Bağayarpağının bilmədiyiniz faydaları
– Bağayarpağı şirəsi balla immuniteti möhkəmləndirir.
Bağayarpağı – yaraları və xoraları sağaldan bitki
Bağarpağının müalicəvi xüsusiyyətləri qədim zamanlardan istifadə olunur.
Belə hesab olunur ki, bu buitki müalicə üçün istifadə olunan ilk bitkilərdən biridir. Dahi Avisenna bu bitkini təzə və köhnə yaraların və xoraların müalicəsində istifadə etmək tövsiyə edirdi.
Müasir xalq təbabətində də bu bitki yara və xora sağaldan vasitə kimi geniş istifadə olunur. Məsələ burasındadır ki, bu bitkinin tərkibində nadir metilmetionin (U vitamini) var ki, bu maddə mədədə və 12 barmaq bağırsağında xoraları sağaldır.
Həmçinin bağayarpağının tərkibində K və C vitaminləri, fermentlər, orqanik turşular, fitonsidlər, büzücü və s. çox faydalı maddələr var.
Ənənəvi tibb də bağayarpağının müalicəvi xüsusiyyətlərindən istifadə edir. Bu bitki müxtəlif sidikqovucu, iltihab və mikrobəleyhinə, yarasağaldan və s. preparatların tərkibinə daxil edilir.
Bağayarpağı iltihab və mikrobəleyhinə, antiseptik xüsusiyyətlərə malikdir.
– Bağayarpağı dəmləməsi soyuqdəymə, öskürək, angina zamanı çox yaxşı kömək edir. 1 xörək qaşığı quru və ya 2 xörək qaşığı təzə bağayarpağı 1 stəkan qaynar suda dəmləyin və 1 çay qaşığı bal əlavə edib gündə 3 dəfə 1/3 stəkan olmaqla qəbul edin. Bu dəmləmə iltihabı azaldır, bəlğəmi duruldur və onu xaric etməyə kömək edir.
– Angina zamanı bağayarpağı dəmləməsi ilə qarqara etmək lazımdır.
– Həzm sistemi xəstəlikləri və pozulmaları (mədə və 12 barmaq bağırsağı xorası, qastrit, kolit, qıcıqlanmış bağırsaq sindromu və s.) zamanı da bağayarpağı çox uğurla istifadə olunur. Bu bitkinin təzə şirəsi xoraları sağaldır, iltihabı azaldır, mədə-bağırsaq sistemində yaşayan ziyanlı mikrobları öldürür. Təzə yarpaqları yaxşı yuyun, blenderdə əzin və tənzifdən sıxın. Alınmış şirənin 1 xörək qaşığını 1 çay qaşığı balla qarışdırın və gündə 3 dəfə yeməkdən əvvəl qəbul edin.
Həzm sistemi xəstəlikləri zamanı həmçinin bağayarpağı dəmləməsindən istifadə olunur. 2 xörək qaşığı xırda doqranmış təzə bağayarpağının üzərinə 1 stəkan qaynar su əlavə olunur və vam odda qapağı bağlı qazanda 5 dəqiqə ərzində saxlanılır. Soyuyanda dəmləmə yaxşı süzülür, yarpaqlar süzgəcdən sıxılır. Dəmləməni gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.
Nəzərinizə çatdıraq ki, bağayarpağı dəmləməsi və şirəsi mədə turşuluğunun azalması ilə müşayiət olunan pozulmalar zamanı istifadə olunur. Mədə turşuluğunun artması zamanı bu bitki istifadə olunmur.
– Bağayarpağı şirəsi həmçinin diş və baş ağrıları azalıdır, sakitləşdirici təsir edir, iştahanı artırır.
– Bağayarpağı şirəsi balla immuniteti möhkəmləndirir.
– Bağayarpağı dəmləməsi dəridə müxtəlif yaralar, çatlar, dəri xəstəlikləri zamanı vannalar və islatmalar üçün istifadə olunur. Əllərdə və ayaqlarda çatlar, yaralar zamanı 3 xörək qaşığı bağayarpağı 1/2 l qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və əl və ya ayaq vannaları üçün istifadə edin. Dəri xəstəlikləri zamanı (dermatit, ekzema və s.) bu dəmləmədə pambıq əski isladın və zədələnmiş sahəyə qoyub 1 saat saxlayın.
Dəridə olan köhnə yaralar və xoralar zamanı bağayarpağın təzə şirəsi istifadə olunur. Bu şirədə pambıq əski isladılır və yaraya qoyulur.
Kiçik yaralar, sıyrıntılar zamanı zədələnmiş yerə təzə bağayarpağı qoyun. Bunun üçün iri yarpağı yaxşı yuyun, bir qədər əzin və zədələnmiş yerə qoyub bintlə bərkidin.
Bu şirə həmçinin yağlı problemli dəri üçün istifadə oluna bilər.
– Bağayarpağı şirəsi gözün buynuz qişasının müxtəlif travmaları zamanı istifadə olunur.
Bağayarpağı qanın laxtalanmasını artırır və bu səbəbdən sizdə varikoz xəstəliyi, tromblaşmaya meyillik varsa, bu bitkidən istifadə etmək olmaz.
Bu bitkidən istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin!
Saglamolun.Az
Bağayarpağının bilmədiyiniz faydaları
Bağayarpağı çoxillik ot bitkisidir.Təbiətdə onun 200 növü yayılıb. Bağayarpağına planetin hər bölgəsində rast gəlmək mümkündür. Onun boyu 0,5 metrə qədər hündürə qalxa bilir. Bağayarpağının çiçəkləri kiçik olur. Onun yarpaqları torpağa yaxın hissədə qalır, yarpaqların orta hissəsindən uzun saplaq çıxaraq hündürə qalxır. Saplaqların baş hissəsində isə bağayarpağının xırda çiçəkləri və çiçəklərdən əmələ gələn toxumları olur. Bağayarpağı çəklərinin ləçəkləri olmur, toxumları isə əsasən külək vasitəsilə çoxalır.
Feat.Az immunitet.az-a istinadən bildirir ki, 1000 bağayarpağı toxumunun çəkisi 40 qram olur. Bağayarpağı yanlız toxumlarla çoxalır. Onun yarpaqları şaxtada donsa da, kökü məhv olmur və toxumları yan-yörəsinə səpələnərək çoxalır.
Bağayarpağının yarpaqları yay aylarında yığılır. Onun aşağıdakı növləri var:
* Meşə bağayarpağı
* Təkçiçəkli bağayarpağı
* Hind bağayarpağı
* Asiya bağayarpağısı
* Avstralya bağayarpağısı
* Düz bağayarpağı
* Ürəyəbənzər bağayarpağı və s.
Bağayarpağının faydalı və müalicəvi xüsusiyyətləri
Müalicə məqsədilə bağayarpağının yarpaqlarından, bəzi hallarda isə kökündən və toxumlarından istifadə edilir. Bağayarpağının tərkibində qlikozid, aukubin , A, C vitaminləri, favonidlər,acı maddələr, tanin,polisaxaridlər, alkoloidlər, orqanik turşular var.
Bağayarpağı şirəsi ağrıkəsici, antidepressant təsirə malikdir, iştahanın artmasına səbəb olur. Onun şirəsi mədənin fəaliyyətini yaxşılaşdırır, turşuluğunu normallaşdırır. Bağayarpağının suda dəmləməsi yaraların sağalmasını sürətləndirir. Buna görə də ondan kompres kimi istifadə eləmək yaraların tez sağalmasına səbəb olur. Kəsiklər, yanıqlar, xroniki yaralar, frunkulun sağalmasında onun rolu böyükdür. Bağayarpağı şirəsi mədə yaralarının da qısa bir zamanda sağalmasına səbəb olur. Bağayarpağı şirəsinin yeni döş əmizdirən anaların döş giləsində çatlar əmələ gələn zaman sürtdükdə çatlar sağalır. Bu zaman təzə sıxılmış bağayarpağı şirəsini salfetkaya hopdurub döşün giləsinə qoyub saxlamaq lazımdır. Bu gün ərzində 3-4 dəfə təkrarlanarsa döşün giləsi tez sağalar. Yaraların tez sağalması üçün bağayarpağını yaranın üstünə qoyub yapışqanla örtdükdə yaranın sağalması sürətlənir. Kulinariya sahəsində körpə bağayarpağı yarpaqlarını salatlara, üyüdülmüş ətə, qızardılmış kartofa əlavə edirlər. Bu zaman bağayarpağı yeməklərə xüsusi qoxu və dad verir. Bağayarpağı şirəsi bəlğəmgətirici xüsusiyyətə malikdir. Ondan bronxitlərin, öskürmlərin, vərəmin, qastritlərin, mədə və onikibarmaq yarasının, irinli yaraların, frunkulların, karbonkulların sağalması üçün istifadə edilər.
Bağayarpağının zərərli və təhlükəli xüsusiyyətləri
Həddindən çox qəbul edildikdə mədə turşuluğunun miqdarını artırır və mədə xəstəliklərinin sağalmasını gecikdirir. Tromb əmələgəlməsinə səbəb ola bilir.
Bağayarpağı babasil üçün
Bağayarpağı babasil üçün effektiv vasitələrdən sayılır. Ən önəmlisi onun istifadəsi böyük xərc tələb etmir. Bağayarpağı venotonik təsir göstərir, düz bağırsaqdakı qan damarlarının divarnı möhkəmləndirir.
Bağayarpağı hansı təsirlərə malikdir?
Yara sağaldıcı xüsusiyyətləri ilə tanınan bu bitki ağrıları aradan qaldırır və yanğı hissini azaldır. Babasil qanaması zamanı müsbət nəticə verir. Tərkibindəki təbii fenollar iltihabı prosesi xeyli zəiflədir. Bağayarpağı sapı və toxumlarında yüksək miqdarda bitki yağı, nişasta tipli selik mövcuddur. Bu maddələr bağırsağın selikli qişasına bürüyücü təsir göstərir. Bitki yarpaqlarının dəmləməsindən istifadə edərkən həzm prosesi normallaşır, nəcis yumşalır.
Bağayarpağı babasil zamanı necə istifadə olunur?
Bu bitki həm yerli, həm də daxilə istifadə üçün yararlıdır. Əksər hallarda faydalı maddələrin təsiri yerli tətbiq zamanı daha güclü olur. Daxilə istifadə üçün bağayarpağı şirəsi zəif odda 20 dəqiqə qızdırılır, tənziflə süzülür və içilir.
Babasil üçün bağayarpağı dəmləməsi
2 stəkan quru otu isti suda dəmləyin. Dəmləməni 3 yerə ayırın, yeməkdən bir neçə dəqiqə öncə için. Hər gün təzə-təzə dəmləyin. Çünki bir dəfəyə çox miqdarda dəmləyib, saxlasanız bitki öz faydalı xüsusiyyətlərini itirə bilər.
Babasil müalicəsi üçün bağayarpağı şirəsi
Təzə sıxılmış şirənin tərkibində faydalı maddələrin konsentrasiyası dəmləmə ilə müqayisədə daha çoxdur. Şirənin dadını yaxşılaşdırmaq üçün onu 50 ml su ilə durulaşdırın və bir qədər bal əlavə edin. Müalicə kursu 3-4 həftədir. Apteklərdə satılan hazır məhlulların tərkibində etil spirti olduğuna görə uşaqlarda babasil xəstəliyi və hamiləlikdə babasil müalicəsi üçün istifadə edilə bilməz.
Babasil üçün bağayarpağı mazı
Şirə və ya dəmləmə 1:7 nisbətində əridilmiş kərə yağı və ya donuz piyi ilə həmcins qarışıq alınana qədər qarışdırılır. Müalicə kursu tam sağalana qədərdir. Mazı şüşə bankada soyuq və qaranlıq yerdə saxlamaq lazımdır.
Babasil düyünlərinin anal dəlikdən sallanması (boğulması) zamanı islaq bağayarpağı kompressləri
10 ədəd iri ölçülü yarpağı fincana qoyub, üzərinə isti su tökün. 5 dəqiqə saxlayın. Sonra yarpaqları tənzifin arasına düzüb, bir neçə dəqiqə müddətində düyünlərə kompress edin. Prosedur həftədə 3 dəfə olmaqla 3 ay təkrarlanır.
Babasil üçün vanna
30 qram quru otu 500 ml qaynadılmış suda 30 dəqiqə dəmləyin. Sonra 1:1 nisbətində ilıq su ilə qarışdırın. Ümumi həcm 1 litr alınmalıdır. Alınmış qarışıqla oturaq halda vanna qəbul edin.
Bağayarpağı ilə babasil şamı
Bunun üçün rezin əlcəyin barmaqlarını kəsib, ora bağayarpağı şirəsi tökün və ehtiyatla soyuducunun dondurucu dolabına qoyun. Babasil düyünlərinə soyuq şam qoyduqda, ağrı sindromu aradan qalxır, düz bağırsaq divarının sağalması sürətlənir. Dondurulmuş vəziyyətdə bitki şirəsi faydalı təsirini 1 il ərzində qoruya bilər.
Təzə bağayarpağı yarpaqlarından şam
Yaxşı yuyulmuş bağayarpağı bitkisinin yarpağını boru şəklində qatlayıb (burub) vazelin və ya günəbaxan yağına batırın. Düz bağırsağa daxil edin və 20 dəqiqə saxlayın. Bu formada şamı 10 gün tətbiq edin.
Bağayarpağı babasil müalicəsi üçün çox faydalı bitki olsa da, bəzi insanlarda ona qarşı allergiya ola bilər. Belə vəziyyətlərdə bitkinin ziyanı faydasını üstələyir. Yuxarıda sadalanan reseptlərdən hər hansı birini tətbiq etməzdən əvvəl mütləq proktoloq həkimlə məsləhətləşin.
Comments are closed, but trackbacks and pingbacks are open.