Press "Enter" to skip to content

Tələbələrin dostu olan müəllim – Zaur Babayev

Zaur müəllimi, demək olar, hər gün fakültədə görürəm. Səmimi formada görüşürük. Həmin anlarda hiss edirəm ki, fakültəmizdə təhsil alan gənclərin onun kimi müəllimlərə hələ çox ehtiyacı var.

I like rounded corners
as you can tell

Product Designer based in Tallinn, Estonia.
I love design, music and stupid jokes.
Currently designing at Testlio.

Panthera – Migration from Sketch to Figma

Experience of migrating Testlio Design System “Panthera” from Sketch to Figma.

Testlio Navigation 2.0

Redesigning Testlio navigation by making it more compact, flexible in visibility, with quick access to main actions.

Maarifli – Digital Learning Platform

I was approached by a client to design a service that will help the local population of Azerbaijan study in their native language.

Remote Design Sprint 16 Lessons Learned

I facilitated my first fully remote Design Sprint. Mistakes were made and here I will share them with you.

YouTube – Resolution Settings

Now you have to go through 4 clicks instead of 2 to change resolution. In this case study I will try to fix that with a proposed solution.

Babayev zaur dövri nəşrlərin hazırlanma texnologiyası

Təhsil aldığım Bakı Dövlət Universitetini, tələbəsi olduğum jurnalistika fakültəsini mənim üçün bu qədər əziz edən amillərdən biri də, sözsüz ki, burada tanıdığım müəllimlər, daha dəqiq desəm, müəllimlərimdir.

BDU-nun jurnalistika fakültəsinə qəbul olana qədər müəllim-tələbə kollektivinin bir ailə kimi olduqları haqqında çox eşitmişdim. Artıq xeyli vaxtdır ki, deyilənlərin təsdiqini tapmışam. İndi haqqında danışacağım insan – fakültəmizin sayılıb-seçilən müəllimlərindən olan, dosent Zaur Babayev isə bu ailənin ən mehriban və gülərüz üzvlərindən biridir. Onu üçə ilə yaxındır ki, tanıyıram. Hələ birinci kursda təhsil aldığımız vaxt bizə “Çap texnikası və qəzet istehsalı” fənnini tədris edirdi. Mühazirələrini böyük maraqla dinləyirdik. Çünki monotonluqdan olduqca uzaqdır. Mütəxəssisi olduğu sahənin incəliklərini məharətlə başa salmaqla yanaşı, tələbələrin nəbzini tutmağı da bacarır. Yeri gəldikcə yumordan istifadə etməsi onu tələbələrinə sevdirən ən əsas xüsusiyyətlərdən biridir. Çünki onun dərsində elm, bilik qazanmaqla yanaşı, həm də yorulmurlar, əksinə, istirahət edirlər. Əlbəttə, illərin təcrübəsi öz sözünü deyir. Axı Zaur Babayev uzun illərdir ki, jurnalistika fakültəsində müəllim kimi çalışır, neçə-neçə tələbələr görüb.

Həqiqətən, əsl tələbə adamıdır. Əminəm ki, onunla səfərdə olanlar fikrimi asanlıqla təsdiqləyə bilərlər. Auditoriyada mühazirəni danışan, suallarına cavab tələb edən müəllim səfərlərdə özünü tələbələrdən fərqləndirmir. Dəfələrlə yolçuluqlarımız olub-Qubaya, Qəbələyə, Ağcabədiyə… Dəqiq deyə bilərəm ki, həmin səfərlərin yaddaqalan olmasında Zaur müəllimin böyük payı var.

Zaur Babayev bizə təkcə “çap texnikası və qəzet istehsalı” fənnini keçməyib. Eyni zamanda KİV-də menecment və reklamın, fotojurnalistikanın sirlərini öyrədib. Amma həm də hər cür mühazirədən daha qiymətli olanı-humanistliyi, ədaləti öyrədib. Öz davranışı ilə başa salıb ki, insanlarla münasibətdə uğur qazanmaq üçün necə rəftar etmək lazımdır. Yəni onun yeniliyə meyilli olması təkcə mütəxəssisi olduğu, tədris etdiyi sahələrdə yox, eləcə də, ünsiyyətində özünü göstərir. Bu isə Zaur Babayevin tələbələri tərəfindən sevilməsinin əsas səbəbidir.

Haqqında danışdığım insan həmişə tələbələrinə kömək olmağa, öz bilik və bacarıqlarını onlarla bölüşməyə hazırdır. Bu yaxınlarda otağına gedib bir neçə günlük müəllifi olduğu “Dövri nəşrlərin hazırlanması texnologiyası” dərs vəsaitini mənə verməyini xahiş etdim. Heç səbəbini soruşmadı. Ayağa qalxdı, rəfdən onlarca kitab arasında lazım olan vəsaiti tapdı, mənə uzatdı və dedi:

– Götür, burda sənə lazım olan hər şey var.

Zaur müəllimi, demək olar, hər gün fakültədə görürəm. Səmimi formada görüşürük. Həmin anlarda hiss edirəm ki, fakültəmizdə təhsil alan gənclərin onun kimi müəllimlərə hələ çox ehtiyacı var.

Bu gün müəllimimizin-əsl tələbə adamının ad günüdür. Növbəti yaşına qədəm qoydu. Arzu edirəm ki, hələ uzun illər həmişəki kimi tələbələrinin arasında olsun. Çünki o, biz tələbələr sözün əsl mənasında mayak rolunu oynayır.

Kənan Novruzov,
BDU-nun jurnalistika fakültəsinin III kurs tələbəsi

Ədalət Babayev Zaur Mikayılovun da “zəif damarını” tapdı

Sadiq oxucularımız bəlkə də xatırlayarlar, təxminən yarım il əvvəl, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sabiq sədri Əhməd Əhmədzadə vəzifəsindən uzaqlaşdırılandan sonra qəzetimizin “Deryaz.az” veb-saytında “BİLƏSUVARIN ƏDALƏTSİZ YEZİDİ” sərlövhəli məqalə dərc olunmuşdu. Məqalədə bildirilirdi ki, Əhmədzadə sədr vəzifəsindən üzüsulu uzaqlaşandan sonra onun kadrlarının “kürkünə birə düşüb” və yolunun sonu görünən struktur vahidlərindən biri də Biləsuvar rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayevdir.

Yada saldığımız həmin yazıda həmçinin etibarlı mənbələrə əsasən bildirilirdi ki, Ədalət Babayev yüz hektarlarla torpağı dövlət rəhbərliyinin dirçəldilməsinə qərar verdiyi sahələrdən olan pambıqçılıq təsərrüfatı qurmaq adı ilə ələ keçirib. Lakin həmin ərazilərdə daha rentabelli hesab etdiyi heyvandarlıq fermaları yaradıb. İxtiyarında olan suyu da məhz özünün və qoyduğu şərtlərlə razılaşan fermerlərin təsərrüfatlarına yönəldib, başqa pambıq becərən kəndliləri isə susuz qoyub.

Eləcə də Ədalət Babayevin suvarma suyu ilə təmin etməyib təsərrüfatlarına ziyan vurduğu Maqsud Abbasov kimi zəhmətkeşləri susdurmaq üçün onları şərləməkdən belə çəkinmədiyi, topladığı haram kapitalla Biləsuvarda Upramxor yolunun üstündə milyon yarımlıq möhtəşəm imarət inşa etdirməsi və tikintisinə idarənin özünün fəhlələrini cəlb etməsi, polisə işə düzəltdiyi oğlunun bahalı maşınlarla Biləsuvarın yollarında avtoxuliqanlıq etməsi, öz qohum-əqrəbasını başına toplamaqla İlham Babayev kimi köhnə işçiləri haqsız yerə kənarlaşdırması, Cənub Muğan Kanalının və şor kanalların mühafizə zolaqlarını qanunsuz olaraq satması, Upramxor ərazisində idarəyə aid olan zavodu ləğv eləyərək onun materiallarını və ərazisini də hərraca qoyması, ən əsas gəlir mənbələrindən biri olan yanacaq, sürtgü materialı, motor yağı alverini qaynı – idarənin yanacaqdoldurma məntəqəsinin cavabdeh şəxsi Nizami Rəsulovun vasitəsilə həyata keçirməsi, idarəyə istifadə üçün verilən elektrod, sement, fəhlə ayaqqabılarını dükanlara paylayaraq satdırması, Astaraya gedən yolun Biləsuvar hissəsində, Xırmandalı kəndinə çatmamış sağdakı dövlət torpaqlarında balıq vətəgələri saxlaması, idarəyə məxsus texnikanın şor kanalları və xəndəkləri lildən təmizləmək əvəzinə, süni balıq vətəgələrinin inşasına cəlb edilməsi də saytımızda ictimailəşdirilmişdi.

Məsələ ilə əlaqədar məqalənin çıxarışını qoşma edərək “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri cənab Zaur Mikayılova göndərdiyimiz məktubda da inam ifadə etmişdik ki, yəqin ASC-nin yenilənmiş rəhbərliyi adı indiyədək bir sıra qalmaqallarda hallanmış Ədalət Babayevin yerinə daha layiqli kadr tapmağı məqsədəuyğun hesab edəcək.

Çifayda, görünür, Ədalət Babayev yüksək mənsəbli qohumunun və ya havadarının vasitəsilə yeni sədr Zaur Mikayılovla da dil tapmağı bacardığından, ASC rəhbərliyi onun barəsində irəli sürülən ittihamları, sərt tənqidi çıxışları araşdırmır. Zira, bu arxayınçılığının nəticəsidir ki, aldığımız yeni məlumata görə idarənin sayı 500 nəfərə çatan işçisinin 150-dən çoxunun maaş kartları Ə.Babayevin cibindədir. Qeyd olunur ki, idarənin balansında olan texnika və maşın-mexanizmlərin çoxunun istismar müddəti bitdiyi, yararsız hala düşərək həyətdə qaldığı halda onlara kağız üzərində yanacaq ayrılır və silinərək pulu mənimsənilir.

Qarşı tərəfə də mövqeyini bildirməsi üçün tribuna təklif edirik.

Habil Tağıyev. Deryaz.az

139 просмотров всего, 1 просмотров сегодня

Comments are closed, but trackbacks and pingbacks are open.