Press "Enter" to skip to content

Babasil şəkilləri və fotoları

* Əgər qəbzlikdən uzun zamandır əziyyət çəkirsinizsə, 2 ədəd quru əncir, 2 ədəd quru əriyi kiçik-kiçik doğrayıb, 1.5 stəkanı su ilə qaynadın. Daha sonra içinə 1/2 çay qaşığı zeytun yağı, 1 çay qaşığı kətan toxumu əlavə edib robotdan keçirin. Səhər ac qarına 2 stəkan ilıq suya bu qarışımdan 1 çay qaşığı əlavə edərək qəbul edin.

Qəbizlikdən əziyyət çəkənlərə MƏSLƏHƏT: hər gün.

Hər bir insan nə zamansa mütləq qəbizlikdən əziyyət çəkir. Bu, hər bir insanda rast gəlinə biləcək yüngül sağlamlıq problemlərindən biridir. Başlanğıcda yüngül olsa da, sonrakı mərhələdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Qəbizliyin qarşısını almaq üçün ilk növbədə bol maye qəbul etmək və aktiv həyat tərzi sürmək lazımdır. Mütəxəssislər xüsusilə qadınlarda tez-tez qəbizliyə rast gəlindiyini deyirlər. Aile.lent.az qadınlarda qəbizliyin yaranma səbəbləri və çıxış yolları haqqında məsləhətlər təqdim edir.

Qəbizlik – bağırsaq fəaliyyətində çətinlik, nəcis ifrazının ağrılı olması, nəcisin sərt və quru olması halıdır. Qəbizliyin yaranmasına müxtəlif faktorlar səbəb ola bilər. Ancaq ilk növbədə qidalanma ilə bağlıdır. Kifayət qədər maye qəbul etməmək, zəif fiziki aktivlik, hərəkət azlığı və yağdan məhdud pəhriz saxlamaq qəbizliyin əsas və əhəmiyyətli səbəbləri arasındadır. Bədən suyunun 10 faiz azalması qəbizliyin yaranması üçün kifayətdir. Bu səbəbdən də maye qəbulu çox böyük əhəmiyyət kəsb edir.

Qəbizliyin digər səbəbləri kimi hamiləlik, yaşlılıq, bəzi dərmanlar (antidepressantlar, antihipertenziya və s.), metabolik pozuntular (hipotiroidizm, hiperkalsemi), anus, bel sütunu struktur və funksional pozğunluqlar, nevroloji anormallıqlar, psixoloji xəstəliklər, dəmir çatışmazlığı göstərilir. Ümumiyyətlə isə, posa ilə zəngin qidalarla (quru paxlalılar, meyvə, tərəvəz, tam taxıllı məhsullar) qidalanmaq, bol maye qəbul etmək və aktiv fiziki həyat tərzi qəbzlik problemini həll edə bilər. Bu səbəbdən lif miqdarı artırılmalıdır, ağ çörək və işlənmiş taxıllar yerinə tam taxıl məhsulları və paxlalılar istifadə edilməlidir. Meyvələrin qabığı soyulmadan yeyilməlidir. Probiotik xüsusiyyətli qidalar bağırsaq fəaliyyətinə təsir edərək uzun müddət nizamlı işləməsini təmin edir. Buna görə gündəlik qidalanmada kefir və qatığa yer verməli, hər paya çiy tərəvəz və salat əlavə etmək lazımdır”.

Səhər oyandıqda bunları edin

Həkimlər qəbizliklə mübarizədə bunları məsləhət görürlər:

* Gündə 2.5-3 litr su içmək vacibdir.

* Hər hansı bir sağlamlıq probleminiz yoxdursa, gündə 2 fincan razyana, yaşıl çay və çobanyastığı çayını içməyə çalışın.

* Maqneziumla zəngin qidalar bağırsaq fəaliyyətini sürətləndirir, xüsusilə ispanaq, kahı, kərəviz, təzə paxla, xiyar, qoz-fındıq, badam maqnezium tərkiblidir.

* Hər gün içilən 1 stəkan mineral su da maqnezium tərkibli olduğu üçün qəbizliyə faydası olacaq.

* Daim idman etmək qəbizlik əlamətlərini azaldır, gündə ən azı yarım saat piyada gəzmək də öz təsirini göstərir.

* Hər gün eyni saatda tualetə getməyə çalışın. Tualetə getmək istəmirsinizsə, yenə də 10-15 dəqiqə oturmağa çalışın. Bu zaman tualetə getmək istəyiniz yaranacaq.

* Səhər oyandıqda otaq istiliyində 1 stəkan su və ya 1-2 ədəd quru ərik yeyə bilərsiniz.

* Əgər qəbzlikdən uzun zamandır əziyyət çəkirsinizsə, 2 ədəd quru əncir, 2 ədəd quru əriyi kiçik-kiçik doğrayıb, 1.5 stəkanı su ilə qaynadın. Daha sonra içinə 1/2 çay qaşığı zeytun yağı, 1 çay qaşığı kətan toxumu əlavə edib robotdan keçirin. Səhər ac qarına 2 stəkan ilıq suya bu qarışımdan 1 çay qaşığı əlavə edərək qəbul edin.

* Qəbizlik probleminin öhdəsindən gəlmək üçün həkimlə məsləhətləşmədən heç bir dərman qəbul etməyin.

Sonda bunu da əlavə edək ki, əgər qəbizlikdən iki həftədən çoxdur əziyyət çəkirsinizsə, yuxarıda sadaladıqlarımıza əməl edə bilərsiniz. Əgər faydası olmayacaqsa, həkimə və ya dietoloqa müraciət edin.

Milli.Az

Babasil şəkilləri və fotoları

Əksər insanlar babasil şəkilləri və fotoları ilə maraqlanırlar. Biz də bunu düşünərək, məqalədə xəstəliyə aid bir sıra fotoları yerləşdirmişik.

Babasilin 3 növü var: xarici, daxili və qarışıq

Xarici forma:

Daxili forma:

Qarışıq – kombinəolunmuş forma:

Babasil şəkilləri: hemorroyun kəskin və xroniki forması

Kəskin formada əlamətlər sürətlə inkişaf edir.

Xroniki forma bir qədər zəif olur.

Babasil fotoları: 4 inkişaf mərhələsi

1-ci mərhələ – vaxtaşırı anal qanaxma və düyünlərin əmələ gəlməsi;

2-ci mərhələ – düyünlərin böyüməsi və bəzi hallarda sallanması;

3-cü mərhələ – sallanmış düyünlərin daim qanaması;

4-cü mərhələ – anal kanaldan xaricə çıxmış düyünlərin trombozu.

Daxili düyünlərin anal kanaldan xaricə çıxması:

Bu yazını paylaşın:
Share This
Yazını qiymətləndirin:
4.2/5 – (79 votes)
Bu yazıya �ərh yazılıb
Şəlalə dedi ki:

Salam.mən yeni doğuş keçirmişəm.doğuşdan sonra məndə babasil yaranıb.otur,yeriyə bilmirəm.bilmək istəyirəm müalicə isə belə babasil sağaltmaq olar ya əməliyyat olmalıdı?

Aygün Hüseynova dedi ki:

Salam. Babasili müayinə etmədən onun dərman və ya əməliyyatla aradan qalxacağını demək olmur. Düyünlərin yerləşməsindən, ölçü və dərəcəsindən asılıdır.

Aa dedi ki:

En gizelu viwnoviski mazdi mendede dofuwdan sonra emele gelmiwdi ozde cox boyuk o mazi hekim yazdi onnada sagaldi binrin ustune vurub babasilin ystune qoyursan tez damari yumuwalsib iceri salir

Sebuhi dedi ki:

Salam mende xaricde wiw var yeriye otura yata bilmirem agridan doze bilmirem onun mualicesi var ya emelyat olmaliyam

Aygün Hüseynova dedi ki:
Salam. Əgər ağrı verirsə və düyün böyükdürsə, o zaman əməliyyata ehtiyac var.
Gunel dedi ki:

Salam.menim yoldasimda var .emeliyat olundu.ancag helede var.ayagyolunada gedende qan gelir.ne etmeliyik?

Aygün Hüseynova dedi ki:

Salam. Əməliyyatdan sonra şikayətlər geri qayıdıbsa, yenidən həmin həkimlə əlaqə saxlamağınız məsləhətdir.

Habil dedi ki:

Salam Aygün xanım. Üzür istəyirəm. Məndə 3 gündü babasil şişi yaranıb bayırda. elədə böyük deyil xırdadı onu malicə yolu ilə sağaltmaq olar ? Birdə bilmək istəyirəm babasilə vərrah kəkim baxır ?

Aygün Hüseynova dedi ki:

Salam. Yaxşı olar ki, müayinə olunasız. Çünki xəstəni görmədən müalicə üsulu seçmək olmur. Babasil problemi ilə proktoloqlar məşğul olur.

vasif dedi ki:

salam cox uzur istiyirem. mende babasil tezelikce peyde olub. bunun cox ciddi problem olma ehtimali varmi? ve mualice olma ehtimali varmi?

Aygün Hüseynova dedi ki:
Salam. Bəli, ilk mərhələlərdə düzgün müalicə aparıldıqda qarşısı alına bilər.
Ziya dedi ki:
Salam məndə 12 ildir babasil var son 3 ildir ayaqlarımda göynəmə olur babasildən ola bilərmi?
Aygün Hüseynova dedi ki:
Salam. Xeyr, babasillə əlaqəli deyil.
Xanım dedi ki:

Salam mənim anamda var 3 aya yaxındır ki ağrıları var.bayırda şişi yoxdur.içəride bilmirem nə var deyir balaca nəsə var orda ağrı verir.relif şamını və mazını istifade edir.arada qanda gəlir .bayıra rahat çıxsın deye klizma eləmişdi relif şamını qoyur 5 deqiqe keçir ayaqyoluna gedir.sancı olur deye gedir.nə edek ,zəhmət olmasa məsləhət vererdiniz

Aygün Hüseynova dedi ki:
Salam. Daxili babasil düyünlərinin vəziyyətinə baxılmalıdır. Evdə özbaşına müalicə etmək olmaz.
Natiq dedi ki:

Salam ilk öncədən uzur isdeyirem men bu babasil adini eşiymişdim bele deyimde cox derin bilmirdim ki babasilin nece yatanmagi. Mendede bu gun baş verdi ayaq yolunda oturarken hiss etdim yaxin bir neferden soruşdum dedi he odu. Qanaxma filan yoxdu xaric olunub naşqa hecne agri bar cox guclide deyil belkede tezedi özüm Neft şirketinde işdyirem Agir texnika sururrem surucuyem Abadalniqi agirdi yeqin ki ordan yaranib hekimede yaxınlaşmağa utaniram mene xaiş edirem mumkunse kömeyniz lazimdi

Aygün Hüseynova dedi ki:

Salam. Babasil oturaq iş və ağırlıq qaldırma zamanı yarana bilər. Əslində çəkinməyə gərək yoxdur. Bu sahənin həkimləri, yəni proktoloqlar babasilli xəstələri müayinə və müalicə edirlər. Vaxtında müraciət edin ki, ağırlaşmasın.

Mila dedi ki:

Salam mende 8 il olar var babasil evveler kicik idi indi bitinci sekildeki kimidi boyub qanazma verir qebizlik hec hekkme getmemisem bunun ucun hansi sami meslehet gorerdiniz? Ve yaxud samla sagalma ehtkmali varmi yoxsa emeliyatligdi ?

Aygün Hüseynova dedi ki:

Salam. Qanaxmanız olursa, onu ev şəraitində kor-koranə müalicə etmək düzgün deyil. Proktoloq tərəfindən müayinə olunmalısınız ki, vəziyyətə uyğun müalicə təyin olunsun.

Yusif dedi ki:

Mende var amma kicikdi qanaxma olub amma indi yoxdu kicik dugun kimi var.amma herbiciyem isderdim mulkude eledirim.indi qasinma birde goyneme verir.burda da baxan yoxdu deyirler mualicenen geder guya.men neynim indi

Aygün Hüseynova dedi ki:

Salam. İlkin mərhələdə şam və məlhəmlər effektivdir, yəni əməliyyata gərək olmur. Amma hansı dərman vasitəsinin məhz Sizdə müsbət təsir göstərəcəyini bilmək üçün düyünlərə baxılmalıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.