Bakı şəhəri haqqında
2017-ci ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 3700 nəfər və ya 0,2% artaraq aprel ayının 1-nə 2 mln. 249,5 min nəfərə çatıb. [54] Hesabat dövründə Bakıda 3556 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4 təşkil edib. [54] 2017-ci ilin ilk 3 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 2957 nikah və 1134 boşanma halları qeydə alınıb. [54] Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,3, boşanmaların sayı isə 2 olub. [54]
Bakı şəhərinin tarixi
Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bakı şəhəri Azərbaycan Respublikasının paytaxtıdır. Müxtəlif dövrlərdə Bakı şəhəri Şirvanşahlar dövləti, Bakı xanlığı, Bakı quberniyası, Azərbaycan Demokratik Respublikası və Azərbaycan Sovet Sosialist Respublikasının mərkəzi olmuşdur. Hal-hazırkı dövrdə isə Bakı şəhəri Azərbaycan Respublikasının paytaxtıdır.
Mündəricat
- 1 Adın etimologiyası
- 1.1 Müxtəlif dövrlərdə şəhərin adlanırılması
Adın etimologiyası Redaktə
Bakı adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Fars dilində bu adın ilkin forması kimi Baqavan sözündən istifadə edilmişdir. Bu söz Tanrının şəhəri kimi tərcümə olunur. [1] Fars mənbələrində Bakı adının digər bir etimologiyası kimi Bādkube (بادکوبه ) kimi yazılan Küləklər şəhəridir. Bakı şəhərinin eramızın V əsrində yarandığından Badükübə sözünü bu dövrdən etibarən istifadə olunduğu ehtimal olunur. [2]
Müxtəlif dövrlərdə şəhərin adlanırılması Redaktə
Əsr və ya il Mənbə Bakının adı V — VIII əsrlər Movses Korenatsis Beqavan 930 İstəxr Bakuh 943–944 Məsudi Bakuh 942–952 Əbu Dulaf Bakuya 982 Hudud əl Ələm Bakı 985 Müqəddəsi Bakuh XII əsr Xəqani Bakı XIII əsr Yaqut əl-Həməvi Bakuya XIV əsr Fəzlullah Rəşidəddin Bakı XV əsr Əbdürrəşid Bakuvi Bakuya XVI əsr Həsən bəy Rumlu Baku XVIII əsr Övliya Çələbi Bakı Abşeron yarımadası ərazisində yazılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan və s. yerlərdə e.ə. 3–1 minilliklərə aid arxeoloji abidələr tapılmışdır.
Bakının salındığı tarix dəqiq məlum deyildir. “Bakı” adı çəkilərkən, bəzi cahillərin gözünün qarşısına gələn, yadına düşən yalnız və yalnız “Yasamal”, “Sovetski”, “Kubinka” və “Papanin” kimi məhəllələrdir. Lakin Bakı təkcə bu 4 məhəllədən ibarət deyil. Bakını “Bakı” edən onun “İçərişəhər”-i, “Qala divarları” və “Qız qalası”-dır. Onun möhtəşəmliyinə rəng qatanlar da elə məhz sırf bunlardırlar. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış V–VII əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəqəsi olduğundan xəbər verir. V–VI əsr mənbələrində Bakı “Bağavan” və “Atəş-i Baquan”, ərəb mənbələrində (X əsr) “Bakuyə”, “Bakuh”, “Baku”, rus mənbələrində (XV əsr) “Baka”, Səfəvilər dövrü fars dilli mənbələrdə “Badi kubə” adlandırılır.
Tarixən Bakı Şərqin iri şəhərlərindən olub. Şəhər iqtisadiyyatında neft və duz istehsalı əsas yer tutub. Ərəb səyyahı Əbu Düləfin (X əsr) məlumatına görə, Bakıdakı iki neft yatağından ildə təqribən 720 min dirhəm gəlir əldə edilirmiş. Feodal münasibətlərin, ticarətin və sənətkarlığın inkişafı şəhərin çiçəklənməsinə şərait yaradıb. Beynəlxalq ticarətin yolayrıcında yerləşən Bakı Şərq və Qərb ölkələri arasındakı ticarət əlaqələrində mühüm rol oynayıb. Bakıya Xəzər, Slavyan, Bizans, Çin, İraq, Suriya, Genuya, Venesiya, İran, Hindistan tacirləri gəlib. Bakıdan İran, İraq və s. ölkələrə neft ixrac olunub.
IX əsrin 2-ci yarısında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar dövləti idi. Bakı X əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu.
Bakı X əsrdən liman şəhəri kimi məşhur idi. XI əsrin sonu, XIII əsrin əvvəllərində Bakı tərəqqi dövrü keçirirdi. 1191-ci ildə Qızıl Arslan Şamaxını tutduqda şirvanşah I Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. Şirvanşahlar şəhərin möhkəmləndirilməsinə xüsusi diqqət verirdilər. XII əsrdə Bakı ikicərgəli qala divari və xəndəklə əhatə olundu.
Qız Qalası da şəhərin müdafiə sisteminə daxil idi. 1232–1235 illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar.
XIII əsrin 30-cu illərində monqollar Bakıya hucum edib, uzunmüddətli mühasirədən sonra şəhəri aldılar. Bakıda neftçıxarma və ticarət tənəzzülə uğradı. XIV əsrin ortalarına doğru Bakıda ticarət (xüsusilə dəniz ticarəti) yenidən canlandı. Gilan və Şamaxı ipəyinin beynəlxalq ticarətdə əhəmiyyətinin artmasi ilə əlaqadar Bakının iqtisadi mövqeyi möhkəmləndi. XIV əsrdən Bakıdan Qızıl Orda, Moskva knyazlığı, Avropa ölkələri və s. yerlərə müxtəlif mallar, xüsusən ipək, xalça və s. ixrac edilirdi. Bakıdan Həştarxana, Orta Asiyaya və Xəzərin cənub sahillərinə mal daşınırdı. XIV əsrin 2-ci yarısında Bakının iqtisadi və siyasi rolunun artması ilə əlaqədar olaraq Xəzər dənizi bəzən Bakı dənizi də adlandırılırdı (bu, 1375-ci ildə katalan dilində hazırlanmış atlasda göstərilir). Bakıda indiyədək qalan tarixi-memarlıq abidələri – Buxara karvansarası (XIV əsr), Qız Qalası yaxınlığında Multani (hind) karvansarası (XV–XVI əsrlər) və s. Şərq ölkələri ilə geniş ticarət əlaqələrinin mövcudluğundan xəbər verir.
Orta əsrlər Redaktə
Şirvanşah I Xəlilüllahın dövründə (1417–1462) Bakıda mühüm tikinti işləri aparıldı. Şirvanşahlar saray kompleksi də bu dövrdə tikilmişdir. Bakıda ticarət, sənətkarlıq inkişaf edir, iqtisadi və mədəni həyat yüksəlirdi. XV əsrin 2-ci yarısında Böyük Moskva knyazlığı ilə ticarət daha da genişləndi və diplomatik əlaqələr yaradıldı. 1501-ci ildə Şah İsmayıl Şirvana hücum edərək Bakını aldı.
Səfəvi hökmdarı I Təhmasib 1538-ci ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Səfəvi-Osmanlı müharibələri zamanı 1578-ci ildə Osmanlı ordusu Bakını tutdu. 1607-ci ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi. Mərkəzi hakimiyyətin qüvvətlənməsi, məhsuldar qüvvələrin inkişafını ləngidən feodal çəkişləmələrinə, dağıdıcı müharibələrə son qoyulması XVII əsrin 40-cı illərində şəhərin yüksəlişinə təkan verdi. Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. XVI–XVIII əsrlərdə sənətkarlıq, xüsusilə xalçaçılıq daha da inkişaf etdi. Bakıda toxuculuq da mühüm yer tuturdu. XVII–XVIII əsrlərə aid tarixi abidələr bu dövrdə Bakıda memarlıq, həkkaklıq və s.-nin inkişaf etdiyini göstərir.
Bakının zəngin təbii sərvətləri, habelə mühüm hərbi strateji əhəmiyyəti XVIII əsrin əvvəllərindən etibarən Rusiyanın diqqətini cəlb edirdi. Xəzərin cənub-qərb sahillərinə yiyələnməyə çalışan Rusiya çarı I Pyotr xüsusi hərbi dəniz ekspedisiyası yaradır. 1723-cü il iyunun 26-da I Pyotrun qoşunu Bakını işğal edir. Lakin, Rusiya və İran arasında bağlanan Gəncə məqaviləsinə (1735) görə Bakı yenidən İranın hakimiyyəti altına keçdi.
İçəri şəhərin tarixi qala qapıları.
XVIII əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar, o cümlədən Bakı xanlığı yarandı. Ara müharibələri bütün Azərbaycanda olduğu kimi, Bakıda da iqtisadiyyat və mədəniyyətin inkişafına mane olur, əhalinin vəziyyətini son dərəcə ağırlaşdırırdı. XVIII əsrin 2-ci yarısında Bakıda şəhər həyatı və ticarət nisbətən canlandı. Lakin Ağa Məhəmməd Şah Qacarın Azərbaycana hücumları iqtisadiyyatın və ticarət əlaqələrinin yenidən tənəzzülə uğramasına səbəb oldu. 1796-cı ilin yazında Rusiya imperatrisası II Yekaterinanın əmri ilə general V.A.Zubovun komandanlıq etdiyi rus qoşunları Azərbaycana yürüş etdi.
İyunun 13-də Bakı alındı. 1797-ci ilin əvvəlində general P.D.Sisyanov Bakının komendantı təyin olundu. II Yekaterinanın ölümündən sonra oğlu I Pavel V.A.Zubovu geri çağırdı. Çar qoşunları 1797-ci ilin martında Bakını tərk etdi. XIX əsrin əvvəlində I Aleksandr Xəzərsahili vilayətləri, ilk növbədə Bakını tutmaq planı ilə xüsusi maraqlanırdı. Rusiya-İran müharibəsi (1804–1813) bu planın həyata keçirilməsini sürətləndirdi. 1805-ci il avqustun 12-də çar qoşunu Bakını mühasirəyə aldı, lakin müvəffəqiyyət qazanmayaraq geri çəkildi.
1806-cı ilin əvvəlində general P.D.Sisyanovun qoşunları yenidən Bakıya yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı xanı Hüseynqulu xanla danışıqlar zamanı general P.D.Sisyanov öldürüldü. 1806-cı il oktyabrın 6-da Bakı Rusiyaya birləşdirildi. 1807-ci ildə Bakıda 500 ev, 300 000 əhali var idi. 1813-cü ildə bağlanmış Gülüstan sülhü ilə Şimali Azərbaycan, o cümlədən Bakının Rusiyaya birləşdirilməsi təsdiq edildi.
Bakı şəhəri haqqında
Bakı — Azərbaycan Respublikasının paytaxtıdır; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2130 km², əhalisi, təxminən, 2,3 milyon nəfərdir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 5 şəhər tipli qəsəbə və 32 kənd daxildir [1] .
Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi quru subtropikdir. Orta temperatur yanvarda 3-4°C, iyulda isə 25-26°C-dır. İllik yağıntı 300 mm-dir. Bakı üçün güclü şimal küləyi – xəzri və cənub küləyi – gilavar səciyyəvidir.
Bakı şəhərində və Abşeron yarımadasındainsanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. [2] Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi, iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur. [2] Abşeron ərazisində tapılmış arxeoloji materiallar Bakının qədim yaşayış məskəni olduğunu sübut edir. [2] Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Əmircan və s. yerlərdə e. ə. III-I-ci minilliklərə aid arxeoloji materiallar tapılmışdır. [2] Bakının salındığı tarix dəqiq məlum deyildir. [2]
Bakı Qafqazda ən əhəmiyyətli turistik məkanlardan biri sayılır. 2014-cü ildə Bakı Forbes jurnalının rusiyalılar üçün biznes qurulması sahəsində ən cəlbedici keçmiş SSRİ şəhərlərinin reytinqində top onluğa düşüb. [3] 2015-ci ildə Bakı Lonely Planet nəşrinin səyahət edilməli ən maraqlı məkanların reytinqində 7-ci sırada, New York Times qəzetinin “2015-ci ildə səfər etmək üçün dünyanın ən yaxşı yerləri” reytinqində isə 51-ci yerdə qərarlaşıb. [4] [5] 2016-cı ildə TripAdvisor səyahət məsləhətçisi saytının topladığı rəy sorğusunda daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələri siyahısında Bakı şəhəri 5-ci yerdə qərarlaşıb. [6]
Tarix
Əsas məqalə: Bakı şəhərinin tarixi
Etimologiya
Bakı adının mənşəyi haqqında müxtəlif fikirlər vardır.
Bakı toponiminin qədimliyi haqqında ilk məlumata İvan Meşaninovun 1927-ci ildə Bakıda nəşr olunmuş “Yegipet i Kavkaz” adlı məqaləsində rast gəlmək olar. [7] Fərziyyəyə görə, e.ə. III minilliyin sonlarına aid edilən “Ölülər kitabı” Misir mifologiyası toplusunda əksini tapmış “Bakhav” toponiminin Qafqazda formalaşmasıdır. [7] Sözün kökü olan “Baka” — “Günəşin doğulduğu yer” və ya “Səhər şəfəqi” kimi iddia edilir. [7] Bu toponim Böyük Qafqazın şərqində yerləşən Bakı ilə eyniləşdirilir. [7]
Bəzi mənbələrə görə, Bakı adına isə ilk dəfə V-VIII əsr mənbələrində “Baqavan” və ya “Baquan”, “Atşi Baqavan” və ya “Atşi Baqvan”, yəni “Atəşi Baquan” kimi rast gəlinib. [8] Baqa sözün kökü, “an” və “van” isə məkan bildirir. Toponim eramızın VII yüzilində bu ərazidə yaşamış “bakan” tayfası ilə əlaqələndilir, bəzilərinin fikrincə isə “Bakuyə” sözündən götürülüb. [8]
Bakının adlarından biri də fars dilindən yaranan “Badi Kubə” sözünün birləşməsindən yaranması ehtimal olunur. [9] Söz farsca “bad” (külək, yel) və “kubidan” (vurmaq, zərbə yetirmək) sözləriylə açıqlanır. Fars dilindən tərcümədə “Küləklər şəhəri” mənası verən bu sözün məhz Bakının əsl tarixinin olmasını bir çox tarixçilər iddia edir. [9]
Professor Sara Aşurbəyli Bakının ən qədim adının “Xunsar” olduğunu yazır. [8] Bu yazılışda olan toponimin tərtibi onun 3 min ildən artıq bir dövr ərzində mövcud olduğunu göstərir. [8] Xunsarın mənası “günə sarı [10] “, yəni “Günəşə doğru çevrilmiş” [8] kimi açıqlanır.
Qafqazşünas Kerop Patkanov iddia edir ki, şəhərin adı lak sözü “baki”-dən (təpə deməkdir) əmələ gəlir. [11] Maraqlısı odur ki, “təpə” mənasında qədim türkcədə də “baqu” sözü mövcuddur. [12] Bu hipotezə görə, Bakı təpələr üstündə salındığından, şəhərin də adı bu sözdən götürülmüşdür. [11] Bu fikri coğrafiya elmləri doktoru Budaq Budaqov da iddia etmişdir. [11]
Bakı şəhərinin ilk rəmzi hər iki tərəfində atəşi simvolizə edən günəştəsvirinin ortasında həkk olunan buğa şəkli olmuşdur. [2] Buğa təsviri əvvəllcə bayır qala divarının qiriş qapısı üzərinə həkk olunubmuş. [2] Bayır qala divarları 1886-cı ildə dağıdılmış və onun darvazası iç qala divarında – Şah Abbas darvazasında yenidən inşa olunmuşdur. [2] Bakının qədim simvolu olan buğa təsviri hazırda İçərişəhərin Qoşa Qala qapılarının hər birinin üzərində həkk olunmuşdur. [2] Buğanın sağ və sol tərəfi şir təsvirləri ilə əhatələnmişdir. [2] Bəzi tədqiqatçılar şir təsvirlərinin Səfəvilərin hakimiyyətini simvolizə etdiyi qənaətindədirlər. [2]
Bakı şəhərinin ilk rəsmi gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur. [2] 4 hissədən ibarət qalxanvari lövhənin 1-ci qızılı sahəsində pələng, ikinci qızılı sahəsində yerdən çıxıb alovlanan qaz dilimləri təsvir olunmuşdur. [2] Lövhənin bu iki sahəsinin təsviri Rusiyanın Kaspi vilayətinin gerbindən götürülmüşdür. [2] Gerbin göy rəng fonunda olan 3-cü sahəsində yüklü dəvə təsvir olunmuşdur. [2] Bu, şəhər sakinlərinin yük daşımaqla məşğul olmalarını simvolizə edir. [2] Gerbin göy rəng fonunda olan 4-cü sahəsində yerə sancılmış lövbərtəsvir olunmuşdur ki, bu da Bakının yaxşı reydə malik liman şəhəri olmasından xəbər verir. [2]
Bakı şəhərinin ikinci gerbi 16 mart 1883-cü ildə təsdiq olunmuşdur. [2] Gerbin qara rəngli qalxanvari lövhəsində üç qızılı rəngli alov təsvir olunmuşdur. [2] Qalxan quberniya və şəhər gerblərində işlənən qırmızı rəngli Aleksandr lenti (Knyaz Aleksandr Nevskinin adına təsis edilən ordenin taxıldığı lent) ilə sarınmış iki qızılı sünbüllə əhatə olunmuşdur və şəhərlərin gerblərində istifadə edilən üç bürclü qala təsviri ilə bitir. [2]
14 aprel 1967-ci ildə Bakı şəhərinin üçüncü gerbi qəbul edilmişdir. [2] Gerbin ortasında mavi dalğaların üstündə Azərbaycanı “Odlar yurdu” kimi rəmzləndirən üç qızılı rəngli məşəl təsvir olunub. [2] 1975-ci ildə həmin gerbə əlavələr edilmişdir. [2] Bakının bugünkü gerbinin Əsasnaməsi Bakı Şəhər İcra Hakimiyyətibaşçısının 29 mart 2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Bakı şəhərinin müasir gerbi onun rəsmi rəmzidir. [2]
Qədim dövr
İçərişəhərdə, Qız qalasıyaxınlığında 1964-cü ildə Ömər İsmizadə tərəfindən aparılmış arxeoloji qazıntılar zamanı aşkarlanmış [13] e.ə. IV-VII əsrlərə [14] aid balıq/əjdaha fiquru, AMEAArxeologiya və Etnoqrafiya Muzeyi.
Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. [2] Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi, iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur. [2] Abşeron ərazisində tapılmış arxeoloji materiallar Bakının qədim yaşayış məskəni olduğunu sübut edir. [2] Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Əmircan və s. yerlərdə e. ə. III-I-ci minilliklərə aid arxeoloji materiallar tapılmışdır. [2] Bakının salındığı tarix dəqiq məlum deyildir. [2]
Orta əsrlər
Şirvanşahlar türbəsi, Şirvanşahlar saray kompleksinin aşağı həyəti ərazisində yerləşən üç tikilidən biridir.
Erkən orta əsrlərdə Bakının iqtisadiyyatının əsasını neft və duzistehsalı, Bakı və Abşeron bölgəsində becərilən boyaqotu və zəfəran təşkil edirdi. [15] Onların həm quru karvan yolları, həm də dənizlə uzaq Şərq ölkələrinə ixracı feodal şəhərinin inkişafının mühüm amili idi. [15] Şirvanın tərkibinə daxil olan Abşeron təbii və təsərrüfat xüsusiyyətləri sayəsində ondan fərqlənən əlahiddə coğrafi, iqtisadi və siyasi vahid idi. [15] Abşeronun iqtisadi və siyasi mərkəzi olan Bakı şəhəri təsərrüfat baxımından onun kəndləri ilə bağlı olub şirvanşahdan vassal asılılığında olan pərakəndə feodal torpaqlarının vahid dairəsini təşkil edirdi. [15]
X əsrin sonunda və XI əsrdə Abbasilər xilafətinin tənəzzülü ilə əlaqədar bir sıra vilayətlərin və ölkələrin hakimləri, o cümlədən Şirvanşahlar müstəqil hakimiyyət sürməyə başladılar. [15] Bakı X əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. [15] Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu. [15] Feodal münasibətlərinin, ticarət və sənətkarlığın inkişafı şəhərin tərəqqi etməsinə imkan yaradırdı. [15] Beynəlxalq ticarət yolları ayırıcında yerləşən Bakı Şərq və Qərb ölkələri arasındakı ticarətdə mühüm əhəmiyyətə malik idi. [15]
Bakı X əsrdən liman şəhəri kimi məşhur idi. [15] XI əsrin sonu – XIII əsrin əvvəllərində Bakı tərəqqi dövrü yaşıyırdı. [15] 1191-ci ildə Şamaxıda güclü zəlzələ baş verdikdən sonra şirvanşah I Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. [15]
XII əsrin sonu – XIII əsrin əvvəli Bakı şəhərinin feodal inikşaf dövrü idi. [15] Şirvanşahlar şəhərdə bir sıra binalar tikdirərək onu möhkəmləndirdilər. [15] XII əsrin birinci yarısında Bakı ikicərgəli qala divarı və xəndəklə əhatə olundu. [2] Şəhərin müdafiə sisteminə Qız Qalası da daxil idi. [15] 1232-1235-ci illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. [2] Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar. [2]
XIII əsrin 30-cu illərində monqollar Azərbaycana hücum edərək bir çox şəhərləri işğal etdilər. [2] [15] İşğalçıların gəldiyi böyük yoldan kənarda yerləşən Bakı, başqa şəhərlərə nisbətən az zərər çəkmişdi. [15] Hərçənd, monqollar şəhəri alarkən Qız qalasının yuxarı hissəsi dağıdılmışdı. [15] Monqol istilası və ölkənin viran edilməsi şəhərin iqtisadiyyatını dağıtdı, Abşeronun və Bakının neft təsərrüfatını müvəqqəti olaraq pozdu. [15] XIII əsrin sonunda, XIV-XV əsrlərdə Bakı Xəzər dənizində başlıca liman və Şirvanşahlar dövləti Dərbəndilər sülaləsinin paytaxtı olduqdan, nəinki Azərbaycanın, eləcə də bütün Yaxın Şərqin mühüm şəhərlərindən birinə çevrildi. [15] Bakı beynəlxalq tranzit ipək ticarətində və Şərqlə Qərb arasında digər malların ticarətində fəal iştirak edirdi. [15] Bu, feodal şəhərinin tərəqqi dövrü idi. [15]
1501-ci ildə Şah İsmayıl Xətai Şirvana hücum edərək Bakını aldı. [2] Səfəvi hökmdarı I Təhmasib 1538-ci ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. [2] Səfəvi-Osmanlı müharibələri zamanı 1578-ci ildə Osmanlı ordusu Bakını tutdu. [2] 1607-ci ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi. [2] Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı. [2] Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. [2] XVI-XVIII əsrlərdə sənətkarlıq, xüsusilə xalçaçılıq daha da inkişaf etdi. [2] XVI əsrdəki dağıdıcı müharibələrə, Səfəvilər dövlətinə birləşdirilmiş Şirvandakı bir sıra antifeodal üsyanlara baxmayaraq, Volqa – Xəzər yolunun açılması ilə əlaqədar Bakının iri ticarət mərkəzi və Xəzər dənizində mühüm liman kimi əhəmiyyəti azalmadı. [15]
XVI əsrin sonlarında – XVII əsrin əvvəllərindəki türk işğalından sonra Bakı yenidən Səfəvilər dövlətinin tərkibinə daxil oldu. [15] Mərkəzi hakimiyyətin güclənməsi XVII əsrin 40-cı illərindən etibarən ölkənin məhsuldar qüvvələrinin inkişafını sarsıdan feodal ara çəkişmələrinin və dağıdıcı müharibələrin kəsilməsi Bakınının şəhər həyatının inkişafına əlverişli təsir göstərdi. [15] Şəhərə çoxlu əcnəbi tacirlər və səyyahlar gəlirlər. [15] Onlar şəhərin təsərrüfat həyatının canlanmasını, sənətkarlıq istehsalının artmasını, ölkədən kənara aparılan neft və duz hasilatını qeyd edirlər. [15] Şəhərin sosial həyatında tacirlərin rolu artır. [15] Şəhərin və ölkənin bütün daxili və xarici ticarəti onların əlində cəmlənmişdi. [15] Bakı Xəzər dənizində mühüm liman idi. [15] Buradan tranzit yolu ilə, Avropaya, Rusiyaya və digər ölkələrə başlıca olaraq, Şamaxı ipəyi və başqa sənətkarlıq məmulatları daşınırdı. [15] Bakının feodal inkişafı XVII əsrin sonlarınadək davam etmişdir. [15] Bundan sonra nəinki təkcə Azərbaycanda, eləcə də, bütün Ön Asiya ölkələrində mövcud olan şəhər həyatının tənəzzülü müşahidə edilir. [15]
XVII-XIX əsrlər
Əsas məqalələr: Bakı xanlığı, Bakı qəzası, və Bakı quberniyası
Bakının zəngin təbii sərvətləri, habelə mühüm hərbi-strateji əhəmiyyəti XVIII əsrin əvvəllərindən etibarən Rusiyanın diqqətini cəlb edirdi. [2] Xəzərin cənub-qərb sahillərinə yiyələnməyə çalışan I Pyotr xüsusi hərbi dəniz ekspedisiyası yaratdı. [2] 1723-cü il iyunun 26-da I Pyotrun qoşunu Bakıya daxil oldu. [2] Lakin Rusiya və İranarasında bağlanan Gəncə müqaviləsinə (1735) görə Bakı yenidən Nadir şahın hakimiyyəti altına keçdi. [2]
XVIII əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar, o cümlədən Bakı xanlığı yarandı. [2] 1796-cı ilin yazında rus qoşunları Azərbaycana yürüş etdi. [2] İyunun 13-də Bakı alındı. [2] II Yekaterinanın ölümündən sonra çar qoşunları 1797- ci ilin martında Bakını tərk etdi. [2] 1805-ci il avqustun 12-də çar qoşunu Bakını mühasirəyə aldı, lakin müvəffəqiyyət qazanmayaraq geri çəkildi. [2] 1806-cı ilin əvvəlində general Pavel Sisianovun qoşunları yenidən Bakıya yaxınlaşdı. [2] Şəhəri təslim etmək haqqında Bakı xanı Hüseynqulu xanla danışıqlar zamanı general Sisianov öldürüldü. [2] Bakı xanlığı 1806-cı il oktyabrın 6-da çarizm tərəfindən işğal olunduqdan sonra Bakıda kapitalist münasibətlərin inkişaf dövrü başlanır. [2] [15] 1807-ci ildə Bakıda 500 ev, 3000 nəfər əhali var idi. [2] 1810-cu ildə Bakının İçərişəhərində ilk dəfə nümunəvi mənzil tikintisi rayonu meydana gəldi. [16] İçərişəhərdə iki və üçmərtəbəli yaşayışevləri tikildi, həm də Azərbaycanın ənənəvi feodal şəhərlərindən fərqli olaraq yaşayış evlərininəsas fəsadları pəncərələrlə birlikdə küçəyə baxırdı. [16] 1813-cü ildə bağlanmış Gülüstan müqaviləsi ilə Şimali Azərbaycan, o cümlədən Bakının Rusiyaya birləşdirilməsi təsdiq edildi. [2]
1810-cu ildə Bakının ticarət dövriyyəsi 500 min manat idisə, 1827-ci ildə bu, 5205 min manata qədər artmışdı. [17] 1832-ci ildə Bakıda ticarətlə 233 nəfər, 1849-cu ildə isə 322 nəfər məşğul olurdu. Bunların bir qismi (1852-ci ildə 67 nəfəri) fabrik-zavod məmulatı satışı ilə məşğul olurdu. [18]
1840-cı illərin əvvəlində Bakıda 360 ticarət müəssisəsi var idi. [18] 10 aprel 1840-cı ildə təşkil edilmiş Kaspi vilayəti tərkibində mərkəzi Bakı şəhəri olmaqla Bakı qəzası yaradılmışdır. [2] Çar I Nikolayın 1846-cı il 14 dekabr tarixli fərmanı ilə Şamaxı quberniyası yaradıldıqda Bakı qəzası həmin quberniyanın tərkibinə daxil edilmişdir. [2]
Şəhərin yüksəliş dövrü isə əsasən Azərbaycanda neft sənayesinin inkişafı ilə bağlıdır. Belə ki, 1848-ci ildə dünyada ilk neft quyusu məhz Bakı şəhərində qazılmış, 1863-cü ildə Suraxanıda ağ neft zavodu tikilmiş və istismara verilmiş, 1869-cu ildə isə mexaniki üsulla ilk dəfə olaraq ərazidə neft-qaz çıxarılmasına başlanmışdır. [15]
1859-cu il may ayının 29-30-da baş vermiş güclü zəlzələ nəticəsində Şamaxı şəhəri tamamilə dağıdılmışdı və Çar II Aleksandrın 6 dekabr 1859-cu il tarixli fərmanı ilə Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülmüş və adı dəyişdirilərək Bakı quberniyası adlandırılmışdı. [15] [2] Həmin fərmanla Bakı şəhəri quberniya mərkəzi statusu almışdır. [2] Həmin dövrdə şəhər əhalisinin sayı 13 min nəfər təşkil edirdi. [15]
Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq Bakı şəhərində nəqliyyat əlaqələri də formalaşmağa başlamışdır. [15] 1873-cü ildə bir çox zavodların Bakıdan kənardakı boş ərazilərə çıxarılması haqqında sərəncam veriləndə Qara Şəhər ərazisində 100-ə yaxın zavod, ticarət müəssisələri və yaşayış yerləri tikildi. [19] 1878-ci ildə Nobel qardaşları tərəfindən Rusiya İmperiyasında ilk olaraq Balaxanıdan Qara Şəhərə qədər neft kəməri çəkilmişdir. [19]
1880-ci ildə şəhərdən Sabunçu və Suraxanı mədənlərinə 26 km uzunluğunda və 1883-cü ildə 520 km uzunluğunda Bakı-Tiflis dəmir yolu xətti çəkilmişdir. [15] Nəqliyyat vasitələri ilə yanaşı Bakıda rabitə sahələri də yarandı. 1868-ci ildə Bakı-Tiflis, 1879-cu ildə Bakı-Krasnovodsk (dənizin dibi ilə) teleqraf xətləri, 1886-cı ildə isə şəhərdə ilk telefon xətti çəkildi. [15]
XX əsr
Əsas məqalələr: Mart soyqırımı, Bakı Kommunası, Sentrokaspi Diktaturası, Bakı döyüşü, və Qara Yanvar
Bakını almış Qafqaz İslam Ordusunun şəhərdə fəxri keçidi
XX əsrin əvvəllərində Rusiyadan fəhlə hərəkatının ən mühüm hadisəsi Bakı proletariatının əzəməti Dekabr tətili olmuşdur. [20] Tətil 1904-cü il dekabrın 13-də “Kaspi-Qara dəniz neft sənayesi cəmiyyətinin” zavodunda başladı və qısa müddətdə şəhərin bütün mədən-zavod rayonlarına yayıldı, ümumşəhər tətilinə çevrildi. [20] Tətildə iştirak edən fəhlələrin sayı 50 min nəfərə çatırdı. [20] Tətilin uzanması Bakı sahibkarlarının ciblərinə ziyan vurmaqlabərabər bütün Rusiya sənayesini iflic vəziyyətə salmışdı. [20] Tətilin uzanmasından narahat olan maliyyə naziri həyəcan təbili çalırdı. [20] Maliyyə nazirinin tələbilə baş nazir Vitte Bakı qubernatorunu general qubernatorla əvəz etdi və ona göndərdiyiəmrdə nəyin bahasına olursa-olsun tətili dayandırmağı və Bakı neft mədənlərində, habelə neftayırma zavodlarında işi bərpa etməyi tələb edirdi. [20] Bakıda hərbi vəziyyət elan edildi. [20] Şimali Qafqaz dəmir yolu stansiyalardan başlayaraq Bakıya qədər bütün dəmir yolu hərbiləşdirildi. [20] Bu yol ilə Bakıya qoşun yeridilməsinə başlandı. [20] Bakıda bütün nümayişlər qadağan olundu. [20]
Bakı proletariatının Dekabr tətili Rusiyanın mərkəzi vilayətlərində geniş əks səda verdi. [20] Rusiya İmperiyasının başqa şəşərlərində fəhlələr Bakı hadisələrinə dair inqilabi vərəqələr buraxdılar. [20] Həmin vərəqələrdə Bakı proletariatının Dekabr tətilində qələbəsinin bütün Rusiya fəhlə sinfi üçün böyük əhəmiyyəti olduğu qeyd edilirdi. [20]
1907-ci ildə isə Bakı-Batumi neft kəməri istifadəyə verilmişdir və bütün bunların təsiri nəticəsində artıq 1908-ci ildə Bakı şəhəri Zaqafqaziya ümumi sənaye məhsulunun 91,6%-ni verirdi. [15] 1917-ci il Rusiya inqilablarından sonra Azərbaycanda ictimai-siyasi həyat dəyişdi və Bakı Sovetinin hakimiyyəti ələ alması ilə nəticələndi.
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı qırğın törətdilər. [21] Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. [22] [23] [24] Stepan Şaumyan 1918-ci il aprelin 25-də Bakı Xalq Komissarları Soveti adlı hökumət yaratdı. [25] Bakı XKS özünü Bakı quberniyası və Dağıstanda Sovet Rusiyası hökumətinin yerli hakimiyyət orqanı elan etdi. [25]
1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu ilə Bakı Kommunası və Sentrokaspi Diktaturası qüvvələri arasında Bakı döyüşü baş vermişdir. [26] Sonradan döyüşə Böyük Britaniya, Ermənistan və Rusiya qüvvələri də qoşulmuş və bu döyüş Qafqaz kampaniyasının son döyüşü olmuşdur. [26] Lakin Bakı döyüşü ilə gərginlik bitməmiş və hadisələr Azərbaycan-Ermənistan müharibəsi ilə davam etmişdir. [27] [28]
Azərbaycan Milli Şurasının 1918-ci ildə qəbul etdiyi Azərbaycanın İstiqlal Bəyannaməsində Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı haqqında maddə yox idi. [2] Azərbaycan Sovet Sosialist Respublikasının 1921-ci ildə qəbul edilən Konstitusiyasına da paytaxt haqqında maddə daxil edilməmişdi. [2] Azərbaycan SSR-in 1937-ci il və 1978-ci il konstitusiyalarında isə Bakı şəhərinin respublikanın paytaxtı olması təsbit edilmişdi. [2]
1920-ci il aprelin 28-də Müvəqqəti İnqilab Komitəsi yeni hökumətin – Azərbaycan SSR Xalq Komissarları Sovetinin tərkibini təsdiq etdi. Aprelin 29-dan etibarən Ə.H.Qarayev baĢda olmaqla Bakı İnqilab Komitəsi də işləyirdi. Bakıda Şəhər Soveti ilə yanaşı, Bakı Qəza İnqilab Komitəsi də fəaliyyət göstərirdi. Şəhərin bütün rayonlarında yerli hakimiyyət orqanları yaradılmışdı. 1920-ci il 1-7 sentyabr tarixində Bakıda şərq xalqlarının I qurultayı, 1926-cı ildə isə I Ümumittifaq türkoloji qurultayın keçirilmişdir. [2] Bakıda təqiblər, Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin, görkəmli nümayəndələrinin, digər partiyaların, siyasi qrupların və cərəyanların rəhbərlərinin, Azərbaycan ordusunun, müdafıə nazirliyinin xadimlərinin həbsləri intihar edir. [29] Onların bir çoxu Nargin adasında güllələndi, Rusiyanın müxtəlif həbs düşərgələrinə sürgün edildi. [29]
İkinci dünya müharibəsi Azərbaycandan uzaq şimali-qərb regionlarında başlansa da, Adolf Hitler neftlə zənging olan Bakını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi. [30] [31] 1941-ci ildə Azərbaycanda 23,5 mln ton neft çıxarılmışdır ki, bu da bütün Sovet İttifaqında hasil olunan neftin 71,4%-ni təşkil etmişdir. [32] [33] Belə yüksək hasilat SSRİ-nin İkinci dünya müharibəsindəki qələbəsini təmin etmiş, xalq təsərrüfatının qarşısında duran bir çox məsələlərin həllində neftin xüsusi rolunu daha da artırmışdır. [33]
Bakı bulvarında yerləşən Mirvari kafesi, 1960-cı illər
Müharibə şəraiti ortaya yeni-yeni çətinliklər atırdı. 1942-ci ildə Qafqaz ərazisində döyüşlər getdiyindən Bakıda neft quyularının fəaliyyəti müvəqqəti olaraq dayandırıldı. [34] Abşeron yarımadasında yeni yataqlar işə salınmadı. [34] Bundan əlavə, istehsal olunmuş xammalı və neft məhsullarını Şimali Qafqaz və Volqa çayı ilə daşımaq mümkün deyildi. [34] Çünki nəql infrastrukturu hərbi əməliyyatların getdiyi ərazilərdən keçirdi. [34] Lakin tezliklə bu çətinlikdən də çıxış yolu tapıldı. Neft məhsullarını “yer anbarları”na və göllərə (Zığ, Masazır və s.) doldurmağa başladılar. [34] Sonra onları Xəzər dənizi ilə nəql edirdilər. [34] Müharibənin həlledici mərhələsi olan 1942-ci ildə Xəzər dənizi ilə cəbhəyə 505 min ton, Həştərxan vasitəsilə 336 min ton neft məhsulları daşınmışdır. [34] Faşistlərin hərbi hissələrinin 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırdı və onu ön plana çəkdi. [30]
1945-ci ildən sonra isə şəhərin inkişaf prosesi xeyli güclənmiş, Bakı şəhəri respublikanın iqtisadi inkişafında və ictimai əmək bölgüsündə olduqca yüksək səviyyəyə qalxa bilmişdir. [15] Bütün bunların nəticəsində şəhərdə istehsal üzrə sənaye sahələri yaradılır və şəhərlə şəhərətrafı ərazilərin əlaqələri genişlənirdi. [15] Bakı şəhərinin belə intensiv inkişafı şəhərin formalaşmasında mühüm rol oynamışdır. [15] İkinci dünya müharibəsi illərində Bakı hospitallarında 400 min nəfərə yaxın əsgər və zabit müalicə olunmuşdur. [21]
SSRİ Nazirlər Soveti tərəfindən 1951-ci ildə Bakı su kəmərinin ikinci növbəsinin tikilməsi barədə, 1959-cu ildə isə Bakı və onun rayonlarının qazla fasiləsiz təchiz edilməsi, bütün yaşayış massivlərinin 1960-cı ilə qədər tam qazlaşdırılması haqqında qərar qəbul edilmişdi. [35] [36] 1957-ci ildə şəhərə su verilməsi xeyli artdı. [37] Ancaq əhalinin su ilə təchizatı hələ də kifayət deyildi. [38]
Bakıda Azərbaycan televiziya mərkəzi öz fəaliyyətini 1956-cı il fevralın 14-də ilk yoxlama verilişi ilə başladı, sonralar televiziya mərkəzinin verilişləri Bakıdan 200 km-ə qədər məsafədə müntəzəm olaraq qəbul edilməyə başlandı. 1966-cı ildə Bakı-Şuşa, 1969-cu ildə Şuşa-Naxçıvan radiorele xətti istifadəyə verildi. 1970-ci ildə radiorele xətti ilə Bakı televiziya stansiyası ilk dəfə Moskvadan rəngli televiziya proqramını göstərmək imkanı əldə etdi. 1976-cı ildə Bakının telefon rabitəsinin 90 min telefon nömrəsini özündə birləşdirən 36 telefon stansiyası vardı. Mənzil telefon aparatının sayı 1970-ci ildə 30,8 min, 1980-ci ildə 230,9 min idi.
1988-ci il 17 noyabrda Bakının Azadlıq meydanında kütləvi etiraz mitinqlərinin keçirilməsi Azərbaycanda milli-azadlıq hərəkatının başlanmasına səbəb oldu. [2] Həmin il 5 dekabrda Sovet qoşunlarının Azadlıq meydanına yeridilərək mitinqçilərə divan tutub, komendant saatının tətbiq etmişdi. [2] 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. [39]
1994-cü il martın 19-da Bakı metrosunun 20 Yanvar metrostansiyasında partlayış törədildi, 14 nəfər həlak oldu, 49 nəfər yaralandı. [16] Həmin il iyulun 3-də metronun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda partlayış törədildi, ölən və yaralananlar oldu. [16] 1997-ci il noyabrın 25-də Bakıda Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova respublikasının öz aralarında əməkdaşlıq haqqında blok – “GUAM” blokunun təşkilini bəyan edən protokol imzalandı. [16]
2000-ci il noyabrın 25-də saat 21:30 radələrində Bakıda 6,8 bal gücündə zəlzələ baş vermişdir. [40]
XXI əsr
2001-ci ildə Bakıda Dünya azərbaycanlılarının birinci qurultayı keçirildi. [2] 2002-ci ildə internet ilə 10 provaydr məşğul olurdu. [41] İnternetdən 120 min nəfər istifadə edirdi və istifadəçilərin 90 faizi Bakıda idi. Onların 80 faizi gənclərdən ibarət idi. [41] 2008-ci ildən başlayan Bakı Şəhər İcra Hakimiyyətinin kütləvi söküntü işləri ilə əlaqədar bəzi tarixi abidələrin məhv olunması və insanlar evlərinin müqabilində verilən kiçik kompensasiya, ictimaiyyət və insan hüquqları təşkilatları tərəfindən kəskin tənqid olunub. [42] [43] [44] [45] Şəhərda mühüm söküntü işləri ilə əlaqədar məhv olan tarixi binalardan Atlantlı evi, Moskva mehmanxanası və Qarabağ mehmanxanasını qeyd etmək olar. [46] 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsində 13 nəfər həlak olmuşdur. [47]
2011-ci il dekabrın 24-də Bakının şərqində 100 ildən çox Qara Şəhər kimi tanınan, neft emalı, saxlanması və daşınmasında böyük rol oynamış ərazidə, şəhərin ən böyük yenidənqurma layihələrindən biri olan Bakı Ağ Şəhər layihəsinin təməli qoyulub. [48] Layihənin əsas məqsədi neft-bumunun nəticəsi olan çirklənmiş torpaqların təmizlənməsi, ərazidə yeni beynəlxalq standartlara uyğun sosial infrastrukturun yaradılması, paytaxtın sakinləri və qonaqları üçün yeni yaşayış, iş, əyləncə və istirahət məkanının yaradılmasıdır. [49]
Coğrafiya
Relyef və geologiya
Bakı Xəzər dənizinin qərbində, Abşeron yarımadasının cənubunda 40″, 23′ en 49″, 51′ uzunluq meredianlarının kəsişdiyi nöqtədə yerləşir. [50] Abşeron yarımadasının cənubunda sahil ətrafı su akvatoriyasında Bakı arxipelaqı yerləşir. Arxipelaqa Kiçik Zirə, Böyük Zirə, Daş Zirə, Xərə Zirə, Zənbil, Gil adası, Qara Su, Qutan adası, Səngi Muğan, Adsız ada, İqnat daşı, Kür daşı, Çigil, Karvansaray adası, Tava adası, Daş adalar qövsü, Xanlar adası və Baburi adası daxildir. [51]
İqlim
Bakının yerləşdiyi Abşeron yarımadası yüksək orta illik temperatura və az yağıntıya malik ərazidir. [52] Bakıda havanın orta illik temperaturu 14,4 dərəcə təşkil edir. [52] Aydın, az buludlu günlərin sayına görə Abşeron Qafqazda birinci, yağıntının miqdarına görə isə sonuncu yeri tutur. [52]
Bakının iqlimi Aralıq dəniz tipli quru və subtropikdir. [52] Mayın əvvəlindən başlayıb sentyabr ayının ortalarına kimi davam edən uzun yay quru və isti keçir. [52] Ən isti vaxtlarda – iyul və avqust aylarında gündəlik orta temperatur 26 dərəcə təşkil edir. [52] Payızda yayın istisi səngiyir və yerini quru, mülayim, xoş hava əvəz edir. [52] Bakıda qış mülayim keçir, belə ki, yanvar ayında orta temperatur 3-5 dərəcə olur. [52] Qış adətən qar və şaxtasız keçən az günəşli günlərdən ibarətdir. [52] Buna baxmayaraq güclü şimal küləyi, bəzən hətta havada kiçik damlalarla müşahidə olunur və bu küləklər Bakının ən vacib elementidir. [52]
Bakının iqlimi Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl Maksimum orta, °C 6,6 6,3 9,8 16,4 22,1 27,3 30,6 29,7 25,6 19,6 13,5 9,7 18,1 Orta temperatur, °C 4,4 4,2 7,0 12,9 18,5 23,5 26,4 26,3 22,5 16,6 11,2 7,3 15,1 Minimum orta, °C 1,8 1,8 2,8 4,2 6,6 9,4 11,4 10,9 9,0 6,4 3,7 1,4 5,8 Mütləq minimum, °C 2,1 2,0 4,2 9,4 14,9 19,7 22,2 22,9 19,4 13,5 8,8 4,8 12,0 Yağıntı norması, mm 21 20 21 18 18 8 2 6 15 25 30 26 210 Mənbə: “Climatological Information for Baku, Azerbaijan” Əhalisi
Demoqrafiyası və etnik tərkibi
1908-1910-cu illər ərzində Rusiyadan Azərbaycana 3 min kəndli ailəsi köçürülmüşdür. [21] Bakıya miqrasiya edənlərin böyük əksəriyyətini kişilər təşkil edirdi. Belə ki, ailəsi ilə birlikdə iş axtarmaq çətin olduğundan miqrantların çoxu öz ailələrini evdə qoyub gəlirdilər. [21] Tarixi mənbələrə əsasən Bakının neft sənayesi müəssisələrində işləyən rus mütəxəssisləri, fəhlə və qulluqçuları əksər hallarda öz ailələri ilə birlikdə, ermənilərin çoxu subay və təklikdə, müsəlmanların isə hamısı öz ailələrini evdə qoyub gəlir və təklikdə yaşayırdılar. [21] 1913-cü ildə Bakı şəhərində əhalinin sayı 3 dəfə artaraq, 334 min nəfərə çatmışdı. [21] Rusiya İmperiyasının 5 ən böyük şəhərindən birinə çevrilən Bakıda əhali başlıca olaraq, miqrasiya hesabına artmışdı. [21] Əsasən Bakıda məskunlaşan miqrantların əksəriyyətini ruslar təşkil edirdi. [21] Ermənilərin sayı da miqrasiya hesabına yüksək templərlə artmış və Bakı əhalisinin milli tərkibində onların xüsusi çəkisi 17,5%-ə qədər yüksəlmişdi. [53] Eyni zamanda Bakıda yaşayan digər milli azlıqların da sayı dəfələrlə artmışdı. [21] Məsələn, yəhudilərin sayı 5,7 dəfə artaraq, 10,8 min nəfər olmuş, ləzgilərin sayı isə min nəfərdən 8 min nəfərə qədər artmışdı. [21] Bu dövrdə Bakıda azərbaycanlıların sayının artımı 74% təşkil etməklə ümumi artımdan olduqca geri qalırdı. [21] Bunun nəticəsində Bakı əhalisinin milli tərkibində onların xüsusi çəkisi 1897-ci ildəki 36,0%-dən, 1913-cü ildə 21,0%-ə enmişdi. [21] Bu dövrdə Cənubi Azərbaycandan da on minlərlə azərbaycanlı Bakıya miqrasiya etmişdi. [21] 1913-cü ildə Bakıda keçirilən əhali sayımının materiallarında Bakıda hər 6 nəfərdən biri Cənubi Azərbaycandan idi. [21] 1970-ci ildə təkcə Bakıda 207,5 min nəfər erməni yaşayırdı ki, bu da bütün Azərbaycanda yaşayan ermənilərin 43%-nə bərabər idi. [21]
1988-ci ildə erməni millətçilərinin azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsinəticəsində qovulmuş azərbaycanlıların əksəriyyəti Bakıda məskunlaşdırıldı. [21] Sumqayıt hadisələri və Qara Yanvar Bakıda, Gəncədə və başqa yerlərdə azlıqda yaşayan ermənilərin əksəriyyətinin Azərbaycanı tərk etməsi ilə nəticələndi. [21] Həmin dövrdə Moskvanın anti-Azərbaycan təbliğatına aldanan və Azərbaycan xalqının Rusiyaya qarşı hiddətindən təşvişə düşən Bakılı ruslar və onlara yaxın olan rusdilli etnik qrupların nümayəndələri arasında da Azərbaycanı tərk edib Rusiyaya gedənlər oldu. [21] Qarabağ müharibəsindən sonra Bakıda 500 minə yaxın qaçqın və məcburi köçkünlər məskunlaşmışdır. [15]
2017-ci ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 3700 nəfər və ya 0,2% artaraq aprel ayının 1-nə 2 mln. 249,5 min nəfərə çatıb. [54] Hesabat dövründə Bakıda 3556 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4 təşkil edib. [54] 2017-ci ilin ilk 3 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 2957 nikah və 1134 boşanma halları qeydə alınıb. [54] Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,3, boşanmaların sayı isə 2 olub. [54]
1910-cu illərdə Bakıdan “Səməd Ağa” adlı gəmi ilə İrana köçən qaçqınlar.
İl Azərbaycanlılar % Ruslar % Ermənilər % Yəhudilər % Digər % Cəmi 1851 [55] 5000-dən çox 405 5.5% 7,431 1886 [56] 37,530 43.3 21,390 24.7 24,490 28.3 391 0.5 2,810 3.2 86,611 1897 [57] 40,341 36 37,399 33.4 19,099 17.1 3,369 3 11,696 10.5 111,904 1903 [58] 44,257 28,4 59,955 38,5 26,151 16,8 n.a. n.a. 28,513 18,3 155,876 1913 [58] 45,962 21,4 76,288 35,5 41,680 19,4 9,690 4,5 41,052 19,1 214,672 1926 [59] 118,737 26.2 167,373 36.9 76,656 16.9 19,589 4.3 70,978 15.7 453,333 1939 [60] 215,482 27.4 343,064 43.6 118,650 15.1 31,050 3.9 79,377 10.1 787,623 1959 [61] 211,372 32.9 223,242 34.7 137,111 21.3 24,057 3.7 56,725 8.7 652,507 1970 [62] 586,052 46.3 351,090 27.7 207,464 16.4 29,716 2.3 88,193 6.9 1,262,515 1979 [63] 530,556 52.4 229,873 22.7 167,226 16.5 22,916 2.3 62,865 6.2 1,013,436 1999 [64] 1,574,252 88 119,371 6.7 378 0.02 5,164 0.3 89,689 5 1,788,854 2009 [65] 1,848,107 90.3 108,525 5.3 104 0 6,056 0.6 83,023 4.1 2,045,815 Bakının tarixi və mədəni məkanları
Qədim və müasir memarlığın ahəngini özündə birləşdirən Bakı tarixi və mədəni abidələr ilə zəngindir və onların bir neçəsi Ümumdünya İrs Siyahısına da daxil edilib. Şəhərin mərkəzini gəzərkən onların bəzilərinə tamaşa etmək imkanınız olsa da, muzeylərə baş çəkməyi də unutmayın.
İçərişəhər – qədim Bakı yadigarı
Özündə tarixin qədim izlərini, unikal memarlıq abidələrini, Bakının simvollarından hesab olunan Qız qalasını qoruyub saxlayan İçərişəhər Ümumdünya İrs Siyahısına daxil edilib. Dar və dolaşıq küçələr, daş yollar, muzeylər, antik əşya dükanları, milli mətbəx restoranları bura gələn qonaqlara qədim şəhərin ruhunu hiss etdirir. Ətraflı
Qədim insan məskəni Qobustan
Bu yerlərin ən qədim sakinlərinin – əcdadlarımızın yaratdığı qayaüstü rəsmlər onların həyat tərzini, məşğuliyyətlərini təsvir edir. Min illər bundan əvvələ səyahət etmək istəyirsinizsə, yolunuzu mütləq Qobustandan salın. Yaxınlıqdakı palçıq vulkanları da sizin üçün maraqlı olacaq. Ətraflı
Heydər Əliyev Mərkəzi
Dünya şöhrətli memar Zaha Hadid tərfindən dizayn edilən Heydər Əliyev Mərkəzini Bakının müasir arxitekturasının siması hesab etmək olar. Qeyri-adi dalğavari forması ilə insanı valeh edən unikal memarlıq abidəsi bir sıra maraqlı sərgilər ilə də son illər şəhərimizin qonaqlarının ən çox ziyarət etdiyi yerlərdəndir. Ətraflı
Şərq və Qərb arxitekturasının ahəngi
19-cu əsrdə Bakının yaşadığı “neft bumu”nun izlərinə şəhərin mərkəzi küçələrində gəzərkən, demək olar ki, hər addımbaşı rast gəlmək olar. Avropadan dəvət edilmiş memarlar tərəfindən inşa edilən binalar özündə Şərq və Qərb memarlığının xüsusiyyətlərini birləşdirməklə Bakının müasir görünüşü ilə maraqlı təzad yaradır. Ətraflı
Milli İncəsənət Muzeyi
Ölkəmizin ən zəngin mədəniyyət ocaqlarından olan Milli İncəsənət Muzeyi həm yerləşdiyi binanın memarlıq quruluşu, həm də burada nümayiş olunan sənət əsərlərinə görə əsl incəsənət nümunəsidir. Kolleksiyasında 18 000-dən artıq eksponatın saxlanıldığı muzey milli təsviri və tətbiqi sənət nümunələri ilə bərabər, Qərb və Şərq incəsənətinin müxtəlif dövr və üslublarını özündə birləşdirir. Ətraflı
Comments are closed, but trackbacks and pingbacks are open.