Bacarıqlı ol” usta yanında öyrənmə proqramı çərçivəsində ödənişsiz hazırlıq təlimləri davam edir
Qışın gəlməsi ilə bir çox insan bitkiləri öz evlərində və ya istixanalarında yetişdirməyə davam edir. Bu il siz öz evinizi gözəl görünüşlü dibçəklərlə bəzəmək istəyə bilərsiniz. Bunun üçün də sıxıcı dibçəklərinizi götürün və təxəyyülünüzü işə salın! Şəkil, parça, lent və ya boyadan istifadə edərək öz modelinizi yaradın! Kreativ olun!
Bacarıqlı llr drnyinin proqramı
Magistr tələbələri və yeni məzunlar üçün ABB tərəfindən elan edilən təcrübə proqramıdır. Proqram bank sahəsinə marağı olan gənclərə təcrübə qazanmaq və gələcəkdə ABB-də çalışan əməkdaşlardan biri olmaq imkanını yaradır.
Təcrübə proqramının iştirakçıları müəyyən edilmiş aylıq ödənişlə təmin olunacaqdır.
Bankın fəaliyyət istiqamətinə uyğun ixtisaslarda təhsil alan namizədlərə üstünlük veriləcəkdir.
Bu təcrübə proqramı iştirakçılara nələri qazandıracaq?
- Real iş mühiti ilə tanışlıq
- Öz sahəsində ixtisaslaşmış əməkdaşların rəhbərliyi altında praktiki biliklərə yiyələnmə şansı
- Bankın təşkil etdiyi onlayn və ənənəvi təlimlərdə iştirak fürsəti
- Təcrübə proqramının sonunda işlə təmin olunma imkanı
Kimlər müraciət edə bilər?
ABB təcrübə proqramına müraciət etmək arzusunda olanlar üçün ilkin şərtlər:
- Yerli və ya xarici universitetlərdə təhsil aldığı dövr ərzində CumGPA göstəricisi 3-dən yuxarı, digər qiymətləndirmə sistemləri üzrə isə 75 faizdən yuxarı olmalı;
- İngilis dili səviyyəsi yüksək (upper-intermediate level) olmalı;
- Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- Ali təhsilini 2020, 2021 və 2022-ci illərdə bitirməli və ya magistratura pilləsində təhsil almalı
“Bacarıqlı ol” usta yanında öyrənmə proqramı çərçivəsində ödənişsiz hazırlıq təlimləri davam edir
“Bacarıqlı ol” usta yanında öyrənmə proqramı çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin “Bazarstore” MMC supermarketlər şəbəkəsi ilə martın 3-dən etibarən icra edilən “Satıcı–kassir” ixtisası üzrə qısa müddətli ödənişsiz hazırlıq təlimləri uğurla davam edir.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, on iki həftəlik təlim proqramını əhatə edən layihənin səkkiz həftəsi artıq arxada qalıb. Proqram nəzəri və praktiki bilik və bacarıqları özündə birləşdirir. Belə ki, həftənin 2 günü müdavimlərə onlayn nəzəri dərslər keçirilir, növbəti 3 gün isə onlar “Bazarstore” MMC-nin “Qara Qarayev”, “Xətai” və “Nəsimi” mağazalarında 9 nəfər ustanın rəhbərliyi ilə təcrübə qazanırlar.
Təlimin sonunda iştirakçılara sertifikat veriləcək və qiymətləndirmə nəticələrinə görə ən yüksək bal toplamış 5 müdavim “Bazarstore” MMC adından əlavə olaraq mükafatlandırılacaq. Təlimi uğurla başa vuran müdavimlər/təcrübəçilər “Bazarstore” MMC mağazalar şəbəkəsində işləmək imkanı qazanacaqlar. Həmçinin təlim proqramı müddətində müdavimlərə yol xərci ödənilir, müdavimlər uniforma və qida ilə təmin olunurlar. Proqram müdavimləri təlim müddətində fərdi qəza sığortası ilə sığortalayır.
Mayın 31-dək davam edəcək təlimin məqsədi peşə məktəblərində oxuyan tələbələrin və işsiz şəxslərin praktiki formada təcrübələrinin təşkili, habelə peşə təhsilinin əhatə dairəsinin genişlənməsini təmin etməkdir.
Qeyd edək ki, tələbənin real işdə “təcrübəyə əsaslanan öyrənmə” metodu üzrə həyata keçirilən proqram nəzəri biliklərin onlayn, praktiki biliklərin, bacarıq və səriştələrin isə paralel olaraq tərəfdaş şirkətdə real iş mühitində əldə edilməsini təmin edir.
Bacarıqlı əllər
Hazırlanması asan və ucuz başa gələn növbəti əl işini sizlərə təqdim edirik. Evdə olan lazımsız taxta əşyalardan qələm qabının hazırlanması olduqca asandır. Bunun üçün sizə dekorativ kağız, yapışqan, taxta parçası və drel lazım olacaq.
Taxta parçasını götürüb (düz bucaq formasında olsa daha gözəl olar) yapışqanın köməkliyi ilə dekorativ kağızı üzərinə yapışdırın. Sonra isə taxta parçasının üzərində dəliklər açın, lakin dreli sona qədər aparmayın. Sonda isə qələmləri drel ilə açdığınız dəliklərə yerləşdirib yazı masanızın üzərinə qoyun. Olduqca gözəl və asan hazırlanan əl işi.
Davamı →
Plastik qablardan faydalı əşyalar
- Bacarıqlı əllər
- 9 mart 2014, 16:24
Plastik qablardan necə yararlana bilərik? Aktyor və aparıcı Denise Meneghello dekorasiyalar, bəzəklər və əl işləri üzrə ixtisaslaşmışdır.
Əgər sizin makyaj dəsti və ya digər əşyalarınızı saxlamaq üçün qaba ehtiyacınız varsa, niyə də öz yaradıcılıq qabiliyyətinizdən istifadə edərək belə bir qab düzəltməyəsiniz ?!
Sizə lazım olan əşyalar kiçik bir plastik şüşə, bıçaq, qayçı və isti ütüdür. Bıçağın köməyi ilə şüşənin yuxarı hissəsi kəsilir, qayçı ilə həmin hissələr korrektə edilir və kəsilmiş hissə isti ütü ilə kontakt edilərək qabın yuxarı hissəsinin səliqəyə salınır. Ttək bir şey qalır- öz əl işinizdən həzz almaq.
Davamı →
Dibçəkdə ananas
- Bacarıqlı əllər
- 11 fevral 2014, 21:31
Tropik meyvələrin evdə yetişdirilməsi və saxlanılmasının kreativ yolunu sizinlə paylaşırıq. Sizin görəcəyiniz iş sadəcə olaraq aşağıda göstərilənlərə əməl etməkdir.
Ardı →
Düymələrlə bəzəyin
- Bacarıqlı əllər
- 7 fevral 2014, 14:10
Düymələr- dərzilik peşəsinin əvəzolunmaz tərkib hissəsi. Siz nə vaxtsa onları başqa formada istifadə etməyi düşünmüsünüzmü? Bu məqalədə, siz düymələrdən istifadə etməyin yeni üsullarını görəcəksiniz. Onları çərçivəyə, pərdəyə və hətta lampaya yapışdırın… canlandırmaq istədiyiniz istənilən bir yerə! Sadəcə ürəkli olun və yaradıcılığınızı işə salın.
Şərf asılqanları
- Bacarıqlı əllər
- 30 yanvar 2014, 18:04
Siz nə vaxtsa məhz sizə lazım olan şərfi böyük siyirtmənizdə tapa bilmədiyiniz bir şəraitlə qarşılaşmısınızmı? Və yaxud sizin dolabınız şərflərinizi asan tapa biləcəyiniz şəkildə yerləşdirməyiniz üçün çox balaca və ya çox qaranlıqdırmı? Bu 7 özün düzəldə biləcəyin formaya riayət edərək siz özünüz üçün şərflərə forma verməyə sərf etdiyiniz vaxta qənaət etmiş olacaqsınız.
Banka içərisində xatirələr
- Bacarıqlı əllər
- 28 yanvar 2014, 00:10
Şəkillərinizə şüşə bankalar içərisinə antik görünüş verin. Sizdən yalnızca ağ-qara fotoşəkil, bankanı zeytun yağı ilə (zeytun yağına daha çox üstünlük verilir) doldurmaq və içərisinə qurudulmuş güllər və ya budaqlar yerləşdirmək tələb olunur. Bu, gözəl görünür!
Zövqlü və qeyri-adi dibçəklər
- Bacarıqlı əllər
- 25 yanvar 2014, 10:57
Qışın gəlməsi ilə bir çox insan bitkiləri öz evlərində və ya istixanalarında yetişdirməyə davam edir. Bu il siz öz evinizi gözəl görünüşlü dibçəklərlə bəzəmək istəyə bilərsiniz. Bunun üçün də sıxıcı dibçəklərinizi götürün və təxəyyülünüzü işə salın! Şəkil, parça, lent və ya boyadan istifadə edərək öz modelinizi yaradın! Kreativ olun!
Səbətşəkilli çörək
- Bacarıqlı əllər
- 22 yanvar 2014, 23:03
Səbət şəklində çörək hazırlamaq üçün ilk öncə xəmir hazırlamaq lazımdır. Qarışdırma qabına un, maya, şəkər və duz əlavə edilir. 1 dəqiqə ərzində qarışdırılır. Sonra su və yumurta da qatılır, qarışdırılır. Yağ əlavə edilir. Təxminən 10 dəqiqə ərzində yumşaq bir xəmir əldə edənəcən yoğrulur.
Ardı →
Comments are closed, but trackbacks and pingbacks are open.