Press "Enter" to skip to content

Bakı memarlığı

1909-cu ildə “Bakının incisi” adlanan Dənizkənarı Bulvarın salınmasına istedadlı mühəndis, vətənpərvər bir şəxs olan Məhəmməd Həsən Hacınskinin rəhbərliyi ilə başlanılır. Multikultural əsər olan Bakı bulvarının layihəsində alman memarlarından A.Eyxler də öz aktivliyi ilə seçilir.

Kateqoriya Arxivi: Memarlar

rchitectural Association School of Architecture və ya qısa olaraq AA, dünya Memarlıq universitetlərinin reytinqində ilk sıralarda yerləşən Memarlıq məktəblərindən biridir. Əsası 1847-ci ildə qoyulmuş və məktəb, çoxsaylı dünya Memarlarının leksiyalarının keçirildiyi, dünya miqyaslı Memarların üzə çıxdığı, bəzilərinin AA-də dərs deməsi ilə tanınır. AA-in Memarlığa yanaşması daha çox elmi araşdırma xarakterlidir və tələbələrin layihələri daha çox gələcəyə

David Chipperfield-lə görüş

tən günlərdən birində Memarlığına çox hörmət etdiyim ingilis Memar David Chipperfield-in leksiyasında iştirak edə və Memarla şəxsən tanış ola bildim. İstərdim sizə onun leksiyasından aldığım qeydləri və ümumiyyətlə Memarın yaradıcılığından bəzi məqamları paylaşım. Qeydlərdən əvvəl Memar haqda keçirdiyim hissləri sizlə bölüşmək istərdim. Memar insanlıq üçün öz həyatını xərcləyən sənət sahibidir. O insan üçün yaşayır və

Memarlığın ruhu

anın parası, bəzən də bütün canın olur Memarlıq. Buna misal olaraq eskiz dəftərimdə yer alan maraqlı məqamı sizinlə bölüşmək istəyirəm. Belə ki, eskiz dəftərimdə daha öncə görüşmək imkanım olan iki önəmli Memarın imzası var. Onlardan biri (yuxarıdakı) Daniel Libeskində, digəri isə David Chipperfieldə aiddir.

Memarlıq və müasir texnalogiya (Memarlıq məktəbi)

üasir dünyanın Memarlıq qarşısında qoyduğu tələblərdən biri də texnologiyanın Memarlıqda geniş istifadəsidir. Bunu artıq Memarlıqdan ayrı düşünmək mümkün deyil. Təxminən 20 il əvvəl kompyuter texnologiyasının Memarlıqda istifadəsinə münbit zəmin yarandı və bu qısa vaxt ərzində texnologiya Memarlığı və əlbəttə dünyanı dəyişməyə qadir oldu. Bu proses davam etməkdədir. Azərbaycan müasir Memarlığında da kompyuter qrafikasına maraq həm

Behance Portfolio Təqdimat Gecəsi

tən həftələrin birində, Behance saytının Azərbaycan üzrə istifadəçilərinin görüşü və onlardan bəzilərinin çıxış mərasimi baş tutdu. Behance saytı, incəsənətin bütün sahələrinə aid insanları ətrafına toplayan sosial şəbəkədir. Orada fotoqraflar, Memarlar, dizaynerlər, rəssam, illüstratorlar və s. incəsənət adamları öz işlərini paylaşır və müzakirələr aparırlar. Bununla da ölkəmizdə ikincisi baş tutmuş tədbirin bu səfərki təşkilatçıları Elvin Əliyev

Memar Rəhim Seyfullayevlə gənclərin görüşü baş tutdu

tən həftə (01.02.2013) Memarlarla gənclərin görüşü, yaxından tanışlığı məqsədi ilə keçirilən tədbirlərdən ilki keçirildi. İlk görüş bundan əvvəlki məqalədə də qeyd etdiyim kimi ustad Memar Rəhim Seyfullayevlə baş tutdu. Görüş belə demək mümkünsə, anşlaqla keçdi. Memar tələbələr, gənc Memalar və təcrübəli Memarların, Azərbaycan Memarlar İttifaqına yığışması və belə bir Memarla görşməsi, yaxından tanış olması, məsləhətlərinə

Azərbaycan Memarları ilə yaxında tanışlıq – Rəhim Seyfullayev

zərbaycan Memarlığında son dövrlərdə olan problemlərdən biri də Təcrübəli Memarlarımızla gənclər arasında yaxınlığın lazımı səviyyədə olmaması, bu iki nəsil arasında sıx münasibətlərin gərəkli olan səviyyədə qurulmamasıdır. Halbuki, gənc olaraq təcrübəli sənətkarlarla söhbət etməyin, maraqlandıran sualları verməyın və birbaşa yaradıcı enerjini hiss etməyin yerini heç bir təhsil sistemi, təcrübə və s. verə bilməz. Bu səbəbdən ötən

Amerikan Təcrübəsi

ziz oxucular, bu gün sizə başıma gələn ən yaxşı iş təcrübəsi haqda danışacağam. Artıq, 2-ci kursdan bir neçə yerdə işləyərək real iş həyatına atıldım. Bunun memar üçün verəcəyi təcrübə ilə Akademiyada öyrəndiyim nəzəriyyəni birləşdirib­­­, universitet dövrümü daha rəngarəng etdim. Bu cür iş və təhsil həyatını birlikdə görmüş biri kimi bütün gənc kolleqalarıma ələ düşən ilk

Qırmızı Körpü

tən həftə (27 iyul, 2012-ci il) Bakı Müasir İncəsənət Muzeyində növbəti memarlıq kitabı olan Qırmızı Körpü – Müasir Cənubi Qafqaz Memarları kitabının təmtəraqlı təqdimat mərasimi keçirildi. Kitabın ərsəyə gəlməsində əsas təşəbbüsü, bununla artıq bir neçə kitabın müəllifi olmuş, memar Elçin Əliyev göstərmişdir. Kitabın iki müəllifi vardır- Elçin Əliyev və memarlıq sənətini dərindən araşdıran və yüzlərlə

Təcrübəli memarlarla gənc memarların görüşü

zun müddətdən sonra yenidən bloq post yazmağıma çox şadam. Üstəlik bu yazım memarliq.com –un 3 yaşında ilk məqalədir və bu olduqca gözəl günə həsr olunmuş məqalə olacaq. Ümid edirəm uzun müddət yazmamağımı mənə bağışlayarsınız. Diplom işi, xarici memarlarla iş birliyi və s. kimi önəmli işlərin çoxluğu yazı-pozu işlərinə vaxt saxlamır, bundan sonra belə uzunmüddətli ayrılığın

Bakı memarlığı

Azərbaycanda mədəniyyətin istənilən sahəsində multikulturalizmin nümunələrini görmək mümkündür

Azərbaycanın zəngin mədəniyyəti bütün dünyada yüksək səviyyədə qəbul edilir. Mədəniyyətimiz memarlıqda, ədəbiyyatda və incəsənətdə məxsusi obrazını yaradaraq tarixə öz möhrünü vurub.

Multikultural və tolerant dəyərləri özündə əks etdirən mədəniyyət abidələri hələ qədim dövrlərdən mövcud olub. Azərbaycanda multikulturalizm, başqalarına qarşı dözümlülük kimi ideyalar da, məhz tarixin köklərindən “su içir”.

Müxtəlif sivilizasiya və mədəniyyətlərin qovşağında yerləşən Azərbaycan ta qədim zamanlardan Avropa ilə Asiya arasında körpü rolunu oynayıb. Bu səbəbdən də ölkəmizdə mədəniyyət müxtəlifliyi çox böyük sürətlə inkişaf edib. Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri də burada öz mədəniyyət hüquqlarına böyük hörmətin şahidi

olublar. Humanizm ideyalarının carçısı olan Azərbaycan mədəniyyəti dünyaya böyük mütəfəkkirlər bəxş edib.

Elm, mədəniyyət, incəsənət və ədəbiyyat nümunələrimizdə multikulturalizm dəyərlərinin ifadəsi yüksələn xətlə keçir. Mütəfəkkirlərimiz sözügedən dəyərlərin ümumbəşəri səviyyəyə çatmasında önəmli rol oynayıblar.

Hələ ötən yüzilliklərdə yaşayan alim və mütəfəkkirlər multikulturalizm ənənələrini öz yaradıcılıqlarında böyük ustalıqla tətbiq ediblər. Ensiklopedik bilik sahibi olan Nəsrəddin Tusinin astronomiya, fizika, fəlsəfə, məntiq və elmin digər sahələrinə aid əsərlərində bu dəyərlərin ifadəsi aparıcı yer tutur. Onun yaratdığı rəsədxana və “Hikmət evi” adlı elmi mərkəz müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanların toplaşdığı, çalışdığı bir məkan olub. Tarixi mənbələrdən bəlli olur ki, orada müxtəlif millətlərin nümayəndələri çalışıblar və bir çox ölkələrdən gələn tələbələr də həmin mərkəzdə təhsil alırdılar. Sözügedən mərkəzdə Mosuldan, Dəməşqdən, Tiflisdən, Buxaradan, Qəzvindən, Monqolustandan, Çindən, Hindistandan gələn alimlər elmi

işlərlə məşğul olublar. Təsadüfi deyil ki, akademik Ziya Bünyadov Tusinin yaratdığı rəsədxananı , elm-təhsil mərkəzini Şərq ölkələrinin və dünya sivilizasiyalarının ilk elmlər akademiyası adlandırıb.

Təkcə Şərqin deyil, bütün dünyanın böyük mütəfəkkiri olan Nəsrəddin Tusi öz əsərlərində insanlar arasında birliyin qırılmaz bağ olduğunu bəyan edib. Dahi insan göstərirdi ki, insanlığın, cəmiyyətin əsasını təşkil edən dəyərlərə hörmətlə yanaşmaqla və onları yaşatmaqla böyük bir sivilizasiya qurmaq, onu müasir səviyyəyə qədər gətirmək mümkündür. Azərbaycanın belə dahi, müqtədir şəxsiyyətlərinin qoyub-getdiyi elmi-ədəbi məxəzlər ölkəmizin ərazisində yaşayan xalqlara göstərilən isti münasibətin, birgəyaşayışın indiyədək davam etməsində əhəmiyyətli rol oynayıb.

Unikallığı ilə daim diqqət mərkəzində olan Azərbaycan mədəniyyəti dünyanın aparıcı mədəniyyət sistemlərindən bəhrələnib. Nəticədə, milli mədəniyyətimizə digər mədəniyyət nümunələrinin də inteqrasiyası baş verib. Qədim atəşpərəstlikdən başlanan türk, Qafqaz, yəhudi, xristian, slavyan, İslam və digər müasir dünya sivilizasiyasıyalarını formalaşdıran mədəniyyətlər birləşərək ümumi bir mədəniyyət və inkişaf modeli yaradıb. Bu isə dünyanın inkişafına təkan verən amillərdən hesab edilir.

Bu mənada, Azərbaycanda mədəniyyətin istənilən sahəsində multikulturalizmin nümunələrini görmək mümkündür. XX əsr Bakı memarlığını da multikulturalizm nümunəsi hesab etmək olar. Belə ki, Bakı keçən əsrin əvvəllərində multikultural mədəniyyətə yaxınlaşmaqda davam edib.

“Multikulturalizmə giriş” kitabında da qeyd edilir ki, keçən əsrin əvvəllərində Bakı memarlığı multikulturalizmin nümunəsi kimi təqdim edilir.

Bakı şəhəri özünün memarlığı, əzəmətli tikililəri ilə diqqəti cəlb edib. Bakının memarlığı, inşa edilən binalar, həmin binaların müxtəlif memarlıq məktəbinin üslubunda tikilməsi indi hamıda maraq doğurur. Onu olduqca unikal bir memarlıq hesab edənlər orada həm əski, həm də müasir dövrün izlərini tapa bilirlər.

Rusiyanın müstəmləkə siyasətinin ağırlığını daşısa da, kapitalizmin inkişaf mərhələsinə qədəm qoyan Şimali Azərbaycan Qərb mədəniyyətinin dəyərləri ilə tanış olur. Şərq sivilizasiyasının daşıyıcısı olan ölkəmiz, öz mədəniyyətini zənginləşdirir və bununla da multukultural dünyaya daha da yaxınlaşır. Məhz bu dövrdə Rusiya və Avropa mədəni-ictimai cərəyanlarının təsiri nəticəsində yeni dövr rəssamlıq sənəti, realist rəsmlər Ötən əsrdə kapitalist Bakısında inşa edilən bir çox tikililər də Qərb memarlığı üslubunda salınıb. Bu memarlığın formalaşmasında isə alman memarları böyük rol oynayıblar.

Bakıda teatr binaları, kino salonları, əyləncə evləri də getdikcə inkişaf edib. Azərbaycanda ilk milli teatr binasının tikilməsi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Teatr binası 1883-cü ildə H.Z.Tağıyevin pulu ilə

memar Koqnovitskinin layihəsi əsasında tikilib. Milli teatr ölkədə multikultural dəyərlərin inkişafında özünəməxsus rol oynayıb.

Kapitalist Bakısı Qərb mədəniyyətinin komponentlərindən olan teatrı qəbul etsə də, öz milli mentalitetindən də imtina etməyib. Belə ki, tamaşaya baxa bilmələri üçün qadınlar xüsusi salınmış lojalarda yerləşdirilir, xalqın milli davranış qaydaları əsaslı şəkildə qorunurdu. Beləliklə, cəmiyyət Qərb mədəniyyətini qəbul edərək, şərqli davranışından da imtina etmirdi.

Bir sıra tədqiqat əsərlərində qeyd edildiyinə görə, həmin teatrda 1908-ci ildə “Leyli və Məcnun” operası oynanılıb. Azərbaycanın mədəni həyatında xüsusi yer tutan bu hadisə, ölkəni multikultural dünyaya aparırdı. İlk dəfə olaraq Şərqdə, Azərbaycanda Qərb mədəniyyətinin komponenti – opera qəbul edilir və böyük Üzeyir Hacıbəyov tərəfindən Şərq motivləri əsasında yazılır.

1909-cu ildə “Bakının incisi” adlanan Dənizkənarı Bulvarın salınmasına istedadlı mühəndis, vətənpərvər bir şəxs olan Məhəmməd Həsən Hacınskinin rəhbərliyi ilə başlanılır. Multikultural əsər olan Bakı bulvarının layihəsində alman memarlarından A.Eyxler də öz aktivliyi ilə seçilir.

Bütün bunlardan aydın olur ki, qəzalarda tarixi tolerantlıq ənənələrini və xalqın tarixi yaddaşını qoruyan Azərbaycan xeyriyyəçiləri İslam ənənələrini inkişaf etdirməyə daha çox meylli, kapitalist Bakısında isə İslam dəyərlərinin qoruyucusu idilər. Onlar eyni zamanda, paralel olaraq, Qərb mədəniyyətini köhnə Bakıya aşılamış və Qərb-Şərq mədəniyyətinin sintezi kimi bəşər tarixinə təkraredilməz bir multikultural mədəniyyət gətirmişlər. Bunun əyani nümunəsi kimi, 1907-ci ildə N.Z.Tağıyevin tikdirdiyi “Con Mironosets” kilsəsini misal göstərmək olar.

Ümumiyyətlə, Azərbaycan xeyriyyəçiləri öz fəaliyyətləri ilə ölkəmizin sosial-mədəni həyatında özünəməxsus tolerantlıq dəyərlərini yaratmışdılar. Bakının tarixində, memarlıq abidələrində bu, əyani şəkildə görünür. Bununla da onlar hələ o dövürdə ölkəmizdə multikulturalizmin inkişafına böyük tarixi xidmətlər göstəriblər.

Bunu, eyni zamanda, multikultural dəyərlərin təbliği kimi də anlamaq olar. Hələ yüzillər əvvəl də Azərbaycanda bütün xalqların özünü təsdiq etməsinə şərait yaradılıb. Mədəniyyətimizin yaranmasında, formalaşmasında və inkişaf etdirilməsində milli memarlarla yanaşı, ölkəmizdə yaşayan xalqların nümayəndələri olan memarları, əcnəbi mütəxəssislər və incəsənət xadimləri də öz əməyini əsirgəməyiblər.

Bir sözlə, Bakının memarlıq simasının zənginləşməsində yerli memarlarla yanaşı, əcnəbi mütəxəssislər də fəal iştirak ediblər. Burada həm Şərq üslubu qorunub,, həm də Avropa stili geniş əksini tapıb.

Bu mənada, Bakının arxitekturasında polyak memarların da xüsusi əməyi var. Polşa memarlarının Bakıya gəlməsi ilə paytaxtda möhtəşəm binalar inşa edilməyə başlayıb. Polyak memar İosif Ploşko həcm plastikası, daş üzərində oyma və ornament motivlərilə heyranedici olan Şirvanşahlar saray ansamblına xüsusi maraq göstərib və istedadı sayəsində şəhərin bəzəyi olan gözəl, monumental binaların müəllifi olub. O, çox sayda yaşayış evləri, binalar, ictimai, mülki və dini tikililər inşa edib. Memarın sifarişçiləri isə yerli milyonçular olublar. Avropa klassikası, Venesiya və fransız qotikası, modern əsərlər onun əsas üslubu idi.

Ploşko qotika və modern üslubunda binalar tikəndən sonra yerli memarlıq elementlərinə müraciət edib. Onun layihəsi əsasında inşa edilən tikililər Bakının memarlıq-planlaşdırma quruluşunda əhəmiyyətli yer tutub. Monumental səciyyəli ilk işi olan “İsmailiyyə” binası memarı şəhərin memarlıq mühitində ön sıralara çıxarıb. Milyonçu Ağamusa Nağıyev erkən vəfat edən oğlunun xatirəsinə tikdirdiyi “İsmailiyyə” ictimai-xeyriyyə cəmiyyəti binasının inşasını Ploşkoya sifariş edib.

Memarın Venesiya qotikası üslubunda tikilən bu binadan başqa da məşhur əsərləri var. Misal üçün, Ploşkonun milyonçu Murtuza Muxtarovun sifarişi ilə tikdiyi indiki “Səadət sarayı”nı misal göstərmək olar. Ploşko Bakıda mühəndis kimi işləyib və Zivər bəy Əhmədbəyovla birlikdə Abşeronda bağ-şəhərlərin salınması layihəsində iştirak edib.

Əcnəbi memarlar Azərbaycanda öz üslublarını tətbiq etməklə bərabər, yerli memarlığın bədii-estetik cəhətdən çox zəngin olduğunu da qeyd ediblər. Onlar bu elementlərdən interyerdə istifadə edirdilər. O illərdə zəngin adamların sifariş etdiyi binaların içində bir otağı yerli memarlıq üslubunda işləyirdilər. Məsələn, “İsmailiyyə”nin memarlığı yerli mühiti özündə əks etdirib, Bakı və Abşeronun bütün qədim abidələrində də çatma tağlar üstünlük təşkil edir. Eləcə də, Hacı Zeynalabdinin evinin bir otağı Azərbaycan milli memarlıq elementləri ilə işlənilib.

Beləliklə, qeyd edilənlər Azərbaycanın multikultural mühitinin hələ ötən əsrlərdən qaynaqlandığını deməyə əsas verir. Bütün bunlar həm yazılı, həm də tarixi faktlar olmaqla ölkəmizin multikultural dəyərlərə verdiyi hörmətin əyani nümunəsidir.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Bakının memarlığı və tarixində polyak izləri (FOTO/VİDEO)

Sentyabrın 21-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Polşa arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə “Bakının memarlığı və tarixində polyak izləri” adlı məruzə axşamı təşkil olunub.

Trend-in AZƏRTAC-a istinadən məlumatına görə, Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycanın və Polşanın Avstriyadakı səfirlikləri və Vyana Polyak İnstitutu ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycan və Polşa diasporunun üzvləri, eləcə də Avstriya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycanın müxtəlif xalqların nümayəndələrinin dinc birgə yaşadığı ölkə olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bu sırada polyak icmasının da adı var və kiçik olmasına baxmayaraq, bu icmanın üzvləri Azərbaycan və Bakı şəhərinin tarixi, xüsusilə də Bakının memarlığında silinməz izlər qoya biliblər.

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova çıxışında bu il Azərbaycan-Polşa münasibətlərində dörd əlamətdar yubileyin qeyd edildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə yanaşı, orta əsrlər Azərbaycanın Polşa Krallığı ilə tarixi əlaqələrinin 550 illiyi, iki ölkə arasında strateji tərəfdaşlığın 5 illiyi və Papa II İoann Pavelin Azərbaycana səfərinin 20-ci ildönümü ilə əlamətdardır.

Qeyd edilib ki, 20-ci əsrin əvvəllərində polyaklar Azərbaycanda memar və hüquqşünas, mühəndis və ziyalı, müəllim və hərbi qulluqçu, biznesmen və dövlət xadimi kimi fərqləniblər. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında da yaxından iştirak edən polyak vətəndaşlarımız demək olar ki, bütün hökumət strukturlarında, parlamentdə və məhkəmə sistemində təmsil olunaraq, Azərbaycanın maraqları üçün səylərini əsirgəməyiblər.

Vyana Polyak İnstitutunun direktoru Monika Şmiqiel-Turley Azərbaycanla Polşa arasındakı münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluğunu ifadə edib və hətta Avstriyada – hər iki ölkənin hüdudlarından kənarda da bu sıx əlaqələrin mövcud olduğunu vurğulayıb. O, mədəniyyət mərkəzləri arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Sonra tanınmış aparıcı, “Bakının sirləri” verilişinin müəllifi və aparıcı, şərqşünas və araşdırıcı Fuad Axundov Azərbaycandakı polyak icmasının tarixi, Bakının inkişafı və memarlıq üslubunun formalaşmasında xüsusi rol oynamış polyak əsilli memarlar və mühəndislər barədə məruzə ilə çıxış edib. 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində baş verən neft bumu barədə danışan F.Axundov bu proses nəticəsində Bakı şəhərinin sürətlə inkişaf edən sənaye və mədəniyyət mərkəzinə çevrildiyini, 1901-ci ildə dünya xam neftinin yarıdan çoxunun məhz burada istehsal edildiyini, burada dünyada ilk neft tankeri və ilk boru kəmərlərinin inşa olunduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, həmin dövrdə əhalinin sürətli artımı, sonrakı onilliklərdə şəhəri formalaşdıracaq böyük etnik və mədəni müxtəlifliyə səbəb olub. Polşa icması sayca az olmasına baxmayaraq, Bakının ən nüfuzlu qruplarından biri sayılırdı və şəhərin sosial və ictimai həyatında çox mühüm rol oynayırdı.

Bakı şəhərinin ilk merlərindən biri olan Stanislav Despot-Zenoviçdən başlayaraq, Yozef Qoslavski, Yozef Ploşko, Kazimierz Skoreviç və Yevgenius Skibinski kimi bir sıra görkəmli memar və inşaat mühəndisləri Bakının abadlaşması, memarlıq üslubunun formalaşması və günümüzə kimi Bakının gözəlliyinə rəng qatan tarixi binaların tikintisinə rəhbərlik ediblər. Eyni zamanda, polyak memarlar Şamaxı və Gəncədə də fəaliyyət göstəriblər.

Polyak memarları sayəsində Bakı şəhərinin “Qafqazın Parisi” kimi şöhrət qazandığını diqqətə çatdıran F.Axundov polyak mühəndislərin neft sənayesinin inkişafına da töhfələr verdiyini diqqətə çatdırıb. Həmçinin qeyd edilib ki, əslən azərbaycanlı olan Polşanın milli ordusunda və “Armija Krajowa”da Polşa uğrunda mübarizə aparmış polkovnik Vəli bəy Yadigar və əslən polyak tatarı olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş general Maçey Sulkeviçin həm Azərbaycanın, həm də Polşanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şücaətlə vuruşmuş qəhrəmanlarımızın xatirəsi hər birimiz üçün əzizdir.

Məruzədən sonra Avstriyada yaşayan musiqiçilər Fərid Feyzullayev (skripka) və Piotr Yavorski (fortepiano) Azərbaycan və Polşa bəstəkarlarının əsərlərindən ibarət klassik musiqi proqramı ilə çıxış ediblər.

Comments are closed, but trackbacks and pingbacks are open.