Bağayarpağı – yaraları və xoraları sağaldan bitki
5. Bronxitdə bağayarpağı
Sələf Xəbər
Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim dünyasını sevərsə, axirətinə zərər vurar. Axirətini sevən isə, dünyasına ziyan vurar. Siz də baqi olanı fanidən üstün tutun.” (Səhihdir. Səhih İbn Hibban: 709).
SAĞLAMLIQ
Son Xəbərlər
- Övladı olmayan ailələrə XOŞ XƏBƏR – Süni mayalanma pulsuz olacaq On ildən çox müddətdə sonsuzluqdan əziyyət çəkən ailələrə ekstrakorporal mayalanma və embrionun köçürülməsi bir dəfə [. ]
- Həkimlərin 50 il gizlətdiyi sirli vasitə – 70 qəpiklik dərmanın inanılmaz faydaları Bəzən həkimlər və böyük dərman biznesi imperiyası 40-50 il bundan əvvəl insanların köməyinə çatan ucuz, [. ]
- Bu qidanı hər gün qəbul etməyə çalışın Elmi araşdırmalar göstərib ki, kələmin bütün növləri (ağ kələm, qırmızı kələm, gül kələmi, pekin kələmi, [. ]
- Bu əşyalarınızı heç kimə verməyin Hamımız sevdiklərimizə qarşı dərin bir paylaşma duyğusu daşıyırıq. Hər şeyimizi onlarla bölüşmək, paylaşmaq istəyirik. Amma bəzi [. ]
- Həftədə iki dəfə mütləq yeyin – DÜZGÜN BİŞİRİLMƏ QAYDASI Balığın faydalı qida olduğu hər kəsə məlumdur. Amma balığı da yanlış formada istifadə etdikdə faydalı [. ]
Bağayarpağı bu xəstəliklərin əlacıdır
14. 103 dəfə baxılıb
“Sələf Xəbər” Milli.Az-a istinadən bağayarpağı bitkisinin faydaları haqqında doktor Firuz Hüseynovun yazısını təqdim edir:
1. Əgər dərinizdə irinli yaralar, çiban, kor çiban, trofik yaralar və ümumiyyətlə, müalicəyə çətin tabe olan yaralar vardırsa onda belə edin:
Bağayarpağı bitkisinin təzə yarpağını dərin, yuyun, üstünə inək yağı çörək üzərinə çəkilən kimi çəkin, sonra yumurulayın (xalça bükülən kimi) nazik məftillə bağlayın ki, açılmasın, sonra gümüşü yanmayan folqaya bükün və közün içinə qoyun, 20 dəqiqədən sonra götürün, əzib maz formasına salın və gündə 2 dəfə yaraların üstünə çəkin.
2. Qastritdə və kolitdə bağayarpağı
Qastrit və kolit zamanı təzə bağayarpağı yığılır, yuyulur əl ilə stəkana tökülür, yarım stəkan üstünə təmiz su tökülüb, blenderlə qarışdırılır və yeməkdən yarım saat əvvəl içilir. Bunu gündə üç dəfə edin, bağayarpağının içindəki hormonal təsirli maddələr sürətlə yaranın sağalmasına səbəb olur.
3. Daban mahmızında bağayarpağı
Daban mahmızı varsa axşamlar təzə dərilmiş bağayarpağı əzilir və daban üstünə qoyulur 2 saat. Səhərlər isə axşama qədər 1 ədəd enli yarpaq bağayarpağı daban üstünə qoyulur, nazik bağlanılır və corab geyilir. Bunu gündüzlər 3-4 saat edin.
4. Şəkər xəstəliyində bağayarpağı
Bağayarpağı yığılır, qurudulur, əzilir, toz formasına salınır. Gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı bir stəkan qatığı və ya kefirə qarışdırılır yeyilir.
5. Bronxitdə bağayarpağı
Enli yarpaq bağayarpağı yığılır, kölgədə qurudulur. Müxtəlif mənşəli bronxitlərdə 1 çay qaşığı, 1 stəkan suda və ya süddə dəmlənilir gündə 3 dəfə yeməkdən əvvəl bir stəkan içilir.
Sələf Xəbər: Heç şübhəsiz ki, ətraf mühit də Allahın ən möhtəşəm yaratdıqlarından biridir. Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır.
Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)
Bağayarpağı – yaraları və xoraları sağaldan bitki
Bağarpağının müalicəvi xüsusiyyətləri qədim zamanlardan istifadə olunur.
Belə hesab olunur ki, bu buitki müalicə üçün istifadə olunan ilk bitkilərdən biridir. Dahi Avisenna bu bitkini təzə və köhnə yaraların və xoraların müalicəsində istifadə etmək tövsiyə edirdi.
Milli.Az sağlamolun.az-a istinadən bildirir ki, müasir xalq təbabətində də bu bitki yara və xora sağaldan vasitə kimi geniş istifadə olunur. Məsələ burasındadır ki, bu bitkinin tərkibində nadir metilmetionin (U vitamini) var ki, bu maddə mədədə və 12 barmaq bağırsağında xoraları sağaldır.
Həmçinin bağayarpağının tərkibində K və C vitaminləri, fermentlər, orqanik turşular, fitonsidlər, büzücü və s. çox faydalı maddələr var.
Ənənəvi tibb də bağayarpağının müalicəvi xüsusiyyətlərindən istifadə edir. Bu bitki müxtəlif sidikqovucu, iltihab və mikrobəleyhinə, yarasağaldan və s. preparatların tərkibinə daxil edilir.
Bağayarpağı iltihab və mikrobəleyhinə, antiseptik xüsusiyyətlərə malikdir.
– Bağayarpağı dəmləməsi soyuqdəymə, öskürək, angina zamanı çox yaxşı kömək edir. 1 xörək qaşığı quru və ya 2 xörək qaşığı təzə bağayarpağı 1 stəkan qaynar suda dəmləyin və 1 çay qaşığı bal əlavə edib gündə 3 dəfə 1/3 stəkan olmaqla qəbul edin. Bu dəmləmə iltihabı azaldır, bəlğəmi duruldur və onu xaric etməyə kömək edir.
– Angina zamanı bağayarpağı dəmləməsi ilə qarqara etmək lazımdır.
– Həzm sistemi xəstəlikləri və pozulmaları (mədə və 12 barmaq bağırsağı xorası, qastrit, kolit, qıcıqlanmış bağırsaq sindromu və s.) zamanı da bağayarpağı çox uğurla istifadə olunur. Bu bitkinin təzə şirəsi xoraları sağaldır, iltihabı azaldır, mədə-bağırsaq sistemində yaşayan ziyanlı mikrobları öldürür. Təzə yarpaqları yaxşı yuyun, blenderdə əzin və tənzifdən sıxın. Alınmış şirənin 1 xörək qaşığını 1 çay qaşığı balla qarışdırın və gündə 3 dəfə yeməkdən əvvəl qəbul edin.
Həzm sistemi xəstəlikləri zamanı həmçinin bağayarpağı dəmləməsindən istifadə olunur. 2 xörək qaşığı xırda doqranmış təzə bağayarpağının üzərinə 1 stəkan qaynar su əlavə olunur və vam odda qapağı bağlı qazanda 5 dəqiqə ərzində saxlanılır. Soyuyanda dəmləmə yaxşı süzülür, yarpaqlar süzgəcdən sıxılır. Dəmləməni gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.
Nəzərinizə çatdıraq ki, bağayarpağı dəmləməsi və şirəsi mədə turşuluğunun azalması ilə müşayiət olunan pozulmalar zamanı istifadə olunur. Mədə turşuluğunun artması zamanı bu bitki istifadə olunmur.
– Bağayarpağı şirəsi həmçinin diş və baş ağrıları azalıdır, sakitləşdirici təsir edir, iştahanı artırır.
– Bağayarpağı şirəsi balla immuniteti möhkəmləndirir.
– Bağayarpağı dəmləməsi dəridə müxtəlif yaralar, çatlar, dəri xəstəlikləri zamanı vannalar və islatmalar üçün istifadə olunur. Əllərdə və ayaqlarda çatlar, yaralar zamanı 3 xörək qaşığı bağayarpağı 1/2 l qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və əl və ya ayaq vannaları üçün istifadə edin. Dəri xəstəlikləri zamanı (dermatit, ekzema və s.) bu dəmləmədə pambıq əski isladın və zədələnmiş sahəyə qoyub 1 saat saxlayın.
Dəridə olan köhnə yaralar və xoralar zamanı bağayarpağın təzə şirəsi istifadə olunur. Bu şirədə pambıq əski isladılır və yaraya qoyulur.
Kiçik yaralar, sıyrıntılar zamanı zədələnmiş yerə təzə bağayarpağı qoyun. Bunun üçün iri yarpağı yaxşı yuyun, bir qədər əzin və zədələnmiş yerə qoyub bintlə bərkidin.
Bu şirə həmçinin yağlı problemli dəri üçün istifadə oluna bilər.
– Bağayarpağı şirəsi gözün buynuz qişasının müxtəlif travmaları zamanı istifadə olunur.
Bağayarpağı qanın laxtalanmasını artırır və bu səbəbdən sizdə varikoz xəstəliyi, tromblaşmaya meyillik varsa, bu bitkidən istifadə etmək olmaz.
Bu bitkidən istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin!
Milli.Az
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Bağayarpağının babasilə və bir çox xəstəliklərə faydası olduğunu bilirdinizmi?
Bağayarpağı haqqında bilmədikləriniz
Bağayarpağı bitkisinin faydaları barədə bütün tibbi kitablarda əlyazmalara rast gəlinir. Onun yarpaqlarından alınan şirə yaraları sağaltmaq qabiliyyətinə malikdir. Bu səbəbdən də ondan həm xalq təbabətində, həm də müasir tibb sənayesində istifadə edilir.
1. Bağayarpağı şirəsi yaraları sağaltdığına görə ondan dəridə əmələ gələn kəsiklərin müalicəsində və ağcaqanad, ilan sancan yara yerlərinin sağalmasında istifadə edilir.
2. Bağayarpağı şirəsi dəridəki infeksiya və zəhərlənmə əlamtlərini aradan qaldırır.
3. Toxumlarının dəmləməsi orqanizmdə olan iltihabi proseslərin sağalmasınaa yardım edir.
4. Tərkibində olan vitaminlər,dəmir və minerallar orqanizmin tələbatını ödəyir. Buna görə də hər gün bir-neçə yarpaq bağayarpağı yeməyə çalışın.
5. Bağayarpağı şirəsi içən zaman orqanizmdə xüsusi birləşmələr əmələ gəlir. Bu birləşmələr isə ağcaqanad, arı və ilan dişləməsi zamanı qoruyucu rol oynayır.
Bağayarpağı şirəsi içmək aşağıadkılara səbəb olur:
* qanda xolesterinin miqdarını azaldır
* qanda şəkərin iqdarının normallaşçasına yardım edir
* babasilin sağalmasına yardım edir
* “yoğun bağırsağın qıcıqlanması”sindromunu aradan qaldırır
* ishal və qəbizlik zamanı yardımçı olur
* mədə və onikibarmaq bağırsağındakı yaraların sağalmasını sürətləndirir
* sidik kisəsi infeksiyası əlamətlərini aradan qaldırır
Bağayarpağı bitkisinin şirəsini uşaqlara da vermək olar. Oxuduqlarınızı bəyəndinizsə paylaşıb dostlarınızı da məlumatlandırın.
Milli.Az /news.milli.az
Xəbərlər Baxılıb: 1086 Tarix: 24 noyabr 2020
f Paylaş
Digər yazılar
Böyrək daşlarının tökülməsi üçün sirop
Böyrək daşı xəstəliyi insanlarda ən güclü ağrı ilə müşayət olunan xəstəlikdir. Böyrək daşlarından bir çox insanlar əziyyət çəir. Müasir tibbdə müxtəlif tibbi vasitələrlə böyrək daşlarından azad olmaq vasitələri var. Amma
Qaş dərisinin sallanmasının asan yolla aradan qaldırılması
Qaşların altındakı dəri müvəqqəti və ya daimi olaraq sallana bilər. Bu proses birtərəfli və ya ikitərəfli ola bilir. Qaşların altındakı dərinin sallanmasının heç bir xəstəliklə əlaqəsi yoxdur. Bu qocalığın əlamətlərində
35 yaşdan yuxarı kişilər mütləq oxusun
Kişilərdə gücün artmasına və impotensiyanın aradan qalxmaslna səbəb olan bitki. Bu bitkidən – jenşendən qədim dövrlrdə kişilərin gücünün artması üçün istifadə edilmişdir. Jenşen kişinin fiziki aktivliyinin artmasına yardı
Cinsi gücü artıran qidalar
Qara şokolad dopamin səviyyəsini yüksəldir. Bu maddənin ifrazı zövq və həzz hisslərini artırır. Qəhvə. Qəhvənin tərkibindəki kafein ürək döyüntüsünü artırır və qan dövranını sürətləndirir. Qədərində içildikdə insanın ehtiraslanmasın
Tanınmış professordan immuniteti gücləndirməyin yolları
Türkiyə Prezidentinin müşaviri, tanınmış professor İbrahim Saraçoğlu yeni növ koronavirus xəstəliyinin qarşısını almağın yollarından danışıb. xəbər verir ki, professor immunitetin gücləndirilməsində sadəcə vitaminlərin deyil
Məxmərək peyvəndinin koronavrusa İNANILMAZ TƏSİRİ
Qızılca, suçiçəyi və məxmərək peyvəndi (MMR dərmanı) ağır dərəcədə koronavirus infeksiyası riskini azaldır. xəbər verir ki, bu barədə Amerika Mikrobiologiya Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, Corciya Universitetini
COVID-19-a yoluxanların ürəyində çapıq izlərinə rast gəlinir
Yeni növ koronavirus (COVID-19) daxili orqanları da sıradan çıxarır. Virus ilk növbədə həyatı vacib orqanları zədələyir. Mütəxəssislər bildirirlər ki, COVID-19 daha çox ağciyər və ürəkdə fəsadlar yaradır. AZƏRTAC-a istinadə
Koronavirusa yoluxan şəxs azı 6 ay ərzində. – Araşdırma
COVID-19-a yoluxan şəxsin azı 6 ay ərzində yenidən virusa yoluxma ehtimalı çox aşağıdır. xəbər verir ki, bu barədə Oksford Universitetinin alimləri araşdırma aparıb. Universitet tərəfindən səhiyyə işçiləri üzərində aparıla
Kimlər COVID-19-un qurbanına çevrilir?
Həkim və teleaparıcı Aleksandr Myasnikov COVID-19-un hansı müalicə üsullarının ölümcül ola biləcəyini izah edib. xəbər verir ki, Myasnikov həkim nəzarəti olmadan xəstənin aptekdən hər hansı dərman alıb istifadə etməsin
Comments are closed, but trackbacks and pingbacks are open.