A. Bağırov; rəssam. Z. Əliyev.- Bakı: Azərbaycan, 2005.- 688 s.: 1 portr., ill., 20 sm.

Əsərləri [Mətn]: [11 cilddə]: [Publisistika]: XI cild /B. Vahabzadə; tərt.-red. A. Bağırov; rəssam. Z. Əliyev.- Bakı: Azərbaycan, 2005.- 672 s.: 1 portr., ill., 20 sm.

Əsərləri [Mətn]: [11 cilddə]: VIII cild /B. Vahabzadə; red. A. Bağırov; rəssam. N. Rzaquliyev.- Bakı: Azərbaycan, 2005.- 848 s.: 1 portr., 20 sm.

Seçilmiş əsərləri [Mətn] /Bəxtiyar Vahabzadə; Red. hey. Ə.Quliyev (baş red.) və b.; Tərtib edəni və red. A. Bağırov; Ön sözün müəllifi. N.Cəfərov.- Bakı: Çaşıoğlu, 2005.- 440 s.: 1 portr., 24 sm.

Yeni şerlər: [Mətn] /B. Vahabzadə; Köçürən: Məhəmməd İdabi-Qaraxanlı “Alışıq”.- Təbriz: Akhtar publication, 2005.- 155 (5) s.: 1 portr., 21 sm.

Əsərləri [Mətn]: [11 cilddə]: (2000-2004): VII cild /B. Vahabzadə; tərt. – red. A. Bağırov; rəssam. Z. Əliyev.- Bakı: Çaşıoğlu, 2004.- 356 s.: 1 portr., ill., 20 sm.

Əsərləri [Mətn]: [11 cilddə]: (1990-1999): VI cild /B. Vahabzadə; tərt.-red. A. Bağırov; rəssam. Z. Əliyev.- Bakı: Çaşıoğlu, 2003.- 776 s.: 1 portr., şək., 20 sm.

Sandıqdan səslər: Şerlər /B.Vahabzadə. Bakı: Təfəkkür NPM, 2002. 128 səh 224756

Əsərləri [Mətn]: [11 cilddə]: (1980-1989): V cild /B. Vahabzadə; tərt.-red. A. Bağırov; rəssam. Z. Əliyev.- Bakı: Çaşıoğlu, 2002.- 504 s.: 1 portr., ill., 20 sm.

Əsərləri [Mətn]: [11 cilddə]: II cild/B. Vahabzadə; tərt.-red. А. Bağırov; rəssam. Z. Əliyev.- Bakı: Azərbaycan, 2002.- 512 s.: 1 portr., ill., 20 sm.

Əsərləri [Mətn] : [11 cilddə]: III cild /B. Vahabzadə ; tərt. red. А. Bağırov ; rəssam. Z. Əliyev.- Bakı: Azərbaycan, 2002.- 512 s.: 1 portr., ill., 20 sm.

Əsərləri [Mətn]: [11 cilddə]: I cild /B. Vahabzadə.- Bakı: Azərbaycan, 2001.- 544 s.: 1 portr., 20 sm.

Hara gedir bu dünya: Pyeslər /B.Vahabzadə.- Bakı: Azərbaycan, 2001.- 384 səh.: 20 sm.

Ləyaqət [Mətn] /Bəxtiyar Vahabzadə; Red.: Azər Bağırov. Bakı: Azərbaycan, 1998. 208 s.: 1portr 212380

Bəxtiyar Vahabzadə şeirləri

Vahabzadə Bəxtiyar Mahmud oğlu Şəki şəhərində anadan olmuş məşhur Azərbaycan şairi, dramaturqu və ədəbiyyatşünasıdır. Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz bəzərsiz yaradıcılığı ilə milli ədəbiyyatımızın zənginləşməsində mühüm rol oynayıb.
O, bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirini çap etdirdikdən sonra başlamışdır. O zamandan dövri-qədim mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır.
70-dən çox şeir kitabı ilə böyük oxucu sevgisi qazanan B.Vahabzadə 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifi olaraq əsl alim kimi öz sözünü deyib.

1️⃣ ÜRƏK

Ürək odur daim yana,
Od püskürə alovlana.
Od vermirsə qəlbə, cana
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil.

Əgər ki, sevinib gülmür,
Döyüntüsün heç kim bilmir,
Çırpıntısı eşidilmir
Demək o, heç ürək deyil.
O heç mənə gərək deyil.

Vətəniyçün lazım gəlsə
Polad kimi gərilməsə,
Torpağına sərilməsə
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil.

Neyləyirəm o ürəyi-
Yox arzusu bir diləyi!?
Bacarmırsa o sevməyi
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil!

2️⃣ AZƏRBAYCAN
Azərbaycan, adın oddur, özün – işıq, sözün- işıq.
Biz də sənin bu müqəddəs torpağından boy atmışıq,
Sənsən bizim bu dünyada məsləkimiz, amalımız,
Yolumuza işıq saçsın ulduzumuz, hilalımız.

Nəfəsimiz – ulu Qorqud dədəmizin öz nəfəsi,
Mahnımızda yaşar bizim babaların addım səsi.
Bu torpaqda, bu diyarda dünən vardıq, bu gün varıq,
Biz keçmişə güvəndikcə gələcəyə addımlarıq.

Vətən bizsiz də keçinər, keçinmərik biz Vətənsiz.
Bu məramla boy atmışıq Çənlibellər üstündə biz.
Şəhidlərin qanı ilə yoğrulubdur torpağımız,
Qəlbimizdə dalğalanır öz üç rəngli bayrağımız.

Qardaşlıqdır şüarımız, biz həmişə əl tutanıq,
Düşmən bizə əl uzatsa, düşmənliyi unudanıq.
Könlümüzdə bir vahiddir güneyimiz, quzeyimiz,
Vətən – bizim namusumuz, biz Vətənik, Vətən də biz.

3️⃣ SƏNINLƏ DÜNYADA BƏXTIYARAM MƏN
Başımı qoyaram gündə yüz kərə,
Bir yol ayağını qoyduğun yerə.
Eşqindir ucaldan məni göylərə,
Bu eşqin gücünə minnətdaram mən.

Sevgiyə həd qoymaq düzü günahdı,
Cahilin hər işi, sözü günahdı,
Eşqi günah saymaq özü günahdı,
Kim deyir eşqimdə günahkaram mən?!

Özün bir aləmsən, eşqin bir aləm,
Sən olan könüldə nə kədər, nə qəm,
Sənsiz bu dünyanın ən bədbəxtiyəm,
Səninlə dünyada BƏXTİYARam mən.

4️⃣ AXTARIŞLARIM
Dünyadan od alır arzu da, kam da,
Könlümün içində necə gizlənim?
Gözüm də, könlüm də, qulaqlarım da
Gecəli, gündüzlü axtarır mənim…
Nə gecə tanıyır, nə gündüz könül
Axtarır,
axtarır…
“Yetər!”-deyəmmir.
Tapdığı incini doyumsuz könül,
Bu gün bəyənsə də, sabah bəyənmir.
Tapdım, uşaq kimi sevinirəm mən.
Özüm vuruluram sətirlərimə.
Sonra görürəm ki,
tapdıqlarımın,
Heç biri könlümcə deyilmiş, demə!
İstərəm, həmişə aşıb-daşam mən.
Gecəli-gündüzlü axtanşımdan
Tapdığım ləzzəti
tapdıqlarımda
tapmamışam mən.
Gəzib axtarıram,
Gördüklərim çox.
Min şeir gizlənib hər qarışımda.
Yox-yox!
Gözəlliyi tapdığımda yox,
Tapmışam əbədi axtarışımda.

5️⃣ GECƏLƏR

Səhərlərim-boyasız, gündüzlərim-qorxusuz
Gecələrim-narahat, gecələrim-yuxusuz.
Başbaşayıq sübhə tək mənimlə fikirlərim,
Gecələrə açılır gizli-gizli sirlərim.

İndi mən qısılmışam gecələrin qoynuna
Boylanıram içimdə gah əvvələ, gah sona.
Gecələr-sığnaq yerim, gecələr-pənah yerim,
Gecələr bir-birilə döyüşən fikirlərim.

İnanardı ağıl da öz içimin səsinə
Şirin xəyallarımın yumşaq mütəkkəsinə
Baş qoyardım bir zaman
Xəyalı gerçək kimi yaşayardım bir zaman.

İndi qurban verməyə hazıram bir yad kimi
Min-min səhərlərimi, min-min gündüzlərimi
Bir anlıq sükutuma, bir yuxusuz gecəmə.
Qəm sükuta dəm tutur, gecələr sükut qəmə.

Allahın bal yuxusu mənə haram gecələr
Sürünürəm gündüzlər, yaşayıram gecələr.
Anam deyərdi: “Oğul, sən gecə doğulmusan
Bəlkə buna görə də gecəquşu olmusan”.

Mən təpədən dırnağa indi səbrəm, dözüməm,
Çoxluğumda başqası, təkliyimdə özüməm.
Verdiyin tənhalığı geri götürmə, Allah,
Gecəmlə həsb-halı mənə çox görmə, Allah.

Mənim mənə ən yaxın sirdaşımdır gecələr,
İçimə damcılayan göz yaşımdır gecələr.
Gecələr sığnaq yerim, gecələr pənah yerim,
Səhərlər açılanda qapanır kirpiklərim.
Öyrəndim gecələrden
Qaranlıq içində mən
Ulduz-ulduz yanmağı,
Özümə qapanmağı, içimə boylanmağı.

Gecələrin sahibi, gündüzlərin quluyam,
Mən gündüzlər adiyəm, gecələrsə uluyam.
Gecələr çiçəklənir söz gülşənim, söz bağım
Gecələrin şahıyam, yoxdur mənim ortağım.

6️⃣ DÜNYANIN

Baş çıxarmaq həm çətindir, həm asan,
İblisindən, mələyindən dünyanın.
Adəm satdı bir buğdaya cənnəti,
Tora düşdü kələyindən dünyanın.

Nə gözəldir ürək geniş, söz açıq,
Yaşamadım bir sevdamı yarımçıq.
Əzab adlı dəyirmandan narın çıx,
Keçəcəksən ələyindən dünyanın.

Arzum üçün bir mələyən cüyürdüm,
O təpədən bu təpəyə yüyürdüm.
Niyə qorxum kəfənindən?
Nə gördüm
Beşiyindən, bələyindən dünyanın?

Ey Bəxtiyar, zaman ömrü əridər,
O dünyaya getməmişdən çürüdər.
Arxasınca palaz kimi sürüdər
Bərk yapışsan ətəyindən dünyanın.

7️⃣ ŞƏHİDLƏR
Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…

Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər…

O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü,
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü Şəhidlər…

Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə bizdə.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi Şəhidlər…

Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi Şəhidlər…

Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu Ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi Şəhidlər…

Dözdü hər zillətə, dözdü hər şeyə,
“Dünyada mənimdə haqqım var” ,- deyə
Kütləni xalq edən müqaviləyə,
Qanıyla qolunu çəkdi Şəhidlər…

İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər.

Comments are closed, but trackbacks and pingbacks are open.