Press "Enter" to skip to content

Месимов Баба Везироглу (Masimov Baba Veziroglu)

– Jurnalistika ixtisası üzrə təhsil almısınız və uzun müddət bu sahədə fəaliyyət göstərmisiniz. Sonra niyə davam etmədiniz?
– Sovet dövründə ən populyar müəllif proqramlarının aparıcısı olmuşam. “Ömrün ayları” proqramına hamı həsrətlə, sevgi ilə baxırdı. Amma sonra bu sahədən uzaqlaşdım və düşünürəm ki, doğru qərar vermişəm. Hər dövrün öz tələbi var və mən bu günün standartları ilə uyğunlaşa bilmərəm.

– Baba müəllim, nə qədər həyata müsbət yöndən baxsanız da, yəqin ki, bir yaradıcı insan, ziyalı kimi, cəmiyyətdə sizi narahat edən məsələlər var. Əlinizdə olsaydı, nəyi dəyişmək istəyərdiniz?

– Eyni sualı ayrı-ayrı insanlara ünvanlasanız, tamamilə müxtəlif cavablar eşidərsiniz. Kamil olan və olmayan insan arasındakı fərq də bu zaman ortaya çıxır. Məsələn, biri deyər ki, dolanışığımız yaxşı deyil, hər gün ət yeyə bilmirik. Digəri “JEK” müdirindən şikayətlənər. Təbii ki, bunlar xırda məişət problemləridir. Vaqif Səmədoğlu müsahibələrinin birində şairlərin həmişə müxalifətdə olduğunu demişdi. Mən də bu fikirdəyəm. Amma biz “JEK”lə, hansısa nazirliyin şöbə müdiri ilə yox, Allahla, qlobal istiləşmə ilə, dünya güclərinin savaşı ilə və s. müxalifik. Yazarlar, fikir, düşüncə adamları daha qlobal məsələlərə görə narahat olurlar. Məsələn, mən insanların tədricən bir-birinə biganə olmasından, kitabdan, deməli, həm də mədəniyyətdən, intellektdən, kamillikdən uzaqlaşmasından nigaranam. Bəxtiyar Vahabzadənin məşhur iki misrası var: “Qorxuram dünyada bir zaman gələ, İnsanlar yaşaya, insanlıq ölə. ” Mən də insanlığın ölməsindən narahatam. Təbiətin simasını dəyişməsindən, tədricən geni dəyişdirilməmiş məhsullar tapmayacağımızdan ehtiyatlanıram. Məsələn, artıq bazarda uşaq vaxtı yediyim şaftalıdan tapa bilmirəm, bir azdan təbii meyvələrin görüntüsünü, dadını unudacağıq. Gündəlik məişət məsələləri, xırda problemlər gec-tez düzələcək. Yadınızdadırsa, 1990-cı illərin əvvəllərində ölkəmizdə ciddi xaos hökm sürürdü. Tədricən hər şey yoluna düşdü. Amma qeyd edilən problemlər ildən-ilə böyüyür və onların qarşısını almaq mümkün deyil.

– Şeirlərinizin əksəriyyətinin mövzusu sevgidir. Bu əsərlərin real qəhrəmanı varmı?

– Həmin şeirlərdə bütün qadınlardan zərrə var. Amma heç birində konkret bir insan tərənnüm olunmayıb. Çünki real qadın, hətta dünya gözəli belə olsa, ədəbiyyatın yox, jurnalistikanın, publisistikanın subyekti ola bilər. Əgər sevgiyə əllə toxuna bilirsənsə, gözlə görürsənsə, bədəninlə hiss edirsənsə, artıq o, sevgi deyil. Sevgi əlçatmaz olanda qiymətlidir. Mənim sevgi subyektimin ayağı yerdə ola bilməz. O sevgi böyükdür ki, onun həsrətindəsən, ona toxuna bilmirsən. Şeirlərimdə təsvir olunan, vəsf edilən qadın, sevgili ilahi varlıqdır, Allah kimi. Ona doğru ömür boyu yol gedirsən. Sevgiyə qovuşmaq istəyirsən, amma mümkün olmur. Yəni biz sevgini hər yerdə görürük, hiss edirik, duyuruq, tərənnüm edirik, ona doğru can atırıq. Amma heç vaxt can atdığımız ilahi mərhələyə yüksələ bilmirik. Və nə yaxşı ki, bunu bacarmırıq.

Baba Vəziroğlu: “Mətbəxdə qab-qacaq yuyan qadın sevgi subyekti ola bilməz”

Onun misraları həqiqətən bu gün həm dillərdə, həm də mahnılarda yaşayır. Bu dəfə suallarımızı Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu cavablandırır. Şairin kimliyini, şəxsiyyətini, xarakterini, dünyagörüşünü ağ kağıza düzdüyü misralardan daha aydın açmaq olur. Mütləq deyil ki, onunla əyani tanış olasan. İstedadlı şairin hər misrası elə onunla tanışlıq deməkdir. Baba Vəziroğlu misraları, mahnılara yazdığı sözlərin sehri ilə könüllərə yol tapıb. Şair üçün oxucu qəlbinə cığır açmaq çətin deyil. Çünki şair ağ kağızla bölüşdüyü hissləri yalandan yazmır, o, həyatı olduğu kimi ifadə etməyi bacarır. Onu oxucusuna sevdirən də həyati şeirləridir. Çünki onun sadə misralarında, əslində yaşayan dərin fəlsəfi dünyanın gizli açarını tapmaq mümkündü.

– Doğrudanmı, şair qəlbli insanlar daha həssas olurlar?

– Ümumiyyətlə, mənə elə gəlir ki, normal insan həssas olmalıdır. Gönü qalın olmayan insanda həssaslıq hissi mütləq olur. İnsan öz bioloji qohumundan, yəni heyvandan bir neçə xüsusiyyəti ilə fərqlənir. Bu, kədər hissidir, həssaslıq və bir neçə digər xüsusiyyətlər. Normal insanlarda bu hisslərin olması lazımdır. Ona görə də mənim həssas olmağımı, hələ üstəlik bir balaca cızma-qara etməyimi də şairliyimin üstünə gəlsəm, təbii ki, həssas adamam.

– Sizcə, həyatda həqiqəti tapmaq asandımı? Ümumiyyətlə, xaraktercə kimdir Baba Vəziroğlu? Zahirən sakit görünsəniz də, sizinlə həmsöhbət olanda daha emosional insan təəssüratı yarada bilirsiz.

– Sizə bir sirr açım. Dünyada müəyyən mütləq həqiqətlər var. Çox təəssüf ki, insanlar uzun illər yaşasalar da, gəlib o həqiqətlərə çatmırlar. Ancaq bir qədər müdrik insanlar, yəni söhbət yaşdan getmir, həqiqi müdrik insanlar ömrün müəyyən mərhələsində müdrik çağa çatırlar. İllərin sayına görə yox, illərin təcrübəsinə, özəl xüsusiyyətlərinə, həyata baxışına görə həqiqəti tapa bilirlər. Həqiqəti tapandan sonra yaşamaq çox asan olur. Həyatda həm mütləq, həm də qeyri-mütləq həqiqətlər var. Bəzən mollaların dili ilə desək, fani dünyadan danışılır. Hərdən deyirik ki, gidi, vəfasız dünyadı! Bəzən lotu dili ilə deyirik ki, 5 günlük ömürdü, yaşa, kef elə! Yəni dünyanın mütləq həqiqətlərini tapmaq vacibdi. Onları tapmayanda, ya arsız bir məxluq olursan, ya da bütün həyat sənin üçün tragediya olur. Bunların hər ikisi qorxuludu. Sənə verilən həyatı, ömrü arsız-arsız yaşamaq da, qəm-kədər, faciə içində yaşamaq da çox pisdi.

– Bu çətin həyat dilemmasında siz hansı ömrü yaşamağa üstünlük verirsiz?

– Baba müəllim əsl insan ömrü yaşayır. Onun məqamları var ki, sevincdi, məqamları var kədərdi, intizardı, həsrətdi. Elə məqamlar var ki, dünyaya inam var, bəzən inamsızlıq hissi olur. Bayaq dediyim fani dünya məsələsi.

– Dediniz ki, həyat həqiqəti acıdı. Həyatın həqiqətləri qarşısında aciz qaldığınız zaman olubmu?

– Yox. Mən özümü o yerə qoymamışam. Zahirən kiməsə elə gələ bilər ki, mən sınmışam, amma içimdə nəyinsə sınmağına imkan verməmişəm. Sınsaydım, artıq mən bu gün Baba Vəziroğlu olmazdım. Təbii ki, həyatdan incidiyin, həqiqətlərdən ağrıdığın məqamlar olur, sən iradəli olmalısan.

– Kitablarınızdan biri “Dünya dəyməz göz yaşına” adlanır. Həqiqətənmi dünya göz yaşına dəymir?

– Bəli, belə bir kitabım var. Həqiqətən dünya göz yaşına dəyməz. Yəni bu dünyadan mən heç nə ummuram. Uman yerdən küsərlər. Əgər dünyadan nəsə ummuramsa, ondan necə küsə bilərəm? Əgər bu dünyadan heç nə ummuramsa, onun vəfasızlığından necə küsüb sına bilərəm? Bütün insanlar, ədiblər, şairlər ömrü boyu ondan yazıb ki, bu dünya fanidi, gidi dünyadı, vəfasız dünyadı. “Süleymana qalmayan dünyasan” deyirik. Sonra da bu dünya haqqında deyirik ki, bu dünya nə zalımdı, qəddardı? Niyə məni bu günə saldı? Bəs biz gecə-gündüz bu dünyanın vəfasızlığını lənətləyiriksə, sonra ondan vəfanı necə uma bilərik? Dünyadan ummağa dəyməz.

– Şerinizdə də var ki, “Bizim bir damla göz yaşımız bu dünyanın özündən bahadır”. Siz məhəbbət şairi kimi daha çox sevilirsiz. Sevgi necə, göz yaşına dəyirmi? Əgər göz yaşı dünyadan bahadırsa, sevgi dünyadan daha bahalıdır? Axı sevgi yolunda göz yaşları tökülür.

– Təbii. Dünya həqiqətən göz yaşına dəymir. Ancaq sevgi daha müqəddəsdir. Sevgi hər şeyin özülüdür. Dünya özü sevgi üstündə qurulub. Bu mənada, əlbəttə, sevgi dünyadan böyükdü, qiymətlidir. Yəni sevgi olmayan yerdə dünya da fırlanmaz. Əgər dünya sevgi üstündə qurulubsa, sevgi elə göz yaşıdır!

– Vəfasızlığın, xəyanətin qurbanı olmusuz?

– Yox, mən ümumiyyətlə, qurban olmamışam. Əstəğfürullah, heç qurban olduğuma da qurban olmamışam. Burada paradoks yaranır, “Qurban olduğuma, qurban olmamışam”. Qurban olduğum deyir ki, məni sev. Mənə qurban olmaq, məndən qorxmaq lazım deyil. Dünyadakı bütün münasibətlər sevgi üstündə qurula bilər. Qorxu üstündə qurulan münasibət müvəqqətidir. Münasibət ehtiyat, qorxu üstündə qurulmamalıdır. Hətta tanrıya sevgi də qorxudan yaranmamalıdır. Allaha ibadəti də bəzən ya qorxu üstündə qururlar, ya da rüşvət kimi verirlər ki, mən bunu etdim. Yəni bəziləri bununla özünü sığortalamağa çalışır ki, Allah bunun əvəzinə ona başqa nəsə versin. Sevgi isə o qədər dəyərli, təmiz hissdir ki, o, təmənna, qarşılıq ummur.

– Fikirlərinizdən elə məntiqi nəticə yaranır ki, bu fani dünyada məhəbbət şairi üçün sevgi hər şeyi həll edir.

– Bəli. Bu, danılmaz bir həqiqətdir. Mən sevgini yerdə gəzən, yerdə tapan və yerdə görən insanlardan və şairlərdən deyiləm. Əgər sevgi obyektinə əllə toxuna bildin, gözlə görə bildin, bədənlə hiss edə bildin, artıq o sevgi deyil. Sevgi əlçatmaz olanda qiymətlidir. Sevginin obyekti və subyekti də heç vaxt real qadın və ya kişi ola bilməz. Mən kişi olduğum üçün qadınlardan danışacam. Mənim üçün mətbəxdə qab, paltar yuyan qadın sevgi subyekti ola bilməz. Hətta deyək ki, o, dünyanın ən məşhur opera ifaçısı olsa belə. Mənim sevgi subyektimin ayağı yerdə ola bilməz. Sevgi İlahi bir varlıqdı. O sevgi böyükdü ki sən onun həsrətindəsən, ona toxuna bilmirsən, ona əlin çatmır. Şair dili ilə desəm, mən ömrü boyu o sevgini tərənnüm edirəm, həm də ömrü boyu onun arzusundayam.

– Ömrü boyu sevgidən yazan Baba Vəziroğlu onda elə çıxır ki, hələ sevgisinə çatmayıb?

– Yox. Mən hələ sevgiyə çatmamışam. Mən hələ sevgiyə doğru yol gedirəm. Sevgiyə çatmaq məntiqi baxımdan mümkün deyil.

– Çox gəncsiz bu yolda?

– Çox gəncəm. İnanmıram ki, bu yolu tez qət edim. Sevginin vüsal məqamında həyat bitir.

– Qadın sizin üçün kimdir?

– Qadın mənim üçün bu ölkənin vətəndaşı, anamız.

– Axı şairlər qadının sirrini daha yaxşı aça bilir. Söhbət böyük mənada qadın məfhumundan gedir.

– (Gülür). Qadın mənimçün Allahın yaratdığı gözəl məxluqdur. Yəni o məxluq ki, həm mənimçün ana yaradır, həm övlad dünyaya gətirir, həm sevgili yaradır, demək çox müqəddəsdir.

– Qadın təhlükəli ola bilirmi? Axı deyirlər, qadın dünyanın ən təhlükəli oyuncağı ola bilir.

– Belə bir aksioma da var ki, dünyada 7 milyard insan varsa, onların hamısında vərəm çöpü var.
Heç bir insan bundan xali deyil. Ancaq onun cücərməsi, inkişaf etməsi üçün şəraitin, məqamın böyük rolu var. Yəni insanın xəstələnməyi üçün şərait yaradılır. Bu mənada qadın ömrü boyu təhlükə mənbəyi ola da bilər, olmaya da bilər. Qadın çox vəfalı dost da ola bilər, düşmən də. Xəyanətkar da olar, cinayətkar da. Təhlükəli qadın qan da tökə bilər, sülh də yarada bilər. Baxır həyat o qadını nəyə vadar edir.
Bu, baxır zəmanəyə, məqama və münasibətə. Qadın plastilin kimidi. Ondan zəmanə, mühit, vaxt, cəmiyyət hər şey düzəldə bilər. Məşhur deyimdə də deyildiyi kimi, taxtadan beşik də düzəltmək olar, mafə də. Baxır o plastilin hansı ustanın əlindədir. Qadın da belədir. Qadının ustası zəmanədi, cəmiyyətdi.

– Hisslərinizi, duyğularınızı həmişə kağıza, misralara tökə bilirsinizmi?

– Çox çətin sualdı. Çünki belə məqamlar çox çətin anlar ola bilər. Çünki insan çox qəliz varlıqdı. Qəribə bir bənzətməm olacaq. Yumurtlamayan toyuq necə özünü narahat hiss edir. Mən kənd adamı olduğum üçün belə bənzətmələr mənimçün doğmadı. Rahatlıq tapa bilmirsən, vurnuxursan. Doğrudan da insanın ən böyük rahatlığı ruhunun ifadəsidir, özünün ifadəsidir. Bu, istənilən sahədədir. Bu, təkcə şairlərə aid deyil. Özünü ifadə edə bilmirsənsə, hisslərini rahatlaya bilmirsənsə, həyat səninçün bitmiş sayılır. Allah hərəyə bu mənada bir missiya verib. Qələm əhlinə də özünü ifadə kimi poetik düşüncə verib. Özünü ifadə edə bilməyəndə mənasızlaşırsan. Mən şəxsən öz adımdan danışıram. Elə bilirəm ki, artıq sıradan bir adamam.

– Lider olmağa həmişə iddialı olmusuz və iddia insanı çoxmu uzağa apara bilər?

– Həmişə. Təbii ki, müəyyən çərçivələr daxilində. İddia insanı müəyyən qədər uzağa apara bilir. Amma yenə deyirəm, çərçivəni aşmamaq şərtilə. Çərçivəni aşanda, artıq normalar pozulur. Onda cəmiyyət ya səni dəlixanaya göndərir, ya da. Yəqin bilirsiniz ki, dəlixanada nə qədər napaleonlar, hitlerlər, stalinlər var. Normal şəkildə iddialı olsan, həyatda istəklərini reallaşdırmaq, məqsədinə çatmaq mümkündür. İddiası olmayan insanlar zəif xarakterli olurlar.

– Sizcə, sualı ünvanlamaq asandır, ya cavab vermək?

– Mənə elə gəlir ki, sual vermək mənim üçün bəzən çətin olur. Çünki mən uzun müddət televiziyada, radioda çalışmışam. Jurnalist kimi yaradıcılığım ilk dəfə “Azərbaycan gəncləri” qəzetindən başlayıb. Bu baxımdan mənə elə gəlir ki, sual vermək daha çətindir. Çünki hər bir suala cavab var. Bu və ya başqa şəkildə. Sualda heç nə yoxdur, onu yaratmalısan. Bu, sual verənin bacarığına, savadına baxır. Sual vermək çətindir. Sual yaradıcılıq nümunəsidir. Cavab yox. Hər sualda cavab var. Sən nə qədər zəif müsahib olsan belə, sualları cavablandıranda yola verə bilərsən.

– Özünüzə ünvanladığınız sual varmı?

– Demək olar ki, mənə ünvanlanmayan sual qalmayıb. Hər cür sualla üzləşmişəm. Özümə isə həmişə bir-iki sualım olur. Bunlar da cavabı olmayan suallardır. Əbədi suallardır. Onların cavabı olmur. Sadəcə, bu sualları özümə verəndə məsuliyyət hissim çoxalır. Birdən mənə elə gəlir ki, günlər bəzən mənasız ötür. Hər ötən gün, saat büllür qaba bənzəyir, əlindən düşəndən sonra çilikləndi, qurtardı, onu əvvəlki vəziyyətə qaytarmaq, düzəltmək mümkün deyil ki. Zaman gedir və geriyə yol yoxdur. Zamanın təyyarəsinə yanacaq tökmürlər, o, dayanmadan gedir. O yolun qayıdışı yoxdur.

– Oxucularınız Baba Vəziroğlu simasını şeirlərinizdə tam görə bilirmi?

– Mənim öz oxucum onu görə bilər. Mən ümumiyyətlə, bədii yaradıcılıqda iki adamam. Bir çox ciddi bir nəsr yazan nasirəm, bir də ümumi, çox geniş kütlə üçün populyar nəğmələr yazan şairəm. Nəğməkar-şair sözündən zəhləm gedir. Çox ucuzlaşdırıblar bu sözü. Mənim iki tipdə oxucularım var.

– Çoxmu fərqlənir bu oxucularınız biri-birindən? Axı sonda hər ikisi eyni qələm sahibinin yaradıcılığından mənən qidalanırlar?

– Çox fərqli oxuculardır. Birinci oxucularım çox hazırlıqlı oxuculardı. Onlar primitiv göy satanlar, çayxanada oturub nərd vuranlar deyillər. Bir az dünyadan, mənəvi aləmdən, ədəbiyyatdan, intellektdən xəbəri olan oxuculardır. Necə ki, ciddi musiqiyə, simfoniyaya çayxanada oturub qulaq asmaq mümkün deyil, bu mənada da mənim ciddi nəsrimi oxuyan oxucular çayxanada nərd atanlar ola bilməz. Bir də kütlənin qəbul edib bəyəndiyi yaradıcılıq məhsullarım var ki, onların da öz oxucuları var.

– Bəs özünüzü hansı ampluada daha rahat hiss edirsiz? Olduğunuz kimisiz?

– Müəlliflərin hər ikisi mənəm. Ona görə də hər iki ampluada rahatam. Çünki özüm çox mütəhərrik, çevik xarakterə malikəm. Yəni insan birhüceyrəli ola bilməz. Birhüceyrəli olanda primitiv olursan. İnsan mürəkkəb bir mexanizmdir. İnsan yaradıcı kimi də mürəkkəb olmalıdır. Əgər aşığamsa, ancaq “Yad ağlar, yalan ağlar”la kifayətlənmək də primitivlikdir.

– Bəstəkar Kamal müəllimlə uzun illərdir müştərək layihələriniz yaranır. Maraqlıdır, sizin iş mexanizminizdə ilk şeir yaranır, ya əvvəl mahnı hazır olur?

– Bu da çox mürəkkəb bir mexanizmdir. Məşhurlardan biri deyib ki, siz bilsəydiz poeziya necə murdar mühitdə yaranır, onu oxumağa dəyməzdi. Yəni söhbət yaradıcılıq mətbəxindən gedir. Necə yaranmağı bəzən sirri-xudadır. Çirkli bir ortamda yaranır. İstər şeir, roman, istərsə də başqa bir sənət əsəri. Əsas nəticədir. Dünyanın ən gözəl qadını mətbəxdə elə cazibədar görünə bilməz. Mətbəx təbii ki, çirkli olur. Mahnı mətbəxində də həm belə olur, həm elə. Mahnının musiqisi də əvvəl yarana bilir, sözü də. Baxır vəziyyətə. Əsasən isə əvvəl musiqi yaranır. Kamal müəllimlə çalışanda əsasən əvvəl musiqi yaranır. Çox bəstəkarlarla işləyirəm. Kamal müəllimlə işbirliyimizdə bir də “Xalq Heydər” şeri yazılıb, sonra Kamal müəllim ona musiqi əsəri bəstələyib. Təbii ki, istisnalar olur. Əsasən musiqi yaranır. Çünki Kamal müəllim elə bir adamdır ki, o, günün 24 saatında hansısa vaxt tapıb, melodiyanı fikirləşir. Biz illər boyu işləmişik, dostuq. Ona görə də melodiyanı eşidən kimi bilirəm ki, Kamal müəllim nəyi nəzərdə tutub, burda hansı söz olmalıdır, hansı ölçüdə. Yarım sözdən biri-birimizi başa düşürük.

– Yazdıqlarınıza özünüz inanırsınızmı?

– Əlbəttə, inanıram. Əgər inanmasam, yaza bilmərəm. Mənim üçün həyatda ən böyük kriteriya inamdır. İnam olmasa, yaratmaq mümkün deyil. İnam ailəni də qoruyur, dövləti də, cəmiyyəti də. Allaha sevgi də inamdan yaranmalıdır. Şair inanmasa, yarada bilməz. Vacib deyil sən yazdıqlarını şəxsən yaşayasan. Sən bu cəmiyyətdəsən, deməli, ətrafda baş verənləri görmək, müşahidə etmək, şahid olmaq imkanın var. İnsanın genində milyon illik keçmiş, gələcək var. Normal yaradıcı insan yaddaşının, geninin dərinliklərinə varis ola bilir. Dərin, mürəkkəb yaradıcılıq onda yaranır. Rəssam var ki, yuxularını rənglərin dili ilə təsvir edir. Yaradıcılıq budur.

Tahirə Məmmədqızı
Milli.Az

Месимов Баба Везироглу (Masimov Baba Veziroglu).

Баба Везироглу Месимов (азерб. Baba Vəziroğlu ; род. 10 января 1954 года, Моллаисаклы, Исмаиллинский район, Азербайджанская ССР, СССР) – азербайджанский поэт, прозаик, переводчик, кинодраматург, заслуженный деятель искусств Азербайджана, член Союза писателей Азербайджана.

Биография

Учился в Московском литературном институте имени М. Горького. Литературную деятельность начал в журнале «Улдуз» (Звезда).

Творчество

Пишет прозу, стихи. Им переведено на азербайджанский язык огромное количество классических русских стихотворений.

Его произведения были переведены на ряд языков народов мира. На его тексты написано более тысячи песен, снято множество фильмов. Сотрудничает с такими известными азербайджанскими композиторами, как Кямал, Фаик Суджаддинов, Эльдар Мансуров, Эльчин Иманов.

В 2010 году получил награду «Поэт-песенник года» премии «Best of the best» Азербайджана.

Произведения

  • «Утренний поезд», (сборник стихов), (1980)
  • «Забытая встреча», (сборник стихов), (1985)
  • «Очаг», (сборник стихов), (1989)
  • «Дорога», (сборник стихов), (1992)
  • «Мир не стоит слез», (сборник стихов), (1998)

Примечания

  1. В Баку пройдет творческий вечер известного поэта
  2. Заслуженный деятель искусств Азербайджана Баба Везироглу отмечает 60-летний юбилей (ФОТО)
  3. Tarkan включит в свой новый альбом азербайджанскую песню
  4. В Баку прошло вручение национальной премии «Best of the best» (фотосессия)

Доп. информация Частично использовались материалы сайта http://ru.wikipedia.org/wiki/

© 2015 famous-birthdays.ru
При использовании материалов сайта прямая, активная ссылка на источник обязательна!
Дата последнего обновления каталога именинников: 2023-03-12

Baba vəziroğlu

Bu dəfə redaksiyamızın qonağı şair, nasir, publisist, az qala hər sözü nəğməyə çevrilən söz adamıdır. Onun şeirlərinə min beş yüzdən artıq mahnı bəstələnib və onlar Azərbaycanın korifey sənətkarlarının ifasında səslənib, dillər əzbəri olub. Əslində, onun haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur. Çünki o, yaradıcılığı ilə yanaşı, nurlu siması, danışıq tərzi, sadəliyi, yüksək mədəniyyəti, müsbət enerjisi. ilə də özünü xalqına lazımi səviyyədə təqdim edib. Həmsöhbətim Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” Baba Vəziroğludur.

– Baba müəllim, necəsiniz?
– Adi müasir Azərbaycan vətəndaşı necə ola bilərsə, eləyəm. İndiki zamanda çox yaxşı olmaq mümkün deyil, amma heç vaxt pessimizmə qapılmıram. Həmişə planlar qururam və hər şeyin yaxşı olacağına inanıram. Atalar deyir ki, niyyətin hara, mənzilin də ora. Gecə-gündüz ağlayıb-sızlasan, həyatından, yaşayışından şikayət etsən, səadətə çata bilməzsən. Ümumiyyətlə, düşünürəm ki, şükürlü insan olmaq lazımdır. Allah da belə insanları sevir. Naşükür olanları isə nə Allah sevir, nə də bəndə. Bu mövzuda çoxlu şeirlərim də var. Onlar insanları gözütoxluğa, optimizmə çağırır.
Amma mən şükürlü olmaq deyəndə hər şeylə barışmağı, öz taleyi, bəxti ilə razılaşıb oturmağı nəzərdə tutmuram. Allah da deyir ki, səndən hərəkət, məndən bərəkət. Həzrət Əli ən böyük ibadətin iş görmək olduğunu söyləyib. İş, əmək hər şeydən əfzəldir. Ona görə mən əlimi-əlimin üstünə qoyub şükür edənlərdən deyiləm və tövsiyəm də bu deyil. Sadəcə, demək istəyirəm ki, Tanrı heç nədən, təmənnasız bu dünyanı bizə bəxş edibsə, qulağımız eşidirsə, gözlərimiz gözəllikləri görürsə, bunlara görə şükür etməliyik. Mən həmişə şükür edirəm və hər şeydən razıyam.

– Sizin üçün xoşbəxtlik nədir?
– Mənim üçün dünyada ən böyük xoşbəxtlik özünüifadə şansına malik olmaqdır. Bu baxımdan, cəmiyyətdə müəyyən mövqe tutan, tanınan, öz zəhmətinin bəhrəsini görən insanlar çox şanslıdırlar. Çünki Allah onlara belə bir yol açıb. Elə insanlar var ki, həddən artıq istedadlıdırlar, bacarıqlıdırlar, təhsillidirlər, amma Allah onlara kiçik bir şans verməyib ki, həyatda parlasınlar, cəmiyyətdə layiqli mövqe tutsunlar. Bu halda düşünürsən ki, nə yaxşı ki, İlahi mənə özümü ifadə etməyə imkan verdi.
Bu mənada, mən xoşbəxt insanam – həm bütün dövrlərdə özümü lazımi səviyyədə ifadə etmək şansım olduğu üçün, həm də müəyyən yaşa çatdıqda həyatın mütləq həqiqətlərini dərk etdiyim üçün. Bu həqiqətləri dərk etdiyin zaman sənin xoşbəxtliyinə sədd çəkən maneələr tədricən aradan qalxır. Bu həqiqətlərə bəzi insanlar gənc, bəziləri ahıl yaşda çatır. Yəni yaşadıqları illərin sayına görə yox, qazandıqları təcrübəyə, özəl xüsusiyyətlərinə, həyata baxışlarına görə həqiqəti tapa bilirlər. Bundan sonra yaşamaq daha asan olur. Bəziləri isə həyatın mütləq həqiqətlərindən bixəbər həyatdan köçürlər.

– Sizin həyatınızın mütləq həqiqəti nədir?
– Bu dünyada heç nədən və heç kimdən nəsə ummamaq, gözləməmək. İnsan ancaq özündən umub-küsməli, özünə arxayın olmalıdır. Mən bir doqma, ehkam kimi qəbul etmişəm ki, insanın dostu da, düşməni də özüdür. Etdiyin hər şeyə, hər hərəkətə həm dost, həm də düşmən gözü ilə baxırsan, kamil insansansa, obyektiv, dəqiq qiymət verə bilirsən. Amma kənardan kimin dost, kimin düşmən olduğunu, sənə həqiqəti deyib-demədiyini bilmirsən.

– Azərbaycanda şeirləri nəğməyə çevrilmiş şairlər arasında ön sırada dayanırsınız. Nəğməkar şair kimi tanınmaq necə hissdir?
– Bu, böyük bir tituldur. Təsəvvür edin, Azərbaycanın ilk nəğməkar şairlərindən biri Mikayıl Müşfiqdir. Onun yazdığı hər şeirin öz nəğməsi var. O nəğməni qoşacaq ürəyə sahib bəstəkarlar lazımdır. Hər şair nəğməkar ola bilmir. Bu önəmli missiyanı layiqincə yerinə yetirmək qürurvericidir.
Mən hələ universitetin 1-ci kursunda oxuyanda ilk dəfə şeirlərimə musiqilər bəstələnib. Onda hələ 17 yaşım vardı. Həmin nəğmələr Azərbaycan televiziyasında səsləndi. Mənim sözlərimə yazılmış mahnıları Şövkət Ələkbərova, Rəşid Behbudov, Flora Kərimova kimi korifeylər ifa edib. Demək olar ki, Azərbaycandakı bütün bəstəkarlarla, müğənnilərlə işləmişəm. Son zamanlar Kamal müəllimlə 50-dən artıq mahnı yazmışıq və istər siyasi, istər məhəbbət və s. mövzularda olan bu əsərlər dillər əzbəri olub. Bütün əsrlərin ən böyük azərbaycanlısı Heydər Əliyev haqqında yazılmış, Ağadadaş Ağayevin ifa etdiyi “Sən elə bir zirvəsən”, Alim Qasımovun həyat verdiyi “Xatirədir”, “İlahi” bu gün milyonların nəğməsidir.
Yeri gəlmişkən, səhiyyə nazirinin müavini Abbas Vəlibəyovla da bir neçə mahnı işləmişik. Məsələn, Mübariz Tağıyevin gözəl ifa etdiyi “Azərbaycanımız” mahnısı və s.

– Heç olub ki, şeirinizə yazılmış hansısa musiqini dinləyəndə təəssüflənəsiniz və ya kiminsə ifasından narazı qalasınız?
– Hər şey olur. Sel gələndə, özü ilə çör-çöp də gətirir. Onu deyim ki, mahnıların taleyi də insan taleyi kimidir. Bəzən gözəl bir şeirə gözəl musiqi yazılır, ifa da əla alınır, amma bəxti gətirmir. Hərdən isə elə-belə bir mahnı yazırıq, heç böyük gözləntimiz də olmur. Ancaq baxırıq ki, onu milyonlar sevdi. Bəzən isə çox ümid bəslədiyimiz mahnıları naşı ifaçılar korlayırlar. Musiqi naşı əllərdə qorxulu olur. Çünki onunla gözəl şeylər də təbliğ edə bilərsən, xalqın zövqünü korlaya da bilərsən.

– Jurnalistika ixtisası üzrə təhsil almısınız və uzun müddət bu sahədə fəaliyyət göstərmisiniz. Sonra niyə davam etmədiniz?
– Sovet dövründə ən populyar müəllif proqramlarının aparıcısı olmuşam. “Ömrün ayları” proqramına hamı həsrətlə, sevgi ilə baxırdı. Amma sonra bu sahədən uzaqlaşdım və düşünürəm ki, doğru qərar vermişəm. Hər dövrün öz tələbi var və mən bu günün standartları ilə uyğunlaşa bilmərəm.

– Baba müəllim, nə qədər həyata müsbət yöndən baxsanız da, yəqin ki, bir yaradıcı insan, ziyalı kimi, cəmiyyətdə sizi narahat edən məsələlər var. Əlinizdə olsaydı, nəyi dəyişmək istəyərdiniz?

– Eyni sualı ayrı-ayrı insanlara ünvanlasanız, tamamilə müxtəlif cavablar eşidərsiniz. Kamil olan və olmayan insan arasındakı fərq də bu zaman ortaya çıxır. Məsələn, biri deyər ki, dolanışığımız yaxşı deyil, hər gün ət yeyə bilmirik. Digəri “JEK” müdirindən şikayətlənər. Təbii ki, bunlar xırda məişət problemləridir. Vaqif Səmədoğlu müsahibələrinin birində şairlərin həmişə müxalifətdə olduğunu demişdi. Mən də bu fikirdəyəm. Amma biz “JEK”lə, hansısa nazirliyin şöbə müdiri ilə yox, Allahla, qlobal istiləşmə ilə, dünya güclərinin savaşı ilə və s. müxalifik. Yazarlar, fikir, düşüncə adamları daha qlobal məsələlərə görə narahat olurlar. Məsələn, mən insanların tədricən bir-birinə biganə olmasından, kitabdan, deməli, həm də mədəniyyətdən, intellektdən, kamillikdən uzaqlaşmasından nigaranam. Bəxtiyar Vahabzadənin məşhur iki misrası var: “Qorxuram dünyada bir zaman gələ, İnsanlar yaşaya, insanlıq ölə. ” Mən də insanlığın ölməsindən narahatam. Təbiətin simasını dəyişməsindən, tədricən geni dəyişdirilməmiş məhsullar tapmayacağımızdan ehtiyatlanıram. Məsələn, artıq bazarda uşaq vaxtı yediyim şaftalıdan tapa bilmirəm, bir azdan təbii meyvələrin görüntüsünü, dadını unudacağıq. Gündəlik məişət məsələləri, xırda problemlər gec-tez düzələcək. Yadınızdadırsa, 1990-cı illərin əvvəllərində ölkəmizdə ciddi xaos hökm sürürdü. Tədricən hər şey yoluna düşdü. Amma qeyd edilən problemlər ildən-ilə böyüyür və onların qarşısını almaq mümkün deyil.

– Şeirlərinizin əksəriyyətinin mövzusu sevgidir. Bu əsərlərin real qəhrəmanı varmı?

– Həmin şeirlərdə bütün qadınlardan zərrə var. Amma heç birində konkret bir insan tərənnüm olunmayıb. Çünki real qadın, hətta dünya gözəli belə olsa, ədəbiyyatın yox, jurnalistikanın, publisistikanın subyekti ola bilər. Əgər sevgiyə əllə toxuna bilirsənsə, gözlə görürsənsə, bədəninlə hiss edirsənsə, artıq o, sevgi deyil. Sevgi əlçatmaz olanda qiymətlidir. Mənim sevgi subyektimin ayağı yerdə ola bilməz. O sevgi böyükdür ki, onun həsrətindəsən, ona toxuna bilmirsən. Şeirlərimdə təsvir olunan, vəsf edilən qadın, sevgili ilahi varlıqdır, Allah kimi. Ona doğru ömür boyu yol gedirsən. Sevgiyə qovuşmaq istəyirsən, amma mümkün olmur. Yəni biz sevgini hər yerdə görürük, hiss edirik, duyuruq, tərənnüm edirik, ona doğru can atırıq. Amma heç vaxt can atdığımız ilahi mərhələyə yüksələ bilmirik. Və nə yaxşı ki, bunu bacarmırıq.

– Yaxşı ki?
– Bəli. İnsan sevgiyə çatırsa, artıq o sevgi deyil. Dillərdə dastan olan sevgilərin heç birinin sonu vüsalla bitmir.

– Əgər tərənnüm etdiyiniz ilahi sevgiyə qovuşmaq, o mərhələni fəth etmək mümkün deyilsə, niyə insanlar bunu bilə-bilə əsrlərdir onun ardınca sürüklənir, bu haqda saysız-hesabsız əsərlər yaranır?
– İnsan çox şeyi bilir, amma dərk etmir. Bilməklə dərk etmək fərqli anlayışlardır. Məsələn, insan bir gün öləcəyini, torpağa özü ilə bir çöp də aparmayacağını bilir. Buna baxmayaraq, daim qurur, yaradır, gələcək üçün planlar cızır, əlindən gəldiyi qədər çox var-dövlət yığmağa çalışır və s. Deməli, ölümü dərk etmir. Bu mənada, biz çox şeyi bilirik, amma dərk etmirik.

– Belə anladım ki, siz də real sevgiyə qovuşmamısınız?
– Bizim yaşadıqlarımız sevgi deyil. Mən onlara münasibət deyirəm.

– İlk məhəbbət haqqında deyilənlər də yalandır?
– Nağıldır. İlk məhəbbət deyilən bir şeyin reallıqla əlaqəsi yoxdur. Onları biz uydurmuşuq və həmin nağıllara inanmağa çalışmışıq. O nağıllar olmasa, insan həyatı, “Nəsimi” filmində deyildiyi kimi, digər canlı məxluqatın həyatından heç nə ilə seçilməz, mənasız olar. Amma o nağıllara inana-inana mənalı, zövqlə yaşayırıq. Primitiv, sadə, uşaqların belə inana bilməyəcəyi nağıllara özümüzü inandırmaq istəyirik. Çünki bunsuz həyat çox boz olardı. Nağıllar mütləq lazımdır.

– Sizin yozumunuzla desək, hər kəsin uydurduğu bir ilk məhəbbət nağılı, xatirəsi var. Yəqin ki, sizin də.

– İlk məhəbbət deyəndə, konkret bir insan, onun siması, adı ağlıma gəlmir. İsmayıllıda çox sərt keçən qış fəsli, kənd məktəbinin darısqal sinif otağı və həmin otaqda məndən ön partada oturan qızın şaxtadan çatlamış əlləri, mürəkkəbə bulaşmış barmaqları yadıma düşür. İlk sevgi məktubu deyəndə də o qızın balaca barmaqları ilə yazılmış, ana dili kitabının arasında mənə verdiyi məktubu xatırlayıram. Məktubda da bircə cümlə: “Bu gün dərsə niyə gecikdin?” Bunun real sevgi ilə nə əlaqəsi var?! Sadəcə, özümüzü inandırdığımız nağıldır. Amma bizim həyatımızın mənalı olması üçün o nağıl çox gözəldir.

– Şeirlərinizə əsasən romantik insan olduğunuzu düşünürdüm, amma.

– Realist və praqmatikəm. Amma mən ona görə xoşbəxtəm ki, günün 24 saatını realist ola bilmirəm. Ümumiyyətlə, yaradıcı insanlar ikili həyat sürürlər. Burada oturub sizinlə söhbət edən insanla yazı masası arxasındakı Baba Vəziroğlu bir-birindən tamamilə fərqlənir. Mən indi real həyatdayam, orada isə günahkar torpaqla əlaqələrimi üzürəm. Yaradıcılıq prosesində başqa bir aləmə düşürəm. O aləmdə valideynlərim hələ sağdır, dünyanın ən gözəl müəllimləri mənə dərs deyir. Orada daha xoşbəxtəm və, ən əsası, özüməm. Real həyatda bizi xoşbəxt edəcək heç nə yoxdur, axı. İş, məişət qayğıları, problemlər və s.

– Deyirlər ki, yaradıcı insanlarla ömür sürmək çətindir. Sizcə də bu belədir?
– Bunu deyənlərin yaradıcı insanların həyat mətbəxindən xəbəri yoxdur. Məsələn, şair ancaq iş prosesində yaradıcılıqla məşğuldur. Qalan bütün zamanlarda həm də ərdir, valideyndir, hətta millət vəkilidir, nazirdir, haradasa müəllimdir, həkimdir. Yəni o da hamı kimi bu cəmiyyətin bir üzvüdür. Əslində, yaradıcı insanlar ailədə çox sakit olurlar. Onlar xırda məişət detallarına varmazlar, çox qayğı tələb etməzlər. Məişət üstünlüklərindən özünü göstərmək üçün istifadə etməzlər, əksər hallarda dəb, geyim həvəskarı olmazlar. Çünki dərk edirlər ki, bir insan digərindən yalnız elminə, savadına görə üstün ola bilər.

– Deyirlər ki, qadınlar qulaqları ilə sevirlər. Bu baxımdan, söz ustası olanların qadınlarını daha şanslı saymaq olarmı?
– İlkin mərhələdə şanslı sayılırlar. Qadınlar romantikaya daha çox meyillidirlər və buna görə həmin dövrdə affekt vəziyyətə düşürlər. Həm də birdən-birə hamının tanıdığı, sevdiyi insanla ailə qurduqları üçün heyranlıq hissləri olur. Sonradan isə hər şey adiləşir. Hamıda olduğu kimi. Kobud səslənsə də, “məhəbbətin ömrü nikah masasının kandarına kimidir” fikrində həqiqət var. Çünki tədricən məişət qayğıları, gündəlik problemlər insanı romantikadan da, heyranlıqdan da, qəribə ovqatdan da ayırır.

– Müsahibələrinizdən birində qeyd edirsiniz ki, qadının missiyası öz ocağını qoruması və övlad yetişdirməsidir. Bu fikrinizlə əks cinsin nümayəndələrini özünüzdən narazı salmırsınız ki?
– Qətiyyən. Mən təbiətin əzəl yaradılış prinsiplərinə dayanaraq deyirəm ki, Allah insanı qadın və kişi olaraq yaradıb və hərəsinin öz missiyasını müəyyənləşdirib. Min illər keçməsinə baxmayaraq, yenə o prinsiplər, əzəli missiyalar olduğu kimi qalır. Onlar, sadəcə, elmi-texniki inkişaf hesabına formasını dəyişib. Uşağı yenə qadın doğur. Buna görə deyirəm ki, qadın gərək birinci növbədə əzəli missiyasını yerinə yetirsin, sonra istədiyini etsin. İstər millət vəkili olsun, istərsə də müğənni. Amma “mən filan yerdə işləyirəm, filan vəzifədəyəm” deyib, uşağına baxmırsa, tərbiyəsi ilə məşğul olmursa və buna bəraət qazandırırsa, bu, bağışlanmazdır. Əgər qadının işləməsi və özünə vaxt ayırması övladının tərbiyəsinə, ocağının yanmasına zərər gətirmirsə, onda bunu etmək olar. Əsas missiyasını unudaraq həyatını sürən qadını onun təyinatını yazan Tanrı bağışlamaz. Hətta bəzi qadınlarımız kişilərin missiyasını da öz üzərlərinə götürməyə çalışırlar. Bu zaman biz təbiətə, onun qanunlarına asi çıxmış oluruq. Qadın qadın kimi olanda gözəldir, kişiyə bənzəyəndə eybəcərləşir. Bunları nəzərə almayıb, müxtəlif kampaniyalara, konyunkturlara uyan insanları sevmirəm.
Mən bunları nəzərdə tutub o fikri demişəm. Yoxsa, illərdir qadınları vəsf edən adam necə başqa cür düşünə bilər?!

– Bağışlamağı bacarırsınız?
– Bu suala birmənalı cavab vermək mümkün deyil. Elə şeylər var ki, bağışlayarsan. O şeyləri Allah da bağışlayar. Amma elə şeylər var ki, onları nə Allah, nə bəndə bağışlayar. İnsan təməl prinsiplərə – əqidəyə, Vətənə, yaradana, özünə xəyanət edən adamı necə bağışlaya bilər? Mümkün deyil. Məncə Allah da Vətənini satanı, yolunu azanı, əqidəsini hər gün dəyişəni sevmir, bağışlamır. Mən də bağışlamaram. Əgər hər şeyi bağışlasan, görməzdən gəlsən, heç bir insani dəyər qalmaz.

– Bir az da ata Baba Vəziroğludan danışaq.
– İki böyük qızım, iki qız nəvəm və ikinci sinfə gedən oğlum var. Qızlarımdan biri ailəlidir, o biri Türkiyədə yaşayır. Qayğıkeş ata olduğumu düşünürəm və mən də o fikirdəyəm ki, qızlar atalarını daha çox sevirlər. Bəlkə də oğlum yanımda yaşadığı üçün, bəlkə də yaşının azlığından atanın necə böyük sərvət olduğunu dərk etmir. Mən bu yaşımda da atasızlığı hiss edirəm. Ədəbi təxəllüs kimi atamın adını götürmüşəm ki, heç olmasa, mənim üçün etdiklərinin cüzi bir hissəsini qaytarım. Onun adı gündə bir neçə dəfə xoş məramla səslənsin. Həyatımın məramı iki adı doğrultmaqdır. Müqəddəs Baba dağının adını, bir də atamın. Çox ucalda bilməsəm də, heç olmasa yaşatmağa çalışıram.

– Atanın böyük sərvət olduğunu dediniz. Bu sərvəti övladlarınız üçün uzun illər qorumaq, yaşatmaq naminə sağlamlığınıza diqqət edirsinizmi?
– Doğrusu, sağlamlığımla bağlı ciddi şikayətim yoxdur. Ümumiyyətlə, elə insanlar var ki, nə vaxt hal-əhval tutsan, deyir “ağrıyıram, ölürəm”. Hətta bəziləri həkimə ona görə gedir ki, onda xəstəlik tapsın. Bu cür vasvasılıq bir şey deyil. Mən belə insan deyiləm. Bu, pessimist adamların işidir. Amma sağlamlığıma qarşı biganə də deyiləm. Nə gəldi yemirəm. Xaraktercə təbii insan olduğum üçün qadının da, heyvanın da, qidanın da təbiisini sevirəm. Məsələn, nə qədər heyvansevər olsam da, şəhər itlərini xoşlamıram. İsmayıllıda bağ evimdəki heç bir təlimi, bicliyi olmayan, doğmalarına mehribanlıq göstərən, yad adamlara hürən iti sevirəm. İnsan da süni oldusa, onunla ikinci dəfə görüşməyi arzulamıram. Riyakar adamlarla oturub-durmuram. Ondansa kitab oxuyaram. Ona görə də dar çevrəm var.
Qidanın da təbiisinə üstünlük verirəm. İndiyədək mağazada hazır satılan heç bir şirniyyatı yeməmişəm, qablaşdırılan suları qəbul etməmişəm. Ancaq bulaq suyu içirəm. Bunu prinsipial olaraq etmirəm. Xislətimdə təbiilik var deyə, süni heç nə məni çəkmir. Bir də qırmızı əti, təbii dadlı yeməkləri çox sevirəm.
Bəlkə də bu səbəbdən ruhumu, mənəviyyatımı, orqanizmimi sağlam saxlamağı bacarmışam.

– Bəs, zərərli vərdişləriniz varmı?

– Heç bir zərərli vərdişin aludəçisi deyiləm. Düzdür, gənclik illərində çox siqaret çəkirdim, amma sonra atdım. O dövrdə içkini də bir az artıq içirdim. Çevrəm elə idi ki, istər-istəməz oyunun qaydalarına uyurdum. Sonra işlədikcə, onlardan uzaqlaşdım. Hərdən yaxşı məclis olanda siqar çəkirəm. Sükan arxasındayamsa, heç vaxt, adi vaxtlarda isə həddini bilərək içirəm.

– Sonda həkimlərə arzularınız.
– Həkimlər mənim dostlarımdır. Onlarla ünsiyyətdə olmağı, söhbət etməyi xoşlayıram, amma pasiyentləri olmağı yox. Həkimlərə də arzulayıram ki, heç vaxt bir-birlərinin pasiyenti olmasınlar.

Comments are closed, but trackbacks and pingbacks are open.