Press "Enter" to skip to content

Sas menyu

Sadə fəndlərnən neçə dağ boyda insan yıxmışıq,

Baba Pünhan şeirləri və yaradıcılığı

Baba Pünhan 1948-ci il noyabr ayının 5-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində dünyaya göz açıb.

1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cü ildə 8-ci sinfi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25-il müddətində həmin yerdə işləyib. 1972-ci ildə ailə qurub. Bir oğlu, bir qızı dünyaya gəlib.
1990-cı illərdə lirikaya satirik ruh gətirməklə bu gün satirik şair adını almaq əzmini qazanıb. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübariz qəzəlləriylə üsyan edib. 2 il müddətində “Zarafat” qəzetində çalışıb. Sonralar “Tək səbr”, “525-ci qəzet”, “İmpuls”, “Oxu məni”, “Yeddi gün”, “Azadlıq”, “Şəhriyar”, “Bakı Xəbər”, “Etimad”, “Qətiyyət”, “Politika”, “Olaylar”, “Bakının səsi”, “Dünya”, “Yeni Müsavat”, “Qoroskop”, “Dəryaz”, “Arı”, “Ekspress”, “Vəhdət”, “Nəbz” və “Ədalət” qəzetlərində çap olunub.

Baba Pünhan, 2004 aprel ayının 17-si ürəyi süni nəfəsdən imtina edib. Qəbri Kürdəxanı qəsəbəsindədir.

Baba Pünhan şeirləri:

[vc_row][vc_column width=”1/2″]Körpəmiz olsun, olmasın?

Məsləhət eylərəm sana, körpəmiz olsun, olmasın?
Körpə yüz əlli şirvana, körpəmiz olsun, olmasın?

Xeyli götür-qoy etmişik, borca girib toy etmişik,
Hər ikimiz də həmxana, körpəmiz olsun, olmasın?

Borcu sələmnən almışıq, dərdnən-ələmnən almışıq,
Borcu verən də bir “dana”, körpəmiz olsun, olmasın?

Baxmır həkimlər imkana, xətt çəkilibdi vicdana,
Ya öl, ya pul ver, ol ana, körpəmiz olsun, olmasın?

Yaşı çatanda yeddiyə, gün bükülür göy əsgiyə,
Dönür tədrisi “şirvana”, körpəmiz olsun, olmasın?

Körpə soruşsa bir zaman, ay ata, yurdum hardadır,
Mən nə cavab verim ona, körpəmiz olsun, olmasın?

Vermə əzabı Pünhana, qıyma o yazıq insana,
Ver bu sualı Sübhana, körpəmiz olsun, olmasın?[/vc_column]

[vc_column width=”1/2″]Pulun göstərir

Get-gedə dövran özü insanların,
Dəymişi halında kalın göstərir.

Heç nə yox, ancaq şəhərin qızları,
Azərbaycanın halın göstərir.

Xalqının artisti olandan sora,
Xalqına şalvarda dalın göstərir.

Kəndi təzəknən qızınan ölkəmiz,
Neft kimi dünyaya malın göstərir.

And içərəm, hakim öz övladına,
Rüşvətin ən yaxşı yolun göstərir.

Nəmli betondan tutulub dizləri,
Dost ona parketli polun göstərir.

Hündür ev inşa eləyən hər adam,
Böylə hədis var ki, pulun göstərir.

Öz ərinin razılığıynan demə,
Əndamın hər yerdə yalın göstərir.

Səbr elə, Pünhan, yetişir haqq günü,
İblis oyunda finalın göstərir.[/vc_column][/vc_row]

[vc_row][vc_column width=”1/2″]Bakının dərdi var

Yorğundur, yatmayır haçandan Bakı,
Doyub yad ellidən, qaçqından Bakı.
Üzülüb, öləcək acından Bakı,
Məğrur görünsə də o can üstədir,
Bakının dərdi var Bakı xəstədir.

Yaltaqlar dəstəsi baş alıb gedir,
Qeyrət yavaş-yavaş boşalıb gedir,
Məktəbli qızlar da qaş alıb gedir,
Ərli də, ərsiz də bir həvəsdədir.
Bakının dərdi var, Bakı xəstədir.

Əsrlər itirdik illər içində,
Qanqallar bitirdik güllər içində,
Çaqqallar dolaşır ellər içində,
Aslanlar, pələnglər daş qəfəsdədir,
Bakının dərdi var, Bakı xəstədir.

O, Cıdır düzüyçün çadır ağlayır,
Çadır övladıyçün Cıdır ağlayır,
Namus itkin düşüb abır ağlayır,
Köməksiz qız-gəlin dəstə-dəstədir.
Bakının dərdi var, Bakı xəstədir.

Sən ey “Qız qalası” qalasan hələ,
Səni həmişə qız qalasan hələ,
Dərdini Pünhana qala sən hələ,
Ta ki, göz yollarda qulaq səsdədir,
Bakının dərdi var Bakı xəstədir.[/vc_column]

[vc_column width=”1/2″]Gəlsə qiyamət, ay ata

Nə yaman eyləmisən rüşvətə adət, ay ata,
Yıxacaq evmizi bir gün bu cinayət, ay ata.

Sənə mənsəb verilibsə, o deməkdirmi məgər,
Tikəsən nəslinə hər yerdə imarət, ay ata.

Əməlinlə məni rüsvayi-cahan eyləmisən,
Çəkirəm dostlar arasında xəcalət, ay ata.

Sənin ekrandakı yaltaqlığın üzmüş anamı,
Ona rişxənd eləyir külli-cəmaət, ay ata.

Bilirəm, sən də alırsan yığasan verdiyini,
Verməsən ustuluva yoxdu zəmanət ay ata.

Salmısan zindana yüzlərlə günahsızları sən,
Onların qarğışı qoymaz bizi rahət, ay ata.

Gəmiçi öz gəmisində sənə yer verdi fəqət,
Gəmisin istədin ondan bu xəyanət, ay ata.

Hara getsən son ümidün yenə Allah olacaq,
Tövbə qıl, gəl namaza eylə ibadət, ay ata.

Xəlqdən pünhan olan sərvəti qaytar xalqa,
Macalın olmayacaq gəlsə qiyamət, ay ata.[/vc_column][/vc_row]

[vc_row][vc_column width=”1/2″]Bu adam, bizim adamdır

Gözü ac, xəyalı xamdır, bu adam, bizim adamdır,
Yediyi tamam haramdır, bu adam bizim adamdır.

Yemək ilə doymaq olmur, dedi ki, vətən malından,
Yalayım doyum məqamdır, bu adam bizim adamdır.

Neçə ildi parlamanda, gözünü döyüb oturmuş,
Pulu çox, özü avamdır, bu adam bizim adamdır.

Desə ki, müsəlmanam mən, həzər et uzaq gəz ondan,
Desə erməni qudamdır, bu adam bizim adamdır.

Alınıb əgərçi görsən, nəyi var tamam əlindən,
Yeri daş qəfəsdi damdır, bu adam bizim adamdır.

O gələn qonaq-qaradan, mən ölüm nigaran olma,
Adı nola ki, Aramdır, bu adam bizim adamdır.

Yezidə desə babamdır, ona lənət eylə, Pünhan,
Desə ki, babam İmamdır, bu adam bizim adamdır.[/vc_column]

[vc_column width=”1/2″]O bilər – mən bilərəm

Bivəfadırsa əgər yar, o bilər – mən bilərəm,
Ya vəfa əhlidi dildar, o bilər – mən bilərəm.

Nə düşüb xəlqə axı hər şeyə rişxənd eləyir,
Qeyri dindardı ya dindar, o bilər – mən bilərəm.

Məni cadulər ilən salma gözündən o gülün,
Çalma kandarıma mismar, o bilər – mən bilərəm.

Dedim ol yarə hicabı sənə vacib bilib həqq,
Dedi ki, eyləmə israr o bilər – mən bilərəm.

Dəstəmazım gözümün yaşı namazımdı muğam,
Bunda həqqəm ya günahkar o bilər-mən bilərəm.

Məni gah Tanrı çəkib qaldırar ərşin üzünə,
Gahi ordan yerə çırpar, o bilər – mən bilərəm.

Can alanım ikidir, göydə fələk, yerdə mələk,
Desələr hansıdı qəddar, o bilər – mən bilərəm.

Pünhanın eyblərin yarə gedib kim saydı,
Kimə nə, eybi əgər var, o bilər – mən bilərəm[/vc_column][/vc_row]

[vc_row][vc_column width=”1/2″]Qarabağ getsə əgər

Məni udsun qara torpağ, Qarabağ getsə əgər,
Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.

Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi,
Yaz mənim qəbrimə alçaq, Qarabağ getsə əgər.

Dərd vətən dərdidi, bağ dərdi çəkənlər alacaq,
Özgə bir yerdə gözəl bağ, Qarabağ getsə əgər.

Qorxudar bir gecə vallah səni xalqın qəzəbi,
Yetməz imdadına çildağ, Qarabağ getsə əgər.

Oxuyub tarixi bir gün nəvələrmiz deyəcək,
Bizə min tən ilə qorxaq, Qarabağ getsə əgər.

Oynasaq erməninin işvə-nazıynan yenə biz,
Qoyacaq çox yerə barmaq, Qarabağ getsə əgər.

Girəcək tayqulağın qəbrinə tuş çaldıracaq,
Deyəcək bizdədi Arsağ, Qarabağ getsə əgər.

Qatılır gah vəhabiylə xristian bu işə,
Atmaq üçün təzə qarmaq, Qarabağ getsə əgər.

Belə sirli və müəmmalı gedişnən, Pünhan,
Ümid Allahadır ancaq, Qarabağ getsə əgər.

[vc_column width=”1/2″]Ağlamağım var, gözəlim

Nə işim var, na evim var, nə bağım var gözəlim,
Nə pulum var, nə ətim var, nə yağım var gözəlim,

Demə ki, yoxdu bağım mən tərəvəzdən kasıbam,
Kabinetlərdə kudum, balqabağım var gözəlim.

Neynirəm mən maşını gərçi məni dərd aparır,
Əlli dörd at gücünə tən ayağım var gözəlim.

Mənə tən eyləmə ki, evdə çırağım yoxdur,
Vacib oldur ki, dənizdə “Çırağ”ım var gözəlim.

Nə olar ki, Bakıya erməni təşrif buyurub,
Erməniynən axı burda calağım var gözəlim.

Məni toy məclisinə bir hacı dəvət elədi,
Dedi “şollar” şüşəsində arağım var gözəlim.

Bədgüman olma ki, dəryaya gedərsəm quruyar,
Çünki dərya qədəri ağlamağım var gözəlim.

Yedilər, qoymadılar ortada bir şey qalsın,
İncimə söyləsəm ancaq qırağım var gözəlim.

Saçım ağ, saqqalım ağ, neynirəm ölsəm kəfəni,
Bəxti-Pünhanə sevin, pulsuz ağım var gözəlim.[/vc_column][/vc_row]

[vc_row][vc_column width=”1/2″]Bir parça torpaq qalmadı

Barmağın hər yanə qoydu əldə barmaq qalmadı,
Qarmağın hər yanə atdı bircə qarmaq qalmadı.

Cırmağıynan, əl atıb haqqın üzün cırmaqladı,
Dırnağıynan təxti tutdu, sındı dırnaq qalmadı.

Kim ki, zənn etdi yaratmış guya alçaq dağları,
Tanrı yeksan eylədi yernən, bir alçaq qalmadı.

Öylə ki, İblis ayağı dəydi Badu Kubəmə,
Əsdi rüzgar, soldu bağlar, kolda yarpaq qalmadı.

Haqq asıldı, haqq tutuldu, haqq çəkildi çarmıxa,
Bir özündən başqa heç kəs haqqa ortaq qalmadı.

Özlərin çılpaq edənlər haqqa don geydirdilər,
Çılpaq həqdən don geyənlər leyk çılpaq qalmadı.

Zalım oğlu pul alıb, ol qədr torpaq satdı ki,
Heç özün basdırmağa bir parça torpaq qalmadı.

Həzrət Abbasın əlindən düşdüyü bayrağını,
Kubədə qaldırdı Pünhan yerdə bayraq qalmadı.[/vc_column]

[vc_column width=”1/2″]Ötdü cavanlıq, Qarabağ

Canavar nəslinə sərf etdi dumanlıq Qarabağ
Ki, ola onlara hər dəmdə yavanlıq Qarabağ.

Qarabağ atlarının keçdiyi dağlar-dərələr,
Erməni eşşəyinə oldu samanlıq Qarabağ.

İrəvan xanlığını zəbt eləməkdənsə qaçıb,
Bakıda qurmağa gəldik təzə xanlıq Qarabağ.

Bu ona, o biri buna, bu biri ona, o birinə bu,
Belə zəncirlə gedir hökmi-rəvanlıq Qarabağ.

Çəkməsək gərçi Tumanyanın əyindən tumanın,
Fatıya olmayacaq yoxsa tumanlıq Qarabağ.

İki əqrəbdən asılmış yekə kəfkir kimiyik,
Gah o yanlıq oluruq, gah da bu yanlıq Qarabağ.

Dəhşətinlə Baba Pünhana əzablar verdin,
Həsrətinlə sovuşub ötdü cavanlıq, Qarabağ.[/vc_column][/vc_row]

Babaya və Babadan sözlər

Bağlanıb açılandan sonra mövqeyini 180 dərəcə dəyişən və onu sevənlərin rəğbətini ikrah hissi ilə əvəz edən ANS rəhbərliyinə bir şeyə görə minnətdaram: “Qulp”u yaşadır. “Qulp”a isə, ona görə minnətdaram ki, Baba Pünhan kimi bir sənətkarı xalqa tanıtdı və hələ də adını yaşadır onun. Allah rəhmət eləsin. Az öncə, “Qulp”da rəhmətliyin şeir ifası olan videoyazıya baxdım, sözlə izah edilə bilməyəcək qədər kövrəldim. “Sənə qurban kəsərəm mən, yeri səngər! Sənə qurban kəsərəm mən, Vətənin qeyrətini çəkən əsgər!”

Baba Pünhanın şeirləri

İt günündə

Dövrə ümid eylədik, dövran da it günündə,

Alim də it günündə, nadan da it günündə

Ağ əllərdə ağ əlcək, o gündən daha əl çək,

Əyində köhnə pencək, canan da it günündə,

Adam girir min dona, macal yoxdu şeytana,

Əsir düşüb insana, şeytan da it günündə.

Əsgərimiz bittənib, nazirimiz əttənib,

Qızlarımız lüttənib, oğlan da it günündə.

Fikir çapır hər yana, güc verirəm qəlyana,

Qıçım girir yorğana, yorğan da it günündə.

Atdılar vətəndaşı, satdılar Vətən daşı,

Qoy Vətənə başdaşı, ehsan da it günündə.

«Qrad» kimi od saçır, guya xalqa yol açır,

Gec tutulur, tez qaçır zindan da it günündə.

Çatdı xəbər hər yana, tez yığışın meydana,

Baltalandı «topxana» meydan da it günündə.

Ay Xocalı, Xocalı, uşaqlı həm qocalı,

Qaçmaqa yox macalı, fərman da it günündə.

Cahan gedir süquta, Quran yetir sübuta,

Kəfən baha, su xılta, insan da it günündə.

İtim, gəl dur önümdə, gəl başına dönüm də,

Sən Pünhanın günündə, Pünhan da it günündə.

27 aprel 1996, Bakı

Kasıb da borc içində, kalan da borc içində,

Ölən də borc içində, qalan da borc içində.

Xəzinələr həmişə ilanlar altda olmuş,

Fəqət, bu səltənətdə, ilan da borc içində.

Atan bibindən istər, anan xalandan istər,

Bibin də borc içində, xalan da borc içində.

Nişan da borcnan oldu, toyun da borcnan oldu,

Yəqin olar gələn il, balan da borc içində.

Filan klana borclu, klan filana borclu,

Filan oğlu, filan da, klan da borc içində.

Acından ölməməküçün, gedin yalana doğru,

Bu məmləkətdə doğru, yalan da borc içində.

Vətən acdı, vəkil tox, yemək azdı zibil çox,

Zibil pulun verən yox, dalan da borc içində.

Bü torpağa imamın ayağı dəydiyiçün,

Bu torpağı satan da, alan da borc içində.

Əgər bu canı, Pünhan, Xuda veribsə borca,

Günahı olmayan da, olan da öorc içində.

Mən nə dedim ki?!

Yoxdan gələni var elədim, mən nə dedim ki?!

Haqq əhlin ümüdvar elədim, mən nə dedim ki?!

Məzlumlara qan udduran alçaqları bir-bir,

Söz udmağa vadar elədim, mən nə dedim ki?!

Xofdan əyilib bütpərəs olmuşlar önündə,

Qansız bütü inkar elədim, mən nə dedim ki?!

Allahı unutmuşlara xatırladan oldum,

Qafilləri hüşyar elədim, mən nə dedim ki?!

Tərk eylədi şeytan bu könül mülkünü getdi,

Haqqımla yerin dar elədim, mən nə dedim ki?!

Can verdi Xuda, amma ki, eşq istədi məndən,

Yoxdur deməyə ar elədim, mən nə dedim ki?!

Gördüm ki, pul üstündə bu dünyanı tuturlar,

Dünyanı xəbərdar elədim, mən nə dedim ki?!

Haqqın özün axtardım onun qəbrini tapdım,

Amma sözün aşkar elədim, mən nə dedim ki?!

Pünhan, mən əməl dəftərini şerə çevirdim,

Yəni onu təkrar elədim, mən nə dedim ki?!

Bir parça torpaq qalmadı

Barmağın hər yanə qoydu əldə barmaq qalmadı,

Qarmağın hər yanə atdı bircə qarmaq qalmadı.

Cırmağıynan, əl atıb haqqın üzün cırmaqladı,

Dırnağıynan təxti tutdu, sındı dırnaq qalmadı.

Kim ki, zənn etdi yaratmış guya alçaq dağları,

Tanrı yeksan eylədi yernən, bir alçaq qalmadı.

Öylə ki, İblis ayağı dəydi Badu Kubəmə,

Əsdi rüzgar, soldu bağlar, kolda yarpaq qalmadı.

Haqq asıldı, haqq tutuldu, haqq çəkildi çarmıxa,

Bir özündən başqa heç kəs haqqa ortaq qalmadı.

Özlərin çılpaq edənlər haqqa don geydirdilər,

Çılpaq həqdən don geyənlər leyk çılpaq qalmadı.

Zalım oğlu pul alıb, ol qədr torpaq satdı ki,

Heç özün basdırmağa bir parça torpaq qalmadı.

Həzrət Abbasın əlindən düşdüyü bayrağını,

Kubədə qaldırdı Pünhan yerdə bayraq qalmadı.

Bişərəfindən aman oy!

Bu Vətən torpağının bir tərəfindən aman oy!

Bu yazıq millətimin bitərəfindən aman oy!

İblisin cəhrəsi hər rəngdə kələflər əyirir,

Qarabağçün əyirən sərkələfindən aman oy!

Vətənin qızlarını səhnədə hərraca qoyan,

Vətən oğlanlarının bişərəfindən aman oy!

Bakını zəbt eləmək idisə məqsəd, əcaba,

Xalqımın bir belə bica tələfindən aman oy!

Analar modabaz isə, atalar rüşvətxor,

Bu biyabırçı davamın xələfindən aman oy!

Pünhanın yumşaq üzündən xata gəlməz adama,

Amma ünvanladığı söz hədəfindən aman oy!

Qarabağ getsə əgər

Məni udsun qara torpağ, Qarabağ getsə əgər,

Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.

Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi,

Yaz mənim qəbrimə alçaq, Qarabağ getsə əgər.

Dərd vətən dərdidi, bağ dərdi çəkənlər alacaq,

Özgə bir yerdə gözəl bağ, Qarabağ getsə əgər.

Qorxudar bir gecə vallah səni xalqın qəzəbi,

Yetməz imdadına çildağ, Qarabağ getsə əgər.

Oxuyub tarixi bir gün nəvələrmiz deyəcək,

Bizə min tən ilə qorxaq, Qarabağ getsə əgər.

Oynasaq erməninin işvə-nazıynan yenə biz,

Qoyacaq çox yerə barmaq, Qarabağ getsə əgər.

Girəcək tayqulağın qəbrinə tuş çaldıracaq,

Deyəcək bizdədi Arsağ, Qarabağ getsə əgər.

Qatılır gah vəhabiylə xristian bu işə,

Atmaq üçün təzə qarmaq, Qarabağ getsə əgər.

Belə sirli və müəmmalı gedişnən, Pünhan,

Ümid Allahadır ancaq, Qarabağ getsə əgər.

Başda ayaq gəzdiririk

Neçə ildir sinədə Şişəli dağ gəzdiririk,

Dağıdır Şişə bizi gözdə bulaq gəzdiririk.

“Çırağ”ı özgəyə satdıq yatağıynan qarışıq,

Yatağı tapmağa əmma ki, çıraq gəzdiririk.

Yerdə yer azdı deyib, qoydu ayaq başımıza,

Yerə girsək də dözüb başda ayaq gəzdiririk.

Alimik, cahil üçün ot biçirik, bağ salırıq,

Qələmi tullamışıq, indi oraq gəzdiririk.

Atamız ağ, anamız ağ, üzümüz isə qara,

Çün Dubaydan sora gizlində uşaq gəzdiririk.

Qarabağdan bu qədər faydalanan varsa əgər,

Qarabağ dərdin ürəklərdə nahaq gəzdiririk.

Kimi lazım bilirik burda müxalif qoyuruq,

Kimi ki, bilməyirik, gözdən uzaq gəzdiririk.

Biz Qazan xan deyilik, biz içi boş bir qazanıq,

O səbəbdən də papaq yerinə qapaq gəzdiririk.

Desələr ki, necə Pünhandı, bu, aşkardı tamam,

Söyləyin aşkarı pünhanla calaq gəzdiririk.

Sən gələn gündən ölüb eşşəyi Məmmədhəsənin,

Qalmayıb sən demə heç bir şeyi Məmmədhəsənin.

Bu çətin ömrünü eşşəklə sürürmüş yazıq,

Deyəsən bitdi ömür sürməyi Məmmədhəsənin.

Deyirəm yengiyə bir tövr ilə sağ çıxsa da o,

Məncə səs verməyə qalmaz heyi Məmmədhəsənin.

Millətin beynini dondurmağa mahirmiş urus,

Yetmiş ildir ki, açılmır keyi Məmmədhəsənin.

Can gedib, cismini tapşırmağa da torpaq yox,

Kimə lazım yox əgər heç nəyi Məmmədhəsənin.

Ahu-fəryadı neyin naləsi mislində idi,

Ürəyi partladı, susdu neyi Məmmədhəsənin.

Olacaq yar xuda bizlərə, Pünhan, çaxacaq,

Xudayarın başına şimşəyi Məmmədhəsənin.

Tərpəndi, ya tərpənmədi?

Titrəyib yer tərpənəndə bilmirəm insanların,

Şübhəli iymanları tərpəndi, ya tərpənmədi?

Hündür eyvandan baxıb dövran mənimdir söyləyən,

Məmurun eyvanları tərpəndi, ya tərpənmədi?

Allahın torpaqların ac kəndliyə pulnan satan,

Quldarın ormanları tərpəndi, ya tərpənmədi?

Həm evi, həm qəlbi sınmış binəvalarçün görən,

Dövlətin imkanları tərpəndi, ya tərpənmədi?

Şah Hüseyn ilə Yəzidi bir tutan cahillərin,

Şah damarda qanları tərpəndi, ya tərpənmədi?

Özgənin ünvanına öz nəslini yerləşdirən,

Acgözün ünvanları tərpəndi, ya tərpənmədi?

Dövri-Sabirdən bu yanə bir əsr yatmışların,

Lərzədən yorğanları tərpəndi, ya tərpənmədi?

Can güdən oğlanların dəhşətdə ikən özləri,

Özgələrçün canları tərpəndi, ya tərpənmədi?

Pünhanın söznən vurub tərpətdiyi insanların,

Sizbilən, vicdanları tərpəndi, ya tərpənmədi?

Bu əcəldir, susginən!

Bir xəta söz bir fəlakətçün təməldir susginən,

Hər fəlakət çox həlakətçün əməldir susginən.

Öylə yer var kim, dinərsən sözlərin nöqsan çıxar,

Böylə yerdə bir baxış sözdən gözəldir susginən.

Hər şeyin ən ibtidası həm təmiz, həm doğrudur,

Yəni ki, susmaq danışmaqdan əzəldir susginən.

Mən ürək oynatdım at yox, şer meydanında bil,

Aləmə səs salma ki, təbim əfəldir susginən.

Özgədən məna götürmək xislətimdə yox mənim,

Söz ümumi, leyk hər mənam özəldir susginən.

Sözlərin ömrün qışın yaz eyləyirsə yaz yarat,

Yox əgər görsən ki, solmuş bir xəzəldir susginən.

Sən məni susdurmağa qadir deyilsən, ey gəda,

Çünki bir şahəm tacım Allahdan əldir susginən.

Bir qonaq var hər yerə pünhan gələr, aşkar gedər,

Gəlsə, Pünhan, salma hay küy, bu əcəldir susginən!

Tədris ili başlandı, xoş anlar arasında,

Bir həftə sevinc gəzdi, insanlar arasında.

Məktəb yolu şumlandı, rüşvət ilə tumlandı,

Başlandı yığım dövrü, “dehqan”lar arasında.

Üç, yəni otuz dollar, dörd – qırx, beş isə əlli,

Fərq kursda olur bir də, dövranlar arasında.

Örtüklüyə min töhmət, paltarsıza beş qiymət,

Qiymətsiz olub ismət, üryanlar arasında.

Başlarda ziya olsa, zülmətdə Vətən qalmaz,

Məftil zəmidən yanmaz, şalbanlar arasında.

Ya qarnıvu çək saxla, ya pencəyi dart bağla,

Bağlanmır otur ağla, nöqsanlar arasında.

İblisdən hələ dünya, azad ola bilmirsə,

Azadlığı axtarma, meydanlar arasında.

Çox mətələbi xəlqiyçün, aşkar elədi Pünhan,

Öz dərdi fəqət qaldı, pünhanlar arasında.

Dilimiz şəkərdü, qənddü, acı ruzigarımızdır,

İşimiz kədərdü, dərddü, maaşı azarımızdır.

Bizi əz, əzimli xalqığ, bizi büz, büzümlü xalqıq,

Dözürük, dözümlü xalqığ, bu bizim şüarımızdır.

Yeginən ölüncə, doyma, kişisən fəqiri soyma,

Havaya rüsumu qoyma, bu hava naharımızdır.

Neçə cür filan əlindən, quduran klan əlindən,

Nəbilər qaçaq düşübdü, qoçu iqtidarımızdır.

Qızımız əsir olanda, özümüz yeyib-içirkən,

Böyüyən qubarımızdır, kiçilən vüqarımızdır.

Bu çətin zəmanə vallah, bizi öylə bərk sıxıb ki,

Bilinir açıq-açığna, nə ki, altda varımızdır.

Dedilər bir ağzıgöyçək, qəzetə o gün yazıb ki,

Qarabağ azarımızsa, Bakı da bazarımızdır.

Özü bir savadlı müəllim, neçə bisavaddan amma,

Süzülən əyin-başından, utanan nigarımızdır.

Quyunu qazan Əmirxan, pulunu yığan amerkan,

Nə bilir o yazıq insan, qazılan məzarımızdır.

Hər əlin həvası ilə, oxuyandan Alim olmaz,

O bizi “Səmayi-şəmsə”, aparan qatarımızdır.

Nə ümidi hərbə bağla, nə ümidi sülhə bağla,

O Qarabağın açarı, Əli Zülfüqarımızdır.

Gedənə vida edəndə, gələnə salam de, Pünhan,

Gedən iztirabımızdır, bitən intizarımızdır.

Ağlamağım var, gözəlim

Nə işim var, na evim var, nə bağım var gözəlim,

Nə pulum var, nə ətim var, nə yağım var gözəlim,

Demə ki, yoxdu bağım mən tərəvəzdən kasıbam,

Kabinetlərdə kudum, balqabağım var gözəlim.

Neynirəm mən maşını gərçi məni dərd aparır,

Əlli dörd at gücünə tən ayağım var gözəlim.

Mənə tən eyləmə ki, evdə çırağım yoxdur,

Vacib oldur ki, dənizdə “Çırağ”ım var gözəlim.

Nə olar ki, Bakıya erməni təşrif buyurub,

Erməniynən axı burda calağım var gözəlim.

Məni toy məclisinə bir hacı dəvət elədi,

Dedi “şollar” şüşəsində arağım var gözəlim.

Bədgüman olma ki, dəryaya gedərsəm quruyar,

Çünki dərya qədəri ağlamağım var gözəlim.

Yedilər, qoymadılar ortada bir şey qalsın,

İncimə söyləsəm ancaq qırağım var gözəlim.

Saçım ağ, saqqalım ağ, neynirəm ölsəm kəfəni,

Bəxti-Pünhanə sevin, pulsuz ağım var gözəlim.

Həsrət dolu gözlər dikilib dağlara qaldı,

Yüksəkləri verdik ümüd alçaqlara qaldı.

Torpaqlarımız getdiyi gündən əlimizdən,

Əllər uzanıb şorməzə torpaqlara qaldı.

Allahdeyən oldu, deyilənlər boşa çıxdı,

Yersiz hədə qorxu quru barmaqlara qaldı.

Xofdan elə güldü, elə bil mayda gül açdı,

Vacib işimiz maygülü yaltaqlara qaldı.

Şənlikdə bir alçağı şişirdib dağa qoydu,

Mənlik ayaq altındakı tapdaqlara qaldı.

Əyri bel ilə əkdiyi də çıxdı əyilmiş,

Yəni ki, bu xislət gələcək çağlara qaldı.

Göy partladı yer çatladı nankorlar əlindən,

Uçdu haram evlər daşı çatdaqlara qaldı.

Bayram günü bayraqdara dəydikcə təpiklər,

Bayraq kimi yüksəlmək o bayraqdara qaldı.

Dövlət, onun uğrundakı yaltaqlara, Pünhan,

Zillət vətən uğrundakı dustaqlara qaldı.

İndi bu millətdə qeyri-adi bir hal dəbdədir,

Qarəbağ çıxdıqca yaddan xoş bir əhval dəbdədir.

Təhsil almaq olsa da vacib bu azad ölkədə,

Pullu işdə işləməkçün amma ki, kal dəbdədir.

Şipşirin torpaqları əğyarə verdikdən sora,

Şorməzə torpaqları sürətlə işğal dəbdədir.

Get-gedə əxlaqı kökdən korlanan bir millətə,

Dal günün göstərmək üçün pırtdamış dal dəbdədir.

Çox TV-də şərhlərçün yerli icmal dibdədir,

Az TV-də mədhlərçün yersiz icmal dəbdədir.

Milli Məclisdən giley etmək dilərsən -etməgil,

Çünki bir batman qərarın xeyri misqal dəbdədir.

Biz kasıblarçün Dubaydan vaxtı ötmüş köhnə mal,

Leyk ərəb şeyxiyçün on beş yaşlı “xammal” dəbdədir.

Vaxt var idi qalmaqal salmaq dəb idi ölkədə,

Çox şükürlər olsun indi qalma yox, qal dəbdədir.

Bir əsr bundan qabaq Nobellərə hambal idik,

İndi də Nobellərə yurdumda hambal dəbdədir.

Qorxuram ki, Pünhanın bir gün dilin dibdən kəsib,

Car çəkərlər xəlqə ki, haqq şairi lal dəbdədir.

Sənk yu, yevropian ünvanımızçün sənk yu,

Bay ze taym tas yevro qanımızçün, sənk yu.

“Dobrı” şalbandan sürüşdük düşdük “avro”-şalbana,

Çiynimizdən düşməyən şalbanımızçün sənk yu.

Mən bilirdim ki, səninkiynən bizimki tutmayır,

Sən tutuzdurdun dili-viranımızçün sənk yu.

Şərqimizdə qərbimizdir, qəbrimizdə şərqimiz,

Şərqi derkən burcudan oğlanımızçün sənk yu.

Can fəda etdik Vətənçün, bilmədik bir gün Vətən,

Ləğv edər hər bir güzəşti canımızçün sənk yu.

Həm ayağmız yüngül, həm də çox “sürüşkənmiş” bizim,

Bakü, İstanbul, Dubay imkanımızçün sənk yu,

Qapları Avropaya açdıq, fəqət meydana yox,

Bir muzeytək qorunan meydanımızçün sənk yu.

Doq dey of Nardaran ənd popleyşen Baku,

Yəni ki, döndərdiyin dövranımızçün sənk yu.

Xəlqə göstərmək üçün qeyrətmizin miqdarını,

Lüttərə meydan açan ekranımızçün sənk yu,

Ey Conum, gəl biz sənə hər sübh qud moninq deyək,

Sən bizə zəbt etdiyin şirvanımızçün sənk yu.

No it iz not eşqi-Məcnun, lonq liv Emmanuel,

Eşqi beynəlxalq olan dastanımızçün sənk yu.

Qulp olanda qulp qoyur, qulp olmayanda mız qoyur,

Hər şeyə bir mız qoyan Pünhani-mızçün sənk yu.

Bu vəhabi lənətulla

İmama* qoyub qadağa, bu vəhabi lənətulla,

Vahaba gedir sadağa, bu vəhabi lənətulla.

O zamanlar ingilisdən, ərəbə qonaq gələndə,

Özünü satıb qonağa, bu vəhabi lənətulla.

Bu nahaq cahanda İblis, hələlik şah olduğuyçün,

Bəşəri salıb marağa, bu vəhabi lənətulla.

Neçə hüccətin məzarın, dağıdıb-söküb Bəqidə,

Polisi düzüb qabağa, bu vəhabi lənətulla.

Əli Kəbədə doğulmuş, odu ki, təvaf edəndə,

Dodağın sıxar dodağa, bu vəhabi lənətulla.

Nə bilir nədir imamlıq, nə bilir nədir seyidlik,

Nə bilir nədir Ətağa, bu vəhabi lənətulla.

Bakıya gəlib ki, bir gün, “Vahab”ı oturda təxtə,

Bizi tullaya qırağa, bu vəhabi lənətulla.

Kralın sərəncamıyla, dolaşıb şəhərdə qoymur,

Satıla Nəhcül-Bəlağə, bu vəhabi lənətulla.

Gələr öylə bir zaman ki, kəsilər dili kökündən,

İmamı qoyanda lağa, bu vəhabi lənətulla.

Zamanın gəlir İmamı, İmamın çatıb məqamı,

Başını çəkir çomağa, bu vəhabi lənətulla.

Açılanda sirri-Quran, ucalanda ərşə Pünhan,

Büzüşüb dönər yumağa, bu vəhabi lənətulla.

Dəyişib dövr nə arvad, nə də ki, qız bilinir,

Necə Avropa girib şüura amansız bilinir.

Sizə şalvar yaraşırsa, bizə şalvar yapışır,

Odu ki, bizdə tumannıyla, tumansız bilinir.

Bir müqəddəs gəlişin çoxları hiss etmədədir,

Nə iman sahibi çünki, nə imansız bilinir.

Ulu Xankənd ilə Başkənd ABŞ-ın kəndləridir.

Yəni Buşkənddi hər iksi, bu yalansız bilinir.

Gövdəsindən görünür ki, kökü yandan su içir,

Kölgəsində oturanlar isə, yansız bilinir.

Bizə bir toy tutulub ki, səsi axırda çıxar,

Çalanı köhnə çalandır bu çalansız bilinir.

Gedib Avropada əxlaqımızı dəfn elədik,

İndi statusumuz şəkkü filansız bilinir.

Çıxginən gəzməyə bir yay günü “Tarqovli”yə sən,

Burda əttövbə müsəlmanla fransız bilinir.

Yığışır hamı bu torpağa qiyamət gününə,

Olacaq sorğu-sual, Pünhan, amansız bilinr.

Şalvarımız evdə qalıb

Bizi çox dərinə çəkmə, arımız evdə qalıb,

Üzümüz sürtülüb, həm astarımız evdə qalıb.

Bizə tən eyləmə, neyçün belə çılpaq gəzirik,

Evimiz orda qalıb, paltarımız evdə qalıb.

Göbəyi oynadan hər cür havamız var küçədə,

Ürəyi oynadan amma tarımız evdə qalıb.

Necə on “Şirvan”a Məmməd kişi qız versin ərə,

Əriyib “qar qız”ımız qız qarımız evdə qalıb.

Kişiyik, amma ki, şortikdə gəzib fırlanırıq,

Soruşanda deyirik şalvarımız evdə qalıb.

Ən gözəl qızlarımız katibələrmizdi bizim,

Gəzirik katibələrnən yarımız evdə qalıb.

Biri mömin qız idi, o biri isə “mamlı-matan”

Matanı verdik ərə, dindarımız evdə qalıb.

O genəltdikcə yerin, yer bizə darlıq elədi,

Genimiz ermənilərdə, darımız evdə qalıb.

Bizə söz çatdıra bilməzsən, əzizim, bunu bil,

Hələ Pünhandakı söz ambarımız evdə qalıb.

Haqq əhli bilet almadı

Səs düşsə də aləmlərə qandallarımızdan,

Bir kimsə xəbər tutmadı əhvallarımızdan.

Biz ibrəti korrupsionerdən elədik əxz,

İşğalçılara qarşı boş icmalçılıq etdik,

Zinharə gəlib xəlq bu icmallarımızdan.

Bilməm yağı işğalı ilə razıdı, ya yox,

Biz razıyıq əmma ki, öz işğallarımızdan.

Od vurdu bizə tüstüsü çıxdı təpəmizdən,

Basdırdı ki, iz qalmaya tonqallarımızdan.

Atəşkəs olan dövrdə genral oluruqsa,

Bu rəsmdü qorxmaz yağı genrallarımızdan.

Haqqın qatarı gəlmədi, ömrün yolu bitdi,

Haqq əhli bilet almadı vağzallarımızdan.

Allahı əgər qəlbimizə biz şərik etsək,

Pünhan, qovarıq şeytanı iqballarımızdan.

Gəlsə qiyamət, ay ata

Nə yaman eyləmisən rüşvətə adət, ay ata,

Yıxacaq evmizi bir gün bu cinayət, ay ata.

Sənə mənsəb verilibsə, o deməkdirmi məgər,

Tikəsən nəslinə hər yerdə imarət, ay ata.

Əməlinlə məni rüsvayi-cahan eyləmisən,

Çəkirəm dostlar arasında xəcalət, ay ata.

Sənin ekrandakı yaltaqlığın üzmüş anamı,

Ona rişxənd eləyir külli-cəmaət, ay ata.

Bilirəm, sən də alırsan yığasan verdiyini,

Verməsən ustuluva yoxdu zəmanət ay ata.

Salmısan zindana yüzlərlə günahsızları sən,

Onların qarğışı qoymaz bizi rahət, ay ata.

Gəmiçi öz gəmisində sənə yer verdi fəqət,

Gəmisin istədin ondan bu xəyanət, ay ata.

Hara getsən son ümidün yenə Allah olacaq,

Tövbə qıl, gəl namaza eylə ibadət, ay ata.

Xəlqdən pünhan olan sərvəti qaytar xalqa,

Macalın olmayacaq gəlsə qiyamət, ay ata.

16 sentyabr, 2002

Gəlib çıxıb bu şoran torpağa şitin biridir,

Yavaş-yavaş daraşır hər yana bitin biridir.

Vəzifələrdə böyük kütləni idarə edən,

Nə çoxdu kütləsi çox, amma ki kütün biridir.

Yalan deyib yekələn, millətin yeyib kökələn,

Görüb ki, aynada piy bağlamış ətin biridir.

Onu görəndə siçan tək qaçıb girir deşiyə,

Məni görəndə qapır, guya bəd itin biridir.

Hicabı qız-gəlinə ləğv elətdirən kişinin,

Yəqin ki, qız-gəlini şəhridə lütün biridir.

İnanma hiyləsinə rəmm atıb gəzən kosanın,

Həkim babanı edən daş, ifritin biridir.

Hərami tayfasının kökləri üzüldü, Baba,

Biri yıxılsa gedər ardı, ən çətin biridir.

İtlər ki, karvanındadır

Hərbdən qorxmaz o kəs ki, qeyrəti qanındadır,

Düşmənindən intiqam almaq onun canındadır.

Gəl gedək əsgər, vuraq xəncər Yəzidin başına,

Zalimin mərddən payı, al qanə qəltanındadır.

Əsl qeyrət sahibi rahət yatammaz bir gecə,

Ondan imdad gözləyən qız ta ki, düşmanındadır.

Hərbi xidmətdən nə bilmək istəsən-məndən soruş,

Varlı pul, yoxsul isə can vermək imkanındadır.

Bir zaman bostan müqəvvasın yerindən laxladar,

İllər ilə atdığım daşlar ki, bostanındadır.

Torba tikməkdən keçiblər, “turba” tikmək fəndinə,

Amma hər iksində məqsəd Molla yorğanındadır.

Binəva xəlqin malıynan varlanan karvanbaşın,

Parçalar bir gün quduz itlər ki, karvanındadır.

Bir ovuc insan bazar zənn etdiyindən ölkəni,

Hər bazar, var bir yazar ki, qulpun ekranındadır.

Tez çıxıb getsin o dövran ki, şərikdir İblisə,

Tez gəlib çıxsın müqəddəs il ki, dövranındadır.

Düz qələmdən əyri çıxsa Pünhanın, yarəb, sözü,

Süst olub düşsün yazan əllər ki, ünvanındadır.

Bu adam, bizim adamdır

Gözü ac, xəyalı xamdır, bu adam, bizim adamdır,

Yediyi tamam haramdır, bu adam bizim adamdır.

Yemək ilə doymaq olmur, dedi ki, vətən malından,

Yalayım doyum məqamdır, bu adam bizim adamdır.

Neçə ildi parlamanda, gözünü döyüb oturmuş,

Pulu çox, özü avamdır, bu adam bizim adamdır.

Desə ki, müsəlmanam mən, həzər et uzaq gəz ondan,

Desə erməni qudamdır, bu adam bizim adamdır.

Alınıb əgərçi görsən, nəyi var tamam əlindən,

Yeri daş qəfəsdi damdır, bu adam bizim adamdır.

O gələn qonaq-qaradan, mən ölüm nigaran olma,

Adı nola ki, Aramdır, bu adam bizim adamdır.

Yezidə desə babamdır, ona lənət eylə, Pünhan,

Desə ki, babam İmamdır, bu adam bizim adamdır.

Xeyr ilən şər düşdü bir əyyamə*, əyyam ağlasın,

Qətlə yetmiş nəsli-peyğəmbərçün İslam ağlasın.

Şah Xətai bu məqamçün böylə bir fərman verib,

Bir gecə şam bərq vursun, bir gecə şam ağlasın.

Bir zaman imzasına qurban kəsənlər indi də,

Qoy həmən qurbanlara çəksin bir əncam ağlasın.

Böylə qarğış eyləmiş yəqin bizi zalım fələk,

İqtidar gülsün, əsir qızlar hər axşam ağlasın.

Bax, beş-on şirvandan ötrü əsgərin əhvalına,

Zabitin döydürdüyü cansız bir əndam ağlasın.

Məhkəmə iş verməsə bir kimsə iş verməz dedim,

Orda da yerlər dolub, qoy “Qulp”da reklam ağlasın.

Sadə fəndlərnən neçə dağ boyda insan yıxmışıq,

Qoy paxıllıqdan yanıb qeyz ilə Vandam ağlasın.

Pünhanın söz-söhbətindən inciyən, Pünhanı yox,

Sözlərin etsin qulaqlarında edam ağlasın.

Bu millətin qulpu qırığ

Yardım olsa sayılmarıq,

Öskürsək də ayılmarıq,

Bu millətin qulpu qırığ.

Həyat qalıb yoldaş gedib,

Qeyrət olub nimdaş gedib,

Alt üst düşüb, üst-baş gedib,

Yubkalar da cırığ-cırığ,

Bu millətin qulpu qırığ.

Kür bulanıb Araz qalıb,

Şillə dəyib qapaz qalıb,

Bakı əhli bir az qalıb,

Qalanın da işi fırığ,

Bu millətin qulpu qırığ.

Baş yolumuz qüsurludur,

Ayaq yolu çuxurludur,

Bu millətin qulpu qırığ.

Ac qurdlarla dolub meşə,

Ələ gələn, keçib dişə,

Meşəbəyi düşüb işə,

Vəhşilərlə dolub qoruğ,

Bu millətin qulpu qırığ.

Əvvəlimiz Nəbi, Həcər,

Dəliləri Həmzə seçər,

Ağıllını zindana yığ,

Bu millətin qulpu qırığ.

Sevgilim, hicrindən sökülsə canım

Canımın icinden sən cıxacaqsan,

Kəsilsə damarım, tökülsə qanım

Tökülən qanımdan sən axacaqsan.

Sən məndən məhəbbət cicəyi istə,

Dünyanı cicəyə döndərərəm mən.

Sən məndən bu sevən üreyi istə,

Qoyub gül buketə göndərərəm mən.

Mənim məhəbbətim həyat dərsidir.

Həm duymaq, həm doymaq, bezmək cətindir.

Sənin hər nazına dözərəm gülüm.

Amma yoxluguna dözmək cətindir.

HARDASAN?

XƏZAN CƏMƏNİMƏ GÜL GƏTİRMİSƏN,

XOSBƏXT DÜNƏNİMDƏN GÜN GƏTİRMİSƏN,

MƏNƏ SƏVGİ ADLI LƏL GƏTİRMİSƏN,

EY SEVGİ SƏRVƏTİM ,LƏLİM HARDASAN?

HƏR GÜN BULAŞIRAM GÜNAHA SƏNSİZ,

DİLİM ÖYRƏŞİBDİR MİN AHA SƏNSİZ,

YAŞAYA BİLMİRƏM MƏN DAHA SƏNSİZ,

FƏRYADDAN QABARDI DİLİM, HARDASAN?

SƏNSİZLİK DÜNYANİ TORA DÖNDƏRİB,

GECƏ YATAĞIMI GÖRA DÖNDƏRİB,

CİSMİMİ YANDİRİB QORA DÖNDƏRİB,

SOVRULUR GÖYLƏRƏ KÜLÜM, HARDASAN?

BİLİRƏM DƏRDİNİ BİLƏNİN YOXDUR.

ÜRƏKDƏN QƏMİNİ BÖLƏNİN YOXDUR.

AXAN GÖZ YAŞINI SİLƏNİN YOXDUR.

QAYIT, GÖZ YAŞINI SİLİM, HARDASAN?

MƏN OLAN URƏYİ DAĞLAMA MƏNSİZ,

SƏN OLAN ÜRƏKLƏ AGLARAM SƏNSİZ,

HİCRİNDƏN BİR AN DA OLMURAM QƏMSİZ,

XOŞ GÜNÜM, XOŞ AYIM, İLİM, HARDASAN?

QIYMA, GÖZLƏRİMDƏ QANLI YAŞ QOYUM,

BAĞRIMİN BAŞINA QARA DAŞ QOYUM,

BARI, YERİNNİ DE, GƏLİM BAŞ QOYUM

DİZİNİN ÜSTÜNDƏ ÖLÜM, HARDASAN?

XALİQİN ƏTİRLİ CİCƏYİ SƏNSƏN,

CİSMİNDƏ PAK RUHU, ÜRƏYİ SƏNSƏN,

EN XOŞBƏXT ARZUSU, DİLƏYİ SƏNSƏN,

EY CANİM, CİYERİM, GÜLÜM, HARDASAN?

MENİ SƏNSİZ BURAXMA

İNDİ BİLDİM SƏNİ COX SEVİRMİŞƏM,

SƏNİNCÜN HAMIDAN ÜZ CEVİRMİŞEM,

BÜTÜN HƏYATIMI SƏNƏ VERMİŞƏM,

İNSAF ET, BU QƏDƏR EVİMİ YIXMA

MƏNİ TƏK BAŞINA SƏNSİZ BURAXMA.

GÜNƏŞLƏ OYANAN SABAHIM SƏNSƏN.

ÜMÜDÜM, DAYAĞIM, PƏNAHİM SƏNSƏN.

SƏN ÖZÜN BİLİRSƏN KİMSƏSİZƏM MƏN.

ÜSTÜMƏ TƏNHALIQ ADINI YAXMA.

MENİ TEK BAŞINA SENSİZ BURAXMA.

NADANLAR ADIMA LƏKƏ YAXDILAR,

SƏNİ SEVDİYİMİ BAŞA QAXDILAR,

NECƏ YANDIRDILAR NECƏ YAXDILAR,

BARİ, SƏN BAŞA DÜŞ, YANDIRIB, YAXMA,

MƏNİ TƏK BAŞINA SƏNSİZ BURAXMA.

SƏNSƏN HAVAM, SUYUM, TÜKƏNMƏZ QİDAM.

SƏNSİZ QAN AGLARAM, SƏNİNLƏ ŞADAM,

BU QOCA ŞƏHƏRDƏ QƏRİBƏM, YADAM,

GEDİB, YOXLUĞUNLA QƏLBİMİ SIXMA.

MƏNİ TƏK BAŞINA SƏNSİZ BURAXMA.

İNDİKİ GEDİRSƏN, YAXŞI YOL, YENƏ

TANRIDAN XÖŞBƏXTLİK DİLƏRƏM SƏNƏ.

DİNLƏ SON SÖZÜMÜ, QULAQ AS MƏNƏ.

NƏ VAXTSA QAYIDIB, QARŞIMA CIXMA.

GET GÜLÜM, GET DAHA, ÜZÜMƏ BAXMA!

Gözlərimə bax

Düşünmə adidir dediyim sözlər,

Sən ürəkdən gələn sözlerimə bax!

Yollara saldığım sevgidən izlər,

Sən bir boynu bükük izlərimə bax!

Ürəyindən keçənləri bilmədim,

Əllərimlə göz yaşını silmədim

Sənsiz yaşamadım, sənsiz gülmədim,

Sən kədər yurduma, gözlərimə bax!

Ayırma bizi

Ayrılıq zamanı gəlib çatanda

Ümidlər tükəndi həmin o anda

Ayıran da sənsən govuşduran da

Öldürsən də nə olar ayırma bizi

Bilmirəm ki nəydi mənim günahım

Bağırdım heç yerə çatmadı ahım

Acdım əllərimi dedim, Allahım

Tək ümidimiz sənsən ayırma bizi.

Nəysə ki ayrıldıq biz görüşmürük

Artıq öncəki kimi biz baxışmırıq

Küsüb taleyimiz heç barışmırıq

Nə olur barışdır ayırma bizi.

Bizim ki yazılıb bax bura qədər

Artıq həyat bizə olub qəm kədər

Biz ki qovuşmalıyıq ölənə qədər

Nə olur qovuşdur ayırma bizi

Ağlama

Sevgini qəlbində büküb saxlama

Bu sevən qəlbimi mənim dağlama

Sağ ikən üzümə gülməmisənsə

Sənə yalvarıram, ölsəm ağlama

Hamı qonaq qalır bil ki, dünyada

Əbədi yaşamaq olar xülyada

Heç kəs qalmayacaq qoca dünyada

Mən qara torpağa düşsəm ağlama

Yuxu da getməyir gecə gözümə

Mən təəccüb qalmışam özüm özümə

Yenə inanmasan mənim sözümə

Mən səni daş ürək bilsəm ağlama

Sevgi sevinc deyil inan ki qəmdi

Bu qəm ürəyimdə yığılıb cəmdi

Şamı qaranlıqda əriyən şəmdi

Bir gün sönəcəyəm, sönsəm ağlama

Niyə mənim gülüm, niyə sən o vaxt,

Mənə tərəf baxıb, cavab vermədin?

Niyə məni orda həmin küçədə,

Yağışlı havada tək qoyub getdin.

Axı sən bilirdin səni sevirdim,

Sənin dərdindən də inan dəliydim,

Axı sən bunları yaxşı bilirdin…

Bəs niyə sən məni tək qoyub getdin?

Bunlari bilsəndə başa düşmədin,

Çünki sənin fikrin tamam başqadır.

Sən məni heç zaman fikirləşmədin,

Sənin fikrin maşın, bir də villadır!

İndi məndə də var o maşın, o ev,

Qəlbimdə amma bircə sən yoxsan.

Daha birdə ora düşə bilməzsən,

Nə qədər söz atıb, nə qədər baxsan.

Ey mələk! Gəzirəm şəhərdə hər gün,

Sənin tək qızlarla, sənin tək gülüm,

Sən isə “sevirəm” indi deyirsən,

Bəs nə oldu, nə tez dəyişdin gülüm?

Üzünüzə gülən hər gözəl qıza,

Arifəm, deyirəm, inanmayın siz

.Onlar könül verir bir az çox pula,

Bu cür qızlar olur, olur ürəksiz.

Yaş o yaş deyil ki…

Sən mənim ən əziz sirrim istəyim

Sən mənim ən acı həqiqətimsən

İtmiş gəncliyimdən soraq gətirən

Sən mənim ikinci məhəbbətimsən

Yaş o yaş deyil ki,yolunu kəsim

Təzədən başlayım barışım ,küsüm

On yeddi yaşında cavanlar kimi

Yaş o yaş deyil ki səni izləyim

Durub saatlarla səni gözləyim

Görənlər bilirələr nə deyer mənə.

Səni hər görəndə çaşıram düzü

Hamı mənə baxıb gülür elə bil

Dilimi dişləyib demirəm sözü

Yaş o yaş deyil ki,…hayıf ki deyil.

Sənsiz

Sən gedəndən artıq neçə il keçib

Hələ də özümə gəlməmişhem mən

Qəlbimə adını necə yazmışam,

Elə də qalıbdı,silməmişəm mən.

Sən getmək istədin,mən qucaqladım

Yadındamı o gün necə agladım?

O zamandan bəri, gülməmişəm mən.

Həz alırdın məni ələ salmaqdan

İçimdən sirrimi bir-bir almaqdan

Deyəndə ”qorxuram tənha qalmaqdan “

Qürurla deyirdin “ölməmişəm mən”.

Baba Pünhan Şiirleri – Şair Baba Pünhan

Bu şaire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

  • Aşk Şiirleri
  • Barış Şiirleri
  • Sevgi Şiirleri
  • Ayrılık Şiirleri
  • Güzellik Şiirleri
  • Dost Şiirleri
  • Ölüm Şiirleri
  • Mutluluk Şiirleri
  • Bayram Şiirleri
  • Özlem Şiirleri
  • Anne Şiirleri
  • Sigaraya Aşığım
  • Küçülen Kelimeler
  • Shrinking Words
  • Ben Çekerim Kime Ne.
  • Ben Çekerim Kime Ne
  • Hakkımızda
  • Künye
  • Sık Sorulan Sorular
  • Kullanım Şartları
  • Kişisel Verilen Korunması
  • Ziyaretçi Aydınlatma Metni
  • Çerez Aydınlatma Metni
  • Veri Sahibi Başvuru Formu

© Copyright Antoloji.Com 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Antoloji.Com’a aittir. Sitemizde yer alan şiirlerin telif hakları şairlerin kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Comments are closed, but trackbacks and pingbacks are open.