Bakı 2035-ci ildə belə olacaq – VİDEO
Bu barədə danışan komitənin aparat rəhbəri Anar Quliyev öncəki illərdən yarımçıq qalan məqamların yeni baş planda tamamlandığını bildirir.
Bakı şəhərinin Baş Planının hazırlanması işinin ilkin mərhələsi başa çatdırılıb
Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərinin Baş Planının hazırlanması işi davam etdirilir.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iki mərhələdən ibarət olan bu prosesin beynəlxalq standartlara uyğun təşkil edilməsi və Bakı şəhərinin baş planının ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə “Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – “Boston Consulting Group” (“Boston Konsaltinq Qrup”) şirkətini cəlb edib. Artıq işin birinci mərhələsi uğurla yekunlaşdırılıb, ikinci mərhələyə başlamaq və şəhərsalma sahəsində beynəlxalq səviyyədə təcrübəsi olan şirkəti işə cəlb etmək məqsədilə açıq tender elan edilib.
Birinci mərhələdə, ötən illər ərzində hazırlanmış “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələri “Boston Konsaltinq Qrup” şirkəti ilə birgə təhlil edilib. Məlum olub ki, həmin şəhərsalma sənədlərinin hazırlanması zamanı bir çox zəruri olan məlumatların toplanması, onların aktuallığının yoxlanılması mümkün olmayıb, həmin planların torpaq kadastrına bağlantısı təmin edilməyib və bir çox məsələlərdə qeyri-dəqiqliyə yol verilib. Bununla belə, həmin sənədlərin bir hissəsinin Bakının Baş Planının hazırlanmasında istifadə olunması mümkün olduğu müəyyənləşdirilib.
Eyni zamanda, birinci mərhələdə paytaxtın inkişaf istiqamətləri ilə bağlı aidiyyəti icra hakimiyyəti orqanlarının, ictimai təşkilatların, yerli ekspertlərin və şəhər sakinlərinin (sosial sorğu vasitəsilə) mövqeyi öyrənilib, beynəlxalq təcrübəyə və bu sahədə müasir tendensiyalara əsaslanaraq Bakının gələcək inkişafına dair konseptual yanaşma formalaşdırılıb.
Qeyd olunub ki, beynəlxalq təcrübə təhlil edilərkən dünyanın müxtəlif şəhərlərinin (London, Toronto, Vyana, Dubay, Kopenhagen, Paris, Praqa, Doha, Moskva və s.) şəhərsalma və zonalaşma təcrübəsi öyrənilib, müsbət və mənfi cəhətləri araşdırılıb.
Hazırlanmış konsepsiya çərçivəsində Bakı şəhərinin inkişafının dörd prioritet istiqaməti müəyyənləşdirilib:
1) Davamlı inkişafın təmin olunması məqsədilə şəhərin tarazlı zonalaşdırılması və ənənəvi mərkəzi ilə yanaşı alternativ mərkəzlərin və alt-mərkəzlərin formalaşdırılması;
2) Şəhər və ətraf mühitinin regenerasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsi;
3) Milli-mədəni irsin və şəhərin memarlıq görkəminin qorunması, şəhərin mədəni həyatının zənginləşdirilməsi;
4) Şəhər iqtisadiyyatının post-sənaye dövrünə mərhələli keçidi.
Bununla yanaşı, Abşeron yarımadasının inkişafı kontekstində Bakı şəhərinin inkişafına dair aşağıdakı əsas tələblər müəyyənləşdirilib:
– mühəndis-kommunikasiya təminatının, yol-nəqliyyat infrastrukturunun və ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi;
– ictimai məkanların kəmiyyət və keyfiyyət göstəricilərinin artırılması;
– ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması;
– əhalinin məşğulluq imkanlarının artırılması;
– Bakı qəsəbələrinin sosial-iqtisadi rolunun və onların özünü təminetmə qabiliyyətinin artırılması.
Baş Plan yuxarıda qeyd olunan konseptual prioritetlərin şəhərsalma nöqteyi nəzərindən diqqət mərkəzində saxlayan, ərazi planlaşdırılması həllərini təqdim edən, tikintiyə və şəhər infrastrukturunun inkişafına dair tələbləri müəyyənləşdirən əsas strateji sənəddir. Eyni zamanda, müasir şəraitdə Baş Planın əhəmiyyətli rolu şəhər idarəedilməsi sahəsində dövlətin bizneslə və investorlarla dialoqunun qurulmasındadır.
Birinci mərhələdə görülmüş işlər əsasında komitə “Boston Konsaltinq Qrup” şirkəti ilə birgə beynəlxalq səviyyədə tanınmış şəhərsalma şirkətinin açıq tender vasitəsilə seçilməsi üçün müvafiq layihə tapşırığı hazırlayıb. İştirakçılar tərəfindən təqdim olunacaq tender təkliflərinin hərtərəfli dəyərləndirilməsi məqsədilə komitənin əməkdaşları ilə yanaşı, aidiyyəti dövlət orqanlarının (Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Bakı Nəqliyyat Agentliyi) nümayəndələri, Azərbaycan Memarlar İttifaqının və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəhbərlərindən ibarət Tender Komissiyası yaradılıb.
Tender elanı milli mətbuatda, komitənin www.arxkom.gov.az internet səhifəsində, www.tender.gov.az portalında yerləşdirilməklə yanaşı, həmçinin qlobal memarlıq və şəhərsalma şəbəkələri vasitəsilə yayılacaq.
Tenderin qalibi komitənin və “Boston Konsaltinq Qrup” şirkətinin dəstəyi ilə Bakı şəhərinin Baş Planının hazırlanması işinin ikinci mərhələsini reallaşdıracaq.
Bakı 2035-ci ildə belə olacaq – VİDEO
5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT
Bakının yeni Baş planı hazırdır. Bu planda 2035-ci ilədək inkişaf nəzərə alınıb. Bakının indidəyədək sayca beşinci baş planı olan layihədə ciddi tamamlama işləri görülüb. Prosesə beynəlxalq ekspertlər də qoşulub.
BAKU.WS-in xezerxeber.az-a istinadən verdiyi məlumata görə, 2015-2016-cı illər ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında paytaxtın bütün inzibati ərazisini əhatə edən “Bakı şəhərinin ərazidən İstifadə və Zonalaşdırma Planı” layihəsi hazırlanıb və bir çox dövlət təşkilatları ilə razılaşdırılıb.
Bu barədə danışan komitənin aparat rəhbəri Anar Quliyev öncəki illərdən yarımçıq qalan məqamların yeni baş planda tamamlandığını bildirir.
Anar Quliyev hazırkı mərhələdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Baş Plan” layihəsinin qiymətləndirilməsi və son illərdə reallaşdırılmış şəhərsalma layihələri ilə əlaqədar aktuallaşdırılmasının vacib olduğunu vurğulayıb. Baş planın mükəmməl olması üçün prosesə xeyli təcrübəli ekspert qrupları da cəlb olunub.
Onu da qeyd edək ki, “Böyük Bakının Regional İnkişaf Planı” və “Məxsusi Bakının ərazidən İstifadə və Zonalaşdırma Planı” layihəsi Azərbaycan Respublikasının Hökuməti və Dünya Bankı arasında 2007-ci ildə imzalanmış kredit sazişinə əsasən 2011-2014-cü illər ərzində hazırlanıb. Yeni Baş Plan – “Böyük Bakının Regional İnkişaf Planı” isə 2035-cu ilədək olan dövrü əhatə etməlidir. Bu sayca Bakının 5-ci baş planıdır.
Bakı şəhərinin ərazidən istifadə və zonalaşdırma planı
Bakının yeni Baş planı hazırdır. Bu planda 2035-ci ilədək inkişaf nəzərə alınıb. Bakının indidəyədək sayca beşinci baş planı olan layihədə ciddi tamamlama işləri görülüb. Prosesə beynəlxalq ekspertlər də qoşulub.
“Qafqazinfo” XəzerXəbər-ə istinadən bildirir ki, 2015-2016-cı illər ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında paytaxtın bütün inzibati ərazisini əhatə edən “Bakı şəhərinin ərazidən İstifadə və Zonalaşdırma Planı” layihəsi hazırlanıb və bir çox dövlət təşkilatları ilə razılaşdırılıb.
Bu barədə danışan komitənin aparat rəhbəri Anar Quliyev öncəki illərdən yarımçıq qalan məqamların yeni baş planda tamamlandığını bildirir.
Anar Quliyev hazırkı mərhələdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Baş Plan” layihəsinin qiymətləndirilməsi və son illərdə reallaşdırılmış şəhərsalma layihələri ilə əlaqədar aktuallaşdırılmasının vacib olduğunu vurğulayıb. Baş planın mükəmməl olması üçün prosesə xeyli təcrübəli ekspert qrupları da cəlb olunub.
Onu da qeyd edək ki, “Böyük Bakının Regional İnkişaf Planı” və “Məxsusi Bakının ərazidən İstifadə və Zonalaşdırma Planı” layihəsi Azərbaycan Respublikasının Hökuməti və Dünya Bankı arasında 2007-ci ildə imzalanmış kredit sazişinə əsasən 2011-2014-cü illər ərzində hazırlanıb. Yeni Baş Plan – “Böyük Bakının Regional İnkişaf Planı” isə 2035-cu ilədək olan dövrü əhatə etməlidir. Bu sayca Bakının 5-ci baş planıdır.
Son xəbərlər
- 10:30 | Yevlaxda “Böyük zəfər Heydər Əliyev ideyalarının təntənəsi idi” mövzusunda tədbir keçirildi
- 10:22 | “Navalnı” filmi də “Oskar” aldı
- 10:16 | Bir filmə görə 7 “Oskar”! – Gecədən fotolar
- 10:09 | Füzulidə imtiyazlı xəstələrlə bağlı müşavirə – Fotolar
- 09:58 | Malatyada ard-arda iki zəlzələ oldu
- 09:49 | “Kişiləri kişi edən həyat yoldaşlarıdır” – Video
- 09:49 | Futbolçunun atasından maraqlı pankart – Foto
- 09:33 | Sürücü sükan arxasında öldü, maşını piyadaların üstünə çıxdı – Foto
- 09:23 | 20 yaşlı qız hoteldə ölü tapıldı
- 09:09 | Moped yol kənarındakı maşına çırpıldı, kuryer öldü
- 12.03.2023 23:58 | “Ölüm ayağındayam” – Saakaşvili
- 12.03.2023 23:28 | Mahsun konsertində bu mahnısını Mübariz Mənsimova ithaf etdi – Video
- 12.03.2023 23:18 | Cüdo millimiz Avropa kubokunun birincisi oldu
- 12.03.2023 22:59 | Mahsunun konsertində şəhid Anarın ifası. – Video
- 12.03.2023 22:17 | Mahsun Kırmızıgülün Bakı konsertində duyğulu anlar – Azərbaycana və İlham Əliyevə təşəkkür etdi
- 12.03.2023 21:49 | Hərbi qulluqçumuz həlak oldu
- 12.03.2023 21:39 | Məhərrəm İncənin də namizədliyi açıqlandı
- 12.03.2023 21:10 | Türkiyədə zəlzələdə ölənlərin sayı artdı
- 12.03.2023 20:42 | Şuşada 23 yaşayış binası tikilir
- 12.03.2023 20:20 | Məhəmməd Salahın evi qarət olundu
- 12.03.2023 19:58 | 39 yaşlı müəllim əməliyyatdan sonra vəfat etdi
- 12.03.2023 19:49 | İran və ABŞ arasında məhbus mübadiləsi baş tutacaq
- 12.03.2023 19:25 | Qaz təchizatına müdaxilə hallarına qarşı tədbirlər görülüb
- 12.03.2023 19:24 | Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyat – Saxlanılanlar var
- 12.03.2023 19:19 | Fransada korsikan dilinin istifadəsi qadağan olundu
- 12.03.2023 19:02 | “Ermənistan sülh müqaviləsini imzalamaqdan yayınır” – Hikmət Hacıyev
- 12.03.2023 18:38 | Ukrayna hərbi xərclərini 13 milyard artıracaq
- 12.03.2023 18:19 | Yunanıstanda qatar qəzasına görə etirazlar başladı
- 12.03.2023 17:50 | Adanada zəlzələ oldu
- 12.03.2023 17:22 | Vaksin vurduranların sayı açıqlandı
- 12.03.2023 17:21 | Yoluxanların sayı açıqlandı
- 12.03.2023 17:08 | “Neftçi” səfərdə qələbə qazandı
- 12.03.2023 16:58 | 5 şagird və 1 müəllimdə telefon aşkarlandı
- 12.03.2023 16:45 | Rusiyanın itkilərinin yeni siyahısı açıqlandı
- 12.03.2023 16:06 | Ərdoğan Hataya getdi
- 12.03.2023 15:52 | Türkiyəyə humanitar yardım aparmış vasitələrin növbəti hissəsi Bakıya qayıdır – Fotolar+Video
- 12.03.2023 15:45 | Ağalıda ilk dəfə buraxılış imtahanı keçirildi
- 12.03.2023 15:15 | Yaponiya və Cənubi Koreya arasında 12 ildən sonra bir ilk
- 12.03.2023 14:48 | Fransa Senatı pensiya islahatı haqqında qanun layihəsini qəbul etdi
- 12.03.2023 14:26 | Sabah görmə məsafəsi məhdudlaşacaq
- 12.03.2023 13:57 | Mehman Sadıqov vəfat etdi
- 12.03.2023 13:50 | Təbrizdə binada partlayış – Ölən və yaralananlar var
- 12.03.2023 13:37 | Merapi vulkanının püskürməsi – Fotolarda
- 12.03.2023 13:14 | “Qarabağ” bu qollarla “Səbail”i darmadağın etdi – Video
- 12.03.2023 13:04 | İlham Əliyev Albaniya Prezidenti ilə görüşdü – Fotolar
- 12.03.2023 12:52 | Bakıda icra başçısının köməkçisi intihar etdi
- 12.03.2023 12:42 | Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Heydər Əliyevlə bağlı video hazırladı – Video
- 12.03.2023 12:23 | Sabah hava küləkli olacaq
- 12.03.2023 12:07 | Kadi dubl etdi, 14 milyonluq təklif aldı – Video
- 12.03.2023 11:57 | Azərbaycanlı alim vəfat etdi
Comments are closed, but trackbacks and pingbacks are open.